Mübarək Quran

1. Fatihə

1|1|Mərhəmətli, Rəhmli Allahın adı ilə!

1|2|Həmd olsun Allaha – aləmlərin Rəbbinə,
1|3|Mərhəmətli, rəhmli olana,
1|4|Haqq-Hesab gününün sahibinə!

1|5|Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

1|6|Bizi doğru yola yönəlt!

1|7|Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və azmışların yox!

2. Bəqərə

 2|1|Əlif, Lam, Mim.

2|2|Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır.

2|3|O kəslərki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən sərf edirlər.

2|4|O kəslərki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar,

2|5|Məhz onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır.

2|6|Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

2|7|Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!

2|8|İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik”, -deyirlər.

2|9|Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.

2|10|Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!

2|11|Onlara: “Yer üzündə fəsad törətməyin!”-dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.

2|12|Bilin ki, onlar fəsad törədəndirlər, lakin dərk etmirlər.

2|13|Onlara: “Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” -deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin bilmirlər.

2|14|Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman gətirdik”,-deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq istehza edirik”,-deyirlər.

2|15|Allah da onlara istehza edər və onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın qalarlar.

2|16|Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir getirmədi və haqq yolu da tapmadılar.

2|17|Onların halı od yandıran şəxsin halına bənzər. Od ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, görməzlər.

2|18|Onlar kar, lal və kordurlar. Buna görə də dönməzlər.

2|19|Yaxud qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri ehtiva edəndir.

2|20|İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın. Onlara işıq verdiyi zaman yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.

2|21|Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! 

2|22|O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha bilə-bilə şəriklər qoşmayın!

2|23|Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı şahidlərinizi çağırın!

2|24|Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan həzər edin!

2|25|İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün altından çaylar axan cənnətlər vardır. Meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə yediyimiz ruzidir”,- deyəcəklər. Əslində isə bu onlara bənzər olaraq verilmişdir. Onlardan ötrü orada pak zövcələr də var. Onlar orada əbədi qalacaqlar.

2|26|Əlbətdə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?”-deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.

2|27|O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyuduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır!

2|28|Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız.

2|29|Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir!

2|30|Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - dedikdə: “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. “Mən bildiyim şeyi siz bilmirsiniz!” –buyurdu.

2|31|Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərərək: “doğrusunuzsa, bunların adlarını Mənə bildirin!” -dedi.

2|32|Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. bilən Sən, hikmət sahibi Sənsən”, -dedilər.

2|33|O: “Ey Adəm, bunların adlarını onlara bildir!” -dedi. Onlara bunların adlarını xəbər verdikdə: “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” –buyurdu.

2|34|Biz mələklərə: “Adəmə səcdə edin!” –dedikdə İblisdən başqa səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu.

2|35|Biz dedik: “Ey Adəm, sən zövcənlə Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa zülm edənlərdən olarsınız”.

2|36|Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də: “Bir-birinizə düşmən kəsilərək enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var” -dedik.

2|37|Adəm rəbbindən kəlmələr öyrənərək tövbə etdi. Doğrudan da, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.

2|38|Biz dedik: “Hamınız buradan enin! Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmazlar”.

2|39|Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada əbədi qalacaqlar.

2|40|Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!

2|41|Sizin əlinizdəkini təsdiqləyici kimi göndərdiyimə iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun!

2|42|Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!

2|43|Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!

2|44|Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz?

2|45|Səbr etmək və namaz qılmaqla kömək diləyin! Bu, ağır iş olsa da, itaət edənlər üçün ağır deyildir.

2|46|Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər.

2|47|Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və sizi bütün aləmlərdən üstün tutduğumu yadınıza salın!

2|48|Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin!

2|49|Firon əhli sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

2|50|Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik.

2|51|Xatirənizə gətirin ki, Biz Musaya qırx gecəlik vədə vermişdik. Sonra siz buzovu özünüzə qəbul etdiniz və zalım oldunuz.

2|52|Sonra da sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.

2|53|Biz Musaya kitab və Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.

2|54|O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! “- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.

2|55|Siz: “Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”, -dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu.

2|56|Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.

2|57|Üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” Sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar isə Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.

2|58|Xatırlayın ki, sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq”, -demişdik.

2|59|Zülm edənlər onlara deyilən sözü başqası ilə dəyişdirdilər. Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.

2|60|Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. ondan on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!”

2|61|Xatırlayın ki, siz: “Ya Musa! Biz eyni təama heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! –dediniz. “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? Şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” –demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu onların Allahın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.

2|62|İman gətirənlərdən, musavi, isəvi və sabiilərdən Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.

2|63|Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! “Sizə göndərdiyimizi möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz”.

2|64|Bundan sonra siz döndünüz. Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi, əlbəttə, zərər çəkənlərdən olardınız.

2|65|Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “Həqir meymunlar olun!” –dedik.

2|66|Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.

2|67|Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” –dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” –dedilər”. Allah Özü məni cahil olmaqdan saxlasın!” –dedi.

2|68|Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş ki, o nə cür olmalıdır?” “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi.

2|69|Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “onun tünd sarı rəngli və görənlərə xoş gələn olduğunu buyurur” -dedi.

2|70|Onlar söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə, əlbəttə, düz yolda olarıq”.

2|71|Dedi: “Buyurur ki, o ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz bir inəkdir”. Onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, -ded dəilər və onu kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.

2|72|Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb, onun barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!

2|73|Belə olduqda Biz: “bir parçasını ona vurun!” –dedik. Allah ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib dərk edəsiniz.

2|74|Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!

2|75|İndi onların sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki onların içərisində elələri vardır ki, Allahın kəlamını dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.

2|76|İman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik” -deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə: “Allahın sizə bildirdiyi şeyi xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? Dərk etmirsinizmi?” –söyləyirlər.

2|77|Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!

2|78|Onların bəziləri də avamdırlar, kitabı bilməzlər. Uyduqları yalnız boş arzulardır. Onlar ancaq zənnə qapılırlar.

2|79|Vay o kəslərin halına ki, öz əlləri ilə kitab yazıb, sonra, bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” -deyirlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!

2|80|Onlar: “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. Onlara söylə: “Siz Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”

2|81|Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.

2|82|İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.

2|83|Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” –deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz üz döndərənsiniz.

2|84|Xatırlayın ki, yenə bir zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” –deyə razılığa gəldik. Sonra siz şahid olub təsdiq etdiniz.

2|85|Siz elə adamlarsınız ki, sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəya zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.

2|86|Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.

2|87|Biz Musaya kitab verdik, ondan sonra d dea bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz.

2|88|Dedilər: “Bizim qəlblərimiz örtülüdür”. Əksinə, Allah onlara, küfrlərinə görə lənət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi iman gətirər.

2|89|Onlara Allah tərəfindən əllərindəkini təsdiq edən bir kitab göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə Kafirlərə qələbə çalmaq üçün yalvarırdılar. Bildikləri gəldikdə isə, ona inanmadılar. Allah kafirlərə lənət eləsin!

2|90|Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə həsəd aparmaq, Onun göndərdiyini inkar etməklə vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!

2|91|Onlara: “Allahın nazil etdiklərinə inanın!” –deyildikdə, onlar: “Biz özümüzə göndərilənə inanırıq”, -deyərək, ondan başqasını inkar edirlər. Halbuki o onların əllərində olanı təsdiq edən bir həqiqətdir. Onlara söylə: “Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

2|92|Musa sizə açıq-aydın dəlillər gətirmişdi. Siz isə onun ardınca buzova sitayiş edərək zülm etdiniz.

2|93|Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və demişdiy: “Sizə verdiyimizdən möhkəm yapışın, eşidin!” Onlar isə: “Eşitdik və qarşı çıxdıq!” –dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. Onlara de: “Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!”

2|94|Sən onlara de: “Əgər Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz doğru deyirsinizsə, onda ölüm istəyin!”

2|95|Onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!

2|96|Sən onları bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!

2|97|Cəbrailə düşmən olan kimsəyə de ki, onu özündən əvvəlkiləri təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.

2|98|Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da, kafirlərə düşməndir.

2|99|Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.

2|100|Hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Onların, bəlkə də, çoxu inanmır.

2|101|Allah tərəfindən onlara əllərindəkini təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.

2|102|Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki: “Biz imtahanıq, sən gəl kafir olma!” –deməmiş heç kəsə sehr öyrətmirdilər. Yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!

2|103|Əgər onlar iman gətirib pis əməllərdən çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş ki, bunu dərk edəydilər.

2|104|Ey iman gətirənlər! “Raina” deməyin, “unzurna” söyləyin! eşidin! Kafirləri şiddətli əzab gözləyir.

2|105|Nə əhli-kitabdan olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus edər. Allah böyük mərhəmət sahibidir!

2|106|Biz hər hansı bir ayəni ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

2|107|Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!

2|108|Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peygəmbərinizi sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır.

2|109|Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər həmin şəxsləri əfv edin və onları qınamayın. Şübhəsiz ki, Allah hər şeyə qadirdir!

2|110|Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!

2|111|Dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. Onlara söylə: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”

2|112|Əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

2|113|Yəhudilər dedilər: “Xaçpərəstlər bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər bir şeyə istinad etmirlər”, -söylədilər. Halbuki onların hər ikisi kitab oxuyur. Bilməyənlər də onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!

2|114|Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!

2|115|Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir!

2|116|Dedilər: “Allah övlad götürmüşdür”. Allah pak və müqəddəsdir. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!

2|117|Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol!” –deyər, o da olar.

2|118|Cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi!” Onlardan əvvəl gələnlər də, buna bənzər sözlər demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi açıqcasına göstərdik.

2|119|Biz səni haqq ilə müjdə verməyə və xəbərdarlıq etməyə gondərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan.

2|120|Sən yəhudi və xaçpərəstlərin millətlərinə tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. De: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, o zaman səni Allahdan qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.

2|121|Verdiyimiz kitabı layiqincə oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər isə özlərinə zərər yetirənlərdir.

2|122|Ey İsrail övladı! Sizə verdiyim nemətimi və sizi aləmlər üzərinə üstün etdiyimi xatırlayın!

2|123|Qorxun elə bir gündən ki, heç kəs heç kəsin işinə yarıya bilməz, heç kəsdən əvəz qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və onlara heç bir kömək də göstərilməz!

2|124|Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, tamamilə yerinə yetirdi. “Səni insanlara imam təyin edəcəyəm”, -dedi. “Nəslimdən necə?” –deyə soruşdu. “Zalımlar mənim əhdimə nail olmazlar”, -buyurdu.

2|125|Yadına sal ki, Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik. “İbrahimin durduğu yeri namazgah edin!” İbrahimə və İsmailə də: “Evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin! –deyə tövsiyə etdik.

2|126|Yadına sal ki, İbrahim; “Ey Rəbbim, buranı bəladan asudə bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!” -deyə dua etdikdə, O: “Kafir olanlara da bir qədər ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora nə fəna bir yerdir!” –deyə buyurdu.

2|127|Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!” –deyə dua etdilər.

2|128|“Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et, bizə əməllərimizi göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”

2|129|“Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”.

2|130|Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.

2|131|Rəbbi İbrahimə: “Təslim ol!” –dedikdə, O: “Aləmlərin Rəbbinə təslim oldum!” –deyə cavab vermişdi.

2|132|İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”

2|133|Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” –deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların – İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq!” -dedilər.

2|134|Onlar bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.

2|135|“Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” -deyirlər. Sən de: “Biz batildən haqqa tapınan İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi.

2|136|Belə deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”

2|137|Əgər onlar da siz inandığınız kimi inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər üz döndərərlərsə, ədavət bəsləmiş olarlar. Allah sənə onlardan kifayət edər. O, eşidəndir, biləndir.

2|138|“Allahın boyası. Allahın boyasından daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik”.

2|139|“Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!”

2|140|Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladının yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.

2|141|Onlar bir ümmət idilər ki, keçib getdilər, onların qazandıqları özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz.

2|142|Ağılsız adamlar deyəcəklər: “üz tutduqları qiblədən döndərən nədir?” De: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”.

2|143|Beləliklə də, sizi bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun. İndi yönəldiyin qibləni yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün təyin etdik. Bu, ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.

2|144|Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! Harada olsanız üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.

2|145|Sən kitab əhlinə hər cür dəlil gətisən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!

2|146|Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.

2|147|Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma!

2|148|Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!

2|149|Hər hansı bir yerə getdikdə, üzünü Məscidülhərama tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.

2|150|Haradan çıxsan, üzünü Məscidülhərama tərəf çevir! Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım ki, siz haqq yolu tapasınız.

2|151|Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, Kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.

2|152|Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!

2|153|Ey iman gətirənlər! Səbir və dua ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir.

2|154|Allah yolunda öldürülənlərə “ölü” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.

2|155|Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!

2|156|O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” deyirlər.

2|157|Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır!

2|158|Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir. Evi həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsində heç bir günah yoxdur. Hər kəs könüllü olaraq yaxşı bir iş görərsə, Allah razı qalandır, biləndir.

2|159|Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar.

2|160|Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!

2|161|Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!

2|162|Onlar həmişəlik lənət içərisində qalarlar. Onların əzabı əskilməz və üzlərinə də baxılmaz.

2|163|Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.

2|164|Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, əlamətlər vardır.

2|165|İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xabərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.

2|166|O zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır.

2|167|O zaman tabe olanlar: “Əgər bir də, qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”, -deyərlər. Beləcə Allah onların əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.

2|168|Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-açığına düşməndir.

2|169|O sizə ancaq pis və murdar işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər.

2|170|Onlara: “Allahın göndərdiyinə tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?

2|171|Kafirlər səda və nidadan başqa bir şey anlamayanlara bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.

2|172|Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!

2|173|O, sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir. Lakin naəlac qaldıqda zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!

2|174|Allahın nazil etdiyi kitabda olanları gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!

2|175|Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbrlidirlər!

2|176|Bu ondan ötrüdür ki, Allah kitabı haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar, şübhəsiz ki, uzaq bir nifaq içərisindədirlər.

2|177|Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır!

2|178|Ey iman gətirənlər! Öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində, qardaşı tərəfindən bağışlanmış ilə adətə görə rəftar edilməlidir. Bağışlanmış yaxşılıqla “diyə” verməlidir. Bu, Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan sonra təcavüzkarlıq edən kimsəni şiddətli əzab gözləyir!

2|179|Ey ağıl sahibləri, bu qisas sizin üçün həyat deməkdir. Ola bilsin ki, pis əməldən çəkinəsiniz.

2|180|Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə vacibdir.

2|181|Eşitdikdən sanra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah eşidəndir, biləndir.

2|182|Hər kəs vəsiyyət edənin səhv etməsindən və ya günaha batmasından ehtiyat edib varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir!

2|183|Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!

2|184|Sayı müəyyən olan günlərdir. Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!

2|185|İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran ramazan ayında nazil edilmişdir. Aya yetişən şəxslər oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz.

2|186|Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.

2|187|Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah sizin özünüzə pislik etdiyinizi bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın hədləridir, bunları aşmayın! Allah hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!

2|188|Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu hakimlərə verməyin!

2|189|Yeni doğan aylar barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!

2|190|Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!

2|191|Onları harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!

2|192|Əgər onlar vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!

2|193|Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar son qoyarlarsa, çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.

2|194|Haram olan ay haram olan ay müqabilindədir. Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmim ölçüdə həddi aşın. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.

2|195|Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir.

2|196|Allahdan ötrü həcc və ümrə əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə çatıncaya qədər başınızı qırxdırmayın. Əgər sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. Əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu ailəsi Məscidülhəramda sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.

2|197|Həcc məlum olan aylardır həcc ziyarəti vacib olan şəxsə həccdə olarkən yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey ağıl sahibləri, Məndən qorxun!

2|198|Rəbbinizdən ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın, çünki siz bundan əvvəl azanlardan idiniz!

2|199|Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

2|200|Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı yada saldiğınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” –deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!

2|201|Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər.

2|202|Belə şəxslərin qazandıqlarına görə mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!

2|203|Sayı bəlli olan günlərdə Allahı yada salın. Tələsərək iki gündə qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana heç bir günah tutulmaz. Bu, müttəqilərə aiddir. Allahdan qorxun və Onun yanında toplanacağınızı bilin!

2|204|İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da, Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.

2|205|Ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!

2|206|Ona: “Allahdan qorx!” –deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!

2|207|İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!

2|208|Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!

2|209|Əgər bu qədər aşkar dəlil gəldikdən sonra siz yenə də doğru yoldan azarsınızsa, o zaman bilin ki, Allah da qüvvət, hikmət sahibidir!

2|210|Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə gəlməsini və işin tamam olmasını gözləyirlər? Şübhəsiz ki, işlər Allaha qayıdacaqdır.

2|211|İsrail övladından xəbər al ki, Biz onlara nə qədər açıq dəlillər göndərdik! Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!

2|212|Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər.

2|213|İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün. O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin üzündən ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər.

2|214|Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” –demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!

2|215|Səndən nə verəcəkləri haqqında soruşanlara söylə: “verəcəyiniz şey ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və müsafirə məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.

2|216|Döyüş xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.

2|217|Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. Fitnə salmaq isə vuruşmaqdan daha betərdir”! Onlar əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!

2|218|Həqiqətən, Allaha iman gətirənlər, köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!

2|219|Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! Nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.

2|220|Dünya və axirət barəsində. Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün yaxşılaşdırmaq xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!

2|221|Allaha şərik qərar verən qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.

2|222|Səndən heyz barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın!” Allah tövbə edənləri, pak olanları sevər!

2|223|Qadınlarınız sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan hazırlayın! Allahdan qorxun və Onun hüzuruna gedəcəyinizi bilin! İman gətirənlərə müjdə ver!

2|224|Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı hədəf etməyin! Allah eşidəndir, biləndir!

2|225|Allah, bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!

2|226|Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah bağışlayandır, rəhm edəndir.

2|227|Əgər talaq vermək istəsələr, şübhəsiz ki, Allah eşidəndir, biləndir.

2|228|Boşanan qadınlar üç dəfə gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal olmaz. Ərləri barışmaq istərlərsə, onları geri almağa daha çox haqlıdırlar. Üzərində şəriətə görə hüquqları olduğu kimi, onlar üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir.

2|229|Talaq vermə iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq, ya da xoşluqla ayrılmaq gərəkdir. Onlara verdiyinizdən bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. Əgər onların Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir. Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.

2|230|Əgər övrətini yenə də boşarsa, o zaman başqa bir ərə getməmiş ona halal olmaz. Onu boşadıqdan sonra Allahın hədlərinə riayət edəcəklərinə inamları olduqları təqdirdə, təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir.

2|231|Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. Zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri ilə oynamayın. Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!

2|232|Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın! Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu sizin üçün daha təmiz və daha pakdır. Allah bilir, siz bilməzsiniz!

2|233|Analar uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! Bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!

2|234|Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!

2|235|Qadınlara elçi göndərmək istədiyinizi işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin onlarla gizlində vədələşməyin, onlara şəriətə müvafiq söz deyin! Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan qorxun, Allahın bağışlayan, həlim olduğunu bilin!

2|236|Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq edənlərə layiq şəkildə onlara bir şey versin!

2|237|Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar bunu, yaxud əlində nikah müqaviləsi olanlar kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. Sizin bağışlamağınız müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.

2|238|Namazlara, orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın.

2|239|Əgər qorxsanız, piyada gedə-gedə və ya minik üstə. Əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri sizə nə cür öyrədibsə, o cür anın!

2|240|Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!

2|241|Boşanan qadınları qəbul olunmuş tərzdə faydalandırmaq müttəqilərin vəzifəsidir.

2|242|Allah sizə Öz ayələrini, bu qaydada aydınlaşdırır ki, düşünüb anlayasınız.

2|243|Minlərlə adamın ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: “Ölün!” –dedi və sonra da diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!

2|244|Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir!

2|245|Allah yolunda yaxşı borc verən kimdir ki, onun mükafatını qat-qat artırsın?! Allah sıxıntıya salar, ürəyini açar. Siz Onun hüzuruna qaytarılacaqsınız.

2|246|Musadan sonra bir dəstə İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, Allah yolunda vuruşaq!” -dedilər. O da: “Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?” –söylədi. Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, üz çevirdilər. Allah zülm edənləri tanıyır!

2|247|Peyğəmbəri onlara dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” –deyə cavab verdilər. dedi: “Allah sizdən ötrü onu seçmiş, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mülkünü istədiyinə verər. Allah genişdir, biləndir!”

2|248|Peyğəmbəri onlara dedi: “padşahlıq əlaməti sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harun nəslindən qalan şeylər, vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır”.

2|249|Talut qoşunu ilə ayrıldığı zaman dedi: “Allah sizi bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, o sudan içdi. O və onunla birlikdə olan möminlər keçdikdən sonra dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! Allahın rəhmətinə qovuşacaqlarına inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”

2|250|Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”

2|251|Nəhayət, onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır.

2|252|Bunlar Allahın ayələridir ki, onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, göndərilən peyğəmbərlərdənsən.

2|253|Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Onlarda bəziləri iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!

2|254|Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər isə zülm edənlərdir!

2|255|Allah! başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

2|256|Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!

2|257|Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

2|258|Allahın verdiyi hökmranlıq üzündən İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, -dediyi zaman, O: “Mən də həm dirildir, həm də öldürürəm” -demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” –dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!

2|259|Yaxud uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” –demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” –deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” –deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” –deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” –dedi.

2|260|Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” –dedikdə (Allah): “Məgər inanmırsan?” –buyurmuşdu. (İbrahim:) “Bəli, inanıram, lakin ürəyim sakit olmaq üçün” -deyə cavab vermişdi. buyurmuşdu: “Dörd cür quş götürüb onlara diqqətlə bax, sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!”

2|261|Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah genişdir.

2|262|Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

2|263|Xoş bir söz və günahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!

2|264|Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!

2|265|Mallarını Allahın razılığını qazanmaq və nəfslərini sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm. Həqiqətən, Allah nə etdiyinizi görəndir!

2|266|Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, zəif uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.

2|267|Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşılarından sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. Şükrə layiqdir!

2|268|Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah genişdir, Biləndir.

2|269|Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!

2|270|Xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin zülm edənlərin heç bir köməkçisi olmaz!

2|271|Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!

2|272|İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!

2|273|Allah yolunda canından keçərək yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!

2|274|Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

2|275|Sələm yeyənlər qəbirlərindən ancaq Şeytan toxunmuş kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” –dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə son qoyarsa, keçmişdə aldığı onundur. Onun işi Allaha aiddir. Amma qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

2|276|Allah sələmi məhv edər, sədəqələri isə artırar. Allah kafiri, günahkarı sevməz!

2|277|İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

2|278|Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən vaz keçin!

2|279|Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!

2|280|Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!

2|281|Allaha tərəf qaytarılacağınız gündən qorxun! Hər kəsə gördüyü əməlin əvəzi veriləcək və zülm olunmayacaqdır!

2|282|Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə, yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun vəkili ədalətlə deyib yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər biri unudarsa, o birisi onun yadına salsın. Şahidlər dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah sizə öyrədir. Allah bütün işləri biləndir!

2|283|Səfərdə olub katib tapmasanız, girov saxlayın. Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!

2|284|Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. İstədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!

2|285|Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qayıdacağıq!”

2|286|Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!”

3. Ali İmran

3|1|Əlif, Lam, Mim!

3|2|Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.

3|3|Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.

3|4|Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir!

3|5|Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz.

3|6|Bətnlərdə sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur!

3|7|Sənə Kitabı nazil edən Odur. Onun bir hissəsi möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların yozumunu Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, -deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.

3|8|Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, bəxş edənsən!

3|9|Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!

3|10|Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!

3|11|Bunların adəti Firon camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir! Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın əzabı şiddətlidir!

3|12|Kafir olanlara de: “Siz məğlub olacaq və Cəhənnəmə sürüklənəcəksiniz!” Necə də pis yerdir!

3|13|İki dəstənin qarşı-qarşıya durması sizin üçün dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir.

3|14|Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.

3|15|Söylə: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövcələr və Allah rizası vardır. Allah, həqiqətən, bəndələrini görəndir!

3|16|O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” –deyirlər.

3|17|Onlar səbr edən, doğru olan, itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı bağışlanmaq diləyənlərdir.

3|18|Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.

3|19|Allah yanında din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.

3|20|Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!

3|21|Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!

3|22|O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də olmayacaqdır.

3|23|Kitabdan özlərinə bir pay verilmiş kimsələri görmürsənmi? Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına dəvət olunurlar. Sonra onların bir qismi üz döndərir. Onlar dönüklük edəndirlər.

3|24|Bu onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onların öz dinləri barəsində düzəltdikləri uydurmalar aldadıb yoldan çıxartmışdır.

3|25|Elə isə şübhə edilməyən bir gündə onları topladığımız zaman halı necə olacaq? Hər kəsə qazandığının əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.

3|26|De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! |27|Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən”.

3|28|Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən kəs Allahdan heç bir şey gözləməsin. Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir!

3|29|De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız, Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyə qadirdir! |30|O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə mərhəmətlidir!”

3|31|De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”

3|32|Söylə: “Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!”

3|33|Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi.

3|34|Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!

3|35|İmranın zövcəsinin: “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar olmaq üçün nəzir edirəm. məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” –dediyini xatırla!

3|36|Onu doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, -söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun Şeytandan Sənə tapşırıram”.

3|37|Belə olduqda, Rəbbi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. “Ya Məryəm, bunlar sənin üçün haradandır?” -dedikdə, o: “Allah tərəfindəndir!” -deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!

3|38|Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”

3|39|Mehrabda ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni təsdiq edən, ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın xəbərini müjdə verir”.

3|40|“Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır olduğu halda, mənim necə oğlum ola bilər? “–söylədi. “Dediyin kimidir, Allah nə istəsə, onu da edər”, -deyə buyurdu.

3|41|“Ey Rəbbim! Mənə bir nişanə göstər”, -dedikdə, “Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal və səhər-axşam şəninə təriflər deyib şükür et!” buyurdu.

3|42|Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur. |43|Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!”

3|44|Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” –deyə, qələmlərini atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.

3|45|Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca və yaxın olanlardandır.

3|46|O, beşikdə ikən, yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən olacaqdır”.

3|47|“Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” –dedikdə, Buyurdu: “elədir, Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da olar.

3|48|Ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.

3|49|Və onu İsrail övladına peyğəmbər göndərəcək. “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cücam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır. |50|Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! |51|Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!”

3|52|İsa onların küfrünü hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” -deyə soruşdu. Həvarilər dedilər: “Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol!”

3|53|“Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz!”

3|54|Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir.

3|55|O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm. Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm! |56|Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır!”

3|57|İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!

3|58|Bunları ayələrdən və himətlə dolu olan zikrdən sənə söyləyirik.

3|59|Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: “ol!” –dedi, o da oldu.

3|60|Şübhəsiz ki, sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!

3|61|Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra dua edib yalançılara Allahın lənət etməsini diləyək!”

3|62|Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!

3|63|Əgər onlar üz döndərərlərsə. Əlbəttə ki, Allah fitnə-fəsad törədənləri tanıyandır!

3|64|Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!”

3|65|Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?

3|66|Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, Allah bilir, siz bilməzsiniz!

3|67|İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi.

3|68|Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!

3|69|Kitab əhlindən bir dəstə sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər.

3|70|Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda nə üçün inkar edirsiniz?

3|71|Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?

3|72|Kitab əhlindən bir dəstə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində inanın, həmin günün axırında isə onu inkar edin! Bəlkə, üz döndərsinlər. |73|Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” 

Söylə: “Əlbəttə, doğru yol, Allahın yoludur Sizə verilən şeyin bənzərinin başqa birisinə veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə edəcəyinə!” De: “Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah genişdir. Biləndir!”

3|74|Öz nemətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir!

3|75|Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə bizə irad tutulmayacaq”, -deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər.

3|76|Xeyr. Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah müttəqiləri sevər.

3|77|Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları pak etməz. Onları şiddətli bir əzab gözləyir!

3|78|Onlardan bir zümrə də vardır ki, siz onların oxuduqlarını hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini o tərəf-bu tərəfə əyirlər. Halbuki onların bu oxuduqları kitabdan deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır ,-deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.

3|79|Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” –desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani olun!” -deyər.

3|80|O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi?!

3|81|O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz” -deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? –demişdi. Onlar da: “Təsdiq etdik!” –deyə cavab vermişdilər. Allah: “Elə isə şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, -deyə buyurmuşdu!

3|82|Bundan sonra üz döndərən kəslər fasiqlərdir.

3|83|Necə ola bilər ki, onlar Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.

3|84|Söylə: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona təslim oluruq!”

3|85|Kim islamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

3|86|İman gətirdikdən, Rəsulun haqq olduğuna şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz!

3|87|Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!

3|88|Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara baxılmayacaqdır!

3|89|Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

3|90|İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz. Azanlar məhz onlardır!

3|91|Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara heç bir kömək edən olmaz!

3|92|Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!

3|93|Tövrat göndərilməmişdən əvvəl İsrailin yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar İsrail övladına halal idi. de: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”

3|94|Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər zülm edənlərdir!

3|95|De: “Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin ardınca gedin, çünki o, şərik qoşanlardan deyildi”

3|96|Həqiqətən, insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.

3|97|Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə. Əlbəttə, Allah aləmlərə möhtac deyildir!

3|98|De: “Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?”

3|99|De: “Ey kitab əhli! Siz şahid olduğunuz halda, nə üçün iman gətirən kimsələri Allahın yolundan geri döndərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız? Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir”.

3|100|Ey möminlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.

3|101|Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.

3|102|Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!

3|103|Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!

3|104|İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir.

3|105|Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.

3|106|Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə, üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” –deyiləcəkdir.

3|107|Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada həmişəlik qalacaqlar!

3|108|Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz.

3|109|Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Bütün işlər axırda Allaha qayıdacaqdır!

3|110|Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.

3|111|Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.

3|112|Onlara, harada olursa olsunlar, zillət damğası vurulmuşdur. Yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar.

3|113|Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.

3|114|Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.

3|115|Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz. Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!

3|116|Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.

3|117|Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.

3|118|Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, ayələri artıq sizə izah etdik.

3|119|Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, -deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir.

3|120|Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.

3|121|Sən müharibədən ötrü möminlərə mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb getdiyin vaxtı! Şübhəsiz ki, Allah eşidəndir, biləndir!

3|122|Sizin içərinizdən iki dəstə məğlubiyyətdən qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər Allaha təvəkkül etsinlər!

3|123|Həqiqətən, siz Bədrdə zəif olduğunuz halda, Allah sizə yardım etdi. Şükür edən olmaq üçün Allahdan qorxun!

3|124|O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?”

3|125|Bəli, əgər səbr edib qorxsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.

3|126|Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki, |127|O, kafirlərin bir hissəsini məhv etsin və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər.

3|128|Bu işdə sənə dəxli olan bir şey yoxdur. Ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.

3|129|Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!

3|130|Ey iman gətirənlər! Sələmi qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!

3|131|Kafirlər üçün hazırlanmış oddan həzər edin!

3|132|Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!

3|133|Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.

3|134|O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.

3|135|O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmazlar.

3|136|Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!

3|137|Sizdən əvvəl bir çox vaqilər olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!

3|138|Bu, insanlardan ötrü bir xəbər, müttəqilərdən ötrü isə hidayət və nəsihətdir.

3|139|Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!

3|140|Əgər siz yara aldınızsa, o biri dəstə də o cür yara aldı. Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri ayırd etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz!

3|141|Allahın iman gətirənləri təmizləməsi və kafirləri məhv etməsi üçündür.

3|142|Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri bilib ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?

3|143|Siz ölümlə qarşılaşmadan əvvəl ölüm arzulayırdınız. Artıq onu gördünüz və durub baxdınız.

3|144|Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.

3|145|Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən edilmiş bir yazıdır. Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!

3|146|Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər!

3|147|Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” –deməkdən başqa sözləri olmamışdır.

3|148|Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini verdi. Allah yaxşı iş görənləri sevər!

3|149|Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.

3|150|Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır.

3|151|Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir!

3|152|Siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin O, sevdiyiniz şeyi sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!

3|153|Siz qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!

3|154|Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey varmı?” –deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur”. Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik” -deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər ki, Allah sizin ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları təmizləsin. Allah ürəklərdə olanları biləndir!”

3|155|İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!

3|156|Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”, -deyən kafirlər kimi olmayın! Allah bunu onların ürəklərində bir həsrət olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!

3|157|Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, topladıqları şeylərdən daha xeyirlidir.

3|158|Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna toplanacaqsınız!

3|159|Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah təvəkkül edənləri sevər!

3|160|Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!

3|161|Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!

3|162|Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onunyeri Cəhənnəmdir. O yer necə də pisdir!

3|163|Onların Allah yanında ərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.

3|164|Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.

3|165|Siz onları ikiqat müsibətə düçar etdiyiniz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu haradan gəldi?” –dediniz. Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!

3|166|İki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki, möminləri ayırd etsin.

3|167|Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun!” –deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” –deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların gizlətdiklərini çox yaxşı bilir!

3|168|Oturan və qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər” -deyənlərə söylə: “Əgər doğru deyirsinizsə, onda ölümü özünüzdən uzaqlaşdırın!”

3|169|Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur.

3|170|Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış kəslərin heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.

3|171|Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.

3|172|Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!

3|173|O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” –deyə cavab verdilər.

3|174|Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.

3|175|Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!

3|176|Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir!

3|177|Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar!

3|178|Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!

3|179|Allah pisi yaxşıdan ayırmaq üçün möminləri sizin olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər. Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!

3|180|Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!

3|181|“Allah kasıbdır, biz isə dövlətliyik!” –deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və onlara: “Dadın atəşin əzabını!” –deyəcəyik.

3|182|Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!

3|183|“Allah bizə əmr etmişdir ki, onun yandıracağı bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” –deyənlərə belə cavab ver: “Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və dediklərinizi gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”

3|184|Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.

3|185|Hər bir kəs ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən başqa bir şey deyildir.

3|186|Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir.

3|187|Allah kitab əhlindən: “Siz onu gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” –deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!

3|188|Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!

3|189|Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!

3|190|Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.

3|191|O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!

3|192|Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!

3|193|Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” –deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!

3|194|Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”

3|195|Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”

3|196|Küfr edənlərin diyar-diyar gəzib dolaşması səni aldatmasın!

3|197|Bu, azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!

3|198|Lakin öz Rəbbindən qorxanları altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.

3|199|Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.

3|200|Ey iman gətirənlərr. səbr edin,bdözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!

4. Nisa

4|1|Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Bir-birinizdən istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!

4|2|Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.

4|3|Əgər yetim qızlarla ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa daha yaxındır.

4|4|Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!

4|5|Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları səfehlərə verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.

4|6|Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!

4|7|Ata, ana və qohumların qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da hissə müəyyən edilmişdir.

4|8|Malın bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın!

4|9|Özlərindən sonra övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, o cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar!

4|10|Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər.

4|11|Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, üçdə bir hissəsi anaya aiddir. Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

4|12|Əgər arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər kişi və qadının eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. Allah tərəfindən tövsiyə olunmuşdur. Allah biləndir, həlimdir!

4|13|Bunlar Allahın hədləridir. Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük qurtuluşdur!

4|14|Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.

4|15|Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan dörd şahid tutun! Əgər onlar şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!

4|16|İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir,bağışlayandır!

4|17|Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

4|18|Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!

4|19|Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər onlara nifrət etsəniz. Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah çoxlu xeyir nəzərdə tutmuş olsun.

4|20|Əgər bir arvadın yerinə başqa bir arvad almaq itəsəniz, onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?!

4|21|Siz onu necə geri ala bilərsiniz ki, bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm əhd-peyman almışdılar.

4|22|Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və pis bir yoldur!

4|23|Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

4|24|Sahib olduğunuz müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı ilə sizə. Bunlardan başqaları isə namusla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

4|25|İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz mömin cariyələrdən alsınlar. Allah sizin imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

4|26|Allah sizə bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir!

4|27|Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə sapdırmaq istəyirlər.

4|28|Allah istər ki, üzərinizdə olanı yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır.

4|29|Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!

4|30|Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!

4|31|Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin üstünü örtər və sizi çatdırarıq.

4|32|Allahın birinizi digərindən ütün tutduğu şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. Allahın lütfündən istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir.

4|33|Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir!

4|34|Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və öz mallarından sərf etməsinə görədir. Əməlisaleh qadınlar itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!

4|35|Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif təyin edib göndərin. Əgər onlar barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah biləndir, xəbərdardır!

4|36|Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, müsafirə, əlinizin altında olana yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!

4|37|O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!

4|38|Öz mallarını xalqa göstərmək xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!

4|39|Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən sərf etsəydilər, nə olardı?! Allah onları tanıyandır.

4|40|Həqiqətən, Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu ikiqat artırar və öz tərəfindən də böyük mükafat verər!

4|41|Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman nə cür olacaq?

4|42|O gün Allahı dananlar və Peyğəmbərə asi olanlar yerlə yeksan olmağı arzu edərlər və heç bir sözü Allahdan gizlədə bilməzlər!

4|43|Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş olduqda su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!

4|44|Məgər sən kitabdan bir pay verilmiş əanları görmürsənmi ki, onlar zəlaləti satın alır və sizin də, yoldan azmanızı istəyirlər?

4|45|Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah kifayət edər!

4|46|Yəhudilərin bir qismi sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan və raina” -deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!” -desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.

4|47|Ey kitab verilmiş kimsələr! Bəzi üzləri tanınmaz hala salıb ənsələrinə çevirməmişdən və şənbə gününün hörmətinini saxlamayanlara etdiyimiz kimi, onlara da lənət etməmişdən əvvəl əlinizdə olanı təsdiqləyən olaraq nazil etdiyimizə iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!

4|48|Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.

4|49|Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr. Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!

4|50|Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah olaraq kifayətdir!

4|51|Kitabdan bir pay verilənləri görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar” -deyirlər.

4|52|Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən!

4|53|Yoxsa onların hökmranlıqdan bir payı vardır? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu belə verməzdilər.

4|54|Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik.

4|55|Onlardan kimisi ona iman gətirdi, kimisi də ondan üz döndərdi. Cəhənnəmin alovlanmış odu kifayət edər!

4|56|Ayələrimizi inkar edənləri oda atacağıq. Onların dəriləri bişdikcə, əzabı dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!

4|57|İman gətirən və yaxşı işlər görən şəxsləri altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx kölgəlikdə yerləşdirəcəyik.

4|58|Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir!

4|59|Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

4|60|Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmamaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq olan zəlalətə sürükləmək istər.

4|61|Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” –deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.

4|62|Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman necə olacaq? Sonra onlar sənin yanına gəlib: “Biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik” -deyərək Allaha and içəcəklər.

4|63|Onlar elə şəxslərdir ki, Allah onların ürələrindəkini bilir. Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!

4|64|Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.

4|65|Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, iman gətirmiş olmazlar.

4|66|Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” –deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı.

4|67|O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik.

4|68|Və onları düz yola yönəldərdik.

4|69|Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!

4|70|Bu mükafat Allah tərəfindəndir. Bilən Allah kifayət edər!

4|71|Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!

4|72|Aranızda elələri də vardır ki, ağır tərpənər və əgər sizə bir müsibət üz versə: “Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım” -deyər.

4|73|Əgər Allah tərəfindən sizə bir nemət yetişərsə, o zaman guya aranızda heç bir dosluq yoxmuş kimi: “Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət əldə edəydim!”

4|74|Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya qalib gələrsə, ona böyük mükafat verəcəyik.

4|75|Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” –deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?

4|76|İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!

4|77|O şəxsləri görmürsənmi ki, onlara: “Əl çəkin, namaz qılın, zəkat verin!” –deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın!” –dedilər. Onlara söylə:” Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!”

4|78|Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. Onlara bir xeyir yetişdikdə: “Bu Allahdandır!” –deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” –söyləyərlər. De: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır!

4|79|Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması kifayət edər.

4|80|Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.

4|81|Onlar: “itaət edirik!” –deyir, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın vəkil olması kifayət edər!

4|82|Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.

4|83|Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər bunu, Peyğəmbərə və ya özlərindən olan ixtiyar sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan kimsələr bilərdilər. Əgər Allahın lütfü üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.

4|84|Allah yolunda vuruş. Sən yalnız özünə cavabdehsən, lakin möminləri də təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış olsun. Allahın qəzəbi də, əzabı da çox şiddətlidir!

4|85|Yaxşı işə vasitəçi olana, pis işə vasitəçi olana bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir.

4|86|Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.

4|87|Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı, əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!

4|88|Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən!

4|89|Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda hicrət etməyənə qədər onlardan dost tutmayın! Əgər onlardan üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!

4|90|Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə vuruşmaqdan ürəkləri sıxılaraq sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.

4|91|Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar. Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.

4|92|Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu, səhvən olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara tam şəkildə qanbahası verməlidir. Əgər mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt mömin bir qul azad etməlidir. Əgər sizinlə əhd bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca iki ay oruc tutmalıdır. Allah biləndir, hikmət sahibidir!

4|93|Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lə’nət edər, onun üçün böyük əzab hazırlar!

4|94|Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!

4|95|Zərər çəkmədən əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına vəd etmişdir. Allah mücahidlərə oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.

4|96|Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir.

4|97|Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: “Siz nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif kəslər idik.” “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” –deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!

4|98|Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır.

4|99|Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!

4|100|Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!

4|101|Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.

4|102|Sən içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını götürsünlər. Səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!

4|103|Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çixdıqda isə, namazı araqılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz edilmişdir.

4|104|Qövmü təqib etməkdə zəiflik göstərməyin! Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah biləndir, hikmət sahibidir!

4|105|Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən olma!

4|106|Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!

4|107|Özlərilə xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!

4|108|Onlar insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O onların yanındadır Allah onların nələr etdiyini biləndir.

4|109|Budur, siz dünyada onlardan ötru mübahisə etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil olacaqdır?

4|110|Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.

4|111|Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir!

4|112|Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar.

4|113|Əgər sənə Allahın lütfü olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!

4|114|Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə böyük mükafat verəcəyik!

4|115|Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.

4|116|Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, çox azmışdır.

4|117|Allahı qoyub yalnız qadın bütlərə tapınır və yalnız asi Şeytana ibadət edirlər.

4|118|Allah ona lənət etdi. O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.

4|119|Onları hökmən sapdıracaq, xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.

4|120|Onlara vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir.

4|121|Onların yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar.

4|122|İman gətirib yaxşı işlər görənləri isə, Biz altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?!

4|123|Bu, nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!

4|124|Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!

4|125|Yaxşı əməl sahibi olun özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!

4|126|Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi ehtiva etmişdir.

4|127|Səndən qadınlar barəsində fətva istəyirlər. De ki: “Onlar barəsində fətvanı sizə Allah və Kitabdan sizə oxunan verir. Onlar verilməsi vacib olanı özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!

4|128|Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıq düzəlişmələrindən heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən xəbərdardır!

4|129|Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə qoymayın. Əgər özünüzü islah edib. çəkinsəniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

4|130|Əgər onlar bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!

4|131|Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, göylərdə və yerdə nə varsa, Allahındır. Allah ehtiyacsızdır, şükür olunmağa, layiqdir.

4|132|Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər.

4|133|Ey insanlar! Əgər O istərsə, sizi yox edər, başqalarını gətirər. Allah buna qadirdir!

4|134|Hər kəs dünya savabını istərsə, dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir!

4|135|Ey iman gətirənlər! sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, Allah etdiyiniz işlərdən xəbərdardır!

4|136|Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, çox azmışdır.

4|137|İman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir!

4|138|Munafiqlərə müjdə ver ki, onlardan ötrü şiddətli əzab var.

4|139|O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. Qüüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, qüdrət tamamilə Allaha məxsusdur!

4|140|Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!

4|141|Sizə göz qoyan Allah tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz də sizinlə deyildikmi?” deyər, kafirlərə nəsib olduqda isə: “Məgər biz sizə qalib gələ bilməzdikmi? Məgər biz möminlərə mane olmadıqmi?” –söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!

4|142|Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər.

4|143|Tərəddüd edib nə bunlara, nə də onlara tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən!

4|144|Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?

4|145|Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!

4|146|Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərə bərabərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir!

4|147|Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, biləndir!

4|148|Allah pis sözün açıq deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah eşıdəndir, biləndir!

4|149|Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz. Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!

4|150|Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq” -deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər - |151|Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!

4|152|Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

4|153|Kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki onlar Musadan bundan daha böyüyünü istəmiş və: “Bizə Allahı aşkar göstər!” –demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın möcüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər. Biz bundan da keçdik və Musaya açıq-aşkar dəlil verdik.

4|154|Əhdə riayət etsinlər deyə, Tur dağını onların üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!” –dedik. Və onlardan möhkəm əhd aldıq.

4|155|Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Ürəklərimiz pərdəlidir!” -dedikləri ucundan. Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.

4|156|Onlar həm də küfr etdikləri və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün.

4|157|“Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük” -demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişdilər.

4|158|Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

4|159|Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir.

4|160|Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə özlərinə halal edilmiş gözəl nemətləri onlara haram etdik.

4|161|Və qadağan olunmasına baxmayaraq, sələm aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı. Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!

4|162|Lakin onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!

4|163|Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.

4|164|Peyğəmbərlər. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı.

4|165|Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

4|166|Lakin Allah sənə nazil etdiyi ilə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər!

4|167|İnkar edən və Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, çox uzaq bir zəlalətə uğramışlar.

4|168|Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara bir yol göstərən deyildir!

4|169|Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa! Bu isə Allah üçün çox asandır!

4|170|Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla gətirdi. İman gətirin! Bu sizin üçün xeyirli olar. Siz inkar etsəniz də, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

4|171|Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. “üçdür” deməyin. Son qoyun ki, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan kənardır. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın vəkil olması bəs edər!

4|172|İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!

4|173|İman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz nemətindən onlar üçün artıracaqdır. Özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!

4|174|Ey insanlar! sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur endirdik.

4|175|Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar və onları özünə tərəf gedən düz yola yönəldər.

4|176|Səndən fətva istəyirlər. De: “Atası və övladı olmayan şəxs haqqında Allah sizə belə fətva verir: Övladı olmayan bir şəxs vəfat etdikdə onun bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir. Əgər vəfat edən şəxsin iki bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan ibarət olarsa, kişiyə qadına düşən payın iki misli verilir”. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!

5. Maidə

5|1|Ey iman gətirənlər! Əhdlərə sadiq olun. İhramda olarkən ov sizə qadağan edilməklə, adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!

5|2|Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə, haram aya, qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama üz tutub gələnlərə hörmətsizlik etməyin! İhramdan çıxdığınız zaman ov edin. Sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin. Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!

5|3|Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılaraq ölmüş, vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa, günaha meyl etmək niyyətində olmayaraq. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

5|4|Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!

5|5|Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!

5|6|Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. Başınızı və hər iki bəndə qədər ayaqlarınızı məsh edin. Əgər cünub olmusunuzsa, qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz!

5|7|Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik” -dediyiniz zaman sizinlə bağladığı əhdi unutmayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə olanları biləndir!

5|8|Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!

5|9|Allah iman gətirib yaxşı işlər görənlərə onlara bağışlanma və böyük mükafat gözlədiyini vəd buyurmuşdur!

5|10|Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!

5|11|Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, bir tayfa sizə əl qaldırmaq niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər!

5|12|Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan on iki nəzarətçi göndərmişdik. Allah buyurmuşdu: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl bir borc versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs küfr edərsə, o artıq doğru yoldan azmış olar!”

5|13|Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!

5|14|“Biz xaçpərəstik” -deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!

5|15|Ey kitab əhli! Sizə kitabda gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab gəldi.

5|16|Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!

5|17|“Allah Məryəm oğlu Məsihdir” -deyənlər, şübhəsiz ki, kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!

5|18|Yəhudilər və xaçpərəstlər dedilər: “Biz Allahın oğulları və sevimliləriyik”. De: “Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. İstədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır!

5|19|Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir qorxudan kimsə gəldi” -deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!

5|20|Bir zaman Musa öz camaatına belə demişdi: “Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən heç birinə vermədiyini sizə verdi. |21|Ey camaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin, yoxsa zərər çəkmiş halda geri dönərsiniz.

5|22|Onlar dedilər: “Ya Musa, orada nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.

5|23|Qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə qapıdan girin. Əgər girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”

5|24|Dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.

5|25|Dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma gücüm çatar. Sən bizi bu günahkar və azğın camaatdan ayır!”

5|26|Buyurdu: “Artıq ora qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə sərgərdan gəzib dolaşacaqlar. O günahkar camaatın halına acıma!”

5|27|Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. Demişdi: “Səni mütləq öldürəcəyəm!” Belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən qəbul edər! |28|Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. |29|Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!”

5|30|Nəfsi onu qardaşını öldürməyə sövq etdi, onu öldürdü və bununla da zərərçəkənlərdən oldu.

5|31|Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. Dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.

5|32|Buna görə də İsrail oğullarına yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara açıq möcüzələr gətirmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə həddi aşdılar.

5|33|Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.

5|34|Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!

5|35|Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə axtarın. Yolunda cihad edin ki, nicat tapasınız!

5|36|Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir!

5|37|Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır!

5|38|Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

5|39|Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

5|40|Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur?! O, istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!

5|41|Ya Peyğəmbər ürəklərində inanmadıqları halda, dildə: “İnandıq”, deyənlərin, yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”. Allahın fitnəyə düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab gözləyir!

5|42|Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!

5|43|İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə hakim təyin edir, sonra da ondan üz çevirirlər? Onlar iman gətirmiş kimsələr deyildirlər.

5|44|Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. Təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər. İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!

5|45|Biz yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs bağışlasa, bu onun üçün bir kəffarədir. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, zalimdirlər!

5|46|Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.

5|47|İncil əhli Allahın onda nazil etdiyi ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır.

5|48|Biz sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istədiyi, sizi vahid bir ümmət edərdi. Lakin bu Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Hamınızın axır dönüşü Allahadır. Aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!

5|49|O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu fasiqlərdir!

5|50|Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!

5|51|Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!

5|52|Ona görə də qəlblərində mərəz olanları onların içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən qorxuruq”, -deyən görərsən. Amma, ola bilsin ki, Allah bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar.

5|53|İman gətirənlər isə deyəcəklər: “Sizinlə birlikdə olacaqları barədə Allaha möhkəm andlar içən kəslər bunlarmıdır?” Onların əməlləri puça çıxdı və zərərçəkənlərdən oldular.

5|54|Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah elə bir tayfa gətirər ki, onları, onlar da sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah genişdir, biləndir!

5|55|Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər.

5|56|Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir.

5|57|Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə Allahdan qorxun!

5|58|Siz namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır.

5|59|De: “Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin fasiq olmasınamı görədir?!”

5|60|De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!

5|61|Dozin yanınıza gəldikləri zaman: “Biz iman gətirdik!” -deyirlər. Halbuki onlar küfrlə daxil olmuş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir!

5|62|Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!

5|63|Kaş onların din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də pisdir!

5|64|Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın əlləri açıqdır. istədiyi kimi lütf edər. Rəbbindən sənə nazil edilən onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçılik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!

5|65|Əgər kitab əhli iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də Nəim cənnətlərinə daxil edərik.

5|66|Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar həm üstündə, həm də ayaqları altında olanlardan yeyərdilər. Onlar arasında mötədil bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!

5|67|Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən, risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!

5|68|De: “Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana düzgün əməl etmədikcə, siz heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma!

5|69|Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!

5|70|Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.

5|71|Və elə hesab edərdilər ki, heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenə görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir!

5|72|Şübhəsiz ki: “Allah Məryəm oğlu Məsihdir!” –deyənlər kafir oldular. Halbuki Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”

5|73|“Allah üçün üçüncüsüdür!” –deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir.

5|74|Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhm edəndir!

5|75|Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak bir qadın idi. Onlardan hər ikisi yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar gör necə üz çevirirlər.

5|76|De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah eşidəndir, biləndir!”

5|77|De: “Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!”

5|78|İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.

5|79|Onlar etdikləri pis əməldən əl çəkmirdilər. Onların gördükləri iş necə də pis idi!

5|80|Onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır!

5|81|Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqdirlər!

5|82|Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, “Biz xaçpərəstik” -deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların içində keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir.

5|83|Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizişahid olanlarla bir yerə yaz!

5|84|Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə daxil etməsini umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq?!

5|85|Allah da bu sözlərinə görə onlara altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!

5|86|Kafir olub ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər!

5|87|Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!

5|88|Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun!

5|89|Allah sizi bilmədən içdiyiniz andlarınıza görə cəzalandırmaz lakin içdiyiniz andlara görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun. Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!

5|90|Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!

5|91|Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?

5|92|Allaha və Peyğəmbərə itaət edin. Əgər boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir.

5|93|İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, daddıqları şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!

5|94|Ey iman gətirənlər! Allah Özünü görmədən Ondan qorxanları ayırd etmək üçün sizi əllərinizin və mizraqlarınızın çata biləcəyi bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı şiddətli bir əzab gözləyir!

5|95|Ey iman gətirənlər! İhramda olarkən ovu öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər bir heyvanı Kəbəyə çatası qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, yoxsullara yedirtmək, yaxud ona bərabər oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!

5|96|Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, dəniz ovu və onu yemək sizə də, yolçulara da halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!

5|97|Allah Beytülhəram olan Kəbəni haram ayı, boyunları bağsız və bağlı qurbanları insanların düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa bilməsini, özü də Allahın hər şeyi bilən olmasını siz də biləsiniz!

5|98|Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir!

5|99|Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq təbliğ etməkdir. Allah üzə çıxartdıqlarınızı və gizlətdiklərinizi! bilir!

5|100|De: “Murdar şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.

5|101|Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. Allah onları bağışladı. Allah bağışlayandır, həlimdir! 

5|102|Sizdən əvvəl bir tayfa soruşmuş, sonra da buna görə kafir olmuşdu.

5|103|Bəhirə, saibə, vəsilə və haminin heç birisini Allah qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların əksəriyyəti isə dərk etmirlər.

5|104|Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” –deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər” -deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!

5|105|Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!

5|106|Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan iki nəfəri şahid tutun. Əgər şübhə etsəniz, namazdan sonra hər ikisini tutub saxlayın və onları: “Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq” -deyə Allaha and içdirin!

5|107|Əgər onların günah qazandıqları bəlli olsa, o zaman onların yerini haqsızlığa məruz qalmış daha yaxın olan başqa iki nəfər tutar. Onlar: “Həqiqətən, bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz həddi aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq” -deyə Allaha and içərlər.

5|108|Bu onların şəhadəti olduğu kimi vermələri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!

5|109|Allah peyğəmbərləri toplayacağı gün belə buyuracaq: “sizə nə cavab verildi?” Onlar isə: “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri bilən ancaq Sənsən!” –deyə cavab verəcəklər.

5|110|Xatırla ki, o gün Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora cə cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”

5|111|Xatırla ki, o zaman həvarilərə: “Mənə və peyğəmbərimə iman gətirin!” –deyə əmr etmişdim. Onlar isə: “Bizim itaətkar kəslər olmağımıza şahid ol!” –deyə cavab vermişdilər.

5|112|Onu da xatırla ki, o zaman həvarilər demişdilər: “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə göndərə bilərmi? O:” Əgər möminsinizsə, Allahdan qorxun!” –demişdi.

5|113|Demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona şahidlik edənlərdən olaq”.

5|114|Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”

5|115|Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan heç kəsə verməyəcəyim bir əzab verərəm!”

5|116|Xatırla ki, o zaman Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” –demişdin? Deyəcək: “Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! |117|Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: «Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!» Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən! |118|Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən”

5|119|Allah buyurdu: “Bu elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, böyük qurtuluşdur!”

5|120|Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!

6. Ənam

6|1|Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! Sonra kafir olanlar yenə öz Rəbbinə tay tuturlar.

6|2|Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Yanında məlum bir əcəl də vardır. Sonra siz yenə də şübhə edirsiniz!

6|3|Göylərdə də, yerdə də yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz əməlləri də O bilir!

6|4|Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!

6|5|Onlara haqq olan gəldiyi zaman onu yalan hesab etdilər. Məsxərəyə qoyduqlarının xəbərləri onlara gəlib çatacaq!

6|6|Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Göydən onlara bol yağış göndərmiş, altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq.

6|7|Əgər sənə kağız üzərində bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: “Bu, açıq-aydın bir sehrdir” -deyərdilər.

6|8|Onlar dedilər: “Məgər ona bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi.

6|9|Əgər Biz onu mələk etsəydik, yenə də onu bir insan qiyafəsində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq.

6|10|Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi.

6|11|De: “Yer üzünü dolaşın və sonra görün ki, yalançı deyənlərin aqibəti necə oldu?”

6|12|De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Öz-Özünə rəhmli olmağı yazmışdır. Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!

6|13|Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, eşidəndir, biləndir.

6|14|De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!”

6|15|De: “Əgər mən Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”.

6|16|O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur.

6|17|Əgər Allah sənə bir sıxıntı versə, Allahdan başqa heç kəs qurtara bilməz. Əgər sənə bir xeyir yetirsə. Çünki O, hər şeyə qadirdir!

6|18|O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, xəbərdardır!

6|19|De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Qur’an mənə sizi və ona yetişəcək kimsələri xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan tamamilə kənaram!”

6|20|Kitab verilmiş şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!

6|21|Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!

6|22|O gün onların hamısını toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?!

6|23|Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq.

6|24|Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!

6|25|İçərisində səni dinləyənlər də vardır. Lakin onu başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: “Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir! -deyərlər.

6|26|Dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar, yalnız özlərini həlak edər, lakin fərqinə varmazlar.

6|27|Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” –demələrini görəydin!

6|28|Xeyr, əvvəlcə gizlətdikləri onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!

6|29|Yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” –deyərdilər.

6|30|Sən onları Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara belə buyuracaq: “Bu, haqq deyilmi? Onlar:” Bəli, Rəbbimizə and olsun” –deyə cavab verəcəklər. Buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!”.

6|31|Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey necə də pisdir!

6|32|Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

6|33|Bilirik ki, onların dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər. Ancaq o zalımlar Allahın ayələrini inadla inkar edirlər.

6|34|Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı.

6|35|Onların üz döndərməsi sənə ağır gəlirsə, yerdə bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara bir möcüzə gətirə bilərsənsə, durma gətir! Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə bilməyənlərdən olma!

6|36|Ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar.

6|37|Dedilər: “Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bilməz!”

6|38|Yerdə gəzən elə bir heyvan, qanadları ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir.

6|39|Ayələrimizi təkzib edənlər zülmət içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.

6|40|De: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğrudanışanlarsınızsa!”

6|41|Xeyr, yalnız Ona dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız.

6|42|Səndən əvvəl də ümmətləri müsibət və fəlakətə düçar etdik ki, yalvarsınlar.

6|43|Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.

6|44|Edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar məhrum oldular.

6|45|Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!

6|46|De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər.

6|47|De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?”

6|48|Biz peyğəmbərləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

6|49|Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!

6|50|De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”

6|51|Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar pis əməllərdən çəkinsinlər!

6|52|Rəbbinin camalını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də zalımlardan olarsan.

6|53|Beləliklə, onları bir-birilə imtahana çəkdik ki, onlar desinlər: “Əcəba, Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?”

6|54|Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”

6|55|Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.

6|56|De: “Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən azar və doğru yola yönəlmişlərdən olmaram!”

6|57|De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz məndə deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O ayırd edənlərin ən yaxşısıdır!”

6|58|De: “Əgər təcili istədiyiniz mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı, Allah zalımları daha yaxşı tanıyandır!”

6|59|Qeybin açarları yanındadır. Onları ancaq O bilir. Suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!

6|60|Sizi gecələr yuxuya daldıran, gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.

6|61|Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alar. Onlar heç bir əyər-əskikliyə yol verməzlər!

6|62|Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur və O, ən tez haqq-hesab çəkəndir!

6|63|De: “Gizlində dua edib: «Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq» -deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?”

6|64|De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. sonra siz yenə də şərik qoşursunuz?”

6|65|De: “Allah başınızın üstündən və ayaqlarınızın altından sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!

6|66|Sənin camaatın onu, haqq olduğu halda, yalan hesab etdi. De: “Mən sizin vəkiliniz deyiləm!”

6|67|Hər bir xəbərin müəyyən bir vaxtı vardır və siz biləcəksiniz.

6|68|Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma.

6|69|Müttəqilərə onların əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, pis əməllərdən çəkinsinlər.

6|70|Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi şəxsləri boşla getsinlər. Xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi. O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su və şiddətli əzab gözləyir!

6|71|De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” –deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş, |72|Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!”.

6|73|Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, xəbərdardır!

6|74|Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”

6|75|Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun!

6|76|Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. Batdıqda isə: “Mən batanları sevmirəm” -söylədi.

6|77|Doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” –dedi. Batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, -söylədi.

6|78|Doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” –dedi. Batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam! |79|Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!”

6|80|Tayfası onunla mübahisəyə girişdi. Dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız? |81|Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam?” Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?

6|82|İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!

6|83|Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.

6|84|Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

6|85|Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da. Onların hamısı əməlisalehlərdən idi.

6|86|Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da və onları aləmlərdən üstün tutduq.

6|87|Biz onların atalarından, nəsillərindən və qardaşlarından da, onları seçdik və düz yola yönəltdik.

6|88|Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.

6|89|Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər bunlar bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik.

6|90|Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir moizədir”.

6|91|Onlar: “Allah heç bir bəşərə bir şey nazil etməmişdir” -deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. Siz özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.

6|92|Bu da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları xəbərdar etməy üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar.

6|93|Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi kimi bir kitab endirəcəyəm” -deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” –dediklərini görəydin!

6|94|Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi arxanızda qoyub gəlmisiniz. Artıq sizin öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı qırılmış və iddia etdikləriniz də sizdən qeyb olmuşdur.

6|95|Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?

6|96|Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur. Bunlar yenilməz qüvvət sahibi, bilən Allahın təqdiridir.

6|97|Suyun və qurunun zülmətində düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.

6|98|Sizi tək bir nəfərdən yaradan da Odur. Bir qərar yeri, bir də bir əmanət yeri vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik.

6|99|Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır.

6|100|Cinləri yaratdığı halda, onları Allaha şərik qoşdular, bilmədən Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır və yüksəkdə durur.

6|101|O, göyləri və yeri var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!

6|102|O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!

6|103|Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır!

6|104|Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçı deyiləm.

6|105|Biz ayələrimizi belə açıqlayırıq ki, onlar: “Sən dərs almısan” -desinlər və Biz də onu bilən bir camaata izah edək.

6|106|Rəbbindən sənə vəhy edilənə tabe ol. Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!

6|107|Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!

6|108|Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. Onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!

6|109|Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər!”

6|110|Biz onların ürəklərini və gözlərini əvvəlcə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq.

6|111|Əgər Biz mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti bilməz.

6|112|Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!

6|113|Axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər.

6|114|Allah sizə Kitabı müfəssəl surətdə nazil etdiyi halda, mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma!

6|115|Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, eşidəndir, biləndir!

6|116|Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!

6|117|Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!

6|118|Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş heyvanları yeyin!

6|119|Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!

6|120|Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!

6|121|Üstündə Allahın adı çəkilməmiş şeylərin ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.

6|122|Heç ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.

6|123|Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar.

6|124|Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” –deyərlər. Allah peyğəmbərliyi hara göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!

6|125|Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!

6|126|Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etmişik.

6|127|Onları Rəbinin yanında əmin-amanlıq yurdu gözləyir. Allah onların gördüyü işləri himayə edəndir.

6|128|Toplayacağı gün belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” Buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!

6|129|Beləliklə, qazandıqlarına görə zalımların bəzisini digərinin arxasına taxaraq.

6|130|Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.

6|131|Bu, ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola zülmlə məhv etməyi özünə rəva bilməz!

6|132|Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!

6|133|Rəbbin heç bir şeyə möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən gətirdiyi kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər.

6|134|Sizə vəd edilən, şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!

6|135|De: “Ey camaatım, əlinizdən gələni edin. Mən də yerinə yetirirəm. Axirət yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!

6|136|Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz inanclarına görə: “Bu, Allahın və bu da şərik qoşduğumuz bütlərin!” –dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!

6|137|Beləcə, ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. Onları da, uydurduqları yalanları da başlı-başına burax!

6|138|Öz iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır” -dedilər. Elə heyvanlar da vardır ki, Allahın adını çəkməzlər. Bütün bunları Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə onların cəzalarını verəcəkdir.

6|139|Həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur, onlar qadınlarımıza haram edilmişdir” -dedilər. Əgər ölü doğularsa, ona ortaqdırlar. Onlara vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir!

6|140|Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər.

6|141|Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı, dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman barından yeyin, yığım günü haqqını ödəyin, lakin israf etməyin. İsraf edənləri sevməz!

6|142|Yük daşıyan və döşək düzəldilən heyvanları da. Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir.

6|143|Səkkiz cift yaratdı: bir cüt qoyun və bir cüt keçi. De: “iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram etdi? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə xəbər verin!”

6|144|Bir cüt dəvə və bir cüt inək. De: “İki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz? Heç bir biliyi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!

6|145|De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!

6|146|Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!

6|147|Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkar bir tayfaya əzabın da qarşısı alına bilməz!”

6|148|Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. De: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!”

6|149|De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.

6|150|De: “Bunu Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar öz Rəbbinə tay tutarlar.

6|151|De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın haram buyurduğu cana qıymayın. Bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! |152|Yetimin malına, xeyirxah məqsəd istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. Bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz! |153|Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi yolundan sapdıracaq yollara uymayın. Sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”

6|154|Sonra Biz Musaya – yaxşı iş görən kimsəyə tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.

6|155|Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!

6|156|Biz onu sizin: “Bizdən əvvəl kitab ancaq iki tayfaya nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik” -deməməyiniz! |157|Və ya: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, -söyləməməyiniz üçün. Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq!

6|158|Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!”

6|159|Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Sonra onlara nə etdiklərini bildirəcəkdir!

6|160|Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.

6|161|De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”

6|162|De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! |163|Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”

6|164|De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.

6|165|Verdiyiniz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verən və şübhəsiz ki, bağışlayan, rəhm edəndir!

7. Əraf

7|1|Əlif, Lam, Mim, Sad.

7|2|Sənə endirilən kitab, möminlər üçün zikirdir və onunla onları, xəbərdar etməyin üçündür. Ondan ötrü ürəyində bir sıxıntı olmasın!

7|3|Rəbbinizdən sizə nazil edilənə tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!

7|4|Biz neçə-neçə məmləkətləri məhv etdik. Əzabımız onlara gecə, yaxud günün günorta çağı gəldi.

7|5|Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmuşuq!” –deməkdən başqa heç bir sözləri olmamışdır.

7|6|Rəsul göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən Rəsulları da, sorğu-sual edəcəyik.

7|7|Sonra da onlara bildiyimiz üçün söyləyəcəyik. Axı Biz qaib deyildik.

7|8|O gün çəki haqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır!

7|9|Tərəziləri yüngül gələnlər isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir.

7|10|Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!

7|11|Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” –dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.

7|12|(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” –deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” –dedi.

7|13|(Allah) Buyurdu: “Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaraşmaz. Çıx, çünki sən alçaqlardansan!”

7|14|(İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”

7|15|(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”

7|16|(İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacam! |17|Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”

7|18|(Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uysa, Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!

7|19|Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız!”

7|20|Şeytan örtülü ayıb yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya əbədi qalmamağınız üçün qadağan etmişdir!”

7|21|Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” -deyə and içdi.

7|22|Beləliklə, onları batil sözlərlə aldatdı. Ağacın meyvəsindən daddıqda ayıb yerləri göründü. Onlar Cənnət yarpaqlarından ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”

7|23|“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” –dedilər.

7|24|Buyurdu: “Bir-birinizə düşmən olaraq enin! Yerdə sizin üçün bir müddət sığınacaq və dolanacaq vardır”.

7|25|Buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız!”

7|26|Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız.

7|27|Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin dostları etdik.

7|28|Ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” -deyirlər. De: “Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”

7|29|De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü tutun. Dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!

7|30|İnsanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər.

7|31|Ey Adəm oğulları! Hər bir ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki israf edənləri sevməz!

7|32|De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.

7|33|De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur.

7|34|Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər!”

7|35|Ey Adəm oğulları! Sizə içərinizdən Rəsullar gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

7|36|Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar!

7|37|Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” –deyincə: “Onlar bizi qoyub qaçdılar!” –deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər.

7|38|Buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə dindaşına və tayfadaşına lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada toplandığı zaman sonra gələnlər əvvəl gələnlər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! Buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”

7|39|Əvvəl gələnlər isə sonrakılara: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Buna görə də qazandığınız günahların cəzası olaraq dadın əzabı!” –deyəcəklər.

7|40|Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk!

7|41|Onlar üçün Cəhənnəmdən döşək və üstlərinə örtmək üçün yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!

7|42|İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!

7|43|Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların altından çaylar axar. Onlar deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin Rəsulları haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” –deyə müraciət ediləcəkdir.

7|44|Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini gerçək olaraq gördünüzmü?” –deyə soruşacaq. Onlar: “Bəli!” –deyə cavab verəcəklər. Elə bu zaman onların arasında bir carçı: “Allah zalımlara lənət eləsin!” –deyə səslənəcək.

7|45|O kəslər ki, insanları Allah yolundan döndərər, onu əyri hala salmaq istəyər və axirətdə də inkar edərlər!

7|46|Onların ikisinin arasında pərdə və Əraf, üzərində isə insanlar vardır ki, onlar hamını üzündən tanıyıb cənnət əhlinə: “Sizə salam olsun!” -deyə müraciət edərlər. Bunlar çox istədiklərinə baxmayaraq hələ ora daxil olmamış kimsələrdir.

7|47|Onların nəzərləri cəhənnəm əhlinə çevrildiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” -deyərlər.

7|48|Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi” -deyəcək.

7|49|“«Allah onları Öz mərhəmətinə nail etməyəcək» -deyə and içdiyiniz kəslər bunlarmıdır?” –söyləyəcəklər. “Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!”

7|50|Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” –deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər.

7|51|O kəslər ki, dinlərini oyun-oyuncaq etmiş və dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq!

7|52|Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir Kitab gətirdik.

7|53|Onlar ancaq aqibətimi gözləyirlər? Onun xəbər verdiyi aqibət gəlib çatdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: “Doğrudan da, Rəbbimizin Rəsulları haqqı gətirmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?” Onlar özlərinə ziyan etdilər. Uyduqları onlardan uzaqlaşıb qeyb oldu.

7|54|Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, sürətlə təqib edən gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!

7|55|Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!

7|56|Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin. Ona həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!

7|57|Küləkləri Öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər ağır buludları hərəkətə gətirdiyi zaman Biz onları ölü bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!

7|58|Təmiz bir məmləkətin bitkiləri Rəbbinin iznilə çıxar. Pis bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə yetişər. Biz ayələrimizi şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik.

7|59|Biz Nuhu öz tayfasına göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”

7|60|Tayfasının başçıları ona! “Biz səni açıq-aydın azmış görürük! -deyə cavab verdilər.

7|61|Dedi: “Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir rəsulam! |62|Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan sizin bilmədiklərinizi bilirəm! |63|Yoxsa sizi xəbərdar etmək, sizin də xəbərdar olmanız və rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”

7|64|Buna görə onlar yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə qərq etdik. Onlar, həqiqətən, kor bir camaat idilər.

7|65|Ad tayfasına da qardaşları Hudu. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?”

7|66|Tayfasının kafir başçıları ona: “Biz səni safehlik içində görür və yalançılardan hesab edirik!” –deyə cavab verdilər.

7|67|Dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir rəsulam! |68|Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm. |69|Yoxsa sizi xəbərdar etmək üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”

7|70|Dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi xəbərdar etdiyini bir gətir görək!”

7|71|Onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu. Sizin və atalarınızın verdiyi adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

7|72|Beləliklə, onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik.

7|73|Səmud tayfasına da qardaşları Salehi. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız! |74|Sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”

7|75|Saleh tayfasının özlərinə sığışdırmayan təkəbbürlü başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: “Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş olduğunu bilirsinizmi?” –deyə soruşdular. Onlar: “Bəli, biz onunla göndərilən hər bir şeyə inanırıq!” –deyə cavab verdilər.

7|76|Özlərinə ar bilənlər: “Sizin inandığınıza biz inanmırıq!” –dedilər.

7|77|Sonra o dəvəni tutub kəsdilər və Rəbbinin əmrini saymazyana pozub: “Ey Saleh! Əgər sən göndərilən rəsullardansansa, bizi qorxutduğunu gətir görək!” –dedilər.

7|78|Buna görə də onları dəhşətli bir sarsıntı bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar.

7|79|Onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”

7|80|Lutu da. Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? |81|Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”

7|82|Tayfasının cavabı: “Onları məmləkətinizdən çıxarın, çünki onlar təmiz adamlardır!” –deməkdən başqa bir şey olmamışdı.

7|83|Biz onu və ailəsini xilas etdik. Yalnız övrəti həlak oldu.

7|84|Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!

7|85|Mədyən tayfasına da qardaşları Şüeybi göndərdik. Onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu sizin üçün xeyirlidir! |86|Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu əymək istəməyin. Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu! |87|Əgər sizin bir qisminiz mənimlə göndərilən inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!”

7|88|Tayfasının özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” –dedilər. Belə cavab verdi: “Nifrət etdiyim halda beləmi? |89|Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”

7|90|Tayfasının kafir əyanları dedilər: “Əgər Şüeybin ardınca getsəniz, şübhəsiz ki, ziyana uğramış olarsınız!”

7|91|Elə bu zaman onları dəhşətli bir sarsıntı bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar.

7|92|Şüeybi yalançı adlandıranlar, sanki orada heç bir şənlik içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.

7|93|Onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”

7|94|Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini müsibətə və bəlaya saldıq ki, bəlkə, yalvarıb-yaxarsınlar!

7|95|Sonra sıxıntını firəvanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi”. Elə bu an onları özləri də bilmədən, qəflətən yaxaladıq.

7|96|Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik.

7|97|Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?

7|98|Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?

7|99|Yaxud Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!

7|100|Yer üzünün sakinlərindən sonra ona varis olanlara aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik və onlar da eşitməzdilər?

7|101|O məmləkətlərin bəzi xəbərlərini sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirmişdilər. Əvvəlcə yalan hesab etdiklərinə yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər.

7|102|Onların əksəriyyətində əhdə vəfa görmədik. Onların əksəriyyətini günahkar kəslər gördük.

7|103|Onlardan sonra Musanı möcüzələrimizlə Firona və onun əyyanlarına göndərdik. Onlar inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu!

7|104|Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir Rəsulam! 7|105|Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər!”

7|106|Dedi: “Əgər möcüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!”

7|107|Musa əsasını atdı və o, dərhal aşkar görünən bir əjdaha oldu.

7|108|Əlini çıxartdı və o, bir anda baxanlara nur kəsildi.

7|109|Firon tayfasının əyanları dedilər: “Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır. 7|110|O sizi yurdunuzdan çıxartmaq istəyir!” “Elə isə tədbiriniz nədir?” - (deyə soruşdu).

7|111|Onlar dedilər: “Onu qardaşı ilə birlikdə saxla və şəhərlərə yığan adamlar göndər ki, 7|112|Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”

7|113|Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər biz üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”

7|114|“Bəli şübhəsiz ki, siz ən yaxın adamlardan olacaqsınız!” –deyə cavab verdi.

7|115|Sehrbazlar dedilər: “Ya Musa! Ya sən at, ya da biz ataq!”

7|116|“Siz atın” –dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər.

7|117|Biz də Musaya: “Əsanı tulla!” –deyə vəhy etdik. Atdığı zaman əsa onların uydurub düzəltdikləri bütün şeyləri uddu..

7|118|Artıq haqq zahir, onlanların uydurub düzəltdikləri yalanlar isə batil oldu.

7|119|Orada məğlub edildilər və xar olaraq geri döndülər.

7|120|Onlar səcdəyə qapanıb |121|Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə - |122|Musanın və Harunun Rəbbinə!”

7|123|Firon dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir. Biləcəksiniz! |124|Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!”

7|125|Belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! |126|Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin ayələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə səbir əta et və bizi müsəlman olaraq öldür!”

7|127|Firon tayfasının əyan-əşrafı dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” Belə cavab verdi: “Biz onların oğullarını öldürəcək, qadınlarını isə diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq!”

7|128|Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir!” -dedi.

7|129|Dedilər: “Sən bizə gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” Cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!”

7|130|Biz Firon əhlini qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!

7|131|Onlara bolluq qismət olduğu zaman: “Bu bizimdir!” –deyər, bir pislik üz verdikdə isə bunu Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq Allahdandır, lakin onların əksəriyyəti bilməz!

7|132|Dedilər: “Sən bizi ovsunlamaq üçün nə ayə gətirsən də, yenə sənə iman gətirən deyilik!”

7|133|Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, çəyirtkə və həşərat, qurbağa və qan göndərdik. Onlar yenə də özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.

7|134|Onlara əzab gəldikdə dedilər: “Ya Musa! Səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə göndərəcəyik”.

7|135|Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal pozdular.

7|136|Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları üçün intiqam alaraq onları dənizdə batırdıq.

7|137|Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə varis etdik. Səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları və ucaltdıqlarını isə viran qoyduq.

7|138|Biz İsrail oğullarını dənizdən keçirtdik, onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. Dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” Cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız! |139|Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!”

7|140|Dedi: “Allah sizi aləmlərə üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”

7|141|Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.

7|142|Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, islah etməyə çalış və fitnə-fəsad törədənlərin yolu ilə getmə!”

7|143|Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. “Ey Rəbbim! Özünü mənə göstər. Sənə baxım!” –dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən” -buyurdu. Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! Sənə tövbə etdim. Mən iman gətirənlərin birincisiyəm!” –dedi.

7|144|Belə buyurdu: “Ya Musa! Mən Öz risalətlərimdə və danışmağımla insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və şükür edənlərdən ol!”

7|145|Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. “Bundn möhkəm yapış və ümmətinə də onun ən gözəl hökmlərindən yapışmağı əmr et. Sizə fasiqlərin yurdunu göstərəcəyəm! |146|Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır. |147|Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!”

7|148|Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? Ona tapınıb zülm eləyən oldular.

7|149|Elə ki əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!”

7|150|Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?” Qəzəbindən lövhələrini yerə atdı, qardaşının başından yapışıb özünə tərəf çəkməyə başladı. Dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”

7|151|Dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”

7|152|Şübhəsiz ki, buzovu qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz iftira yaxanları belə cəzalandırırıq!

7|153|Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra bağışlayandır, rəhm edəndir!

7|154|Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” - (deyə yazılmışdı).

7|155|Musa Bizim təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş adam seçmişdi. Onları sarsıntı yaxalayanda dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən. Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan! |156|Bizə bu dünyada da yaxşılıq yaz. Biz Sənə tərəf döndük!” Buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlədə, ayələrimizə iman gətirənlərə yazacağam! |157|O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula–ümmi peyğəmbərə tabe olurlar. Onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla ardınca gedənlər məhz onlar nicat tapanlardır!”

7|158|De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. Göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”

7|159|Musa ümməti arasında bir dəstə də vardır ki, onlar haqq yola aparır və haqqı rəhbər tutaraq ədalətlə hökm edirdilər.

7|160|Biz onları on iki qəbiləyə - ümmətə böldük. Camaatı ondan su istədiyi zaman ona: “Əsanı daşa vur!” –deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” dedik. Onlar Bizə deyil, ancaq özlərinə zülm edirdilər!

7|161|Yadına sal ki, o zaman onlara belə deyilmişdi: “Bu şəhərdə sakin olun, ondan istədiyiniz yerdə yeyin, “hittə” (“bizi bağışla”) deyin və qapıdan səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!”

7|162|Lakin özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik.

7|163|Onlardan dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü həddi aşırdılar. O vaxt şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları üçün Biz onları belə imtahana çəkirdik.

7|164|Onlardan bir dəstə: “Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verirsiniz?” –dediyi zaman, onlara cavab olaraq: “Bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar pis əməllərdən çəkinsinlər!” –dedilər.

7|165|Onlar özlərinə verilən öyüdü unutduqları zaman Biz də pislikdən çəkindirinlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlədikləri üçün şiddətli bir əzabla məhv etdik.

7|166|Qadağan olunduqları işə saymazyana münasibət bəslədikləri vaxt onlara: “Həqir meymunlar olun!” –deyə əmr etdik.

7|167|O zaman Rəbbin onlara qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də bağışlayandır, rəhm edəndir!

7|168|Yer üzündə dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, dönsünlər.

7|169|Onlardan sonra yerlərinə kitaba sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: “Biz bağışlanacağıq!” Onlara bunun misli qədər daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda onlardan əhd alınmamışdımı?! Halbuki orada olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

7|170|Kitabdan yapışanlar, namaz qılanlar Biz əməlisalehlərin mükafatını zay etmirik!

7|171|Bir zaman dağı yerindən qoparıb onların başı üstünə kölgəlik kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” –demişdik.

7|172|Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onların özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” –soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” –deyə cavab vermişdilər. Qiyamət günü: “Biz bundan qafil idik”;

7|173|Və ya: “Atalarımız daha əvvəl şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil idik. Məgər biz batilə uyanların törətdikləri əməllərə görə məhv edəcəksən?” –deməməniz üçündür.

7|174|Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, dönələr!

7|175|Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə. O, imandan döndü. Şeytan onu özünə tabe etdi və o, azanlardan oldu.

7|176|Əgər Biz istəsəydik, onu ucaldardıq. Lakin o, yerə meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da. Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. Bu əhvalatları söylə ki, bəlkə, düşünsünlər!

7|177|Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!

7|178|Allahın doğru yola yönəltdiyi kimsə kimsə doğru yoldadır. Onun sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.

7|179|Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!

7|180|Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!

7|181|Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, ədalətlə hökm edirlər.

7|182|Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq!

7|183|Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da, sözsüz ki, çox ağırdır!

7|184|Məgər düşünmürlərmi ki, onların yoldaşında hər bir cünunluq əsər-əlaməti yoxdur? O ancaq açıq-aydın xəbərdarlıq edəndir!

7|185|Məgər onlar göylərin və yerin mülkünə, Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna inanmadıqdan sonra hansı kəlama inanacaqlar?

7|186|Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. Onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!

7|187|Səndən saat haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. Qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti bilməz!”

7|188|De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq xəbərdar edən və müjdələyənəm!”

7|189|Sizi tək bir nəfərdən xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini yaradan Odur. Zövcəsi ilə yaxınlıq etdikdə o, yüngül bir yüklə yükləndi və daşıdı ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh bir uşaq versən, şükür edənlərdən olarıq!” –dedi.

7|190|Allah onlara saleh övlad verdikdə özlərinə verdiyi ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır!

7|191|Məgər heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı şərik qoşarlar?

7|192|Halbuki bu bütlər nə onlara, nə də özlərinə bir kömək edə bilər!

7|193|Siz onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun –birdir.

7|194|Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər.

7|195|Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: “Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin! |196|Şübhəsiz ki, mənim hamim Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər! |197|Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!”

7|198|Əgər siz onları sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!

7|199|Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!

7|200|Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!

7|201|Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar.

7|202|Öz qardaşlarını azğınlığa sürükləyər, sonra da əl çəkməzlər.

7|203|Sən onlara bir ayə gətirmədiyin zaman: “Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin?” –deyə soruşarlar. De: “Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu Rəbbiniz tərəfindən aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.

7|204|Quran oxunan zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun!

7|205|Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!

7|206|Rəbbinin yanında olanlar Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq Ona səcdəyə qapanarlar!

8. Ənfal

8|1|Səndən qənimətlər haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Rəsulundur. Buna görə də əgər möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Rəsuluna itaət edin!

8|2|Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.

8|3|Namaz qılar və verdiyimiz ruzidən sərf edərlər.

8|4|Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz ruzi gözləyir!

8|5|Möminlərdən bir dəstənin xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq uğrunda öz evindən çıxartmasına bənzər!

8|6|Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər.

8|7|O zaman Allah sizə iki dəstədən birinin sizin olmasını vəd edirdi. Siz silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri ilə haqqı bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.

8|8|Günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi.

8|9|O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” –deyə duanızı qəbul buyurmuşdu.

8|10|Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

8|11|O vaxt Öz tərəfindən arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi təmizləmək, Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.

8|12|Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını doğrayın!”

8|13|Bu onların Allaha və Onun Rəsuluna qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, Allah şiddətli əzab verər.

8|14|Hələ ki, bunu dadın. Kafirləri üstəlik cəhənnəm əzabı da gozləyir.

8|15|Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!

8|16|Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.

8|17|Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah eşidəndir, biləndir!

8|18|Bu bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!

8|19|Əgər siz qələbə istəyirsinizsə, artıq sizə zəfər gəldi. Əgər əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi dəf edə bilməz. Allah, həqiqətən, möminlərlədir!

8|20|Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna itaət edin, eşitdiyiniz halda, ondan üz döndərməyin!

8|21|Eşitmədikləri halda: “Eşitdik!” deyənlər kimi olmayın!

8|22|Allah yanında gəzən canlıların ən pisi dərk etməyən karlar və lallardır.

8|23|Əgər Allah onlarda bir xeyir bilsəydi, onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də üz çevirərək dönüb gedərdilər.

8|24|Ey iman gətirənlər! Sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Rəsulunun çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır və siz Onun hüzuruna toplanacaqsınız.

8|25|Sizdən təkcə zalımlara toxunmayacaq bəladan qorxun. Bilin ki, Allah şiddətli əzab verəndir!

8|26|Xatırlayın ki, bir zaman siz yer üzündə az idiniz; zəif sayılırdınız, adamların sizi ələ keçirməsindən qorxurdunuz. Sizə sığınacaq verdi, sizə köməklik göstərib müdafiə etdi və təmiz ruzi verdi ki, bəlkə, şükür edəsiniz!

8|27|Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin!

8|28|Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!

8|29|Ey iman gətirənlər! Əgər Allaha qarşı təqva sahibi olsanız, O sizə FURQANI verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!

8|30|Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!

8|31|Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik: istəsək, biz də bunu bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir!” –söyləyərlər.

8|32|Bir zaman da: “Ya Allah! Əgər bu Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” –demişdilər.

8|33|Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!

8|34|Lakin onlar Məscidülhəramın sahibləri olmadıqları halda, mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir. Lakin onların əksəriyyəti bunu bilməz!

8|35|Onlar Beytullahın yanındakı namazı fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı!

8|36|Küfr edənlər öz mallarını Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,

8|37|Allah murdarı pakdan ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!

8|38|Kafir olanlara de: “Əgər onlar əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr.

8|39|Fitnə qalmayıb, bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər son qoysalar, Allah onların nə etdiklərini görəndir.

8|40|Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin havadarınızdır. O ən gözəl havadar, ən yaxşı imdada çatandır!

8|41|Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir. Allah hər şeyə qadirdir!

8|42|O zaman siz vadinin ən yaxın tərəfində, onlar isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda durmuşdu. Əgər siz vədələşsəydiniz, təyin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir möcüzə ilə həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın. Həqiqətən, Allah eşidəndir, biləndir!

8|43|O zaman Allah röyanda sənə onları az göstərirdi.. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!

8|44|Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır.

8|45|Ey iman gətirənlər! Bir dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız!

8|46|Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!

8|47|Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və Allah yolundan döndərənlər kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!

8|48|O zaman Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah şiddətli əzab verəndir!” –demişdi.

8|49|O zaman münafiqlər və ürəklərində mərəz olanlar: “Bunları öz dinləri aldatdı!” –deyirdilər. Lakin Allaha təvəkkül edən. Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir!

8|50|Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabını!” –deyib canlarını alanda görəydin!

8|51|Bu sizin öz əllərinizlə qazandığınız günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!

8|52|Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!

8|53|Bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən deyildir. Həqiqətən, Allah eşidəndir, biləndir!

8|54|Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini batırdıq. Onların hamısı zalım idi!

8|55|Allah yanında gəzən canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər.

8|56|Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar.

8|57|Əhdi pozanları müharibədə yaxalasan, onlar ilə arxalarında olan kimsələri də dağıt ki, onlar ibrət alsınlar!

8|58|Əgər bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, onlarla olan əhdini pozduğunu açıq-aydın özlərinə elan et. Çünki Allah xainləri sevməz!

8|59|Canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, xilas olmuşlar. Onlar aciz edə bilməzlər! 

8|60|Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmağ üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!

8|61|Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O eşidəndir, biləndir!

8|62|Əgər onlar səni aldatmaq istəsələr, sənə təkcə Allah kifayətdir. Səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi.

8|63|Və onların ürəklərini birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.

8|64|Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər.

8|65|Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır!

8|66|İndi Allah yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə, min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!

8|67|Heç bir peyğəmbərə yer üzündə öldürməyənə qədər əsirləri özünə mal etmək yaramaz. Siz puç dünya malını istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

8|68|Əgər əvvəlcə Allahdan bir hökm olsaydı, aldığınız müqabilində sizə şiddətli bir əzab üz verərdi.

8|69|Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

8|70|Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!

8|71|Əgər əsirlər sənə xəyanət etmək istəsələr, bundan əvvəl Allaha xəyanət etmişdilər. Allah imkan verdi. Allah biləndir, hikmət sahibidir!

8|72|İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib kömək istəyənlər – məhz onlar bir-birinə dostdurlar. İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur. Lakin əgər onlar din yolunda sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!

8|73|Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar.

8|74|İman gətirib köçənlər, Allah yolunda cihad edənlər və sığınacaq verib kömək edənlər – məhz onlar həqiqi möminlərdir. Onları bağışlanma və tükənməz ruzi gözləyir!

8|75|Sonradan iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabında bir-birinə daha uyğundurlar. Həqiqətən, Allah hər şeyi biləndir!.. 9.

9. Tövbə

9|1|Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq!

9|2|Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rüsvay edəcəkdir!

9|3|Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir olanları şiddətli bir əzabla müjdələ!

9|4|Müqavilə bağlandıqdan sonra sizə qarşı bir naqislik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər!

9|5|Haram aylar çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

9|6|Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır. Çünki onlar bilməyən bir tayfadır!

9|7|Məscidülhəramın yanında müqavilə bağladığınız kəslər istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri sevər!

9|8|Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər? Onlar ürəkləri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti fasiqlərdir!

9|9|Onlar Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da Onun yolundan döndərdilər. Həqiqətən, onların gördükləri iş necə də pisdir!

9|10|Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar həddi aşanlardır!

9|11|Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!

9|12|Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları yoxdur. Bəlkə, əl çəkələr!

9|13|Məgər siz andlarınızı pozan, Peyğəmbəri çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər möminlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!

9|14|Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin.

9|15|Və onların qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah biləndir, hikmət sahibidir!

9|16|Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Rəsulundan və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!

9|17|Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar atəşdə əbədi qalacaqlar!

9|18|Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər. Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!

9|19|Məgər siz hacılara su verməyi və Məscidülhəramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz!

9|20|İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır.

9|21|Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr.

9|22|Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!

9|23|Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar.

9|24|De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Rəsulundan və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!

9|25|Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız.

9|26|Sonra da Allah Öz Rəsuluna və möminlərə arxayınlıq nazil etdi, görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!

9|27|Bundan sonra Allah yenə də istədiyinin tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhm edəndir!

9|28|Ey iman gətirənlər! Müşriklər, doğrudan da, murdardırlar. Özlərinin bu ilindən sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxursunuzsa, əgər Allah istəsə, öz nemətindən sizi mütləq dövlətli edəcəkdir. Allah biləndir, hikmət sahibidir!

9|29|Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Rəsulunun haram buyurduqlarının haram bilməyən və haqq dini qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.

9|30|Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih Allahın oğludur”, -dedilər. Onların ağzında gəzən bu sözlər daha öncə küfr edənlərin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də döndərilirlər!

9|31|Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!

9|32|Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər.

9|33|Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərin fövqündə etmək üçün Öz Rəsulunu doğru yolla və haqq dinlə göndərən Odur!

9|34|Ey iman gətirənlər! Alimlərdər və rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!

9|35|O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin dadın!”

9|36|Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!

9|37|Həqiqətən, gecikdirmək ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu bir il halal, bir il haram sayarlar.. Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!

9|38|Ey iman gətirənlər! Sizə nə oldu ki, “Allah yolunda döyüşə çıxın!” –deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir!

9|39|Əgər çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər. Siz isə Ona heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!

9|40|Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman. O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!

9|41|Ağırlı-yüngüllü hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!

9|42|Əgər o, asan əldə edilən mənfəət və orta bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu məsafə onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq” -deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir.

9|43|Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara izin verdin?

9|44|Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər. Allah müttəqiləri tanıyandır!

9|45|Səndən izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.

9|46|Əgər onlar çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də mane oldu. Onlara: “oturanlara siz də oturun!” -deyildi.

9|47|Əgər sizinlə birlikdə çıxsaydılar, yalnız içinizdə pozuntunu artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır!

9|48|Onlar əvvəl də fitnə törətmək istəmiş və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu.

9|49|Onlardan: “Mənə izin ver, məni fitnəyə salma!” –deyənlər də var. Bilin ki, onlar fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!

9|50|Sənə bir yaxşılıq nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər.

9|51|De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”

9|52|De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik”!

9|53|De: “İstər könül xoşluğu ilə, istər zorla xərcləyin. Onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.

9|54|Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir.

9|55|Nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.

9|56|Sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar qorxaq bir zümrədir.

9|57|Əgər onlar bir sığınacaq və ya mağara, yaxud girməyə bir deşik tapsaydılar, tələsik ora üz tutardılar.

9|58|Onlardan sədəqələr barəsində sənə eyib tutanlar da var. Əgər onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblənərlər.

9|59|Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə kifayətdir. Allah bizə Öz nemətindən bəxş edəcək, Peyğəmbəri də. Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!” –deyəydilər!

9|60|Sədəqələr Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda cihad edənlərə və yolçulara məxsusdur. Allah biləndir, hikmət sahibidir!

9|61|Peyğəmbəri incidib: “O bir qulaqdır” -deyənlər də var. De: “O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!”

9|62|Onlar sizin razılığınızı qazanmaq üçün Allaha and içirlər. Əgər onlar mömindirlərsə, Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!

9|63|Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.

9|64|Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!”

9|65|Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq” -deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!

9|66|üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızda bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!

9|67|Münafiq kişilərlə münafiq qadınlar bir-birinin eynidirlər. Onlar pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir. Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqlərdir!

9|68|Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Onlara kifayətdir. Allah onlara lənət elədi. Onları daimi bir əzab gözləyir!

9|69|Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli, mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!

9|70|Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər.

9|71|Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

9|72|Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur!

9|73|Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir!

9|74|Allaha and içirlər ki, deməyiblər. Onlar küfr sözünü demiş, islamı qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə girişmişdilər. Kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!

9|75|Bəziisi də Allahla belə əhd etmişdir: “Əgər Allah bizə Öz nemətindən bəxş etsə, biz mütləq sədəqə verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq”.

9|76|Öz nemətindən onlara ehsan buyurduqda xəsislik etdilər və üz döndərdilər. Onlar elə zatən dönükdürlər!

9|77|Verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə qədər nifaq saldı.

9|78|Məgər bilmirdilər ki, Allah onların sirlərini də bilir, gizli danışıqlarını da. Və Allah qeybləri çox gözəl biləndir?!

9|79|Könüllü surətdə sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!

9|80|Onlar üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!

9|81|Arxada qalanlar Allahın Rəsuluna qarşı çıxaraq oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” –dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!

9|82|Qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar!

9|83|Əgər Allah səni bir dəstənin yanına qaytarsa və onlar səndən izin istəsələr, de: “Mənimlə əsla çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə oturmağa razı oldunuz. İndi də arxada qalanlarla birlikdə oturun!”

9|84|Onlardan ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.

9|85|Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının çıxmasını istər.

9|86|“Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” –deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: “Qoy biz də oturanlarla bir yerdə qalaq!” –deyərlər.

9|87|Onlar arxada qalanlarla bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də anlamazlar.

9|88|Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər. Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!

9|89|Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlət hazırlamışdır. Bu, böyük qurtuluşdur!

9|90|Bədəvilərdən izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.

9|91|Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq şərtilə, acizlərə, xəstələrə və sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri də məzəmmət etməyə heç bir əsas yoxdur. Allah bağışlayandır, rəhm edəndir!

9|92|Yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram” -deyərkən ərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!

9|93|Ancaq varlı olduqları halda səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar arxada qalanlarla bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini möhürləmişdir. Buna görə də onlar bilməzlər!

9|94|Yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. Belə de: “üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. Əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!

9|95|Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz üçün Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! Çünki onlar murdardırlar və qazandıqlarının cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!

9|96|Onlardan razı olasınız deyə, qarşınızda and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!

9|97|Bədəvilər küfr və nifaq baxımından daha pis və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri bilməməyə daha layiqdirlər. Allah biləndir, hikmət sahibidir!

9|98|Bədəvilər içərisində elələri vardır ki, xərclədiklərini ziyan sayar və başınıza bəlalar gəlməsini gözləyərlər. Öz başlarına gəlsin! Allah eşidəndir, biləndir!

9|99|Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu onlar üçün yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

9|100|İlk əvvəl qəbul edib irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur!

9|101|Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra isə ən böyük əzaba uğrayacaqlar.

9|102|Bir qismi də günahlarını etiraf etdi. Onlar yaxşı bir əməllə pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

9|103|Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır. Allah eşidəndir, biləndir.

9|104|Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!

9|105|De: “edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”

9|106|Döyüşə getməyənlərin bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah biləndir, hikmət sahibidir!

9|107|Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” -deyə and içənlərin, həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!

9|108|Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!

9|109|Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!

9|110|Onların qurduğu bina ürəkləri parça-parça olana qədər qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah biləndir, hikmət sahibidir!

9|111|Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur!

9|112|Tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ!

9|113|Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!

9|114|İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.

9|115|Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları sapdırmaz! Həqiqətən, Allah hər şeyi biləndir!

9|116|Həqiqətən, göylərin və yerin hökmü Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!

9|117|Allah bir qismini ürəyi dönmək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu. Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.

9|118|Həmçinin geri qalmış üç nəfərin də. Belə ki, dünya onlara dar olmuş, ürəkləri təngə gəlib sıxılmışdı. Onlar Allahdan yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!

9|119|Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun! /

9|120|Mədinəlilərə və onların ətrafında olan bədəvilərə Allahın Peyğəmbərindən geri qalmaq, ondan özlərini kənara çəkmək yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!

9|121|Onların sərf etdikləri elə bir az-çox xərc, keçdikləri elə bir vadi olmaz ki, Allah əməllərinin qarşılığını daha gözəl versin deyə, əvəzində onlara yazılmamış olsun!

9|122|Möminlərin hamısının birdən səfərə çıxması lazım deyil. Beləcə hər firqədən bir qrup səfərə çıxmayıb, öz qövümlərini, onlara geri döndüyü zaman, onları xəbərdar etmələri üçün, dini gözəl öyrənsinlər! Beləcə onlar çəkinərlər.

9|123|Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!

9|124|Bir surə nazil edildiyi zaman onlardan: “Bu sizin hansınızın imanını artırdı?” –deyənlər də var. Möminlərə gəlincə, onların imanını artırar və onlar sevinərlər.

9|125|Qəlblərində mərəz olanlara gəldikdə isə, onların murdarlığı üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!

9|126|Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!

9|127|Bir surə nazil edildiyi zaman bir-birinə baxıb: “sizi görən varmı?” –deyə soruşur, dönüb aradan çıxırlar. Onlar anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini döndərmişdir!

9|128|Sizə özünüzdən bir Rəsul gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizdən ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!

9|129|Əgər onlar üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir!”

10. Yunus

10|1|Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın ayələridir!

10|2|İçərilərindən bir adama: “İnsanları xəbərdar et, iman gətirənləri Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” –deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!” -dedilər.

10|3|Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, hər işi yerinə qoyan Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?

10|4|Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, insanları yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su və şiddətli bir əzab gözləyir!

10|5|Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!

10|6|Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün dəlillər vardır.

10|7|Bizimlə qarşılaşacaqlarına ümid etməyənlərin, dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların - |8|Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!

10|9|İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə qovuşdurar. Nəim cənnətlərində onların altından çaylar axar.

10|10|Onların oradakı duası: “Pərvərdigara! Sən paksan, müqəddəssən!” orada salamlaşması: “Salam!” duası: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir.

10|11|Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teziklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!

10|12|İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da, Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda, ondan ötrü Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.

10|13|Andolsun, sizdən öncəki vaxtlarda yaşayanları, zülmetdikləri zaman həlak ettik. Və onlara Rəsulları dəlillər ilə gəldi. Və onlar inanmadılar. Biz günahkarları belə cəzalandırırıq.

10|14|Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız.

10|15|Ayələrimiz açıq-aydın oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir!” –deyərlər. Onlara de: “Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, böyük günün əzabından qorxuram”.

10|16|De: “Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan qabaq sizin aranızda ömür sürmüşəm. Məgər dərk etmirsinizmi?”

10|17|Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa bilməzlər!

10|18|Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” –deyirlər. De: “Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!”

10|19|İnsanlar ancaq tək bir ümmət idilər. Sonra ayrıldılar. Əgər Rəbbin tərədindən öncə bir söz olmasaydı, ixtilafda olduqları məsələlər barəsində aralarında dərhal hökm verilmişdi.

10|20|Müşriklər: “Barı, Peyğəmbərə Rəbbi tərəfindən bir möcüzə nazil ediləydi!” –deyirlər. Onlara belə cavab ver: “Qeyb ancaq Allaha məxsusdur. Elə isə. Doğrusu, mən də sizinlə birlikdə gözləyləyənlərdənəm!”

10|21|İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət dadızdırsaq, dərhal hiylə qurmağa girişərlər. De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz qurduğunuz hiylələri yazırlar!

10|22|Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü başa düşdükdə siqdi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”

10|23|Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik.

10|24|Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!

10|25|Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola salır!

10|26|Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir. Onların üzünə nə bir toz, nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!

10|27|Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar. Onları Allahdan heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!

10|28|O gün onların hamısını yığacaq, sonra müşrikləri: “Siz də, Allaha qoşduğunuz şərikləriniz də yerinizdə durun!” –deyəcək və onları ayıracağıq. Şərikləri dilə gəlib deyəcəklər: “Siz bizə ibadət etmirdiniz”.

10|29|“Sizinlə bizə aramızda təkcə Allahın şahid olması yetər. Biz sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!”

10|30|Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər verəcək və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. Uydurub düzəltdikləri bütlər isə onlardan qeyb olacaqlar.

10|31|De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: “Allahdır!” –deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?”

10|32|“O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə necə döndərilirsiniz?”

10|33|Fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü belə kerçək oldu.

10|34|De: “Allaha qoşduğunuz şəriklər içərisində məxluqu yoxdan yaradan, sonra onu qaytara bilən bir kəs varmı?” De: “Allah məxluqu yoxdan yaradır, sonra onu qaytarır. Elə isə necə döndərilirsiniz?”

10|35|De: “Şərikləriniz içərisində haqq yola yönəldə bilən bir kimsə varmı?” De: “Allah haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”

10|36|Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!

10|37|Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. Lakin o özündən əvvəlkiləri təsdiq edən kitabı ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!

10|38|Yoxsa: “Onu özündən uydurdu!” –deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!”

10|39|Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu!

10|40|İçərisində ona inanan da var, inanmayan da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyandır!

10|41|Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!”

10|42|Onların içərisində səni dinləyənlər də vardır. Ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə bilcəksən?!

10|43|Onların içərisində sənə baxanlar da vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!

10|44|Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!

10|45|Gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər.

10|46|Vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək də, yaxud səni axirətə qovuşdursaq da, bil ki, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!

10|47|Hər ümmətin bir Rəsulu vardır. Onlara Rəsul gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!

10|48|“Əgər doğru danışırsınızsa, bu vəd etdiyiniz qiyamət nə vaxt olacaq?” –deyə soruşarlar.

10|49|De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin bir əcəl vaxtımvardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”.

10|50|De: “Bir deyin görək. Əgər əzabı sizə gecə, yaxud gündüz gəlsə! Günahkarlar buna niyə tələsirlər? |51|O əzab gəldikdən sonramı ona inanacaqsınız? İndimi? Halbuki siz onun tez gəlməsini istəyirsiniz!”

10|52|Sonra zülm edənlərə: “Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!” –deyiləcək.

10|53|Səndən: “O doğrudurmu?” –deyə xəbər alacaqlar. Onlara belə cavab ver: “Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!”

10|54|Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz.

10|55|Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın vədi haqdır, lakin əksəriyyəti bilməz!

10|56|Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız!

10|57|Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir!

10|58|De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından daha xeyirlidir!”

10|59|De: “Allahın sizə ruzi olaraq nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?”

10|60|Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz!

10|61|Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!

10|62|Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

10|63|O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər -

10|64|Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!

10|65|Onların sözləri səni kədərləndirməsin. Yenilməz izzət bütövlükdə yalnız Allaha məxsusdur. O, eşidəndir, biləndir!

10|66|Bilin ki, göylərdə və yerdə kim varsa hamısı Allahındır. Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər.

10|67|Gecəni dincəlməyiniz üçün, gündüzü işıqlı edən Odur. Həqiqətən, bunda eşidənlər üçün dəlillər vardır.

10|68|“Allah Özünə övlad götürdü!” dedilər. Allah pak və müqəddəsdir. O, möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?

10|69|De: “Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!”

10|70|Dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq!

10|71|Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın, sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin. |72|Əgər siz üz çevirsəniz, mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!”

10|73|Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları varislər etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör qorxudulanların axırı necə oldu!

10|74|Nuhun ardınca öz ümmətlərinə rəsullar göndərdik. Onlar açıq-aşkar möcüzələr gətirmişdilər. Bunlar isə öncə yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz həddi aşanların ürəklərini belə möhürləyirik.

10|75|Onlardan sonra Musanı və Harunu Firona və camaatına ayələrlə göndərdik. Lakin onlar özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular.

10|76|Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Bu, aşkar bir sehrdir!” –dedilər.

10|77|Musa onlara belə dedi: “Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar nicat tapmazlar!”

10|78|Onlar: “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” –dedilər.

10|79|Firon: “Nə qədər bilikli sehrbaz varsa, gətirin!” –dedi.

10|80|Sehrbazlar gəldikdə Musa: “Nə atacaqsınızsa, atın” –dedi.

10|81|Onlar atdıqda Musa dedi: “Sizin etdiyiniz hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! |82|Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək!”

10|83|Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı.

10|84|Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!”

10|85|Onlar dedilər: “Biz yalnız Allaha təvəkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə! |86|Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!”

10|87|Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə edin, namaz qılın və möminləri müjdələyin!” –deyə vəhy etdik.

10|88|Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! Sənin yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!”

10|89|Buyurdu: “Hər ikinizin duasını qəbul etdim. Siz sabitqədəm olun və cahillərin yoluna uymayın!"

10|90|İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. Batacağı anda: “İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq təslim olanlardanam!” –dedi.

10|91|İndimi? Halbuki əvvəlcə qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!

10|92|Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik. Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!

10|93|İsrail oğullarına çox gözəl bir yerdə təmiz ruzi verdik. Onlar özlərinə bir elm gələnə qədər ixtilafda olmadılar. Qiyamət günü Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!

10|94|Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl kitab oxuyanlardan soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!

10|95|Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!

10|96|Həqiqətən, əleyhinə sənin Rəbbinin sözü gerçəklənmiş olanlar iman gətirməzlər!

10|97|Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə.

10|98|Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı? iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət gün-güzəran verdik.

10|99|Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!

10|100|Heç kəs Allahın izni olmadan iman gətirə bilməz. Allah anlamayanları əzaba düçar edər.

10|101|De: “Bir gör göylərdə və yerdə nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və peyğəmbərlər heç bir fayda verməz!

10|102|Onlar ancaq özlərindən əvvəl gəlib-gedənlərin günləri kimi bir gün gözləyirlər!” De: “Gözləyin, doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

10|103|Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri belə xilas etmək Bizə vacibdir.

10|104|De: “Ey insanlar! Əgər mənim dinim bardəsində şübhəyə düşmüsünüzsə, mən Allahı qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”.

10|105|Və: “Batildən haqqa tapınaraq üzünü islam dininə çevir, müşriklərdən olma,

10|106|Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!, -deyə buyurulmuşdur.

10|107|Əgər Allah sənə bir zərər toxundursa, onu Özündən başqa heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.

10|108|De: “Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm!”

10|109|Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır!. 11.

11. Hud

11|1|Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, agah olan tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki, |2|Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən xəbərdar edən və müjdələyənəm.

11|3|Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram.

11|4|Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!

11|5|Bilin ki, Allahdan gizlənmək məqsədilə ikiqat olarlar. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir.

11|6|Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Hamısı açıq-aşkar kitabdadır.

11|7|Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir!” –deyə cavab verərlər.

11|8|Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki,: “Bu əzabı gecikdirən nədir?” –deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər.

11|9|Əgər insana Özümüzdən bir nemət daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o, məyus və nankor olar.

11|10|Əgər başına gələn bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mütləq: “Artıq fəlakətlər məndən sovuşdu” -deyər və sözsüz ki, sevinib öyünər.

11|11|Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları bağışlanma və böyük bir mükafat gözləyir.

11|12|Müşriklərin: “Heç olmasa, ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” –deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli olacaqsan və  buna görə ürəyin qısılacaq! Sən ancaq xəbərdarlıq edənsən. Allah isə hər şeyə vəkildir!

11|13|Yoxsa: “Onu özündən uydurdu!” -deyirlər. De: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın. |14|Yox, əgər sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir İlah yoxdur! Siz müsəlman olacaqsınızmı?

11|15|Kim dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini elə orada verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz.

11|16|Belələrini axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!

11|17|Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Allahdan bir şahid gələn, ondan da əvvəl Musanın bir rəhbər və mərhmət olan kitabının təsdiq etdiyi kimsə?! Bunlar Qurana inanırlar. Quranı inkar edən zümrənin vəd olunduğu yer Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən haqdır, lakin insanların əksəriyyəti inanmaz!

11|18|Allaha iftira yaxandan daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!

11|19|O kəslər ki, Allah yolundan döndərir, onu əymək istəyirlər – onlar, məhz onlar axirəti inkar edənlərdir.

11|20|Onlar yer üzündə aciz qoya bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar eşidə bilməz və görməzlər!

11|21|Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar.

11|22|Şübhəsiz ki, axirətdə də ən çox ziyana uğrayanlar onlardır!

11|23|İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!

11|24|Bu iki tayfanın vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?

11|25|Həqiqətən, Biz Nuhu öz tayfasına göndərdik. Nuh dedi: “Mən sizi açıq-aşkar xəbərdar edənəm! |26|Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!”

11|27|Tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”

11|28|Dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa, istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?! |29|Ey camaatım! Mən təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm! |30|Ey camaatım! Əgər mən onları qovsam, məni Allahın əzabından kim qurtara bilər? Məgər düşünmürsünüz? |31|Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürələrində olanı Allah bilir. Onda şübhəsiz ki, zalımlardan olaram!”

11|32|Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!”

11|33|Belə cavab verdi: “Onu istəsə, ancaq Allah sizə gətirər və siz əsla Allahı aciz buraxa bilməzsiniz. |34|Əgər Allah sizi sapdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!”

11|35|Yoxsa onu özündən uydurdu!” –deyirlər. Onlara belə cavab ver: “Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!”

11|36|Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlədrən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! |37|Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə. Çünki onlar boğulacaqlar!”

11|38|Gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. Onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi, siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. |39|Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”

11|40|Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə çox az adam iman gətirmişdi.

11|41|Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”

11|42|Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”

11|43|Belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da boğulanlardan oldu.

11|44|“Ey yer! Suyunu ud! Ey göy! saxla!” –deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv olsun!” –deyildi.

11|45|Nuh Rəbbinə müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!”

11|46|Buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o pis bir iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.

11|47|Dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”

11|48|Belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan camaatdan törənəcək ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə en. Bəzi ümmətlərə də dolanışıq verəcək, sonra isə onları şiddətli bir əzaba düçar edəcəyik!”

11|49|Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et. Həqiqətən, aqibət müttəqilərindir!

11|50|Ad tayfasına da qardaşları Hud dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir İlahınız yoxudr. Siz isə yalnız iftiraçısınız! |51|Ey camaatım! Mən buna görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz? |52|Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin!”

11|53|Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir dəlil gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq! |54|Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız sənə sədəmə toxundurmuşdur”. Belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam! |55|Bircə Ondan başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin! |56|Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı əlində olmasın. Həqiqətən, Rəbbim Sırati Mustakim üzrədir! |57|Əgər üz çevirsəniz, bilin ki, mən sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!”

11|58|Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!

11|59|Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Rəsullarına qarşı çıxdılar, başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.

11|60|Və, beləliklə, dünyada da, qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad kənar oldu.

11|61|Səmud qövmünə də, qardaşları Saleh dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir İlahınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, qəbul edəndir!”

11|62|Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik”.

11|63|O dedi: «Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş edibsə, onda necə olsun? Əgər Allaha asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız. |64|Ey camaatım! Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız!”

11|65|Onlar tutub kəsdilər. Dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir ki, yalan çıxmaz!”

11|66|Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir!

11|67|O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar.

11|68|Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası kənar oldu!

11|69|Həqiqətən, elçilərimiz İbrahimə müjdə gətirib: “Salam!” –dedilər.  “Salam!” –deyə cavab verdi və dərhal qızarmış bir buzov gətirdi.

11|70|Əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma, biz Lut tayfasına göndərilmişik!”

11|71|Ayaqda duran arvadı gülümsədi. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla müjdələdik.

11|72|Dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!”

11|73|Dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!”

11|74|İbrahimin qorxusu çəkildikdə və ona müjdə gəldikdə Lut tayfası barəsində Bizimlə mübahisə etməyə başladı.

11|75|Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə təslim etmiş bir zat idi.

11|76|“Ey İbrahim! Bundan əl çək, Rəbbinin əmri artıq gəlmişdir. Onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir.

11|77|Elçilərimiz Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” –dedi.

11|78|Tayfası tələsik yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur?”

11|79|Onlar dedilər: “Sənin qızlarına heç bir rəğbətimiz olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”

11|80|Dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim!”

11|81|Dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların vaxtı səhərdir. Səhər yaxın deyilmi?”

11|82|Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq (siccildən).

11|83|Onlara Rəbbinin dərgahında əlamət qoyulmuşdur. O zalımlardan da, uzaq deyildir!

11|84|Mədyən əhlinə də qardaşları Şüeybi dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir İlahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Bununla belə sizi bürüyəcək bir günün əzabından qorxuram! |85|Ey qövmüm! Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin! |86|Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!”

11|87|Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”

11|88|Belə cavab verdi: “Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir dəlil ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl bir ruzi versə? Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm! |89|Ey qövmüm! Mənə qarşı olan ədavətiniz Nuh tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir! |90|Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhm edəndir, sevəndir!”

11|91|Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif görürük. Əgər əşirətin olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz bir adam deyilsən!”

11|92|Dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir! |93|Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!”

11|94|Əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şüeybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar. 

11|95|Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi uzaq oldu!

11|96|and olsun ki, Musanı ayələrimizlə və açıq-aşkar sultanla göndərdik -

11|97|Firona və onun əyan-əşrafına. Onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri düzgün deyildi.

11|98|Qiyamət günü camaatının qabağında gedib onları atəşə aparacaq; Onların düşəcəkləri yer necə də pisdir!

11|99|Onlar burada da, qiyamətdə də, lənətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!

11|100|Bu, məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi isə yerlə yeksan olmuşdur.

11|101|Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi, əksinə, yalnız ziyanlarını artırdı.

11|102|Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir!

11|103|Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür.

11|104|Biz onu yalnız müəyyən bir müddət üçün təxirə salmışıq.

11|105|Gəldiyi gün izni olmadan heç kəs danışa bilməz. İnsanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!

11|106|Bədbəxt olanlar od içərisində qalacaqlar. Onların orada ah-fəryad gözləyir.

11|107|Rəbbinin istədiyi istisna olmaqla, onlar orada əbədi–göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.

11|108|Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.

11|109|Elə isə bunların tapındıqlarının batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi ibadət edirlər. Biz onların qismətini əskiltmədən verəcəyik!

11|110|Biz Musaya kitab verdik və onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbindən öncə bir söz olmasaydı, şübhəsiz ki, işləri bitmişdi. Həqiqətən, onlar onun barəsində də şəkk-şübhədədirlər!

11|111|Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır!

11|112|Sənə əmr edildiyi kimi, düz ol. Səninlə birlikdə iman gətirənlər də düz olsunlar. Həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!

11|113|Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostunuz yoxdur. Sonra sizə kömək olunmaz!

11|114|Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihətdir.

11|115|Səbr et. Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!

11|116|Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə uydular və günahkar oldular.

11|117|Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz!

11|118|Əgər Rəbbin, istəsəydi bütün insanları tək bir ümmət edərdi. Onlar hələ də ixtilafdadırlar.

11|119|Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. Onları bunun üçün yaratmışdır. Artıq Rəbbinin: “Mən Cəhənnəmi bütün cinlər və insanlarla dolduracağam!” -sözü tamamilə yerinə yetdi!

11|120|Biz rəsulların xəbərlərindən ürəyini möhkəmləndirəcək nə varsa, sənə nağıl edirik. Bu sənə haqq, möminlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!

11|121|İman gətirməyənlərə de: “Siz etdiyinizi edin, biz də etdiyimizi edəcəyik! |122|Və gözləyin. Biz də gözləyirik!”

11|123|Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də axırda Ona qayıdacaqdır. Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!

12. Yusuf

12|1|Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın ayələridir!

12|2|Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, anlayasınız.

12|3|Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti danışırıq. Hərçənd ki, sən əvəlcə əsla xəbərdar deyildin.

12|4|Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”.

12|5|Dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. |6|Rəbbin səni seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin biləndir, hikmət sahibidir!”

12|7|Yusifin və qardaşlarının əhvalatında soruşanlar üçün ibrətlər vardır.

12|8|Bir zaman belə demişdilər: “Biz bir dəstə olduğumuz halda, Yusif və onun qardaşı atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”

12|9|“Yusifi öldürün və ya bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə əməlisaleh bir camaat olarsınız!”

12|10|Bir başqası belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”.

12|11|Onlar dedilər: “Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə etibar etmirsən? |12|Sabah onu bizimlə birlikdə göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!”

12|13|Dedi: “Onu aparmağınız məni çox məyus edər. Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”

12|14|Onlar: “Biz güclü bir dəstə ola-ola qurd onu yesə, onda biz aciz olarıq ki!” –deyə cavab verdilər.

12|15|Onu götürüb apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz: “Sən onlara özlərinin bu işi barəsində heç gözləmədikləri halda xəbər verəcəksən!” –deyə vəhy etdik.

12|16|Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.

12|17|Və dedilər: “Ata! Biz bir-birimizlə yarışmaq üçün getmişdik və Yusifi şeylərimizin yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”

12|18|Onlar köynəyinin üstünə yalandan bir qan gətirmişdilər. Dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir. Mənə yalnız gözəl səbir gərəkdir. Dediklərinizdən ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”

12|19|Nəhayət, bir dəstə müsafir gəlib suçularını göndərdilər. Qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır!” –dedi. Onlar satdıq bir şey kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini biləndir!

12|20|Onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və tamah göstərmədilər.

12|21|Misirdə satın alan öz zövcəsinə belə dedi: “Ona hörmət et. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində qalibdir. Lakin insanların əksəriyyəti bilməz!

12|22|Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!

12|23|Evində olduğu qadın tovlayıb yoldan çıxartmaq istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” –dedi. “Mən Allaha sığınıram. Axı o mənim ağamdır. O mənə yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.

12|24|Doğrudan da ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, ona meyl edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!

12|25|Hər ikisi qapıya tərəf cumdu. Onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında ağası ilə rastlaşdılar. Dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”

12|26|Dedi: “O məni tovlayıb yoldan çıxartmaq istədi!” Bir şahid belə şəhadət verdi: “Əgər köynəyi öndən cırılmışsa, doğru deyir, o isə yalançılardandır. |27|Yox, əgər onun köynəyi arxadan cırılıbsa, yalan deyir, o isə doğrudanışanlardandır.”

12|28|Köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”

12|29|Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də günahına görə bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.

12|30|Şəhərdəki qadınlar dedilər: “Vəzirin övrəti cavanı tovlayıb yoldan çıxartmaq istəyir. Məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar yoldan çıxdığını görürük.

12|31|Gizli dedi-qodularını eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl bir məclis düzəltdi. Onların hər birinə bir bıçaq verdi, sonra: “Onların qarşısına çıx!” –deyə əmr etdi. Gördükdə onu həddindən artıq təriflədilər və əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq möhtərəm olan bir mələkdir!” -dedilər.

12|32|Belə dedi: “Bu, məni qınadığınız. Mən onun olmaq istədim, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”

12|33|Dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.

12|34|Rəbbi duasını qəbul buyurub məkrindən qurtardı. Həqiqətən, O, eşidəndir, biləndir!

12|35|Dəlilləri gördükləri halda, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.

12|36|Onunla birlikdə iki cavan oğlan da zindana atıldı. Onlardan biri dedi: “Mən gördüm ki, şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”

12|37|Belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!

12|38|Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükür etməz!

12|39|Ey mənim iki zindan yoldaşım! ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?!

12|40|Qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların çoxu bilməz!

12|41|Ey iki zindan yoldaşım! sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!”

12|42|Bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında yada salmağı unutdurdu və buna görə də o bir neçə il zindanda qaldı.

12|43|Padşah belə dedi: “Mən yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”

12|44|Onlar: “qarma qarışıq yuxulardır. Biz yuxuların yozumunu bilmirik!” –deyə cavab verdilər.

12|45|İki oğlandan xilas olan bir neçə müddətdən sonra xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni göndərin!”

12|46|“Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül.. Bəlkə, mən adamların yanına qayıda bilim; bəlkə, onlar da bilsinlər!”

12|47|Belə cavab verdi: “Yeddi il adətiniz üzrə əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi isə sünbüldə saxlayın. |48|Sonra bunun ardınca yeddi il quraqlıq olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar saxlayarsınız. |49|Daha sonra insanların bol yağış görəcəyi bir il gələcək. Onda da adamlar şirəsini sıxacaqlar”.

12|50|Hökmdar: “Onu mənim yanıma gətirin!” –dedi. Elçi yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”

12|51|Soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi? “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” –deyə cavab verdilər. Vəzirin övrəti dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrudanışanlardandır!”

12|52|“Bu ona görədir ki, olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin! |53|Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”

12|54|Padşah dedi: “Yanıma gətirin, onu özümə ən yaxın edəcəyəm!” Sonra onunla söhbət etdikdə: “Sən bu gün yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!” –dedi.

12|55|Dedi: “Məni bu yerin xəzinələrinə məmur təyin et, çünki mən qoruyanam, bilənəm!”

12|56|Beləliklə, Yusifi o yerdə mövqe sahibi etdik. O, istədiyini edirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik.

12|57|İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir.

12|58|Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar tanımadıqları halda, onları dərhal tanıdı.

12|59|Onların yüklərini hazırlayıb dedi: “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?! |60|Əgər onu yanıma gətirməsəniz, məndən bir qab belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!”

12|61|Dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, edərik”.

12|62|Xidmətçilərinə dedi: “Onların mallarını da yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar!”

12|63|Qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq verilməsi qadağan edildi. Yenidən ərzaq almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”

12|64|Dedi: “Bundan əvvəl qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah Özü ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”

12|65|Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz ailəmiz bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və bir dəvə yükü də ərzaq artırarıq. Bu isə az bir ərzaqdır!”

12|66|Dedi: “Başınıza bir bəla gəlməyəcəyi təqdirdə Bin Yamini qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə: “Allah dediyimizə şahiddir!” –dedi.

12|67|Dedi: “Oğullarım! eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”

12|68|Onlar ataları əmr etdiyi kimi daxil olduqda Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yəqubun ürəyində bir diləyi yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yəqub onu öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bilməz!

12|69|Onlar Yusifin hüzuruna daxil olduqları zaman qardaşını bağrına basıb dedi: “Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri işlərdən kədərlənmə!”

12|70|Onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı qoydu. Sonra bir carçı: “Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!” –deyə haray çəkdi.

12|71|dönüb: “Nə itirmisiniz?” –deyə soruşdular.

12|72|Onlar belə cavab verdilər: “Hökmdarın su qabını itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü ərzaq veriləcək!” “Mən də buna zaminəm!”

12|73|Dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”

12|74|Onlar soruşdular: “Əgər yalan desəniz, onun cəzası nədir?”

12|75|“Onun cəzası yükündə tapılan adamın özüdür. Biz zalımları belə cəzalandırırıq!” –deyə cavab verdilər.

12|76|Qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa padşahın dininə görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!

12|77|Dedilər: “Əgər o oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da oğurluq etmişdi.. Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz daha pis bir mövqedəsiniz. Allah sizin aid etdiyiniz şeyləri daha yaxşı bilir!”

12|78|Dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”.

12|79|Belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!”

12|80|Onlar ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar. Onların ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam izin və ya Allah öz hökmünü verməyincə, mən bu yerdən ayrılmayacağam! O hökm verənlərin ən yaxşısıdır”.

12|81|Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. Biz qeybi mühafizə edən deyilik. |82|Olduğumuz şəhərdən də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışanlarıq!”

12|83|O, dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi. Yalnız gözəl səbr. Ola bilsin ki, Allah onların hamısını mənə yetirsin! O, həqiqətən, biləndir, hikmət sahibidir!”

12|84|Onlardan üz döndərdi və: “yazıq Yusif!” –dedi. Dərd-qəmdən gözlərinə ağ gəldi. O, içində çəkirdi.

12|85|Dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”

12|86|Belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan sizin bilmədiklərinizi bilirəm! |87|Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”

12|88|Hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət üz vermişdir. Bir az dəyərsiz malla gəlmişik. Bizim üçün ölçünü düz elə və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”

12|89|Onlardan: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” –deyə soruşdu.

12|90|Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” –deyə cavab verdi.

12|91|Onlar: “Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə, sözsüz ki, günah etmişik!” –dedilər.

12|92|Dedi: “Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! |93|Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!”

12|94|Karvan ayrılanda ataları dedi: “Əgər məni səfeh hesab etməsəydiniz, deyirdim ki, Yusifin ətrini alıram!”

12|95|Onlar: “Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında qalmaqdasan!” dedilər.

12|96|Muştuluqçu gəlib köynəyi üzünə sürtən kimi onun gözləri açıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan sizin bilmədiklərinizi bilirəm!” söylədi.

12|97|“Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər.

12|98|Dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”

12|99|Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: “İnşallah əmin olaraq Misirə daxil olun!” dedi.

12|100|Ata-anasını taxt üstünə qaldırdı. Onlar hamısı onun qarşısında səcdəyə qapandılar. Dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən gətirdi. Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır. O, doğrudan da, biləndir, hikmət sahibidir!”

12|101|“Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”

12|102|Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin!

12|103|Sən təşnə olsan da, insanların əksəriyyəti iman gətirən deyildir!

12|104|Halbuki sən bundan ötrü onlardan heç bir mükafat istəmirsən. Bu isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!

12|105|Göylərdə və yerdə neçə-neçə əlamətlər vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər.

12|106|Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.

12|107|Məgər Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?

12|108|De: “Bu mənim yolumdur. Mən və mənə tabe olan açıq-aşkar bir dəlillə Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!”

12|109|Səndən əvvəl də ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər göndərdik. Məgər yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

12|110|Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!

12|111|Hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. Uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir!

13. Rad

13|1|Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil olan haqdır, lakin insanların əksəriyyəti inanmaz.

13|2|Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta qədər dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. Rəbbinizlə qarşılaşacağınıza, bəlkə, inanasınız!

13|3|Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən cüt-cüt yetişdirən, gecəni gündüzlə örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün əlbəttə ayələr vardır!

13|4|Yer üzündə bir-birinə yaxın qitələr, eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün əlamətlər vardır.

13|5|Əgər təəccüblənirsənsə, əsl təəccübləniləsi onların: “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” –söyləməsidir. Onlar, Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.

13|6|Səni tələsdirib yaxşılıqdan əvvəl pislik istəyirlər. Halbuki onlardan öncə bu kimi cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!

13|7|Kafir olanlar: “Məgər ona Rəbbindən bir ayət endirilməli deyildimi?” –deyirlər. Sən ancaq xəbərdarlıq edənsən. Hər tayfanın bir rəhbəri vardır!

13|8|Allah hər bir dişi məxluqun nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir.

13|9|O, qeybi də, aşkarı da biləndir, böyükdür, ucadır!

13|10|Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da eynidir. 

13|11|Onu öndən və arxadan təqib edənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz.

13|12|Sizə qorxu və ümid, ağır buludları yaradan da Odur.

13|13|Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də qorxusundan. O, ildırımlar göndərib Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir! 

13|14|Haqq olan dua yalnız Ona olan duadır. Ondan başqasına edilən dualar qəbul olunmaz . Ağzına su gəlmək üçün iki ovcunu açan, lakin suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. Kafirlərin duası zəlalətdən başqa bir şey deyildir!

13|15|Göylərdə və yerdə kim varsa, kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər!

13|16|De: “Göylərin və yerin Rəbbi kimdir?” de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi özünüzə dost edirsiniz?!” De: “Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?! Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir”

13|17|Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. Sel, üstünə çıxan bir köpünü alıb apardı. Bəzək şeyləri və ya əşya düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!

13|18|Rəbbinin dəvətini qəbul edənləri ən gözəl nemət gözləyir. Rəbbinin dəvətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə, üstəlik bir qədərinə də malik olsaydılar, onu fidyə verərdilər. Onları çox pis bir haqq-hesab gözləyir. Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!

13|19|Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!

13|20|O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar.

13|21|O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və pis haqq-hesabdan qorxurlar.

13|22|Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar – məhz onları axirət yurdu - |23|Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan daxil olub: |24|“Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu nə gözəldir!” –deyəcəklər.

13|25|Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd gözləyir.

13|26|Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı  axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir 

13|27|Kafir olanlar: “Məgər Rəbbindən ona bir ayət endirilməli deyildimi?” –deyirlər. De: “Allah istədiyini sapdırır. Tövbə edən şəxsi isə Öz hidayətinə qovuşdurur”.

13|28|O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!

13|29|İman gətirib yaxşı işlər görənlərin xoş halına! Gözəl bir sığınacaq!

13|30|Beləcə, ondan öncə gəlib keçmiş ümmətlərdə olduğu kimi, səni də, sənə vəhyetdiyimizi, onlara oxuman üçün bir ümmətin içinə gönderdik. Onlar, Rəhmanı inkar edirlər. De ki: “O mənim Rəbbimdir. Mən Ona təvəkkül etdim və Ondan başqa İlah yoxdur. Və tövbəm, dönüşüm Onadır.”

13|31|Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar. Bütün işlər yalnız Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi? Kafirlərə gəldikdə Allahın vədi yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud yurdlarının yanında dayanıb duracaqdır. Həqiqətən, Allah Öz vədinə xilaf çıxmaz!

13|32|Səndən əvvəl gəlib-gedən rəsullara da istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Mənim onları cəzalandırmağım necə idi!

13|33|Hər bir kəsin nə qazandığına nəzarət edən Allah bunu bacarmayan bütlər kimidirmi?! Allaha şəriklər qoşdular. De: “Bunlara bir ad verin görək! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub deyirsiniz? Xeyr, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı kimsəyə doğru yolu göstərən olmaz.

13|34|Onlar dünyada əzaba düçar olacaqlar. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qurtaran olmaz.

13|35|Allahdan qorxub pis əməllərdən çəkinənlərə vəd edilən Cənnətin vəsfi belədir: altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!

13|36|Kitab verdiklərimiz sənə nazil etdiyimizə sevinirlər. Elə firqələr də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən Ona dəvət edirəm və mənim axır dönüşüm də yalnız Onadır!”

13|37|Beləliklə, Biz onu ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə gələn elmdən sonra nəfslərinin istəklərinə uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz!

13|38|Biz səndə əvvəl də Rəsullar göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir rəsul heç bir möcüzə gətirə bilməz. Hər dövrün bir kitabı var.

13|39|Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar Kitabın əsli Onun yanındadır.

13|40|Onlara vəd etdiyimizin bir qismini sənə göstərsək də və ya səni öldürsək də Sənin vəzifən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!

13|41|Məgər onlar Bizim yer üzünə gəlib onu tərəflərindən əskiltdiyimizi görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. Tezliklə haqq-hesab çəkəndir!

13|42|Onlardan əvvəlkilər də tələ qururdular. Bütün hiylələrin cəzasını ancaq Allah verəcəkdir. Hər kəsin nə qazandığını bilir. Kafirlər axirət yurdunun kimin olacağını biləcəklər!

13|43|Kafirlər: “Sən peyğəmbər deyilsən!” –deyirlər. belə cavab ver: “Mənimlə sizin aranızda Allahın və kitabı bilənlərin şahid olması yetər!”

14. İbrahim

14|1|Əlif, Lam, Ra! elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura – yenilməz qüvvət sahibi, tərifə layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik.

14|2|Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına!

14|3|O kəslər ki, dünyanı axirətdən üstün tutur, Allah yolundan döndərir və o yolu əyri hala salmaq istəyirlər. Onlar azıb uzaq düşmüşlər.

14|4|Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində göndərdik ki, ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar, istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

14|5|Biz Musaya: “Tayfanın zülmətdən nura çıxart və Allahın günlərini xatırlat. Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!” deyib, onu möcüzələrimizlə göndərdik.

14|6|Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi: “Allahın sizə bəxş etdiyi neməti yadınıza salın, çünki O sizi Firon əhlinin əlindən qurtardı. Onlar sizə dəhşətli əzab verir, oğullarınızı öldürüb, qadınlarınızı diri saxlayırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan vardır!

14|7|Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən şiddətlidir!”

14|8|Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, Çünki Allah möhtac deyildir tərifə layiqdir!”

14|9|Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” –demişdilər.

14|10|Peyğəmbərləri də belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz açıq-aşkar bir dəlil gətirin!”

14|11|Peyğəmbərləri onlara cavab verərək demişdilər: “biz də sizin kimi adi bir insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Möminlər yalnız Allaha təvəkkül etsinlər!

14|12|Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!

14|13|Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik! |14|Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu, məqamımdan və əzabımdan qorxanlara aiddir!”

14|15|Kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi isə ziyana uğradı.

14|16|Hələ qarşıda Cəhənnəm vardır. İrinli-qanlı sudan içirdiləcəkdir!

14|17|O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, lakin ölməz. Hələ bunun ardınca dəhşətli bir əzab gələcəkdir!

14|18|Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı gülə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur azıb uzaqlaşmaq!

14|19|Məgər Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər istəsə, sizi yox edib yerinizə başqa bir məxluq gətirər.

14|20|Bu Allah üçün heç də çətin deyildir!

14|21|Hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?” Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz. Bizim üçün heç bir sığınacaq yoxdur!

14|22|İş bitdikdə Şeytan belə deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!

14|23|İman gətirib yaxşı işlər görənlər isə altından çaylar axan cənnətlərə daxil ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada bir-birinə günaydınlıq verməsi: “Salam!” olacaqdır!

14|24|Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir.

14|25|O Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar!

14|26|Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.

14|27|Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalımları sapdırar. Allah istədiyini edər!

14|28|Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?

14|29|Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!

14|30|Onlar Allah yolundan döndərmək üçün Ona şəriklər qoşdular. Belə de: “Hələ ki, əylənib kef çəkin. Axırda məskəniniz atəş olacaqdır!”

14|31|İman gətirən bəndələrimə de: “Namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı gün gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləsinlər.

14|32|Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizə tabe və çayları sizə ram edən Allahdır!

14|33|Seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.

14|34|Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur.

14|35|Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! |36|Ey Rəbbim! Onlar, həqiqətən, çox insanı azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, Sən bağışlayansan, rəhm edənsən! |37|Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisin Sənin Beytülhəramının yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Onlara meyvələrindən ruzi ver ki, şükür edə bilsinlər! |38|Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz! |39|İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir! |40|Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur! |41|Ey Rəbbim! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla!”

14|42|Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! Onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar;

14|43|Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur.

14|44|İnsanları onlara əzab gələcəyi günlə xəbərdar et. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər və rəsullara tabe olarıq!” deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?!

14|45|Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün məsəllər də çəkdik.

14|46|Hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir!

14|47|Allahın Rəsullada verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!

14|48|Elə bir gündür ki, Yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və onlar bir olan, qalib olan Allahın hüzurunda duracaqlar!

14|49|O gün günahkarları qandallanmış  görəcəksən!

14|50|Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!

14|51|Allah hər kəsə etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!

14|52|Bu insanlar üçün elə bir moizədir ki, onunla həm xəbərdar olsunlar, həm də, Allahın tək bir İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!

15. Hicr

15|1|Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.

15|2|Kafirlər, yəqin ki, müsəlman olmalarını istərdilər!

15|3|Qoy hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra biləcəklər!

15|4|Biz heç bir məmləkəti əcəli gəlib çatmamış məhv etmədik.

15|5|Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.

15|6|Belə dedilər: “Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən! |7|Əgər sən doğru danışanlardansansa, mələkləri bizə gətirsənə!”

15|8|“Biz mələkləri yalnız haqq olaraq endiririk. O zaman onlara heç bir möhlət verilməz! |9|Şübhəsiz ki, Zikri Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!”

15|10|Biz səndən əvvəl də ümmətlərə göndərmişdik.

15|11|Onlara elə bir Rəsul gəlmədi ki, ona istehza etməsinlər!

15|12|Biz onu günahkarların ürəklərinə belə yeridirik!

15|13|Özlərindən əvvəlkilərin başlarına gələnlər göz qabağında olduğu halda, onlar ona inanmazlar.

15|14|Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar yenə də: |15|“Gözümüz bağlanmış, biz sehrlənmişik” -deyərlər.

15|16|Biz səmada bürclər yaratdıq, onlara baxanlar üçün bəzədik.

15|17|Onları hər bir məlun Şeytandan qoruduq.

15|18|Lakin kim xəlvəti qulaq assa, onu odlu bir axan daş təqib edər.

15|19|Biz yer üzünü döşədik, orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən müəyyən ölçüdə yetişdirdik.

15|20|Sizdən və sizin ruzi vermədiklərinizdən ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq.

15|21|Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən qədər endiririk.

15|22|Biz yüklənmiş külək göndərdik, göydən su endirib sizə su verdik. Yoxsa onu yığıb saxlayan siz deyilsiniz!

15|23|Həqiqətən, dirildən də, öldürən də Bizik, varis olan da Biz.

15|24|Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da!

15|25|Həqiqətən, Rəbbin onları bir yerə yığacaq. O, hikmət sahibidir, biləndir!

15|26|Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq!

15|27|Can tayfası daha öncə tüstüsüz oddan xəlq etmişdik.

15|28|Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş qara palçıqdan bəşər yaradacağam! |29|Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”

15|30|Bundan sonra mələklərin hamısı ona səcdə etdilər.

15|31|Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.

15|32|“Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”

15|33|Dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın bəşərə səcdə etmək mənə yaraşmaz!”

15|34|Buyurdu: “Oradan çıx. Sən məlunsan! |35|Sən qiyamət gününə qədər lənətlənmişsən!”

15|36|Dedi: “Ey Rəbbim! İnsanların diriləcəkləri günə qədər mənə möhlət ver!”

15|37|Buyurdu: “Sən möhlət verilənlərdənsən”

15|38|Ancaq məlum vaxtın gününə qədər!

15|39|Dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! |40|Yalnız Sənin sadiq bəndələrindən başqa!”

15|41|Buyurdu: “Bu mənə yönəldilmiş yoldur! |42|Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz! |43|Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir! |44|Yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər. |45|Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar. |46|Ora sağ-salamat və əmin olaraq daxil olun!”

15|47|Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.

15|48|Onlara orada heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər.

15|49|Qullarıma xəbər ver ki, Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm!

15|50|Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!

15|51|Həm də onlara İbrahimin qonaqlarından xəbər ver!

15|52|O zaman ki, onlar onun hüzuruna daxil olub: “Salam!” –dedilər. “Biz, həqiqətən, sizdən qorxuruq!” –dedi.

15|53|Onlar: “Qorxma, biz səni çox bilikli bir oğulla müjdələyirik!” –deyə cavab verdilər.

15|54|“Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?” –deyə soruşdu.

15|55|“Biz sənə doğru xəbərlə müjdə veririk. Ümidini üzənlərdən olma!” –dedilər

15|56|Dedi: “Azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!”

15|57|“Ey elçilər! işiniz nədir?” –dedi.

15|58|Belə cavab verdilər: “Biz günahkar bir tayfaya göndərilmişik.

15|59|Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısın xilas edəcəyik!

15|60|Ancaq zövcəsi istisna olmaqla! Qət etdik ki, o, əzaba uğrayanlardan olacaqdır!”

15|61|Elçilər Lutun yanına gələndə

15|62|Dedi: “Siz yad adamlarsınız!”

15|63|Belə cavab verdilər: “Xeyr, biz sənə onların şübhə etdikləri şeyi gətirmişik! |64|Biz sənə doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq! |65|Gecənin bir vaxtı ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın. Sizə əmr olunan yerə gedin!”

15|66|Və ona vəhy etdik ki, səhər çağı onların kökü kəsilmiş olacaq.

15|67|Şəhər əhli bir-birini muştuluqlayıb gəldi.

15|68|Dedi: “Bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin! |69|Allahdan qorxun və məni xar etməyin!”

15|70|Onlar: “Məgər biz sənə adamları qadağan etmədikmi?” –deyə soruşdular.

15|71|Dedi: “Bunlar mənim qızlarımdır. Əgər edəcəksinizsə!”

15|72|Canına and olsun ki, onlar məstlikləri içində sərgərdan vəziyyətdə durub qaldılar.

15|73|Şəfəq doğanda o dəhşətli səs onları bürüdü.

15|74|Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq.

15|75|Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!

15|76|Həqiqətən, o yolun üstündə hələ də durmaqdadır!

15|77|Bunda möminlər üçün, sözsüz ki, bir ibrət vardır!

15|78|Şübhəsiz ki, Əykə əhli də zalım idi.

15|79|Onlardan da intiqam aldıq. Hər iki şəhər açıq-aşkar göz qabağındadır.

15|80|Həqiqətən, Hicr əhalisi də Rəsulları yalançı adlandırmışdılar.

15|81|Biz onlara möcüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər.

15|82|Onlar salamat qurtarmaq üçün dağları yonub evlər qurudular.

15|83|Səhər çağı dəhşətli səs onları bürüdü.

15|84|Gördükləri tədbirlər onlara heç bir fayda vermədi.

15|85|Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. O saat mütləq gələcəkdir. Sən yaxşıca üz döndər.

15|86|Həqiqətən, Rəbbin yaradandır, biləndir!

15|87|Biz sənə təkrarlanan yeddi ayəni və əzamətli Quranı verdik.

15|88|Bəzi zümrələrinə verdiyimizə rəğbət gözü ilə baxma, onlardan ötrü kədərlənmə möminləri qanadın altına al

15|89|Və de: “Mən, həqiqətən açıq-aşkar xəbərdarlıq edənəm!”

15|90|Eynilə bölənlərə endirdiyimiz kimi!

15|91|O kəslər ki, Quranı hissələrə böldülər!

15|92|Rəbbinə and olsun ki, Biz onların hamısın sorğu-suala çəkəcəyik -|93| etdikləri əməllər barəsində.

15|94|Sənə əmr olunanı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!

15|95|Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik.

15|96|O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar mütləq biləcəklər!

15|97|Doğrusu, Biz onların sözlərindən sənin ürəyinin qısıldığını bilirik!

15|98|Sən isə Rəbbini tərifləyib şükür et, səcdə edənlərlə birlikdə ol!

15|99|Və sənə yəqin gələnədək Rəbbinə ibadət et!

16. Nəhl

16|1|Allahın əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik istəməyin. Allah, Ona şərik qoşulan bütlərdən pak və ucadır.

16|2|Öz əmri ilə mələkləri ruh ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları xəbərdar edib bildirin: “Məndən başqa heç bir İlah yoxdur. Məndən çəkinin!”

16|3|Göyləri və yeri haqq olaraq yaratmışdır, Ona şərik qoşulan bütlərdən ucadır!

16|4|Allah insanı nütfədən xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi.

16|5|Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz.

16|6|Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız.

16|7|Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!

16|8|Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı. Hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır.

16|9|Doğru yolu göstərmək Allaha aiddir. Ondan kəc olan yol da vardır. Əgər istəsəydi, sizin hamınızı doğru yola salardı.

16|10|Göydən su endirən Odur. İçmə sularınız Ondandır. Hayvanlarınızı otardığınız botkilər də Ondandır.

16|11|Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda ayət (dəlil) vardır!

16|12|O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ayət (dəlil) vardır!

16|13|Yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Zikr edənlər üçün, sözsüz ki, bunda da ayət (dəlil) vardır!

16|14|Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Onun lütfünü aramanız və şükür etməyiniz üçündür!

16|15|Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı;

16|16|Əlamətlər də yollarını ulduzlar vasitəsilə taparlar.

16|17|Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?!

16|18|Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

16|19|Allah sizin nəyi gizli saxladığınızı və nəyi aşkar etdiyinizi bilir!

16|20|Allahdan qeyri ibadət etdikləri heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri yaradılmışlar.

16|21|Onlar ölüdürlər, diri deyillər və nə vaxt diriləcəklərini də bilməzlər.

16|22|Sizin İlah bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə inkar edər. Onlar özlərinə sığışdırmazlar.

16|23|Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!

16|24|“Rəbbiniz nə nazil etmişdir?” –deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” –deyə cavab verərlər ki,

16|25|Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları necə də pisdir!

16|26|Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi.

16|27|Sonra qiyamət günü onları rüsvay edəcək və: “Barələrində çənə-boğaz olduğunuz şəriklərim haradadır?” –deyə soruşacaqdır. Elm verilmiş kimsələr isə: “Bu gün kafirlər rəzalətə və əzaba düçar olacaqlar!” –deyəcəklər.

16|28|Mələklər özlərinə zülm edənlərin canlarını aldıqda onlar təslim olub: “Biz heç bir pislik etmirdik!” –deyəcək “Xeyr, Allah sizin nələr etdiyinizi çox yaxşı bilir! |29|Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına. Təkəbbürlülərin məskəni necə də pisdir!”

16|30|Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir? –deyə soruşduqda isə onlar: “Xeyir” –deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri gözləyir. Axirət yurdu isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!

16|31|Onlar altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!

16|32|O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz əməllərə görə Cənnətə daxil olun!” –deyərlər.

16|33|O kafirlər yalnız mələklərin onların yanına gəlməsini, yaxud sənin Rəbbinin əmrinin gəlib çatmasınımı gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm edirdilər.

16|34|Onlara öz əməllərinin cəzası artıq yetişdi. İstehza etdikləri onları yaxaladı.

16|35|Müşriklər dedilər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz heç bir şeyi haram etməzdik”. Onlardan əvvəlkilər də belə etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir.

16|36|Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! –deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur. Yer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu!

16|37|Sən onların doğru yola gəlməsini həddindən artıq istəsən də. Çünki Allah yoldan çıxartdıqlarını doğru yola salmaz. Onlara kömək edənlər də olmaz!

16|38|Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” –deyə Allaha möhkəm and içdilər. Xeyr! doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti bilməz!

16|39|ixtilafda olduqları məsələləri izah etsin və inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər.

16|40|Biz hər hansı bir şeyi istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar.

16|41|Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər!

16|42|dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir!

16|43|Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!

16|44|Biz onları açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!

16|45|Pis hiylələr quranlar Allahın onları yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?!

16|46|Və ya gəzib dolaşarkən əzabın onları yaxalamasından Axı onlar aciz edə bilməzlər.

16|47|Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına?! Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!

16|48|Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!

16|49|Göylərdə və yerdə olan canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!

16|50|Onlar öz üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!

16|51|Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!”

16|52|Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?

16|53|Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!

16|54|Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur.

16|55|Onlar bunu özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün edirlər. Hələ ki kef çəkib ləzzət alın sonra biləcəksiniz!

16|56|Onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual ediləcəksiniz!

16|57|Onlar Allaha qızlar isnad edirlər. Allaha pakdır, müqəddəsdir. Özlərinə gəldikdə isə istədiklərini aid edirdilər.

16|58|Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar.

16|59|Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən, onu zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər!

16|60|Ən pis sifət axirətə inanmayanlara, ən yüksək sifət isə Allaha məxsusdur. Allah yenilməz qüvvət  sahibi, hikmət sahibidir!

16|61|Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.

16|62|Özlərinin bəyənmədiklərini Allaha isnad edərlər. Dilləri də: “Onları ən gözəl aqibət gözləyir!” -deyə yalan söylər. Şübhəsiz ki, onları Cəhənnəm gözləyir. Onlar tərk olunacaqlar.

16|63|Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlara öz əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur. Onlar şiddətli əzaba düçar olacaqlar!

16|64|Biz Kitabı sənə yalnız ixtilafda olduqları məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!

16|65|Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən sonra dirildər. Qulaq asanlar üçün bunda bir ibrət vardır.

16|66|Şübhəsiz ki, davarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər.

16|67|Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab və gözəl ruzi düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.

16|68|Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və qurduqları çardaqlarda özünə evlər tik;

16|69|Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!

16|70|Allah sizi yaratmışdır, sonra da öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil çağına çatdırılar ki, bildiyi hər şeyi unudar. Həqiqətən, Allah biləndir, qadirdir!

16|71|Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar tabeçiliyində olanları öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. İndi onlar Allahın nemətlərini inkarmı edirlər?

16|72|Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak nemətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?

16|73|Allahı qoyub göylərdən və yerdən onlara verəcək heç bir ruzisi olmayan və buna gücləri də çatmayanlara ibadət edirlər.

16|74|Allaha bənzətməyin. Allah bilir, siz isə bilmirsiniz!

16|75|Allah belə bir məsəl çəkdi: “Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar sərf edən birisi ilə eyni ola bilərmi?! Həmd yalnız Allaha məxsusdur, lakin əksəriyyəti bilməz!

16|76|Allah iki nəfər barəsində yenə belə bir məsəl buyurdu: Biri dilsizdir, heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən bir kimsə kimi ola bilərmi?!

16|77|Göylərin və yerin qeybini bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!

16|78|Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz!

16|79|Məgər yerlə göy arasında ram olmuş quşları görmürlər?! Onları yalnız Allah saxlayır. Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!

16|80|Allah evlərinizi sizə məskən etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman sizin üçün yüngül olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyası və mal verdi.

16|81|Allah yaratdığı şeylərdən sizin üçün kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar, sizi istidən saxlayacaq köynəklər, qoruyacaq zirehli geyimlər düzəltdi. Allah nemətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz!

16|82|Yenə də üz döndərsələr! Çünki sənin vəzifən ancaq açıq-aşkar təbliğ etməkdir!

16|83|Onlar Allahın nemətini bilir, lakin sonra onu danırlar. Onların əksəriyyəti kafirdir.

16|84|Qiyamət günü hər ümmətdən bir şahid gətirəcəyik. Kafirlərə izin verilməyəcək, heç üzr diləmələri də istənilməyəcəkdir!

16|85|Zalımlar əzabı görüncə, lakin yüngülləşdirilməyəcək, onlara bir an belə möhlət də verilməyəcəkdir!

16|86|Müşriklər şəriklərini gördükdə: “Ey Rəbbimiz! Bunlar bizim Səndən savayı ibadət etdiyimiz şəriklərimizdir!” –deyəcəklər. Onlara: “Siz əsl yalançısınız!” –deyə cavab verəcəklər.

16|87|O gün Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri də aradan çıxacaqlar!

16|88|Törətdikləri fitnə-fəsada görə Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq!

16|89|Qiyamət günü hər ümmətə özlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Biz, hərşeyi bəyan eden, hidayətə qovuşduran və rəhmət olan Kitabı, müsəlmanlara müjdə olaraq nazil etdik!

16|90|Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!

16|91|Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən, Allah nə etdiyinizi bilir!

16|92|Möhkəm əyirdiyi ipliyi sonradan qıran qadın kimi olmayın. Siz bir ümmət digərindən çox olduğu üçün aranızdakı andları yalana çevirirsiniz. Allah bununla yalnız sizi sınayır. O, qiyamət günü ixtilafda olduğunuz məsələləri sizə izah edəcəkdir!

16|93|Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!

16|94|Aralarınızdakı andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız möhkəm olduğu ikən sürüşər və Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizi dəhşətli bir əzab gözləyir!

16|95|Allahla bağladığınız əhdi ucuz satmayın. Allah yanında olan sizin üçün daha yaxşıdır. Kaş biləydiniz!

16|96|Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir. Dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq!

16|97|Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.

16|98|Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın!

16|99|Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!

16|100|Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!

16|101|Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə – Allah nə nazil etdiyini Özü daha yaxşı bilir – “Sən ancaq bir iftiraçısan” –deyərlər. Xeyr! Onların əksəriyyəti bilməz!

16|102|De: “Ruhülqüds onu sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!”

16|103|Biz: “Ona bir insan öyrədir!” –dediklərini də bilirik. Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu isə açıq-aşkar ərəb dilidir!

16|104|Allahın ayələrinə inanmayanları, sözsüz ki, Allah doğru yola salmaz. Onları şiddətli bir əzab gözləyir!

16|105|Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!

16|106|Qəlbi imanla sabit olduğu halda məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə.  Lakin qəlbən küfrə razı olanlara Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!

16|107|Bu ona görədir ki, onlar dünyanı axirətdən üstün tutarlar. Allah kafirləri doğru yola salmaz!

16|108|Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafildirlər!

16|109|Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır!

16|110|Fitnəyə məruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib səbr edənləri isə bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, rəhm edəndir!

16|111|O gün hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi verilər və onlara heç bir haqsızlıq edilməz!

16|112|Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı.

16|113|Onlara özlərindən bir rəsul gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə də əzab onları zülm edərkən yaxaladı.

16|114|Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!

16|115|Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən kəsilmiş heyvanı haram buyurmuşdur. Başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardam yeməyə məcbur olan şəxsə. Çünki Allah bağışlayandır, rəhm edəndir!

16|116|Diliniz yalana vərdiş etdiyi üçün: “Bu halaldır, o haramdır!” –deməyin, çünki Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar!

16|117|Az bir mənfəət vardır, onları şiddətli bir əzab gözləyir!

16|118|Yəhudilərə haram etdiyimiz şeyləri daha əvvəl sənə xəbər vermişdik. Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm edirdilər.

16|119|Sonra Rəbbin cahillikləri üzündən pis iş görən ondan sonra tövbə edib özlərini islah edən kimsələri. Həqiqətən, Rəbbin sonra bağışlayandır, rəhm edəndir!

16|120|Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı.

16|121|O, nemətlərinə şükür edən idi. onu seçmiş və düz yola yönəltmişdi.

16|122|Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də salehlərdəndir!

16|123|Sonra sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” –deyə vəhy etdik.

16|124|Şənbə günü ancaq onun barəsində ixtilafda olanlara vacib edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir.

16|125|İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!

16|126|Cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.

16|127|Səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir. Onlardan ötrü kədərlənmə və qurdurları hiylələrə görə də ürəyini qısma!

16|128|Həqiqətən, Allah, təqva sahibi olub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!

17. İsra

Mərhəmətli Rəhmli Allahın Adı ilə

17|1|Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidülhəramdan ətrafını mübarək etdiyimiz Məscidüləqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, eşidəndir, görəndir!

17|2|Biz Musaya kitab verdik və: “Məndən başqa heç bir vəkil tutmayın” –deyə, onu İsrail oğullarına bir rəhbər təyin etdik.

17|3|Ey Nuhla birlikdə mindirib apardığımız kəslərin nəsli! Həqiqətən, o çox şükür edən bir bəndə idi!

17|4|Biz İsrail oğullarına kitabda: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq edəcəksiniz!” –deyə bildirdik.

17|5|Onlardan birincisinin vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik. Onlar evlərinizin arasında gəzib dolaşırdılar. Bu vəd artıq yerinə yetirildi.

17|6|Sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi daha çox etdik.

17|7|Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın vaxtı gəldikdə üzünüzü qara etmək, məscidə birinci dəfə girdikləri kimi girmək və ələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün üstünüzə göndərdik.

17|8|Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz qayıtsanız, Biz də qayıdarıq. Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.

17|9|Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!

17|10|Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab hazırlamışıq!

17|11|İnsan xeyir-dua etdiyi kimi, bəd dua da edər. İnsan tələskəndir.

17|12|Biz gecə və gündüzü iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı bilməyiniz üçün gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi müfəssəl izah etdik.

17|13|Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü açıq kitab kimi qarşısına qoyarıq.

17|14|“Oxu, kitabını. Bu gün sən haqq-hesab çəkməyə özün-özünə kifayətsən!”

17|15|Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. Biz, rəsul göndərməmiş əzab vermərik!

17|16|Biz bir məmləkəti məhv etmək istədikdə onun naz-nemət içində yaşayan başçılarına əmr edərik. Lakin onlar pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik.

17|17|Biz Nuhdan sonra neçə-neçə ümmətləri məhv etdik. Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi kifayət edər.

17|18|Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə ona Cəhənnəmi məskən edərik. O, qınanmış, qovulmuş bir vəziyyətdə daxil olar!

17|19|Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar.

17|20|Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti qadağan deyildir.

17|21|Bir gör onların birini digərindən necə üstün tutduq? Axirətdə isə daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır!

17|22|Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən!

17|23|Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!

17|24|Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” –de.

17|25|Rəbbiniz ürəklərinizdə olanları ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!

17|26|Qohum-əqrabaya da, miskinə də, müsafirə də haqqını ver. Eyni zamanda sağa-sola da səpələmə!

17|27|Həqiqətən, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!

17|28|Əgər Rəbbindən dilədiyin bir mərhəməti gözləmək məqsədilə onlardan üz çevirməli olsan heç olmasa, onlara xoş bir söz de!

17|29|Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!

17|30|Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, görəndir!

17|31|Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!

17|32|Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!

17|33|Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə bir ixtiyar verdik. Lakin o da qətl etməkdə ifrata varmasın Çünki ona artıq kömək olunmuşdur.

17|34|Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-büluğa çatana qədər yaxın düşməyin.  Əhdə vəfa edin. Çünki əhd barəsində cavabdehdir.

17|35|Ölçəndə ölçüdə düz olun, düzgün tərəzi ilə çəkin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!

17|36|Bilmədiyin bir şeyin ardınca getmə Çünki qulaq, göz və ürək bunların hamısı sorğu-sual olunacaqdır.

17|37|Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də yüksəlib dağlara çata bilərsən

17|38|Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən, pis şeylərdir.

17|39|Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!

17|40|Məgər Rəbbiniz oğlanları sizin üçün seçib, özü üçün mələklərdən qızlarımı götürdü?! Həqiqətən, böyük-böyük danışırsınız!

17|41|İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Quranda izah etdik. Lakin onların yalnız nifrətini artırdı.

17|42|De: “Əgər Allahla yanaşı, dedikləri kimi, tanrılar olsa idi, onlar ərş sahibinə bir yol axtarardılar”.

17|43|Allah onların dediklərindən çox uca və çox yüksəkdir!

17|44|Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız. Həqiqətən, həlimdir, bağışlayandır!

17|45|Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik |46|Anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq. Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər.

17|47|Onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalımların öz aralarında gizli-gizli danışıb: “Siz ancaq ovsunlanmış bir adama uyursunuz!” –dediklərini də bilirik.

17|48|Bir gör səni kimlərə bənzətdilər! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər!

17|49|Onlar: “Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?” –deyirlər.

17|50|De: “Daş olun, yaxud dəmir! |51|Və ya ürəyinizdə böyük bir məxluq bilin!” Onlar deyəcəklər: “O halda bizi kim qaytaracaqdır?” De: “İlk dəfə sizi yoxdan yaradan!” Onlar sənə başlarını bulayıb: “Bu nə vaxt olacaqdır?” –deyə soruşacaqlar. De: “Bəlkə də, bu yaxın zamanda!”

17|52|O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, çox az qaldınız!

17|53|Bəndələrimə de: “Gözəl sözlər söyləsinlər” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!

17|54|Rəbbiniz sizi daha yaxşı tanıyar. İstəsə, sizə rəhm edər, istəsə, əzab verər. Biz səni onlara vəkil gözdərməmişik.

17|55|Rəbbin göylərdə və yerdə olanları çox gözəl tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik.

17|56|De: “Başqa tanrı güman etdiklərinizi çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə qadir deyillər!”

17|57|Onların tapındıqları tanrıların özlərindən hər hansı biri daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!

17|58|Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!

17|59|Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi bir dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.

17|60|Yadına sal ki, bir zaman sənə: “Rəbbin insanları ehtiva etmişdir” –demişdik. Sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!

17|61|Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” –deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” –demişdi.

17|62|Həmçinin: “Bir de görək nə üçün onu məndən üstün tutdun? Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram”.

17|63|Buyurdu: “Çıx get! Onlardan hər kəs sənə uysa, cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza!

17|64|Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver. Şeytan yalnız yalan vəd verər! |65|Doğrusu, Mənim bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması kifayət edər!”

17|66|Sizin üçün nemətindən özünüzə ruzi axtarmaq məqsədilə dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir! Həqiqətən, Rəbbiniz sizə qarşı rəhmlidir!

17|67|Sizə dənizdə bir çətinlik üz verdiyi zaman qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda üz döndərirsiniz. İnsan nankordur!

17|68|Məgər quruda sizi yerə batırmayacağına, yaxud başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz.

17|69|Yoxsa bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam alacaq bir kəs də tapa bilməzsiniz.

17|70|Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda mindirib sahib etdik, özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.

17|71|Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar. Onlara tük qədər haqsızlıq edilməz.

17|72|Bu dünyada kor olan axirətdə də kor olar və yoldan daha çox azar!

17|73|Qeyri bir şeyi yalandan Bizə istinad edəsən deyə, səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar.

17|74|Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın!

17|75|Sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən.

17|76|Səni oradan çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə fitnəyə salsınlar. Əgər onlar belə etsəydilər, səndən sonra yalnız az bir müddət qala bilərdilər.

17|77|Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq olaraq. Sən Bizim qayda-qanunumuzda heç bir dəyişiklik tapa bilməzsən!

17|78|Günortadan gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur.

17|79|Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama göndərsin!

17|80|De: “Ey Rəbbim! Məni daxil edəcəyin yerə xoşluqla daxil et, məni çıxaracağın yerdən də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!”

17|81|De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!”

17|82|Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların ancaq ziyanını artırır.

17|83|İnsana bir nemət verdiyimiz zaman üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar!

17|84|De: “Hərə öz qabiliyyətinə görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!”

17|85|Səndən ruh haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. Sizə yalnız cüzi bir bilik verilmişdir!”

17|86|Əgər istəsəydik, sənə vəhy etdiyimizi çıxardıb aparardıq. Sonra Bizə qarşı özün üçün bir müdafiəçi də tapa bilməzdin.

17|87|Lakin Rəbbinin yalnız sənə qarşı bir mərhəmətidir. Həqiqətən, Onun sənə olan neməti böyükdür!

17|88|De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.

17|89|Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı.

17|90|Belə dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. |91|Yaxud arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; |92|Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri açıq-aşkar qarşımıza gətirməyincə; |93|Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” De: “Rəbbim pakdır, müqəddəsdir! Mən isə yalnız peyğəmbər olan bir insanam!”

17|94|İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: “Allah bir insanımı peyğəmbər göndərdi?” –demələridir.

17|95|De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!”

17|96|De: “Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!”

17|97|Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların alovunu artıracağıq!

17|98|Bu, ayələrimizi inkar etdiklərinə və: “Sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?” –dediklərinə görə onların cəzasıdır.

17|99|Məgər onlar göyləri və yeri yaradan Allahın onlar kimisini yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar ancaq öz küfrlərində israr edib dururlar.

17|100|De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə də xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. İnsan xəsisdir!

17|101|Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş: Onların yanına gəldikdə, Firon ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan” -demişdi.

17|102|Ona: “Sən bunları məhz göylərin və yerin Rəbbi tərədindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm!” –deyə cavab vermişdi.

17|103|Onları torpağından qovub çıxartmaq istədi. Biz isə onu və onunla birlikdə olanların hamısını qərq etdik.

17|104|Və bundan sonra İsrail oğullarına dedik: “Siz ərazisində sakin olun. Axirət vədəsi gəlib çatdıqda sizin hamınızı gətirəcəyik!”

17|105|Biz haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və xəbərdarlıq edən sifəti ilə göndərdik.

17|106|İnsanlara aramla oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədriclə, nazil etdik.

17|107|De: “İstər inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr yanlarında oxunduğu zaman üzüstə səcdəyə qapanar.

17|108|Və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin əmri mütləq yerinə yetəcəkdir!” –deyərlər.

17|109|Onlar üzüstə səcdəyə qapanıb ağlayar, onların itaətini daha da artırar.

17|110|De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz, çünki ən gözəl adlar yalnız Ona məxsusdur. Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun arasında orta bir yol tut! |111|Və de: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün heç bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!” Və Allahı uca tut!

18. Kahf

18|1|Həmd olsun O Allaha ki, Kitabı heç bir əyriliyə yol vermədən Öz bəndəsinə nazil etdi!

18|2|Öz dərgahından gələcək şiddətli bir əzabla xəbərdar etmək, yaxşı əməllər edən möminlərə isə gözəl mükafata nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün olaraq endirdi.

18|3|Onlar orada əbədi qalacaqlar!

18|4|O, həm də: “Allah Özünə övlad götürdü!” –deyənləri xəbərdar etməyin üçün nazil etdi.

18|5|Bu barədə nə onların özlərinin, nə də atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. Onlar ancaq yalan deyirlər!

18|6|Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!

18|7|Biz yer üzündə olanları onun üçün bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.

18|8|Biz yer üzündə olan hər şeyi məhv edib qupquru bir torpağa döndərərik.

18|9|Yoxsa əshabi-kəhfin və Rəqimin ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən?

18|10|Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!” –demişdilər.

18|11|Biz onları mağarada illərlə yuxuya verdik.

18|12|Sonra iki tayfadan hansının onların qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.

18|13|Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini artırmışdıq.

18|14|Onlar durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, danışmaqda həddi aşmış olarıq!” –dedikləri zaman onların ürəklərinə qüvvət vermişdik.

18|15|Bizim bu camaat Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım kim ola bilər?!

18|16|“Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın”.

18|17|Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kimsəyə isə əsla doğru yolu göstərən bir dost tapa bilməzsən!

18|18|Onlar yuxuda ikən sən onları oyaq sanardın. Biz onları sağa-sola çevirirdik. Onlar iti də iki əlini astanasına uzadıb yatmışdı. Əgər sən onları görsəydin, yəqin ki, dönüb qaçar, dəhşət səni bürüyərdi.

18|19|Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: “Nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” –deyə cavab verdilər. Onlardan belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi gətirsin. O, çox ehtiyatlı olsun və sizin barənizdə heç kəsə bir xəbər verməsin!

18|20|Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz nicat tapa bilməzsiniz!”

18|21|Onların halı ilə beləcə tanış etdik ki, Allahın vədinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman öz aralarında onların işi  barəsində mübahisə edirlər. Dedilər: “Onların üstündə bir bina tikin. Rəbbi daha yaxşı bilir!” Onların haqqındakı mübahisədə qalib gələnlər isə: “Onların üstündə bir məscid tikəcəyik!” –dedilər.

18|22|Sanki qaranlıq yerə daş ataraq: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” - deyəcəklər. Bəziləri: “Onlar beşdir, altıncısı köpəkləridir!” –deyəcəklər. Digərləri isə: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” –söyləyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. Bunu bilən çox azdır!” Barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et və heç birindən onlar haqqında bir şey soruşma!

18|23|Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” –demə!

18|24|Ancaq: “İnşallah deyəcəyəm!” –de. unutduğun zaman Rəbbinin yada salıb: “Ola bilsin ki, Rəbbim məni bundan haqqa daha yaxın olan bir yola yönəltsin” –de.

18|25|Onlar mağarada üç yüz doqquz il qaldılar.

18|26|De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi öz hökmünə şərik etməz!”

18|27|Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. Başqa heç bir sığınacaq tapa bilməzsən!

18|28|Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!

18|29|Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın. Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o necə də pis məskəndir!

18|30|İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz yaxşı işlər görənlərin mükafatını zay etmərik!

18|31|Onları altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o necə də gözəl məkandır!

18|32|Onlara iki adamı misal gətir. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə əhatə etdik və aralarında əkin saldıq.

18|33|O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq.

18|34|Başqa sərvəti də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona dedi: “Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!”

18|35|O özünə zülm edərək bağına girib dedi: “nə vaxtsa yox olacağını güman etmirəm. |36|Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!”

18|37|Onunla söhbət edən yoldaşı isə belə dedi: “Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allahı inkarmı edirsən? |38|Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! |39|Bağına girdiyin zaman barı: “Maşallah, qüvvət yalnız Allaha məxsusdur!” –deyəydin! Əgər məni özündən daha az mal-dövlət və övlad sahibi görürsənsə, |40|Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar bir yer olsun! |41|Yaxud suyu çəkilib getsin və bir də onu əsla axtarıb tapa bilməyəsən!”

18|42|Beləliklə, onun meyvəsi tələf edildi. Qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” –deyirdi.

18|43|Allahdan başqa ona yardım edə biləcək kəslər yox idi və o da kömək edə biləcək bir halda deyildi.

18|44|Belə bir vəziyyətdə kömək göstərmək, ancaq, haqq olan Allaha məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən xeyirlisi Odur.

18|45|Bu dünyanı misal çək: göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp olar. Allah hər şeyə qadirdir!

18|46|Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid eyibarilə daha xeyirlidir!

18|47|O gün dağları hərəkətə gətirəcəyik. yeri düzdüz görəcəksən, bir yerə toplayacaq, onların heç birini qoymayacağıq.

18|48|Onlar Rəbbinin hüzuruna cərgə-cərgə gətiriləcəklər. “Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi gəldiniz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz vədi yerinə yetirməyəcəyik!”

18|49|Əməl dəftəri qarşısına qoyulacaq. Günahkarların orada olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar etdikləri bütün əməllərin hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!

18|50|Xatırla ki, bir zaman mələklərə “Adəmə səcdə edin!” –demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!

18|51|Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən çıxardanları Özümə köməkçi də tutmadım!

18|52|O gün belə buyuracaq: “iddia etdiyiniz şəriklərimi çağırın! Öz tanrılarını çağıracaq, lakin onlar heç bir cavab verməyəcəklər. Biz onların arasında bir cəhənnəm dərəsi bərqərar edərik!

18|53|Günahkarlar atəşi görüncə ona düşəcəklərini yəqin edəcək və oradan baş götürüb qaçmağa bir yer tapa bilməyəcəklər.

18|54|Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə ən çox mübahisə edəndir.

18|55|İnsanlara doğru yol göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə və Rəbbindən bağışlanmalarını diləməyə mane olan şey yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri baxa-baxa əzabın gəlib onlara yetişməsini gözləməlidirlər.

18|56|Biz peyğəmbərləri yalnız müjdə verənlər və xəbərdar edənlər olaraq göndərdik. Kafirlər isə batil ilə haqqı yalana çıxartmaq məqsədilə mübahisə aparırlar. Onlar Mənim ayələrimi və xəbərdar olunduqları əzabı məsxərəyə qoyurlar.

18|57|Rəbbinin ayələri özünə xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə etdiyi günahları unudan adamdan daha zalım kim ola bilər?! Onu anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik. Sən onları doğru yola dəvət etsən belə, onlar əsla haqq yola gəlməzlər.

18|58|Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər onları günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını sürətləndirərdi. Lakin onların vaxtı vardır onlar əsla bir yer tapa bilməzlər!

18|59|O məmləkətlərin əhalisini zülm etdikləri zaman məhv etdik. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.

18|60|Yadına sal ki, bir zaman Musa öz gənc dostuna belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca geri dönməyəcəyəm!”

18|61|Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda balığı unutmuşdular, balıq isə dənizdə bir yarğana tərəf üz tutmuşdu.

18|62|Onlar keçib getdikləri zaman gənc dostuna dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!”

18|63|O isə: “Görürsənmi, biz qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. Əcaib bir şəkildə dənizə yollanmışdır!” –deyə cavab verdi.

18|64|“Elə istədiyimiz də budur!” –dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri qayıtdılar.

18|65|Öz dərgahımızdan mərhəmət əta etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimizdən birini tapdılar.

18|66|Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”

18|67|Belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan əsla dözə bilməzsən.

18|68|Axı sən bilmədiyin bir şeyə necə dözə bilərsən?

18|69|Dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!”

18|70|“Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” –dedi.

18|71|Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman onu deşdi. Dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, böyük bir şey etdin”.

18|72|Belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda əsla dözə bilməzsən?”

18|73|Dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə çətinliyə salma!”

18|74|Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda dərhal onu öldürdü. Dedi: “pak bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin”.

18|75|Yenə belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə birlikdə olanda əsla dözə bilməzsən?

18|76|Dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. sən artıq mənim tərəfimdən üzrlüsən”.

18|77|Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək istəmədi. Onlar orada yıxılmaq üzrə olan bir divar gördülər. Onu düzəltdi. Dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd alardın...”

18|78|Dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. dözə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm! |79|Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi. |80|Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi.  Buna görə də biz ata-anasını da azğınlığa və küfrə sürükləməsindən qorxduq. |81|Və Rəbbinin onun əvəzində onlara daha təmiz və daha mərhəmətli olan başqa bir övlad verməsini istədik. |82|Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh idi. Rəbbin onların həddi-büluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz-özümdən etmədim. Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu budur!”

18|83|Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə bir hekayət söyləyəcəyəm!”

18|84|Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik.

18|85|O, yola çıxdı.

18|86|Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. O, çeşmənin yanında bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara əzab da verə bilərsən, onlarla yaxşı rəftar da edə bilərsən!”

18|87|O belə cavab verdi: “Zülm edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. Ona görünməmiş bir əzab verəcəkdir! |88|İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!”

18|89|Sonra o, başqa bir yola tərəf üz tutub getdi.

18|90|Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona qarşı heç bir sipər yaratmamışdıq.

18|91|Belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik.

18|92|Daha sonra o başqa bir yola üz tutub getdi.

18|93|Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan bir tayfa gördü.

18|94|Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc–Məcuc bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?”

18|95|O dedi: “Rəbbimin mənə verdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim! |96|Mənə dəmir parçaları gətirin!” O iki dağın arasını bərabərləşdirən kimi: “üfürün!” –dedi. Od halına salınca: “Mənə ərimiş mis gətirin, onun üstünə tökün!” dedi.

18|97|Artıq nə aşa bildilər, nə də onu dəlib keçə bildilər.

18|98|O dedi: “Bu Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır!”

18|99|O gün onları buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar. Sur çalınan kimi onların hamısını bir yerə cəm edərik.

18|100|O gün Biz Cəhənnəmi kafirlərə əyanən göstərərik.

18|101|O kəslər ki, gözləri Məni anmaqdan qapalı idi və eşitməyə də qadir deyildilər.

18|102|Kafirlər Məni qoyub qullarımı özlərinə dost edəcəklərinimi güman edirlər? Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq!

18|103|De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?”

18|104|O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini zənn edirdilər.

18|105|Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz onlar üçün bir daş-tərəzi qurmayacağıq!

18|106|Küfr etdiklərinə, ayələrimi və Rəsullarımı məsxərəyə qoyduqlarına görə budur onların cəzası – Cəhənnəm!

18|107|İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!

18|108|Onlar orada əbədi qalıb oradan ayrılmaq istəməyəcəklər!

18|109|De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!”

18|110|De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin İlahınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”

19. Məryəm

19|1|Kaf, Ha, Ya, Eyn, Sad!

19|2|Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!

19|3|Rəbbinə gizlicə dua edib yalvardığı zaman

19|4|Belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. |5|Mən özümdən sonra gələn qohum-əqrabamdan qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et ki, |6|O həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o riza qazanmış olsun!”

19|7|“Ey Zəkəriyya! Sənə bir oğulla müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!”

19|8|Dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş ikən mənim necə oğlum ola bilər?”

19|9|dediyin kimidir, lakin Rəbbin buyurdu ki: “bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən yaratmışdım!”

19|10|Dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et!” Buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!”

19|11|Sonra mehrabdan öz camaatının qabağına çıxıb onlara belə işarə etdi: “Səhər-axşam təqdis edib şəninə təriflər deyin!”

19|12|“Ey Yəhya! Kitabdan bərk yapış. Biz uşaq ikən ona hikmət verdik.

19|13|Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi.

19|14|ata-anasına qarşı da olduqca itaətkar idi: zalım, asi deyildi.

19|15|Ona doğulduğu gün də, öləcəyi gün də diriləcəyi gün də salam olsun!

19|16|Kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfində bir yerə çəkilmişdi.

19|17|Və ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu yanına göndərdik. Ona kamil bir insan qiyafəsində göründü.

19|18|Dedi: “Mən səndən Rəhmana pənah aparıram. Əgər müttəqisənsə!”

19|19|“Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin elçisiyəm!” –dedi.

19|20|Dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!”

19|21|Dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”

19|22|Artıq hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi.

19|23|Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!”

19|24|Dərhal alt tərəfindən ona belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün altından bir irmaq axıtdı.

19|25|Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş tökülsün!

19|26|ye-iç, gözün aydın olsun. Əgər bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”

19|27|Uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! |28|Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!”

19|29|Ona işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışacaq?” –dedilər.

19|30|Dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də nəbi etdi. |31|O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. |32|O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, asi eləmədi! |33|Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!”

19|34|Bu, şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında haqq sözdür!

19|35|Allaha övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” deyər, o da dərhal olar.

19|36|“Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!”

19|37|Firqələr öz aralarında anlaşılmazlığa düşdülər. Vay o böyük günü görəcək kafirlərin halına!

19|38|Onlar Bizim hüzurumuza gələcəkləri gün elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər.

19|39|Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə xəbərdar et!

19|40|Yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. Onlar Bizim hüzurumuza qaytarılacaqlar.

19|41|Kitabda İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğru danışan kimsə – bir nəbi idi.

19|42|O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? |43|Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! |44|Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana çox asi olmuşdur! |45|Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə Şeytana yoldaş olasan!”

19|46|Dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!”

19|47|Belə cavab verdi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır. |48|Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım.”

19|49|və onların Allahdan başqa tapındıqları bütləri tərk edib getdiyi zaman Biz ona İshaqla, Yəqubu bəxş etdik və onların hər ikisini Nəbi etdik.

19|50|Öz mərhəmətimizdən ehsan buyurub təriflərini dillər əzbəri etdik.

19|51|Kitabda Musanı da yad et! Həqiqətən o, çox səmimi idi. O bir rəsul, bir nəbi idi.

19|52|Biz Turun sağ tərəfindən çağırdıq və gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.

19|53|Və öz mərhəmətimizdən qardaşı Harunu da bir Nəbi olaraq ona bəxş etdik.

19|54|Kitabda İsmaili də yada sal! O öz vədinə sadiq və bir Rəsul, bir Nəbi idi.

19|55|O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı.

19|56|Kitabda İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə – bir Nəbi idi.

19|57|Biz onu yüksək bir məqama qaldırdıq.

19|58|Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi Nəbilərdəndir. Onlar, Rəhmanın ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.

19|59|Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar Fəyy dərəsinə düşəcəklər.

19|60|Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm görmədən Cənnətə daxil olacaqlar –

19|61|Rəhmanın Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir.

19|62|Onlar orada boş söhbətlər deyil, ancaq: “Salam!” eşidərlər. Ruziləri də səhər-axşam oradadır.

19|63|Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik.

19|64|“Biz yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. Rəbbin unudan deyildir”.

19|65|O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç Ona bənzərini görmüsənmi?

19|66|İnsan: “Mən öldükdən sonra dirimi çıxardılacağam?” –deyə soruşur.

19|67|Məgər insan ilk öncə onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?

19|68|Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.

19|69|Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq.

19|70|Sonra Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik.

19|71|Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin buyurduğu vacib bir hökmdür.

19|72|Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!

19|73|Ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən: “Bu iki tayfadan hansının məqamı daha yaxşı, hansının məclisi daha gözəldir?” –deyə soruşarlar.

19|74|Halbuki Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca daha üstün idilər.

19|75|De: “kim zəlalət içindədirsə, qoy Rəhman ona uzun müddət möhlət versin”. Nəhayət, vəd olunduqları ya əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.

19|76|Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!

19|77|Ayələrimizi inkar edib: “mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” –deyən adamı gördünmü?

19|78|Görəsən, o, qeybə vaqif olmuş, yoxsa Rəhmandan söz almışdır?!

19|79|Xeyr, onun dediklərini yazacaq, əzabını artırdıqca artıracağıq.

19|80|Onun dediyi şeylər Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir.

19|81|Onlar üçün şəfaət diləsinlər deyə, Allahdan başqa tanrılar qəbul etdilər.

19|82|Xeyr, onların ibadətini danacaq və onlara düşmən olacaqlar.

19|83|Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?

19|84|Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq.

19|85|O gün Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər kimi cəm edərik.

19|86|Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.

19|87|Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları şəfaət etməyə qadir olmazlar.

19|88|“Rəhman özünə övlad götürmüşdür!” –dedilər.

19|89|Siz, doğrudan da, olduqca pis bir şey etdiniz!

19|90|Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!-

19|91|Rəhmana övlad isnad etdiklərinə görə!

19|92|Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz.

19|93|Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.

19|94|And olsun ki, onları hesablamış və təkrar-təkrar saymışdır.

19|95|Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək.

19|96|Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq.

19|97|Biz sənin dilinlə asan etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə müjdə verəsən və inadkar bir camaatı xəbərdar edəsən.

19|98|Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi?

20. Ta Ha

20|1|Ta, Ha!

20|2|Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!

20|3|Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq.

20|4|O, yeri və uca göyləri yaradandan nazil olmuşdur.

20|5|Rəhman ərşi yaradıb hökmü altına almışdır.

20|6|Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa Onundur.

20|7|Sən səsini ucaltsanda. Çünki Allah sirri də, sirdən daha gizli olanı da bilir.

20|8|Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar yalnız Ona məxsusdur!

20|9|Musanın hekayəti sənə gəlib çatdımı?

20|10|O zaman bir od görüb ailəsinə belə demişdi: “Siz durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir köz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!”

20|11|Odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa! |12|Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan! |13|Mən səni seçdim. Vəhy olunanı dinlə! |14|Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir İllah yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! |15|O saat mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini alsın. |16|Ehtiyatlı ol ki, danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan! |17|Ya Musa! Sağ əlindəki nədir?”

20|18|Dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!”

20|19|Buyurdu: “Ya Musa! Onu at!”

20|20|Atan kimi o, dərhal bir ilan olub sürətlə sürünməyə başladı.

20|21|Buyurdu: “Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq! |22|Əlini qoltuğunun altına qoy ki, əlin başqa bir möcüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın. |23|Və Biz də sənə ən böyük möcüzələrimizdən göstərək. |24|Fironun yanına get! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır”.

20|25|Dedi: “Ey Rəbbim! köksümü açıb genişlət; |26|İşimi yüngülləşdir; |27|Dilimdəki düyünü aç ki, |28|Sözümü yaxşı anlasınlar! |29|Və mənə öz ailəmdən bir vəzir ver – |30|Qardaşım Harunu! |31|Onunla arxamı möhkəmləndir. |32|Onu işimə ortaq et ki, |33|Səni çox təqdis edib şəninə təriflər deyək. |34|Və Səni çox zikr edək. |35|Sən, şübhəsiz ki, Bizi görürsən!”

20|36|Buyurdu: “Dilədiyin sənə verildi, ya Musa! |37|Sənə bir dəfə nemət bəxş etmişdik |38|Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman.”

20|39|“Bir sandığa qoyub çaya at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi onu götürsün”. Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə bir sevgi yaratdım.

20|40|O zaman bacın gedib deyirdi: “Sizə ona baxa biləcək birisini göstərimmi?” Gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri vurub öldürdün. Sonra Biz səni o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik. İllərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş vaxta gəlib çatdın, Ya Musa! |41|Və Mən səni Özümə seçdim! |42|Sən və qardaşın ayələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. |43|Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır. |44|Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”

20|45|Onlar: “Ey Rəbbimiz! bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından qorxuruq!” –dedilər.

20|46|Buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, eşidirəm və görürəm! |47|Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin iki Rəsuluyuq. İsrail oğullarını bizimlə göndər və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun! |48|Bizə vəhy olundu ki, yalan hesab edənləri və üz döndərənləri əzab gözləyir!”

20|49|“Elədə Rəbbiniz kimdir, ya Musa?” –deyə soruşdu.

20|50|Belə cavab verdi: “Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”

20|51|Soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?”

20|52|Belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim xəta etməz və unutmaz!”

20|53|O ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən su endirmişdir. Biz o su ilə növbənöv bitkilərdən cütlər yetişdirmişik.

20|54|Yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda ağıl sahibləri üçün əlamətlər vardır!

20|55|Sizi də ondan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq.

20|56|Biz, ayələrimizin hamısını ona göstərdik. Lakin onları yalan sayıb qəbul etmədi.

20|57|Dedi: “Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağa gəlmisən? |58|Elədə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt təyin et. Nə biz, nə də sən vədimizə xilaf çıxmayaq. Bu əlverişli bir yerdə olsun!”

20|59|Dedi: “Sizə verilən vədə sizin bayram gününüz və camaatın toplaşacağı günorta vaxtıdır!”

20|60|Firon dönüb getdi, nəhayət, bütün hiylə vasitələrini yığıb gəldi.

20|61|Musa onlara dedi: “Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan naümid olar”.

20|62|Onlar öz aralarında öz işləri barədə mübahisə edir və xəlvətcə pıçıldaşırdılar.

20|63|Onlar dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu yox etmək istəyirlər. |64|Ona görə də bütün hiylə vasitələrinizi toplayın, sonra da səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır!”

20|65|Onlar dedilər: “Ya Musa! Ya sən tulla, ya da biz birinci tullayaq!

20|66|O dedi: “Xeyr, siz tullayın!” Onların sehri üzündən birdən elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib sürünür.

20|67|Musanın canına qorxu düşdü.

20|68|Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən!

20|69|Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”

20|70|Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” – deyib səcdəyə qapandılar.

20|71|O dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, əslində sizə sehr öyrədən böyüyünüzdür. Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”

20|72|Dedilər: “Biz heç vaxt səni bizə gələn bu açıq möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən! |73|Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə görə bağışlasın Allah daha xeyirli və daha baqidir!”

20|74|Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm gözləyir. O, orada nə ölər, nə də yaşayar.

20|75|Kim yaxşı əməllər etmiş bir mömin kimi olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir – |76|Əbədi qalacaqları, altından çaylar axan Ədn cənnətləri. Bu, pak olanların mükafatıdır.

20|77|And olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, onlar üçün dənizdə quru bir yol aç. Sizə yetişməsindən qorxma, əndişəyə düşmə!”

20|78|Firon öz ordusu ilə onları təqib etdi, daniz də onları çulğayıb qərq etdi, özü də necə!

20|79|Firon öz tayfasını yoldan çıxartdı və doğru yola aparmadı.

20|80|Ey israil oğulları! Sizi düşməninizdən xilas etdik. Sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə qüdrət halvası və bildirçin endirdik!

20|81|Sizə verdiyimiz ruzilərin təmizindən yeyin, lakin bunda həddi aşmayın, yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt olar.

20|82|Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!

20|83|“Ya Musa! Səni öz camaatından ayırıb tələsdirən nə idi?”

20|84|Belə cavab verdi: “Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan deyə, hüzuruna tələsdim!”

20|85|“Səndən sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı ”, - deyə buyurdu.

20|86|Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey ümmətim! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Yoxsa uzun bir müddət keçdi? Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”

20|87|Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz tayfasının zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları atdıq. Samiri də bizim kimi atdı”.

20|88|Onlara böyürən bir buzov heykəli çıxartdı. dedilər: “Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur”.

20|89|Buzovun onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?!

20|90|Harun isə bundan əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”

20|91|Onlar: “Musa qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!” –deyə cavab vermişdilər.

20|92|Dedi: “Ya Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, |93|arxamca gəlmədin? Əmrimə asimi oldun?”

20|94|Belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” –deyəcəyindən qorxdum.

20|95|“Ey Samiri! Sənin məqsədin nə idi?” –deyə soruşdu.

20|96|Belə cavab verdi: “Mən görmədiklərini gördüm. Mən o Rəsulun ləpirindən bir ovuc torpaq götürdüm və onu atdım. Beləcə, öz nəfsim məni bu işə sövq etdi”.

20|97|Dedi: “Çıx get burdan. Həyatın boyu: “Bir kəs mənə toxunmasın!” – deməli olacaqsan. Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə gözləyir. İndi tapınıb durduğun tanrına bax. Biz onu yandıracaq, sonra da dənizə atacağıq! |98|Sizin tanriniz ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!”

20|99|Keçmişin xəbərlərinin bir qismini sənə belə nəql edirik. Sənə Öz dərgahımızdan Quran da vermişik!

20|100|Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü ağır bir günaha yüklənəcəkdir.

20|101|Belələri altında əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir!

20|102|Surun çalınacağı və günahkarları gözləri göm-göy göyərmiş halda məhşərə gətirəcəyimiz gün

20|103|Onlar öz aralarında pıçıldaşıb bir-birinə: “Cəmi on gün qaldınız!” deyəcəklər.

20|104|Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların ən ağıllısı: “Cəmisi bir gün qaldınız!” – deyəcək.

20|105|Səndən dağlar haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq;

20|106|Dümdüz bir yer edəcək;

20|107|Və sən orada heç bir eniş-yoxuş görməyəcəksən!”

20|108|O gün insanlar heç bir başqa tərəfə meyl etmədən carçının ardınca gedəcəklər. Rəhmanın qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!

20|109|O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!

20|110|Onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Onu əhatə edib qavraya bilməz!

20|111|Üzlər əzəli, əbədi olan Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə yüklənən ziyana düşüb mətləbinə yetişməz.

20|112|Mömin olub yaxşı işlər görən kəs isə nə zülmə məruz qalmaqdan, nə də əskilməsindən qorxar!

20|113|Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud ibrət alsınlar!

20|114|Həqiqi hökmdar olan Allah ucadır! Həm də sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Mənim elmimi artır!” –de.

20|115|Doğrusu, bundan əvvəl Adəmə də tövsiyə etmişdik. Lakin o unutdu və Biz onda əzm görmədik.

20|116|Bir zaman mələklərə: “Adəmə səcdə edin!” –deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, boyun qaçırtdı.

20|117|Biz də belə dedik: “Ey Adəm! Bu sənin də, övrətinin də düşmənidir. Sizi Cənnətdən çıxartmasın, yoxsa məşəqqətə düşüb bədbəxt olarsan! |118|Həqiqətən, sən orada acmaq nədir, çılpaq olmaq nədir bilməzsən! |119|Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!”

20|120|Şeytan ona vəsvəsə edib belə dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?”

20|121|Ondan yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi.

20|122|Sonra Rəbbi onu seçdi, tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.

20|123|Belə buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız oradan enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə yolunu azar, nə də bədbəxt olar! |124|Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”

20|125|O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən görürdüm!”

20|126|Buyurar: “Elədir, amma sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan!”

20|127|Biz həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir!

20|128|Məgər bəlli olmadımı ki, Biz onlardan əvvəl məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!

20|129|Əgər Rəbbindən öncə bir söz və müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, onlara da verilməsi lazım gələrdi.

20|130|Dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de, gecənin bir vədəsində və günorta radələrində də Rəbbini öyüb təqdis et ki, razı olasan!

20|131|Bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha baqidir!

20|132|Əhlinə namaz qılmağı əmr et, özün də ona səbirlə davam et. Biz səndən ruzi istəmirik, sənə ruzi verən Bizik. Aqibət təqva sahiblərinindir!

20|133|Dedilər: “Nə üçün o Rəbbindən bizə bir möcüzə gətirmir?” Məgər onlara əvvəlki kitablarda olanların bəyanı gəlmədimi?!

20|134|Əgər Biz onları bundan əvvəl əzabla məhv etsəydik, mütləq belə deyəcəkdilər: “Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə tabe olaydıq?!”

20|135|De: “Hamı gözləməkdədir, siz də gözləyin. Doğru yol sahiblərinin kimlər olduğunu və kimin haqq yolu tapdığını biləcəksiniz!”

21. Ənbiya

21|1|İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər.

21|2|Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;

21|3|Qəlbləri qəflət içində olaraq. Zalımlar öz aralarında gizli pıçıldaşıb: “Bu sizin kimi ancaq adi bir insandır. Gözünüz görə-görə sehrəmi uyursunuz?” –dedilər.

21|4|Belə dedi: “Rəbbim göydə və yerdə hər sözü bilir. O, eşidəndir, biləndir!”

21|5|Onlar belə dedilər: “Xeyr, qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. Qoy əvvəlkilərə göndərilən kimi bizə bir ayət (möcüzə) gətirsin!”

21|6|Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?

21|7|Ancaq kişilər göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!

21|8|Biz onları yeməz-içməz bir bədən yaratmadıq. Onlar əbədi də deyillər.

21|9|Sonra onlara verdiyimiz vədi yerinə yetirdik. Və istədiyimiz kəslərə nicat verdik, həddi aşanları isə məhv etdik.

21|10|Həqiqətən, sizə elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. Məgər dərk etmirsinizmi?

21|11|Biz zalım olan neçə-neçə məmləkəti məhv etdik və onlardan sonra başqa bir qövm yaratdıq.

21|12|Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa üz qoydular.

21|13|“Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, sorğu-sual ediləcəksiniz!

21|14|Onlar: “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq” -dedilər.

21|15|Biz onları ot kimi biçənəcən elə bu sözləri deyib dururdular.

21|16|Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq.

21|17|Əgər Biz əyləncə etmək istəsəydik, onu mütləq Öz dərgahımızdan edərdik. Lakin Biz etmədik.

21|18|Xeyr, Biz batili haqqla rədd edərik və o da onu yox edər. O yox olub getmişdir. isnad etdiyiniz sifətlərə görə vay halınıza!

21|19|Göylərdə və yerdə olan məxluqat Onundur. Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və yorulmaq bilməzlər.

21|20|Onlar gecə-gündüz, yorulub-usanmadan təqdis edib şəninə təriflər deyərlər.

21|21|Yoxsa yerdən tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər?

21|22|Əgər Allahdan başqa tanrılar olsa idi, onların ikisi də fəsada uğrayardı. Ərşin sahibi olan Allah aid etdikləri sifətlərdən tamamilə uzaqdır!

21|23|Gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar isə sorğu-sual ediləcəklər.

21|24|Yoxsa Ondan başqa tanrılar qəbul etdilər? De: “dəlilinizi gətirin. Bu mənimlə onların Kitabı, bu da məndən əvvəlkilərin kitabı! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də üz döndərər!”

21|25|Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” –deyə vəhy etməyək.

21|26|“Rəhman övlad götürdü!” –dedilər. O, pakdır, müqəddəsdir! Xeyr, möhtərəm qullardır.

21|27|Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.

21|28|Onların öndəkilərini də, arxalarındakını da bilir. Onlar yalnız razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.

21|29|Heç kəs: “Mən Ondan başqa bir tanrıyam!” –desə, onu Cəhənnəmlə cəzalandırarıq. Biz zalımlara belə cəza veririk.

21|30|Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?

21|31|Yer onları silkələməsin deyə, orada möhkəm dağlar yaratdıq; onlar rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik.

21|32|Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki ayələrimizdən üz döndərdilər.

21|33|Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri bir göydə üzür.

21|34|Səndən əvvəl də heç bir bəşərə əbədiyyat vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!

21|35|Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!

21|36|Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq: “Sizin tanrılarınıza tənə edən bumudur?” –deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini inkar edirlər.

21|37|İnsan tələsən yaradılmışdır. Ayələrimi sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!

21|38|Onlar: “Əgər siz doğru danışırsınızsa, bu vədin nə vaxt olacağını bildirin!” –deyirlər.

21|39|Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək olunmayacağı vaxtı biləydilər!

21|40|Xeyr, onları gözlənilmədən yaxalayar və şaşırdar. Onu əsla geri qaytara bilməzlər və onlara möhlət də verilməz!

21|41|Səndən əvvəl də Rəsullara istehza edilmişdi. İstehza edənləri məsxərəyə qoyduqları şeyin özü məhv etdi.

21|42|De: “Sizi gecə və gündüz Rəhmandan kim qurtara bilər?” Amma onlar Rəbbinin öyüd-nəsihətindən üz döndərdilər.

21|43|Yoxsa onların Bizdən başqa onlardan dəf edə biləcək tanrıları vardır?! Onlar heç özlərinə belə yardım etməyə qadir olmaz, Bizdən də qoruna bilməzlər.

21|44|Doğrusu, Biz bununla və atalarına ömürləri uzanıncaya qədər gün-güzəran verdik. Məgər Bizim torpağına girib onu hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?!

21|45|De: “Mən sizi ancaq vəhy ilə xəbərdar edirəm”. Karlar xəbərdar olunduqları zaman çağırışı eşitməzlər!

21|46|Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq” –deyəcəklər.

21|47|Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.

21|48|Biz Musa və Haruna Furqanı bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.

21|49|O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən qorxar və qiyamətdən lərzəyə gələrlər.

21|50|Bu nazil etdiyimiz mübarək bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?

21|51|Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu bilirdik.

21|52|Atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” –dediyi zaman.

21|53|Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” –deyə cavab vermişdilər.

21|54|“And olsun ki, siz də, atalarınız da açıq-aşkar azmısınız!” –demişdi.

21|55|Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən?” –deyə soruşduqda

21|56|Belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm! |57|Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!”

21|58|Parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər.

21|59|Dedilər: “Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!”

21|60|“İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” –dedilər.

21|61|“Bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qabağına gətirin!” –dedilər.

21|62|“Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?”  -deyə soruşdular.

21|63|“Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” –deyə cavab verdi.

21|64|Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalımlarsınız”, -dedilər.

21|65|Sonra yenə də öz küfrlərinə qayıdaraq: “Axı sən bilirsən ki, bunlar danışmırlar!” –dedilər.

21|66|Dedi: “Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? |67|Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, anlamırsınız?”

21|68|Belə dedilər: “Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!”

21|69|Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!” –deyə buyurduq.

21|70|Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq.

21|71|Biz onu da, Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurduq.

21|72|Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik.

21|73|Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.

21|74|Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər.

21|75|Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi.

21|76|Nuhu da! O daha öncə yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən qurtarmışdıq!

21|77|Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını qərq etdik.

21|78|Davudu və Süleymanı da! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik.

21|79|Biz onu dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm verdik. Biz dağları və quşları Davudla birlikdə təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları Biz etmişdik.

21|80|Biz sizi vuruşda qorumaq üçün zireh sənətini öyrətdik. Artıq şükür edərmisiniz?

21|81|Əmrilə bərəkət verdiyimiz yerə doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!

21|82|Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri də onun ixtiyarına verdik. Biz onların üstündə göz olurduq.

21|83|Əyyubu da! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhmlilərin rəhmlisisən!”

21|84|Biz duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq. Dərgahımızdan bir rəhmət və ibadət edənlərə ibrət dərsi olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik.

21|85|İsmaili, İdrisi və Zülkifli də! Onların hər biri səbr edən kimsələrdən idi.

21|86|Biz onları mərhəmətimizə qovuşduqduq. Onlar, doğrudan da, saleh bəndələrdən idilər.

21|87|Zün-Nunu da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: “Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam”,-deyib dua etmişdi.

21|88|Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!

21|89|Zəkəriyyanı daa! Bir vaxt o: “Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan!” –deyə yalvarıb Rəbbinə dua etmişdi.

21|90|Biz duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər.

21|91|İsmətini qoruyanı da! Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu aləmlərə bir möcüzə etdik.

21|92|Həqiqətən, bu tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!

21|93|Amma öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.

21|94|Hər kim mömin ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır Şübhəsiz ki, Biz onun üçün yazırıq.

21|95|Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin qayıtması mümkün deyildir haramdır.

21|96|Nəhayət, Yəcuc-Məcüc açılıb onlar hər tərəfdən sürətlə axışdıqları zaman;

21|97|Doğru vəd yaxınlaşdıqda kafir olanların gözləri dərhal bərəlib: “Vay halımıza! Biz bundan qafil idik. Xeyr, biz zalım olmuşuq!” –deyərlər.

21|98|Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız. Siz ora varid olacaqsınız!

21|99|Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar.

21|100|Onları orada inilti gözləyir. Onlar orada eşitməzlər.

21|101|Öncədən özlərinə ən gözəl nemət yazılmış kəslər – məhz onlar ondan uzaqlaşdırılmış olacaqlar.

21|102|Onlar uğultusunu eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi içində əbədi qalacaqlar.

21|103|Onları ən böyük qorxu məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” –deyəcəklər.

21|104|Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın. İlk dəfə yaratdığımız kimi qaytarıb əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik.

21|105|Biz Zikirdən sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.

21|106|Həqiqətən, bunda da ibadət edən bir ümmətdən ötrü moizə vardır.

21|107|Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.

21|108|De ki, mənə, həqiqətən, belə vəhy olunur: “Sizin İlahınız ancaq bir olan Allahdır. Bundan sonra itaət etməyə boyun qoyacaqsınızmı?”

21|109|Əgər onlar üz döndərsələr, de: “Sizə olduğu kimi bildirdim. Sizə vəd olunan şeyin yaxınmı, uzaqmı olduğunu bilmirəm. |110|Şübhəsiz ki, aşkar deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir! |111|Mən bilmirəm, bəlkə də, təxirə salınması sizi imtahana çəkmək və bir müddət sizə gün-güzəran vermək üçündür”.

21|112|Dedi: “Ey Rəbbim! ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!”

22. Hacc

22|1|Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gününün zəlzələsi dəhşətli şeydir!

22|2|Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!

22|3|Allah haqqında heç bir şey bilmədən mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır.

22|4|Haqqında əzəldən belə yazılmışdır: hər kəs onunla dostluq etsə, onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər.

22|5|Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa. Həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə. Kiminiz vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar. Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər.

22|6|Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!

22|7|Bu o saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!

22|8|İnsanlar içində eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri və nurani kitabı olmadan Allah barəsində mübahisə edər.

22|9|O, boynunu əyərək Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!

22|10|“Bu, öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!”

22|11|İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, arxayın olar. Yox, əgər ona bir bəla üz versə, çöhrəsi dəyişər. Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!

22|12|O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur!

22|13|Özü də zərəri xeyirindən daha çox olana ibadət edər. O nə pis köməkçi, necə də pis yoldaşdır!

22|14|Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edər. Allah istədiyini edər.

22|15|Hər kim Allahın dünyada və axirətdə ona kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə bir ip uzatsın, sonra da kəssin və görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi aradan qaldıra bilərmi?

22|16|Biz beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah dilədiyini doğru yola müvəffəq edər.

22|17|Həqiqətən Allah, iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir!

22|18|Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən, Allah dilədiyini edər!

22|19|Rəbbi barəsində mübahisə aparan bu iki zümrə düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir.

22|20|O su ilə qarınlarında olanlar və dəriləri əridiləcəkdir.

22|21|Hələ onlar üçün dəmir toppuzlar da vardır.

22|22|Oradan – qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və: “Dadın atəşin əzabını!”.

22|23|Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə bəzənəcəklər orada libasları da ipəkdən olacaqdır!

22|24|Onlar təmiz sözə müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola yönəldilmişlər.

22|25|Kafir olub Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!

22|26|Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə!”

22|27|İnsanları həccə çağır ki, onlar sənin yanına piyada və hər uzaq yoldan yollanan hər çür arıq dəvələr üstündə gəlsinlər.

22|28|Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi heyvanların üstündə Onun adını çəksinlər. Onlardan özünüz də yeyin, biçarə yoxsullara da yedirdin!

22|29|Sonra həcc əməllərini yerinə yetirsinlər, nəzirlərini versinlər və qədim evi təvaf etsinlər!

22|30|Budur. Və hər kəs Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin -

22|31|Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.

22|32|Budur. Və hər kəs Allahın mərasiminə hörmət etsə, bu, şübhəsiz ki, qəlblərin təqvasındadır.

22|33|Sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların gətirilib kəsiləcəyi yer qədim ev istiqamətindədir.

22|34|Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi heyvanların üstündə Allahın adını çəksinlər. Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver!

22|35|O kəslər ki, Allahın adı çəkiləndə qəlbləri titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən sərf edərlər.

22|36|Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən etdik. Sizin üçün bu qurbanlarda xeyir vardır. Artıq onları ayaq üstə durduqları halda kəsərkən üstlərində Allahın adını çəkin. Onlar böyrü üstə düşən zaman özünüz də yeyin, əl açmayana və dilənçiyə də yedirdin. Onları sizə belə ram etdik ki, bəlkə, şükr edəsiniz!

22|37|Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Allah sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasınız deyə, bunları sizə belə ram etdi. Ehsan edənlərə müjdə ver!

22|38|Şübhəsiz ki, Allah iman gətirən kəslərdən dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!

22|39|Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!

22|40|O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” -dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!

22|41|O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir.

22|42|(Ya Rəsulum!) Əgər (bu müşriklər) səni təkzib edərlərsə (ürəyini qısma). Səndən əvvəl Nuh, Ad və Səmud tayfası da (peyğəmbərlərini) təkzib etmişdi.

22|43|İbrahim tayfası da, Lut qövmü də, |44|Mədyən əhli də. Musa da yalançı sayılmışdı. Kafirlərə möhlət verdim, sonra onları yaxaladım. Mənim onları inkar etməyim necə oldu!

22|45|Neçə-neçə məmləkəti zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu. Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı.

22|46|Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər kor olar.

22|47|Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın min ili kimidir!

22|48|Neçə-neçə məmləkətə zülm etdikləri halda möhlət verdim, sonra onları yaxaladım. Axır dönüş ancaq Mənədir!

22|49|De: “Ey insanlar! Mən sizi yalnız açıq-aşkar xəbərdar edənəm”!

22|50|İman gətirib yaxşı işlər görənləri bağışlanma və tükənməz ruzi gözləyir!

22|51|Ayələrimizdən ötrü səy göstərib aciz etmək istəyənlərə gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər!

22|52|Biz səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, o, arzu etdikdə Şeytan onun arzusuna bir xələl qatmasın! Lakin Allah Şeytanın vəsvəsini batil edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah biləndir, hikmət sahibidir!

22|53|Şeytanın vəsvəsəsini qəlblərində mərəz və ürəkləri qatı olanlar üçün bır sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar haqqdan uzaq bir nifaq içindədirlər.

22|54|Və elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!

22|55|Kafir olanlar isə qiyamət günü qəflətən başlarının üstünü alanadək, yaxud heç bir xeyri olmayan bir günün əzabı onlara gəlib yetişənədək şəkk-şübhədə olmaqda davam edəcəklər.

22|56|O gün hökm yalnız Allahındır. Onların arasında hökm edəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim cənnətlərində olacaqlar!

22|57|Kafir olanlar, ayələrimizi yalan hesab edənlər isə rüsvayedici bir əzaba düçar olacaqlar!

22|58|Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır!

22|59|Onları razı qalacaqları bir yerə daxil edəcəkdir. Həqiqətən, Allah biləndir, həlimdir!

22|60|Budur. Və hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də təcavüzə məruz qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır!

22|61|Bu belədir. Necə ki, Allah gecəni gündüzə, güzdüzü də gecəyə qatar. Allah eşidəndir, görəndir!

22|62|Bu belədir. Çünki Allah haqq, Ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür!

22|63|Məgər Allahın göydən yağmur endirdiyini və yer üzünün yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah lütfkardır, xəbərdardır.

22|64|Göylərdə və yerdə nə varsa, Hamısı Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, şükürə, tərifə layiqdir!

22|65|Məgər Allahın yerdə olanları, dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!

22|66|Sizi dirildən, sonra öldürəcək, daha sonra yenə dirildəcək məhz Odur.

22|67|Biz hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə bu işdə səninlə mübahisə etməsinlər. Sən onları öz Rəbbinə dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan.

22|68|Əgər səninlə mübahisə etsələr, belə cavab ver: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir! |69|İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda öz hökmünü verəcəkdir!”

22|70|Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa bilir? Həqiqətən, bu, bir kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır!

22|71|Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, heç bir dəlil nazil etməmişdir. Və ona dair heç bir biliyi də yoxdur. Zalımlara heç bir yardım edən olmaz!

22|72|Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman kafir olanların çöhrəsində bir ikrah sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. De: “Sizə bundan daha pisini xəbər verimmi? – Cəhənnəm! Allah onu kafirlərə vəd etmişdir. O nə pis məskəndir!”

22|73|Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!

22|74|Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

22|75|Allah mələklərdən də rəsul seçər, insanlardan da. Həqiqətən, Allah eşidəndir, görəndir!

22|76|Onların önlərindəkini də, arxalarındakını da bilir. Bütün işlər Allaha qayıdar!

22|77|Ey iman gətirənlər! rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! 

22|78|Allah yolunda layiqincə cihad edin. O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. Sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!

23. Muminun

23|1|Həqiqətən, möminlər nicat tapmışlar!

23|2|O kəslər ki, namazlarında müti olub boyun əyərlər!

23|3|O kəslər ki, lağlağıdan üz döndərərlər;

23|4|O kəslər ki, zakat verərlər;

23|5|O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar;

23|6|Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar qınanmazlar.

23|7|Bundan artığını isyəyənlər həddi aşanlardır.

23|8|O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar;

23|9|Namazlarına riayət edərlər;

23|10|Onlardır varis olanlar –

23|11|Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!

23|12|Biz, həqiqətən, insanı tərtəmiz palçıqdan yaratdıq.

23|13|Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik.

23|14|Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur!

23|15|Sonra siz mütləq öləcəksiniz!

23|16|Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!

23|17|And olsun ki, Biz sizin üstünüzdə yeddi yol yaratdıq. Biz məxluqatdan da xəbərsiz deyilik.

23|18|Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə saxladıq. Biz, sözsüz ki, onu aparmağa da qadirik!

23|19|Sonra sizin üçün onunla xurma və üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz.

23|20|Sina dağından çıxan bir ağac da, o, yeyənlər üçün zeytun və yağ bitirər.

23|21|Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. Həm də onlardan yeyirsiniz!

23|22|Həm onların, həm də gəmilərin üstündə daşınırsınız.

23|23|Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir İlahınız yoxdur. Məgər qorxmursunuz?”

23|24|Qövmünün kafir başçıları dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. |25|Bu adamda, sadəcə olaraq, bir dəlilik var. Hələ bir müddət gözləyin!”

23|26|Belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etməklərinə qarşı mənə kömək et!”

23|27|Biz belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir. Zülm edənlər barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olacaqlar.

23|28|Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” –de.

23|29|Həmçinin belə de: “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!”

23|30|Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz imtahana çəkirik!

23|31|Onlardan sonra başqa bir nəsil yaratdıq.

23|32|Onlara özlərindən bir rəasul göndərdik. “Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?”

23|33|Tayfasının kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan - əşrafı dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. |34|Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. |35|O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir? |36|Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq! |37|Bizim həyatımız yalnız bu dünyadadır. Ölür, dirilirik. Biz dirildiləcək deyilik! |38|Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!”

23|39|Belə dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”

23|40|Buyurdu: “Bir azdan peşman olacaqlar!”

23|41|Həqiqətən, qorxunc bir səs onları bürüdü. Biz onları saman çöpünə döndərdik. Zalım tayfa məhv olsun!

23|42|Onlardan sonra başqa-başqa nəsillər yaratdıq.

23|43|Heç bir ümmət öz əcəlini nə qabaqlayar, nə də yubada bilər!

23|44|Sonra bir-birinin ardınca Rəsullar göndərdik. Hər ümmətə öz Rəsulu gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv olsun!

23|45|Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir dəlillə göndərdik, |46|Fironun və onun əyan-əşrafının yanına. Onlar təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar.

23|47|Dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?”

23|48|Beləliklə, onları yalançı saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular.

23|49|Həqiqətən, Biz Musaya kitabı verdik ki, bəlkə, doğru yola yönəlsinlər!

23|50|Məryəm oğlunu və anasını bir möcüzə etdik. Onları abad və axar sulu uca bir yerdə yerləşdirdik.

23|51|“Ey Rəsullar! Təmiz nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm! |52|Bu tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən qorxun!”

23|53|Amma öz dinini aralarında parçalayıb firqə-firqə oldular. Hər firqə öz dininə sevinir.

23|54|Sən onları bir müddət öz şaşqınlıqları içində burax!

23|55|Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla

23|56|Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar!

23|57|Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər;

23|58|Rəbbinin ayələrinə inanlar;

23|59|Rəbbinə şərik qoşmayanlar;

23|60|Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını verənlər –

23|61|Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.

23|62|Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara zülm olunmaz.

23|63|Lakin qəlbləri bundan xəbərsizdir. Onların bundan başqa ayrı işləri də vardır ki, elə onları edib durarlar.

23|64|Nəhayət, onların naz-nemət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman fəryad edib imdad diləyərlər.

23|65|“Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz!”

23|66|Ayələrimiz sizə oxunduğu zaman arxa çevirirdiniz.

23|67|Özünüzə sığışdırmayıb gecələr toplanaraq ağzınıza gələni deyirdin.

23|68|Məgər kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?

23|69|Yoxsa öz Rəsullarını tanımadılar və buna görə onu inkar edirlər?

23|70|Yaxud: “Onda divanəlik var?” –dedilər. Xeyr, Onlara haqqlagəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır.

23|71|Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedərdi. Xeyr, Biz onlar üçün Zikr gətirdik, onlar isə Zikirlərindən üz döndərirlər.

23|72|Yoxsa sən onlardan bir muzd istəyirsən? Rəbbinin əcri daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!

23|73|Əslində sən onları doğru yola dəvət edirsən!

23|74|Axirətə inanmayanlar isə doğru yoldan sapanlardır!

23|75|Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə də azğınlıqlarında davam edərlər.

23|76|Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, yalvarıb-yaxarmadılar.

23|77|Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.

23|78|Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz.

23|79|Sizləri yer üzündə yaradıb törədən Odur. Siz Onun hüzuruna cəm ediləcəksiniz.

23|80|Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər dərk etmirsiniz?

23|81|Xeyr, onlar da əvvəlkilərin dedikləri kimi dedilər.

23|82|Belə demişdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də dirildiləcəyik?”

23|83|Həqiqətən, bizə də, atalarımıza da öncə bu vəd olunmuşdu. Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir.

23|84|De: “Əgər bilirsinizsə, bu yer və yer üzündə olanlar kimindir?”

23|85|Onlar mütləq: “Allahındlr!” –deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə düşünmürsünüz?”

23|86|De: “Yeddi göyün Rəbbi, o əzəmətli ərşin Rəbbi kimdir?”

23|87|Mütləq: “Allahındır!” –deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə qorxmursunuz?”

23|88|De: “Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?”

23|89|Onlar mütləq: “Allahındır!” –deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə nə cür döndərilirsiniz?

23|90|Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar!

23|91|Allah heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, və onların bir qismi digərinə üstün olmağa çalışardı. Allah müşriklərin aid etdikləri sifətlərdən tamamilə kənardır!

23|92|O, qeybi də, aşkarı da bilir. Allah Ona qoşduğu şəriklərdən çox ucadır!

23|93|De: “Ey Rəbbim! Əgər vəd etdiyin əzabı mənə göstərəcəksənsə, |94|Onda məni zalım tayfanın içində qoyma, ey Rəbbim!”

23|95|Biz onlara vəd etdiyimizi sənə göstərməyə, əlbəttə, qadirik!

23|96|Sən pisliyi yaxşılıqla dəf et! Biz aid etdikləri sifətləri daha yaxşı bilirik!

23|97|Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! |98|Onların yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!”

23|99|Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri qaytar!

23|100|Bəlkə, zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə vardır.

23|101|Sur çalınacağı gün artıq aralarında nə qohumluq olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar.

23|102|Məhz tərəziləri ağır gələnlər nicat taparlar.

23|103|Tərəziləri yüngül gələnlər isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.

23|104|Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar.

23|105|“Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirsiniz!”

23|106|Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! |107|Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də qayıtsaq, şübhəsiz ki, zalım olarıq”.

23|108|Buyurar: “Orada zəlil vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! ”

23|109|Çünki bəndələrimdən bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” –deyirdilər.

23|110|Siz isə onları məsxərəyə qoyurdunuz. Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz onlara gülürdünüz.

23|111|Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır!”

23|112|Belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?”

23|113|Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!” –deyə cavab verəcəklər.

23|114|Allah buyuracaq: “Əgər bilirsinizsə, siz çox az qaldınız!

23|115|Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”

23|116|Həqiqi hökmdar olan Allah ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim olan ərşin Rəbbidir!

23|117|Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!

23|118|De: “Ey Rəbbim bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!

24. Nur

24|1|Bu, nazil edib vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız!

24|2|Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun.

24|3|Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu, möminlərə haram edilmişdir.

24|4|İsmətli qadınla zina isnad edib, sonra dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, əsl fasiqlərdir.

24|5|Bundan sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah bağışlayandır, rəhmlidir!

24|6|Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə şəhadət verməlidir.

24|7|Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”

24|8|Qadının da ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.

24|9|Beşinci dəfə: “Əgər doğru danışanlardandırsa, Allah ona lənət eləsin!”

24|10|Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı?

24|11|Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə çox böyük bir əzab gözləyir!

24|12|Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” –deməli deyildilərmi?

24|13|Nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!

24|14|Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.

24|15|O zaman ki, siz yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül bir şey sanırdınız. Halbuki bu Allah yanında çox böyük günahdır!

24|16|Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Aman! Bu, çox böyük bir böhtandır!” –deməli deyildinizmi?

24|17|Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz.

24|18|Və Allah sizin üçün ayələrini izah edir. Allah biləndir, hikmət sahibidir!

24|19|Möminlər arasında pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. ancaq Allah bilir, siz bilməzsiniz!

24|20|Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı?

24|21|Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, çirkin, pis işlər görməyi əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt pak olmazdı. Lakin Allah dilədiyini pak edər. Allah eşidəndir, biləndir!

24|22|Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Əfv edib, vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!

24|23|Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları çox böyük bir əzab gözləyir.

24|24|Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.

24|25|O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın açıq-aşkar bir haqq olduğunu biləcəklər!

24|26|Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar onların dediklərindən uzaqdırlar. Onları bağışlanma və tükənməz ruzi gözləyir!

24|27|Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb anlayasınız.

24|28|Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə “Geri dönün!” –deyilsə, geri dönün. Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə etdiklərinizi biləndir!

24|29|İçərisində əşyanız olan qeyri-məskun evlərə daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkar etdiklərinizi də, gizli saxladıqlarınızı da bilir!

24|30|Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!

24|31|Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!

24|32|Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah genişdir, biləndir!

24|33|Evlənməyə qüvvəsi çatmayanlar Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub saxlasınlar. Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir görürsünüzsə - mükatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin. Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları məcbur edərsə, onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah bağışlayar, rəhm edər.

24|34|Həqiqətən, Biz sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.

24|35|Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!

24|36|Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib şəninə tə’riflər deyərlər.

24|37|O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar.

24|38|Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını versin, onlara olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.

24|39|Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir.

24|40|Yaxud zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.

24|41|Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!

24|42|Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!

24|43|Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər.

24|44|Allah gecəni gündüzə çevirər. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.

24|45|Allah hər heyvanı bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!

24|46|Həqiqətən, Biz açıq-aydın ayələr nazil etdik. Allah dilədiyini doğru yola yönəldər.

24|47|“Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!” –deyər, bundan sonra isə onlardan bir dəstə üz çevirər. Belələri mömin deyillər.

24|48|Aralarında hökm etmək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər.

24|49|Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər.

24|50|Onların qəlblərində mərəzmi var? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar!

24|51|Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” –deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!

24|52|Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır.

24|53|Onlara əmr etdiyin zaman mütləq çıxacaqları haqda Allaha çox möhkəm and içdilər. Onlara de: “and içməyin, itaətiniz məlumdur. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!”

24|54|De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. Əgər üz döndərsəniz, onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız açıq-aşkar təbliğ etməkdir.

24|55|Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əzəv edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!

24|56|Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!

24|57|Kafirlərin yer üzündə aciz edə biləcəyini güman etməyin. Onların məskəni Cəhənnəmdir. O, necə də pis sığınacaqdır!

24|58|Ey iman gətirənlər! Sahib olduqlarınız, həddi-büluğa çatmayanlar bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. Bu üç vaxt sizin üçün xəlvət vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına girib-çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah biləndir, hikmət sahibidir!

24|59|Sizdən olan uşaqlar da həddi-büluğa çatanda özlərindən əvvəlkilər kimi izin istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah biləndir, hikmət sahibidir!

24|60|Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinətlərini göstərmədən üst paltarını çıxarmasında günah yoxdur. Bununla belə, çəkinmələri onlar üçün daha yaxşıdır. Allah eşidəndir, biləndir!

24|61|Kora, çolağa, xəstəyə günah yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!

24|62|Həqiqətən, möminlər ancaq Allaha və Onu Rəsuluna iman gətirən, ümumi bir iş üçün Rəsulla bir yerdə olduqda ondan izin almamış bir yerə getməyən kimsələrdir. Səndən izin istəyənlər - məhz belələri Allaha və Onun Rəsuluna inananlardır. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan özün istədiyinə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

24|63|Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! Həqiqətən, Allah sizlərdən xəlvət sovuşub aradan çıxanları bilir. Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!

24|64|Bilin və agah olun ki, göylərdə və yerdə nə varsa, Allahındır. O, həqiqətən, sizin nə əməl sahibi olduğunuzu bilir. Allah Onun hüzuruna qaytarılacaqları gün onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi biləndir!

25. Furqan

25|1|Aləmləri xəbərdar etmək üçün Quranı Öz bəndəsinə nazil edən Allah nə qədər uludur!

25|2|O Allah ki, göylərin və yerin hökmü Onundur. O heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir.

25|3|Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları özlərinə tanrılar qəbul etdilər.

25|4|Kafir olanlar: “Bu onun uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa kömək etmişdir!” –deyərək zülmə və böhtana yuvarlandılar.

25|5|Onlar həmçinin: “Bu, qədimlərin əfsanələridir. O onları yazdırtmışdır; səhər-axşam özünə oxunur”, -dedilər.

25|6|De: “Onu göylərin və yerin sirrini bilən nazil etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!”

25|7|Dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilməli deyilmi?

25|8|Yaxud ona bir xəzinə endirməli və ya ondan yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar dedilər: “Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz!”

25|9|Bir gör sənin barəndə necə məsəllər çəkdilər! Artıq azdılar və bir daha yol tapa bilməzlər!

25|10|Əgər istəsə, sənə ondan daha yaxşısını – altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən Allah nə qədər uludur!

25|11|Lakin onlar o saatı da yalan saydılar. Biz də o saatı yalan hesab edənlər üçün şiddətli bir atəş hazırladıq.

25|12|O onları uzaqdan görüncə onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.

25|13|Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər.

25|14|“Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!”

25|15|Onlara de: “Bu yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq vəd edilən Xüld cənnəti?”

25|16|Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbindən istənilən bir vəddir.

25|17|və onların Allahdan qeyri ibadət etdiklərini məhşərə toplayacağı gün belə buyuracaqdır: “Mənim bu bəndələrimi siz çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?”

25|18|Deyəcəklər: “Sən paksan, müqəddəssən! Səni qoyub başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər nemət verdin ki, hətta xatırlamağı belə unutdular və məhvə məhkum edilmiş bir tayfa oldular!”

25|19|“Dediklərinizi təkzib etdilər. Artıq nə əzabı sovuşdurar, nə də bir kömək edə bilərsiniz. Sizdən zülm edənlərə şiddətli bir əzab daddıracağıq”.

25|20|Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək dözə biləcəksinizmi? Sənin Rəbbin görəndir!

25|21|Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bizə mələklər endirilməli, yaxud biz Rəbbimizi görməli idik!” –dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlaşıb həddi çox aşdılar.

25|22|Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara heç bir müjdə olmaz. “haramdır!” –deyərlər.

25|23|Onların etdikləri hər hansı bir əməli Biz qəsdən dağınıq zərrələrə döndərərik!

25|24|O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl olacaqdır!

25|25|Göyün buludla parçalanacağı, mələklərin bölük-bölük endiriləcəyi gün - |26|O gün həqiqi hökmranlıq ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır.

25|27|O gün zalım əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə doğru bir yol turardım;

25|28|Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;

25|29|And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan o sapdırdı. Şeytan insanı yalqız buraxar.

25|30|Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” –deyəcək.

25|31|Eləcə də hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!

25|32|Kafirlər: “Quran ona bütöv endirilməli idi!” –dedilər. Sənin ürəyinə səbat vermək üçün Biz onu ayə-ayə nazil etdik.

25|33|Sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənə doğrusunu və izahatca daha yaxşısını gətirməyək.

25|34|Onlar Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir.

25|35|Həqiqətən, Biz Musaya kitab verdik və qardaşı Harunu da ona vəzir etdik |36|Və dedik: “Ayələrimizi yalan hesab etmiş bir tayfanın yanına gedin!” Sonra Biz onları büsbütün məhv etdik.

25|37|Biz Nuh qövmünü də peyğəmbərlərimizi təkzib etdikləri vaxt suda boğduq və onları insanlar üçün bir ibrət dərsi etdik. Biz zalımlar üçün də şiddətli bir əzab hazırlamışıq.

25|38|Biz Adı da, Səmudu da, Rəss əhlini də, həmçinin onların arasında olan bir çox nəsilləri də.

25|39|Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, onları yerli-dibli yox etdik.

25|40|Fəlakət yağışı yağmış şəhərə gəlib çatmışdılar. Məgər onu görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar.

25|41|Onlar səni gördükdə ancaq məsxərəyə qoyur: “Allahın peyğəmbər göndərdiyi şəxs budurmu? |42|Əgər biz səbir göstərməsəydik, az qala bizi tanrılarımıza tapınmaqdan sapdırmışdı”. Onlar əzabı gördükdə haqq yoldan kimin daha çox azdığını biləcəklər.

25|43|Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili sənmi olacaqsan?

25|44|Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti eşidəcək və ya fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar.

25|45|Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi bir əlamət etdik.

25|46|Sonra onu yavaş-yavaş Özümüzə tərəf çəkdik.

25|47|Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də həyat yaradan Odur.

25|48|Küləkləri rəhməti önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki, |49|Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox insanları sirab edək!

25|50|And olsun ki, yada salsınlar deyə, Biz onların arasında paylaşdırdıq. Bununla belə, insanların əksəriyyəti nankorluqdan başqa bir şey etmədi.

25|51|Əgər istəsəydik, hər məmləkətə bir xəbəedarlıq edən göndərərdik.

25|52|Kafirlərə itaət etmə və onlara qarşı böyük bir cihad et!

25|53|Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında maneə və keçilməz sədd qoyan Odur!

25|54|İnsanları sudan yaradan, onları əsl qohum və sonradan qohum edən Odur. Rəbbin qadirdir!

25|55|Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilənlərə ibadət edirlər. Kafir özünün haqq olan Rəbbinə arxa çevirər.

25|56|Biz səni yalnız müjdə verən və xəbərdarlıq edən olaraq göndərdik.

25|57|De: “Mən sizdən buna görə heç bir muzd istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm.

25|58|Ölməz, həmişə diri olana bel bağla və Onu həmd-səna ilə təqdis et. Öz bəndələrinin günahlarından xəbərdar olması kifayət edər.

25|59|O, göyləri, yeri və onların arasındakıları altı günə xəlq edən, sonra ərşi yaradıb ona hakim olan Rəhmandır. Bunu bir biləndən xəbər al!

25|60|Onlara: “Rəhmana səcdə edin!” –deyildiyi zaman, onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” –deyə cavab verərlər. Bu onların nifrətini daha da artırar.

25|61|Səmada bürclər yaradan, orada bir çıraq və nurlu ay vücuda gətirən nə qədər uludur!

25|62|Yada salmaq və şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!

25|63|Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər.

25|64|Onlar gecəni Rəbbi üçün səcdə və qiyam içində keçirərlər.

25|65|Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! |66|Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!”

25|67|Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.

25|68|Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər.

25|69|Qiyamət günü onun əzabı qat-qat olar və içində zəlil olub əbədi qalar.

25|70|Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!

25|71|Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə dönər.

25|72|O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər;

25|73|O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz;

25|74|Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam et! –deyərlər.

25|75|Məhz belələri səbr etdiklərinə görə cənnət guşəsi ilə mükafatlandırılacaq, orada ehtiramla, salamla qarşılanacaqlar.

25|76|Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!

25|77|De: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz təkzib etdiniz. Buna görə də yaxanızdan əl çəkməyəcəkdir!”

26. Şüara

26|1|Ta, Sin, Mim!

26|2|Bunlar açıq-aydın Kitabın ayələridir.

26|3|İman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?!

26|4|Əgər istəsək, göydən onlara bir ayə göndərərik, onlar da ona boyun əyib durarlar.

26|5|Onlara Rəhmandan elə bir öyüd-nəsihət gəlməz ki, ondan üz döndərməsinlər.

26|6|Onlar yalan hesab etdilər. Onların istehza etdiklərinin xəbərləri gəlib onlara çatacaqdır.

26|7|Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl yetişdirdiyimizi görmürlərmi?

26|8|Şübhəsiz ki, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.

26|9|Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|10|Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o zalım tayfanın yanına – |11|Firon tayfasının yanına məgər qorxmurlar?”

26|12|Dedi: “Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram! |13|Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da ver! |14|Onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram”.

26|15|Buyurdu: “Xeyr! Hər ikiniz möcüzələrinizlə gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə eşidəcəyik!” 

26|16|Fironun yanına gedib belə deyin: “Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik! |17|İsrail oğullarını bizimlə birlikdə göndər!”

26|18|Dedi: “Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? |19|Axırda elədiyini də elədin. Sən nankorun birisən!”

26|20|Dedi: “Mən onu edərkən cahillərdən idim. |21|Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi. |22|Boynuma minnət qoyduğun bu nemət də İsrail oğullarını qul etdiyinə görədir.”

26|23|Firon dedi: “Aləmlərin Rəbbi nədir?”

26|24|“Əgər yəqin inanacaqsınızsa, O, göylərin, yerin və onlar arasında olanların Rəbbidir!” –deyə cavab verdi.

26|25|Ətrafındakılara: “Eşitdinizmi?” –dedi.

26|26|Dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”

26|27|“Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” –dedi.

26|28|Dedi: “Əgər düşünə bilirsinizsə, O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!”

26|29|“Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” –dedi.

26|30|Dedi: “Əgər sənə açıq-aşkar bir şey gətirsəm necə?”

26|31|“Əgər doğru deyirsənsə, di onu gətir!” –dedi.

26|32|Əsasını atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.

26|33|Sonra əlini çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü.

26|34|Ətrafındakılara dedi: “Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır! |35|O öz sehri ilə sizi yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz?”

26|36|Onlar dedilər: “Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar göndər ki, |37|Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər!”

26|38|Nəhayət, sehrbazlar məlum bir günün müəyyən vaxtında yığıldılar.

26|39|Deyildi: “Siz də yığılırsınızmı? |40|Əgər sehrbazlar üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!”

26|41|Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər biz qalib gəlsək, yəqin ki, bizə bir muzd veriləcək, elə deyilmi?”

26|42|Dedi: “Bəli! Və üstəlik siz yaxın adamlar olacaqsınız!”

26|43|Musa onlara dedi: “nə atacaqsınız, atın!”

26|44|Onlar iplərini və əsalarını yerə atıb: “Fironun şan-şövkətinə and olsun ki, biz üstün gələcəyik!” –dedilər.

26|45|Bundan sonra Musa da əsasını atdı. Dərhal onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.

26|46|Sehrbazlar səcdəyə qapandılar.

26|47|Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə! |48|Musanın və Harunun Rəbbinə!”

26|49|Dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. Sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!”

26|50|Dedilər: “Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf dönəcəyik! |51|Biz ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!”

26|52|Musaya belə vəhy etdik: “Qullarımla birlikdə gecə yola çıx. Siz, şübhəsiz ki, təqib ediləcəksiniz!”

26|53|Firon şəhərlərə yığanlar göndərdi.

26|54|“Şübhəsiz ki, bunlar kiçik bir tayfadır! |55|Onlar bizi qəzəbləndirmişlər. |56|Biz isə qüvvətli bir camaatıq!”

26|57|Nəhayət, Biz onları bağlardan və bulaqlardan çıxartdıq.

26|58|Xəzinələrdən və gözəl yerdən kənar etdik.

26|59|Beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.

26|60|Günəş doğduqda onların arxasınca düşdülər.

26|61|İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalandıq!”

26|62|Dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”

26|63|Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” O dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu.

26|64|O biriləri də ora yaxınlaşdırdıq.

26|65|Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

26|66|O biriləri isə suya qərq etdik.

26|67|Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

26|68|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|69|Onlara İbrahimin hekayətini söylə!

26|70|O zaman ki, o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?”

26|71|Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” –deyə cavab vermişdilər.

26|72|Demişdi: “Onları çağırdığınız zaman sizi eşidirlərmi? |73|Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?”

26|74|Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!” –deyə cavab vermişdilər.

26|75|Demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?- |76|Sizin və ulu babalarınızın? |77|Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. |78|Məni yaradan və məni doğru yola yönəldən Odur! |79|Məni yedirdən də, içirdən də Odur! |80|Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. |81|Məni öldürəcək, sonra dirildəcək Odur. |82|Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! |83|Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərlə qovuşdur! |84|Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! |85|Məni Nəim cənnətlərinin varislərindən et! |86|Atamı bağışla! Şübhəsiz ki, o, azanlardan oldu! |87|Dirildəcəyi gün məni zəlil etmə! |88|O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! |89|Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!”

26|90|Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.

26|91|Cəhənnəm də azğınlara göstərilər.

26|92|Və onlara belə deyərlər: “İbadət etdikləriniz haradadır? |93|Allahdan başqa. Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?”

26|94|Onlar və azğınlar oraya atılarlar!

26|95|İblisin bütün əsgərləri də.

26|96|Onlar orada çənə-boğaz olub deyərlər:

26|97|“Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! |98|Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq. |99|Bizi yalnız günahkarlar azdırdı. |100|İndi artıq nə şəfaət edən kimsələrimiz, |101|Nə də bir mehriban dostumuz var! |102|Kaş bir də dönə biləydik; möminlərdən olardıq!”

26|103|Həqiqətən, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|104|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|105|Nuh tayfası peyğəmbərləri təkzib etdi.

26|106|O zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz? |107|Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! |108|Artıq Allahdan qorxun və mənə itaət edin! |109|Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |110|Artıq Allahdan qorxun və mənə itaət edin!”

26|111|Onlar: “Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” –dedilər.

26|112|Dedi: “Mən onların nə etdiklərini bilmirəm! |113|Əgər başa düşürsünüzsə, onların haqq-hesabı yalnız Rəbbimə aiddir! |114|Və mən iman gətirənləri qovan da deyiləm! |115|Mən yalnız açıq-aşkar xəbərdarlıq edənəm!”

26|116|Onlar dedilər: “Ey Nuh! Əgər əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”

26|117|Dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi. |118|Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar!”

26|119|Buna görə də Biz onu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.

26|120|Sonra geridə qalanları boğduq!

26|121|Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|122|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! 

26|123|Ad tayfası da göndərilənləri təkzib etdi.

26|124|O zaman ki, qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz? |125|Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir Rəsulam! |126|Allahdan qorxun və mənə itaət edin! |127|Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |128|Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? |129|Sanki əbədi qalacaqsınız deyə su hövzələri tikirsiniz! |130|Və yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! |131|Artıq Allahdan qorxun və mənə itaət edin! |132|Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! |133|Sizə heyvanat, oğul-uşaq, |134|Bağlar və çeşmələr verdi! |135|Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”

26|136|Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir. |137|Bu əvvəlkilərin adətindən başqa bir şey deyildir! |138|Və biz əzaba da düçar olmayacağıq!”

26|139|Onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|140|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|141|Səmud tayfası da göndərilənləri təkzib etdi.

26|142|O vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz? |143|Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! |144|Artıq Allahdan qorxun və mənə itaət edin! |145|Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |146|Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? |147|Bağlar və çeşmələr içində, |148|Əkinlər və lətif çiçəkli xurmalıqlar içində? |149|Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? |150|Artıq Allahdan qorxun və mənə itaət edin! |151|Həddi aşanların əmrinə tabe olmayın! |152|O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər!”

26|153|Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmışlardansan! |154|Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa, bizə bir möcüzə gətir!”

26|155|Dedi: “Bu, dişi bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! |156|Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar!”

26|157|Amma onlar tutub kəsdilər, sonra da peşman oldular.

26|158|Artıq əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|159|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|160|Lut tayfası da Göndərilənləri təkzib etdi.

26|161|O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? |162|Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir Rəsulam! |163|Artıq Allahdan qarşı təqva sahibi olun və mənə itaət edin! |164|Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |165|Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? |166|Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!”

26|167|Onlar dedilər: “Ey Lut! Əgər son qoymasan, mütləq qovulacaqsan!”

26|168|Dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm! |169|Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü işdən qurtar!”

26|170|Artıq Lutu və bütün ailəsini xilas etdik.

26|171|Ancaq geridə qalan bir qadın istisna olmaqla!

26|172|Sonra da o biriləri məhv edib kökünü kəsdik.

26|173|Onların üstünə bir yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman yağışdır!

26|174|Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|175|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|176|Əykə əhli də Göndərilənləri təkzib etdi.

26|177|O zaman ki, Şüeyb onlara dedi: “Məgər qorxmursunuz? |178|Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir Rəsulam! |179|Artıq Allaha qarşı təqva sahibi olun və mənə itaət edin! |180|Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |181|Ölçüdə düz olun, əskildənlərdən olmayın! |182|Düz tərəzi ilə çəkin! |183|İnsanların haqqını azaltmayın! Yer üzündə fitnə-fəsad törətməyin! |184|Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradana qarşı təqva sahibi olun!”

26|185|Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmışlardansan! |186|Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən! |187|Əgər, doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir!”

26|188|Dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!”

26|189|Nəhayət, onu təkzib etdilər və buna görə də buludlu günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.

26|190|Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|191|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|192|Şübhəsiz ki, bu aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!

26|193|Onu Cəbrail endirdi:

26|194|Xəbərdarlıq edən olasan deyə, sənin qəlbinə;

26|195|Özü də açıq-aydın ərəb dilinə.

26|196|Həqiqətən, o, əvvəlkilərin kitablarından mövcuddur.

26|197|Məgər İsrail övladı alimlərinin bilmələri onlar üçün bir dəlil deyilmi?

26|198|Əgər onu ərəb olmayanlardan birinə nazil etsəydik;

26|199|Və o onlara oxusaydı, ona iman gətirməzdilər.

26|200|Biz günahkarların qəlbinə belə salarıq.

26|201|Onlar şiddətli əzabı görməyənədək inanmazlar.

26|202|Onlara qəflətən, özləri də hiss etmədən gələr.

26|203|O zaman onlar deyərlər: “Əcaba, bizə möhlət veriləcəkmi?”

26|204|İndi əzabımızın tezmi gəlməsini istəyirlər?

26|205|Görürsənmi, əgər Biz onlara illərcə nemət versək,

26|206|Sonra vəd olunduqları onlara yetişsə,

26|207|Onlara verilmiş olan nemətlər onlardan dəf edə bilməz.

26|208|Biz heç bir məmləkəti ora Xəbərdarlıq edən göndərmədən məhv etmədik!

26|209|Öyüd-nəsihət vermək üçün. Biz zalım deyilik!

26|210|Əsla şeytanlar endirmədi.

26|211|Bu onlara layiq deyildir. Onlar heç bacara da bilməzlər!

26|212|Axı onlara qadağan edilmişdir.

26|213|Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!

26|214|Və ən yaxın qohumlarını xəbərdar et!

26|215|Sənə tabe olan möminləri qanadın altına al!

26|216|Əgər sənə qarşı çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!”

26|217|Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibidə təvəkkül et!

26|218|O Allah ki, səni namaza duranda da görür,

26|219|Səcdə edənlər içində dolananda da.

26|220|Həqiqətən, eşidən, bilən Odur!

26|221|Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

26|222|Onlar hər bir yalançıya, günahkara nazil olarlar.

26|223|Eşitdikləri sözləri onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır!

26|224|Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!

26|225|Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar?

26|226|Və onlar etmədikləri şeyləri deyirlər!

26|227|Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!

27. Nəml

27|1|Ta, Sin! Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir!

27|2|Möminlərə rəhbər və müjdədir.

27|3|O kəslər ki, namaz qılır, zəkat verir və axirətə möhkəm inanırlar.

27|4|Həqiqətən, axirətə inanmayanların əməllərini özlərinə yaxşı göstərdik. Onlar şaşqın bir vəziyyətdədirlər.

27|5|Onları çox pis əzab gözləyir, axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!

27|6|Həqiqətən, Quran sənə hikmət sahibi olan, bilən Allah tərəfindən təlqin olunur.

27|7|Bir zaman Musa ailəsinə demişdi: “Mən bir od gördüm, mən də gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız”.

27|8|Musa yanına çatdıqda belə bir nida gəldi: “Alovun yanında olan və ətrafında olanlar mübarək kimsələrdir. Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! |9| Ya Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm!”

27|10|“Əsanı at!” O, ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. “Ya Musa, qorxma! Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar. |11|Yalnız zülm eləyən, Lakin sonra tövbə ilə pisliyi yaxşılığa çevirən kəsi bağışlayanam, rəhm edənəm! |12|Əlini qoynuna qoy ki, Firona və onun tayfasına göndərilən doqquz ayədən biri olaraq eyibsiz-qüsursuz ağappaq çıxsın. Həqiqətən, onlar fasiq bir camaatdır!”

27|13|Ayələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda dedilər: “Bu, açıq-aydın bir sehrdir!”

27|14|Həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!

27|15|Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”

27|16|Süleyman Davuda vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”

27|17|Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb gedirdilər.

27|18|Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi basıb əzməsinlər!”

27|19|Bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”

27|20|Sonra quşları yoxlayıb dedi: “Hüdhüdü niyə görmürəm? Yoxsa o burada yoxdur? |21|And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm Yaxud da o aşkar bir dəlil gətirsin!”

27|22|Bir azdan gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.

27|23|Mən onlara padşahlıq edən bir qadın gördüm. Ona hər şey verrilmişdir. Onun çox böyük bir taxtı vardır. |24|Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər. |25|Göylərdə və yerdə pünhan olanı aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə |26|O böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir tanrı yoxdur!”

27|27|Dedi: “Baxaq görək doğru deyirsən, yoxsa yalançısan! |28|Mənim bu məktubumu aparıb onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!”

27|29|dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi. |30|O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim” lədir.”

27|31|“Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti olaraq gəlin!.”

27|32|dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən deyiləm!”

27|33|Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyinə özün bax!”

27|34|Dedi: Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil edərlər. Onlar məhz belə hərəkət edərlər.

27|35|Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!

27|36|Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma si öz hədiyyələrinizlə sevinirsiniz. |37|Durma, onların yanına qayıt! And olsun ki, gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!”

27|38|Dedi: “Ey əyanlar! Onlar müti vəziyətdə yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”

27|39|Cinlərdən olan bir ifrit dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”

27|40|Kitabdan bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Onu yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!”

27|41|Dedi: “taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya yox?!”

27|42|Gəldikdə ona deyildi: “Taxtın bu cürdürmü?” O da: “Sanki odur!” – deyə cavab verdi. “Bizə ondan daha öncə elm verilmiş və biz müti olmuşuq!”

27|43|Ona Allahdan başqasına ibadət etməyi qadağan etdi. Çünki o, kafir bir tayfadan idi.

27|44|Ona belə deyildi: “Saraya daxil ol!” sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və atəyini qaldırdı. O: “Bu büllurdan tikilmiş bir saraydır!” – dedi. dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!”

27|45|Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi göndərdik. Onlar bir-biri ilə çəkişən iki firqəyə ayrıldılar.

27|46|Dedi: “Ey qövmüm! Siz nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?”

27|47|Onlar dedilər: “Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. Dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, imtahan olunursunuz.

27|48|Şəhərdə doqquz kişi var idi ki, yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər.

27|49|Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə hücum edib öldürəcək, sonra da onun qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, doğru danışırıq!”

27|50|Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən hiylələrinin cəzasını verdik.

27|51|Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların özlərini də, tayfalarını da büsbütün yox etdik.

27|52|Bu, zülmləri üzündən onların bomboş qalmış evləridir. Həqiqətən, bunda anlayıb bilən bir qövm üçün ibrət vardır!

27|53|İman gətirib qorxanları isə xilas etdik!

27|54|Lutu da.  O zaman öz tayfasına demişdi: “Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? |55|Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!”

27|56|Tayfasının cavabı yalnız: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən insanlardır!” – deməkləri olmuşdu.

27|57|Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətini qalanlardan olmasını təqdir etdik.

27|58|Onların üstünə bir yağış yağdırdıq. Xəbərdarlıq olunanların yağışı nə yaman imiş!

27|59|De: “Həmd olsun Allaha! Salam olsun seçdiyi bəndələrinə! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqları?!

27|60|yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən su endirən kimsə?! Sonra Biz onunla sizin üçün gözəl bağçalar yetişdirdik. siz ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin bərabər tutan bir tayfadırlar!

27|61|Yoxsa yeri məskən yaradıb ortasında çaylar axıdan, üzərində möhkəm durmuş dağlar bərqərar edən və iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin əksəriyyəti bilmirlər!

27|62|Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?

27|63|Yaxud qurunun və suyun zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhməti önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah Ona şərik qoşduqlarından ucadır!

27|64|Yaxud öncə yaradan sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”

27|65|De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!

27|66|Xeyr, onların elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordurlar!”

27|67|Kafirlər dedilər: “Məgər bizlər və atalarımız torpaq olduqdan sonra çıxardılacağıq? |68|Həqiqətən, bu bizə vəd olunduğu kimi, öncə atalarımıza da. Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir!”

27|69|De: “Yer üzünü gəzib-dolaşın, günahkarların axırının necə olduğuna bir baxın!”

27|70|Onlardan ötrü kədərlənmə və qurduqlarına görə də ürəyini qısma!

27|71|Onlar: “Əgər doğru danışırsınızsa, bu vəd nə vaxt yerinə yetəcəkdir?” – deyə soruşarlar.

27|72|De: “Tez-tələsik istədiyiniz bir hissəsi, bəlkə də, artıq sizə gəlib çatmaq üzərədir!”

27|73|Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz.

27|74|Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin aşkar etdikləri hər şeyi bilir.

27|75|Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitab da, olmasın!

27|76|Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir.

27|77|Və şübhəsiz ki, o möminlərə bir hidayət və mərhəmətdir.

27|78|Həqiqətən, sənin Rəbbin onların arasında Öz hökmünü verəcəkdir. O, qalib olandır, biləndir!

27|79|Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən.

27|80|Şübhəsiz ki, sən nə ölülərə başa sala bilər, nə də dönüb gedən karlara çağırışı eşitdirə bilərsən!

27|81|Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar.

27|82|Onlara deyilən söz yerinə yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardarıq ki, onlarla danışıb: “İnsanlar ayələrimizə inanmırdılar!” – deyər.

27|83|O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar sürüklənərlər.

27|84|Onlar gəlib çatdıqda buyurar: “Ayələrimizi anlamadığınız halda, onları yalanmı hesab edirdiniz? Yaxud siz nə edirdiniz?”

27|85|Etdikləri zülm üzündən onlara deyilən söz yerinə yetər. Onlar heç danışa da bilməzlər!

27|86|Məgər gecəni onların istirahəti üçün yaratdığımızı, gündüzü isə işıqlı etdiyimizi görmürlərmi? İman gətirən bir tayfa üçün bunda əlamətlər vardır.

27|87|Sur çalınacağı gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müti vəziyyətdə gələr.

27|88|Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz əməllərdən xəbərdardır!

27|89|Hər kəs yaxşı əməllə gəlsə, onu müqabilində daha yaxşı bir mükafat gözləyir. Belələri o gün dəhşətli qorxudan da əmin olarlar.

27|90|pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar. “Bu, yalnız əməllərinizin cəzasıdır!”

27|91|“Mənə ancaq bu şəhərin Rəbbinə ibadət etmək əmr olumuşdur. Elə bir şəhər ki, onu müqəddəs tutmuşdur. Hər şey yalnız Onundur. Mənə müsəlman olmaq əmr edilmişdir!

27|92|Və mənə Quran oxumaq!” Hər kəs doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, de: “Mən yalnız xəbərdarlıq edənlərdənəm!”

27|93|Və de: “Həmd olsun Allaha! O Öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”

28. Qəsəs

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

28|1|Ta, Sin, Mim!

28|2|Bu, açıq-aydın Kitabın ayələridir!

28|3|Biz inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən olduğu kimi söyləyəcəyik.

28|4|Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi!

28|5|Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.

28|6|Və onları yer üzündə yerləşdirib möhkəmləndirək, Firona, Hamana və ordularına onların qorxub çəkindikləri şeyi göstərək.

28|7|Biz Musanın anasına: “Onu əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!” –deyə bildirdik.

28|8|Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı götürüb gəldilər. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.

28|9|Fironun qadını dedi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz. Onu öldürməyin. Ola bilsin ki, bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar bilmirdilər.

28|10|Musanın anasının ürəyi bomboş olmuşdu. Əgər inananlardan olsun deyə, ürəyinə səbir əta etməsəydik, az qala onu büruzə verəcəkdi.

28|11|O, Bacısına: “Onun dalınca get!” –dedi. O da hiss etmədən uzaqdan-uzağa gördü.

28|12|Bundan qabaq Biz ona süd analarını qadağan etmişdik. Belə dedi: “Sizin üçün o uşağa süd verməyi təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq bir ailəni sizə nişan verimmi?”

28|13|Beləliklə, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, anasına qaytardıq. Lakin onların əksəriyyəti bilməz!

28|14|Yetkinləşib kamilləşəndə ona hikmət və elm verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

28|15|Şəhərə əhalisi xəbərsizkən girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından, digəri isə düşmənlərindən idi. Adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, azdırandır!”

28|16|Dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” Bağışladı. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!

28|17|Dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemət haqqı mən əsla günahkarlara arxa olamayacağam!”

28|18|Beləliklə, qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. Dünən ondan imdad diləyən kəs fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: “Sən, doğrudan da, açıq-aşkar bir azğınsan!”

28|19|Onların hər ikisinin düşməni yaxalamaq istədikdə dedi: “Ya Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq edənlərdən olmaq istəmirsən!”

28|20|Şəhərin kənarından bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!”

28|21|Qorxu içində göz qoya-qoya oradan çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” –dedi.

28|22|O, Mədyən tərəfə yönəldiyi zaman dedi: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”

28|23|Mədyən kənarındakı bir quyuya çatanda onun başında bir dəstə adam və onlardan başqa geri çəkən iki qadın görüb dedi: “Sizə nə olub?” Onlar: “Çobanlar sulayıb getməmiş biz su vermirik. Atamız da ixtiyar bir qocadır”, -deyə cavab verdilər.

28|24|Onlar üçün suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”

28|25|Sonra biri utana-utana yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” Yanına gəldikdə başına gələnləri ona söylədi. O kişi dedi: “Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”

28|26|Biri dedi: “Atacan! Onu muzdla tut, çünki bu güclü, etibarlı adam muzdla tutduqlarının ən yaxşısıdır!”

28|27|Dedi: “Səkkik il mənə xidmət etmək şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən. Mən sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh kəslərdən olduğumu görəcəksən!”

28|28|Dedi: “Bu mənimlə sənin aranda. Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. Allah da dediyimizə şahiddir!”

28|29|Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: “Siz durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız!”

28|30|Odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm! |31|Əsanı at!” O əsanın ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. “Ya Musa! Bəri gəl, qorxma! Sən əmin-amanlıq içindəsən! |32|Əlini qoynuna qoy ki, əlin eyibsiz-qüsursuz, ağappaq çıxsın. Əlini özünə tərəf çək ki, vahimə çəkilib getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki möcüzədir. Onlar, həqiqətən, fasiq bir tayfadırlar!”

28|33|Dedi: “Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər. |34|Qardaşım Harunun dili mənimkindən daha bəlağətlidir. Onu da mənimlə dediklərimi təsdiqləyəcək bir köməkçi göndər. Onların məni yalançı hesab edəcəklərindən qorxuram!”

28|35|Buyurdu: “Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. Siz də, sizə tabe olanlar da mütləq qalib gələcəksiniz!”

28|36|Musa açıq-aşkar ayələrimizlə yanına gəldikdə onlar: “Bu uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik!” –dedilər.

28|37|Musa dedi: “Rəbbim Öz dərgahından kimin hidayətlə gəldiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalımlar nicat tapmazlar!

28|38|Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!”

28|39|və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmaycaqlar!

28|40|Buna görə də onu və əsgərlərini tutub dənizə atdıq. Bir gör zalımların axırı necə oldu!

28|41|Biz onları cəhənnəm oduna çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir kömək edilməyəcəkdir!

28|42|Bu dünyada onlara lənət damğası vurduq, qiyamət günü isə onlar çirkin kimsələr olacaqlar.

28|43|Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara bir nur, doğru yolu göstərən rəhbər və rəhmət olaraq Musaya Kitab verdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər.

28|44|Biz Musaya vəhy etdiyimiz zaman sən qərb tərəfində deyildin. Sən şahid olanlardan da deyildin! 

28|45|Lakin Biz neçə-neçə nəsillər yaratdıq. Onlar uzun ömür sürdülər. Sən ayələrimizi onlara oxuyarkən Mədyən əhli arasında deyildin. Ancaq göndərən Bizik.

28|46|Və Biz xitab etdiyimiz zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdarlıq edən gəlməmiş bir tayfanı xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq. Bəlkə, öyüd-nəsihət qəbul etsinlər!

28|47|Öz əlləri ilə etdikləri əməlləri üzündən onlara bir müsibət üz verincə: “Ey Rəbbimiz! Barı, bizə bir Rəsul göndərəydin ki, biz də Sənin ayələrinə uyub möminlərdən olaydıq!” –deməsəydilər, səni onlara göndərməzdik.

28|48|Dərgahımızdan onlara haqq gəldikdə onlar: “Musaya verilən nə üçün eynilə ona da verilmədi?” –dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: “İki sehr bir-birilə köməkləşdi və biz hər birini inkar etdik!” –deməmişdilərmi?

28|49|De: “Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!”

28|50|Əgər sənə cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil olmayınca öz nəfsinə uyandan haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!

28|51|Həqiqətən, Biz sözü onlar üçün bir-birinin ardınca izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər.

28|52|Əvvəl kitab vermiş olduğumuz kəslər ona inanırlar.

28|53|Onlara oxunduğu zaman: “Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən haqdır. Biz ondan əvvəl də müsəlman idik!” –deyirlər.

28|54Səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən sərf edərlər.

28|55|Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” –deyirlər.

28|56|Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir!

28|57|Dedilər: “Əgər biz səninlə bilikdə haqq yolu tutub getsək, yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin daşınıb gətirildiyi, qorxusuz-xətərsiz bir yerdə sakin etmədikmi? Lakin onların əksəriyyəti bilməz!

28|58|Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan yurdlarıdır. Onlara Biz varis olduq.

28|59|Sənin Rəbbin onların ana şəhərinə ayələrimizi oxuyan bir Rəsul göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!

28|60|Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər ağıla gəlməzsiniz?!

28|61|Məgər verdiyimiz gözəl bir vədə qovuşan kimsə, fani dünya malı bəxş etdiyimiz, sonra da qiyamət günü gətiriləcək kimsə ilə eyni ola bilərmi?!

28|62|Həmin gün onlara xitab edib belə buyuracaqdır: “Mənim şəriklərim olduqlarını iddia etdikləriniz haradadırlar?!

28|63|Haqlarında hökm vacib olanlar deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz nə cür azmışdıqsa, onları da elə azdırdıq. Biz onlardan uzaqlaşıb Sənə tərəf gəldik. Əslində onlar bizə ibadət etmirdilər.

28|64|Belə deyiləcək: “Şəriklərinizi çağırın!” ortaqlarını çağıracaq, lakin onlar cavab verməyəcəklər. Onlar mütləq əzabı görəcəklər. Əgər onlar doğru yola gəlmiş olsaydılar.

28|65|Həmin gün onlara xitab edib belə buyuracaqdır: “Mürsəllərə nə cavab verdiniz?”

28|66|O gün xəbərlər onlardan gizli qalacaqdır. Onlar bir-birindən hal-əhval belə tuta bilməyəcəklər.

28|67|Tövbə edərək iman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, onların nicat tapmaları mümkündür.

28|68|Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və Ona şərik qoşduqlarından ucadır!

28|69|Sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin də aşkar etdiyi hər şeyi bilir.

28|70|Odur Allah. Ondan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!

28|71|De: “Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər eşitmirsinizmi?”

28|72|De: “Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər görmürsünüzmü?”

28|73|Öz mərhəmətindən dolayı sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz, Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, şükür edəsiniz!

28|74|O gün müraciət edib belə buyuracaqdır: “Şəriklərim olduqlarını iddia etdikləriniz haradadırlar?”

28|75|Hər ümmətdən bir şahid çıxardacaq və: “tutarlı dəlilinizi gətirin!” –deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər. Uydurub düzəltdikləri isə qeyb olacaqlar!

28|76|Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “Sevinmə. Şübhəsiz ki, Allah sevinənləri sevməz! |77|Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”

28|78|Dedi: “Bu mənə yalnız məndə olan elm sayəsində verilmişdir". Məgər o Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar.

28|79|Faxir libas geyib öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt sahibidir!”

28|80|Elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar!”

28|81|Nəhayət, onu sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi.

28|82|Dünən onun yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!”

28|83|Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. Aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!

28|84|Hər kəs yaxşı əməllə gəlsə, ona bundan daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər!

28|85|Quranı sənə vacib buyuran qayıdacağın yerə səni yenə də qaytaracaqdır. De: “Rəbbim hidayətlə gələni də, haqq yoldan açıq-aşkar azanı da yaxşı tanıyır!”

28|86|Sən Quranın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi. Buna görə də heç vaxt kafirlərə arxa olma!

28|87|Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, səni çəkindirə bilməsinlər. Rəbbinə dəvət et və əsla müşriklərdən olma!

28|88|Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız!

29. Ənkəbut

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

29|1|Əlif, Lam, Mim!

29|2|İnsanlar yalnız: “İman gətirdik!” –demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?

29|3|Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar!

29|4|Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!

29|5|Hər kəs Allahla qarşılaşacağına ümid edirsə, Allahın müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah eşidəndir, biləndir!

29|6|Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir.

29|7|İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik.

29|8|Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Əgər bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız Mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!

29|9|İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik!

29|10|Adamlar arasında elələri də vardır ki, “Biz Allaha iman gətirdik!” –deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən bir zəfər gəlsə, mütləq: “Biz də sizinləyik!” –deyərlər. Məgər Allah məxluqatın ürəklərində olanları bilmirmi?!

29|11|Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır!

29|12|Kafir olanlar iman gətirənlərə dedilər: “Bizim yolumuza tabe olun. Günahlarınızı öz boynumuza götürərik”. Halbuki onların heç bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!

29|13|Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!

29|14|Biz Nuhu öz tayfasına göndərdik. Nuh onların arasında min ildən əlli əskik qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.

29|15|Biz onu və onunla birlikdə gəmidə olanları qurtardıq və bunu aləmlərə bir ibrət etdik.

29|16|İbrahimi də! Bir zaman o öz tayfasına belə demişdi: “Allaha ibadət edin və Ona qarşı təqva sahibi olun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?! |17|Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz Onun hüzuruna qaytarılacaqsınız!”

29|18|Əgər təkzib etsəniz, sizdən əvvəlki ümmətlər də təkzib etmişdilər. Rəsulların vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir!

29|19|Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onu yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır!

29|20|De: “Yer üzünü gəzib məxluqatı nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir! |21|İstədiyinə əzab verər, istədiyini də bağışlayar. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız! |22|Siz nə yerdə, nə də göydə aciz buraxa bilməzsiniz! Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!”

29|23|Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.

29|24|Tayfasının cavabı: “Onu öldürün, yaxud da yandırın!” –deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!

29|25|Dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!”

29|26|Bunda sonra Lut iman gətirdi. Dedi: “Mən Rəbbimin əmr etdiyi yerə hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”

29|27|Biz ona İshaqı və Yəqubu bəxş etdik, Peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq salehlərdən olacaqdır!

29|28|Lutu da! Bir zaman o öz qövmünə demişdi: “Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? |29|Həqiqətən siz kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin iş görürsünüz?” Tayfasının cavabı ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” –deməkdən ibarət oldu.

29|30|“Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” –dedi.

29|31|Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdırlar” -dedilər.

29|32|Dedi: “Orada Lut da var!” Onlar: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O, qalanlardan olacaq!” –deyə cavab verdilər.

29|33|Elçilərimiz Lutun yanına gəldikdə onlara görə kədərləndi və ürəyi qısıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O, qalanlardan olacaq! |34|Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik!”

29|35|Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq.

29|36|Mədyənə də qardaşları Şüeybi. O, dedi: “Ey qövmüm! Allaha ibadət edin! Qiyamət gününə inanın! Yer üzündə fitnə-fəsad törətməyin!”

29|37|Amma onu təkzib etdilər. Buna görə də onları bir sarsıntı bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar.

29|38|Biz Adı və Səmudu da məhv etdik. Məskənlərindən sizə bəllidir. Şeytan əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı.

29|39|Biz Qarunu da, Fironu da, Hamanı da (məhv etdik). Musa onların yanına açıq-aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə təkəbbürlük etdilər və sovuşa bilmədilər!

29|40|Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə qızmar daş yağdırdıq, kimini dəhşətli səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.

29|41|Allahdan başqa özlərinə dost qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!

29|42|Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

29|43|Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar.

29|44|Allah göyləri və yeri haqq olara yaratdmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır!

29|45|Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir!

29|46|Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”

29|47|Kitabı da sənə belə nazil etdik. Kitab verdiyimiz şəxslər ona inanırlar. Bunlardan da, inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!

29|48|Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şəkk-şübhəyə düşərdilər.

29|49|Xeyr, bu elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız zalımlar inkar edərlər.

29|50|“Bəs nə üçün Rəbbindən ona ayələr nazil olmadı?” –dedilər. De: “Ayələr ancaq Allah qatındadır. Mən isə sadəcə olaraq açıq-aşkar xəbərdarlıq edənəm!”

29|51|Məgər oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət vardır!

29|52|De: “Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!”

29|53|Səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.

29|54|Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm kafirləri qaplayacaqdır!

29|55|O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. Onlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” –deyə buyuracaqdır.

29|56|Ey iman gətirən bəndələrim! Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!

29|57|Hər bir kəs ölümü dadacaqdır. Sonra da hüzurumuza qaytarılacaqsınız!

29|58|İman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnət guşələrində sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. Saleh əməl edənlərin mükafatı necə də gözəldir!

29|59|O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar!

29|60|Ruzisini daşıya bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, eşidəndir, biləndir.

29|61|Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” –deyə soruşsan, onlar mütləq: “Allah!” –deyə cavab verəcəklər. Elə isə onlar niyə döndərilirlər?

29|62|Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi biləndir!

29|63|Həqiqətən, əgər sən: “Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” –deyə soruşsan, onlar mütləq: “Allahdır!” –deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti dərindən düşünməz!

29|64|Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər!

29|65|Gəmiyə mindikləri zaman dini yalnız Ona məxsus edərək Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də şərik qoşarlar.

29|66|Onlara verdiyimiz neməti inkar etsinlər və kef çəkib zövq alsınlar deyə. Onlar mütləq biləcəklər!

29|67|Məgər ətraflarındakı adamlar qamarlanıb götürüldüyü halda, onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar?

29|68|Allaha qarşı yalan uydurub düzəldən, özünə haqq gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur?

29|69|Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!

30. Rum

Mərhəmətli, Rəhmli Allahın Adı ilə…

30|1|Əlif, Lam, Mim!

30|2|Rumlular məğlub oldular.

30|3|Ən yaxın bir yerdə. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər.

30|4|Bir neçə ilin içində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;

30|5|Allahın köməyi ilə. İstədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

30|6|Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bilməzlər!

30|7|Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.

30|8|Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.

30|9|Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli idilər. Onlar torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox abad etmişdilər. Rəsullarl onlara açıq-aşkar dəlillər gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.

30|10|Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!

30|11|Allah məxluqatı əvvəlcə yaradır, sonra yenidən dirildir. Sonra da siz Onun hüzuruna qaytarılacaqsınız.

30|12|Qiyamət qopacağı gün günahkarlar mat-məətəl qalacaqlar.

30|13|Şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.

30|14|Qiyamət qopacağı gün – məhz o gün ayrılacaqlar.

30|15|İman gətirib yaxşı işlər görənlər cənnət bağçalarının birində sevinc içində qalacaqlar.

30|16|Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını inkar edənlər isə əzab verilmək üçün hazırlanacaqlar.

30|17|Elə isə axşam-səhər Allahı təqdis edib şəninə təriflər deyin!

30|18|Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da, gündüz də Onu təqdis edib şəninə təriflər deyin!

30|19|Ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də belə çıxardılacaqsınız.

30|20|Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.

30|21|Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!

30|22|Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır!

30|23|Gecə və gündüz yatıb dincəlməyiniz, nemətindən ruzi axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, eşidənlər üçün bunda ibrətlər vardır!

30|24|Sizə həm qorxu, həm də ümid verən ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır.

30|25|Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə çağıran kimi dərhal yerdən çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.

30|26|Göylərdə və yerdə kim varsa, Onundur. Hamısı Ona boyun əyər!

30|27|Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da yenidən dirildəcək Odur. Bu Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

30|28|Sizə özünüzdən bir məsəl çəkər. Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaq olan, özünüzdən çəkindiyiniz kimi, o kölələrdən də çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri ağılla düşünən bir qövm üçün belə ətraflı izah edirik.

30|29|Lakin zülm edənlər nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın yoldan çıxartdıqlarını doğru yola kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!

30|30|Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz.

30|31|Tövbə edərək Ona tərəf dönün. Ona qarşı təqvalı olun, namaz qılın və müşriklərdən olmayın!

30|32|O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular. Hər bir firqə öz dininə sevinər.

30|33|İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər. Sonra Öz mərhəmətindən onlara daddıran kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar.

30|34|Bizim onlara verdiyimiz nemətləri inkar etsinlər deyə əylənib kefə baxın. mütləq biləcəksiniz!

30|35|Yoxsa Biz şərik qoşmaqlarını söyləyən bir dəlil göndərdik?!

30|36|İnsanlara bir mərhəmət daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olarlar.

30|37|Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini və azaltdığını görmürlərmi?! Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!

30|38|Yaxın qohuma, yoxsula müsafirə haqqını ver. Allah rizasını diləyənlər üçün bu daha xeyirlidir. Nicat tapanlar məhz onlardır!

30|39|Xalqın mal-dövləti hesabına artması üçün sələmlə verdiyiniz malın Allah yanında heç bir bərəkəti olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə isə belə deyildir. Bunu edənlər qat-qat artıranlardır!

30|40|Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə biləni varmı? Pakdır, müqəddəsdir. Ona şərik qoşduqlarından ucadır!

30|41|İnsanların öz əlləri ilə etdikləri üzündən quruda və suda fəsad əmələ gələr ki, Allah onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar qayıtsınlar.

30|42|De: “Yer üzünü gəzib-dolaşın və əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi. |43|Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl üzünü düzgün dinə çevir. O gün insanlar bölük-bölük olarlar.

30|44|Küfr edənin küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün rahat mənzillər hazırlamış olarlar ki, |45 iman gətirib saleh əməl edənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, kafirləri sevməz!

30|46|Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə Öz mərhəmətindən daddırması, əmri ilə gəmilərin üzməsi, nemətindən ruzi axtarmanız Onun qüdrət əlamətlərindəndir. Bəlkə, şükür edəsiniz!

30|47|Biz səndən əvvəl də onların tayfalarına Rəsullar göndərmişdik. Onlara açıq-aşkar dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə kömək etmək Bizə vacibdir!

30|48|Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.

30|49|Hərçənd ki üstlərinə endirilməzdən əvvəl ümidlərini üzmüşdülər.

30|50|Sən Allahın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O hər şeyə qadirdir!

30|51|Əgər Biz bir yel əsdirsək və saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankor olmağa başlayarlar.

30|52|Şübhəsiz ki, sən çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!

30|53|Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar!

30|54|Sizi zəif bir şeydən yaradan, gücsüzlükdən sonra qüvvətli edən, qüvvətli olduqdan sonra edən Allahdır. O, istədiyini yaradır. O,  biləndir, qadirdir!

30|55|Qiyamət qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar belə döndərilirdilər.

30|56|Elm və iman sahibləri isə belə deyərlər: “Siz Allahın Kitabında olan qiyamət gününə qədər qaldınız. Bu, qiyamət günüdür, lakin siz bilmirdiniz!”

30|57|O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri də istənilməz!

30|58|Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik. Həqiqətən, sən onlara hər hansı bir möcüzə gətirsən belə, onlar mütləq: “Siz yalançısınız!” –deyəcəklər.

30|59|Allah bilməyənlərin qəlblərini belə möhürləyər!

30|60|Sən, səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Qoy qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər.

31. Loğman

Mərhəmətli, Rəhmli, Allahın Adı ilə…

31|1|Əlif, Lam, Mim!

31|2|Bu hikmətli Kitabın ayələridir.

31|3|Yaxşı əməllər edənlərə bir hidayət və rəhmətdir.

31|4|O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.

31|5|Onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır!

31|6|İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.

31|7|Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq varmış kimi təkəbbürlə arxasını çevirər. Sən də ona şiddətli bir əzabla müjdə ver!

31|8|İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.

31|9|Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, yenilməz qüvvət, hikmət sahibidir!

31|10|Allah gördüyünüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl bitkilər yetişdirdik.

31|11|Bu Allahın yaratdıqlarıdır. İndi siz də Mənə başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar açıq-aşkar əyri yoldadırlar.

31|12|Biz Loğmana hikmət verdik: “Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, Tərifəlayiqdir”.

31|13|Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!”

31|14|Biz insana ata-anasına tövsiyə etdik. Anası onu çox zəif bir halda daşımışdı. Kəsilməsi isə iki il ərzində olur. “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! |15|Əgər bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Dünya işlərində onlarla gözəl keçin. Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra Mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm!”

31|16|Dedi: “Oğlum, bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah lətifdir, xəbərdardır! |17|Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu vacib əməllərdəndir! |18|Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! |19|Yerişində müvazinət gözlə və səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”

31|20|Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani kitabı olmadan Allah barəsində mübahisə edər.

31|21|Onlara: “Allahın nazil etdiyinə tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!” –deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə?

31|22|Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır!

31|23|Kim küfr etsə, onun küfrü səni kədərləndirməsin. Onlar Bizim hüzurumuza qayıdacaqlar. Biz də onlara nələr etdiklərini xəbər verəcəyik. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!

31|24|Biz onlara bir qədər gün-güzəran verəcək, sonra da ağır bir əzaba düçar edəcəyik!

31|25|Həqiqətən, əgər sən: “Göyləri və yeri kim yaratmışdır?” –deyə soruşsan, onlar mütləq: “Allah!” –deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti bilməz!

31|26|Göylərdə və yerdə nə varsa, Allahındır. Allah möhtac deyildir və şükrə layiqdir!

31|27|Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq olsaydı, yenə də Allahın sözləri tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!

31|28|Sizi yaratmaq və diriltmək ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah eşidəndir, görəndir!

31|29|Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, günəşi və ayı ram etdiyini görmürsənmi? Onların hər biri müəyyən müddətədək dövr edər. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!

31|30|Bu ona görədir ki, Allah haqq, Ondan qeyri ibadət etdikləri isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür!

31|31|Sizə öz qüdrət əlamətlərindən bəzisini göstərsin deyə, gəmilərin dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda səbr, çox şükür edən hər kəs üçün ibrətlər vardır!

31|32|Ətrafına kölgə salan uca dağlar kimi dalğalar bürüdüyü zaman onlar dini Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bəziləri orta mövqe tutar. Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!

31|33|Ey insanlar! Rəbbinizə qarşı təqvalı olun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib tovlamasın!

31|34|Həqiqətən, o saatı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!

32. Səcdə

Mərhəmətli, Rəhmli, Allahın Adı ilə…

32|1|Əlif, Lam, Mim!

32|2|Kitabın aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur!

32|3|Yoxsa: “Onu özündən uydurmuşdur!” –deyirlər. Xeyr, o səndən əvvəl xəbərdarlıq edən göndərilməmiş bir qövmü xəbərdar etməyin üçün Rəbbindən olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!

32|4|Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?

32|5|O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr.

32|6|O, qeybi də, aşkarı da biləndir, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

32|7|O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı.

32|8|Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi.

32|9|Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz!

32|10|Dedilər: “Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını inkar edən kəslərdir!

32|11|De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”

32|12|Kaş günahları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Ey Rəbbimiz! gördük, eşitdik. İndi bizi qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” –deyəndə görəydin!

32|13|Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq. Lakin Mən: “Cəhənnəmi mütləq bütün cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm!

32|14|“Bu günə yetişəcəyinizi unutduğunuza görə indi dadın! Biz də sizi unutduq. Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!”

32|15|Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.

32|16|Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər.

32|17|Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!

32|18|Məgər mömin kimsə ilə fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!

32|19|İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları Məva cənnətləri gözləyir.

32|20|Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” –deyiləcəkdir.

32|21|Biz ən böyük əzabdan əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, qayıdalar!

32|22|Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!

32|23|Biz Musaya kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən bir rəhbər etmişdik.

32|24|Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik.

32|25|Həqiqətən, sənin Rəbbin onların arasında qiyamət günü ixtilafda olduqları məsələlər barədə hökm verəcəkdir!

32|26|Məgər onlar indi yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etdiyimizi görmürlərmi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər qulaq asmayacaqlar?

32|27|Məgər görmürlərmi ki, Biz quru yerə su göndərib onunla heyvanlarının və özlərinin yedikləri əkinlər yetişdiririk? Məgər görmürlər?

32|28|Onlar: “Əgər doğru danışanlardansınızsa, bu fəth nə vaxt olacaqdır?  -deyə soruşarlar.

32|29|De: “Fəth günü kafirlərlə imanı heç bir fayda verməz və onlara möhlət də verilməz!”

32|30|Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər!

33. Əhzab

Mərhəmətli, Rəhmli, Allahın Adı ilə…

33|1|Ya Nəbi! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

33|2|Rəbbindən sənə vəhy olunana tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!

33|3|Allaha təvəkkül et. Allahın vəkil olması kifayət edər!

33|4|Allah bir adamın sinəsinəndə iki ürək yaratmamışdır. Allah nə zihar etdiyiniz zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. Bunlar sizin dediyiniz boş sözlərdir. Allah doğru deyir və doğru yola gətirir!

33|5|Onları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür. Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah bağışlayandır, rəhm edəndir!

33|6|Nəbi möminlərə onların özlərindən daha yaxındır. Onun övrətləri analarıdır. Qohumlar Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma dostlarınıza bir yaxşılıq edə bilərsiniz. Bu kitabda yazılmışdır.

33|7|Xatırla ki, Biz bir zaman Nəbilərdən əhd almışdıq: “Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq ki, |8|Doğru danışanlardan doğruluqlarını xəbər alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!”

33|9|Ey iman gətirənlər! ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü.

33|10|O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən hücum etmiş və gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz.

33|11|Məhz onda möminlər imtahana çəkilmiş və möhkəm sarsılmışdılar.

33|12|O zaman münafiqlər və qəlblərində mərəz olanlar: “Allah və Onun Rəsulu bizə yalan vəd etmişdir.” –deyirdilər.

33|13|O zaman onlardan bir tayfa: “Ey Yəsrib əhli. Sizin üçün duracaq bir yer yoxdur, qayıdın!” –demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır” –deyə Nəbidən izin istəyirdi. Həqiqətdə evləri açıq deyildi. Onlar ancaq qaçmaq istəyirdilər.

33|14|Əgər hər tərəfindən üstlərinə yüyürülüb onlardan fitnə törətmək istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda azacıq da olsa yubanmazdılar.

33|15|Halbuki bundan əvvəl bir daha üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində mütləq sorğu-sual olunacaqdır!

33|16|De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. Ancaq az bir müddət dolanıb-keçinərsiniz.”

33|17|De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.

33|18|Şübhəsiz ki, Allah içərinizdən mane olanları da, qardaşlarına: “Bizə tərəf gəlin!” –deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr, |19|sizdən əsirgəyərlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca qənimətdə xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır!

33|20|Dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də qayıdıb gələcəyi təqdirdə onlar çöldə bədəvilər arasında olmaq istərdilər ki, sizə dair xəbərləri soruşub öyrənsinlər. Əgər aranızda olsaydılar, çox az döyüşərdilər.

33|21|Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!

33|22|Möminlər ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Rəsulunun bizə olan vədidir. Allah və Rəsulu düz buyurmuşlar!” Bu onların yalnız imanını və itaətini artırdı.

33|23|Möminlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də gözləyir. Onlar əsla dəyişməzlər ki, |24|Allah doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

33|25|Allah kafirləri qəzəbli olduqları halda geri oturtdu. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

33|26|Allah kitab əhlindən onlara kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi. Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız.

33|27|Sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir!

33|28|Ya Nəbi! zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və gözəl bir tərzdə boşayım! |29|Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır. |30|Siz ey Nəbi zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır! |31|Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün tükənməz ruzi hazırlamışıq. |32|Siz ey Nəbinin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz qadınların heç biri kimi deyilsiniz. Buna görə də yumşaq danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər. Gözəl danışın! |33|Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz etmək istər! |34|Allahın evlərinizdə oxunan ayələrini və hikməti xatırlayın. Allah lütfkardır, xəbərdardır!”

33|35|Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır!

33|36|Allah və Rəsulu bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha və Onun Rəsuluna asi olan kəs, şübhəsiz ki, açıq-aydın azmışdır!

33|37|Xatırla ki, bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyi şəxsə: “Zövzəni saxla, Allahdan qorx!” –deyir, Allahın aşkar etdiyi şeyi ürəyində gizli saxlayır və adamlardan qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik olmasın! Allahın hökmü mütləq yerinə yetər!

33|38|Allahın Nəbiyə vacib buyurduğu bir şeydə ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmişlər barəsində də Allahın qayda-qanunu belədir. Allahın əmri əzəli hökmdür!

33|39|Onlar ki, Allahın hökmlərini təbliğ edər, Ondan çəkinər və Allahdan baçqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir.

33|40|Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və Nəbilərin sonuncusudur. Allah hər şeyi biləndir!

33|41|Ey iman gətirənlər! Allahı çox zikr edin!

33|42|Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin!

33|43|Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. Allah möminlərə rəhm edəndir!

33|44|Ona qovuşacaqlarını gün xeyir-duaları “salam” dır! Onlar üçün çox qiymətli mükafat hazırlamışdır.

33|45|Ya Nəbi! Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdarlıq edən kimi göndərdik!

33|46|Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!

33|47|Möminlərə Allah tərəfindən böyük bir mükafat bəxş ediləcəyi ilə müjdə ver!

33|48|Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə əhəmiyyət vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər.

33|49|Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. Belə olduqda onlara bir şey verib gözəl tərzdə sərbəst buraxın!

33|50|Ya Nəbi! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Nəbi onunla evlənmək istədiyi təqdirdə özünü Nəbiyə bağışlayan hər hansı bir mömin qadını – digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr barəsində nə hökm etdiyimizi, əlbəttə, bilirik. Sənə bir çətinlik olmasın deyə. Allah bağışlayandır, rəhm edəndir!

33|51|Onlardan istədiyini təxirə salar, istədiyini də öz yanına ala bilərsən. ayırdığın övrətlərindən də istədiyini öz yanına qaytarmaqdan sənə heç bir günah gəlməz. Onların gözlərinin aydın olması, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün ən münasib olanı budur. Allah qəlblərinizdə olanları bilir. Allah biləndir, həlimdir!

33|52|Bundan sonra sənə qadınlar halal olmaz. Bunları, gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!

33|53|Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və yedikdən sonra söhbətə qapılmayıb dağılın. Bu, Peyğəmbərə əziyyət verir, amma o sizdən utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!

33|54|Əgər bir şeyi açıq bildirsəniz, yaxud onu gizli saxlasanız, Allah hər şeyi biləndir!

33|55|Onlara ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları, sahib olduqları kölə və cariyələr barədə heç bir günah yoxdur. Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir!

33|56|Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!

33|57|Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır!

33|58|Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!

33|59|Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!

33|60|Əgər münafiqlər, qəlblərində mərəz olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.

33|61|Məlunlar kimi, harada ələ keçsələr, mütləq tutulub öldürülərlər.

33|62|Allahın öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!

33|63|Camaat səndən o saat barədə soruşar. De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat yaxındır.

33|64|Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır.

33|65|Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcəklər.

33|66|Üzləri odda çevrildiyi gün onlar: “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” –deyəcəklər.

33|67|Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. |68|Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lənətə düçar elə!”

33|69|Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah onların dediklərindən təmizə çıxartdı. O, Allah yanında çox hörmətli idi.

33|70|Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!

33|71|Əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar.

33|72|Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir.

33|73|Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə. Allah bağışlayandır, rəhm edəndir!

34. Səba

34|1|Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, xəbərdardır!

34|2|Yerə daxil olanı da, çıxanı da, göydən enəni də, qalxanı da O bilir. O, rəhm edəndir, bağışlayandır!

34|3|İnkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir!” –dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!”

34|4|iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onları bağışlanma və tükənməz ruzi gözləyir!

34|5|Ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə şiddətli, iyrənc bir əzaba düçar olacaqlar.

34|6|Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yolunu göstərdiyini görürlər.

34|7|Kafirlər dedilər: “Sizə siz parça-parça olub dağılandan sonra yenidən yaradılacağınızı xəbər verən bir adam göstərəkmi? |8|Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?” Xeyr, axirətə inanmayanlar özləri əzab içində, uzaq bir zəlalət içindədirlər.

34|9|Məgər onlar başlarının üstündəki göyü və ayaqlarının altındakı yeri görmürlərmi? Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib dönən hər bir bəndə üçün ibrət vardır!

34|10|Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: “Siz ey dağlar, siz ey quşlar! Onunla birlikdə Allahı təqdis edib şəninə təriflə deyin!” –deyə buyurduq və dəmiri onun yumşaltdıq.

34|11|“Geniş, uzun zirehlər düzəlt, toxuduğun zaman ölçüyə riayət et! Və yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!”

34|12|Süleymana da küləyi ram etdik. O səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq.

34|13|Onun üçün nə istəsə - məbədlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! şükranlıqla itaət edin! Bəndələrimdən şükür edəni azdır!

34|14|Sonra ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara ancaq əsasını yeyən bir ağac qurdu xəbər verdi. O, yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar.

34|15|Səba yurdunda bir nişanə var idi. Sağdan və soldan iki bağça var idi. “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl bir diyar, bağışlayan bir Rəbbdir!”

34|16|Lakin onlar üz döndərdilər, Biz də üstlərinə Ərim selini göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik.

34|17|Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?

34|18|Onların yurdu ilə bərəkət verdiyimiz məmləkətlət arasında bir-birinə bitişik qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdıq. “Gecələri-gündüzləri orada arxayın gəzib-dolanın!”

34|19|Lakin onlar: “Ey Rəbbimiz! Səfərlərimizin arasını uzaq et!” –dedilər və öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. Həqiqətən, bunda səbir, çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!

34|20|İblisin onlar haqqındakı zənni düz çıxdı. Bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu.

34|21|Əslində onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün. Sənin Rəbbin hər şeyi hifz edəndir!

34|22|De: “Allahdan başqa tanrı zənn etdiklərinizi çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda bir şərikliyi var, nə də onlardan bir köməkçisi var!

34|23|Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz. Nəhayət, ürəklərindən o qorxu çıxınca onlar: “Rəbbiniz nə buyurdu?” –deyə soruşar, o biriləri də: “Haqqı! O, ucadır, böyükdür!” –deyə cavab verərlər.

34|24|De: “Göylərdə və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə doğru yolda olan, yaxud açıq-aydın azan bizik, yoxsa siz?”

34|25|De: “Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq!

34|26|De: “Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən bilən ancaq Odur!”

34|27|De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr. Yenilməz qüvvət, hikmət sahibi ancaq O Allahdır!”

34|28|Biz səni bütün insanlara müjdə verən, xəbərdar edən olaraq göndərdik. Lakin insanların əksəriyyəti bilməz!

34|29|Onlar: “Əgər doğru danışırsınızsa, bu vəd nə vaxt yerinə yetəcəkdir?” –deyə soruşarlar.

34|30|Belə de: “Sizə vəd olunmuş bir gün vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!”

34|31|kafir olanlar dedilər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanırıq!” Kaş sən o zalımları Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları və acizlərin özlərini yuxarı tutanlara: “Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq!” –dedikləri zaman görəydin.

34|32|Özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: “Əcaba, sizə doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz özünüz günahkar idiniz”

34|33|Acizlər özlərini yuxarı tutanlara deyərlər: “Xeyr bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq etdikləri əməllərin cəzasını çəkərlər.

34|34|Biz hər hansı bir məmləkətə xəbərdarlıq edən göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri inkar edirik!” –dedilər.

34|35|Onlar: “Bizim mal-dövlətimiz və övladımız daha çoxdur və bizə əzab da verilməyəcəkdir” –dedilər.

34|36|De: “Rəbbim istədiyinin ruzisini artırar və azaldar. Lakin insanların əksəriyyəti bilməz!”

34|37|Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarından əmin-amanlıq içində yaşayacaqlar.

34|38|Aciz buraxacaqlarını sanaraq ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə gətirilib əzaba düçar ediləcəklər.

34|39|De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, azaldar. Nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”

34|40|O gün onları bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: “Bunlar sizəmi ibadət edirdilər?”

34|41|“Sən paksan, müqəddəssən. Bizin ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti onlara iman gətirmişdi”, -deyə cavab verəcəklər.

34|42|Bu gün bir-birinizə nə bir xeyir nə də bir zərər verə bilərsiniz. Zalımlara da: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” – deyəcəyik.

34|43|Ayələrimiz onlara açıq-aşkar olaraq oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!” deyər, “Bu, uydurma yalandan başqa bir şey deyildir!” söyləyərlər. Kafir olanlara haqq gəldikdə onun barəsində: “Bu yalnız açıq-aşkar bir sehrdir!” –deyərlər.

34|44|Halbuki Biz onlara oxuyacaqları bir kitab verməmiş və səndən əvvəl də özlərinə xəbərdarlıq edən göndərməmişdik.

34|45|Onlardan əvvəlkilər də təkzib etmişdilər. Bunlar onlara verdiklərimizin onda birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. Mənim inkar etməyim necə oldu!

34|46|De: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə iki-iki, bir-bir durun, sonra da bir dərindən düşünün, sizin yoldaşınızda heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla sizi xəbərdar edəndir!”

34|47|De: “Mən sizdən heç bir muzd istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!”

34|48|De: “Rəbbim haqqı nazil edər. O, qeybi ən yaxşı biləndir!”

34|49|De: “Haqq gəldi. Batil bir də nə gözə görünər, nə də geri qayıdar!”

34|50|De: “Əgər mən azsam, bunun zərəri ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi sayəsindədir. Həqiqətən, O, eşidəndir, yaxındır.

34|51|Sən onları bir qorxduqları zaman görəydin! Artıq qaçıb can qurtarmağa heç bir imkan yox, özləri də yaxın bir yerdə yaxalanmışlar.

34|52|Onlar: “Ona inandıq!” –deyirlər. Amma uzaq bir yerdən əlləri necə çata bilər?!

34|53|Halbuki onlar bundan əvvəl onu inkar etmişdilər və uzaq bir yerdən qeybə atırdılar.

34|54|Artıq onlarla istədikləri şey arasında əngəl törədilmişdir. Daha öncə özlərinə bənzər kəslər barəsində də belə edilmişdir. Çünki onlar da dərin bir şəkk içində idilər.

35. Fatir

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

35|1|Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri elçi edən Allaha həmd olsun! Məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!

35|2|Allahın insanlara əta etdiyi mərhəmətə heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

35|3|Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə döndərilirsiniz?

35|4|Əgər səni təkzib etsələr, Səndən əvvəl də Rəsullar təkzib olunmuşdu. Bütün işlər ancaq Allaha qayıdacaqdır!

35|5|Ey insanlar! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan da sizi tovlayıb yoldan çıxartmasın!

35|6|Həqiqətən, Şeytan sizin düşməninizdir, onu düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.

35|7|Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı işlər görənləri isə bağışlanma və böyük bir mükafat gözləyir!

35|8|Pis əməli özünə yaxşı göstərilib onu yaxşı görən Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar. Artıq onlara görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini biləndir!

35|9|Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz quru bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. Diriltmək də belədir!

35|10|Hər kəs izzət-qüdrət istəsə, bütün izzət-qüdrət ancaq Allaha məxsusdur. Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar. Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.

35|11|Allah sizi torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.

35|12|İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat, digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət yeyir, taxdığınız bəzəklər çıxardırsınız. Onun lütfündən ruzi diləyib axtarmağınız üçün gəmilərin də orada yara-yara üzdüyünü görürsən. Bəlkə, şükür edəsiniz.

35|13|Gecəni gündüzə, güzdüzü də gecəyə qatar. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən müddətədək dövr edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər.

35|14|Əgər siz onları çağırsanız, onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin şərik qoşduğunuzu danacaqlar. Heç kəs sənə hər şeydən xəbərdar olan kimi xəbər verə bilməz!

35|15|Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir. O, şükrə layiqdir!

35|16|Əgər istəsə, sizi yox edib başqa bir məxluq gətirər.

35|17|Bu, Allah üçün çətin deyildir!

35|18|Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün çağırsa və yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. Sən ancaq Rəbbindən görmədikləri halda qorxanları və namaz qılanları qorxudub xəbərdar edirsən. Her kəs təmizlənsə, özü üçün təmizlənmiş olar. Axır dönüş ancaq Allahadır!

35|19|Kor ilə görən eyni olmaz.

35|20|Zülmətlə nur da!

35|21|Kölgə ilə isti.

35|22|Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən!

35|23|Sən ancaq xəbərdarlıq edənsən!

35|24|Doğrudan da, Biz səni haqla müjdə verən və xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən xəbərdarlıq edən gəlib-getməsin!

35|25|Əgər onlar səni yalançı saysalar. Onlardan əvvəlkilər də yalançı hesab etmişdilər. Halbuki Rəsulları onlara açıq-aşkar dəlillər, səhifələr və nurani kitab gətirmişdilər.

35|26|Sonra Mən o küfr edənləri yaxaladım. Mənim onları inkar etməyim necə oldu!

35|27|Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli – ağ, qırmızı, tünd qara yollar peyda etdik.

35|28|İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır!

35|29|Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət umarlar ki, |30| onlara mükafatlarını versin və Öz lütfündən onlara artırsın! Həqiqətən, bağışlayandır, qədirbiləndir!

35|31|Kitabdan Sənə vəhy etdiyimiz, onların əllərindəkini təsdiq edici olaraq haqqdır. Şübhəsiz ki, Allah bəndələrindən xəbərdardır, görəndir.

35|32|Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük lütfdür!

35|33|Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.

35|34|Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!  |35|Elə bir Rəbb ki, Öz lütfü ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət toxunacaqdır!”

35|36|Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!

35|37|Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki edirik!” “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə xəbərdarlıq edən də, gəlmişdi. Dadın! Zalımların imdadına çatan olmaz!”

35|38|Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. O, ürəklərdə olanları da biləndir!

35|39|Sizi yer üzünün varisləri edən Odur. Küfr edənin küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrü onların ancaq ziyanını artırar!

35|40|De: “Mənə bir göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar bir-birinə ancaq yalan vəd verirlər.

35|41|Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, həlimdir, bağışlayandır!

35|42|Özlərinə xəbərdarlıq edən gələcəyi təqdirdə hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara xəbərdarlıq edən gəldikdə bu ancaq onların nifrətini artırdı.

35|43|Yer üzündə təkəbbür göstərmələri və pis əməlləri ucbatından idi. Pis əməl ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti üzrə əvvəlkilərin düçar olduqları müsibətlərimi gözləyirlər? Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!

35|44|Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O biləndir, qadirdir!

35|45|Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfəri belə qoymazdı. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda. Çünki Allah öz bəndələrini görəndir!

36. Ya Sin

Mərhəmətli, Rəhmli, Allahın adı ilə.

36|1|Ya, Sin!

36|2|Hikmətlə dolu Qurana and olsun ki,

36|3|Sən, həqiqətən, göndərilən Rəsullardansan!

36|4|Düz yoldasan!

36|5|Bu Quran yenilməz qüvvət sahibi, mərhəmətli olan tərəfindən nazil edilmişdir ki, |6|ataları xəbərdar edilməmiş və qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!

36|7|And olsun ki, onların əksəriyyəti barəsində o söz gerçək olmuşdur, çünki onlar iman gətirməzlər.

36|8|Biz onların boyunlarına dəmir həlqələr keçirtmişik. Onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir.

36|9|Biz onların önlərinə və arxalarına sədd çəkib bağlamışıq. Buna görə də görmürlər.

36|10|Sən onlara xəbərdarlıq etsən də, etməsən də, onlar çün birdir: “iman gətirməzlər!“

36|11|Sən ancaq Qurana tabe olub, Rəhmandan görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə bağışlanacağı və çox gözəl bir mükafata nail olacağı ilə müjdə ver!

36|12|Həqiqətən, ölüləri dirildən, onların nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda təsbit etmişik.

36|13|Sən onlara o şəhər əhlini misal çək! O zaman ki, onlara elçilər gəlmişdi.

36|14|O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik!”

36|15|“Siz də bizim kimi ancaq adi bir insansınız. Rəhman heç bir şey nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!” –dedilər.

36|16|Dedilər: “Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər olduğumuzu bilir. |17|Bizim vəzifəmiz yalnız açıq-aşkar təbliğ etməkdir!”

36|18|Dedilər: “Biz sizdə bir nəhslik gördük. Həqiqətən, əgər əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”.

36|19|Dedilər: “Sizin nəhsliyiniz öz ucbatınızdandır. Məgər sizə öyüd-nəsihət verildikdə! Xeyr, siz həddi aşan bir camaatsınız!”

36|20|Şəhərin ən ucqar tərəfindən bir kişi çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun! |21|Sizdən heç bir muzd istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin! |22|Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də Onun hüzuruna qaytarılacaqsınız! |23|Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. |24|Belə olacağı təqdirdə mən açıq-aşkar azmış olaram. |25|Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin!”

36|26|Ona: “Cənnətə daxil ol! –deyildi. Dedi: “Kaş qövmüm biləydi ki, |27|Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”

36|28|Ondan sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

36|29|Ancaq dəhşətli bir səs oldu. Dərhal məhv olub getdilər.

36|30|Vay bu bəndələrin halına! Onlara elə bir Rəsul gəlməz ki, ona istehza etməsinlər!

36|31|Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi?

36|32|Hamı, hamı Bizim hüzurumuza gətiriləcəkdir!

36|33|Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər.

36|34|Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, |35|Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Hələ də şükür etməzlər?

36|36|Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pakdır, müqəddəsdir!

36|37|Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar.

36|38|Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allahın təqdiridir.

36|39|Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar.

36|40|Nə günəş aya çatar, nə də gecə gündüzü ötə bilər. hər biri, bir göydə üzər.

36|41|Övladlarını dolu gəmiyə mindirməyimiz də onlar üçün bir dəlildir.

36|42|Onlar üçün bunun kimi minik vasitələri də yaratdıq.

36|43|Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar.

36|44|Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər dolanıb keçinmələri üçün.

36|45|Onlara: “Önünüzdə və arxanızda olandan qorxun ki, bəlkə, rəhm olunasınız!” –deyildikdə.

36|46|Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!

36|47|Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!” –deyildiyi zaman, kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!” –deyərlər. Siz sadəcə olaraq açıq-aşkar azmısınız.

36|48|Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd nə vaxt yerinə yetəcək?” –deyərlər.

36|49|Onlar bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli səsə bənddirlər.

36|50|Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!

36|51|Sur çalınan kimi qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar.

36|52|Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? “Bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Rəsullar doğru deyirlərmiş!”

36|53|Yalnız bir dəhşətli səs qopan kimi onlar hamısı qarşımızda hazır duracaqlar.

36|54|Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!

36|55|Cənnət əhli bu gün keflə məşğuldur.

36|56|Onlar və zövcələri kölgəliklərdə taxtlara söykənmişlər.

36|57|Orada onlar üçün meyvə və istədikləri hər şey vardır.

36|58|Rəhmli Rəbbdən “salam” deyiləcəkdir.

36|59|“Ey günahkarlar! Bu gün ayrılın!”

36|60|Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir |61|Və Mənə ibadət edin, doğru yol budur?!

36|62|Həqiqətən, içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

36|63|Bu sizə vəd olunan Cəhənnəmdir!

36|64|Kafir olduğunuza görə bu gün girin ora, yanın!

36|65|Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.

36|66|Əgər istəsəydik, gözlərini büsbütün kor edərdik və onda onlar yolda bir-birini ötməyə çalışardılar. Amma necə görə bilərdilər?

36|67|Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər.

36|68|Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq. Məgər dərk etməzlərmi?

36|69|Biz ona şer öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq zikr və açıq-aşkar Qurandır ki, |70|Onunla diri olanları xəbərdar etmək və o deyilən söz kafirlər barəsində gerçək olsun.

36|71|Məgər Bizim Öz əllərimizlə onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!

36|72|Bunları onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də.

36|73|Onların mənfəətləri və içəcəkləri də var. Hələ də şükür etməzlərmi?

36|74|Bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar qəbul etdilər.

36|75|Onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün hazır əsgərlərdir.

36|76|Onların sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.

36|77|Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə açıq bir düşmən kəsilərək, |78|Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” –deyə, hələ Bizə bir məsəl də çəkdi.

36|79|De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! |80|O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.

36|81|Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə! Yaradan, bilən Odur!

36|82|Bir şeyi istədiyi zaman buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar.

36|83|Hər şeyin hökmü əlində olan pakdır, müqəddəsdir. Siz də Onun hüzuruna qaytarılacaqsınız!

37. Saffat

Mərhəmətli, Rəhmli, Allahın Adı ilə…

37|1|And olsun səf-səf duranlara;

37|2|Qovduqca qovanlara

37|3|Və Zikr edərək oxuyanlara!

37|4|Həqiqətən, sizin Allahınız birdir!

37|5|O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi Odur.

37|6|Biz ən yaxın olan göy üzünü ulduzlarla bəzədik.

37|7|İtaətdən çıxmış hər bir şeytandan qoruduq.

37|8|Onlar ali bəzmə qulaq asa bilməz və hər tərəfdən qovulub atılar.

37|9|Kənar edilərlər. Onları daimi bir əzab göyləyir!

37|10|Ancaq çırpışdıran olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz təqib edər.

37|11|İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı? Axı Biz onları yapışqan bir palçıqdan yaratdıq.

37|12|Bəli, sən onlara təəcüblənirsən, onlar isə istehza edirlər.

37|13|Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.

37|14|Bir möcüzə gördükdə isə ona istehza edərlər.

37|15|Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir. |16|Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?! |17|Eləcə də əvvəlki atalarımız?!”

37|18|De: “Bəli, özü də zəlil olaraq”.

37|19|O yalnız dəhşətli bir səsdən ibarətdir. Onlar dərhal baxacaqlar.

37|20|Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab günüdür!”

37|21|“Bu yalan hesab etdiyiniz ayırd etmə günüdür!”

37|22|“Yığın bir yerə zülm edənləri, onların həmtaylarını və ibadət etdiklərini - |23|Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin! |24|Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”

37|25|“Sizə nə olub ki, bir-birinizə kömək edə bilmirsiniz?”

37|26|Bəli, onlar bu gün təslim olmuşlar!

37|27|Onların bir qismi digəri ilə çənə-boğaz olmağa başlayacaq.

37|28|Deyəcəklər: “Siz bizim yanımıza and-amanla gəlirdiniz.”

37|29|Deyəcəklər: “Xeyr, siz inanmırdınız. |30|Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz azğın bir qövm idiniz. |31|Buna görə də Rəbbimizin sözü bizim barəmizdə gerçəkləşdi. Biz mütləq dadacağıq! |32|Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!”

37|33|O gün hamısı əzaba şərik olacaqlar.

37|34|Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.

37|35|Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur!” –deyildiyi zaman təkəbbür göstərirdilər. |36|Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” –deyirdilər.

37|37|Xeyr, O, haqla gəldi və göndərilmiş Rəsulları təsdiq etdi.

37|38|Siz şiddətli əzabı mütləq dadacaqsınız!

37|39|Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.

37|40|Allahın müxlis bəndələri isə müstəsnadırlar.

37|41|Məhz onlar üçün məlum bir ruzi vardır.

37|42|Növbənöv meyvələr vardır. Onlar hörmətə nail olacaqlar – |43|Nəim cənnətlərində.

37|44|Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.

37|45|Onlar üçün məin dolu piyalələr dolandırılacaqdır.

37|46|Ağappaq, özü də içənlərə ləzzət verən.

37|47|Onun içində ağlı başdan çıxaran heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.

37|48|Onların yanında gözəl, baxışları dikilmiş zövcələr olacaqdır.

37|49|Onlar, sanki örtülü yumurtadırlar.

37|50|Onlar bir-biri ilə sorğu-suala başlayacaqlar.

37|51|Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi.

37|52|O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki, |53|Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra sorğu-sual olunacağıq?”

37|54|Deyəcək: “Siz bilirsinizmi?”

37|55|O özü baxıb onu Cəhənnəmin ortasında görəcək

37|56|Və deyəcəkdir: “Allaha and olsun ki, sən az qala məni məhv edəcəkdin! |57|Əgər Rəbbimin lütfü olmasaydı, mən də gətirilənlərdən olardım! |58|Biz artıq ölməyəcəyik, elə deyilmi? |59|ilk ölümümüz istisna olmaqla! Biz, əzab da görməyəcəyik!”

37|60|Həqiqətən, bu, böyük qurtuluşdur!

37|61|Qoy çalışanlar bunun üçün çalışsınlar!

37|62|Qonaq olmağa bu yaxşıdır, yoxsa zəqqum ağacı?

37|63|Biz onu zalımlar üçün bir bəla etdik.

37|64|O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən çıxar.

37|65|Onun meyvəsi şeytanların başı kimidir.

37|66|Onlar ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.

37|67|Sonra onlar üçün qaynar su ilə qatışmış irin vardır.

37|68|Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!

37|69|Çünki onlar atalarını azmış gördülər.

37|70|Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər.

37|71|Həqiqətən, onlardan əvvəlkilərin əksəriyyəti azmışdı.

37|72|And olsun ki, Biz onlara xəbərdarlıq edənlər göndərmişdik.

37|73|Bir gör o xəbərdar olunanların axırı necə oldu!

37|74|Yalnız Allahın sadiq bəndələrindən başqa!

37|75|Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!

37|76|Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq.

37|77|Məhz onun nəslini baqi etdik.

37|78|Sonralar gələnlər içərisində onun üçün qoyduq.

37|79|“Bütün aləmlər içərisində Nuha salam olsun!”

37|80|Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

37|81|Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!

37|82|Sonra başqalarını suda boğduq.

37|83|Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi.

37|84|O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.

37|85|Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz? |86|Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz? |87|Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”

37|88|Ulduzlara bir nəzər saldı.

37|89|Və dedi: “Mən xəstəyəm!”

37|90|Ondan üz çevirib getdilər.

37|91|Xəlvətcə onların tanrılarının yanına gedib dedi: “Məgər yeməyəcəksiniz? |92|Sizə nə olub ki, danışmırsınız?”

37|93|Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.

37|94|Yüyürə-yüyürə onun yanına gəldi.

37|95|Dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? |96|Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”

37|97|Onlar dedilər: “Bunun üçün bir bina tikin, özünü də oda atın!”

37|98|Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil bir vəziyyətə saldıq.

37|99|Dedi: “Mən Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!”

37|100|Dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan bəxş et!”

37|101|Biz də ona həlim xasiyyətli bir oğlan uşağı ilə müjdə verdik.

37|102|O, yüyürüb qaçmaq çağına çatdıqda dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”

37|103|Onların hər ikisi təslim olduğu və üzüstə yerə yıxdığı zaman

37|104|Biz ona belə xitab etdik: “Ya İbrahim! |105|Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

37|106|Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.

37|107|Biz ona böyük bir qurbanlıq əvəz verdik.

37|108|Sonradan gələnlər arasında onun üçün qoyduq.

37|109|“İbrahimə salam olsun!”

37|110|Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

37|111|Şübhəsiz ki, O, Bizim, mömin bəndələrimizdən idi!

37|112|Ona salehlərdən olan İshaqın Nəbi olacağı ilə müjdə verdik.

37|113|Biz ona İshaqa bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!

37|114|Biz Musa və Haruna da nemət bəxş etdik.

37|115|Onların hər ikisini böyük fəlakətdən qurtardıq.

37|116|Onlara yardım etdik və onlar qalib gəldilər.

37|117|Onların hər ikisinə açıq-aydın o kitabı verdik.

37|118|Onların hər ikisini doğru yola müvəffəq etdik.

37|119|Sonradan gələnlər içərisində onların hər ikisi üçün qoyduq.

37|120|“Musaya və Haruna salam olsun!”

37|121|Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

37|122|Şübhəsiz ki, onların hər ikisi Bizim mö’min bəndələrimizdən idi.

37|123|Həqiqətən, İlyas da göndərilənlərdəndir!

37|124|Bir zaman o öz tayfasına belə demişdi: “Məgər Allahdan qorxmursunuz? |125|Məgər siz yaradanların ən yaxşısını qoyub Bələ ibadət edirsiniz? |126|Həm sizin Rəbbiniz, həm də əvvəlki atalarınızın Rəbbi olan Allahımı?”

37|127|Lakin onlar onu təkzib etdilər, buna görə də gətiriləcəklər.

37|128|Yalnız Allahın müxlis bəndələrindən başqa!

37|129|Sonradan gələnlər arasında onun üçün qoyduq.

37|130|“İlyasinə salam olsun!”

37|131|Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

37|132|Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!

37|133|Həqiqətən, Lut da göndərilənlərdəndir!

37|134|Yadına sal ki, Biz o vaxt onu və bütün ailəsini xilas etdik.

37|135|Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan başqa!

37|136|Sonra isə başqalarını yox etdik.

37|137|Siz səhər vaxtı onların yurdundan keçirsiniz;

37|138|Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?

37|139|Həqiqətən, Yunis də göndərilənlərdəndir!

37|140|Yadına sal ki, bir zaman o, dolu bir gəmiyə qaçmışdı.

37|141|Püşk atmış və məğlub edilənlərdən olmuşdu.

37|142|Özünü qınayarkən balıq onu udmuşdu.

37|143|Əgər o, çox təqdis edənlərdən olmasaydı, |144|Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.

37|145|Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə atdıq.

37|146|Və üstündə iri yarpaqlı bir ağac bitirdik.

37|147|Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.

37|148|Nəhayət, onlar ona iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək gün-güzəran verdik.

37|149|Soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?”

37|150|Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da şahid olublar?!

37|151|Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:

37|152|“Allah övlad törətmişdir”. Onlar, həqiqətən, yalançıdırlar!

37|153|Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur?!

37|154|Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?

37|155|Heç düşünürsünüz?!

37|156|Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!

37|157|Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!

37|158|Onunla cinlər arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların gətiriləcəyini bilirlər.

37|159|Allah Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır!

37|160|Allahın müslis bəndələri isə istisnadır.

37|161|Nə siz, nə də ibadət etdikləriniz

37|162|Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz;

37|163|Yalnız Cəhənnəmə girəcək kimsədən başqa!

37|164|“Bizdən elə birisi yoxdur ki, onun müəyyən bir yeri olmasın!

37|165|Həqiqətən, biz səf-səf dururuq.

37|166|Və təqdis edib şəninə təriflər deyirik.

37|167|Təkidlə belə deyirdilər:

37|168|“Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi, |169|Biz də mütləq Allahın müxlis bəndələri olardıq!”

37|170|Amma onu inkar etdilər. Onlar mütləq biləcəklər.

37|171|And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi:

37|172|“Onlar mütləq qalib gələcəklər. |173|Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!”

37|174|Sən bir müddət onlardan üz çevir!

37|175|Və onlara bax! Onlar mütləq görəcəklər!

37|176|Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər?

37|177|Onlara yetişdikdə qorxudulanların sabahı necə də pis olacaq!

37|178|Sən onlardan bir müddət üz çevir!

37|179|Və onlara bax! Onlar mütləq görəcəklər!

37|180|Sənin Rəbbin – yenilməz qüvvət sahibi olan Rəbbin Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!

37|181|Peyğəmbərlərə salam olsun!

37|182|Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

38. Sad

Mərhəmətli, Rəhmli Allahın Adı ilə…

38|1|Sad! öyüd-nəsihətlə dolu Qurana and olsun!

38|2|Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər.

38|3|Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq qaçıb can qurtarmaq vaxtı deyildi.

38|4|Onlar öz içərilərindən özlərinə xəbərdarlıq edənin gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır! |5|Əcaba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.

38|6|Onların əyanları çıxıb gedərək belə dedilər: “Gedin öz tanrılarınıza möhkəm olun. İstənilən şey budur. |7|Biz bunu sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır. |8|Məgər Quran aramızdan onamı nazil olmuşdur?!”. Doğrusu, onlar Mənim Qur’anım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar!

38|9|Yoxsa Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət xəzinələri onlara məxsusdur?!

38|10|Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?! Elə isə qoy iplərdən yapışıb qalxsınlar!

38|11|Onlar burada müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.

38|12|Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət sahibi Firon da, təkzib etmişdi.

38|13|Eləcə də Səmud, Lut qövmü, Əykə əhli – bu firqələrin

38|14|Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım vacib oldu.

38|15|Bunlar yalnız bir dəhşətli səsə bənddirlər. O, bir an belə gecikməz!

38|16|Onlar: “Ey Rəbbimiz! Tez ol, bizim payımızı haqq-hesab günü gəlməmişdən əvvəl ver!” –dedilər.

38|17|Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi.

38|18|Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə təqdis edib şəninə təriflər deyərdilər.

38|19|Biz quşları da toplu halda, hamısı ona tərəf yönəlməkdə idi.

38|20|Biz onun mülkünü möhkəmləndirmiş, ona hikmət və düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik.

38|21|Sənə dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar Davuda məxsus məbədə divardan aşıb gəlmişdilər.

38|22|Onlar Davudun yanına gəlikdə onlardan qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama və bizə doğru yolu göstər!”

38|23|“Bu mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır. Belə bir vəziyyətdə: “Onu mənə ver!” –dedi və mübahisədə məni məğlub etdi”.

38|24|dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da çox azdırlar!” Davud Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.

38|25|Biz bunu ona bağışladıq. Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır.

38|26|Ya Davud! Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!

38|27|Biz göyü, yeri və onların arasında olanları boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!

38|28|Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!

38|29|Sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar!

38|30|Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi.

38|31|Axşamüstü ona cins, çapar atlar göstərildiyi zaman |32|O, dedi: “Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, qeyb olub gizləndi.”

38|33|“Onları mənə qaytarın!” Onların qıçlarını və boyunlarını sığallamağa başladı.

38|34|And olsun ki, Biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə bir cəsəd atdıq. Sonra o qayıtdı.

38|35|Dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan sahibisən!

38|36|Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.

38|37|Şeytanlardan olan hər bir bənnanı və qəvvası, |38|Eləcə də başqalarını zəncirlənmiş halda 

38|39|“Bu Bizim ehsanımızdır, ver, yaxud vermə! O, saysız-hesabsızdır”.

38|40|Həqiqətən, O, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır.

38|41|Bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”

38|42|“Ayağınla vur! Bu, yuyunacaq və içiləcək sərin!”

38|43|Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də bağışladıq.

38|44|“Əlinə bir dəstə götür və onunla vur. Andını pozma. Biz onu səbr edən gördük. Nə gözəl bəndə! O, sığınan bir kimsə idi.

38|45|Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et!

38|46|Biz yurdu anmaq xislətini onlara məxsus elədik.

38|47|Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!

38|48|İsmaili, əl-Yəsəi və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!

38|49|Bu, yada salmaqdır. Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri gözləyir!

38|50|Qapıları onlar üçün açılmış Ədn cənnətləri!

38|51|Onlar orada söykənib cürbəcür meyvələr və içkilər istəyəcəklər.

38|52|Onların yanında gözlərini dikmiş həmyaşıdlar olacaqdır.

38|53|Haqq-hesab günü üçün vəd olunduğunuz bunlardır.

38|54|Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.

38|55|Bu belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri -

38|56|Cəhənnəm. Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!

38|57|Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!

38|58|Ona bənzər daha başqa-başqa vardır.

38|59|“Bu sizinlə birlikdə daxil olan dəstədir. “Onlar rahatlıq üzü görməsinlər! Onlar Cəhənnəmə daxil olanlardır!”

38|60|Belə deyəcəklər: “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! Bunu bizim üçün siz hazırladınız. Bir baxın necə də pis məskəndir!

38|61|Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!”

38|62|Deyəcəklər: “pis adamlar saydığımız kəsləri niyə burda görmürük? |63|Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar gözə dəymirlər?!”

38|64|Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi bir həqiqətdir!

38|65|De: “Mən yalnız xəbərdarlıq edənəm. Bir olan, qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur! |66|O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.”

38|67|De: “O çox böyük xəbərdir! |68|Siz isə ondan üz döndərirsiniz! |69|Mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi. |70|Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur”.

38|71|Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. |72|Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin!”

38|73|Buna görə də mələklərin hamısı birlikdə səcdə etdi;

38|74|Yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.

38|75|Buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”

38|76|Dedi: “Mən ondan daha yaxşıyam. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”

38|77|Buyurdu: “Çıx ordan. Sən qovulmuşun birisən! |78|Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!”

38|79|Dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”

38|80|Buyurdu: “Sən möhlət verilənlərdənsən, |81|Vaxtı məlum olan günə qədər!”

38|82|Dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam; |83|Yalnız Sənin sadiq bəndələrindən başqa!” 

38|84|Buyurdu, “Həqiqətən, doğru deyirəm,|85|And olsun ki, Mən Cəhənnəmi səninlə və sənə uyanların hamısı ilə dolduracağam!”

38|86|De: “Mən buna görə sizdən heç bir əcr istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! |87|Bu aləmlərə ancaq bir öyüd-nəsihətdir! |88|Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq biləcəksiniz!”

39. Zumər

Mərhəmətli Rəhmli Allahın Adı ilə

39|1|Kitabın nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!

39|2|Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et!

39|3|Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!

39|4|Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçərdi. O, pakdır, müqəddəsdir! O, bir olan, qəhr edən Allahdır!

39|5|Göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən bir müddətədək hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır!

39|6|Allah sizi tək bir nəfərdən xəlq etdi. Sonra onun özündən həmtayını yaratdı. O, heyvanlardan səkkiz cift əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə döndərilirsiniz?

39|7|Əgər küfr etsəniz. Çünki Allah sizə əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə nə etdiklərinizi xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!

39|8|İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və Allah yolundan çıxartmaq üçün Ona şəriklər qoşar. De: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”

39|9|Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən?! De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! yalnız ağıl sahibləri ibrət alar!”

39|10|De: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə yaxşılıq vardır. Allahın yeri genişdir. Yalnız səbr edənlərə saysız-hesabsız mükafat veriləcəkdir!”

39|11|De: “Mənə dini məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur! |12|Mənə ilk müsəlman olmaq buyurulmuşdur!”

39|13|De: “Əgər Rəbbimə asi olsam.., doğrusu, böyük günün əzabından qorxuram!”

39|14|De: “Mən Allaha dinimi yalnız Ona məxsus edərək tapınıram! |15|Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!”

39|16|Onların üstlərində və altlarında oddan sipər vardır. Allah Öz bəndələrini bununla qorxudur. Ey bəndələrim! Məndən qorxun!

39|17|Tağuta ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. Bəndələrimə müjdə ver!

39|18|O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!

39|19|Məgər sən haqqında əzab sözü vacib olmuş kimsəni?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?!

39|20|Lakin Rəbbindən qorxanları bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!

39|21|Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o quruyar, sən onu saralmış görərsən. Sonra da onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!

39|22|Məgər Allahın köksünü islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?! Elə isə vay qəlbləri Allahın zikrinə qarşı sərt olanların halına! Onlar açıq-aydın azmışlar.

39|23|Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!

39|24|Məgər qiyamət günü şiddətli əzabdan üzü ilə qorunan?! Zalımlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” –deyilər.

39|25|Onlardan əvvəlkilər də təkzib etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.

39|26|Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər!

39|27|Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər!

39|28|Biz nöqsansız-qüsursuz ərəbcə bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər.

39|29|Allah bir məsəl çəkir: “Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var. Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd ancaq Allaha məxsusdur, lakin onların əksəriyyəti bilməz!

39|30|Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!

39|31|Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.

39|32|Allaha qarşı yalan uydurub söyləyən, özünə gələn həqiqəti təkzib edən kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?!

39|33|Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir.

39|34|Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur!

39|35|Allah onların etdikləri ən pis işlərin üstünü örtəcək və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır.

39|36|Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.

39|37|Allahın doğru yola saldığı kimsəni də heç kəs yoldan çıxarda bilməz. Məgər Allah yenilməz qüvvət sahibi, intiqam sahibi deyilmi?!

39|38|Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” –deyə soruşsan, mütləq: “Allah!” –deyə cavab verəcəklər. De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!”

39|39|De: “Ey qövmüm! Siz özünüzə uyğun tərzdə işinizi görün, mən də özümə münasib şəkildə işimi görəcəyəm. Siz mütləq biləcəksiniz ki, |40|Rüsvayçı əzab kimə gələcək, kim həmişəlik əzaba düçar olacaqdır!”

39|41|Biz Kitabı insanlar üçün sənə haqq olaraq nazil etdik. Kim doğru yolda olsa, özü üçün olar. Kim çıxsa, zərəri özünə yetişər. Sən onlara vəkil deyilsən!

39|42|Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar. Digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün əlamətlər vardır!

39|43|Yoxsa onlar Allahdan qeyrilərini şəfaətçi etdilər? De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda?!”

39|44|De: “Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü Onun əlindədir. Sonra siz Onun hüzuruna qaytarılacaqsınız!”

39|45|Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər.

39|46|De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları barəsində Sən hökm edəcəksən!”

39|47|Yer üzündə nə varsa, hamısı, üstəlik bir o qədər də kafirlərin olmuş olsaydı, mütləq onun qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər. Və Allahdan onlara güman etmədikləri görünəcəkdir.

39|48|Onlara etdikləri pis əməllərin cəzası görünəcək və istehza etdikləri onları saracaqdır!

39|49|İnsana bir zərər toxunduğu zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: “Bu mənə yalnız biliyimə görə verilmişdir!” –deyər. Xeyr, bu bir imtahandır, lakin onların əksəriyyəti bilməz!

39|50|Şübhəsiz ki, bu sözü onlardan əvvəlkilər də demişdilər. Lakin qazandıqları onlara heç bir fayda vermədi.

39|51|Onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların zülm edənləri də qazandıqları günahların cəzasına düçar olacaqlar. Onlar aciz buraxan deyillər.

39|52|Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!

39|53|De: “Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! |54|Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! |55|Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə tabe olun!”

39|56|Bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən istehza edirdim!” –deməsin.

39|57|Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” –söyləməsin.

39|58|Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” –deməsin!

39|59|“Xeyr, Mənim ayələrim sənə gəlmişdi, amma sən onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun!”

39|60|Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?!

39|61|Allah müttəqilərə imanlarına görə nicat verər. Onlara pislik toxunmaz və onlar qəm-qüssə də görməzlər.

39|62|Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!

39|63|Göylərin və yerin açarları Onun əlindədir. Allahın ayələrini inkar edənlər –məhz onlar ziyana uğrayanlardır!

39|64|De: “Ey cahillər! mənə Allahdan başqasınamı ibadət etməyi əmr edirsiniz?”

39|65|Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! |66|Xeyr, yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”

39|67|Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!

39|68|Sur çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb müntəzir olacaqlar!

39|69|Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək, onlar arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!

39|70|Hər kəs öz əməlinin cəzası veriləcəkdir! Allah onların nə etdiklərini ən yaxşı biləndir!

39|71|Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən Rəsullar gəlməmişdi?” Onlar isə: “Bəli, lakin əzab sözü kafirlər barəsində vacib oldu!” –deyə cavab verəcəklər.

39|72|Belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına orada əbədi qalmaq üçün!” Təkəbbür göstərənlərin məskəni necə də pisdir!

39|73|Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və gözətçiləri: “Salam əleykum! Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” –deyəcəklər.

39|74|Onlar isə: “Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Əməllər edənlərin mükafatı necə də gözəldir!” –deyəcəklər.

39|75|Mələkləri də ərşi əhatə edərək Rəbbini həmd-səna ilə təqdis edən görəcəksən. Onların arasında ədalətlə hökm olunacaq və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” –deyiləcəkdir!

40. Mumin

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

40|1|Ha, Mim!

40|2|Kitabın nazil edilməsi yenilməz qüvvət sahibi olan, bilən Allahdandır-

40|3|Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır!

40|4|Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın!

40|5|Onlardan əvvəl Nuh qövmü, sonrakı firqələr də təkzib etmiş, hər ümmət öz Rəsullarını yaxalamağa cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. Mənim cəzam necə oldu!

40|6|Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü belə gerçəkləşdi!

40|7|Ərşi daşıyanlar və onun ətrafında olanlar öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru! |8|Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənətlərinə daxil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət, hikmət sahibisən! |9|Onları pisliklərdən qoru. O gün pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük qurtuluş budur!”

40|10|Küfr edənlərə belə müraciət ediləcəkdir: “Allahın nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyükdür. Çünki siz imana dəvət olunduğunuz zaman öz küfrünüzdə davam edib dururdunuz!”

40|11|Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. İndi çıxmağa bir yol varmıdır?”

40|12|“Bu ona görədir ki, yalnız Allah çağırıldığı zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır!”

40|13|Sizə ayələrini göstərən, göydən ruzi endirən məhz Odur. Ancaq dönən kimsə ibrət alar!

40|14|Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək ibadət edin!

40|15|Dərəcələri yüksəldən, ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, görüş günü ilə xəbərdar etsin!

40|16|Elə bir gün ki, onlar çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. “Bu gün hökm kimindir?” “Bir olan, qalib olan Allahındır!”

40|17|Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm ola bilməz. Allah tez haqq-hesab çəkəndir!

40|18|Onları ürəklərin ağıza gələcəyi yaxın günlə xəbərdar et. Zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar!

40|19|Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir!

40|20|Allah ədalətlə hökm edər. Ondan başqa ibadət etdikləri isə heç bir şey hökm edə bilməzlər. Həqiqətən, Allah eşidəndir, görəndir!

40|21|Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan qoruyan bir kimsə tapılmadı.

40|22|Bu ona görə idi ki, Rəsulları onlara açıq-aydın möcüzələr gətirmiş, onlar isə inkar etmişdilər. Buna görə də Allah onları məhv etdi. Həqiqətən, Allah qüvvətlidir, cəzası şiddətlidir!

40|23|Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik.

40|24|Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” –dedilər.

40|25|Onların yanına dərgahımızdan haqq ilə gəldikdə onlar: “Onunla birlikdə iman gətirənlərin oğlanlarını öldürün, qadınlarını isə diri saxlayın!” –dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.

40|26|Firon dedi: “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.

40|27|Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!”

40|28|Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: “Məgər siz bir adamı: “Rəbbim Allahdır!” –deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir; yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz. |29|Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!” Firon dedi: “Mən sizə ancaq münasib gördüyüm rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm!”

40|30|O mömin adam dedi: “Ey qövmüm! Mən sizə firqələrə gəlmiş olan bir günün gəlməsindən qorxuram! |31|Nuh, Ad, Səmud qövmünün və onlardan sonra gələnlərin cəzası kimi bir cəza verilməsindən. Allah Öz bəndələrinə əsla zülm etmək istəməz! |32|Ey qövmüm! Mən sizə üz verəcək vaveyla günündən qorxuram! |33|Üz çevirib qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!”

40|34|And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, vəfat etdikdə: “Allah ondan sonra əsla Rəsul göndərməyəcəkdir!” –dediniz. Allah həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!

40|35|O kəslər ki, özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalımin ürəyini belə möhürləyər!

40|36|Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim – |37|Göylərin yollarına və Musanın Allahını görüm. Doğrusu, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə yaxşı göstərildi. O, yoldan çıxarıldı. Fironun hiyləsi ancaq boşa çıxdı.

40|38|O mömin adam dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım! |39|Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, axirət isə əbədi yurddur! |40|Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar! |41|Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata dəvət etdiyim halda, siz məni Cəhənnəmə dəvət edirsiniz!  |42|Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha çağırıram! |43|Şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırmaq qabiliyyəti yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. Həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər! |44|Sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!”

40|45|Beləliklə, Allah onu onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab sardı.

40|46|Onlar səhər-axşam odda yandırılarlar. Qiyamət qopduğu gün isə: “Firon əhlini ən şiddətli əzaba salın!”

40|47|O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi siz cəhənnəm odunun bir hissəsini bizdən dəf edə bilərsinizmi?!”

40|48|Təkəbbür göstərənlər deyəcəklər: “Biz hamımız oradayıq. Allah artıq Öz bəndələri arasında hökmünü vermişdir!”

40|49|Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”

40|50|Deyəcəklər: “Məgər sizə öz Rəsullarınız açıq-aşkar dəlillər gətirməmişdilər?” Onlar: “Bəli!” –deyə cavab verəcəklər. “Elə isə özünüz dua edin!” –deyəcəklər. Kafirlərin duası isə boş şeydir.

40|51|Şübhəsiz ki, Biz öz Rəsullarımıza və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik!

40|52|Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. Onları lənət və axirət yurdunun pis əzabı gözləyir.

40|53|And olsun ki, Biz Musaya doğru yolu göstərən rəhbər verdik və İsrail oğullarını kitaba varis etdik!

40|54|Ağıl sahiblərinə hidayət və öyüd-nəsihət olsun deyə!

40|55|Səbr et. Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!

40|56|Şübhəsiz ki, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür vardır. Onlar heç vaxt Ona çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, eşidəndir, görəndir!

40|57|Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu bilməz!

40|58|Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz!

40|59|O, saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz!

40|60|Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!

40|61|Sizin dincəlməyiniz üçün gecəni və gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu şükür etməz!

40|62|Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxudur! Siz necə döndərilirsiniz?

40|63|Yalnız Allahın ayələrini inkar edənlər belə döndərilərlər!

40|64|Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!

40|65|Əbədi olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. Dini yalnız Ona məxsus edərək ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

40|66|De: “Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman sizin Allahdan qeyri tapındıqlarınıza ibadət etmək mənə qadağan olunmuş, ancaq aləmlərin Rəbbinə təslim olmaq buyurulmuşdur!”

40|67|Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl öldürülənlər də var. Müəyyən bir vaxta yetişəsiniz və bəlkə, düşünüb anlayasınız deyə edilir.

40|68|Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda ona ancaq: “Ol!” –deyər, o da dərhal olar.

40|69|Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də döndərilirlər!

40|70|Kitabı və Rəsullarımıza göndərdiklərimizi yalan hesab edənlər mütləq biləcəklər!

40|71|O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər

40|72|Cəhənnəmə tərəf, sonra odda yandırılacaqlar, |73|Sonra da onlara belə deyiləcəkdir: “Haradadır şərik qoşub ibadət etdikləriniz |74|Allahdan qeyri?!” Deyəcəklər: “Onlar bizdən qeyb oldular. Xeyr, biz əslində öncə heç nəyə ibadət etmirdik!” Allah kafirləri belə azdırar!

40|75|“Bu sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir! |76|Girin cəhənnəmin qapılarına orada əbədi qalmaq üçün!” Təkəbbürlülərin sığınacağı necə də pisdir!

40|77|Səbr et. Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin bir qismini sənə göstərəcək, ya da səni Öz dərgahımıza aparacağıq. Onlar Bizim hüzurumuza qaytarılıb gətiriləcəklər!

40|78|Biz səndən əvvəl də Rəsullar göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir Rəsul Allahın izni olmadan bir ayə gətirə bilməz. Allahın əmri gəldikdə ədalətlə hökm olunar. Yalan danışanlar elə oradaca ziyana uğrayarlar.

40|79|Sizin üçün minməyə heyvanlar yaradan Allahdır. Onlardan yedikləriniz də var.

40|80|Sizin üçün onlardan daha neçə-neçə mənfəətlər vardır. Ürəyinizdən keçən bir arzuya onları minməklə yetişirsiniz. Onların üstündə, gəmilərdə daşınırsınız.

40|81|O isə Öz ayələrini göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz?!

40|82|Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları onlara bir fayda vermədi.

40|83|Rəsulları onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara isə məsxərəyə qoyduqları əzab yetişdi.

40|84|Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, qoşduğumuz şərikləri isə inkar etdik!”

40|85|Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş adətinə müvafiq olaraq heç bir fayda vermədi. Kafirlər elə oradaca ziyana uğradılar.

41. Fusillət

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

41|1|Ha, Mim!

41|2|Mərhəmətli, Rəhmli tərəfindən nazil edilmişdir.

41|3|Ərəbcə Quran olaraq bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır.

41|4|Həm müjdə verəndir və həm də xəbərdar edən. Onların əksəriyyəti üz döndərib dinləməz.

41|5|Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən əməl et, biz də əməl etməkdəyik!”

41|6|De: “Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına! |7|O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar! |8|İman gətirib yaxşı işlər görənləri tükənməz ruzi gözləyir!”

41|9|De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir! |10|O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. |11|Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək vücuda gəldik!” –deyə cavab verdilər. |12|Allah onları yeddi göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü qəndillərlə bəzədik və hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allahın təqdiridir!”

41|13|Əgər üz döndərsələr, de: “Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla xəbərdar edirəm!”

41|14|Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: “Yalnız Allaha ibadət edin” –deyən Rəsullar gəldiyi zaman onlar: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq!” –deyə cavab vermişdilər.

41|15|Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.

41|16|Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə üstlərinə vıyıltı ilə əsən bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də olunmayacaqdır.

41|17|Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.

41|18|İman gətirib təqva sahibi olanları isə xilas etdik.

41|19|Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar saxlanacaqlar.

41|20|Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.

41|21|Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şəhadət verirsiniz?” –deyəcəklər. Belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!”

41|22|Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz.

41|23|Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz!

41|24|İndi dözsələr də, onların məskəni Cəhənnəmdir. Onlar riza diləsələr də, onların diləyi qəbul olunmaz.

41|25|Biz onlara önlərindəkini və arxalarındakını özlərinə gözəl göstərən dostlar caladıq. Özlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlərlə birlikdə o söz onlar barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan çəkənlər oldular!

41|26|Kafir olanlar: “Bu Quranı dinləməyin, o oxunduqda səs-küy salın ki, bəlkə, qalib gələsiniz!” –dedilər.

41|27|Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik!

41|28|Budur Allahın düşmənlərinin cəzası – Cəhənnəm! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır!

41|29|Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!”

41|30|Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da düz olan kəslərə mələklər nazil olub: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! |31|Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. |32|Bağışlayandan, rəhm edəndən ruzi olaraq!”

41|33|Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” –deyən kəsdən daha gözəl danışan kim ola bilər?!

41|34|Yaxşılıqla pislik eyni ola bilməz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!

41|35|Bu yalnız səbir edənlərə verilir və yalnız böyük qismət sahiblərinə əta olunur!

41|36|Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!

41|37|Gecə və gündüz, günəş və ay Onun əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə!

41|38|Əgər təkəbbür göstərsələr. Çünki Sənin Rəbbinin dərgahında olanlar gecə-gündüz usanmadan Onu təqdis edib şəninə təriflər deyərlər.

41|39|Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar. Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir!

41|40|Ayələrimizi inkar edənlər. Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O nə etdiyinizi görəndir.

41|41|Özlərinə Zikr gəldiyi zaman onu yalan hesab edənlər. O, şübhəsiz ki, çox dəyərli bir kitabdır.

41|42|Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir.

41|43|Sənə ancaq, səndən əvvəlkilərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin həm bağışlayandır, həm də şiddətli cəza verəndir!

41|44|Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik: “Məgər onun ayələri müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? Özgə dildə, ərəbmidir?!” –deyərdilər. De: “O, iman gətirənlərə hidayətdir və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq vardır. O, onları kor etmişdir. Onlar uzaq bir yerdən çağırılırlar.

41|45|Biz Musaya da kitab vermişdik və onun barəsində də ixtilaf düşmüşdü. Əgər sənin Rəbbinin öncə buyurduğu bir söz olmasaydı, dərhal işləri bitmiş olardı. Həqiqətən, barəsində çox dərin bir şəkk içindədirlər!

41|46|Yaxşı iş görənin xeyiri özünə, pislik edənin də zərəri özünə olar. Sənin Rəbbin bəndələrə zülm edən deyildir!

41|47|O saatı bilmək yalnız Ona aiddir. O bilmədən heç bir meyvə qabığından çıxmaz, heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Onlara: “Şəriklərim haradadır? –deyəcəyi gün, Onlar: “Biz Sənə ərz etdik ki, aramızda heç bir şahid yoxdur!” –deyə cavab verəcəklər.

41|48|Öncə ibadət etdikləri onlardan qeyb olacaq və onlar özləri üçün qaçıb can qurtarmağa bir yer olmadığını yəqin edəcəklər.

41|49|İnsan yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir pislik üz versə, ümüdsizliyə qapılıb məyus olar.

41|50|Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək, mütləq: “Bu elə mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Doğrudan da, əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl nemət gözləyir!” –deyər. Biz kafir olanlara nə etdiklərini mütləq xəbər verəcək və sözsüz ki, onlara şiddətli bir əzab daddıracağıq.

41|51|İnsana nemət bəxş etdiyimiz zaman üz döndərər, uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə uzun-uzadı dua edər.

41|52|De: “Bir söyləyin görək, əgər Allah dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, uzaq bir nifaq içində olan kəsdən daha çox azmış kim ola bilər?!

41|53|Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!

41|54|Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir!

42. Şura

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

42|1|Ha, Mim!

42|2|Eyn, Sin, Qaf!

42|3|Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir!

42|4|Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur!

42|5|Göylər az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, Rəhm edəndir!

42|6|Allahdan başqasını dost tutanlar üzərində, Allah Özü nəzarətçidir. Sən onlara zamin deyilsən!

42|7|Şəhərlərin anasını və onun ətrafındakıları, barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günü ilə xəbərdar edəsən deyə, sənə ərəbcə Quran nazil etdik.  Onların bir qismi cənnətdə, bir qismi isə alovlu oddadır.

42|8|Əgər Allah diləsəydi, onların hamısını vahid bir ümmət edərdi. Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir dostu olar, nə də bir imdada yetəni!

42|9|Yoxsa onlar özlərinə Allahdan başqa hamilər götürdülər. İxtiyar sahibi ancaq Odur. Ölüləri O dirildir. Hər şeyə O qadirdir!

42|10|Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram!

42|11|Göyləri və yeri yoxdan yaradan sizin üçün özünüzdən zövcələr, heyvanlardan da ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, eşidəndir, görəndir!

42|12|Göylərin və yerin açarları Onun əlindədir. O, istədiyinin ruzisini bol, qıt edər. O, hər şeyi biləndir!

42|13|Allah: “Dini doğru-dürüst tutun, onda ayrılığa düşməyin!” –deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!

42|14|Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı ədavət üzündən ayrılığa düşdülər. Əgər müəyyən bir vaxtadək öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Onlardan sonra kitaba varis olanlar da onun barəsində dərin bir şəkk içindədirlər.

42|15|Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi səbatlı ol. Onların nəfslərindən gələn istəklərə uyma və de: “Mən Allahın nazil etdiyi kitaba inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!”

42|16|Allahın dəvəti qəbul olunduqdan sonra Onun barəsində mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar qəzəbə və şiddətli əzaba düçar olacaqlar!

42|17|Kitabı və mizan-tərəzini haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də, o saat yaxındır!

42|18|Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnanlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, o saat barəsində mübahisə edənlər azıb çox uzaq düşmüşlər.

42|19|Allah Öz bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir!

42|20|Biz axirət qazancını istəyənin, qazancını artırar, dünya mənfəti istəyənə də, ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.

42|21|Yoxsa Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni edən şərikləri vardır. Əgər qəti söz olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı. Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!

42|22|Zalımları qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət!

42|23|Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. De: “Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir!

42|24|Yoxsa onlar: “Allaha qarşı yalan uydurdu!” –deyirlər. Əgər Allah istəsə, sənin qəlbini möhürləyər. Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.

42|25|Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir.

42|26|İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz nemətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!

42|27|Əgər Allah bəndələrinə bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi qədər ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, görəndir!

42|28|Ümidsizliyə qapılandan sonra, yağmur göndərən, nemətini açıb paylayan Odur. İxtiyar sahibi Odur. Tərifə layiq olan da Odur.

42|29|Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!

42|30|Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah çoxunu əfv edər.

42|31|Siz yer üzündə aciz buraxa bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız olar, nə də bir imdada yetəniniz!

42|32|Dənizdə dağlar kimi üzən də Onun əlamətlərindəndir.

42|33|Əgər istəsə, küləyi saxlayar, onlar da üzündə durub qalarlar. Həqiqətən, bunda çox səbr edən, çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!

42|34|Yaxud onları qazandıqlarına görə məhv edər və bir çoxunu bağışlayar!

42|35|Bizim ayələrimiz barəsində mübahisə edənlər bilsinlər ki, onlar üçün qaçıb can qurtarmağa heç bir yer yoxudur!

42|36|Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər;

42|37|O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən çəkinər, qəzəbləndikləri zaman bağışlayarlar;

42|38|O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən sərf edərlər.

42|39|Və o kəslər üçün ki, onlar zülmə məruz qaldıqda intiqam alarlar.

42|40|Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs bağışlasa və barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!

42|41|Zülmə məruz qaldıqdan sonra əvəzini çıxanlara heç bir cəza verilməz.

42|42|Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!

42|43|Əlbəttə, hər kəs səbr edib bağışlasa, çox bəyənilən əməllərdəndir!

42|44|Allahın yoldan çıxartdığı kimsəyə Özündən başqa yol göstərən olmaz. Sən zalımları əzabı gördükləri zaman: “Geri dönməyə bir yol varmıdır?” –deyən görəcəksən.

42|45|Ona gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Həqiqətən, ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır!” Bilin ki, zalımlar daimi əzab içində olacaqlar.

42|46|Onlara Allahdan başqa yardım edəcək dostlar tapılmayacaqdır. Allahın zəlalətə saldığı kimsə üçün heç bir yol olmaz!

42|47|Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün gəlməmişdən əvvəl Rəbbinizin dəvətini qəbul edin! O gün sizin üçün heç bir sığınacaq tapılmaz və inkar etməyə də heç bir imkan olmaz!

42|48|Əgər üz döndərsələr. Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət daddırsaq, ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, insan, həqiqətən, nankordur!

42|49|Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.

42|50|Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz edir. O biləndir, qadirdir!

42|51|Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allahın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir!

42|52|Sənə də beləcə əmrimizdən olan bir ruh göndərdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən düz yola yönəldirsən.

42|53|O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa Onundur. Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!

43. Zuxruf

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

43|1|Ha, Mim!

43|2|Açıq-aydın Kitaba and olsun ki,

43|3|Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik.

43|4|Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, çox hikmətlidir.

43|5|Siz həddi aşan bir qövmsünüz deyə, Zikri sizə təbliğ etməkdən vaz keçməliyikmi?!

43|6|Biz sizdən əvvəlkilərə də neçə-neçə Nəbilər göndərmişdik.

43|7|Onlara elə bir Nəbi gəlməzdi ki, ona istehza etməsinlər!

43|8|Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər nəql olunub keçmişdir.

43|9|Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?” –deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, bilən yaratmışdır!” –deyə cavab verəcəklər.

43|10|O Allah ki, yeri sizin üçün beşik etdi və doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı.

43|11|O Allah ki, göydən bir qədər su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də belə çıxardılacaqsınız!

43|12|Və O Allah ki, ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı.

43|13|Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! Bizim onlara gücümüz çatmazdı. |14|Həqiqətən, biz Rəbbimizin hüzuruna qayıdacağıq!”

43|15|Amma Ona Öz bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan açıq-aşkar naşükürdür!

43|16|Yoxsa O, yaratdıqlarından qızları Özünə övlad götürüb oğlanları sizə məxsus etdi?!

43|17|Onlardan birinə Rəhmana isnad etdikləri ilə müjdə versən, qəzəbdən boğularaq üzləri qapqara qaralar.

43|18|Onlar bərbəzək içində böyüdülüb, mübahisə zamanı bir dəlil gətirə bilməyən qızlarını Allaha övlad isnad edirlər?

43|19|Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti yazılacaq və sorğu-sual olunacaqlar!

43|20|Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!” Onların heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.

43|21|Yoxsa onlara bundan əvvəl bir kitab vermişik və onlar ona istinad edirlər?!

43|22|Xeyr. Onlar: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getdik!” –deyirlər.

43|23|Biz səndən əvvəl hər hansı bir məmləkətə xəbərdarlıq edən göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!” –dedilər.

43|24|Belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri inkar edirik!” –deyə cavab verdilər.

43|25|Buna görə də Biz onlardan intiqam aldıq. Bir gör yalançı sayanların axırı necə oldu!

43|26|Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən tamamilə uzağam; |27|Yalnız məni yoxdan yaradan başqa! Şübhəsiz ki, O, məni doğru yola müvəffəq edəcəkdir!”

43|28|Onu öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, qayıdalar!

43|29|Xeyr, Mən onlara da, atalarına da özlərinə haqq və bəyan edən bir Rəsul gələnədək gün-güzəran verdim!

43|30|Onlara haqq gəldikdə: “Bu sehrdir, biz onu inkar edirik!” –dedilər.

43|31|Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən olan böyük bir adama nazil edilməli deyildimi?”

43|32|Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır!

43|33|Əgər insanların bir tək ümmət olmaq ehtimalı olmasaydı, Rəhmanı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik.

43|34|Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları.

43|35|Və qızıl bəzəklər. Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündür!

43|36|Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun yaxın dostu olar.

43|37|Onlar, doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!

43|38|Nəhayət, o, hüzurumuza gəldikdə belə deyər: “Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!”

43|39|Bu gün sizə heç bir fayda verməz. Siz birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız!

43|40|Məgər sən karlara eşitdirə bilərsən?! Yaxud korları, haqq yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!

43|41|Əgər Biz səni götürüb aparsaq, onlardan mütləq intiqam alacağıq!

43|42|Yaxud onlara vəd etdiyimizi göstərəcəyik. Həqiqətən, Biz onlara qadirik!

43|43|Buna görə də sən özünə vəhy olunandan yapış. Həqiqətən, sən düz yoldasan!

43|44|Şübhəsiz ki, o sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz mütləq sorğu-sual olunacaqsınız!

43|45|Səndən əvvəl göndərdiyimiz Rəsullardan soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”

43|46|Biz Musanı Öz ayələrimizlə Firon və onun əyan-əşrafının yanına göndərmişdik. O demişdi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”

43|47|Ayələrimizi onlara gətirər-gətirməz onlar ayələrimizə lağ edib gülmüşdülər.

43|48|Onlara bir-birindən böyük olan möcüzələr göstərdik, onları əzabla yaxaladıq ki, bəlkə, qayıdalar!

43|49|Onlar dedilər: “Ey sehrbaz! səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et. Biz mütləq doğru yola gələcəyik!”

43|50|Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.

43|51|Firon öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?! |52|Yaxud mən az qala aydın deyə bilməyən bir zavallı kimsədən daha yaxşı deyiləmmi?! |53|Onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməli deyildimi?!”

43|54|Beləliklə, öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər!

43|55|Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını qərq etdik.

43|56|Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.

43|57|Məryəm oğlu misal çəkilincə sənin qövmün sevincdən güldü.

43|58|Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa O?!” Onlar bunu sənə yalnız mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər!

43|59|O, ancaq nemət verdiyimiz və İsrail oğullarına örnək etdiyimiz bir bəndədir.

43|60|Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq.

43|61|Şübhəsiz ki, O, qiyamət saatı üçün bir əlamətdir. Ona şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!

43|62|Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir!

43|63|İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! |64|Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!”

43|65|Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü. Acı bir günün əzabından vay o zülm edənlərin halına!

43|66|Onlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan başqa bir şeymi gözləyirlər?!

43|67|Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!

43|68|“Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz! |69|O bəndələr ki, ayələrimizə iman gətirib təslim olmuşlar. |70|Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!”

43|71|Onlar üçün qızıl teştlər və qədəhlər içində dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!

43|72|Bu sizin etdiyiniz əməllər müqabilində varis olduğunuz Cənnətdir!

43|73|Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!

43|74|Günahkarlar isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar.

43|75|Onlardan yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!

43|76|Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər.

43|77|Onlar müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün!” O isə: “Siz qalacaqsınız!” – deyə cavab verəcəkdir!

43|78|“Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı”.

43|79|Yoxsa onlar düzgün iş görmüşdülər?! Elə isə Biz də düzgün iş görürük!

43|80|Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz yazırlar!

43|81|De: “Əgər Rəhmanın bir övladı olsa, ibadət edənlərin birincisi mən olaram! |82|Göylərin və yerin Rəbbi, ərşin Rəbbi Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!”

43|83|Qoy onlar vəd olunduqları günə qovuşana qədər qurşanaraq oynayıb əylənsinlər!

43|84|Göydə də Tanrı, yerdə də Tanrı Odur. O, hikmət sahibidir, biləndir!

43|85|Göylərin və yerin, onların arasındakı hər şeyin ixtiyarı əlində olan nə qədər ucadır! O saatı bilmək Ona məxsusdur. Siz Onun hüzuruna qaytarılıb gətiriləcəksiniz!

43|86|Ondan qeyri ibadət etdikləri şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər müstəsnadır. Onlar bilirlər.

43|87|And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər! Elə isə necə döndərilirlər?

43|88|Onun: “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!” – deməsi də!

43|89|Onlardan üz çevir və “Salam!” de. Onlar mütləq biləcəklər!

44. Duhan

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

44|1|Ha, Mim!

44|2|Açıq-aydın Kitaba and olsun ki, |3|Biz onu mübarək bir gecədə nazil etdik. Biz xəbərdarlıq edənlərik!

44|4|Hər bir hikmətli iş o gecə hökm olunur – |5|Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, Biz göndəririk – |6|Sənin Rəbbindən bir mərhəmət olaraq. Şübhəsiz ki, O eşidəndir, biləndir!

44|7|O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Əgər tam yəqinliklə inanırsınızsa!

44|8|Ondan başqa heç bir Tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir.

44|9|Lakin onlar şəkk içində qalıb oyun oynayırlar.

44|10|Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə!

44|11|İnsanları saracaqdır. Bu, şiddətli bir əzabdır!

44|12|“Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar. Biz, həqiqətən iman gətirəcəyik!”

44|13|Onlar hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir Rəsul gəldi.

44|14|Onlar isə ondan üz çevirib belə dedilər: “öyrədilmiş bir divanədir!”

44|15|Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə qayıdacaqsınız!

44|16|Onları lap möhkəm yaxalayacağımız gün, şübhəsiz ki, Biz intiqam alacağıq!

44|17|And olsun ki, Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkmişdik. Onlara möhtərəm bir Rəsul gəlmişdi.

44|18|“Allahın bəndələrini mənə verin. Həqiqətən, mən sizin üçün mötəbər bir Rəsulam! |19|Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə açıq-aşkar bir dəlil gətirmişəm!”

44|20|“Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram! |21|Əgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun!”

44|22|Sonra Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”

44|23|“Bəndələrimi götürüb gecə ikən onlarla yola çıx. Siz təqib olunacaqsınız! |24|Dənizi də açıq burax! Onlar suya qərq olacaq əsgərlərdir!”

44|25|Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;

44|26|Neçə-neçə əkinlər, gözəl yerlər.

44|27|Və zövq aldıqları neçə-neçə nemətlər.

44|28|Beləcə və ona başqalarını varis etdik!

44|29|Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara imkan da verilmədi!

44|30|İsrail oğularını isə o alçaldıcı əzabdan qurtardıq, |31|Firondan. Həqiqətən, o, təkəbbür göstərən, həddi aşanlardan idi!

44|32|And olsun ki, Biz onları Özümüz bilə-bilə aləmlərdən üstün tutduq.

44|33|Onlara hər biri açıq-aşkar bir imtahan olan ayələr verdik.

44|34|Bunlar mütləq deyəcəklər:

44|35|“Bu elə bizim ilk ölümümüzdür ki var. Biz bir daha dirildiləcək deyilik! |36|Əgər doğru deyirsinizsə, atalarımızı gətirin görək!”

44|37|Bunlar yaxşıdır, yoxsa Tübbə qövmü, yaxud onlardan əvvəlkilər?! Günah işlədikləri üçün Biz onları məhv etdik.

44|38|Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq!

44|39|Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların əksəriyyəti bilməz!

44|40|Şübhəsiz ki, ayırd etmə günü onların hamısının vaxtıdır!

44|41|O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz!

44|42|Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz qüvvət, mərhəmət sahibidir!

44|43|Həqiqətən, zəqqum ağacı |44|Günahkar kimsənin yeməyidir!

44|45|O, ərinmiş mis kimi qarınlarda qaynar; |46|Qaynar su qaynayan kimi!

44|47|“Onu tutub Cəhənnəmin tən ortasına sürüyün! |48|Sonra başına əzab olaraq qaynar su tökün! |49|“Bir dad görək! Sən ki, çox qüvvətli, möhtərəm bir şəxs idin!”

44|50|Bu, şəkk etdiyiniz!

44|51|Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə - |52|Bağçalarda və bulaqlar başında olacaqlar!

44|53|Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.

44|54|Belədir. Hələ onları iri gözlü hurilərlə evləndirəcəyik.

44|55|Onlar orada arxayın olaraq hər meyvədən istəyəcəklər.

44|56|Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar! Onları cəhənnəm əzabından qorumuşdur - |57|Sənin Rəbbindən bir lütf olaraq. Bu, böyük qurtuluşdur!

44|58|Biz onu ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul edələr!

44|59|Sən gözlə. Şübhəsiz ki, onlar da gözləyirlər!

45. Casiyə

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

45|1|Ha, Mim!

45|2|Kitabın nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi tərəfindəndir.

45|3|Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır!

45|4|Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inanlar üçün əlamətlər vardır.

45|5|Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır.

45|6|Bunlar Allahın ayələridir. Biz onları sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə inanmadıqdan sonra hansı kəlama inanırlar?

45|7|Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!

45|8|O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi təkəbbür göstərərək israr edib durur. Beləsinə şiddətli bir əzabla müjdə ver!

45|9|O, ayələrimizdən bir şey öyrənib bildiyi zaman onu lağa qoyur. Məhz belələri alçaldıcı bir əzaba düçar olacaqlar!

45|10|Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları dünya malı, nə də Allahdan başqa dost tutduqları onlara bir fayda verəcəkdir. Onlar böyük bir əzaba düçar olacaqlar!

45|11|Bu bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri çox şiddətli, ağrılı-acılı bir əzab gözləyir.

45|12|Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz!

45|13|Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!

45|14|İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını versin deyə, Allahın günlərindən qorxmayanları bağışlasınlar!

45|15|Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız.

45|16|And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət və peyğəmbərlik əta etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərə üstün etmişdik.

45|17|Onlara din işində açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!

45|18|Sonra səni də dində şəriət sahibi etdik. Sən ona tabe ol və bilməyənlərin nəfslərindən gələn istəklərə uyma!

45|19|Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi səndən dəf edə bilməzlər. Zalımlar bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!

45|20|Bu insanlar üçün bəsirət gözü, tam yəqinliklə inanan bir qövm üçün də hidayət və mərhəmətdir!

45|21|Yoxsa dünyada pis əməllər edənlər onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər!

45|22|Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir.

45|23|Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?

45|24|Belə deyirlər: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik; bizi öldürən ancaq dəhrdir”. Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar!

45|25|Ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı gətirin görək!” –deməkdən başqa bir şey deyildir.

45|26|De: “Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qiyamət günü bir yerə yığacaqdır. Ona heç bir şəkk-şübhə yoxdur, lakin insanların çoxu bilməz!”

45|27|Göylərin və yerin hökmü ancaq Allahın əlindədir. Qiyamət qopacağı gün – məhz o gün batil danışanlar ziyana uğrayacaqlar!

45|28|Hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz dəftərinə tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir! |29|Bu Bizim kitabımızdır. O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri yazdırmışıq!”

45|30|İman gətirib yaxşı əməl edənlərə gəldikdə, Rəbbi onları Öz mərhəmətinə qovuşduracaqdır. Bu, açıq-aşkar qurtuluşdur!

45|31|Kafir olanlara isə: “Məgər ayələrim sizə oxunmurdumu?! Amma siz təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!

45|32|“Allahın vədi haqdır və o saata heç bir şəkk-şübhə yoxdur!” –deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn olduğu qənaətindəyik. Biz əmin deyilik!” –deyə cavab verdiniz.

45|33|Pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri onları saracaqdır!

45|34|Deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin məskəniniz Cəhənnəmdir. Sizə kömək edənlər də olmayacaqdır! |35|Bu ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!” Bu gün onlar çıxarılmayacaq və onlardan heç bir üzrxahlıq qəbul olunmaycaqdır!

45|36|Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!

45|37|Göylərdə və yerdə böyüklük Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

46. Əhqaf

Mərhəmətli Rəhimli Allahın Adı ilə…

46|1|Ha, Mim!

46|2|Kitabın nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!

46|3|Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratdıq. Kafirlər qorxudulduqları şeylərdən üz döndərdilər.

46|4|De: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə nə yaratmışlar?! Yoxsa onların göylərdə bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl bir kitab, yaxud elmdən qalan bir şey gətirin!”

46|5|Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox azmış kim ola bilər?! Halbuki bunlar onların ibadətindən xəbərsizdirlər!

46|6|İnsanlar məhşərə toplanacaqları zaman bunlar onlara düşmən olacaq və onların ibadətini inkar edəcəklər.

46|7|Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda kafirlər özlərinə gələn barəsində: “Bu, aşkar bir sehrdir!” –deyirlər.

46|8|Yoxsa onlar: “onu uydurmuşdur!” –deyirlər. De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan qurtara bilməzsiniz. O sizin barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!”

46|9|De: “Mən Rəsulların birincisi deyiləm. Mənimlə və sizinlə nə edəcəyini bilmirəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq açıq-aşkar xəbərdarlıq edənəm!”

46|10|De: “Bir deyin görək, əgər Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun özü kimisi ilə şəhadət verib iman gətirsə və siz təkəbbür göstərsəniz? Allah zalımları doğru yola müvəffəq etməz!”

46|11|Kafir olanlar iman gətirənlər barəsində deyirlər: “Əgər yaxşı bir şey olsaydı, bu işdə bizdən qabağa düşə bilməzdilər iman gətirərdik”. Onlar doğru yola gəlmədikləri üçün: “Bu, köhnə yalandır!” –deyəcəklər.

46|12|Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan kitabı var idi. Bu ərəb dilində təsdiq edən, zalımları qorxutmaq və yaxşı əməl sahiblərinə müjdə vermək üçün olan bir Kitabdır!

46|13|Şübhəsiz: “Rəbbimiz Allahdır!” –deyənlərin, sonra da möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!

46|14|Belələri cənnətlikdirlər, onlar etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!

46|15|Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla daşınma və kəsilmə müddəti otuz aydır. Nəhayət, kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!”

46|16|Belələri yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir!

46|17|Ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz mənə çıxarılacağımımı vəd edirsiniz?!” –deyən kimsəyə, Allahdan mədəd diləyərək: “Vay halına! inan, Allahın vədi haqdır!” –deyərlər. O isə: “Bu qədimlərin əfsanələrindən başqa bir şey deyildir!” –deyə cavab verər.

46|18|Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır!

46|19|Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla haqsızlıq edilməz.

46|20|Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün: “Siz dünyada həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!”

46|21|Ad qövmünün qardaşını da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da xəbərdarlıq edən gəlib-getmiş Əhqafda olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”

46|22|Onlar: “Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!” –deyə cavab vermişdilər.

46|23|Demişdi: “Ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!”

46|24|Onu vadilərinə tərəf üz tutub gələn bir bulud gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” –dedilər. “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!”

46|25|“O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!” Onlar səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq!

46|26|And olsun ki, Biz onlara verdiyimiz imkanı sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları istehza etdikləri sardı.

46|27|And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik. Bəlkə, qayıdalar deyə, ayələri onlara cürbəcür şəkildə bəyan etdik.

46|28|Bəs nə üçün Allahı qoyub yaxınlaşmaq məqsədilə tanrı qəbul etdikləri onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb qeyb oldular. Bu, onların öz yalanları və öz uydurmalarıdır.

46|29|Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda: “Qulaq asın!” –dedilər və qurtardıqdan sonra xəbərdarlıq edən sifətilə öz qövmlərinin yanına qayıtdılar.

46|30|Onlar dedilər: “Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik! |31|Ey qövmümüz! Allahın carçısını qəbul edin və ona iman gətirin. Allah günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər! |32|Allahın carçısını qəbul etməyən yer üzündə qaçıb canını Ondan qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar azmışlar!”

46|33|Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!

46|34|Kafirlər cəhənnəm oduna göstəriləcəkləri gün: “Məgər bu doğru deyilmi?!” Onlar: “Bəli, Rəbbimizə and olsun!” –deyə cavab verəcəklər. Buyuracaqdır: “Elə isə küfr etdiyinizə görə dadın əzabı!”

46|35|Peyğəmbərlərdən əzm sahibləri olanların səbr etdiyi kimi, sən də səbr et. Tez gəlməsini istəmə. Onlar vəd olunduqlarını görəcəkləri gün gündüzün ancaq bir saatı qədər qaldıqlarını sanacaqlar. Bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?!

47. Muhəmməd

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

47|1|Kafir olanların və Allah yolundan döndərənlərin əməllərini puç edəcəkdir.

47|2|İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə inanların isə günahlarının üstünü örtəcək, onların əhvalını düzəldəcəkdir.

47|3|Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!

47|4|Kafirlərlə qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə, kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya məccani, ya da fidyə müqabilində azad edin! Budur! Əgər Allah istəsəydi, onlardan intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.

47|5|Onları doğru yola müvəffəq edəcək, onların əhvalını düzəldəcəkdir.

47|6|Və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.

47|7|Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər.

47|8|Kafirlərə gəldikdə isə - hamısı məhv olsun – onların əməllərini puça çıxardar!

47|9|Bu ona görədir ki, Allahın nazil etdiyini bəyənmədilər, onların əməllərini puç etdi.

47|10|Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etdi. Kafirləri də buna bənzərləri gözləyir!

47|11|Ona görə ki, Allah iman gətirənlərin dostudur. Kafirlərin isə dostu yoxdur!

47|12|Allah iman gətirib yaxşı əməllər edənləri altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə səfa sürər, heyvan kimi yeyib-içərlər. Cəhənnəm odu onların məskəni olacaqdır!

47|13|Səni çıxartdığı şəhərdən daha qüvvətli neçə-neçə şəhərlər var idi ki, Biz onları məhv etdik və özlərinə bir kömək edən də tapılmadı!

47|14|Məgər Rəbbindən bir dəlili olan kimsə, pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.

47|15|Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!

47|16|Onların içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən: “Bu saat nə dedi?!” –deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!

47|17|Doğru yolu tapanlara gəldikdə isə, onların doğruluğunu daha da artırar və onlara təqvalarının mükafatını verər!

47|18|Onlar ancaq o saatın qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Onlara gəlib yetişdiyi zaman ibrət almaları onlara nə fayda verər?!

47|19|Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. Həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir!

47|20|Möminlər: “Kaş bir surə nazil olaydı!” –deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş bildirildi, qəlblərində mərəz olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı - |21|İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!

47|22|Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi?!

47|23|Onlar Allahın lənət etdiyi kar və gözlərini kor etdiyi kimsələrdir!

47|24|Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?

47|25|Doğru yol özlərinə bəlli olduqdan sonra dönənlərə Şeytan xoş göstərdi və onları tovlayıb yoldan azdırdı.

47|26|Bu onların Allahın nazil etdiyini bəyənməyənlərə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!” – demələrinə görədir. Allah onların sirlərini bilir!

47|27|Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?

47|28|Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları və xoş gedən şeyi bəyənmədiklərinə görədir. Elə buna görə də onların əməllərini puç etdi.

47|29|Yoxsa qəlblərində mərəz olanlar elə güman etdilər ki, Allah onların kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!

47|30|Əgər Biz istəsəydik, onları mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın. Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir!

47|31|And olsun ki, Biz içərinizdəki mücahidləri və səbr edənləri ayırd edib bilmək üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri də yoxlayacağıq.

47|32|Şübhəsiz ki, kafirlər, Allah yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Onların bütün əməllərini puç edəcəkdir!

47|33|Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinizi puça çıxartmayın!

47|34|Kafir olanları, Allah yolundan döndərənləri, sonra da kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır!

47|35|Buna görə də zəiflik göstərməyin və üstün gəldiyiniz zaman sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş buraxmaz!

47|36|Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. O sizdən mal-dövlətinizi istəməz.

47|37|Əgər Allah sizdən Onun hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da kin-küdurətinizi zahirə çıxardar.

47|38|Budur, siz Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə yoxsulsunuz. Əgər üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər!

48. Fəth

48|1|Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!

48|2|Allah sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!

48|3|Allah sənə yenilməz qələbə verəcəkdir!

48|4|Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən Odur. Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah biləndir, hikmət sahibidir!

48|5|Allah mömin kişiləri və qadınları əbədi qalacaqları, altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarının üstünü örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur!

48|6|Allah Onun barəsində bədgüman olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir. Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!

48|7|Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

48|8|Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və xəbərdarlıq edən olaraq göndərdik.

48|9|Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və səhər-axşam təqdis edib şəninə təriflər deyəsiniz!

48|10|Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, ona böyük mükafat verər!

48|11|Geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı. Bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!

48|12|Yoxsa siz elə güman edirdiniz ki, Rəsul və möminlər bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz pis fikrə düşmüşdünüz. Və siz məhvə düçar edilmiş bir qövm oldunuz!

48|13|Hər kəs Allaha və Onun Rəsuluna iman gətirməsə, Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!

48|14|Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhm edəndir!

48|15|Siz qənimət əldə etmək üçün getdiyiniz zaman getməyənlər deyəcəklər: “Qoyun biz də sizin arxanızca gələk!” Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur” Onlar deyəcəklər: “Xeyr, siz bizə paxıllıq edirsiniz”. Xeyr, onlar özləri çox az qanan kimsələrdir!

48|16|Geri qalan bədəvi ərəblərə de: “Siz çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi üz çevirsəniz, sizə ağrılı-acılı bir əzab verər”.

48|17|Kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim Allaha və Rəsuluna itaət etsə, onu altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə, onu şiddətli bir əzaba düçar edər!

48|18|And olsun ki, ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. Onların ürəklərində olanı bildi, onlara arxayınlıq göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı.

48|19|Həm də ələ keçirəcəkləri çoxlu qənimətlərə. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

48|20|Allah sizə çox-çox qənimətlər vəd buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu isə sizə tezliklə verdi. Möminlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, insanların sizə qarşı uzanmış əllərini kəsdi.

48|21|Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də. Allah onları ehtiva etmişdir. Allah hər şeyə qadirdir!

48|22|Əgər o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.

48|23|Allahın əvvəldən qoyduğu qayda-qanun belədir. Sən Allahın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən!

48|24|Sizi onlara qalib etdikdən sonra Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir!

48|25|Küfr edənlər də, sizin Məscidülhərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə gedib çatmağa qoymayanlar da məhz onlardır. Əgər tanımadığınız mömin kişi və qadınları bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı. Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə. Əgər onlar bir-birindən seçilib ayrılmış olsaydılar, Biz onlardan kafir olanları şiddətli bir əzaba düçar edərdik!

48|26|Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları zaman Allah Rəsuluna və möminlərə öz dərgahından arxayınlıq göndərmiş və onlara təqva gəlməsini xas etmişdi. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir!

48|27|And olsun ki, Allah-təala Öz Rəsulunun röyasının çin olduğunu təsdiq etdi. Siz, inşallah, əmin-amanlıqla, başınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidülhərama daxil olacaqsınız. Sizin bilmədiklərinizi bilir. O bundan əlavə tezliklə bir qələbə də bəxş edəcəkdir.

48|28|Onu bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər!

48|29|Muhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. Kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət və böyük mükafat vəd buyurmuşdur!

49. Hucurat

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

49|1|Ey iman gətirənlər! Allahdan və Rəsulundan önə keçməyin. Allaha qarşı təqva sahibi olun. Həqiqətən, Allah eşidəndir, biləndir!

49|2|Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.

49|3|Həqiqətən, Allahın Rəsulu yanında astadan danışanlar o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir!

49|4|Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!

49|5|Əgər onlar sən qarşılarına çıxancaya qədər səbr etsəydilər, onlar üçün, əlbəttə, daha yaxşı olardı. Allah bağışlayandır, rəhm edəndir!

49|6|Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!

49|7|Bilin ki, aranızda Allahın Rəsulu vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır!

49|8|Bu isə Allah dərgahından olan lütf və nemət sayəsindədir. Allah biləndir, hikmət sahibidir!

49|9|Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun. Qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!

49|10|Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız!

49|11|Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə. Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır!

49|12|Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allaha qarşı təqvalı olun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir!

49|13|Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allaha qarşı ən çox təqvalı olanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır.

49|14|Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz iman gətirmədiniz! Ancaq: “Biz təslim olduq!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır. Əgər Allaha və Rəsuluna itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

49|15|Möminlər yalnız Allaha və Rəsuluna iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır!

49|16|De: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə və yerdə nə varsa, bilir. Allah hər şeyi biləndir!

49|17|Onlar Təslim olduqlarına görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!”

49|18|Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Allah sizin nə etdiklərinizi görəndir!

50. Qaf

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

50|1|Qaf! Şanlı Qurana and olsun!

50|2|Bəli! Özlərindən bir xəbərdarıq edən gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:” Bu əcaba bir şeydir! |3|Məgər biz ölüb torpaq olduqdan sonra? Bu, uzaq bir qayıdışdır!”

50|4|Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini bilirik. Dərgahımızda hifz edən bir Kitab vardır!

50|5|Lakin onlara haqq gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq içindədirlər.

50|6|Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!

50|7|Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən yetişdirdiyimizi görmürlərmi?!

50|8|Dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.

50|9|Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik.

50|10|Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları – |11|Bəndələrə ruzi olsun deyə! Biz onunla ölü bir məmləkəti cana gətirdik. Çıxmaq da belədir!

50|12|Onlardan əvvəl Nuh tayfası, Rəss əhli, Səmud təkzib etmişdi.

50|13|Ad, Firon, Lut qardaşları;

50|14|Əykə əhli və Tübbə qövmü – bunların hamısı Rəsulları təkzib etdi və Mənim də onlara vəd etdiyim gerçəkləşdi.

50|15|Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! Onlar yeni yaradılış barəsində şəkk-şübhə içindədirlər!

50|16|And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!

50|17|Xatırla ki, sağında və solunda təsbit edən iki mələk oturmuşdur!

50|18|Dediyi hər sözü onun yanında hazır durub gözləyən vardır!

50|19|Ölüm, həqiqətən, gələcəkdir. Bu sənin qorxub qaçdığın şeydir!

50|20|Sur çalınacaqdır. Bu vəd olunmuş gündür!

50|21|Hər bir kəs bir sürüyən və bir də şahidlə gələcəkdir.

50|22|“Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!”

50|23|Yoldaşı deyəcəkdir: “Bu yanımdakı hazırdır!”

50|24|“Atın Cəhənnəmə hər bir inadcıl kafiri; |25|Xeyrə mane olanı, həddi aşanı, şəkk edəni! |26|O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!”

50|27|Yoldaşı deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!”

50|28|Buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə bu əzabı bildirmişdim. |29|Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə zülm edən deyiləm!”

50|30|O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir.

50|31|Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.

50|32|“Bu, vəd olunduğunuz. O, hər bir qayıdan, qoruyan; |33|Rəhmandan görmədən qorxan və haqqa dönmüş qəlblə gələn bəndə üçündür! |34|Ora sağlıqla daxil olun. Bu, əbədiyyət günüdür!”

50|35|Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur!

50|36|Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. “Görəsən, can qurtarmağa bir yer varmı?” ölkə-ölkə gəzib dolaşmışdılar.

50|37|Şübhəsiz ki, bunda qəlb sahibi, yaxud hazır olub qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!

50|38|And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.

50|39|Artıq onların dediklərinə səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de!

50|40|Gecənin bir vaxtında və səcdələrdən sonra da!

50|41|Carçının yaxın bir yerdən, car çəkəcəyi gün dinlə!

50|42|O gün dəhşətli səsi doğrudan-doğruya eşidəcəklər. O gün çıxma günüdür!

50|43|Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. dönüş də Bizim hüzurumuzadır!

50|44|O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sürətlə. O bizim üçün asan olan həşrdir.

50|45|Biz onların nə dediklərini çox gözəl bilirik. Sən onlara zor edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!

51. Zariyat

51|1|Sovurub-dağıdan küləklərə;

51|2|Yağış yüklü buludlara;

51|3|Asanlıqla üzüb gedən gəmilərə;

51|4|Və ruzi bölən mələklərə and olsun ki,

51|5|Sizə vəd olunan həqiqətdir.

51|6|Haqq-hesab da labüddür!

51|7|Yolları olan göyə and olsun ki, |8|Sizin sözləriniz müxtəlifdir>

51|9|Ondan, zatında dönüklük olan kimsə dönər!

51|10|Məhv olsun yalançılar!

51|11|O kəslər ki, cəhalət girdabına düşüb qafil olmuşlar!

51|12|Onlar haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.

51|13|O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.

51|14|“Dadın əzabınızı! Bu sizin tez-tələsik gəlməsini istədiyiniz şeydir!”

51|15|Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;

51|16|Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.

51|17|Onlar gecələr az yatırdılar.

51|18|Səhərlər isə bağışlanmalarını diləyirdilər.

51|19|Mallarında da dilənçinin və yoxsulun haqqı var idi.

51|20|Yerdə tam yəqinliklə inananlar üçün əlamətlər vardır.

51|21|Sizin özünüz də əlamətlər vardır. Məgər görmürsünüz?

51|22|Göydə də ruzinin və vəd olunduğunuz şey vardır!

51|23|Göyün və yerin Rəbbinə and olsun ki, bu sizin danışığınız kimi həqiqətdir.

51|24|İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı?

51|25|Onlar yanına gəlib salam verdikdə salamı alıb: “Bunlar tanımadığım kimsələrdir!” –dedi.

51|26|O, ailəsinin yanına getdi və bir buzov gətirdi.

51|27|Onu qabaqlarına qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi.

51|28|Onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.

51|29|Zövcəsi çağır-bağır salıb üzünə çırparaq dedi: “Mən qoca, qısır bir qarıyam!”

51|30|Onlar: “Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, biləndir!” – dedilər.

51|31|Dedi: “Ey elçilər! Sizin işiniz nədir?”

51|32|Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik. |33|Onların başına gildən daşlar yağdırmaq üçün. |34|Həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!”

51|35|Nəhayət, orada olan möminləri çıxartdıq.

51|36|Lakin orada bir evdən başqa müsəlman tapmadıq.

51|37|Və orada şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq.

51|38|Musanın hekayətində də. O zaman Biz onu Fironun yanına açıq-aşkar bir dəlillə göndərmişdik.

51|39|O, bütün əyanları ilə birlikdə imandan, üz döndərib: “Bu sehrbazdır, yaxud da dəlidir!” – demişdi.

51|40|Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü.

51|41|Adın başına gələnlərdə də. O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən bir külək göndərmişdik.

51|42|O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə döndərirdi.

51|43|Səmudun başına gələnlərdə də. O zaman onlara: “Hələ bir müddət kef çəkib ləzzət alın!” – deyilmişdi.

51|44|Onlar öz Rəbbinin əmrinə təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu.

51|45|Onların nə qalxmağa gücləri çatmış, nə də kömək istəyə bilmişdilər.

51|46|Daha əvvəl Nuh qövmünü. Çünki onlar fasiqlər idilər.

51|47|Biz göyü qüdrətimizlə yaratdıq və Biz qadirik.

51|48|Yeri də Biz döşədik. Döşəyənlər necə də gözəldir!

51|49|Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!

51|50|“Allaha tərəf qaçın! Mən sizi Ondan açıq-aşkar xəbərdarlıq edənəm! |51|Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan açıq-aşkar xəbərdar edənəm!”

51|52|Eləcə də, onlardan əvvəlkilər özlərinə bir Rəsul gələr-gəlməz ona sehrbaz, divanə dedilər.

51|53|Görəsən, onlar bunu bir-birinə vəsiyyətmi etmişlər?! Xeyr, onlar azğın bir qövmdürlər!

51|54|Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən.

51|55|Sən öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.

51|56|Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!

51|57|Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm!

51|58|Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!

51|59|Həqiqət, zülm edənlərin yoldaşlarının qisməti kimi bir qisməti vardır! Qoy onlar Məni tələsdirməsinlər!

51|60|Vəd olunduqları gündən dolayı vay kafirlərin halına!

52. Tur

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

52|1|And olsun Tur dağına; 

52|2|And olsun yazılmış kitaba - |3|Açıq dəri üzərində;

52|4|And olsun Beytülməmura;

52|5|And olsun yüksək tavana |6|Və dolub daşan dənizə ki, |7|Rəbbinin əzabı mütləq vaqe olacaqdır!

52|8|Onu heç kəs dəf edə bilməz!

52|9|O gün göy hərəkətə gəlib fırlanacaq, |10|Dağlar yerindən qopub oynayacaqdır.

52|11|O gün vay yalançı hesab edənlərin halına!

52|12|O kəslər ki, yalana qurşanıb qəflət içində oynayarlar.

52|13|O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.

52|14|“Bu sizin yalan hesab etdiyiniz cəhənnəm odudur! |15|Bu da sehrdir, yoxsa görmürsünüz? |16|Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”

52|17|Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və nemətlər içində olacaqlar.

52|18|Rəbbinin onlara əta etdiyi nemətlərdən zövq alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.

52|19|“Etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için; |20|Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri gözlü hurilərlə evləndirəcəyik.

52|21|İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!

52|22|Onları istədikləri meyvə və ətlə təmin edəcəyik.

52|23|Onlar orada bir-birinə qədəh ötürəcəklər. Onda nə lağlağılıq, nə də günaha təhrik vardır.

52|24|Onların ətrafında özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.

52|25|Onlar bir-birindən hal-əhval tutmağa başlayacaqlar.

52|26|Və belə deyəcəklər: “Biz bundan əvvəl ailəmiz içində olarkən qorxardıq. |27|Artıq Allah bizə mərhəmət buyurub bizi cəhənnəm əzabından qorudu. |28|Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir!”

52|29|Elə isə öyüd-nəsihət ver. Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də divanə!

52|30|Yoxsa onlar: “Şairdir. Biz onun başına gələcək müsibəti gözləyirik!” – deyirlər.

52|31|De: “Gözləyin, mən də sizinlə birlikdə gözlələyənlərdənəm!”

52|32|Yoxsa onların puç ağılları bunu onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.

52|33|Yoxsa onlar: “Onu özündən uydurdun!” - deyirlər. Xeyr, onlar iman gətirmirlər.

52|34|Əgər doğru deyirlərsə, qoy onlar bunun kimi bir kəlam gətirsinlər!

52|35|Yoxsa onlar heç bir şeydən yarandılar?! Yaxud onlar yaradanlardır?!

52|36|Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar ürəkdən inanmırlar!

52|37|Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud onlar hakimdirlər?!

52|38|Yoxsa onların üstünə çıxıb dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!

52|39|Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?!

52|40|Yoxsa sən onlardan bir ücrət istəyirsən və onlar ağır borc yükü altındadırlar?!

52|41|Yoxsa onlar qeybi bilir və yazırlar?!

52|42|Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!

52|43|Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!

52|44|Əgər onlar göyün bir parçasının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər.

52|45|Elə isə sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!

52|46|O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir və onlara heç bir kömək olunmayacaqdır.

52|47|Şübhəsiz ki, zalımları hələ bundan başqa da əzab gözləyir. Lakin onların əksəriyyəti bilməz!

52|48|Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan. Qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!

52|49|Gecənin bir vaxtında nə ulduzlar batandan sonra da Allahı təqdis edib şəninə təriflər de!

53. Nəcm

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

53|1|Batmaqda olan ulduza and olsun ki, |2|Sizin yoldaşınız nə haqq yoldan sapmış, nə də azmışdır!

53|3|O, kefi istəyəni danışmır.

53|4|Bu, ancaq nazil olan bir vəhydir.

53|5|Onu çox qüvvətli olan öyrətdi.

53|6|O qüvvət sahibi göründü.

53|7|O ən uca üfüqdə idi.

53|8|Sonra yaxınlaşdı və aşağı endi.

53|9|İki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.

53|10|Sonra bəndəsinə vəhy buyurduğunu vəhy etdi.

53|11|Qəlb gördüyünü yalan saymadı.

53|12|Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?

53|13|And olsun ki, başqa bir dəfə də görmüşdü;

53|14|Sidrətül-müntəhanın yanında.

53|15|Məva cənnəti onun yanındadır.

53|16|O zaman Sidrəni nələr bürümüşdü, nələr!

53|17|Göz nə yayındı, nə də uzağa getdi.

53|18|And olsun ki, öz Rəbbininən böyük qüdrət nişanələrindən bir qismini gördü.

53|19|Bir deyin görək Lat və Uzza nəyə qadirdilər?!

53|20|Digər üçüncü olan Mənat da həmçinin?!

53|21|Məgər oğlanlar sizin, qızlar Onundurmu?!

53|22|Elə isə bu ədalətsiz bölgüdür!

53|23|Onlar sizin atalarınızın qoyduqları adlardan başqa heç bir şey deyildir! Allah onlara dair heç bir dəlil endirməmişdir. Onlar yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər gəlmişdir.

53|24|Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?!

53|25|Axirətdə, dünya da ancaq Allahındır!

53|26|Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə izin verdikdən sonra.

53|27|Həqiqətən, axirətə inanmayanlar mələklərə qadın adları verirlər.

53|28|Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!

53|29|Artıq Bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!

53|30|Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, doğru yolda olanı da ən gözəl tanıyandır!

53|31|Göylərdə və yerdə nə varsa, Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!

53|32|Kiçik günahlar istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!

53|33|İndi gördünmü dönəni, |34|Bir az verib xəsislik göstərəni?

53|35|Məgər o, qeybi bilirmi ki, görsün?!

53|36|Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi?!

53|37|Və çox vəfalı olan İbrahimin

53|38|“Heç bir günahkar başqasının günahına yüklənməz! |39|İnsana ancaq öz zəhməti qalar! |40|Şübhəsiz ki, onun zəhməti görünəcəkdir! |41|Sonra da ona tam əvəzi veriləcəkdir!”

53|42|Həqiqətən, axır dönüş sənin Rəbbinədir!

53|43|Güldürən də, ağladan da Odur!

53|44|Öldürən də, dirildən də Odur!

53|45|İki cifti erkək və dişi olaraq yaradan Odur – |46|nütfədən axıb tökülərkən.

53|47|Yenidən diriltmək də Ona aiddir!

53|48|Dövlətli də edən, kasıb da edən Odur!

53|49|Şiranın da Rəbbi Odur!

53|50|Əvvəlki Adı O məhv etdi.

53|51|Səmudu da həmçinin! Və buraxmadı.

53|52|Daha əvvəl Nuh qövmünü, çünki onlar daha zalım, daha azğın kimsələr idi.

53|53|Mötəfikənin də altını üstünə O çevirdi.

53|54|Onları nələr sardı, nələr!

53|55|Sən öz Rəbbinin hansı nemətlərinə şəkk edirsən?!

53|56|Bu da əvvəlki xəbərdarlıq edənlər kimi, xəbərdarlıq edəndir.!

53|57|Yaxınlaşan yaxınlaşdı.

53|58|Onu Allahdan başqa heç kəs dəf edə bilməz!

53|59|İndi siz bu kəlama təəccübmü edirsiniz?

53|60|Həm də gülürsünüz, heç ağlamırsınız!

53|61|Siz oynayır-əylənirsiniz.

53|62|Gəlin Allaha səcdə edin, ibadət edin!

54. Qəmər

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

54|1|O saat yaxınlaşdı və ay parçalandı.

54|2|Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib: “davam edən bir sehrdir!” – deyərlər.

54|3|Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır!

54|4|And olsun ki, onlara çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

54|5|Olduqca böyük hikmətdir. Lakin qorxutmalar heç bir fayda verməz!

54|6|Artıq sən onlardan üz çevir. Carçının onları olduqca pis bir şeyə çağıracağı günədək!

54|7|Onlar gözlərini zəlilanə aşağı tikib səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

54|8|Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.

54|9|Bunlardan əvvəl Nuh qövmü təkzib etmiş və bəndəmizi yalançı sayıb: “divanədir!” – demişdilər. Ona qadağan edilmişdi.

54|10|Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də intiqam al!” – dedi.

54|11|Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq.

54|12|Yeri yarıb bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən edilmiş bir iş üçün bir-birinə qovuşdu.

54|13|Biz Nuhu taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.

54|14|İnkar edilmiş kimsəyə mükafat olaraq verilən gözümüzün qabağında üzüb gedirdi.

54|15|And olsun ki, Biz onu ibrət üçün saxladıq. Amma heç bir ibrət alan varmı?!

54|16|Bir Mənim əzabım və qorxutmağım necə oldu!

54|17|And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!

54|18|Ad təkzib etmişdi. Mənim əzabım və qorxutmağım necə oldu!

54|19|Biz uzun sürən nəhs bir gündə onların üstünə uğultulu bir külək göndərdik.

54|20|O, adamları kökündən qopmuş xurma kötükləri kimi qopardıb atırdı.

54|21|Mənim əzabım və qorxutmağım necə oldu!

54|22|And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!

54|23|Səmud təhdidləri yalan saymışdı.

54|24|Onlar demişdilər: “Məgər biz özümüzdən olan bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq! |25|Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”

54|26|“Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər! |27|Biz onları imtahana çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və döz! |28|Və onlara suyun onlar arasında bölüşdürüldüyünü xəbər ver! Hərə öz növbəsində hazır olsun!”

54|29|Nəhayət, onlar öz yoldaşlarını çağırdılar. O da tutub kəsdi.

54|30|Mənim əzabım və qorxutmağım necə oldu!

54|31|Biz onlara bircə dəhşətli səs göndərdik, dərhal ağıl düzəldənin istifadə etdiyi quru ota döndülər.

54|32|And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!

54|33|Lut qövmü də təhdidləri yalan saymışdı.

54|34|Biz də onların üstünə daş yağdıran yel göndərdik, yalnız Lutun ailəsini səhər çağı xilas etdik;

54|35|Dərgahımızdan bir lütf olaraq! Biz şükür edəni belə mükafatlandırırıq!

54|36|And olsun ki, onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə şübhə edib inanmamışdılar.

54|37|Cəlalıma and olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!”

54|38|And olsun ki, səhər tezdən onları əbədi bir əzab yaxaladı.

54|39|“İndi əzabımı və təhdidlərimi dadın!”

54|40|And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!

54|41|And olsun ki, Bizim təhdidlərimiz Firon əhlinə də gəlib çatmışdı.

54|42|Onlar ayələrimizin hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.

54|43|Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa kitablarda sizin üçün bəraət vardır?!

54|44|Yoxsa onlar: “Biz intiqam ala biləcək bir zümrəyik!” – deyirlər?

54|45|Bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!

54|46|Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır.

54|47|Şübhəsiz ki, günahkarlar haqq yoldan azmışlar və cəhənnəm odu içərisində olacaqlar.

54|48|O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək: “Duyun Cəhənnəmin təmasını!”

54|49|Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq.

54|50|Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər!

54|51|And olsun ki, Biz sizin kimiləri məhv etmişik. Amma heç bir ibrət alan varmı?!

54|52|Onların etdiyi hər şey dəftərlərdədir!

54|53|Hər bir kiçik və böyük yazılmışdır!

54|54|Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında, |55|haqq məclisində, qadir hökmdarın hüzurunda olacaqlar!

55. Rəhman

55|1|Rəhman!

55|2|Quranı öyrətdi.

55|3|İnsanı yaratdı.

55|4|Ona danışmağı öyrətdi.

55|5|Günəş və ay müəyyən bir ölçü ilə.

55|6|Otlar da, ağaclar da, səcdə edər!

55|7|Göyü O ucaltdı, tərəzini O qoydu!

55|8|Ona görə ki, çəkidə hədi aşmayasınız.

55|9|Tərəzini düz tutun, çəkini əskiltməyin!

55|10|Yeri də məxluqat üçün O döşədi.

55|11|Orada növbənöv meyvələr və tumurcuqlu xurma ağacları;

55|12|Saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər vardır.

55|13|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|14|İnsanı saxsı kimi quru palçıqdan O yaratdı.

55|15|Cannı da tüstüsüz oddan O xəlq etdi.

55|16|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|17|İki məşriqin və iki məğribin Rəbbi Odur.

55|18|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|19|İki dənizi O qovuşdurdu.

55|20|Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar.

55|21|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|22|Onlardan inci və mərcan çıxar.

55|23|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|24|Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.

55|25|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|26|Bütüb hər kəs fanidir.

55|27|Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.

55|28|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|29|Göylərdə və yerdə kim varsa, Ondan diləyər. O hər gün bir işdədir.

55|30|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|31|Ey ağır yük altında olanlar! Sizinlə də, məşğul olacağıq.

55|32|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|33|Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq qüvvətlə çıxa bilərsiniz!

55|34|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|35|Sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz.

55|36|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|37|Göy ayrılıb dəri kimi qıpqırmızı olduğu zaman?!

55|38|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|39|O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır!

55|40|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|41|Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar.

55|42|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|43|“Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!”

55|44|Onlar onunla qaynar su arasında dolanıb duracaqlar.

55|45|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|46|Şübhəsiz ki, Rəbbinin məqamından qorxanları iki cənnət gözləyir!

55|47|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|48|Qollu-budaqlıdır.

55|49|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|50|Orada iki axar bulaq vardır.

55|51|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|52|Orada hər meyvədən iki növ vardır.

55|53|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|54|Onlar orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır.

55|55|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|56|Orada gözlərini dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins toxunmamış qadınlar vardır.

55|57|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|58|Onlar, sanki yaqut və mərcandırlar.

55|59|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|60|Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!

55|61|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|62|Onlardan başqa daha iki cənnət vardır.

55|63|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|64|Yamyaşıldır.

55|65|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|66|Orada fəvvarə verib qaynayan iki bulaq vardır.

55|67|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|68|Orada növbənöv meyvələr, xurma və nar vardır.

55|69|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|70|Orada xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır.

55|71|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|72|Çadırlarda gözlərini dikmiş hurilər vardır.

55|73|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|74|Onlara əvvəl heç bir ins-cins toxunmamışdır.

55|75|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|76|Onlar yaşıl balışlara və gözəl naxışlı xalılara söykənmiş olacaqlar.

55|77|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|78|Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır!

56. Vaqiə

56|1|Qiyamət vaqe olacağı vaxt

56|2|Onun vaqe olmasını heç kəs təkzib edə bilməz!

56|3|O alçaldacaq, ucaldacaqdır.

56|4|Yer hərəkətə gəlib şiddətlə titrədiyi,

56|5|Dağlar parça-parça olub ovxalandığı

56|6|Və toz kimi səpələndiyi zaman

56|7|Siz üç zümrəyə ayrılacaqsınız:

56|8|Sağ tərəf sahibləri. Kimdir o sağ tərəf sahibləri?

56|9|Sol tərəf sahibləri. Kimdir o sol tərəf sahibləri?

56|10|Və öndə olanlar. Onlar öndədirlər! 

56|11|Onlar yaxınlaşdırılmış kimsələrdir.

56|12|Onlar Nəim cənnətlərində olacaqlar.

56|13|Çox əvvəlkilərdən,

56|14|Biz azı da axırıncılardandır.

56|15|Bəzənmiş taxtlar üstündə qərar tutacaq,

56|16|Onlara söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.

56|17|Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;

56|18|Məin dolu piyalələr, kuzələr və qədəhlərlə.

56|19|Ondan başları ağrımaz və keflənməzlər.

56|20|Bəyənib seçdikləri meyvələr

56|21|Və istədikləri hər cür quş əti ilə.

56|22|iri gözlü, qəşəng hurilər də vardır.

56|23|Sanki sədəf içində gizlənmiş incidirlər.

56|24|Onlar etdikləri əməllər müqabilində nail olacaqlar.

56|25|Onlar orada nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.

56|26|Eşitdikləri söz ancaq “salam” olacaqdır.

56|27|Sağ tərəf sahibləri! Kimdir o sağ tərəf sahibləri?

56|28|Tikansız sidr ağacları,

56|29|Salxım-salxım sallanmış möüz ağacları altında;

56|30|Çəkilməyən kölgəliklərdə;

56|31|Axar su kənarında;

56|32|Bol meyvələr –

56|33|Tükənməz və qadağan edilməyən içində

56|34|Və hündür döşəklər üstündə olacaqlar!

56|35|Şübhəsiz ki, Biz onları başqa cür yaradacağıq!

56|36|Onları bakirə qızlar,

56|37|Ərlərini sevən, həmyaşıdlar edəcəyik.

56|38|Sağ tərəf sahibləri üçündür onlar!

56|39|bir çoxu əvvəlkilərdən,

56|40|Bir çoxu da axırıncılardandır.

56|41|Sol tərəf sahibləri! Kimdir o sol tərəf sahibləri?

56|42|Səmum yeli və qaynar su içində,

56|43|Qapqara duman kölgəsində olacaqlar!

56|44|nə sərin, nə də xoşagələndir.

56|45|Onlar bundan əvvəl naz-nemət içində idilər.

56|46|Özləri də böyük günah içində israr edib dururdular.

56|47|Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?! |48|Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”

56|49|De: “Əvvəlkilər də, sonrakılar da, |50|Məlum bir günün müəyyən bir vaxtında mütləq cəm ediləcəklər.

56|51|Sonra, siz ey yoldan azanlar, dananlar!

56|52|Şübhəsiz ki, zəqqum ağacından yeyəcəksiniz,

56|53|Qarınlarınızı onunla dolduracaqsınız.

56|54|Üstündən də, qaynar su içəcəksiniz.

56|55|Özü də onu susuzluq xəstəliyinə tutulmuş kimi içəcəksiniz.

56|56|Bu onların haqq-hesab günündəki ziyafətidir.

56|57|Biz sizi yaratdıq. Məgər təsdiq etməzmisiniz?

56|58|Bəs axıtdığınız nütfəyə nə deyirsiniz?

56|59|Ondan yaradan sizsiniz, yoxsa Biz?!

56|60|Sizin aranızda ölüm əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz deyilik,

56|61|yerinizə sizin kimiləri gətirməkdən və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!

56|62|And olsun ki, siz ilk yaradılışı bilirsiniz. Elə isə heç düşünmürsünüz?!

56|63|Bəs əkdiyinizə nə deyirsiniz?

56|64|Onu bitirən sizsiniz, yoxsa Biz?!

56|65|Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:

56|66|“Biz ziyana uğramış, |67|Bəlkə, məhrum olmuş kimsələrik!”.

56|68|Bəs içdiyiniz suya nə deyirsiniz?

56|69|Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!

56|70|Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükür etmirsiniz?

56|71|Bəs yandırdığınız oda nə deyirsiniz?

56|72|Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?

56|73|Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.

56|74|Belə olduqda sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!

56|75|Ulduzların mənzillərinə and olsun ki –

56|76|Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz –

56|77|Bu çox qiymətli Qurandır.

56|78|Qorunub saxlanılan bir Kitabdadır. 

56|79|Ona yalnız pak olanlar toxuna bilər!

56|80|Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

56|81|İndi siz bu kəlamı yalan sayırsınız?

56|82|Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?

56|83|Boğaza yetişdiyi zaman

56|84|Siz baxıb durursunuz.

56|85|Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz!

56|86|Əgər sizdən haqq-hesab çəkilməyəcəksə,

56|87|Və əgər doğru deyirsinizsə, bəlkə, geri qaytarasınız?!

56|88|Amma əgər yaxın olanlardandırsa,

56|89|Rəhmət, gözəl ruzi və Nəim cənnəti gözləyir!

56|90|Əgər o, sağ tərəf sahiblərindəndirsə,

56|91|“Sağ tərəf sahiblərindən sənə salam olsun!”

56|92|Əgər yalan sayanlardan və yoldan azanlardandırsa,

56|93|Qaynar su ziyafəti veriləcək

56|94|Və özü də Cəhənnəmə atılacaqdır.

56|95|Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!

56|96|Elə isə sən ulu olan Rəbbinin adını təsbih et!

57. Hədid

57|1|Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

57|2|Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!

57|3|Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!

57|4|Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!

57|5|Göylərin və yerin hökmü Onun əlindədir. İşlər ancaq Allaha tərəf qaytarılacaqdır!

57|6|Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!

57|7|Allaha və Rəsuluna iman gətirin. Sizi varis etdiyi maldan xərcləyin. Sizdən iman gətirib sərf edənləri böyük bir mükafat gözləyir!

57|8|Rəsul sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl sizdən əhd almışdı. Əgər iman gətirəcəksinizsə,

57|9|Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz bəndəsinə açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!

57|10|Sizə nə olub ki, Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası ancaq Allahındır. Sizlərdən fəthdən əvvəl sərf edənlər və vuruşanlar eyni deyillər. Onlar fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!

57|11|Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir!

57|12|O gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən. “Bu gün sizin müjdəniz altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur!

57|13|O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” – deyəcəklər. Belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın!” Onların arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.

57|14|Səsləyib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?!” Belə cavab verəcəklər: “Bəli. Lakin siz özünüzü fitnəyə saldınız, siz gözləyirdiniz və şəkk edirdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar aldatdı. Sizi Allah barəsində o tovlayan tovladı! |15|Bu gün artıq nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!”

57|16|İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlarla uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir!

57|17|Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin!

57|18|Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir!

57|19|Allaha və Rəsuluna iman gətirənlər – məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər və şəhidlərdir. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.

57|20|Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir.

57|21|Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun Rəsullarına iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür. Allah çox böyük lütf sahibidir!

57|22|Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!

57|23|Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz!

57|24|O kəslər ki, həm özləri xəsislik edər, həm də xalqa xəsis olmağı əmr edərlər. Kim üz döndərsə. Həqiqətən, Allah ehtiyacsızdır, şükrə layiqdir!

57|25|And olsun ki, Biz Rəsullarımızı açıq-aşkar dəlillərlə göndərdik. Biz onlara birlikdə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad etdik ki, Allah görmədən Ona və Rəsullarına kömək göstərənləri bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

57|26|And olsun ki, Biz Nuhu və İbrahimi göndərdik, Nəbiliyi və kitabı onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə fasiqlərdir!

57|27|Sonra onların ardınca Rəsullarımızı yolladıq. Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik icad etdilər. Biz onu onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.

57|28|Ey iman gətirənlər! Allahdan qorxun və Onun Rəsuluna iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!

57|29|Kitab əhli bilsin ki, onlar Allahın lütfünə heç bir vəchlə mane ola bilməzlər. Şübhəsiz ki, lütf Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah çox böyük lütf sahibidir!

58. Mucadələ

58|1|Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah eşidəndir, görəndir!

58|2|Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.

58|3|Qadınları ilə zihar edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır!

58|4|Kim tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Rəsuluna iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir. Kafirləri şiddətli bir əzab gözləyir!

58|5|Allah və Onun Rəsulu əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!

58|6|Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah sayıb yazmış, onlar isə unutmuşlar. Allah hər bir şeyə şahiddir!

58|7|Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, bilir? Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, yenə də onların yanındadır. Sonra qiyamət günü onlara etdikləri əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir!

58|8|Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Rəsulun əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır və ürəklərində: “Bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir!

58|9|Ey iman gətirənlər! Bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik və Rəsulun əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq barədə danışın və hüzuruna toplanacağınız Allahdan qorxun!

58|10|Şübhəsiz ki, məxfi danışma iman gətirənləri məyus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!

58|11|Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildiyi zaman yer verin ki, Allah da sizə geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!

58|12|Ey iman gətirənlər! Rəsulla məxfi danışacağınız zaman bu danışıqdan əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli, daha pakdır. Əgər bir şey tapmasanız. Çünki Allah bağışlayandır, rəhm edəndir!

58|13|Məgər siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz etmədiniz və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!

58|14|Məgər onların Allahın qəzəbləndiyi bir tayfanı özlərinə dost tutduqlarını görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.

58|15|Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir!

58|16|Onlar andlarını özlərinə sipər etdilər və Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir.

58|17|Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.

58|18|Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Allaha da and içəcək və bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar!

58|19|Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır!

58|20|Allahın və Onun Rəsulunun əleyhinə çıxanlar ən zəlil kimsələr içərisində olacaqlar!

58|21|Allah: “And olsun ki, Mən və Rəsullarım qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

58|22|Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Rəsuluna əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh vermişdir. Onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb səadətə qovuşanlardır.

59. Həşr

59|1|Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

59|2|Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz yurdundan çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan qoruyacağını zənn edirdilər. Amma Allah onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! ibrət alın!

59|3|Əgər Allah onlara sürgün olunmağı hökm etməsəydi, onları dünyada mütləq əzaba düçar edərdi. Axirətdə isə onları cəhənnəm əzabı gözləyir!

59|4|Bu onların Allaha və Onun Rəsuluna asi olmalarına görədir. Kim Allaha asi olsa, Allahın cəzası çox şiddətlidir!

59|5|Hər hansı bir xurma ağacını kəsməyiniz, yaxud onu kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Və bu fasiqləri rüsvay etməsi üçündür.

59|6|Allahın onların mallarından Öz Rəsuluna verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz Rəsulunu istədiyi kimsələr üzərində hakim edər. Allah hər şeyə qadirdir!

59|7|Allah Öz Rəsuluna məmləkətlərin əhalisindən verdiyi qənimət Allaha, Rəsula, qohum-əqrabaya, yetimlərə, yoxsullara və müsafirə məxsusdur. Bu ona görədir ki, içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın. Rəsul sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.

59|8|Yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Rəsuluna kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar doğru olan kimsələrdir!

59|9|Onlardan əvvəl yurd salmış və iman gətirirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!

59|10|Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”

59|11|Məgər kitab əhlindən kafir olan qardaşlarına: “Əgər çıxarılsanız, biz də sizinlə birlikdə mütləq çıxacaq, sizin əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!” – deyən münafiqləri görmədinmi? Allah onların xalis yalançı olduğuna şahiddir!

59|12|And olsun ki, əgər onlar yurdlarından çıxarılsalar, onlarla birlikdə çıxmazlar. Əgər onlarla vuruşsalar, onlara kömək etməzlər. Yox, əgər (münafiqlər) onlara yardım etmiş olsalar, arxa çevirib qaçar, sonra da onlara heç bir kömək olunmaz!

59|13|Onların ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu isə onların anlamaz bir qövm olduqlarına görədir.

59|14|Onlar hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə, yaxud divar arxasında olarkən döyüşərlər. Onların öz aralarındakı vuruşmaları isə çox güclüdür. Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır.

59|15|Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış kimsələrə bənzəyirlər. Onları şiddətli bir əzab gözləyir.

59|16|Şeytana bənzəyir. O, insana: “Kafir ol!” – deyər. Kafir olan kimi: “Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyər.

59|17|Onların hər ikisinin aqibəti cəhənnəm odu içində həmişəlik qalmaqdır. Zalımların cəzası budur!

59|18|Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!

59|19|Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir!

59|20|Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb səadətə qovuşanlardır!

59|21|Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.

59|22|O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir!

59|23|O Özündən başqa heç bir tanrı olmayan, ixtiyar sahibi, müqəddəs  olan, salamatlıq, əmin-amanlıq bəxş edən, göz-qulaq olub qoruyan, yenilməz qüdrət sahibi, məcbur etməyə qadir olan, böyük olan Allahdır. Allah Ona qoşduqlarından ucadır.

59|24|O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

60. Mumtəhinə

60|1|Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Rəsulu və sizi çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa. Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!

60|2|Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.

60|3|Nə qohum-əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!

60|4|İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan qurtara bilmərəm!” – deməsi istisnadır. “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır. |5|Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”

60|6|And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim üz döndərsə. Allah möhtac deyildir; O, tərifə layiqdir!

60|7|Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr arasında dostluq yaratsın. Allah qadirdir. Allah bağışlayandır, rəhm edəndir!

60|8|Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!

60|9|Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!

60|10|Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar onlara, nə də onlar bunlara halaldır. Onların xərclədiklərini özlərinə qaytarıb verin. Bunların mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. Verdiyiniz mehri istəyin. Sərf etdikləri mehri istəsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm edər. Allah biləndir, hikmət sahibidir!

60|11|Əgər zövcələrinizdən biri sizdən qaçıb kafirlərə qoşulsa və siz də qənimət əldə etsəniz, zövcələri getmiş kimsələrə onların sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!

60|12|Ya Nəbi! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

60|13|Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən ümidlərini üzdükləri kimi, onlar da axirətdən ümidlərini üzmüşlər!

61. Səff

61|1|Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

61|2|Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?

61|3|Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.

61|4|Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!

61|5|Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş Rəsulu olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?” Onlar üz döndərdi. Allah fasiqləri doğru yola yönəltməz!

61|6|Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir Rəsulla müjdə verən Allahın Rəsuluyam!” Sonra onlara açıq-aşkar Dəlillər gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.

61|7|İslama dəvət olunduğu halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!

61|8|Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır.

61|9|Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət və haqq dinlə göndərən Odur!

61|10|Ey iman gətirənlər! Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?

61|11|Allaha və Onun Rəsuluna iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

61|12|O sizin günahlarınızı bağışlayar və sizi altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur!

61|13|Sevdiyiniz başqa bir şey də – Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver!

61|14|Ey iman gətirənlər! Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.

62. Cumuə

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

62|1|Göylərdə və yerdə nə varsa, mülkün hökmdarı, müqəddəs, yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!

62|2|Ümmi ərəblərə özlərindən Rəsul göndərən Odur. Əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara ayələrini oxuyar, onları təmizləyər, onlara Kitabı və hikməti öyrədər.

62|3|Ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da  öyrədər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

62|4|Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir. Allah çox böyük mərhəmət sahibidir!

62|5|Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzərlər. Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım qövmü doğru yola yönəltməz!

62|6|De: “Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, doğru deyirsinizsə, onda ölüm diləyin!”

62|7|Halbuki onlar öz əlləri ilə etdikləri əməllərə görə heç vaxt diləməzlər. Allah zalımları çox gözəl tanıyandır!

62|8|De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!

62|9|Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

62|10|Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız!

62|11|Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!”

63. Munafiqun

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

63|1|Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Rəsulu olduğuna şəhadət veririk!” – deyirlər. Allah sənin Onun həqiqi Rəsul olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.

63|2|Onlar andlarını özlərində sipər edib Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!

63|3|Bunun səbəbi odur ki, onlar iman gətirdilər, sonra isə kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.

63|4|Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki söykədilmiş dirəklərdir. Onlar hər bir qışqırığın öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!

63|5|Onlara: “Gəlin Allahın Rəsulu sizin bağışlanmağınızı diləsin!” –deyildiyi zaman başlarını bulayar və sən onların təkəbbürlə üz çevirdiklərini görərsən.

63|6|Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!

63|7|Onlar: “Allahın Rəsulu yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər anlamazlar.

63|8|Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən güclülər ən zəifləri, əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki şərəf-şan da, yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin münafiqlər bilməzlər!

63|9|Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə, belələri əsl ziyana uğrayanlardır.

63|10|Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!” – deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.

63|11|Və Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!

64. Təğabun

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

64|1|Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!

64|2|Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!

64|3|O, göyləri və yeri haqq-ədalətlə xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. Axır dönüş də Onun hüzurunadır!

64|4|O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!

64|5|Məgər sizdən əvvəl kafir olanların xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördükləri işlərin cəzasını dünyada daddılar. Onları şiddətli bir əzab gözləyir!

64|6|Çünki Rəsulları onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: “Məgər bizi doğu yola bir insanmı salacaqdır?!” – deyərək inkar edir və üz döndərirlər. Allahın ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, şükrə layiqdir!

64|7|Kafir olanlar əsla dirildilməyəcəklərini iddia edirlər. De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da etdiyiniz əməllər sizə xəbər veriləcəkdir.” Bu, Allah üçün çox asandır!

64|8|Elə isə Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura iman gətirin! Allah etdiyimiz əməllərdən agahdır!

64|9|Allahın sizi toplanmış gününə cəm edəcəyi gün – məhz o gün qarşılıqlı aldanma günüdür! Kim Allaha iman gətirib yaxşı əməllər etsə, onun günahlarının üstünü örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur!

64|10|Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!

64|11|Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, onun qəlbini haqqa doğru yönəldər. Allah hər şeyi biləndir!

64|12|Allaha itaət edin, Onun Rəsuluna itaət edin; hər kəs üz döndərsə, Rəsulumuzun öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir!

64|13|Allahdan başqa heç bir Tanrı yoxdur. Buna görə də möminlər ancaq Allaha təvəkkül etsinlər!

64|14|Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin! Amma onları əfv etsəniz, keçsəniz və bağışlasanız. Çünki Allah bağışlayandır, rəhm edəndir!

64|15|Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah dərgahındadır!

64|16|Allaha bacardığınız qədər təqva sahibi olun. qulaq asın; itaət edin və xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!

64|17|Əgər Allaha gözəl bir borc versəniz, sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!

64|18|Gizlini də, aşkarı da biləndir, yenilməz qüdrət sahibi, hikmət sahibidir!

65. Təlaq

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

65|1|Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allaha qarşı təqva sahibi olun. Onları – açıq-aşkar bir pis iş etməyənə qədər – yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir. Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin.

65|2|Bunların gözləmə müddəti başa çatdıqda onları yaxşılıqla yola salın. İçərinizdən iki ədalətli şahid tutun. Allah üçün şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allaha qarşı təqvalı olsa, Allah ona bir çıxış yolu əta edər.

65|3|Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir.

65|4|Heyzdən kəsilmiş qadınlarınız barədə şübhə etsəniz, onların və həmçinin hələ heyz görməmiş olanların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allaha qarşı təqvalı olsa, Allah onun işini asan edər.

65|5|Bu, Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allaha qarşı təqvalı olsa, Allah onun üstünü örtər və mükafatını artırar.

65|6|Onları imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. Sıxışdırmaq məqsədilə onlara zərər verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda yaxşılıqla sazişə gəlin. Əgər çətinliyə düşsəniz, onu başqa bir qadın əmizdirə bilər.

65|7|Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq əta edər.

65|8|Neçə-neçə məmləkət öz Rəbbinin və Onun Rəsulunun əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik.

65|9|Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu.

65|10|Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allaha qarşı təqva sahibi olun! Allah sizin üçün Zikri nazil etmiş, |11|Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura çıxartmaq üçün Allahın açıq-aşkar ayələrini sizə oxuyan bir Rəsul göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, onu əbədi qalacaqları, altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!

65|12|Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə, əmri onların arasında nazil olar.

66. Təhrim

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

66|1|Ya Peyğəmbər! Zövcələrinin razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi niyə özünə haram edirsən? Allah bağışlayandır, rəhm edəndir!

66|2|Həqiqətən, Allah andlarınızı geri götürməyi vacib etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O biləndir, hikmət sahibidir!

66|3|Bir zaman Peyğəmbər öz zövcələrindən birinə gizli bir söz demişdi. Bu sözü xəbər verdikdə və Allah bunu ona əyan etdikdə bunun bir qismini bildirmiş, bir qismini bildirməkdən isə vaz keçmişdi. Əhvalatı bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” – deyə soruşmuş, o da: “Bunu mənə bilən, agah olan xəbər verdi!” – deyə cavab vermişdi.

66|4|Əgər ikiniz də Allaha tövbə etsəniz. Çünki qəlbləriniz meyl etdi. Əgər ona qarşı bir-birinizə kömək etsəniz, onun mövlası Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da mələklərdir.

66|5|Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!

66|6|Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir.

66|7|“Ey kafir olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”

66|8|Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”

66|9|Ya Peyğəmbər! Kafirlərə qarşı, münafiqlərə qarşı vuruş. Onlarla sərt rəftar et. Onların məskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdır!

66|10|Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: “Girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.

66|11|Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi.

66|12|Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu.

67. Mülk

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

67|1|Hökm əlində olan Allah nə qədər ucadır. O, hər şeyə qadirdir!

67|2|Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır.

67|3|Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?!

67|4|Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!

67|5|And olsun ki, Biz dünya səmasını qəndillərlə bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.

67|6|Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!

67|7|Onlar qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər!

67|8|O, qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora atıldıqca onun gözətçiləri onlardan: “Məgər sizə xəbərdarlıq edən gəlməmişdimi?” – deyə soruşacaqlar.

67|9|Onlar deyəcəklər: “Bəli, bizə xəbərdarlıq edən gəlmişdi.” Amma biz yalançı sayıb demişdik: “Allah heç bir şey nazil etməmişdir. Siz sadəcə olaraq çox azmısınız!”

67|10|Onlar: “Əgər biz qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!” – deyəcək, |11|Və beləcə öz günahlarını etiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!

67|12|Rəbbindən görmədən qorxanları isə bağışlanma və böyük bir mükafat gözləyir!

67|13|İstər sözünüzü gizli saxlayın, istər açıq deyin. Ürəklərdə olanları biləndir!

67|14|Məgər yaradan bilməzmi?! O, incəliyinə qədər biləndir, xəbərdardır!

67|15|Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin, ruzisindən yeyin. Axır dönüş də Onadır!

67|16|Göydə olanın yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?!

67|17|Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz.

67|18|Onlardan əvvəlkilər də təkzib etmişdilər. Mənim onları cəzalandırmağım necə oldu.

67|19|Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!

67|20|Yaxud bu əsgərləriniz kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!

67|21|Əgər Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar dikbaşlıqdan və nifrət etməkdən əl çəkmirlər.

67|22|Elə isə üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən?!

67|23|De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükür edirsiniz!”

67|24|De: “Sizi yer üzünə yayıb səpələyən Odur. Onun hüzuruna toplanacaqsınız!”

67|25|Onlar deyirlər: “Əgər doğru danışanlardansınızsa,ə bu vəd nə vaxt yerinə yetəcəkdir?”

67|26|De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq açıq-aşkar xəbərdarlıq edənəm!”

67|27|Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək və onlara: “Sizin istədiyiniz əzab budur!” – deyiləcəkdir.

67|28|De: “Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan kim qurtara bilər?!”

67|29|De: “O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin açıq-aydın azmış olduğunu biləcəksiniz!”

67|30|De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib getsə, kim sizə axar su gətirə bilər?!”

68. Nun və ya əl-Qələm

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

68|1|Nun! And olsun qələmə və yazdıqlarına ki, |2|Sən Rəbbinin neməti sayəsində divanə deyisən!

68|3|Və həqiqətən, səni minnətsiz mükafat gözləyir!

68|4|Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!

68|5|Sən də görəcəksən, onlar da görəcəklər, |6|Hansınızın divanə olduğunu!

68|7|Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!

68|8|Elə isə yalan sayanlara itaət etmə!

68|9|İstərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər!

68|10|İtaət etmə hər and içənə, alçağa;

68|11|Qeybət edənə, söz gəzdirənə;

68|12|Xeyrə mane olana, həddi aşana, günaha batana;

68|13|Daş ürəkliyə, əsli-nəsəbi bilinməyən haramzadaya - |14|O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!

68|15|Ayələrimiz ona oxunduğu zaman o: “qədimlərin əfsanələridir!” – dedi.

68|16|Biz onun burnuna damğa basacağıq!

68|17|Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da imtahana çəkdik. O vaxt səhər açılanda mütləq dərəcəklərinə and içmişdilər. |18|Və heç bir istisna yeri də qoymamışdılar.

68|19|Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi. |20|Və o qapqara qaraldı.

68|21|Onlar səhər qalxıb bir-birini belə səslədilər: |22|“Əgər yığacaqsınızsa, bağınıza tez gedin!”

68|23|Nəhayət, yola düşdülər, bir-birinə xəlvətcə belə deyirdilər: |24|“Bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”

68|25|Onlar bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər.

68|26|Bu vəziyyətdə gördükdə dedilər: “Yəqin ki, azmışıq! |27|Xeyr, biz məhrum olmuşuq!”

68|28|Onların ən ağıllısıə dedi: “Məgər mən sizə həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!”

68|29|Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər.

68|30|Onlar bir-birini danlamağa başladılar.

68|31|Və dedilər: “Vay halımıza! Biz azğınlıq edirdik. |32|Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən diləyirik!”

68|33|Əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!

68|34|Həqiqətən, Allaha qarşı təqval olub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!

68|35|Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!

68|36|Sizə nə olub, necə mühakimə yürüdürsünüz?

68|37|Yoxsa bir kitabınız vardır ki, orada oxuyursunuz?!

68|38|Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!

68|39|Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?!

68|40|Onlardan soruş ki, hansı biri buna zamindir?

68|41|Yoxsa onların şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!

68|42|İş çətinləşəcəyi və səcdəyə dəvət olunacaqları gün onlar qadir olmayacaqlar.

68|43|Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar sağlam olduqları ikən səcdəyə dəvət olunurdular.

68|44|Artıq bu kəlamı yalan sayanları Mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik.

68|45|Onlara möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir.

68|46|Yoxsa sən onlardan ücrət istəyirsən və onlar ağır borc yükü altında qalıblar?!

68|47|Yoxsa qeyb yanlarındadır və onlar yazırlar?!

68|48|Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi kimi olma. O zaman o, qəm-kədər içində boğularaq dua etmişdi.

68|49|Əgər Rəbbindən ona bir mərhəmət yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə atılacaqdı.

68|50|Amma Rəbbi onu seçdi və salehlərdən etdi.

68|51|Həqiqətən, kafirlər Zikri eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: “O divanədir!” – deyirlər.

68|52|Halbuki bu aləmlərə ancaq bir öyüd-nəsihətdir!

69. Haqqə

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

69|1|Haqq olan qiyamət!

69|2|Nədir qiyamət?!

69|3|Nə bilirsən ki, nədir qiyamət?!

69|4|Səmud da, Ad da o qiyaməti yalan saymışdılar!

69|5|Səmud hədsiz dərəcədə dəhşətli səslə həlak edildi.

69|6|Ad isə uğultulu, çox şiddətli bir küləklə tar-mar oldu.

69|7|Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.

69|8|İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!

69|9|Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli də günah törətmişdilər.

69|10|Onlar Rəbbinin Rəsuluna asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.

69|11|Həqiqətən, hər tərəfi su basdığı zaman sizi gəmiyə Biz daşıdıq.

69|12|Ona görə ki, bunu sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu eşidib yadda saxlasın!

69|13|Sur bircə dəfə üfürüləcəyi;

69|14|Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman - |15|Məhz o gün qiyamət qopacaqdır!

69|16|Və süst düşüb parçalanacaqdır!

69|17|Mələklər də onun ətrafında olacaq və həmin gün sənin Rəbbinin ərşini onların üstündə səkkiz mələk daşıyacaqdır!

69|18|O gün siz gətiriləcəksiniz. Sizin heç bir sirriniz gizli qalmayacaqdır!

69|19|Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun! |20|Mən öz hesabıma yetişəcəyimə inanmışdım!”

69|21|Bundan belə o, xoş güzəran içində, |22|Yüksək bir Cənətdə olacaqdır.

69|23|Meyvələri çox yaxındadır.

69|24|“Keçmiş günlərdə etdiyiniz əməllər müqabilində yeyin-için!”

69|25|Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi! |26|Hesabımın nə olduğunu bilməyəydim! |27|Kaş o qəti olaydı! |28|Mal-dövlətim mənə heç bir fayda vermədi. |29|Mülküm də məhv olub getdi!”

69|30| “Onu tutub qandallayın! |31|Sonra da Cəhənnəmə atın! |32|Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! |33|Çünki o, böyük olan Allaha inanmırdı. |34|O yoxsulu yedirtməyə rəğbət oyatmırdı. |35|Bu gün bax burda onun yaxın bir dostu yoxdur. |36|İrindən başqa bir yeməyi də yoxdur. |37|Onu ancaq günahkarlar yeyər!”

69|38|And içirəm gördüklərinizə, |39|Və görmədiklərinizə ki, |40|Bu çox möhtərəm bir elçinin sözüdür!

69|41|O, şair sözü deyildir! Nə az inanırsınız!

69|42|O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!

69|43|O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

69|44|Əgər o özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, |45|Biz ondan mütləq şiddətli intiqam alardıq!

69|46|Sonra onun şah damarını qopardardıq!

69|47|Və heç biriniz də ondan dəf edə bilməzdiniz.

69|48|Şübhəsiz ki, bu müttəqilərə bir öyüd-nəsihətdir.

69|49|İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.

69|50|Şübhəsiz ki, bu kafirlər üçün bir peşmançılıqdır.

69|51|Doğrudan da, bu gerçək bir həqiqətdir.

69|52|Elə isə sən ulu olan Rəbbinin adını təsbih et!

70. Məaric

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

70|1|Biri vaqe olacaq əzab barədə soruşdu.

70|2|Kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!

70|3|Dərəcələr sahibi olan Allahdandır!

70|4|Mələklər və ruh Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar.

70|5|Mətanətlə səbr et!

70|6|Şübhəsiz ki, onlar onu uzaq görürlər.

70|7|Biz isə onu yaxın görürük.

70|8|O gün göy göyərmiş mis kimi olacaq;

70|9|Dağlar da didilmiş yun kimi olacaqdır.

70|10|Və dost dostu arayıb axtarmayacaqdır.

70|11|Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını;

70|12|Övrətini və qardaşını;

70|13|Ona sığınacaq verən əşirətini;

70|14|Və yer üzündə olanların hamısını – təki özünü qurtarsın!

70|15|Xeyr. Həqiqətən, o alovlu atəşdir.

70|16|Başın dərisini sıyırıb çıxardır.

70|17|Çağırır çıxanı, üz döndərəni |18|Və yığıb saxlayanı!

70|19|Həqiqətən, insan çox həris yaradılmışdır!

70|20|Ona bir pislik üz verdikdə fəryad qoparar.

70|21|Ona bir xeyir nəsib olduqda isə xəsis olar.

70|22|Namaz qılanlar istisnadır!

70|23|O kəslər ki, daim namaz qılarlar;

70|24|O kəslər ki, onların mallarında müəyyən bir haqq vardır - |25|Dilənən və məhrum olan kimsə üçün;

70|26|O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;

70|27|O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;

70|28|Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz;

70|29|O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar;

70|30|Övrətləri və cariyələri istisna olmaqla. Əsla qınanmazlar;

70|31|Bundan artığını istəyənlər isə həddi aşanlardır;

70|32|O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;

70|33|O kəslər ki, düzgün şəhadət verərlər

70|34|Və o kəslər ki, namazlarını hifz edərlər- |35|Məhz onlar cənnətlərdə ehtiram olunacaq kimsələrdir!

70|36|Kafirlərə nə olub ki, sənə tərəf tələsirlər?

70|37|Sağdan və soldan dəstə-dəstə gəlirlər?

70|38|Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?

70|39|Xeyr! Biz onları özlərinin bildiyi şeydən yaratdıq!

70|40|Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.

70|41|Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə və heç kəs Bizim qarşımıza keçə bilməz!

70|42|Elə isə qoy onlar vəd olunduqları günə qovuşanadək dalsınlar və oynayıb-əylənsinlər!

70|43|O gün onlar bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar.

70|44|Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür!

71. Nuh

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

71|1|Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları xəbərdar et!” – deyə öz tayfasına göndərdik.

71|2|O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi açıq-aşkar xəbərdar edənəm! |3|Allaha ibadət edin, Ona qarşı təqvalı olun və mənə də itaət edin! |4|O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək möhlət verər. Allahın müəyyən etdiyi əcəl gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!”

71|5|O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! |6|Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. |7|Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qularlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. |8|Sonra mən onları uca səslə dəvət etdim. |9|Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”.

71|10|Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! |11|O sizə göydən bol yağış göndərər; |12|O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar! |13|Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? |14|Halbuki O sizi cürbəcür xəlq etdi. |15|Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?! |16|Orada ayı bir nur, günəşi də bir çıraq etdi. |17|Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. |18|Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır. |19|Allah yeri sizin üçün xalı etdi ki, |20|Onun geniş yollarında gəzəsiniz!”

71|21|Nuh dedi: “Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə tabe oldular. |22|Çox böyük bir hiylə qurdular. |23|Və dedilər: «Öz tanrılarınızı tərk etməyin, Bəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!» |24|Onlar çoxlarını yoldan çıxartdılar. Sən də ancaq onların zəlalətini artır!”

71|25|Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan qurtaracaq köməkçilər də tapa bilmədilər!

71|26|Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! |27|Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər. |28|Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını artır!”

72. Cinn

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

72|1|De: “Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: “Biz çox qəribə bir Quran eşitdik. |2|O, haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. |3|Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq! |4|Doğrusu, bizim səfehimiz Allah barəsində tamamilə yalan söyləyirmiş. |5|Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz. |6|Həqiqətən, bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü artırırdılar  |7|Onlar da siz təkin elə güman edirdilər ki, Allah heç kəsi diriltməyəcəkdir. |8|Biz göyə qalxmaq istədik, amma onun güclü gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.  |9|Biz qulaq asmaq üçün bəzi yerlərində otururduq. Lakin indi kim qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər. |10|Biz bilmirik ki, yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir. |11|Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə ayrılmışıq. |12|Biz anladıq ki, yerdə də olsaq, qaçsaq, Allahdan canımızı qurtara bilmərik. |13|Doğrusu, biz hidayət yolunu göstərəni dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar. |14|Şübhəsiz ki, aramızda müsəlmanlar da var, çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. |15|Çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar”

72|16|Əgər onlar o yolda doğru olsaydılar, Biz onlara bol yağış verərdik ki, |17|Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, onu məşəqqətli bir əzaba düçar edər.

72|18|Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!

72|19|Allahın bəndəsi Ona ibadət etmək üçün qalxdıqda az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər.

72|20|De: “Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!”

72|21|De: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!”

72|22|De: “Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm! |23|Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa. Allah və Onun Rəsuluna asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!”

72|24|Onlar təhdid olunduqlarını gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.

72|25|De: “Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm! |26|Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; |27|Bəyənib seçdiyi Rəsullardan başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar ki, |28|Öz Rəbbinin göndərdiklərini təbliğ etdiyini bilsin. Onlarda olanların hamısını ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır!”

73. Muzzəmmil

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

73|1|Ey örtünüb bürünən!

73|2|Gecəni – az bir hissəsi istisna olmaqla – Qalx!

73|3|Yarısına qədər, yaxud bir qədər ondan az; |4|Və ya bir qədər ondan çox! Həm də aramla Quran oxu!

73|5|Həqiqətən, Biz sənə ağır bir kəlam vəhy edəcəyik.

73|6|Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək daha münasibdir!

73|7|Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır.

73|8|Rəbbinin adını zikr et və Ona tərəf yönəl.

73|9|O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. Ancaq Onu vəkil et!

73|10|Onların sənə deyəcəklərinə səbr et. Onlardan gözəl tərzdə ayrıl!

73|11|Yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət ver!

73|12|Dərgahımızda qandallar və Cəhənnəm; |13|Boğaza tıxanıb qalan yemək və şiddətli əzab vardır!

73|14|O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yumşaq qum təpəsinə dönəcəkdir.

73|15|Həqiqətən, Biz - Firona Rəsul göndərdiyimiz kimi – sizə də şahidlik edəcək Rəsul göndərdik.

73|16|Firon o Rəsula asi oldu və Biz də onu şiddətli əzabla yaxaladıq.

73|17|Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız?!

73|18|Göy parçalanaraq, vədi yerinə yetəcəkdir.

73|19|Həqiqətən, bu öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar!

73|20|Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini oyanırsan.  Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!

>74. Muddəssir

Mərhəmtli Rəhmli Allahın Adı ilə…

74|1|Ey bürünüb sarınan!

74|2|Qalx xəbərdarlıq et!

74|3|Öz Rəbbini uca tut!

74|4|Libasını təmizlə!

74|5|Pis şeylərdən uzaqlaş!

74|6|Çox bilib başa qalxma!

74|7|Rəbbinin yolunda səbr et!

74|8|Elə ki, sur çalındı, |9|O gün çox ağır bir gün olacaqdır;

74|10|Kafirlər üçün asan olmayacaqdır!

74|11|əMəni Öz yaratdığım kimsə ilə tək burax!

74|12|Mən ona bollu mal-dövlət əta etdim;

74|13|Yanında hazır duran oğullar;

74|14|Ona artıqlaması ilə müyəssər etdim.

74|15Sonra yenə də artırmağımı istəyir.

74|16|Xeyr. Çünki o, ayələrimizə qarşı inadkar oldu.

74|17|Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!

74|18|O, fikirləşdi və ölçdü-biçdi.

74|19|Ölüm olsun ona! Necə ölçdü-biçdi?!

74|20|Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!

74|21|Sonra baxdı.

74|22|Sonra üz-gözünü turşutdu, qaşqabağını tökdü.

74|23|Sonra da üz çevirdi, təkəbbür göstərdi.

74|24|Və dedi: “Bu öyrənilən sehrdən başqa bir şey deyildir! |25|Bu yalnız bəşər sözüdür!”

74|26|Biz onu Səqərə atacağıq.

74|27|Sən nə bilirsən ki, nədir Səqər!

74|28|O qoymaz və buraxmaz!

74|29|İnsanı yandırıb-yaxar!

74|30|Onun üstündə on doqquz vardır.

74|31|Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və möminlərin şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün etdik. Allah istədiyi kimsəni belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu insanlar üçün ancaq bir öyüd-nəsihətdir!

74|32|Xeyr! And olsun aya; |33|Dönüb-qayıdan gecəyə |34|Və sökülməkdə olan dan yerinə ki, |35|Böyük bəlalardan biridir!

74|36|Qorxudur insanları - |37|Sizdən irəli düşmək, yaxud geri qalmaq istəyənləri!

74|38|Hər kəs öz əməlinin girovudur!

74|39|Sağ tərəf sahibləriş istisna olmaqla!

74|40|Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; |41|Günahkarlar barəsində:

74|42|“Sizi Səqərə salan nədir?”

74|43|Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; |44|Yoxsulu da yedirtməzdik; |45|Batilə dalanlarla birlikdə biz də dalardıq; |46|Haqq-hesab gününü yalan sayardıq. |47|Ölüm bizi haqlayana qədər”.

74|48|Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!

74|49|Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər.

74|50|Onlar sanki vəhşi eşşəklərdir.

74|51|Aslandan hürküb qaçarlar!

74|52|Xeyr, onların hər biri özünə nazil olmuş səhifələr verilməsini istəyər.

74|53|Xeyr, daha doğrusu, onlar axirətdən qorxmazlar!

74|54|Xeyr, bu bir öyüd-nəsihətdir!

74|55|İstəyənlər ondan öyüd alar.

74|56|Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur!

75. Qiyamə

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

75|1|And içirəm qiyamət gününə;

75|2|And içirəm özünü qınayan nəfsə!

75|3|Məgər insan elə güman edir ki, onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!

75|4|Bəli, Biz onun barmaqlarını da düzəltməyə qadirik!

75|5|Lakin insan önündəkini danmaq istəyər.

75|6|Və: “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.

75|7|Göz bərələcəyi;

75|8|Ay tutulacağı;

75|9|Günəşlə ay birləşəcəyi zaman -

75|10|Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.

75|11|Xeyr, heç bir sığınacaq olmayacaqdır!

75|12|O gün duracaq yer ancaq Rəbbinin hüzurudur!

75|13|O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir!

75|14|Doğrusu, insan özü-özünə şahiddir!

75|15|O, hər cür üzrxahlıq etsə də!

75|16|Onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə!

75|17|Çünki onu cəm etmək, oxutmaq Bizə aiddir.

75|18|Biz onu oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.

75|19|Sonra onu bəyan etmək də Bizə aiddir!

75|20|Xeyr, xeyr! Siz tez keçib gedəni sevirsiniz.

75|21|Axirəti isə tərk edirsiniz.

75|22|O gün neçə-neçə üzlər sevinib güləcək,

75|23|Öz Rəbbinə baxacaqdır!

75|24|O gün neçə-neçə üzlər tutulub qaralacaq,

75|25|Bel sümüklərinin qırılacağını anlayacaqdır!

75|26|Xeyr, boğaza gəlib yetişəcəyi,

75|27|“Kim xilas edə bilər?” – deyiləcəyi,

75|28|ayrılıq dəminin gəlib çatdığını anlayacağı,

75|29|Və qıçı-qıçına dolaşacağı zaman,

75|30|Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır!

75|31|Beləliklə, o nə təsdiq etdi, nə də namaz qıldı.

75|32|Amma yalan saydı, üz döndərdi.

75|33|Sonra da özünü darta-darta ailəsinin yanına getdi.

75|34|Vay sənin halına, vay!

75|35|Yenə də vay sənin halına, vay!

75|36|Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?!

75|37|Məgər o tökülən bir qətrə nütfə deyildimi?!

75|38|Sonra laxtalanmış qan oldu və onu yaradıb surət verdi.

75|39|Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift yaratdı.

75|40|Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!

76. İnsan

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

76|1|İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır!

76|2|Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.

76|3|Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor.

76|4|Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.

76|5|Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış qədəhdən içəcəklər.

76|6|O elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu asanlıqla axıdacaqlar.

76|7|Onlar elə kimsələrdirlər ki, verdikləri sözü yerinə yetirər və dəhşətli bürüyəcək gündən qoxarlar.

76|8|Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.

76|9|“Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. |10|Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!”

76|11|Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir.

76|12|Və onları etdikləri səbr müqabilində Cənnətlə və ipəklə mükafatlandıracaqdır.

76|13|Onlar orada taxtlara söykənəcək, orada nə günəş, nə də sərt soyuq görəcəklər.

76|14|Kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır.

76|15|Onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar.

76|16|Gümüşdən olan elə billur ki, onları münasib ölçüdə etmişlər.

76|17|Orada onlara zəncəfil qatılmış badə də içirdiləcəkdir.

76|18|Orada bir çeşmədir ki, Səlsəbil adlanır.

76|19|Onların dövrəsində həmişəcavan oğlanlar olacaqdır. Onları gördükdə, sanki səpilmiş inci olduqlarını zənn edərsən.

76|20|Hara baxsan, nemət və böyük bir mülk görərsən.

76|21|Əyinlərində taftadan və atlazdan yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.

76|22|“Bu sizin mükafatınızdır. Zəhmətiniz məqbuldur!”

76|23|Həqiqətən, Biz Quranı sənə tədriclə nazil etdik.

76|24|Elə isə Rəbbinin hökmünə səbr et və onlardan günahkar və nankor olana boyun əymə!

76|25|Səhər-axşam Rəbbinin adını zikr et!

76|26|Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de!

76|27|Həqiqətən, bunlar tez keçib gedəni sevər, ağır günə dal çevirərlər.

76|28|Onları yaradan da, güclü-qüvvətli edən də Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.

76|29|Həqiqətən, bu bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar.

76|30|Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

76|31|İstədiyi kimsəni Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, onlar üçün şiddətli bir əzab hazırlamışdır!

77. Mursəlat

Mərhəmətli Rəhmli Allahın adı ilə…

77|1|And olsun ard-arda göndərilənlərə;

77|2|And olsun şiddətlə əsənlərə.

77|3|And olsun yayanlara;

77|4|And olsun ayıranlara;

77|5|And olsun vəhyi çatdıranlara-

77|6|üzr diləmək və ya xəbərdar etmək üçün ki, |7|Sizə vəd edilən mütləq vaqe olacaqdır!

77|8|Ulduzlar sönəcəyi;

77|9|Göy yarılacağı;

77|10|Dağlar parça-parça olub dağılacağı;

77|11|Rəsullara möhlət veriləcəyi zaman,

77|12|“hansı günə qədər möhlət verilmişdir?”

77|13| “ayırd ediləcəyi günə qədər!”

77|14|Nə bilirsən ki, nədir o ayırd etmə günü?!

77|15|O gün vay halına yalan sayanların!

77|16|Məgər Biz əvvəlkiləri məhv etmədikmi?!

77|17|Sonra axırda gələnləri də onlara qatacağıq.

77|18|Biz günahkarlarla belə rəftar edirik.

77|19|O gün vay halına yalan sayanların!

77|20|Məgər sizi bir qətrə zəif sudan yaratmadıqmı?!

77|21|Biz onu möhkəm bir yerdə saxladıq, |22|Müəyyən bir vaxta qədər.

77|23|Biz qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!

77|24|O gün vay halına yalan sayanların!

77|25|Məgər Biz yeri məskən etmədikmi

77|26|Həm dirilərə, həm də ölülərə?!

77|27|Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.

77|28|O gün vay halına yalan sayanların!

77|29|“Girin yalan hesab etdiyiniz içinə! |30|Girin üç qola ayrılmış kölgəsinə!”

77|31|O nə kölgəlik olar, nə də alovdan qoruyar.

77|32|O bir saray boyda qığılcımlar saçar.

77|33|O, sanki sarı dəvə sürükləridir.

77|34|O gün vay halına yalan sayanların!

77|35|Bu elə bir gündür ki, danışa bilməzlər.

77|36|Onlara üzr istəməyə izin də verilməz.

77|37|O gün vay halına yalan sayanların!

77|38|Bu sizi də, əvvəlkiləri də bir yerə topladığımız ayırd etmə günüdür!

77|39|Bir hiyləniz varsa, Mənə qarşı qurun görək!

77|40|O gün vay halına yalan sayanların!

77|41|Həqiqətən, müttəqilər kölgəliklərdə və çeşmələr başında, |42|İstədikləri meyvə içində olacaqlar!

77|43|“etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için! |44|Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”

77|45|O gün vay halına yalan sayanların!

77|46|Yeyin və bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız!

77|47|O gün vay halına yalan sayanların!

77|48|Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!

77|49|O gün vay halına yalan sayanların!

77|50|Ona da inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!

78. Nəbə

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

78|1|Bir-birindən nə haqqında soruşurlar?

78|2|Böyük bir xəbər haqqında!

78|3|Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.

78|4|Xeyr, onlar mütləq biləcəklər!

78|5|Bir də xeyr, onlar mütləq biləcəklər!

78|6|Məgər Biz yeri döşək etmədikmi?!

78|7|Dağları da dirək?!

78|8|Biz sizləri cüt-cüt yaratdıq.

78|9|Yuxunuzu da istirahət etdik.

78|10|Biz gecəni örtük etdik.

78|11|Gündüzü isə dolanışlıq vaxtı etdik.

78|12|Üstünüzdə yeddi möhkəm qurduq.

78|13|Sizin üçün çox parlaq bir çıraq yaratdıq.

78|14|Buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, |15|Onunla dən və bitki yetişdirək, |16|Eləcə də sarmaşan bağlar.

78|17|Həqiqətən, ayırd etmə günü bir vaxtdır!

78|18|Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz.

78|19|Göy qapı-qapı açılacaqdır.

78|20|Dağlar yerindən qopardılıb ilğıma dönəcəkdir.

78|21|Həqiqətən, Cəhənnəm pusqudur!

78|22|O, azğınların məskənidir.

78|23|Onlar orada sonsuz müddət qalacaqlar.

78|24|Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar;

78|25|Qaynar sudan və irindən başqa!- |26|uyğun cəza olaraq.

78|27|Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər.

78|28|Ayələrimizi də elə hey təkzib edirdilər.

78|29|Biz hər şeyi sayıb yazmışıq.

78|30|İndi dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!

78|31|Həqiqətən, müttəqilərin nicat yeri, |32|Bağçalar və üzüm bağları, |33|Sinələri yenicə qabarmış həmyaşıd qızlar. |34|Dolu qədəhlər gözləyir!

78|35|Onlar orada nə boş söz, nə də yalan eşidəcəklər.

78|36|Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -

78|37|Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən. Onlar Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!

78|38|Ruhun və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!

78|39|Bu, haqq olan gündür. Kim dilərsə, Rəbbinə tərəf qayıdan bir yol tutar!

78|40|Həqiqətən, Biz sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan öz əlləri ilə etdiyi əməlləri görəcək, kafir isə: “Kaş torpaq olaydım!” – deyəcəkdir.

79. Naziat

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

79|1|And olsun zorla alanlara;

79|2|And olsun rahatlıqla alanlara;

79|3|And olsun sürətlə üzənlərə;

79|4|And olsun ötdükcə ötənlərə;

79|5|And olsun işə əncam çəkənlərə!

79|6|O gün sarsılan sarsılacaq, |7|Onun ardınca bir sarsıntı da olacaqdır!

79|8|O gün ürəklər qorxub titrəyəcək, |9|Gözləri zəlilcəsinə yerə dikiləcəkdir.

79|10|Deyirlər: “Doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! |11|Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!”

79|12|Onlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür.”

79|13|Doğrudan da, o ancaq tək bir dəhşətli səsdir!

79|14|Onlar dərhal dümdüz bir yerdə olacaqlar!

79|15|Musanın hekayəti sənə gəlib çatdımı?

79|16|O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:

79|17|“Fironun yanına get. Çünki o, çox azmışdır.”

79|18|Və de: “təmizlənmək istəyirsənmi? |19|Səni Rəbbinə tərəf gətirimmi ki, qorxasan?”

79|20|və ona ən böyük möcüzəni göstərdi.

79|21|Lakin təkzib edib asi oldu.

79|22|Sonra geri dönüb tələsdi.

79|23|Və toplayıb belə xitab etdi:

79|24|“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”

79|25|Allah da onu axirət və dünya əzabına giriftar etdi.

79|26|Şübhəsiz ki, bunda qorxan kimsələr üçün ibrət dərsi vardır.

79|27|Sizi yaratmaq çətindir, yoxsa göyü ki, onu yaratdı;

79|28|Qübbəsini ucaltdı, düzəldib nizama saldı;

79|29|Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!

79|30|Bundan sonra da yeri döşəyib düzəltdi.

79|31|Ondan suyunu və otlağını çıxartdı.

79|32|Dağları yerləşdirdi.

79|33|Sizin və heyvanlarınızın istifadəsi üçündür.

79|34|O böyük bəla gələndə, |35|O gün insan nələr etdiyini yadına salacaqdır.

79|36|Cəhənnəm də hər görənə görünəcəkdir.

79|37|Kim azğınlıq etmişsə, |38|Dünyanı üstün tutmuşsa, |39|Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!

79|40|Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini qadağan etmişsə, |41|Həqiqətən, onun yurdu Cənnətdir!

79|42|Səndən o saatın nə vaxt gələcəyi barəsində soruşarlar.

79|43|Sən onu nə bilirsən?!

79|44|Onu sonuna qədər bilmək ancaq sənin Rəbbinə məxsusdur.

79|45|Sən ancaq ondan xəbərdar edib çəkindirənsən!

79|46|Onu gördükləri gün yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!

80. Əbəs

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

80|1|Qaşqabağını töküb üzünü çevirdi.

80|2|Yanına korun gəlməsindən dolayı.

80|3|Nə bilirsən, bəlkə də, o təmizlənəcəkdir!

80|4|Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!

80|5|Ehtiyac hiss etməyənə gəldikdə, |6|Sən üzünü ona tərəf çevirirsən.

80|7|Onun təmizlənməsindən sənə nə?!

80|8|Yüyürə-yüyürə sənin yanına gələn |9|Və qorxan kimsəyə gəldikdə isə, |10|Sən ondan üz çevirirsən!

80|11|Xeyr! Həqiqətən, bu bir öyüd-nəsihətdir.

80|12|Kim istəsə, ondan öyüd alar.

80|13|Çox möhtərəm səhifələrdə - |14|yüksək, tərtəmiz səhifələrdədir.

80|15|Elçi mələklərin əlləri ilə.

80|16|Çox möhtərəm, çox mütidirlər.

80|17|Ölsün insan! O nə nankordur!

80|18|Onu hansı şeydən yaratdı?

80|19|Nütfədən yaratdı, ona biçim verdi.

80|20|Sonra onun üçün yolunu asanlaşdırdı.

80|21|Sonra onu öldürüb qəbrə qoydu.

80|22|Sonra da istədiyi vaxt onu dirildəcəkdir.

80|23|Xeyr, ona buyurduğunu hələ yerinə yetirməmişdir.

80|24|İnsan hələ bir yeməyinə baxsın!

80|25|Həqiqətən, Biz yağışı bol yağdırdıq.

80|26|Sonra yeri gözəl yaratdıq, |27|Belə ki, orada dən göyərtdik; |28|Üzüm və yonca; |29|Zeytun və xurma; |30|sarmaşan bağçalar; |31|meyvələr və ot yetişdirdik.

80|32|Sizin və heyvanlarınızın istifadəsi üçündür!

80|33|Nəhayət, qulaqları kar edən gələndə;

80|34|O gün insan qaçacaq öz qardaşından;

80|35|Anasından, atasından;

80|36|Zövcəsindən və oğullarından!

80|37|O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır!

80|38|O gün bir çox üzlər parlayacaq, |39|Güləcək, sevinəcəkdir.

80|40|O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, |41|Onları zülmət bürüyəcəkdir.

80|42|Onlar kafirlər, pozğunlardır!

81. Təkvir

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

81|1|Günəş sarınıb büküləcəyi zaman;

81|2|Ulduzlar səpələnəcəyi zaman;

81|3|Dağlar yerindən qopardılacağı zaman;

81|4|Boğaz dəvələr başlı-başına buraxılacağı zaman;

81|5|Vəhşi heyvanlar bir yerə toplanacağı zaman;

81|6|Dənizlər od tutub yanacağı zaman;

81|7|Ruhlar qovuşacağı zaman;

81|8|Diri-diri torpağa gömülən körpə qızdan: |9|“Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman;

81|10|Əməl dəftərləri açılacağı zaman;

81|11|Göy qopardılacağı zaman;

81|12|Cəhənnəm alovlandırılacağı zaman; |13|Və Cənnət yaxınlaşdırılacağı zaman;

81|14|Hər kəs nə hazır etdiyini biləcəkdir!

81|15|And içirəm yanıb sönən ulduzlara;

81|16|Seyr edib gizlənən səyyarələrə;

81|17|Qaralmaqda olan gecəyə |18|Və sökülməkdə olan dan yerinə ki, |19|Bu çox möhtərəm olan bir elçinin gətirdiyi kəlamdır.

81|20|Çox qüvvətlidir; ərşin sahibi yanında çox hörmətlidir.

81|21|İtaət ediləndir, həm də etibarlı müvəkkildir.

81|22|Həqiqətən, sizin dostunuz divanə deyildir!

81|23|And olsun ki, onu açıq üfüqdə gördü.

81|24|O, qeyb barəsində xəsis deyildir.

81|25|O da məlun Şeytanın sözü deyildir.

81|26|Elə isə hara gedirsiniz?

81|27|O, aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.

81|28|Eləcə də sizdən doğru-düz olmaq istəyənlər üçün.

81|29|Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!

82. İnfitar

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

82|1|Göy parçalanacağı zaman;

82|2|Ulduzlar dağılıb səpələnəcəyi zaman;

82|3|Dənizlər qarışacağı zaman;

82|4|Qəbirlər çevriləcəyi zaman;

82|5|Hər kəs nə etdiyini və nə qoyub getdiyini biləcəkdir!

82|6|Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir?

82|7|O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı.

82|8|Sənə Özü istədiyi surətdə biçim verdi.

82|9|Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!

82|10|Sizin üstünüzdə gözətçi mələklər - |11|yazan və çox hörmətli olan mələklər vardır.

82|12|Onlar sizin nə etdiklərinizi bilirlər.

82|13|Həqiqətən, yaxşı əməl və itaət sahibləri Cənnətdə qərar tutacaqlar.

82|14|Pis əməl sahibləri isə Cəhənnəmdə olacaqlar.

82|15|Onlar ora haqq-hesab günü daxil olacaqlar.

82|16|Onlar əsla oradan çıxan deyillər!

82|17|Sən nə bilirsənki, haqq-hesab günü nədir?!

82|18|Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?!

82|19|O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!

83. Mutəffifin

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

83|1|Vay halına çəkidə və ölçüdə aldadanların!

83|2|O kəslər ki, özləri insanlardan aldıqları zaman onu tam ölçüb alar, |3|Onlar üçün ölçdükdə və ya çəkdikdə isə əskildərlər.

83|4|Məgər onlar diriləcəklərini düşünmürlərmi?!

83|5|Özü də dəhşətli bir gündə?!

83|6|O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar!

83|7|Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların əməl dəftəri Siccindədir!

83|8|Sən nə bilirsən ki, Siccin nədir?!

83|9|O, yazılı bir kitabdır!

83|10|O gün vay halına yalan sayanların!

83|11|O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.

83|12|Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.

83|13|Ayələrimiz ona oxunduğu zaman: “Qədimlərin əfsanələridir” – deyər.

83|14|Xeyr. Əslində onların qəlblərini qazandıqları qaplamışdır.

83|15|Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!

83|16|Sonra Cəhənnəmə varid qalacaqlar.

83|17|Sonra da onlara: “Bu sizin yalan saydığınız!”- deyiləcəkdir.

83|18|Xeyr! Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri İlliyyundadır!

83|19|Sən nə bilirsən ki, İlliyyun nədir?!

83|20|O, yazılı bir kitabdır.

83|21|Onu ancaq yaxın olan mələklər görə bilər!

83|22|Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar.

83|23|Onlar taxtlar üstündə tamaşa edəcəklər.

83|24|Sən onların üzlərində cənnət sevinci görəcəksən!

83|25|Onlara möhürlü şərab içirdiləcəkdir.

83|26|Onun möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!

83|27|Ona təsnim qatılmışdır.

83|28|O elə bir çeşmədir ki, ondan yalnız yaxın olanlar içər.

83|29|Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə gülürdülər.

83|30|Yanlarından keçərkən bir-birinə qaş-göz edirdilər.

83|31|Ailələrinin yanına qayıtdıqda isə kefləri kök qayıdırdılar.

83|32|Onlar gördükdə: “Doğrusu, bunlar azanlardır!” – deyirdilər.

83|33|Halbuki onlara nəzarətçi göndərilməmişdir.

83|34|Bu gün isə möminlər kafirlərə güləcəklər.

83|35|Onlar taxtlar üstündə baxacaqlar.

83|36|Kafirlər öz əməllərinin cəzasını aldılarmı?!

84. İnşiqaq

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

84|1|Göy yarılacağı, |2|Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib itaət edəcəyi zaman;

84|3|Yer uzanıb dümdüz olacağı;

84|4|Qoynunda olanları bayıra atıb boşaldacağı; |5|Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib itaət edəcəyi zaman!

84|6|Ey insan! Sən Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!

84|7|Kimin əməl dəftəri sağ əlinə verilmişsə, |8|Onun yüngül haqq-hesab çəkiləcək |9|Və o, ailəsinin yanına sevinclə qayıdacaqdır!

84|10|Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə, |11|O: “Ay öldüm!” – deyə şivən qopardacaq, |12|Və Cəhənnəmə vasil olacaqdır!

84|13|O, öz ailəsi arasında sevinc içində idi. |14|Və elə zənn edirdi ki, qayıtmayacaqdır.

84|15|Xeyr! Həqiqətən, Rəbbi onu görürdü.

84|16|And içirəm şəfəqə, |17|Gecəyə və qoynuna aldıqlarına, |18|Bədirlənməkdə olan aya ki, |19|Siz haldan-hala düşəcəksiniz!

84|20|Onlara nə olub ki, iman gətirmirlər?

84|21|Özlərinə Quran oxunduqda səcdə etmirlər?

84|22|Əksinə, kafir olanlar təkzib edirlər.

84|23|Halbuki Allah onların gizlətdiklərini ən gözəl biləndir!

84|24|Onlara şiddətli bir əzabla müjdə ver!

84|25|İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları minnətsiz mükafat gözləyir!

85. Buruc

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

85|1|And olsun bürclər sahibi olan göyə;

85|2|And olsun vəd olunmuş günə;

85|3|And olsun şəhadət verənə və şəhadət verilənə ki, |4|xəndək sahibləri qətl edildilər.

85|5|O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.

85|6|O zaman onlar kənarında oturub, |7|möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.

85|8|Onlardan yalnız yenilməz qüvvət sahibi, şükrə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.

85|9|O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!

85|10|Şübhəsiz ki, mömin kişi və qadınları bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.

85|11|İman gətirib yaxşı əməllər edən kimsələri isə altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur!

85|12|Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!

85|13|Həqiqətən, yoxdan var edən və təkrar dirildən Odur!

85|14|Çox bağışlayan, çox sevən də Odur.

85|15|Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!

85|16|O, istədiyini edəndir.

85|17|Orduların xəbəri gəlib sənə çatdımı?-

85|18|Firon və Səmud?

85|19|Xeyr, kafir olanlar elə hey təkzib etməkdədirlər.

85|20|Onların bütün ixtiyarı Allahın əlindədir!

85|21|Xeyr, o şanlı-şərəfli Qurandır!

85|22|O, lövhi-məhfuzdadır!

86. Tariq

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

86|1|And olsun göyə və gecə gələnə!

86|2|Sən nə bilirsən ki, gecə gələn nədir?!

86|3|Parlaq ulduzdur!

86|4|Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi olmasın!

86|5|Elə isə insan nədən yaradıldığına bir baxsın!

86|6|O, axıb tökülən bir sudan yaradılmışdır.

86|7|Bel sümüyündən, köks sümüyündən çıxar!

86|8|Həqiqətən, insanı yenidən diriltməyə qadirdir! -

86|9|Bütün sirlərin aşkar olacağı o qiyamət günü;

86|10|İnsanın nə bir qüvəsi, nə də bir köməkçisi olar!

86|11|And olsun yağış sahibi olan göyə;

86|12|And olsun yarılan yerə ki, |13|Bu ayırd edən kəlamdır!

86|14|O, oyun-oyuncaq deyildir!

86|15|Həqiqətən, hiylə qurdular.

86|16|Mən də onlara cəza verirəm.

86|17|Elə isə kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!

87. Əla

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

87|1|Ən uca olan Rəbbinin adını pak tutub şəninə təriflər de!

87|2|O Rəbbin ki, xəlq etdi və nizama saldı.

87|3|O Rəbbin ki, əzəldən müəyyən etdi və yol göstərdi.

87|4|O Rəbbin ki, otlar çıxartdı.

87|5|Sonra da onu qara çör-çöpə döndərdi.

87|6|Biz sənə oxudacağıq və sən unutmayacaqsan;

87|7|Yalnız Allahın dilədiyindən başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!

87|8|Biz sənə ən asan olanı müyəssər edərik.

87|9|Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver!

87|10|Qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!

87|11|Bədbəxt isə ondan qaçacaqdır.

87|12|Ən böyük oda girəcəkdir.

87|13|Orada nə öləcək, nə də yaşayacaqdır!

87|14|Təmizlənən kimsə isə nicat tapacaqdır.

87|15|O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!

87|16|Lakin siz dünyanı üstün tutursunuz!

87|17|Halbuki axirət daha xeyirli və daha baqidir.

87|18|Həqiqətən, bu deyilənlər əvvəlki kitablarda mövcuddur - |19|İbrahimin və Musanın kitablarında!

88. Ğaşiyə

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

88|1|Bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?

88|2|Bir çox üzlər zəlil görkəm alacaq;

88|3|Zəhmət çəkib yorulacaq;

88|4|Yanar oda girəcəkdir; |5|Və onlara qaynar bulaqdan içirdiləcəkdir.

88|6|Onların yeməyi zəridən başqa bir şey olmayacaqdır.

88|7|Nə qüvvət verər, nə də aclıqdan qurtarar.

88|8|Bir çox üzlər sevinəcək;

88|9|Zəhmətindən razı qalacaq;

88|10|Yüksək Cənətdə olacaq, |11|Və orada heç bir boş söz eşitməyəcəkdir.

88|12|Orada axar bulaq;

88|13|Orada uca taxtlar;

88|14|Piyalələr;

88|15|Bir-birinin yanına düzülmüş balışlar |16|Və döşənmiş xalılar vardır!

88|17|Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?

88|18|Göyə necə ucaldılmışdır?

88|19|Dağlara necə dikəldilmişdir?

88|20|Və yerə necə döşədilmişdir?

88|21|Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!

88|22|Sən onların üzərində hakim deyilsən!

88|23|Lakin kim üz döndərib inkar etsə

88|24|Allah onu ən böyük əzaba düçar edər!

88|25|Şübhəsiz ki, onların axır dönüşü Bizədir!

88|26|Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!

89. Fəcr

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

89|1|And olsun dan yerinə;

89|2|And olsun on gecəyə;

89|3|And olsun cütə və təkə;

89|4|And olsun keçib getməkdə olan gecəyə!

89|5|Məgər bunlarda ağıl sahibi üçün and yoxmudur?!

89|6|Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada?!

89|7|Sütunlar sahibi İrəmə?!

89|8|Məmləkətlər arasında onun kimisi yaradılmamışdı.

89|9|Vadidə qayaları olan Səmuda?!

89|10|Eləcə də saysız-hesabsız ordular sahibi Firona?!

89|11|O kəslər ki, məmləkətlərdə tüğyan edir, |12|Oralarda çoxlu fitnə-fəsad törədirlər.

89|13|Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.

89|14|Şübhəsiz ki, Rəbbin baxıb görür.

89|15|İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.

89|16|Amma nə zaman onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı!” – söyləyər.

89|17|Xeyr! Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz.

89|18|Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.

89|19|Mirası varmadan yeyirsiniz.

89|20|Mal-dövləti isə lap çox sevirsiniz.

89|21|Xeyr! Yer dağılıb parça-parça olacağı;

89|22|Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı |23|Və Cəhənnəmin gətiriləcəyi gün – məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!

89|24|O: “Kaş ki, mən əvvəlcədən həyatım üçün edəydim!” – deyəcəkdir.

89|25|O gün etdiyi əzabı heç kəs edə bilməz!

89|26|Heç kəs Onun kimi zəncirləyə bilməz!

89|27|“Ey xatircəm olan kəs! |28|Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! |29|Bəndələrimin zümrəsinə daxil ol! |30|Cənnətimə varid ol!”

90. Bələd

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

90|1|And içirəm bu şəhərə - |2|Sənin yaşadığın şəhərə;

90|3|And içirəm ataya və onun övladına ki, |4|Biz insanı məşəqqətdə yaratdıq!

90|5|Məgər insan heç kəsin ona gücü çatmayacağını zənn edir?

90|6|Və: “Mən xeyli mal-dövlət sərf etmişəm!” – deyir?

90|7|Məgər o heç kəsin onu görmədiyini güman edir?!

90|8|Məgər Biz ona iki göz vermədikmi?!

90|9|Eləcə də bir dil və qoşa dodaq?!

90|10|Biz ona iki yol göstərmədikmi?!

90|11|Lakin o, əqəbəni keçə bilmədi.

90|12|Sən nə bilirsən ki, əqəbə nədir?!

90|13|Bir kölə azad etməkdir;

90|14|Yaxud aclıq günü yemək verməkdir - |15|Qohumluq əlaqəsi çatan bir yetimə. |16|Və ya torpağa sərilmiş bir miskinə!

90|17|Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!

90|18|Onlar sağ tərəf sahibləridir!

90|19|Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir!

90|20|Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir!

91. Şəms

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

91|1|And olsun günəşə və onun işığına;

91|2|And olsun ardınca çıxan aya;

91|3|And olsun onu parlaq edən gündüzə;

91|4|And olsun onu örtən gecəyə;

91|5|And olsun göyə və onu yaradana;

91|6|And olsun yerə və onu döşəyənə;

91|7|And olsun nəfsə və onu yaradana;

91|8|Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, |9|Nəfsini təmizləyən mütləq nicat tapacaqdır!

91|10|Onu batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.

91|11|Səmud azğınlığı üzündən təkzib etmişdi.

91|12|Onların ən rəzili qalxdığı zaman |13|Sonra Allah Rəsulu onlara dedi: “Bu, Allahın dəvəsidir və onu sulayın.”

91|14|Lakin onlar yalançı saydılar və onu tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.

91|15|Bu işin aqibətindən qorxmaz!

92. Leyl

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

92|1|And olsun bürüməkdə olan gecəyə;

92|2|And olsun işıqlanmaqda olan gündüzə;

92|3|And olsun kişini və qadını yaradana ki, |4|Sizin zəhmətiniz cürbəcürdür!

92|5|Kim versə, təqvalı olsa, |6|Və ən gözəl sözü təsdiq etsə, |7|Biz ona ən asan olanı müyəssər edəcəyik!

92|8|Amma kim xəsislik etsə, möhtac olmadığını sansa, |9|Və ən gözəl sözü yalan saysa, |10|Biz ona ən çətin olanı müyəssər edəcəyik!

92|11|Düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.

92|12|Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir!

92|13|Axirət də Bizim, dünya da Bizimdir!

92|14|Mən sizi alovlanan bir atəşlə xəbərdarlıq etdim.

92|15|Ora ancaq azğın daxil olar.

92|16|O kimsə ki, yalan sayar, üz döndərər!

92|17|Allaha qarşı təqva sahibi olub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar.

92|18|O kimsə ki, malını verib təmizlənər, |19|O şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi verilsin.

92|20|O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

92|21|And olsun ki, o razı olacaqdır!

93. Zuha

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

93|1|And olsun səhərə;

93|2|And olsun sakitləşməkdə olan gecəyə ki, |3|Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu.

93|4|Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!

93|5|Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı qalacaqsan!

93|6|Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

93|7|Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!

93|8|Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!

93|9|Elə isə yetimə zülm etmə!

93|10|Dilənçini də qovma! |11|Və Rəbbinin sənə olan nemətindən söhbət aç!

94. İnşirah

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

94|1|Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?!

94|2|Ağır yükünü səndən götürmədikmi?!

94|3|Sənin belini bükürdü.

94|4|Sənin ad-sanını ucaltmadıqmı?!

94|5|Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!

94|6|Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!

94|7|Elə ki azad oldun, qalx!

94|8|Və ancaq Rəbbinə yalvar!

95. Tin

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

95|1|And olsun əncirə və zeytuna;

95|2|And olsun Tur dağına;

95|3|And olsun bu təhlükəsiz şəhərə ki, |4|Biz insanı ən gözəl biçimdə yaratdıq!

95|5|Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!

95|6|Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz mükafat gözləyir.

95|7|Sonra səni dini yalan saymağa vadar edən nədir?!

95|8|Məgər Allah hakimlərin hakimi deyilmi?!

96. Ələq

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

96|1|Yoxdan yaradan Rəbbinin adı ilə oxu!

96|2|O, insanı laxtalanmış qandan yaratdı.

96|3|Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

96|4|O Rəbbin ki, qələmlə öyrətdi.

96|5|İnsana bilmədiklərini öyrətdi.

96|6|Xeyr, insan azğınlıq edər, |7|Özünün dövlətli olduğunu gördüyü üçün!

96|8|Axı sənin axır dönüşün Rəbbinədir!

96|9|Gördünmü o kimsəni ki, mane olur |10|Bir bəndəyə namaz qıldığı vaxt?

96|11|Bir de görək, əgər o doğru yoldadırsa, |12|Yaxud qorxmağı əmr edirsə?!

96|13|Bir de görək, yalan sayır və üz döndərirsə, |14|Məgər bilmir ki, Allah görür?!

96|15|Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - |16|Özü də yalançı, günahkar kəkilindən!

96|17|Qoy o özünün bütün tərəfdarlarını çağırsın!

96|18|Biz də zəbaniləri çağıracağıq!

96|19|Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və yaxınlaş!

97. Qədr

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

97|1|Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik!

97|2|Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!

97|3|Qədr gecəsi min aydan daha xeyirlidir!

97|4|O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.

97|5|O gecə dan yeri sökülənə kimi salamatlıqdır!

98. Bəyyinə

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

98|1|Kitab əhlindən kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər ayrılan deyildilər.

98|2|Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş Rəsuldur.

98|3|O səhifələrdə doğru-dürüst hökmlər vardır.

98|4|Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil gəldikdən sonra ayrılığa düşdülər.

98|5|Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!

98|6|Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.

98|7|İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.

98|8|Onlardan öz Rəbbi yanındakı mükafatı altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu Rəbbindən qorxanlar üçündür!

99. Zilzal

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

99|1|Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

99|2|Yer öz yükünü çıxardıb atacağı zaman;

99|3|İnsan: “Buna nə olub?” – deyəcəyi zaman - 4|Məhz o gün öz hekayətini söyləyəcəkdir - |5|Çünki ona sənin Rəbbin vəhy etmişdir!

99|6|O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə çıxacaqlar!

99|7|Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir.

99|8|Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir.

100. Adiyat

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

100|1|And olsun tövşüyə-tövşüyə qaçan atlara;

100|2|And olsun qığılcım qoparan atlara;

100|3|And olsun sübh çağı hücum edən atlara;

100|4|And olsun o vaxt toz-duman qopardan atlara;

100|5|Sonra da onunla dəstəyə təpinən atlara ki, |6|İnsan öz Rəbbinə qarşı çox nankordur. |7|Və o özü də buna şahiddir.

100|8|Həqiqətən, insan var-dövlətə çox hərisdir!

100|9|Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxardılacağı; |10|Ürəklərdə olanlar faş ediləcəyi zaman

100|11|Həmin gün Rəbbi onları xəbərdar edəcəkdir!

101. Qariə

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

101|1|Ürəkləri dəhşətə salan qiyamət!

101|2|Nədir qiyamət?!

101|3|Sən nə bilirsən ki, nədir qiyamət?!

101|4|O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək;

101|5|Dağlar isə didilmiş yun kimi olacaqdır!

101|6|Tərəzisi ağır gələn kimsə, |7|xoş güzəran içində olacaq!

101|8|Tərəzisi yüngül gələn kimsənin isə, |9|Məskəni Haviyə olacaqdır!

101|10|Sən nə bilirsən ki, o nədir?!

101|11|O çox qızmar bir atəşdir!

102. Təkasur

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

102|1|Çoxluq ilə öyünmək sizi o qədər şirnikləndirdi ki, |2|Hətta qəbirləri ziyarət etdiniz.

102|3|Xeyr! Siz mütləq biləcəksiniz!

102|4|Xeyr, xeyr! Siz mütləq biləcəksiniz!

102|5|Xeyr, əgər tam yəqinliklə bilsəydiniz!

102|6|Siz o Cəhənnəmi mütləq görəcəksiniz!

102|7|Bəli, siz onu mütləq öz gözünüzlə görəcəksiniz!

102|8|Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!

103. Əsr

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

103|1|And olsun axşam çağına ki, |2|İnsan ziyan içindədir?

103|3|Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!

104. Huməzə

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

104|1|Qeybət edib tənə vuran hər kəsin vay halına!

104|2|O kimsə ki, mal yığıb onu dönə-dönə sayar.

104|3|Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.

104|4|Xeyr! O mütləq Hütəməyə atılacaqdır!

104|5|Sən nə bilirsən ki, Hütəmə nədir?!

104|6|O, Allahın yanar odudur.

104|7|Elə bir od ki, ürəkləri yandırıb-yaxar.

104|8|O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir.

104|9|Onlar hündür sütunlara bağlanmış olacaqlar!

105. Fil

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

105|1|Məgər Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?!

105|2|Məgər onların hiyləsini boşa çıxartmadımı?!

105|3|Onların üstünə qatar-qatar quşlar göndərdi.

105|4|Onlara bişmiş gildən düzəlmiş daşlar atırdı.

105|5|Onlarıyeyilmiş əkin yarpağına döndərdi!

106. Qureyş

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

106|1|Qüreyşin ülfəti xatirinə, |2|Onlara qış və yay səfərini müyəssər edilməsi xatirinə.

106|3|Bu evin Rəbbinə ibadət etsinlər!

106|4|O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan sonra əmin-amanlıq bəxş etdi.

107. Maun

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

107|1|Dini yalan hesab edənigördünmü?

107|2|O elə adamdır ki, yetimi itələyib qovar;

107|3|Və yoxsulu yedirtməyə rəğbətləndirməz.

107|4|Vay halına o namaz qılanların ki, |5|Onlar öz namazlarından qafildirlər;

107|6|Onlar riyakarlıq edər, |7|Və zəkat verməyi qadağan edərlər.

108. Kəvsər

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

108|1|Həqiqətən, Biz sənə Kövsər bəxş etdik!

108|2|Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!

108|3|Sənin düşməninin özü sonsuzdur!

109. Kafirun

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

109|1|De: “Ey kafirlər! |2|Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! |3|Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz! |4|Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! |5|Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! |6|Sizin öz dininiz var, mənim də öz dinim!”

110. Nəsr

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

110|1|Allahın köməyi və zəfər gəldiyi zaman;

110|2|İnsanların dəstə-dəstə Allahın dininədaxil olduqlarını gördüyün zaman

110|3|Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

111. Əbu Ləhəb

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

111|1|Əbu Ləhəbin əlləri qurusun, qurudu da!

111|2|Ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı.

111|3|O, alovlu atəşə girəcəkdir.

111|4|Onun odun daşıyan övrəti də həmçinin!

111|5|Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır!

112. İxlas

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

112|1|De: “O Allah birdir;
112|2|Allah möhtac deyildir!
112|3|O, nə doğmuş, nə də doğulmuşdur!
112|4|Onun heç bir tayı-bərabəri də yoxdur!”

113. Fələq

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

113|1|De: “Pənah aparıram sübhün Rəbbinə! |2|Yaratdıqlarının şərindən; |3|Zülmətə bürünməkdə olan gecənin şərindən; |4|Düyünlərə üfürən qadınların şərindən; |5|Və bir də paxıllığı tutanda paxılın şərindən!”

114. Nas

Mərhəmətli Rəhmli Allahın Adı ilə…

114|1|De: “Pənah aparıram insanların Rəbbinə;
114|2|İnsanların ixtiyar sahibinə;
114|3|İnsanların tanrısına;
114|4|Vəsvəsə verən, qaçıb gizlənən Şeytanın şərindən-
114|5|O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
114|6|cinlərdən də olur, insanlardan da!”

Axtar

1|1|Mərhəmətli, rəhmli Allahın adı ilə!

1|2|Həmd olsun Allaha – aləmlərin Rəbbinə,

1|3|mərhəmətli, rəhmli olana,

1|4|Haqq-Hesab gününün sahibinə!

1|5|Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

1|6|Bizi doğru yola yönəlt!

1|7|Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və azmışların yox!

2|1|Əlif, Lam, Mim.

2|2|Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır.

2|3|O kəslərki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən sərf edirlər.

2|4|O kəslərki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar,

2|5|Məhz onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır.

2|6|Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

2|7|Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!

2|8|İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik”, -deyirlər.

2|9|Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.

2|10|Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!

2|11|Onlara: “Yer üzündə fəsad törətməyin!”-dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.

2|12|Bilin ki, onlar fəsad törədəndirlər, lakin dərk etmirlər.

2|13|Onlara: “Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” -deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin bilmirlər.

2|14|Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman gətirdik”,-deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq istehza edirik”,-deyirlər.

2|15|Allah da onlara istehza edər və onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın qalarlar.

2|16|Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir getirmədi və haqq yolu da tapmadılar.

2|17|Onların halı od yandıran şəxsin halına bənzər. Od ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, görməzlər.

2|18|Onlar kar, lal və kordurlar. Buna görə də dönməzlər.

2|19|Yaxud qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri ehtiva edəndir.

2|20|İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın. Onlara işıq verdiyi zaman yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.

2|21|Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! 

2|22|O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha bilə-bilə şəriklər qoşmayın!

2|23|Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı şahidlərinizi çağırın!

2|24|Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan həzər edin!

2|25|İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün altından çaylar axan cənnətlər vardır. Meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə yediyimiz ruzidir”,- deyəcəklər. Əslində isə bu onlara bənzər olaraq verilmişdir. Onlardan ötrü orada pak zövcələr də var. Onlar orada əbədi qalacaqlar.

2|26|Əlbətdə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?”-deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.

2|27|O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyuduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır!

2|28|Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız.

2|29|Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir!

2|30|Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - dedikdə: “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. “Mən bildiyim şeyi siz bilmirsiniz!” –buyurdu.

2|31|Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərərək: “doğrusunuzsa, bunların adlarını Mənə bildirin!” -dedi.

2|32|Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. bilən Sən, hikmət sahibi Sənsən”, -dedilər.

2|33|O: “Ey Adəm, bunların adlarını onlara bildir!” -dedi. Onlara bunların adlarını xəbər verdikdə: “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” –buyurdu.

2|34|Biz mələklərə: “Adəmə səcdə edin!” –dedikdə İblisdən başqa səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu.

2|35|Biz dedik: “Ey Adəm, sən zövcənlə Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa zülm edənlərdən olarsınız”.

2|36|Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də: “Bir-birinizə düşmən kəsilərək enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var” -dedik.

2|37|Adəm rəbbindən kəlmələr öyrənərək tövbə etdi. Doğrudan da, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.

2|38|Biz dedik: “Hamınız buradan enin! Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmazlar”.

2|39|Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada əbədi qalacaqlar.

2|40|Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!

2|41|Sizin əlinizdəkini təsdiqləyici kimi göndərdiyimə iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun!

2|42|Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!

2|43|Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!

2|44|Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz?

2|45|Səbr etmək və namaz qılmaqla kömək diləyin! Bu, ağır iş olsa da, itaət edənlər üçün ağır deyildir.

2|46|Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər.

2|47|Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və sizi bütün aləmlərdən üstün tutduğumu yadınıza salın!

2|48|Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin!

2|49|Firon əhli sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

2|50|Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik.

2|51|Xatirənizə gətirin ki, Biz Musaya qırx gecəlik vədə vermişdik. Sonra siz buzovu özünüzə qəbul etdiniz və zalım oldunuz.

2|52|Sonra da sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.

2|53|Biz Musaya kitab və Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.

2|54|O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! “- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.

2|55|Siz: “Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”, -dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu.

2|56|Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.

2|57|Üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” Sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar isə Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.

2|58|Xatırlayın ki, sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq”, -demişdik.

2|59|Zülm edənlər onlara deyilən sözü başqası ilə dəyişdirdilər. Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.

2|60|Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. ondan on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!”

2|61|Xatırlayın ki, siz: “Ya Musa! Biz eyni təama heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! –dediniz. “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? Şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” –demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu onların Allahın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.

2|62|İman gətirənlərdən, musavi, isəvi və sabiilərdən Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.

2|63|Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! “Sizə göndərdiyimizi möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz”.

2|64|Bundan sonra siz döndünüz. Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi, əlbəttə, zərər çəkənlərdən olardınız.

2|65|Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “Həqir meymunlar olun!” –dedik.

2|66|Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.

2|67|Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” –dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” –dedilər”. Allah Özü məni cahil olmaqdan saxlasın!” –dedi.

2|68|Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş ki, o nə cür olmalıdır?” “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi.

2|69|Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “onun tünd sarı rəngli və görənlərə xoş gələn olduğunu buyurur” -dedi.

2|70|Onlar söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə, əlbəttə, düz yolda olarıq”.

2|71|Dedi: “Buyurur ki, o ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz bir inəkdir”. Onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, -ded dəilər və onu kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.

2|72|Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb, onun barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!

2|73|Belə olduqda Biz: “bir parçasını ona vurun!” –dedik. Allah ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib dərk edəsiniz.

2|74|Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!

2|75|İndi onların sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki onların içərisində elələri vardır ki, Allahın kəlamını dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.

2|76|İman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik” -deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə: “Allahın sizə bildirdiyi şeyi xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? Dərk etmirsinizmi?” –söyləyirlər.

2|77|Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!

2|78|Onların bəziləri də avamdırlar, kitabı bilməzlər. Uyduqları yalnız boş arzulardır. Onlar ancaq zənnə qapılırlar.

2|79|Vay o kəslərin halına ki, öz əlləri ilə kitab yazıb, sonra, bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” -deyirlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!

2|80|Onlar: “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. Onlara söylə: “Siz Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”

2|81|Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.

2|82|İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.

2|83|Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” –deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz üz döndərənsiniz.

2|84|Xatırlayın ki, yenə bir zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” –deyə razılığa gəldik. Sonra siz şahid olub təsdiq etdiniz.

2|85|Siz elə adamlarsınız ki, sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəya zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.

2|86|Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.

2|87|Biz Musaya kitab verdik, ondan sonra d dea bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz.

2|88|Dedilər: “Bizim qəlblərimiz örtülüdür”. Əksinə, Allah onlara, küfrlərinə görə lənət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi iman gətirər.

2|89|Onlara Allah tərəfindən əllərindəkini təsdiq edən bir kitab göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə Kafirlərə qələbə çalmaq üçün yalvarırdılar. Bildikləri gəldikdə isə, ona inanmadılar. Allah kafirlərə lənət eləsin!

2|90|Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə həsəd aparmaq, Onun göndərdiyini inkar etməklə vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!

2|91|Onlara: “Allahın nazil etdiklərinə inanın!” –deyildikdə, onlar: “Biz özümüzə göndərilənə inanırıq”, -deyərək, ondan başqasını inkar edirlər. Halbuki o onların əllərində olanı təsdiq edən bir həqiqətdir. Onlara söylə: “Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

2|92|Musa sizə açıq-aydın dəlillər gətirmişdi. Siz isə onun ardınca buzova sitayiş edərək zülm etdiniz.

2|93|Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və demişdiy: “Sizə verdiyimizdən möhkəm yapışın, eşidin!” Onlar isə: “Eşitdik və qarşı çıxdıq!” –dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. Onlara de: “Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!”

2|94|Sən onlara de: “Əgər Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz doğru deyirsinizsə, onda ölüm istəyin!”

2|95|Onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!

2|96|Sən onları bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!

2|97|Cəbrailə düşmən olan kimsəyə de ki, onu özündən əvvəlkiləri təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.

2|98|Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da, kafirlərə düşməndir.

2|99|Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.

2|100|Hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Onların, bəlkə də, çoxu inanmır.

2|101|Allah tərəfindən onlara əllərindəkini təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.

2|102|Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki: “Biz imtahanıq, sən gəl kafir olma!” –deməmiş heç kəsə sehr öyrətmirdilər. Yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!

2|103|Əgər onlar iman gətirib pis əməllərdən çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş ki, bunu dərk edəydilər.

2|104|Ey iman gətirənlər! “Raina” deməyin, “unzurna” söyləyin! eşidin! Kafirləri şiddətli əzab gözləyir.

2|105|Nə əhli-kitabdan olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus edər. Allah böyük mərhəmət sahibidir!

2|106|Biz hər hansı bir ayəni ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

2|107|Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!

2|108|Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peygəmbərinizi sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır.

2|109|Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər həmin şəxsləri əfv edin və onları qınamayın. Şübhəsiz ki, Allah hər şeyə qadirdir!

2|110|Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!

2|111|Dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. Onlara söylə: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”

2|112|Əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

2|113|Yəhudilər dedilər: “Xaçpərəstlər bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər bir şeyə istinad etmirlər”, -söylədilər. Halbuki onların hər ikisi kitab oxuyur. Bilməyənlər də onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!

2|114|Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!

2|115|Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir!

2|116|Dedilər: “Allah övlad götürmüşdür”. Allah pak və müqəddəsdir. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!

2|117|Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol!” –deyər, o da olar.

2|118|Cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi!” Onlardan əvvəl gələnlər də, buna bənzər sözlər demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi açıqcasına göstərdik.

2|119|Biz səni haqq ilə müjdə verməyə və xəbərdarlıq etməyə gondərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan.

2|120|Sən yəhudi və xaçpərəstlərin millətlərinə tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. De: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, o zaman səni Allahdan qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.

2|121|Verdiyimiz kitabı layiqincə oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər isə özlərinə zərər yetirənlərdir.

2|122|Ey İsrail övladı! Sizə verdiyim nemətimi və sizi aləmlər üzərinə üstün etdiyimi xatırlayın!

2|123|Qorxun elə bir gündən ki, heç kəs heç kəsin işinə yarıya bilməz, heç kəsdən əvəz qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və onlara heç bir kömək də göstərilməz!

2|124|Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, tamamilə yerinə yetirdi. “Səni insanlara imam təyin edəcəyəm”, -dedi. “Nəslimdən necə?” –deyə soruşdu. “Zalımlar mənim əhdimə nail olmazlar”, -buyurdu.

2|125|Yadına sal ki, Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik. “İbrahimin durduğu yeri namazgah edin!” İbrahimə və İsmailə də: “Evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin! –deyə tövsiyə etdik.

2|126|Yadına sal ki, İbrahim; “Ey Rəbbim, buranı bəladan asudə bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!” -deyə dua etdikdə, O: “Kafir olanlara da bir qədər ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora nə fəna bir yerdir!” –deyə buyurdu.

2|127|Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!” –deyə dua etdilər.

2|128|“Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et, bizə əməllərimizi göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”

2|129|“Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”.

2|130|Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.

2|131|Rəbbi İbrahimə: “Təslim ol!” –dedikdə, O: “Aləmlərin Rəbbinə təslim oldum!” –deyə cavab vermişdi.

2|132|İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”

2|133|Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” –deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların – İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq!” -dedilər.

2|134|Onlar bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.

2|135|“Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” -deyirlər. Sən de: “Biz batildən haqqa tapınan İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi.

2|136|Belə deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”

2|137|Əgər onlar da siz inandığınız kimi inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər üz döndərərlərsə, ədavət bəsləmiş olarlar. Allah sənə onlardan kifayət edər. O, eşidəndir, biləndir.

2|138|“Allahın boyası. Allahın boyasından daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik”.

2|139|“Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!”

2|140|Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladının yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.

2|141|Onlar bir ümmət idilər ki, keçib getdilər, onların qazandıqları özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz.

2|142|Ağılsız adamlar deyəcəklər: “üz tutduqları qiblədən döndərən nədir?” De: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”.

2|143|Beləliklə də, sizi bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun. İndi yönəldiyin qibləni yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün təyin etdik. Bu, ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.

2|144|Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! Harada olsanız üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.

2|145|Sən kitab əhlinə hər cür dəlil gətisən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!

2|146|Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.

2|147|Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma!

2|148|Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!

2|149|Hər hansı bir yerə getdikdə, üzünü Məscidülhərama tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.

2|150|Haradan çıxsan, üzünü Məscidülhərama tərəf çevir! Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım ki, siz haqq yolu tapasınız.

2|151|Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, Kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.

2|152|Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!

2|153|Ey iman gətirənlər! Səbir və dua ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir.

2|154|Allah yolunda öldürülənlərə “ölü” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.

2|155|Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!

2|156|O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” deyirlər.

2|157|Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır!

2|158|Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir. Evi həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsində heç bir günah yoxdur. Hər kəs könüllü olaraq yaxşı bir iş görərsə, Allah razı qalandır, biləndir.

2|159|Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar.

2|160|Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!

2|161|Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!

2|162|Onlar həmişəlik lənət içərisində qalarlar. Onların əzabı əskilməz və üzlərinə də baxılmaz.

2|163|Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.

2|164|Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, əlamətlər vardır.

2|165|İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xabərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.

2|166|O zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır.

2|167|O zaman tabe olanlar: “Əgər bir də, qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”, -deyərlər. Beləcə Allah onların əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.

2|168|Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-açığına düşməndir.

2|169|O sizə ancaq pis və murdar işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər.

2|170|Onlara: “Allahın göndərdiyinə tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?

2|171|Kafirlər səda və nidadan başqa bir şey anlamayanlara bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.

2|172|Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!

2|173|O, sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir. Lakin naəlac qaldıqda zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!

2|174|Allahın nazil etdiyi kitabda olanları gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!

2|175|Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbrlidirlər!

2|176|Bu ondan ötrüdür ki, Allah kitabı haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar, şübhəsiz ki, uzaq bir nifaq içərisindədirlər.

2|177|Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır!

2|178|Ey iman gətirənlər! Öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində, qardaşı tərəfindən bağışlanmış ilə adətə görə rəftar edilməlidir. Bağışlanmış yaxşılıqla “diyə” verməlidir. Bu, Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan sonra təcavüzkarlıq edən kimsəni şiddətli əzab gözləyir!

2|179|Ey ağıl sahibləri, bu qisas sizin üçün həyat deməkdir. Ola bilsin ki, pis əməldən çəkinəsiniz.

2|180|Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə vacibdir.

2|181|Eşitdikdən sanra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah eşidəndir, biləndir.

2|182|Hər kəs vəsiyyət edənin səhv etməsindən və ya günaha batmasından ehtiyat edib varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir!

2|183|Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!

2|184|Sayı müəyyən olan günlərdir. Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!

2|185|İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran ramazan ayında nazil edilmişdir. Aya yetişən şəxslər oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz.

2|186|Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.

2|187|Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah sizin özünüzə pislik etdiyinizi bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın hədləridir, bunları aşmayın! Allah hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!

2|188|Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu hakimlərə verməyin!

2|189|Yeni doğan aylar barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!

2|190|Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!

2|191|Onları harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!

2|192|Əgər onlar vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!

2|193|Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar son qoyarlarsa, çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.

2|194|Haram olan ay haram olan ay müqabilindədir. Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmim ölçüdə həddi aşın. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.

2|195|Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir.

2|196|Allahdan ötrü həcc və ümrə əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə çatıncaya qədər başınızı qırxdırmayın. Əgər sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. Əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu ailəsi Məscidülhəramda sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.

2|197|Həcc məlum olan aylardır həcc ziyarəti vacib olan şəxsə həccdə olarkən yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey ağıl sahibləri, Məndən qorxun!

2|198|Rəbbinizdən ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın, çünki siz bundan əvvəl azanlardan idiniz!

2|199|Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

2|200|Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı yada saldiğınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” –deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!

2|201|Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər.

2|202|Belə şəxslərin qazandıqlarına görə mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!

2|203|Sayı bəlli olan günlərdə Allahı yada salın. Tələsərək iki gündə qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana heç bir günah tutulmaz. Bu, müttəqilərə aiddir. Allahdan qorxun və Onun yanında toplanacağınızı bilin!

2|204|İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da, Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.

2|205|Ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!

2|206|Ona: “Allahdan qorx!” –deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!

2|207|İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!

2|208|Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!

2|209|Əgər bu qədər aşkar dəlil gəldikdən sonra siz yenə də doğru yoldan azarsınızsa, o zaman bilin ki, Allah da qüvvət, hikmət sahibidir!

2|210|Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə gəlməsini və işin tamam olmasını gözləyirlər? Şübhəsiz ki, işlər Allaha qayıdacaqdır.

2|211|İsrail övladından xəbər al ki, Biz onlara nə qədər açıq dəlillər göndərdik! Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!

2|212|Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər.

2|213|İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün. O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin üzündən ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər.

2|214|Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” –demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!

2|215|Səndən nə verəcəkləri haqqında soruşanlara söylə: “verəcəyiniz şey ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və müsafirə məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.

2|216|Döyüş xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.

2|217|Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. Fitnə salmaq isə vuruşmaqdan daha betərdir”! Onlar əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!

2|218|Həqiqətən, Allaha iman gətirənlər, köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!

2|219|Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! Nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.

2|220|Dünya və axirət barəsində. Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün yaxşılaşdırmaq xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!

2|221|Allaha şərik qərar verən qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.

2|222|Səndən heyz barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın!” Allah tövbə edənləri, pak olanları sevər!

2|223|Qadınlarınız sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan hazırlayın! Allahdan qorxun və Onun hüzuruna gedəcəyinizi bilin! İman gətirənlərə müjdə ver!

2|224|Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı hədəf etməyin! Allah eşidəndir, biləndir!

2|225|Allah, bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!

2|226|Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah bağışlayandır, rəhm edəndir.

2|227|Əgər talaq vermək istəsələr, şübhəsiz ki, Allah eşidəndir, biləndir.

2|228|Boşanan qadınlar üç dəfə gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal olmaz. Ərləri barışmaq istərlərsə, onları geri almağa daha çox haqlıdırlar. Üzərində şəriətə görə hüquqları olduğu kimi, onlar üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir.

2|229|Talaq vermə iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq, ya da xoşluqla ayrılmaq gərəkdir. Onlara verdiyinizdən bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. Əgər onların Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir. Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.

2|230|Əgər övrətini yenə də boşarsa, o zaman başqa bir ərə getməmiş ona halal olmaz. Onu boşadıqdan sonra Allahın hədlərinə riayət edəcəklərinə inamları olduqları təqdirdə, təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir.

2|231|Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. Zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri ilə oynamayın. Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!

2|232|Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın! Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu sizin üçün daha təmiz və daha pakdır. Allah bilir, siz bilməzsiniz!

2|233|Analar uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! Bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!

2|234|Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!

2|235|Qadınlara elçi göndərmək istədiyinizi işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin onlarla gizlində vədələşməyin, onlara şəriətə müvafiq söz deyin! Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan qorxun, Allahın bağışlayan, həlim olduğunu bilin!

2|236|Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq edənlərə layiq şəkildə onlara bir şey versin!

2|237|Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar bunu, yaxud əlində nikah müqaviləsi olanlar kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. Sizin bağışlamağınız müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.

2|238|Namazlara, orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın.

2|239|Əgər qorxsanız, piyada gedə-gedə və ya minik üstə. Əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri sizə nə cür öyrədibsə, o cür anın!

2|240|Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!

2|241|Boşanan qadınları qəbul olunmuş tərzdə faydalandırmaq müttəqilərin vəzifəsidir.

2|242|Allah sizə Öz ayələrini, bu qaydada aydınlaşdırır ki, düşünüb anlayasınız.

2|243|Minlərlə adamın ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: “Ölün!” –dedi və sonra da diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!

2|244|Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir!

2|245|Allah yolunda yaxşı borc verən kimdir ki, onun mükafatını qat-qat artırsın?! Allah sıxıntıya salar, ürəyini açar. Siz Onun hüzuruna qaytarılacaqsınız.

2|246|Musadan sonra bir dəstə İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, Allah yolunda vuruşaq!” -dedilər. O da: “Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?” –söylədi. Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, üz çevirdilər. Allah zülm edənləri tanıyır!

2|247|Peyğəmbəri onlara dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” –deyə cavab verdilər. dedi: “Allah sizdən ötrü onu seçmiş, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mülkünü istədiyinə verər. Allah genişdir, biləndir!”

2|248|Peyğəmbəri onlara dedi: “padşahlıq əlaməti sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harun nəslindən qalan şeylər, vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır”.

2|249|Talut qoşunu ilə ayrıldığı zaman dedi: “Allah sizi bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, o sudan içdi. O və onunla birlikdə olan möminlər keçdikdən sonra dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! Allahın rəhmətinə qovuşacaqlarına inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”

2|250|Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”

2|251|Nəhayət, onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır.

2|252|Bunlar Allahın ayələridir ki, onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, göndərilən peyğəmbərlərdənsən.

2|253|Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Onlarda bəziləri iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!

2|254|Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər isə zülm edənlərdir!

2|255|Allah! başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

2|256|Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!

2|257|Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

2|258|Allahın verdiyi hökmranlıq üzündən İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, -dediyi zaman, O: “Mən də həm dirildir, həm də öldürürəm” -demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” –dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!

2|259|Yaxud uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” –demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” –deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” –deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” –deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” –dedi.

2|260|Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” –dedikdə (Allah): “Məgər inanmırsan?” –buyurmuşdu. (İbrahim:) “Bəli, inanıram, lakin ürəyim sakit olmaq üçün” -deyə cavab vermişdi. buyurmuşdu: “Dörd cür quş götürüb onlara diqqətlə bax, sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!”

2|261|Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah genişdir.

2|262|Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

2|263|Xoş bir söz və günahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!

2|264|Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!

2|265|Mallarını Allahın razılığını qazanmaq və nəfslərini sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm. Həqiqətən, Allah nə etdiyinizi görəndir!

2|266|Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, zəif uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.

2|267|Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşılarından sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. Şükrə layiqdir!

2|268|Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah genişdir, Biləndir.

2|269|Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!

2|270|Xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin zülm edənlərin heç bir köməkçisi olmaz!

2|271|Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!

2|272|İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!

2|273|Allah yolunda canından keçərək yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!

2|274|Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

2|275|Sələm yeyənlər qəbirlərindən ancaq Şeytan toxunmuş kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” –dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə son qoyarsa, keçmişdə aldığı onundur. Onun işi Allaha aiddir. Amma qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

2|276|Allah sələmi məhv edər, sədəqələri isə artırar. Allah kafiri, günahkarı sevməz!

2|277|İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

2|278|Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən vaz keçin!

2|279|Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!

2|280|Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!

2|281|Allaha tərəf qaytarılacağınız gündən qorxun! Hər kəsə gördüyü əməlin əvəzi veriləcək və zülm olunmayacaqdır!

2|282|Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə, yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun vəkili ədalətlə deyib yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər biri unudarsa, o birisi onun yadına salsın. Şahidlər dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah sizə öyrədir. Allah bütün işləri biləndir!

2|283|Səfərdə olub katib tapmasanız, girov saxlayın. Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!

2|284|Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. İstədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!

2|285|Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qayıdacağıq!”

2|286|Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!”

3. Ali İmran

3|1|Əlif, Lam, Mim!

3|2|Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.

3|3|Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.

3|4|Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir!

3|5|Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz.

3|6|Bətnlərdə sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur!

3|7|Sənə Kitabı nazil edən Odur. Onun bir hissəsi möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların yozumunu Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, -deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.

3|8|Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, bəxş edənsən!

3|9|Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!

3|10|Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!

3|11|Bunların adəti Firon camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir! Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın əzabı şiddətlidir!

3|12|Kafir olanlara de: “Siz məğlub olacaq və Cəhənnəmə sürüklənəcəksiniz!” Necə də pis yerdir!

3|13|İki dəstənin qarşı-qarşıya durması sizin üçün dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir.

3|14|Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.

3|15|Söylə: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövcələr və Allah rizası vardır. Allah, həqiqətən, bəndələrini görəndir!

3|16|O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” –deyirlər.

3|17|Onlar səbr edən, doğru olan, itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı bağışlanmaq diləyənlərdir.

3|18|Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.

3|19|Allah yanında din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.

3|20|Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!

3|21|Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!

3|22|O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də olmayacaqdır.

3|23|Kitabdan özlərinə bir pay verilmiş kimsələri görmürsənmi? Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına dəvət olunurlar. Sonra onların bir qismi üz döndərir. Onlar dönüklük edəndirlər.

3|24|Bu onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onların öz dinləri barəsində düzəltdikləri uydurmalar aldadıb yoldan çıxartmışdır.

3|25|Elə isə şübhə edilməyən bir gündə onları topladığımız zaman halı necə olacaq? Hər kəsə qazandığının əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.

3|26|De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! |27|Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən”.

3|28|Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən kəs Allahdan heç bir şey gözləməsin. Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir!

3|29|De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız, Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyə qadirdir! |30|O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə mərhəmətlidir!”

3|31|De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”

3|32|Söylə: “Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!”

3|33|Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi.

3|34|Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!

3|35|İmranın zövcəsinin: “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar olmaq üçün nəzir edirəm. məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” –dediyini xatırla!

3|36|Onu doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, -söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun Şeytandan Sənə tapşırıram”.

3|37|Belə olduqda, Rəbbi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. “Ya Məryəm, bunlar sənin üçün haradandır?” -dedikdə, o: “Allah tərəfindəndir!” -deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!

3|38|Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”

3|39|Mehrabda ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni təsdiq edən, ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın xəbərini müjdə verir”.

3|40|“Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır olduğu halda, mənim necə oğlum ola bilər? “–söylədi. “Dediyin kimidir, Allah nə istəsə, onu da edər”, -deyə buyurdu.

3|41|“Ey Rəbbim! Mənə bir nişanə göstər”, -dedikdə, “Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal və səhər-axşam şəninə təriflər deyib şükür et!” buyurdu.

3|42|Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur. |43|Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!”

3|44|Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” –deyə, qələmlərini atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.

3|45|Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca və yaxın olanlardandır.

3|46|O, beşikdə ikən, yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən olacaqdır”.

3|47|“Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” –dedikdə, Buyurdu: “elədir, Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da olar.

3|48|Ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.

3|49|Və onu İsrail övladına peyğəmbər göndərəcək. “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cücam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır. |50|Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! |51|Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!”

3|52|İsa onların küfrünü hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” -deyə soruşdu. Həvarilər dedilər: “Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol!”

3|53|“Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz!”

3|54|Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir.

3|55|O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm. Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm! |56|Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır!”

3|57|İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!

3|58|Bunları ayələrdən və himətlə dolu olan zikrdən sənə söyləyirik.

3|59|Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: “ol!” –dedi, o da oldu.

3|60|Şübhəsiz ki, sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!

3|61|Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra dua edib yalançılara Allahın lənət etməsini diləyək!”

3|62|Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!

3|63|Əgər onlar üz döndərərlərsə. Əlbəttə ki, Allah fitnə-fəsad törədənləri tanıyandır!

3|64|Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!”

3|65|Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?

3|66|Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, Allah bilir, siz bilməzsiniz!

3|67|İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi.

3|68|Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!

3|69|Kitab əhlindən bir dəstə sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər.

3|70|Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda nə üçün inkar edirsiniz?

3|71|Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?

3|72|Kitab əhlindən bir dəstə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində inanın, həmin günün axırında isə onu inkar edin! Bəlkə, üz döndərsinlər. |73|Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” 

Söylə: “Əlbəttə, doğru yol, Allahın yoludur Sizə verilən şeyin bənzərinin başqa birisinə veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə edəcəyinə!” De: “Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah genişdir. Biləndir!”

3|74|Öz nemətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir!

3|75|Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə bizə irad tutulmayacaq”, -deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər.

3|76|Xeyr. Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah müttəqiləri sevər.

3|77|Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları pak etməz. Onları şiddətli bir əzab gözləyir!

3|78|Onlardan bir zümrə də vardır ki, siz onların oxuduqlarını hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini o tərəf-bu tərəfə əyirlər. Halbuki onların bu oxuduqları kitabdan deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır ,-deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.

3|79|Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” –desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani olun!” -deyər.

3|80|O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi?!

3|81|O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz” -deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? –demişdi. Onlar da: “Təsdiq etdik!” –deyə cavab vermişdilər. Allah: “Elə isə şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, -deyə buyurmuşdu!

3|82|Bundan sonra üz döndərən kəslər fasiqlərdir.

3|83|Necə ola bilər ki, onlar Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.

3|84|Söylə: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona təslim oluruq!”

3|85|Kim islamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

3|86|İman gətirdikdən, Rəsulun haqq olduğuna şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz!

3|87|Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!

3|88|Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara baxılmayacaqdır!

3|89|Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

3|90|İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz. Azanlar məhz onlardır!

3|91|Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara heç bir kömək edən olmaz!

3|92|Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!

3|93|Tövrat göndərilməmişdən əvvəl İsrailin yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar İsrail övladına halal idi. de: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”

3|94|Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər zülm edənlərdir!

3|95|De: “Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin ardınca gedin, çünki o, şərik qoşanlardan deyildi”

3|96|Həqiqətən, insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.

3|97|Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə. Əlbəttə, Allah aləmlərə möhtac deyildir!

3|98|De: “Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?”

3|99|De: “Ey kitab əhli! Siz şahid olduğunuz halda, nə üçün iman gətirən kimsələri Allahın yolundan geri döndərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız? Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir”.

3|100|Ey möminlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.

3|101|Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.

3|102|Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!

3|103|Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!

3|104|İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir.

3|105|Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.

3|106|Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə, üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” –deyiləcəkdir.

3|107|Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada həmişəlik qalacaqlar!

3|108|Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz.

3|109|Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Bütün işlər axırda Allaha qayıdacaqdır!

3|110|Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.

3|111|Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.

3|112|Onlara, harada olursa olsunlar, zillət damğası vurulmuşdur. Yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar.

3|113|Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.

3|114|Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.

3|115|Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz. Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!

3|116|Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.

3|117|Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.

3|118|Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, ayələri artıq sizə izah etdik.

3|119|Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, -deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir.

3|120|Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.

3|121|Sən müharibədən ötrü möminlərə mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb getdiyin vaxtı! Şübhəsiz ki, Allah eşidəndir, biləndir!

3|122|Sizin içərinizdən iki dəstə məğlubiyyətdən qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər Allaha təvəkkül etsinlər!

3|123|Həqiqətən, siz Bədrdə zəif olduğunuz halda, Allah sizə yardım etdi. Şükür edən olmaq üçün Allahdan qorxun!

3|124|O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?”

3|125|Bəli, əgər səbr edib qorxsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.

3|126|Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki, |127|O, kafirlərin bir hissəsini məhv etsin və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər.

3|128|Bu işdə sənə dəxli olan bir şey yoxdur. Ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.

3|129|Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!

3|130|Ey iman gətirənlər! Sələmi qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!

3|131|Kafirlər üçün hazırlanmış oddan həzər edin!

3|132|Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!

3|133|Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.

3|134|O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.

3|135|O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmazlar.

3|136|Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!

3|137|Sizdən əvvəl bir çox vaqilər olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!

3|138|Bu, insanlardan ötrü bir xəbər, müttəqilərdən ötrü isə hidayət və nəsihətdir.

3|139|Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!

3|140|Əgər siz yara aldınızsa, o biri dəstə də o cür yara aldı. Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri ayırd etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz!

3|141|Allahın iman gətirənləri təmizləməsi və kafirləri məhv etməsi üçündür.

3|142|Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri bilib ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?

3|143|Siz ölümlə qarşılaşmadan əvvəl ölüm arzulayırdınız. Artıq onu gördünüz və durub baxdınız.

3|144|Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.

3|145|Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən edilmiş bir yazıdır. Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!

3|146|Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər!

3|147|Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” –deməkdən başqa sözləri olmamışdır.

3|148|Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini verdi. Allah yaxşı iş görənləri sevər!

3|149|Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.

3|150|Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır.

3|151|Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir!

3|152|Siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin O, sevdiyiniz şeyi sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!

3|153|Siz qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!

3|154|Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey varmı?” –deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur”. Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik” -deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər ki, Allah sizin ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları təmizləsin. Allah ürəklərdə olanları biləndir!”

3|155|İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!

3|156|Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”, -deyən kafirlər kimi olmayın! Allah bunu onların ürəklərində bir həsrət olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!

3|157|Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, topladıqları şeylərdən daha xeyirlidir.

3|158|Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna toplanacaqsınız!

3|159|Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah təvəkkül edənləri sevər!

3|160|Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!

3|161|Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!

3|162|Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onunyeri Cəhənnəmdir. O yer necə də pisdir!

3|163|Onların Allah yanında ərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.

3|164|Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.

3|165|Siz onları ikiqat müsibətə düçar etdiyiniz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu haradan gəldi?” –dediniz. Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!

3|166|İki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki, möminləri ayırd etsin.

3|167|Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun!” –deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” –deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların gizlətdiklərini çox yaxşı bilir!

3|168|Oturan və qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər” -deyənlərə söylə: “Əgər doğru deyirsinizsə, onda ölümü özünüzdən uzaqlaşdırın!”

3|169|Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur.

3|170|Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış kəslərin heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.

3|171|Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.

3|172|Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!

3|173|O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” –deyə cavab verdilər.

3|174|Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.

3|175|Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!

3|176|Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir!

3|177|Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar!

3|178|Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!

3|179|Allah pisi yaxşıdan ayırmaq üçün möminləri sizin olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər. Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!

3|180|Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!

3|181|“Allah kasıbdır, biz isə dövlətliyik!” –deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və onlara: “Dadın atəşin əzabını!” –deyəcəyik.

3|182|Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!

3|183|“Allah bizə əmr etmişdir ki, onun yandıracağı bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” –deyənlərə belə cavab ver: “Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və dediklərinizi gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”

3|184|Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.

3|185|Hər bir kəs ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən başqa bir şey deyildir.

3|186|Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir.

3|187|Allah kitab əhlindən: “Siz onu gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” –deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!

3|188|Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!

3|189|Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!

3|190|Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.

3|191|O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!

3|192|Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!

3|193|Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” –deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!

3|194|Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”

3|195|Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”

3|196|Küfr edənlərin diyar-diyar gəzib dolaşması səni aldatmasın!

3|197|Bu, azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!

3|198|Lakin öz Rəbbindən qorxanları altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.

3|199|Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.

3|200|Ey iman gətirənlərr. səbr edin,bdözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!

4. Nisa

4|1|Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Bir-birinizdən istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!

4|2|Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.

4|3|Əgər yetim qızlarla ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa daha yaxındır.

4|4|Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!

4|5|Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları səfehlərə verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.

4|6|Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!

4|7|Ata, ana və qohumların qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da hissə müəyyən edilmişdir.

4|8|Malın bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın!

4|9|Özlərindən sonra övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, o cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar!

4|10|Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər.

4|11|Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, üçdə bir hissəsi anaya aiddir. Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

4|12|Əgər arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər kişi və qadının eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. Allah tərəfindən tövsiyə olunmuşdur. Allah biləndir, həlimdir!

4|13|Bunlar Allahın hədləridir. Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük qurtuluşdur!

4|14|Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.

4|15|Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan dörd şahid tutun! Əgər onlar şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!

4|16|İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir,bağışlayandır!

4|17|Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

4|18|Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!

4|19|Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər onlara nifrət etsəniz. Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah çoxlu xeyir nəzərdə tutmuş olsun.

4|20|Əgər bir arvadın yerinə başqa bir arvad almaq itəsəniz, onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?!

4|21|Siz onu necə geri ala bilərsiniz ki, bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm əhd-peyman almışdılar.

4|22|Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və pis bir yoldur!

4|23|Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

4|24|Sahib olduğunuz müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı ilə sizə. Bunlardan başqaları isə namusla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

4|25|İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz mömin cariyələrdən alsınlar. Allah sizin imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

4|26|Allah sizə bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir!

4|27|Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə sapdırmaq istəyirlər.

4|28|Allah istər ki, üzərinizdə olanı yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır.

4|29|Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!

4|30|Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!

4|31|Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin üstünü örtər və sizi çatdırarıq.

4|32|Allahın birinizi digərindən ütün tutduğu şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. Allahın lütfündən istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir.

4|33|Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir!

4|34|Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və öz mallarından sərf etməsinə görədir. Əməlisaleh qadınlar itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!

4|35|Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif təyin edib göndərin. Əgər onlar barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah biləndir, xəbərdardır!

4|36|Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, müsafirə, əlinizin altında olana yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!

4|37|O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!

4|38|Öz mallarını xalqa göstərmək xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!

4|39|Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən sərf etsəydilər, nə olardı?! Allah onları tanıyandır.

4|40|Həqiqətən, Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu ikiqat artırar və öz tərəfindən də böyük mükafat verər!

4|41|Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman nə cür olacaq?

4|42|O gün Allahı dananlar və Peyğəmbərə asi olanlar yerlə yeksan olmağı arzu edərlər və heç bir sözü Allahdan gizlədə bilməzlər!

4|43|Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş olduqda su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!

4|44|Məgər sən kitabdan bir pay verilmiş əanları görmürsənmi ki, onlar zəlaləti satın alır və sizin də, yoldan azmanızı istəyirlər?

4|45|Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah kifayət edər!

4|46|Yəhudilərin bir qismi sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan və raina” -deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!” -desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.

4|47|Ey kitab verilmiş kimsələr! Bəzi üzləri tanınmaz hala salıb ənsələrinə çevirməmişdən və şənbə gününün hörmətinini saxlamayanlara etdiyimiz kimi, onlara da lənət etməmişdən əvvəl əlinizdə olanı təsdiqləyən olaraq nazil etdiyimizə iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!

4|48|Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.

4|49|Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr. Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!

4|50|Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah olaraq kifayətdir!

4|51|Kitabdan bir pay verilənləri görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar” -deyirlər.

4|52|Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən!

4|53|Yoxsa onların hökmranlıqdan bir payı vardır? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu belə verməzdilər.

4|54|Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik.

4|55|Onlardan kimisi ona iman gətirdi, kimisi də ondan üz döndərdi. Cəhənnəmin alovlanmış odu kifayət edər!

4|56|Ayələrimizi inkar edənləri oda atacağıq. Onların dəriləri bişdikcə, əzabı dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!

4|57|İman gətirən və yaxşı işlər görən şəxsləri altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx kölgəlikdə yerləşdirəcəyik.

4|58|Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir!

4|59|Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

4|60|Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmamaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq olan zəlalətə sürükləmək istər.

4|61|Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” –deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.

4|62|Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman necə olacaq? Sonra onlar sənin yanına gəlib: “Biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik” -deyərək Allaha and içəcəklər.

4|63|Onlar elə şəxslərdir ki, Allah onların ürələrindəkini bilir. Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!

4|64|Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.

4|65|Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, iman gətirmiş olmazlar.

4|66|Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” –deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı.

4|67|O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik.

4|68|Və onları düz yola yönəldərdik.

4|69|Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!

4|70|Bu mükafat Allah tərəfindəndir. Bilən Allah kifayət edər!

4|71|Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!

4|72|Aranızda elələri də vardır ki, ağır tərpənər və əgər sizə bir müsibət üz versə: “Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım” -deyər.

4|73|Əgər Allah tərəfindən sizə bir nemət yetişərsə, o zaman guya aranızda heç bir dosluq yoxmuş kimi: “Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət əldə edəydim!”

4|74|Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya qalib gələrsə, ona böyük mükafat verəcəyik.

4|75|Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” –deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?

4|76|İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!

4|77|O şəxsləri görmürsənmi ki, onlara: “Əl çəkin, namaz qılın, zəkat verin!” –deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın!” –dedilər. Onlara söylə:” Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!”

4|78|Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. Onlara bir xeyir yetişdikdə: “Bu Allahdandır!” –deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” –söyləyərlər. De: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır!

4|79|Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması kifayət edər.

4|80|Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.

4|81|Onlar: “itaət edirik!” –deyir, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın vəkil olması kifayət edər!

4|82|Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.

4|83|Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər bunu, Peyğəmbərə və ya özlərindən olan ixtiyar sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan kimsələr bilərdilər. Əgər Allahın lütfü üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.

4|84|Allah yolunda vuruş. Sən yalnız özünə cavabdehsən, lakin möminləri də təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış olsun. Allahın qəzəbi də, əzabı da çox şiddətlidir!

4|85|Yaxşı işə vasitəçi olana, pis işə vasitəçi olana bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir.

4|86|Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.

4|87|Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı, əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!

4|88|Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən!

4|89|Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda hicrət etməyənə qədər onlardan dost tutmayın! Əgər onlardan üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!

4|90|Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə vuruşmaqdan ürəkləri sıxılaraq sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.

4|91|Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar. Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.

4|92|Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu, səhvən olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara tam şəkildə qanbahası verməlidir. Əgər mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt mömin bir qul azad etməlidir. Əgər sizinlə əhd bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca iki ay oruc tutmalıdır. Allah biləndir, hikmət sahibidir!

4|93|Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lə’nət edər, onun üçün böyük əzab hazırlar!

4|94|Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!

4|95|Zərər çəkmədən əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına vəd etmişdir. Allah mücahidlərə oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.

4|96|Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir.

4|97|Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: “Siz nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif kəslər idik.” “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” –deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!

4|98|Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır.

4|99|Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!

4|100|Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!

4|101|Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.

4|102|Sən içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını götürsünlər. Səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!

4|103|Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çixdıqda isə, namazı araqılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz edilmişdir.

4|104|Qövmü təqib etməkdə zəiflik göstərməyin! Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah biləndir, hikmət sahibidir!

4|105|Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən olma!

4|106|Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!

4|107|Özlərilə xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!

4|108|Onlar insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O onların yanındadır Allah onların nələr etdiyini biləndir.

4|109|Budur, siz dünyada onlardan ötru mübahisə etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil olacaqdır?

4|110|Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.

4|111|Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir!

4|112|Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar.

4|113|Əgər sənə Allahın lütfü olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!

4|114|Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə böyük mükafat verəcəyik!

4|115|Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.

4|116|Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, çox azmışdır.

4|117|Allahı qoyub yalnız qadın bütlərə tapınır və yalnız asi Şeytana ibadət edirlər.

4|118|Allah ona lənət etdi. O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.

4|119|Onları hökmən sapdıracaq, xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.

4|120|Onlara vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir.

4|121|Onların yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar.

4|122|İman gətirib yaxşı işlər görənləri isə, Biz altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?!

4|123|Bu, nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!

4|124|Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!

4|125|Yaxşı əməl sahibi olun özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!

4|126|Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi ehtiva etmişdir.

4|127|Səndən qadınlar barəsində fətva istəyirlər. De ki: “Onlar barəsində fətvanı sizə Allah və Kitabdan sizə oxunan verir. Onlar verilməsi vacib olanı özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!

4|128|Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıq düzəlişmələrindən heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən xəbərdardır!

4|129|Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə qoymayın. Əgər özünüzü islah edib. çəkinsəniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

4|130|Əgər onlar bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!

4|131|Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, göylərdə və yerdə nə varsa, Allahındır. Allah ehtiyacsızdır, şükür olunmağa, layiqdir.

4|132|Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər.

4|133|Ey insanlar! Əgər O istərsə, sizi yox edər, başqalarını gətirər. Allah buna qadirdir!

4|134|Hər kəs dünya savabını istərsə, dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir!

4|135|Ey iman gətirənlər! sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, Allah etdiyiniz işlərdən xəbərdardır!

4|136|Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, çox azmışdır.

4|137|İman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir!

4|138|Munafiqlərə müjdə ver ki, onlardan ötrü şiddətli əzab var.

4|139|O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. Qüüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, qüdrət tamamilə Allaha məxsusdur!

4|140|Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!

4|141|Sizə göz qoyan Allah tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz də sizinlə deyildikmi?” deyər, kafirlərə nəsib olduqda isə: “Məgər biz sizə qalib gələ bilməzdikmi? Məgər biz möminlərə mane olmadıqmi?” –söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!

4|142|Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər.

4|143|Tərəddüd edib nə bunlara, nə də onlara tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən!

4|144|Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?

4|145|Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!

4|146|Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərə bərabərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir!

4|147|Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, biləndir!

4|148|Allah pis sözün açıq deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah eşıdəndir, biləndir!

4|149|Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz. Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!

4|150|Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq” -deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər - |151|Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!

4|152|Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

4|153|Kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki onlar Musadan bundan daha böyüyünü istəmiş və: “Bizə Allahı aşkar göstər!” –demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın möcüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər. Biz bundan da keçdik və Musaya açıq-aşkar dəlil verdik.

4|154|Əhdə riayət etsinlər deyə, Tur dağını onların üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!” –dedik. Və onlardan möhkəm əhd aldıq.

4|155|Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Ürəklərimiz pərdəlidir!” -dedikləri ucundan. Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.

4|156|Onlar həm də küfr etdikləri və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün.

4|157|“Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük” -demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişdilər.

4|158|Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

4|159|Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir.

4|160|Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə özlərinə halal edilmiş gözəl nemətləri onlara haram etdik.

4|161|Və qadağan olunmasına baxmayaraq, sələm aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı. Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!

4|162|Lakin onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!

4|163|Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.

4|164|Peyğəmbərlər. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı.

4|165|Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

4|166|Lakin Allah sənə nazil etdiyi ilə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər!

4|167|İnkar edən və Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, çox uzaq bir zəlalətə uğramışlar.

4|168|Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara bir yol göstərən deyildir!

4|169|Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa! Bu isə Allah üçün çox asandır!

4|170|Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla gətirdi. İman gətirin! Bu sizin üçün xeyirli olar. Siz inkar etsəniz də, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

4|171|Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. “üçdür” deməyin. Son qoyun ki, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan kənardır. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın vəkil olması bəs edər!

4|172|İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!

4|173|İman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz nemətindən onlar üçün artıracaqdır. Özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!

4|174|Ey insanlar! sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur endirdik.

4|175|Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar və onları özünə tərəf gedən düz yola yönəldər.

4|176|Səndən fətva istəyirlər. De: “Atası və övladı olmayan şəxs haqqında Allah sizə belə fətva verir: Övladı olmayan bir şəxs vəfat etdikdə onun bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir. Əgər vəfat edən şəxsin iki bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan ibarət olarsa, kişiyə qadına düşən payın iki misli verilir”. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!

5Maidə

5|1|Ey iman gətirənlər! Əhdlərə sadiq olun. İhramda olarkən ov sizə qadağan edilməklə, adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!

5|2|Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə, haram aya, qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama üz tutub gələnlərə hörmətsizlik etməyin! İhramdan çıxdığınız zaman ov edin. Sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin. Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!

5|3|Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılaraq ölmüş, vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa, günaha meyl etmək niyyətində olmayaraq. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

5|4|Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!

5|5|Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!

5|6|Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. Başınızı və hər iki bəndə qədər ayaqlarınızı məsh edin. Əgər cünub olmusunuzsa, qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz!

5|7|Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik” -dediyiniz zaman sizinlə bağladığı əhdi unutmayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə olanları biləndir!

5|8|Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!

5|9|Allah iman gətirib yaxşı işlər görənlərə onlara bağışlanma və böyük mükafat gözlədiyini vəd buyurmuşdur!

5|10|Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!

5|11|Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, bir tayfa sizə əl qaldırmaq niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər!

5|12|Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan on iki nəzarətçi göndərmişdik. Allah buyurmuşdu: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl bir borc versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs küfr edərsə, o artıq doğru yoldan azmış olar!”

5|13|Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!

5|14|“Biz xaçpərəstik” -deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!

5|15|Ey kitab əhli! Sizə kitabda gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab gəldi.

5|16|Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!

5|17|“Allah Məryəm oğlu Məsihdir” -deyənlər, şübhəsiz ki, kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!

5|18|Yəhudilər və xaçpərəstlər dedilər: “Biz Allahın oğulları və sevimliləriyik”. De: “Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. İstədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır!

5|19|Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir qorxudan kimsə gəldi” -deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!

5|20|Bir zaman Musa öz camaatına belə demişdi: “Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən heç birinə vermədiyini sizə verdi. |21|Ey camaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin, yoxsa zərər çəkmiş halda geri dönərsiniz.

5|22|Onlar dedilər: “Ya Musa, orada nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.

5|23|Qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə qapıdan girin. Əgər girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”

5|24|Dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.

5|25|Dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma gücüm çatar. Sən bizi bu günahkar və azğın camaatdan ayır!”

5|26|Buyurdu: “Artıq ora qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə sərgərdan gəzib dolaşacaqlar. O günahkar camaatın halına acıma!”

5|27|Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. Demişdi: “Səni mütləq öldürəcəyəm!” Belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən qəbul edər! |28|Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. |29|Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!”

5|30|Nəfsi onu qardaşını öldürməyə sövq etdi, onu öldürdü və bununla da zərərçəkənlərdən oldu.

5|31|Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. Dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.

5|32|Buna görə də İsrail oğullarına yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara açıq möcüzələr gətirmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə həddi aşdılar.

5|33|Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.

5|34|Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!

5|35|Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə axtarın. Yolunda cihad edin ki, nicat tapasınız!

5|36|Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir!

5|37|Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır!

5|38|Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

5|39|Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

5|40|Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur?! O, istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!

5|41|Ya Peyğəmbər ürəklərində inanmadıqları halda, dildə: “İnandıq”, deyənlərin, yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”. Allahın fitnəyə düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab gözləyir!

5|42|Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!

5|43|İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə hakim təyin edir, sonra da ondan üz çevirirlər? Onlar iman gətirmiş kimsələr deyildirlər.

5|44|Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. Təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər. İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!

5|45|Biz yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs bağışlasa, bu onun üçün bir kəffarədir. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, zalimdirlər!

5|46|Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.

5|47|İncil əhli Allahın onda nazil etdiyi ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır.

5|48|Biz sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istədiyi, sizi vahid bir ümmət edərdi. Lakin bu Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Hamınızın axır dönüşü Allahadır. Aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!

5|49|O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu fasiqlərdir!

5|50|Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!

5|51|Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!

5|52|Ona görə də qəlblərində mərəz olanları onların içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən qorxuruq”, -deyən görərsən. Amma, ola bilsin ki, Allah bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar.

5|53|İman gətirənlər isə deyəcəklər: “Sizinlə birlikdə olacaqları barədə Allaha möhkəm andlar içən kəslər bunlarmıdır?” Onların əməlləri puça çıxdı və zərərçəkənlərdən oldular.

5|54|Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah elə bir tayfa gətirər ki, onları, onlar da sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah genişdir, biləndir!

5|55|Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər.

5|56|Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir.

5|57|Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə Allahdan qorxun!

5|58|Siz namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır.

5|59|De: “Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin fasiq olmasınamı görədir?!”

5|60|De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!

5|61|Dozin yanınıza gəldikləri zaman: “Biz iman gətirdik!” -deyirlər. Halbuki onlar küfrlə daxil olmuş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir!

5|62|Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!

5|63|Kaş onların din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də pisdir!

5|64|Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın əlləri açıqdır. istədiyi kimi lütf edər. Rəbbindən sənə nazil edilən onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçılik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!

5|65|Əgər kitab əhli iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də Nəim cənnətlərinə daxil edərik.

5|66|Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar həm üstündə, həm də ayaqları altında olanlardan yeyərdilər. Onlar arasında mötədil bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!

5|67|Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən, risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!

5|68|De: “Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana düzgün əməl etmədikcə, siz heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma!

5|69|Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!

5|70|Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.

5|71|Və elə hesab edərdilər ki, heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenə görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir!

5|72|Şübhəsiz ki: “Allah Məryəm oğlu Məsihdir!” –deyənlər kafir oldular. Halbuki Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”

5|73|“Allah üçün üçüncüsüdür!” –deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir.

5|74|Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhm edəndir!

5|75|Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak bir qadın idi. Onlardan hər ikisi yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar gör necə üz çevirirlər.

5|76|De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah eşidəndir, biləndir!”

5|77|De: “Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!”

5|78|İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.

5|79|Onlar etdikləri pis əməldən əl çəkmirdilər. Onların gördükləri iş necə də pis idi!

5|80|Onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır!

5|81|Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqdirlər!

5|82|Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, “Biz xaçpərəstik” -deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların içində keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir.

5|83|Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizişahid olanlarla bir yerə yaz!

5|84|Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə daxil etməsini umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq?!

5|85|Allah da bu sözlərinə görə onlara altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!

5|86|Kafir olub ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər!

5|87|Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!

5|88|Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun!

5|89|Allah sizi bilmədən içdiyiniz andlarınıza görə cəzalandırmaz lakin içdiyiniz andlara görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun. Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!

5|90|Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!

5|91|Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?

5|92|Allaha və Peyğəmbərə itaət edin. Əgər boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir.

5|93|İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, daddıqları şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!

5|94|Ey iman gətirənlər! Allah Özünü görmədən Ondan qorxanları ayırd etmək üçün sizi əllərinizin və mizraqlarınızın çata biləcəyi bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı şiddətli bir əzab gözləyir!

5|95|Ey iman gətirənlər! İhramda olarkən ovu öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər bir heyvanı Kəbəyə çatası qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, yoxsullara yedirtmək, yaxud ona bərabər oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!

5|96|Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, dəniz ovu və onu yemək sizə də, yolçulara da halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!

5|97|Allah Beytülhəram olan Kəbəni haram ayı, boyunları bağsız və bağlı qurbanları insanların düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa bilməsini, özü də Allahın hər şeyi bilən olmasını siz də biləsiniz!

5|98|Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir!

5|99|Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq təbliğ etməkdir. Allah üzə çıxartdıqlarınızı və gizlətdiklərinizi! bilir!

5|100|De: “Murdar şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.

5|101|Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. Allah onları bağışladı. Allah bağışlayandır, həlimdir! 

5|102|Sizdən əvvəl bir tayfa soruşmuş, sonra da buna görə kafir olmuşdu.

5|103|Bəhirə, saibə, vəsilə və haminin heç birisini Allah qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların əksəriyyəti isə dərk etmirlər.

5|104|Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” –deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər” -deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!

5|105|Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!

5|106|Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan iki nəfəri şahid tutun. Əgər şübhə etsəniz, namazdan sonra hər ikisini tutub saxlayın və onları: “Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq” -deyə Allaha and içdirin!

5|107|Əgər onların günah qazandıqları bəlli olsa, o zaman onların yerini haqsızlığa məruz qalmış daha yaxın olan başqa iki nəfər tutar. Onlar: “Həqiqətən, bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz həddi aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq” -deyə Allaha and içərlər.

5|108|Bu onların şəhadəti olduğu kimi vermələri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!

5|109|Allah peyğəmbərləri toplayacağı gün belə buyuracaq: “sizə nə cavab verildi?” Onlar isə: “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri bilən ancaq Sənsən!” –deyə cavab verəcəklər.

5|110|Xatırla ki, o gün Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora cə cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”

5|111|Xatırla ki, o zaman həvarilərə: “Mənə və peyğəmbərimə iman gətirin!” –deyə əmr etmişdim. Onlar isə: “Bizim itaətkar kəslər olmağımıza şahid ol!” –deyə cavab vermişdilər.

5|112|Onu da xatırla ki, o zaman həvarilər demişdilər: “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə göndərə bilərmi? O:” Əgər möminsinizsə, Allahdan qorxun!” –demişdi.

5|113|Demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona şahidlik edənlərdən olaq”.

5|114|Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”

5|115|Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan heç kəsə verməyəcəyim bir əzab verərəm!”

5|116|Xatırla ki, o zaman Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” –demişdin? Deyəcək: “Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! |117|Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: «Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!» Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən! |118|Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən”

5|119|Allah buyurdu: “Bu elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, böyük qurtuluşdur!”

5|120|Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!

6. Ənam

6|1|Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! Sonra kafir olanlar yenə öz Rəbbinə tay tuturlar.

6|2|Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Yanında məlum bir əcəl də vardır. Sonra siz yenə də şübhə edirsiniz!

6|3|Göylərdə də, yerdə də yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz əməlləri də O bilir!

6|4|Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!

6|5|Onlara haqq olan gəldiyi zaman onu yalan hesab etdilər. Məsxərəyə qoyduqlarının xəbərləri onlara gəlib çatacaq!

6|6|Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Göydən onlara bol yağış göndərmiş, altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq.

6|7|Əgər sənə kağız üzərində bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: “Bu, açıq-aydın bir sehrdir” -deyərdilər.

6|8|Onlar dedilər: “Məgər ona bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi.

6|9|Əgər Biz onu mələk etsəydik, yenə də onu bir insan qiyafəsində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq.

6|10|Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi.

6|11|De: “Yer üzünü dolaşın və sonra görün ki, yalançı deyənlərin aqibəti necə oldu?”

6|12|De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Öz-Özünə rəhmli olmağı yazmışdır. Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!

6|13|Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, eşidəndir, biləndir.

6|14|De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!”

6|15|De: “Əgər mən Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”.

6|16|O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur.

6|17|Əgər Allah sənə bir sıxıntı versə, Allahdan başqa heç kəs qurtara bilməz. Əgər sənə bir xeyir yetirsə. Çünki O, hər şeyə qadirdir!

6|18|O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, xəbərdardır!

6|19|De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Qur’an mənə sizi və ona yetişəcək kimsələri xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan tamamilə kənaram!”

6|20|Kitab verilmiş şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!

6|21|Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!

6|22|O gün onların hamısını toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?!

6|23|Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq.

6|24|Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!

6|25|İçərisində səni dinləyənlər də vardır. Lakin onu başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: “Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir! -deyərlər.

6|26|Dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar, yalnız özlərini həlak edər, lakin fərqinə varmazlar.

6|27|Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” –demələrini görəydin!

6|28|Xeyr, əvvəlcə gizlətdikləri onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!

6|29|Yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” –deyərdilər.

6|30|Sən onları Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara belə buyuracaq: “Bu, haqq deyilmi? Onlar:” Bəli, Rəbbimizə and olsun” –deyə cavab verəcəklər. Buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!”.

6|31|Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey necə də pisdir!

6|32|Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

6|33|Bilirik ki, onların dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər. Ancaq o zalımlar Allahın ayələrini inadla inkar edirlər.

6|34|Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı.

6|35|Onların üz döndərməsi sənə ağır gəlirsə, yerdə bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara bir möcüzə gətirə bilərsənsə, durma gətir! Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə bilməyənlərdən olma!

6|36|Ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar.

6|37|Dedilər: “Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bilməz!”

6|38|Yerdə gəzən elə bir heyvan, qanadları ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir.

6|39|Ayələrimizi təkzib edənlər zülmət içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.

6|40|De: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğrudanışanlarsınızsa!”

6|41|Xeyr, yalnız Ona dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız.

6|42|Səndən əvvəl də ümmətləri müsibət və fəlakətə düçar etdik ki, yalvarsınlar.

6|43|Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.

6|44|Edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar məhrum oldular.

6|45|Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!

6|46|De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər.

6|47|De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?”

6|48|Biz peyğəmbərləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

6|49|Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!

6|50|De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”

6|51|Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar pis əməllərdən çəkinsinlər!

6|52|Rəbbinin camalını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də zalımlardan olarsan.

6|53|Beləliklə, onları bir-birilə imtahana çəkdik ki, onlar desinlər: “Əcəba, Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?”

6|54|Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”

6|55|Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.

6|56|De: “Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən azar və doğru yola yönəlmişlərdən olmaram!”

6|57|De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz məndə deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O ayırd edənlərin ən yaxşısıdır!”

6|58|De: “Əgər təcili istədiyiniz mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı, Allah zalımları daha yaxşı tanıyandır!”

6|59|Qeybin açarları yanındadır. Onları ancaq O bilir. Suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!

6|60|Sizi gecələr yuxuya daldıran, gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.

6|61|Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alar. Onlar heç bir əyər-əskikliyə yol verməzlər!

6|62|Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur və O, ən tez haqq-hesab çəkəndir!

6|63|De: “Gizlində dua edib: «Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq» -deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?”

6|64|De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. sonra siz yenə də şərik qoşursunuz?”

6|65|De: “Allah başınızın üstündən və ayaqlarınızın altından sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!

6|66|Sənin camaatın onu, haqq olduğu halda, yalan hesab etdi. De: “Mən sizin vəkiliniz deyiləm!”

6|67|Hər bir xəbərin müəyyən bir vaxtı vardır və siz biləcəksiniz.

6|68|Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma.

6|69|Müttəqilərə onların əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, pis əməllərdən çəkinsinlər.

6|70|Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi şəxsləri boşla getsinlər. Xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi. O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su və şiddətli əzab gözləyir!

6|71|De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” –deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş, |72|Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!”.

6|73|Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, xəbərdardır!

6|74|Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”

6|75|Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun!

6|76|Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. Batdıqda isə: “Mən batanları sevmirəm” -söylədi.

6|77|Doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” –dedi. Batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, -söylədi.

6|78|Doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” –dedi. Batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam! |79|Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!”

6|80|Tayfası onunla mübahisəyə girişdi. Dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız? |81|Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam?” Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?

6|82|İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!

6|83|Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.

6|84|Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

6|85|Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da. Onların hamısı əməlisalehlərdən idi.

6|86|Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da və onları aləmlərdən üstün tutduq.

6|87|Biz onların atalarından, nəsillərindən və qardaşlarından da, onları seçdik və düz yola yönəltdik.

6|88|Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.

6|89|Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər bunlar bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik.

6|90|Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir moizədir”.

6|91|Onlar: “Allah heç bir bəşərə bir şey nazil etməmişdir” -deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. Siz özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.

6|92|Bu da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları xəbərdar etməy üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar.

6|93|Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi kimi bir kitab endirəcəyəm” -deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” –dediklərini görəydin!

6|94|Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi arxanızda qoyub gəlmisiniz. Artıq sizin öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı qırılmış və iddia etdikləriniz də sizdən qeyb olmuşdur.

6|95|Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?

6|96|Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur. Bunlar yenilməz qüvvət sahibi, bilən Allahın təqdiridir.

6|97|Suyun və qurunun zülmətində düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.

6|98|Sizi tək bir nəfərdən yaradan da Odur. Bir qərar yeri, bir də bir əmanət yeri vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik.

6|99|Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır.

6|100|Cinləri yaratdığı halda, onları Allaha şərik qoşdular, bilmədən Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır və yüksəkdə durur.

6|101|O, göyləri və yeri var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!

6|102|O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!

6|103|Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır!

6|104|Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçı deyiləm.

6|105|Biz ayələrimizi belə açıqlayırıq ki, onlar: “Sən dərs almısan” -desinlər və Biz də onu bilən bir camaata izah edək.

6|106|Rəbbindən sənə vəhy edilənə tabe ol. Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!

6|107|Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!

6|108|Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. Onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!

6|109|Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər!”

6|110|Biz onların ürəklərini və gözlərini əvvəlcə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq.

6|111|Əgər Biz mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti bilməz.

6|112|Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!

6|113|Axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər.

6|114|Allah sizə Kitabı müfəssəl surətdə nazil etdiyi halda, mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma!

6|115|Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, eşidəndir, biləndir!

6|116|Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!

6|117|Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!

6|118|Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş heyvanları yeyin!

6|119|Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!

6|120|Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!

6|121|Üstündə Allahın adı çəkilməmiş şeylərin ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.

6|122|Heç ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.

6|123|Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar.

6|124|Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” –deyərlər. Allah peyğəmbərliyi hara göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!

6|125|Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!

6|126|Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etmişik.

6|127|Onları Rəbinin yanında əmin-amanlıq yurdu gözləyir. Allah onların gördüyü işləri himayə edəndir.

6|128|Toplayacağı gün belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” Buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!

6|129|Beləliklə, qazandıqlarına görə zalımların bəzisini digərinin arxasına taxaraq.

6|130|Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.

6|131|Bu, ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola zülmlə məhv etməyi özünə rəva bilməz!

6|132|Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!

6|133|Rəbbin heç bir şeyə möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən gətirdiyi kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər.

6|134|Sizə vəd edilən, şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!

6|135|De: “Ey camaatım, əlinizdən gələni edin. Mən də yerinə yetirirəm. Axirət yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!

6|136|Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz inanclarına görə: “Bu, Allahın və bu da şərik qoşduğumuz bütlərin!” –dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!

6|137|Beləcə, ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. Onları da, uydurduqları yalanları da başlı-başına burax!

6|138|Öz iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır” -dedilər. Elə heyvanlar da vardır ki, Allahın adını çəkməzlər. Bütün bunları Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə onların cəzalarını verəcəkdir.

6|139|Həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur, onlar qadınlarımıza haram edilmişdir” -dedilər. Əgər ölü doğularsa, ona ortaqdırlar. Onlara vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir!

6|140|Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər.

6|141|Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı, dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman barından yeyin, yığım günü haqqını ödəyin, lakin israf etməyin. İsraf edənləri sevməz!

6|142|Yük daşıyan və döşək düzəldilən heyvanları da. Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir.

6|143|Səkkiz cift yaratdı: bir cüt qoyun və bir cüt keçi. De: “iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram etdi? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə xəbər verin!”

6|144|Bir cüt dəvə və bir cüt inək. De: “İki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz? Heç bir biliyi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!

6|145|De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!

6|146|Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!

6|147|Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkar bir tayfaya əzabın da qarşısı alına bilməz!”

6|148|Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. De: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!”

6|149|De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.

6|150|De: “Bunu Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar öz Rəbbinə tay tutarlar.

6|151|De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın haram buyurduğu cana qıymayın. Bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! |152|Yetimin malına, xeyirxah məqsəd istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. Bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz! |153|Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi yolundan sapdıracaq yollara uymayın. Sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”

6|154|Sonra Biz Musaya – yaxşı iş görən kimsəyə tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.

6|155|Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!

6|156|Biz onu sizin: “Bizdən əvvəl kitab ancaq iki tayfaya nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik” -deməməyiniz! |157|Və ya: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, -söyləməməyiniz üçün. Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq!

6|158|Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!”

6|159|Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Sonra onlara nə etdiklərini bildirəcəkdir!

6|160|Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.

6|161|De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”

6|162|De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! |163|Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”

6|164|De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.

6|165|Verdiyiniz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verən və şübhəsiz ki, bağışlayan, rəhm edəndir! 

7. Əraf

7|1|Əlif, Lam, Mim, Sad.

7|2|Sənə endirilən kitab, möminlər üçün zikirdir və onunla onları, xəbərdar etməyin üçündür. Ondan ötrü ürəyində bir sıxıntı olmasın!

7|3|Rəbbinizdən sizə nazil edilənə tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!

7|4|Biz neçə-neçə məmləkətləri məhv etdik. Əzabımız onlara gecə, yaxud günün günorta çağı gəldi.

7|5|Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmuşuq!” –deməkdən başqa heç bir sözləri olmamışdır.

7|6|Rəsul göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən Rəsulları da, sorğu-sual edəcəyik.

7|7|Sonra da onlara bildiyimiz üçün söyləyəcəyik. Axı Biz qaib deyildik.

7|8|O gün çəki haqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır!

7|9|Tərəziləri yüngül gələnlər isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir.

7|10|Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!

7|11|Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” –dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.

7|12|(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” –deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” –dedi.

7|13|(Allah) Buyurdu: “Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaraşmaz. Çıx, çünki sən alçaqlardansan!”

7|14|(İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”

7|15|(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”

7|16|(İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacam! |17|Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”

7|18|(Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uysa, Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!

7|19|Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız!”

7|20|Şeytan örtülü ayıb yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya əbədi qalmamağınız üçün qadağan etmişdir!”

7|21|Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” -deyə and içdi.

7|22|Beləliklə, onları batil sözlərlə aldatdı. Ağacın meyvəsindən daddıqda ayıb yerləri göründü. Onlar Cənnət yarpaqlarından ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”

7|23|“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” –dedilər.

7|24|Buyurdu: “Bir-birinizə düşmən olaraq enin! Yerdə sizin üçün bir müddət sığınacaq və dolanacaq vardır”.

7|25|Buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız!”

7|26|Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız.

7|27|Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin dostları etdik.

7|28|Ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” -deyirlər. De: “Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”

7|29|De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü tutun. Dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!

7|30|İnsanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər.

7|31|Ey Adəm oğulları! Hər bir ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki israf edənləri sevməz!

7|32|De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.

7|33|De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur.

7|34|Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər!”

7|35|Ey Adəm oğulları! Sizə içərinizdən Rəsullar gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

7|36|Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar!

7|37|Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” –deyincə: “Onlar bizi qoyub qaçdılar!” –deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər.

7|38|Buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə dindaşına və tayfadaşına lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada toplandığı zaman sonra gələnlər əvvəl gələnlər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! Buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”

7|39|Əvvəl gələnlər isə sonrakılara: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Buna görə də qazandığınız günahların cəzası olaraq dadın əzabı!” –deyəcəklər.

7|40|Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk!

7|41|Onlar üçün Cəhənnəmdən döşək və üstlərinə örtmək üçün yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!

7|42|İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!

7|43|Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların altından çaylar axar. Onlar deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin Rəsulları haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” –deyə müraciət ediləcəkdir.

7|44|Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini gerçək olaraq gördünüzmü?” –deyə soruşacaq. Onlar: “Bəli!” –deyə cavab verəcəklər. Elə bu zaman onların arasında bir carçı: “Allah zalımlara lənət eləsin!” –deyə səslənəcək.

7|45|O kəslər ki, insanları Allah yolundan döndərər, onu əyri hala salmaq istəyər və axirətdə də inkar edərlər!

7|46|Onların ikisinin arasında pərdə və Əraf, üzərində isə insanlar vardır ki, onlar hamını üzündən tanıyıb cənnət əhlinə: “Sizə salam olsun!” -deyə müraciət edərlər. Bunlar çox istədiklərinə baxmayaraq hələ ora daxil olmamış kimsələrdir.

7|47|Onların nəzərləri cəhənnəm əhlinə çevrildiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” -deyərlər.

7|48|Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi” -deyəcək.

7|49|“«Allah onları Öz mərhəmətinə nail etməyəcək» -deyə and içdiyiniz kəslər bunlarmıdır?” –söyləyəcəklər. “Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!”

7|50|Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” –deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər.

7|51|O kəslər ki, dinlərini oyun-oyuncaq etmiş və dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq!

7|52|Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir Kitab gətirdik.

7|53|Onlar ancaq aqibətimi gözləyirlər? Onun xəbər verdiyi aqibət gəlib çatdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: “Doğrudan da, Rəbbimizin Rəsulları haqqı gətirmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?” Onlar özlərinə ziyan etdilər. Uyduqları onlardan uzaqlaşıb qeyb oldu.

7|54|Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, sürətlə təqib edən gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!

7|55|Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!

7|56|Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin. Ona həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!

7|57|Küləkləri Öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər ağır buludları hərəkətə gətirdiyi zaman Biz onları ölü bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!

7|58|Təmiz bir məmləkətin bitkiləri Rəbbinin iznilə çıxar. Pis bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə yetişər. Biz ayələrimizi şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik.

7|59|Biz Nuhu öz tayfasına göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”

7|60|Tayfasının başçıları ona! “Biz səni açıq-aydın azmış görürük! -deyə cavab verdilər.

7|61|Dedi: “Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir rəsulam! |62|Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan sizin bilmədiklərinizi bilirəm! |63|Yoxsa sizi xəbərdar etmək, sizin də xəbərdar olmanız və rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”

7|64|Buna görə onlar yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə qərq etdik. Onlar, həqiqətən, kor bir camaat idilər.

7|65|Ad tayfasına da qardaşları Hudu. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?”

7|66|Tayfasının kafir başçıları ona: “Biz səni safehlik içində görür və yalançılardan hesab edirik!” –deyə cavab verdilər.

7|67|Dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir rəsulam! |68|Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm. |69|Yoxsa sizi xəbərdar etmək üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”

7|70|Dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi xəbərdar etdiyini bir gətir görək!”

7|71|Onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu. Sizin və atalarınızın verdiyi adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

7|72|Beləliklə, onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik.

7|73|Səmud tayfasına da qardaşları Salehi. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız! |74|Sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”

7|75|Saleh tayfasının özlərinə sığışdırmayan təkəbbürlü başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: “Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş olduğunu bilirsinizmi?” –deyə soruşdular. Onlar: “Bəli, biz onunla göndərilən hər bir şeyə inanırıq!” –deyə cavab verdilər.

7|76|Özlərinə ar bilənlər: “Sizin inandığınıza biz inanmırıq!” –dedilər.

7|77|Sonra o dəvəni tutub kəsdilər və Rəbbinin əmrini saymazyana pozub: “Ey Saleh! Əgər sən göndərilən rəsullardansansa, bizi qorxutduğunu gətir görək!” –dedilər.

7|78|Buna görə də onları dəhşətli bir sarsıntı bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar.

7|79|Onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”

7|80|Lutu da. Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? |81|Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”

7|82|Tayfasının cavabı: “Onları məmləkətinizdən çıxarın, çünki onlar təmiz adamlardır!” –deməkdən başqa bir şey olmamışdı.

7|83|Biz onu və ailəsini xilas etdik. Yalnız övrəti həlak oldu.

7|84|Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!

7|85|Mədyən tayfasına da qardaşları Şüeybi göndərdik. Onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu sizin üçün xeyirlidir! |86|Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu əymək istəməyin. Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu! |87|Əgər sizin bir qisminiz mənimlə göndərilən inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!”

7|88|Tayfasının özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” –dedilər. Belə cavab verdi: “Nifrət etdiyim halda beləmi? |89|Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”

7|90|Tayfasının kafir əyanları dedilər: “Əgər Şüeybin ardınca getsəniz, şübhəsiz ki, ziyana uğramış olarsınız!”

7|91|Elə bu zaman onları dəhşətli bir sarsıntı bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar.

7|92|Şüeybi yalançı adlandıranlar, sanki orada heç bir şənlik içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.

7|93|Onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”

7|94|Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini müsibətə və bəlaya saldıq ki, bəlkə, yalvarıb-yaxarsınlar!

7|95|Sonra sıxıntını firəvanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi”. Elə bu an onları özləri də bilmədən, qəflətən yaxaladıq.

7|96|Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik.

7|97|Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?

7|98|Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?

7|99|Yaxud Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!

7|100|Yer üzünün sakinlərindən sonra ona varis olanlara aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik və onlar da eşitməzdilər?

7|101|O məmləkətlərin bəzi xəbərlərini sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirmişdilər. Əvvəlcə yalan hesab etdiklərinə yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər.

7|102|Onların əksəriyyətində əhdə vəfa görmədik. Onların əksəriyyətini günahkar kəslər gördük.

7|103|Onlardan sonra Musanı möcüzələrimizlə Firona və onun əyyanlarına göndərdik. Onlar inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu!

7|104|Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir Rəsulam! 7|105|Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər!”

7|106|Dedi: “Əgər möcüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!”

7|107|Musa əsasını atdı və o, dərhal aşkar görünən bir əjdaha oldu.

7|108|Əlini çıxartdı və o, bir anda baxanlara nur kəsildi.

7|109|Firon tayfasının əyanları dedilər: “Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır. 7|110|O sizi yurdunuzdan çıxartmaq istəyir!” “Elə isə tədbiriniz nədir?” - (deyə soruşdu).

7|111|Onlar dedilər: “Onu qardaşı ilə birlikdə saxla və şəhərlərə yığan adamlar göndər ki, 7|112|Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”

7|113|Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər biz üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”

7|114|“Bəli şübhəsiz ki, siz ən yaxın adamlardan olacaqsınız!” –deyə cavab verdi.

7|115|Sehrbazlar dedilər: “Ya Musa! Ya sən at, ya da biz ataq!”

7|116|“Siz atın” –dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər.

7|117|Biz də Musaya: “Əsanı tulla!” –deyə vəhy etdik. Atdığı zaman əsa onların uydurub düzəltdikləri bütün şeyləri uddu..

7|118|Artıq haqq zahir, onlanların uydurub düzəltdikləri yalanlar isə batil oldu.

7|119|Orada məğlub edildilər və xar olaraq geri döndülər.

7|120|Onlar səcdəyə qapanıb |121|Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə - |122|Musanın və Harunun Rəbbinə!”

7|123|Firon dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir. Biləcəksiniz! |124|Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!”

7|125|Belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! |126|Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin ayələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə səbir əta et və bizi müsəlman olaraq öldür!”

7|127|Firon tayfasının əyan-əşrafı dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” Belə cavab verdi: “Biz onların oğullarını öldürəcək, qadınlarını isə diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq!”

7|128|Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir!” -dedi.

7|129|Dedilər: “Sən bizə gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” Cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!”

7|130|Biz Firon əhlini qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!

7|131|Onlara bolluq qismət olduğu zaman: “Bu bizimdir!” –deyər, bir pislik üz verdikdə isə bunu Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq Allahdandır, lakin onların əksəriyyəti bilməz!

7|132|Dedilər: “Sən bizi ovsunlamaq üçün nə ayə gətirsən də, yenə sənə iman gətirən deyilik!”

7|133|Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, çəyirtkə və həşərat, qurbağa və qan göndərdik. Onlar yenə də özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.

7|134|Onlara əzab gəldikdə dedilər: “Ya Musa! Səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə göndərəcəyik”.

7|135|Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal pozdular.

7|136|Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları üçün intiqam alaraq onları dənizdə batırdıq.

7|137|Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə varis etdik. Səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları və ucaltdıqlarını isə viran qoyduq.

7|138|Biz İsrail oğullarını dənizdən keçirtdik, onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. Dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” Cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız! |139|Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!”

7|140|Dedi: “Allah sizi aləmlərə üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”

7|141|Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.

7|142|Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, islah etməyə çalış və fitnə-fəsad törədənlərin yolu ilə getmə!”

7|143|Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. “Ey Rəbbim! Özünü mənə göstər. Sənə baxım!” –dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən” -buyurdu. Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! Sənə tövbə etdim. Mən iman gətirənlərin birincisiyəm!” –dedi.

7|144|Belə buyurdu: “Ya Musa! Mən Öz risalətlərimdə və danışmağımla insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və şükür edənlərdən ol!”

7|145|Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. “Bundn möhkəm yapış və ümmətinə də onun ən gözəl hökmlərindən yapışmağı əmr et. Sizə fasiqlərin yurdunu göstərəcəyəm! |146|Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır. |147|Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!”

7|148|Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? Ona tapınıb zülm eləyən oldular.

7|149|Elə ki əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!”

7|150|Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?” Qəzəbindən lövhələrini yerə atdı, qardaşının başından yapışıb özünə tərəf çəkməyə başladı. Dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”

7|151|Dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”

7|152|Şübhəsiz ki, buzovu qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz iftira yaxanları belə cəzalandırırıq!

7|153|Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra bağışlayandır, rəhm edəndir!

7|154|Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” - (deyə yazılmışdı).

7|155|Musa Bizim təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş adam seçmişdi. Onları sarsıntı yaxalayanda dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən. Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan! |156|Bizə bu dünyada da yaxşılıq yaz. Biz Sənə tərəf döndük!” Buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlədə, ayələrimizə iman gətirənlərə yazacağam! |157|O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula–ümmi peyğəmbərə tabe olurlar. Onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla ardınca gedənlər məhz onlar nicat tapanlardır!”

7|158|De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. Göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”

7|159|Musa ümməti arasında bir dəstə də vardır ki, onlar haqq yola aparır və haqqı rəhbər tutaraq ədalətlə hökm edirdilər.

7|160|Biz onları on iki qəbiləyə - ümmətə böldük. Camaatı ondan su istədiyi zaman ona: “Əsanı daşa vur!” –deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” dedik. Onlar Bizə deyil, ancaq özlərinə zülm edirdilər!

7|161|Yadına sal ki, o zaman onlara belə deyilmişdi: “Bu şəhərdə sakin olun, ondan istədiyiniz yerdə yeyin, “hittə” (“bizi bağışla”) deyin və qapıdan səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!”

7|162|Lakin özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik.

7|163|Onlardan dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü həddi aşırdılar. O vaxt şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları üçün Biz onları belə imtahana çəkirdik.

7|164|Onlardan bir dəstə: “Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verirsiniz?” –dediyi zaman, onlara cavab olaraq: “Bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar pis əməllərdən çəkinsinlər!” –dedilər.

7|165|Onlar özlərinə verilən öyüdü unutduqları zaman Biz də pislikdən çəkindirinlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlədikləri üçün şiddətli bir əzabla məhv etdik.

7|166|Qadağan olunduqları işə saymazyana münasibət bəslədikləri vaxt onlara: “Həqir meymunlar olun!” –deyə əmr etdik.

7|167|O zaman Rəbbin onlara qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də bağışlayandır, rəhm edəndir!

7|168|Yer üzündə dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, dönsünlər.

7|169|Onlardan sonra yerlərinə kitaba sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: “Biz bağışlanacağıq!” Onlara bunun misli qədər daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda onlardan əhd alınmamışdımı?! Halbuki orada olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

7|170|Kitabdan yapışanlar, namaz qılanlar Biz əməlisalehlərin mükafatını zay etmirik!

7|171|Bir zaman dağı yerindən qoparıb onların başı üstünə kölgəlik kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” –demişdik.

7|172|Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onların özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” –soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” –deyə cavab vermişdilər. Qiyamət günü: “Biz bundan qafil idik”;

7|173|Və ya: “Atalarımız daha əvvəl şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil idik. Məgər biz batilə uyanların törətdikləri əməllərə görə məhv edəcəksən?” –deməməniz üçündür.

7|174|Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, dönələr!

7|175|Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə. O, imandan döndü. Şeytan onu özünə tabe etdi və o, azanlardan oldu.

7|176|Əgər Biz istəsəydik, onu ucaldardıq. Lakin o, yerə meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da. Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. Bu əhvalatları söylə ki, bəlkə, düşünsünlər!

7|177|Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!

7|178|Allahın doğru yola yönəltdiyi kimsə kimsə doğru yoldadır. Onun sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.

7|179|Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!

7|180|Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!

7|181|Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, ədalətlə hökm edirlər.

7|182|Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq!

7|183|Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da, sözsüz ki, çox ağırdır!

7|184|Məgər düşünmürlərmi ki, onların yoldaşında hər bir cünunluq əsər-əlaməti yoxdur? O ancaq açıq-aydın xəbərdarlıq edəndir!

7|185|Məgər onlar göylərin və yerin mülkünə, Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna inanmadıqdan sonra hansı kəlama inanacaqlar?

7|186|Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. Onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!

7|187|Səndən saat haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. Qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti bilməz!”

7|188|De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq xəbərdar edən və müjdələyənəm!”

7|189|Sizi tək bir nəfərdən xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini yaradan Odur. Zövcəsi ilə yaxınlıq etdikdə o, yüngül bir yüklə yükləndi və daşıdı ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh bir uşaq versən, şükür edənlərdən olarıq!” –dedi.

7|190|Allah onlara saleh övlad verdikdə özlərinə verdiyi ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır!

7|191|Məgər heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı şərik qoşarlar?

7|192|Halbuki bu bütlər nə onlara, nə də özlərinə bir kömək edə bilər!

7|193|Siz onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun –birdir.

7|194|Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər.

7|195|Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: “Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin! |196|Şübhəsiz ki, mənim hamim Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər! |197|Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!”

7|198|Əgər siz onları sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!

7|199|Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!

7|200|Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!

7|201|Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar.

7|202|Öz qardaşlarını azğınlığa sürükləyər, sonra da əl çəkməzlər.

7|203|Sən onlara bir ayə gətirmədiyin zaman: “Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin?” –deyə soruşarlar. De: “Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu Rəbbiniz tərəfindən aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.

7|204|Quran oxunan zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun!

7|205|Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!

7|206|Rəbbinin yanında olanlar Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq Ona səcdəyə qapanarlar!

8.Ənfal

8|1|Səndən qənimətlər haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Rəsulundur. Buna görə də əgər möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Rəsuluna itaət edin!

8|2|Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.

8|3|Namaz qılar və verdiyimiz ruzidən sərf edərlər.

8|4|Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz ruzi gözləyir!

8|5|Möminlərdən bir dəstənin xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq uğrunda öz evindən çıxartmasına bənzər!

8|6|Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər.

8|7|O zaman Allah sizə iki dəstədən birinin sizin olmasını vəd edirdi. Siz silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri ilə haqqı bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.

8|8|Günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi.

8|9|O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” –deyə duanızı qəbul buyurmuşdu.

8|10|Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

8|11|O vaxt Öz tərəfindən arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi təmizləmək, Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.

8|12|Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını doğrayın!”

8|13|Bu onların Allaha və Onun Rəsuluna qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, Allah şiddətli əzab verər.

8|14|Hələ ki, bunu dadın. Kafirləri üstəlik cəhənnəm əzabı da gozləyir.

8|15|Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!

8|16|Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.

8|17|Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah eşidəndir, biləndir!

8|18|Bu bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!

8|19|Əgər siz qələbə istəyirsinizsə, artıq sizə zəfər gəldi. Əgər əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi dəf edə bilməz. Allah, həqiqətən, möminlərlədir!

8|20|Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna itaət edin, eşitdiyiniz halda, ondan üz döndərməyin!

8|21|Eşitmədikləri halda: “Eşitdik!” deyənlər kimi olmayın!

8|22|Allah yanında gəzən canlıların ən pisi dərk etməyən karlar və lallardır.

8|23|Əgər Allah onlarda bir xeyir bilsəydi, onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də üz çevirərək dönüb gedərdilər.

8|24|Ey iman gətirənlər! Sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Rəsulunun çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır və siz Onun hüzuruna toplanacaqsınız.

8|25|Sizdən təkcə zalımlara toxunmayacaq bəladan qorxun. Bilin ki, Allah şiddətli əzab verəndir!

8|26|Xatırlayın ki, bir zaman siz yer üzündə az idiniz; zəif sayılırdınız, adamların sizi ələ keçirməsindən qorxurdunuz. Sizə sığınacaq verdi, sizə köməklik göstərib müdafiə etdi və təmiz ruzi verdi ki, bəlkə, şükür edəsiniz!

8|27|Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin!

8|28|Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!

8|29|Ey iman gətirənlər! Əgər Allaha qarşı təqva sahibi olsanız, O sizə FURQANI verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!

8|30|Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!

8|31|Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik: istəsək, biz də bunu bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir!” –söyləyərlər.

8|32|Bir zaman da: “Ya Allah! Əgər bu Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” –demişdilər.

8|33|Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!

8|34|Lakin onlar Məscidülhəramın sahibləri olmadıqları halda, mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir. Lakin onların əksəriyyəti bunu bilməz!

8|35|Onlar Beytullahın yanındakı namazı fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı!

8|36|Küfr edənlər öz mallarını Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,

8|37|Allah murdarı pakdan ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!

8|38|Kafir olanlara de: “Əgər onlar əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr.

8|39|Fitnə qalmayıb, bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər son qoysalar, Allah onların nə etdiklərini görəndir.

8|40|Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin havadarınızdır. O ən gözəl havadar, ən yaxşı imdada çatandır!

8|41|Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir. Allah hər şeyə qadirdir!

8|42|O zaman siz vadinin ən yaxın tərəfində, onlar isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda durmuşdu. Əgər siz vədələşsəydiniz, təyin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir möcüzə ilə həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın. Həqiqətən, Allah eşidəndir, biləndir!

8|43|O zaman Allah röyanda sənə onları az göstərirdi.. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!

8|44|Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır.

8|45|Ey iman gətirənlər! Bir dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız!

8|46|Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!

8|47|Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və Allah yolundan döndərənlər kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!

8|48|O zaman Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah şiddətli əzab verəndir!” –demişdi.

8|49|O zaman münafiqlər və ürəklərində mərəz olanlar: “Bunları öz dinləri aldatdı!” –deyirdilər. Lakin Allaha təvəkkül edən. Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir!

8|50|Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabını!” –deyib canlarını alanda görəydin!

8|51|Bu sizin öz əllərinizlə qazandığınız günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!

8|52|Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!

8|53|Bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən deyildir. Həqiqətən, Allah eşidəndir, biləndir!

8|54|Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini batırdıq. Onların hamısı zalım idi!

8|55|Allah yanında gəzən canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər.

8|56|Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar.

8|57|Əhdi pozanları müharibədə yaxalasan, onlar ilə arxalarında olan kimsələri də dağıt ki, onlar ibrət alsınlar!

8|58|Əgər bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, onlarla olan əhdini pozduğunu açıq-aydın özlərinə elan et. Çünki Allah xainləri sevməz!

8|59|Canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, xilas olmuşlar. Onlar aciz edə bilməzlər! 

8|60|Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmağ üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!

8|61|Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O eşidəndir, biləndir!

8|62|Əgər onlar səni aldatmaq istəsələr, sənə təkcə Allah kifayətdir. Səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi.

8|63|Və onların ürəklərini birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.

8|64|Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər.

8|65|Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır!

8|66|İndi Allah yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə, min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!

8|67|Heç bir peyğəmbərə yer üzündə öldürməyənə qədər əsirləri özünə mal etmək yaramaz. Siz puç dünya malını istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

8|68|Əgər əvvəlcə Allahdan bir hökm olsaydı, aldığınız müqabilində sizə şiddətli bir əzab üz verərdi.

8|69|Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

8|70|Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!

8|71|Əgər əsirlər sənə xəyanət etmək istəsələr, bundan əvvəl Allaha xəyanət etmişdilər. Allah imkan verdi. Allah biləndir, hikmət sahibidir!

8|72|İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib kömək istəyənlər – məhz onlar bir-birinə dostdurlar. İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur. Lakin əgər onlar din yolunda sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!

8|73|Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar.

8|74|İman gətirib köçənlər, Allah yolunda cihad edənlər və sığınacaq verib kömək edənlər – məhz onlar həqiqi möminlərdir. Onları bağışlanma və tükənməz ruzi gözləyir!

8|75|Sonradan iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabında bir-birinə daha uyğundurlar. Həqiqətən, Allah hər şeyi biləndir!.. 9.

9. Tövbə

9|1|Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq!

9|2|Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rüsvay edəcəkdir!

9|3|Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir olanları şiddətli bir əzabla müjdələ!

9|4|Müqavilə bağlandıqdan sonra sizə qarşı bir naqislik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər!

9|5|Haram aylar çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

9|6|Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır. Çünki onlar bilməyən bir tayfadır!

9|7|Məscidülhəramın yanında müqavilə bağladığınız kəslər istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri sevər!

9|8|Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər? Onlar ürəkləri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti fasiqlərdir!

9|9|Onlar Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da Onun yolundan döndərdilər. Həqiqətən, onların gördükləri iş necə də pisdir!

9|10|Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar həddi aşanlardır!

9|11|Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!

9|12|Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları yoxdur. Bəlkə, əl çəkələr!

9|13|Məgər siz andlarınızı pozan, Peyğəmbəri çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər möminlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!

9|14|Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin.

9|15|Və onların qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah biləndir, hikmət sahibidir!

9|16|Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Rəsulundan və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!

9|17|Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar atəşdə əbədi qalacaqlar!

9|18|Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər. Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!

9|19|Məgər siz hacılara su verməyi və Məscidülhəramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz!

9|20|İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır.

9|21|Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr.

9|22|Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!

9|23|Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar.

9|24|De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Rəsulundan və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!

9|25|Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız.

9|26|Sonra da Allah Öz Rəsuluna və möminlərə arxayınlıq nazil etdi, görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!

9|27|Bundan sonra Allah yenə də istədiyinin tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhm edəndir!

9|28|Ey iman gətirənlər! Müşriklər, doğrudan da, murdardırlar. Özlərinin bu ilindən sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxursunuzsa, əgər Allah istəsə, öz nemətindən sizi mütləq dövlətli edəcəkdir. Allah biləndir, hikmət sahibidir!

9|29|Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Rəsulunun haram buyurduqlarının haram bilməyən və haqq dini qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.

9|30|Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih Allahın oğludur”, -dedilər. Onların ağzında gəzən bu sözlər daha öncə küfr edənlərin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də döndərilirlər!

9|31|Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!

9|32|Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər.

9|33|Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərin fövqündə etmək üçün Öz Rəsulunu doğru yolla və haqq dinlə göndərən Odur!

9|34|Ey iman gətirənlər! Alimlərdər və rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!

9|35|O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin dadın!”

9|36|Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!

9|37|Həqiqətən, gecikdirmək ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu bir il halal, bir il haram sayarlar.. Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!

9|38|Ey iman gətirənlər! Sizə nə oldu ki, “Allah yolunda döyüşə çıxın!” –deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir!

9|39|Əgər çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər. Siz isə Ona heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!

9|40|Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman. O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!

9|41|Ağırlı-yüngüllü hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!

9|42|Əgər o, asan əldə edilən mənfəət və orta bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu məsafə onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq” -deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir.

9|43|Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara izin verdin?

9|44|Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər. Allah müttəqiləri tanıyandır!

9|45|Səndən izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.

9|46|Əgər onlar çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də mane oldu. Onlara: “oturanlara siz də oturun!” -deyildi.

9|47|Əgər sizinlə birlikdə çıxsaydılar, yalnız içinizdə pozuntunu artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır!

9|48|Onlar əvvəl də fitnə törətmək istəmiş və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu.

9|49|Onlardan: “Mənə izin ver, məni fitnəyə salma!” –deyənlər də var. Bilin ki, onlar fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!

9|50|Sənə bir yaxşılıq nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər.

9|51|De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”

9|52|De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik”!

9|53|De: “İstər könül xoşluğu ilə, istər zorla xərcləyin. Onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.

9|54|Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir.

9|55|Nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.

9|56|Sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar qorxaq bir zümrədir.

9|57|Əgər onlar bir sığınacaq və ya mağara, yaxud girməyə bir deşik tapsaydılar, tələsik ora üz tutardılar.

9|58|Onlardan sədəqələr barəsində sənə eyib tutanlar da var. Əgər onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblənərlər.

9|59|Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə kifayətdir. Allah bizə Öz nemətindən bəxş edəcək, Peyğəmbəri də. Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!” –deyəydilər!

9|60|Sədəqələr Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda cihad edənlərə və yolçulara məxsusdur. Allah biləndir, hikmət sahibidir!

9|61|Peyğəmbəri incidib: “O bir qulaqdır” -deyənlər də var. De: “O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!”

9|62|Onlar sizin razılığınızı qazanmaq üçün Allaha and içirlər. Əgər onlar mömindirlərsə, Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!

9|63|Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.

9|64|Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!”

9|65|Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq” -deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!

9|66|üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızda bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!

9|67|Münafiq kişilərlə münafiq qadınlar bir-birinin eynidirlər. Onlar pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir. Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqlərdir!

9|68|Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Onlara kifayətdir. Allah onlara lənət elədi. Onları daimi bir əzab gözləyir!

9|69|Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli, mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!

9|70|Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər.

9|71|Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

9|72|Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur!

9|73|Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir!

9|74|Allaha and içirlər ki, deməyiblər. Onlar küfr sözünü demiş, islamı qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə girişmişdilər. Kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!

9|75|Bəziisi də Allahla belə əhd etmişdir: “Əgər Allah bizə Öz nemətindən bəxş etsə, biz mütləq sədəqə verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq”.

9|76|Öz nemətindən onlara ehsan buyurduqda xəsislik etdilər və üz döndərdilər. Onlar elə zatən dönükdürlər!

9|77|Verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə qədər nifaq saldı.

9|78|Məgər bilmirdilər ki, Allah onların sirlərini də bilir, gizli danışıqlarını da. Və Allah qeybləri çox gözəl biləndir?!

9|79|Könüllü surətdə sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!

9|80|Onlar üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!

9|81|Arxada qalanlar Allahın Rəsuluna qarşı çıxaraq oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” –dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!

9|82|Qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar!

9|83|Əgər Allah səni bir dəstənin yanına qaytarsa və onlar səndən izin istəsələr, de: “Mənimlə əsla çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə oturmağa razı oldunuz. İndi də arxada qalanlarla birlikdə oturun!”

9|84|Onlardan ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.

9|85|Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının çıxmasını istər.

9|86|“Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” –deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: “Qoy biz də oturanlarla bir yerdə qalaq!” –deyərlər.

9|87|Onlar arxada qalanlarla bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də anlamazlar.

9|88|Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər. Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!

9|89|Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlət hazırlamışdır. Bu, böyük qurtuluşdur!

9|90|Bədəvilərdən izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.

9|91|Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq şərtilə, acizlərə, xəstələrə və sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri də məzəmmət etməyə heç bir əsas yoxdur. Allah bağışlayandır, rəhm edəndir!

9|92|Yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram” -deyərkən ərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!

9|93|Ancaq varlı olduqları halda səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar arxada qalanlarla bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini möhürləmişdir. Buna görə də onlar bilməzlər!

9|94|Yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. Belə de: “üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. Əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!

9|95|Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz üçün Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! Çünki onlar murdardırlar və qazandıqlarının cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!

9|96|Onlardan razı olasınız deyə, qarşınızda and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!

9|97|Bədəvilər küfr və nifaq baxımından daha pis və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri bilməməyə daha layiqdirlər. Allah biləndir, hikmət sahibidir!

9|98|Bədəvilər içərisində elələri vardır ki, xərclədiklərini ziyan sayar və başınıza bəlalar gəlməsini gözləyərlər. Öz başlarına gəlsin! Allah eşidəndir, biləndir!

9|99|Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu onlar üçün yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

9|100|İlk əvvəl qəbul edib irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur!

9|101|Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra isə ən böyük əzaba uğrayacaqlar.

9|102|Bir qismi də günahlarını etiraf etdi. Onlar yaxşı bir əməllə pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

9|103|Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır. Allah eşidəndir, biləndir.

9|104|Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!

9|105|De: “edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”

9|106|Döyüşə getməyənlərin bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah biləndir, hikmət sahibidir!

9|107|Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” -deyə and içənlərin, həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!

9|108|Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!

9|109|Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!

9|110|Onların qurduğu bina ürəkləri parça-parça olana qədər qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah biləndir, hikmət sahibidir!

9|111|Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur!

9|112|Tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ!

9|113|Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!

9|114|İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.

9|115|Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları sapdırmaz! Həqiqətən, Allah hər şeyi biləndir!

9|116|Həqiqətən, göylərin və yerin hökmü Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!

9|117|Allah bir qismini ürəyi dönmək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu. Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.

9|118|Həmçinin geri qalmış üç nəfərin də. Belə ki, dünya onlara dar olmuş, ürəkləri təngə gəlib sıxılmışdı. Onlar Allahdan yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!

9|119|Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun! /

9|120|Mədinəlilərə və onların ətrafında olan bədəvilərə Allahın Peyğəmbərindən geri qalmaq, ondan özlərini kənara çəkmək yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!

9|121|Onların sərf etdikləri elə bir az-çox xərc, keçdikləri elə bir vadi olmaz ki, Allah əməllərinin qarşılığını daha gözəl versin deyə, əvəzində onlara yazılmamış olsun!

9|122|Möminlərin hamısının birdən səfərə çıxması lazım deyil. Beləcə hər firqədən bir qrup səfərə çıxmayıb, öz qövümlərini, onlara geri döndüyü zaman, onları xəbərdar etmələri üçün, dini gözəl öyrənsinlər! Beləcə onlar çəkinərlər.

9|123|Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!

9|124|Bir surə nazil edildiyi zaman onlardan: “Bu sizin hansınızın imanını artırdı?” –deyənlər də var. Möminlərə gəlincə, onların imanını artırar və onlar sevinərlər.

9|125|Qəlblərində mərəz olanlara gəldikdə isə, onların murdarlığı üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!

9|126|Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!

9|127|Bir surə nazil edildiyi zaman bir-birinə baxıb: “sizi görən varmı?” –deyə soruşur, dönüb aradan çıxırlar. Onlar anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini döndərmişdir!

9|128|Sizə özünüzdən bir Rəsul gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizdən ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!

9|129|Əgər onlar üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir!”

10. Yunus

10|1|Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın ayələridir!

10|2|İçərilərindən bir adama: “İnsanları xəbərdar et, iman gətirənləri Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” –deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!” -dedilər.

10|3|Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, hər işi yerinə qoyan Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?

10|4|Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, insanları yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su və şiddətli bir əzab gözləyir!

10|5|Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!

10|6|Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün dəlillər vardır.

10|7|Bizimlə qarşılaşacaqlarına ümid etməyənlərin, dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların - |8|Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!

10|9|İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə qovuşdurar. Nəim cənnətlərində onların altından çaylar axar.

10|10|Onların oradakı duası: “Pərvərdigara! Sən paksan, müqəddəssən!” orada salamlaşması: “Salam!” duası: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir.

10|11|Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teziklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!

10|12|İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da, Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda, ondan ötrü Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.

10|13|Andolsun, sizdən öncəki vaxtlarda yaşayanları, zülmetdikləri zaman həlak ettik. Və onlara Rəsulları dəlillər ilə gəldi. Və onlar inanmadılar. Biz günahkarları belə cəzalandırırıq.

10|14|Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız.

10|15|Ayələrimiz açıq-aydın oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir!” –deyərlər. Onlara de: “Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, böyük günün əzabından qorxuram”.

10|16|De: “Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan qabaq sizin aranızda ömür sürmüşəm. Məgər dərk etmirsinizmi?”

10|17|Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa bilməzlər!

10|18|Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” –deyirlər. De: “Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!”

10|19|İnsanlar ancaq tək bir ümmət idilər. Sonra ayrıldılar. Əgər Rəbbin tərədindən öncə bir söz olmasaydı, ixtilafda olduqları məsələlər barəsində aralarında dərhal hökm verilmişdi.

10|20|Müşriklər: “Barı, Peyğəmbərə Rəbbi tərəfindən bir möcüzə nazil ediləydi!” –deyirlər. Onlara belə cavab ver: “Qeyb ancaq Allaha məxsusdur. Elə isə. Doğrusu, mən də sizinlə birlikdə gözləyləyənlərdənəm!”

10|21|İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət dadızdırsaq, dərhal hiylə qurmağa girişərlər. De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz qurduğunuz hiylələri yazırlar!

10|22|Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü başa düşdükdə siqdi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”

10|23|Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik.

10|24|Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!

10|25|Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola salır!

10|26|Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir. Onların üzünə nə bir toz, nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!

10|27|Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar. Onları Allahdan heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!

10|28|O gün onların hamısını yığacaq, sonra müşrikləri: “Siz də, Allaha qoşduğunuz şərikləriniz də yerinizdə durun!” –deyəcək və onları ayıracağıq. Şərikləri dilə gəlib deyəcəklər: “Siz bizə ibadət etmirdiniz”.

10|29|“Sizinlə bizə aramızda təkcə Allahın şahid olması yetər. Biz sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!”

10|30|Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər verəcək və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. Uydurub düzəltdikləri bütlər isə onlardan qeyb olacaqlar.

10|31|De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: “Allahdır!” –deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?”

10|32|“O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə necə döndərilirsiniz?”

10|33|Fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü belə kerçək oldu.

10|34|De: “Allaha qoşduğunuz şəriklər içərisində məxluqu yoxdan yaradan, sonra onu qaytara bilən bir kəs varmı?” De: “Allah məxluqu yoxdan yaradır, sonra onu qaytarır. Elə isə necə döndərilirsiniz?”

10|35|De: “Şərikləriniz içərisində haqq yola yönəldə bilən bir kimsə varmı?” De: “Allah haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”

10|36|Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!

10|37|Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. Lakin o özündən əvvəlkiləri təsdiq edən kitabı ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!

10|38|Yoxsa: “Onu özündən uydurdu!” –deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!”

10|39|Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu!

10|40|İçərisində ona inanan da var, inanmayan da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyandır!

10|41|Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!”

10|42|Onların içərisində səni dinləyənlər də vardır. Ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə bilcəksən?!

10|43|Onların içərisində sənə baxanlar da vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!

10|44|Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!

10|45|Gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər.

10|46|Vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək də, yaxud səni axirətə qovuşdursaq da, bil ki, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!

10|47|Hər ümmətin bir Rəsulu vardır. Onlara Rəsul gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!

10|48|“Əgər doğru danışırsınızsa, bu vəd etdiyiniz qiyamət nə vaxt olacaq?” –deyə soruşarlar.

10|49|De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin bir əcəl vaxtımvardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”.

10|50|De: “Bir deyin görək. Əgər əzabı sizə gecə, yaxud gündüz gəlsə! Günahkarlar buna niyə tələsirlər? |51|O əzab gəldikdən sonramı ona inanacaqsınız? İndimi? Halbuki siz onun tez gəlməsini istəyirsiniz!”

10|52|Sonra zülm edənlərə: “Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!” –deyiləcək.

10|53|Səndən: “O doğrudurmu?” –deyə xəbər alacaqlar. Onlara belə cavab ver: “Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!”

10|54|Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz.

10|55|Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın vədi haqdır, lakin əksəriyyəti bilməz!

10|56|Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız!

10|57|Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir!

10|58|De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından daha xeyirlidir!”

10|59|De: “Allahın sizə ruzi olaraq nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?”

10|60|Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz!

10|61|Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!

10|62|Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

10|63|O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər -

10|64|Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!

10|65|Onların sözləri səni kədərləndirməsin. Yenilməz izzət bütövlükdə yalnız Allaha məxsusdur. O, eşidəndir, biləndir!

10|66|Bilin ki, göylərdə və yerdə kim varsa hamısı Allahındır. Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər.

10|67|Gecəni dincəlməyiniz üçün, gündüzü işıqlı edən Odur. Həqiqətən, bunda eşidənlər üçün dəlillər vardır.

10|68|“Allah Özünə övlad götürdü!” dedilər. Allah pak və müqəddəsdir. O, möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?

10|69|De: “Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!”

10|70|Dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq!

10|71|Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın, sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin. |72|Əgər siz üz çevirsəniz, mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!”

10|73|Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları varislər etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör qorxudulanların axırı necə oldu!

10|74|Nuhun ardınca öz ümmətlərinə rəsullar göndərdik. Onlar açıq-aşkar möcüzələr gətirmişdilər. Bunlar isə öncə yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz həddi aşanların ürəklərini belə möhürləyirik.

10|75|Onlardan sonra Musanı və Harunu Firona və camaatına ayələrlə göndərdik. Lakin onlar özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular.

10|76|Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Bu, aşkar bir sehrdir!” –dedilər.

10|77|Musa onlara belə dedi: “Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar nicat tapmazlar!”

10|78|Onlar: “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” –dedilər.

10|79|Firon: “Nə qədər bilikli sehrbaz varsa, gətirin!” –dedi.

10|80|Sehrbazlar gəldikdə Musa: “Nə atacaqsınızsa, atın” –dedi.

10|81|Onlar atdıqda Musa dedi: “Sizin etdiyiniz hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! |82|Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək!”

10|83|Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı.

10|84|Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!”

10|85|Onlar dedilər: “Biz yalnız Allaha təvəkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə! |86|Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!”

10|87|Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə edin, namaz qılın və möminləri müjdələyin!” –deyə vəhy etdik.

10|88|Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! Sənin yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!”

10|89|Buyurdu: “Hər ikinizin duasını qəbul etdim. Siz sabitqədəm olun və cahillərin yoluna uymayın!"

10|90|İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. Batacağı anda: “İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq təslim olanlardanam!” –dedi.

10|91|İndimi? Halbuki əvvəlcə qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!

10|92|Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik. Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!

10|93|İsrail oğullarına çox gözəl bir yerdə təmiz ruzi verdik. Onlar özlərinə bir elm gələnə qədər ixtilafda olmadılar. Qiyamət günü Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!

10|94|Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl kitab oxuyanlardan soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!

10|95|Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!

10|96|Həqiqətən, əleyhinə sənin Rəbbinin sözü gerçəklənmiş olanlar iman gətirməzlər!

10|97|Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə.

10|98|Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı? iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət gün-güzəran verdik.

10|99|Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!

10|100|Heç kəs Allahın izni olmadan iman gətirə bilməz. Allah anlamayanları əzaba düçar edər.

10|101|De: “Bir gör göylərdə və yerdə nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və peyğəmbərlər heç bir fayda verməz!

10|102|Onlar ancaq özlərindən əvvəl gəlib-gedənlərin günləri kimi bir gün gözləyirlər!” De: “Gözləyin, doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

10|103|Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri belə xilas etmək Bizə vacibdir.

10|104|De: “Ey insanlar! Əgər mənim dinim bardəsində şübhəyə düşmüsünüzsə, mən Allahı qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”.

10|105|Və: “Batildən haqqa tapınaraq üzünü islam dininə çevir, müşriklərdən olma,

10|106|Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!, -deyə buyurulmuşdur.

10|107|Əgər Allah sənə bir zərər toxundursa, onu Özündən başqa heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.

10|108|De: “Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm!”

10|109|Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır!. 11.

11. Hud

11|1|Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, agah olan tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki, |2|Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən xəbərdar edən və müjdələyənəm.

11|3|Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram.

11|4|Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!

11|5|Bilin ki, Allahdan gizlənmək məqsədilə ikiqat olarlar. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir.

11|6|Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Hamısı açıq-aşkar kitabdadır.

11|7|Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir!” –deyə cavab verərlər.

11|8|Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki,: “Bu əzabı gecikdirən nədir?” –deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər.

11|9|Əgər insana Özümüzdən bir nemət daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o, məyus və nankor olar.

11|10|Əgər başına gələn bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mütləq: “Artıq fəlakətlər məndən sovuşdu” -deyər və sözsüz ki, sevinib öyünər.

11|11|Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları bağışlanma və böyük bir mükafat gözləyir.

11|12|Müşriklərin: “Heç olmasa, ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” –deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli olacaqsan və  buna görə ürəyin qısılacaq! Sən ancaq xəbərdarlıq edənsən. Allah isə hər şeyə vəkildir!

11|13|Yoxsa: “Onu özündən uydurdu!” -deyirlər. De: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın. |14|Yox, əgər sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir İlah yoxdur! Siz müsəlman olacaqsınızmı?

11|15|Kim dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini elə orada verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz.

11|16|Belələrini axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!

11|17|Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Allahdan bir şahid gələn, ondan da əvvəl Musanın bir rəhbər və mərhmət olan kitabının təsdiq etdiyi kimsə?! Bunlar Qurana inanırlar. Quranı inkar edən zümrənin vəd olunduğu yer Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən haqdır, lakin insanların əksəriyyəti inanmaz!

11|18|Allaha iftira yaxandan daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!

11|19|O kəslər ki, Allah yolundan döndərir, onu əymək istəyirlər – onlar, məhz onlar axirəti inkar edənlərdir.

11|20|Onlar yer üzündə aciz qoya bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar eşidə bilməz və görməzlər!

11|21|Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar.

11|22|Şübhəsiz ki, axirətdə də ən çox ziyana uğrayanlar onlardır!

11|23|İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!

11|24|Bu iki tayfanın vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?

11|25|Həqiqətən, Biz Nuhu öz tayfasına göndərdik. Nuh dedi: “Mən sizi açıq-aşkar xəbərdar edənəm! |26|Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!”

11|27|Tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”

11|28|Dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa, istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?! |29|Ey camaatım! Mən təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm! |30|Ey camaatım! Əgər mən onları qovsam, məni Allahın əzabından kim qurtara bilər? Məgər düşünmürsünüz? |31|Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürələrində olanı Allah bilir. Onda şübhəsiz ki, zalımlardan olaram!”

11|32|Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!”

11|33|Belə cavab verdi: “Onu istəsə, ancaq Allah sizə gətirər və siz əsla Allahı aciz buraxa bilməzsiniz. |34|Əgər Allah sizi sapdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!”

11|35|Yoxsa onu özündən uydurdu!” –deyirlər. Onlara belə cavab ver: “Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!”

11|36|Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlədrən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! |37|Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə. Çünki onlar boğulacaqlar!”

11|38|Gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. Onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi, siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. |39|Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”

11|40|Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə çox az adam iman gətirmişdi.

11|41|Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”

11|42|Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”

11|43|Belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da boğulanlardan oldu.

11|44|“Ey yer! Suyunu ud! Ey göy! saxla!” –deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv olsun!” –deyildi.

11|45|Nuh Rəbbinə müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!”

11|46|Buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o pis bir iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.

11|47|Dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”

11|48|Belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan camaatdan törənəcək ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə en. Bəzi ümmətlərə də dolanışıq verəcək, sonra isə onları şiddətli bir əzaba düçar edəcəyik!”

11|49|Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et. Həqiqətən, aqibət müttəqilərindir!

11|50|Ad tayfasına da qardaşları Hud dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir İlahınız yoxudr. Siz isə yalnız iftiraçısınız! |51|Ey camaatım! Mən buna görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz? |52|Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin!”

11|53|Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir dəlil gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq! |54|Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız sənə sədəmə toxundurmuşdur”. Belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam! |55|Bircə Ondan başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin! |56|Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı əlində olmasın. Həqiqətən, Rəbbim Sırati Mustakim üzrədir! |57|Əgər üz çevirsəniz, bilin ki, mən sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!”

11|58|Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!

11|59|Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Rəsullarına qarşı çıxdılar, başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.

11|60|Və, beləliklə, dünyada da, qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad kənar oldu.

11|61|Səmud qövmünə də, qardaşları Saleh dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir İlahınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, qəbul edəndir!”

11|62|Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik”.

11|63|O dedi: «Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş edibsə, onda necə olsun? Əgər Allaha asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız. |64|Ey camaatım! Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız!”

11|65|Onlar tutub kəsdilər. Dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir ki, yalan çıxmaz!”

11|66|Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir!

11|67|O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar.

11|68|Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası kənar oldu!

11|69|Həqiqətən, elçilərimiz İbrahimə müjdə gətirib: “Salam!” –dedilər.  “Salam!” –deyə cavab verdi və dərhal qızarmış bir buzov gətirdi.

11|70|Əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma, biz Lut tayfasına göndərilmişik!”

11|71|Ayaqda duran arvadı gülümsədi. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla müjdələdik.

11|72|Dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!”

11|73|Dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!”

11|74|İbrahimin qorxusu çəkildikdə və ona müjdə gəldikdə Lut tayfası barəsində Bizimlə mübahisə etməyə başladı.

11|75|Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə təslim etmiş bir zat idi.

11|76|“Ey İbrahim! Bundan əl çək, Rəbbinin əmri artıq gəlmişdir. Onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir.

11|77|Elçilərimiz Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” –dedi.

11|78|Tayfası tələsik yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur?”

11|79|Onlar dedilər: “Sənin qızlarına heç bir rəğbətimiz olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”

11|80|Dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim!”

11|81|Dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların vaxtı səhərdir. Səhər yaxın deyilmi?”

11|82|Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq (siccildən).

11|83|Onlara Rəbbinin dərgahında əlamət qoyulmuşdur. O zalımlardan da, uzaq deyildir!

11|84|Mədyən əhlinə də qardaşları Şüeybi dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir İlahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Bununla belə sizi bürüyəcək bir günün əzabından qorxuram! |85|Ey qövmüm! Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin! |86|Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!”

11|87|Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”

11|88|Belə cavab verdi: “Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir dəlil ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl bir ruzi versə? Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm! |89|Ey qövmüm! Mənə qarşı olan ədavətiniz Nuh tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir! |90|Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhm edəndir, sevəndir!”

11|91|Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif görürük. Əgər əşirətin olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz bir adam deyilsən!”

11|92|Dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir! |93|Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!”

11|94|Əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şüeybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar. 

11|95|Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi uzaq oldu!

11|96|and olsun ki, Musanı ayələrimizlə və açıq-aşkar sultanla göndərdik -

11|97|Firona və onun əyan-əşrafına. Onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri düzgün deyildi.

11|98|Qiyamət günü camaatının qabağında gedib onları atəşə aparacaq; Onların düşəcəkləri yer necə də pisdir!

11|99|Onlar burada da, qiyamətdə də, lənətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!

11|100|Bu, məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi isə yerlə yeksan olmuşdur.

11|101|Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi, əksinə, yalnız ziyanlarını artırdı.

11|102|Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir!

11|103|Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür.

11|104|Biz onu yalnız müəyyən bir müddət üçün təxirə salmışıq.

11|105|Gəldiyi gün izni olmadan heç kəs danışa bilməz. İnsanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!

11|106|Bədbəxt olanlar od içərisində qalacaqlar. Onların orada ah-fəryad gözləyir.

11|107|Rəbbinin istədiyi istisna olmaqla, onlar orada əbədi–göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.

11|108|Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.

11|109|Elə isə bunların tapındıqlarının batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi ibadət edirlər. Biz onların qismətini əskiltmədən verəcəyik!

11|110|Biz Musaya kitab verdik və onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbindən öncə bir söz olmasaydı, şübhəsiz ki, işləri bitmişdi. Həqiqətən, onlar onun barəsində də şəkk-şübhədədirlər!

11|111|Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır!

11|112|Sənə əmr edildiyi kimi, düz ol. Səninlə birlikdə iman gətirənlər də düz olsunlar. Həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!

11|113|Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostunuz yoxdur. Sonra sizə kömək olunmaz!

11|114|Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihətdir.

11|115|Səbr et. Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!

11|116|Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə uydular və günahkar oldular.

11|117|Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz!

11|118|Əgər Rəbbin, istəsəydi bütün insanları tək bir ümmət edərdi. Onlar hələ də ixtilafdadırlar.

11|119|Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. Onları bunun üçün yaratmışdır. Artıq Rəbbinin: “Mən Cəhənnəmi bütün cinlər və insanlarla dolduracağam!” -sözü tamamilə yerinə yetdi!

11|120|Biz rəsulların xəbərlərindən ürəyini möhkəmləndirəcək nə varsa, sənə nağıl edirik. Bu sənə haqq, möminlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!

11|121|İman gətirməyənlərə de: “Siz etdiyinizi edin, biz də etdiyimizi edəcəyik! |122|Və gözləyin. Biz də gözləyirik!”

11|123|Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də axırda Ona qayıdacaqdır. Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!

12. Yusuf

12|1|Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın ayələridir!

12|2|Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, anlayasınız.

12|3|Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti danışırıq. Hərçənd ki, sən əvəlcə əsla xəbərdar deyildin.

12|4|Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”.

12|5|Dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. |6|Rəbbin səni seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin biləndir, hikmət sahibidir!”

12|7|Yusifin və qardaşlarının əhvalatında soruşanlar üçün ibrətlər vardır.

12|8|Bir zaman belə demişdilər: “Biz bir dəstə olduğumuz halda, Yusif və onun qardaşı atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”

12|9|“Yusifi öldürün və ya bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə əməlisaleh bir camaat olarsınız!”

12|10|Bir başqası belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”.

12|11|Onlar dedilər: “Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə etibar etmirsən? |12|Sabah onu bizimlə birlikdə göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!”

12|13|Dedi: “Onu aparmağınız məni çox məyus edər. Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”

12|14|Onlar: “Biz güclü bir dəstə ola-ola qurd onu yesə, onda biz aciz olarıq ki!” –deyə cavab verdilər.

12|15|Onu götürüb apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz: “Sən onlara özlərinin bu işi barəsində heç gözləmədikləri halda xəbər verəcəksən!” –deyə vəhy etdik.

12|16|Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.

12|17|Və dedilər: “Ata! Biz bir-birimizlə yarışmaq üçün getmişdik və Yusifi şeylərimizin yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”

12|18|Onlar köynəyinin üstünə yalandan bir qan gətirmişdilər. Dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir. Mənə yalnız gözəl səbir gərəkdir. Dediklərinizdən ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”

12|19|Nəhayət, bir dəstə müsafir gəlib suçularını göndərdilər. Qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır!” –dedi. Onlar satdıq bir şey kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini biləndir!

12|20|Onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və tamah göstərmədilər.

12|21|Misirdə satın alan öz zövcəsinə belə dedi: “Ona hörmət et. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində qalibdir. Lakin insanların əksəriyyəti bilməz!

12|22|Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!

12|23|Evində olduğu qadın tovlayıb yoldan çıxartmaq istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” –dedi. “Mən Allaha sığınıram. Axı o mənim ağamdır. O mənə yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.

12|24|Doğrudan da ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, ona meyl edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!

12|25|Hər ikisi qapıya tərəf cumdu. Onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında ağası ilə rastlaşdılar. Dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”

12|26|Dedi: “O məni tovlayıb yoldan çıxartmaq istədi!” Bir şahid belə şəhadət verdi: “Əgər köynəyi öndən cırılmışsa, doğru deyir, o isə yalançılardandır. |27|Yox, əgər onun köynəyi arxadan cırılıbsa, yalan deyir, o isə doğrudanışanlardandır.”

12|28|Köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”

12|29|Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də günahına görə bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.

12|30|Şəhərdəki qadınlar dedilər: “Vəzirin övrəti cavanı tovlayıb yoldan çıxartmaq istəyir. Məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar yoldan çıxdığını görürük.

12|31|Gizli dedi-qodularını eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl bir məclis düzəltdi. Onların hər birinə bir bıçaq verdi, sonra: “Onların qarşısına çıx!” –deyə əmr etdi. Gördükdə onu həddindən artıq təriflədilər və əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq möhtərəm olan bir mələkdir!” -dedilər.

12|32|Belə dedi: “Bu, məni qınadığınız. Mən onun olmaq istədim, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”

12|33|Dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.

12|34|Rəbbi duasını qəbul buyurub məkrindən qurtardı. Həqiqətən, O, eşidəndir, biləndir!

12|35|Dəlilləri gördükləri halda, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.

12|36|Onunla birlikdə iki cavan oğlan da zindana atıldı. Onlardan biri dedi: “Mən gördüm ki, şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”

12|37|Belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!

12|38|Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükür etməz!

12|39|Ey mənim iki zindan yoldaşım! ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?!

12|40|Qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların çoxu bilməz!

12|41|Ey iki zindan yoldaşım! sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!”

12|42|Bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında yada salmağı unutdurdu və buna görə də o bir neçə il zindanda qaldı.

12|43|Padşah belə dedi: “Mən yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”

12|44|Onlar: “qarma qarışıq yuxulardır. Biz yuxuların yozumunu bilmirik!” –deyə cavab verdilər.

12|45|İki oğlandan xilas olan bir neçə müddətdən sonra xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni göndərin!”

12|46|“Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül.. Bəlkə, mən adamların yanına qayıda bilim; bəlkə, onlar da bilsinlər!”

12|47|Belə cavab verdi: “Yeddi il adətiniz üzrə əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi isə sünbüldə saxlayın. |48|Sonra bunun ardınca yeddi il quraqlıq olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar saxlayarsınız. |49|Daha sonra insanların bol yağış görəcəyi bir il gələcək. Onda da adamlar şirəsini sıxacaqlar”.

12|50|Hökmdar: “Onu mənim yanıma gətirin!” –dedi. Elçi yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”

12|51|Soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi? “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” –deyə cavab verdilər. Vəzirin övrəti dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrudanışanlardandır!”

12|52|“Bu ona görədir ki, olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin! |53|Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”

12|54|Padşah dedi: “Yanıma gətirin, onu özümə ən yaxın edəcəyəm!” Sonra onunla söhbət etdikdə: “Sən bu gün yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!” –dedi.

12|55|Dedi: “Məni bu yerin xəzinələrinə məmur təyin et, çünki mən qoruyanam, bilənəm!”

12|56|Beləliklə, Yusifi o yerdə mövqe sahibi etdik. O, istədiyini edirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik.

12|57|İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir.

12|58|Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar tanımadıqları halda, onları dərhal tanıdı.

12|59|Onların yüklərini hazırlayıb dedi: “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?! |60|Əgər onu yanıma gətirməsəniz, məndən bir qab belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!”

12|61|Dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, edərik”.

12|62|Xidmətçilərinə dedi: “Onların mallarını da yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar!”

12|63|Qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq verilməsi qadağan edildi. Yenidən ərzaq almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”

12|64|Dedi: “Bundan əvvəl qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah Özü ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”

12|65|Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz ailəmiz bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və bir dəvə yükü də ərzaq artırarıq. Bu isə az bir ərzaqdır!”

12|66|Dedi: “Başınıza bir bəla gəlməyəcəyi təqdirdə Bin Yamini qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə: “Allah dediyimizə şahiddir!” –dedi.

12|67|Dedi: “Oğullarım! eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”

12|68|Onlar ataları əmr etdiyi kimi daxil olduqda Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yəqubun ürəyində bir diləyi yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yəqub onu öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bilməz!

12|69|Onlar Yusifin hüzuruna daxil olduqları zaman qardaşını bağrına basıb dedi: “Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri işlərdən kədərlənmə!”

12|70|Onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı qoydu. Sonra bir carçı: “Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!” –deyə haray çəkdi.

12|71|dönüb: “Nə itirmisiniz?” –deyə soruşdular.

12|72|Onlar belə cavab verdilər: “Hökmdarın su qabını itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü ərzaq veriləcək!” “Mən də buna zaminəm!”

12|73|Dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”

12|74|Onlar soruşdular: “Əgər yalan desəniz, onun cəzası nədir?”

12|75|“Onun cəzası yükündə tapılan adamın özüdür. Biz zalımları belə cəzalandırırıq!” –deyə cavab verdilər.

12|76|Qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa padşahın dininə görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!

12|77|Dedilər: “Əgər o oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da oğurluq etmişdi.. Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz daha pis bir mövqedəsiniz. Allah sizin aid etdiyiniz şeyləri daha yaxşı bilir!”

12|78|Dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”.

12|79|Belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!”

12|80|Onlar ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar. Onların ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam izin və ya Allah öz hökmünü verməyincə, mən bu yerdən ayrılmayacağam! O hökm verənlərin ən yaxşısıdır”.

12|81|Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. Biz qeybi mühafizə edən deyilik. |82|Olduğumuz şəhərdən də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışanlarıq!”

12|83|O, dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi. Yalnız gözəl səbr. Ola bilsin ki, Allah onların hamısını mənə yetirsin! O, həqiqətən, biləndir, hikmət sahibidir!”

12|84|Onlardan üz döndərdi və: “yazıq Yusif!” –dedi. Dərd-qəmdən gözlərinə ağ gəldi. O, içində çəkirdi.

12|85|Dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”

12|86|Belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan sizin bilmədiklərinizi bilirəm! |87|Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”

12|88|Hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət üz vermişdir. Bir az dəyərsiz malla gəlmişik. Bizim üçün ölçünü düz elə və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”

12|89|Onlardan: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” –deyə soruşdu.

12|90|Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” –deyə cavab verdi.

12|91|Onlar: “Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə, sözsüz ki, günah etmişik!” –dedilər.

12|92|Dedi: “Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! |93|Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!”

12|94|Karvan ayrılanda ataları dedi: “Əgər məni səfeh hesab etməsəydiniz, deyirdim ki, Yusifin ətrini alıram!”

12|95|Onlar: “Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında qalmaqdasan!” dedilər.

12|96|Muştuluqçu gəlib köynəyi üzünə sürtən kimi onun gözləri açıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan sizin bilmədiklərinizi bilirəm!” söylədi.

12|97|“Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər.

12|98|Dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”

12|99|Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: “İnşallah əmin olaraq Misirə daxil olun!” dedi.

12|100|Ata-anasını taxt üstünə qaldırdı. Onlar hamısı onun qarşısında səcdəyə qapandılar. Dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən gətirdi. Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır. O, doğrudan da, biləndir, hikmət sahibidir!”

12|101|“Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”

12|102|Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin!

12|103|Sən təşnə olsan da, insanların əksəriyyəti iman gətirən deyildir!

12|104|Halbuki sən bundan ötrü onlardan heç bir mükafat istəmirsən. Bu isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!

12|105|Göylərdə və yerdə neçə-neçə əlamətlər vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər.

12|106|Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.

12|107|Məgər Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?

12|108|De: “Bu mənim yolumdur. Mən və mənə tabe olan açıq-aşkar bir dəlillə Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!”

12|109|Səndən əvvəl də ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər göndərdik. Məgər yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

12|110|Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!

12|111|Hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. Uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir!

13. RAD

13|1|Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil olan haqdır, lakin insanların əksəriyyəti inanmaz.

13|2|Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta qədər dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. Rəbbinizlə qarşılaşacağınıza, bəlkə, inanasınız!

13|3|Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən cüt-cüt yetişdirən, gecəni gündüzlə örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün əlbəttə ayələr vardır!

13|4|Yer üzündə bir-birinə yaxın qitələr, eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün əlamətlər vardır.

13|5|Əgər təəccüblənirsənsə, əsl təəccübləniləsi onların: “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” –söyləməsidir. Onlar, Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.

13|6|Səni tələsdirib yaxşılıqdan əvvəl pislik istəyirlər. Halbuki onlardan öncə bu kimi cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!

13|7|Kafir olanlar: “Məgər ona Rəbbindən bir ayət endirilməli deyildimi?” –deyirlər. Sən ancaq xəbərdarlıq edənsən. Hər tayfanın bir rəhbəri vardır!

13|8|Allah hər bir dişi məxluqun nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir.

13|9|O, qeybi də, aşkarı da biləndir, böyükdür, ucadır!

13|10|Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da eynidir. 

13|11|Onu öndən və arxadan təqib edənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz.

13|12|Sizə qorxu və ümid, ağır buludları yaradan da Odur.

13|13|Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də qorxusundan. O, ildırımlar göndərib Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir! 

13|14|Haqq olan dua yalnız Ona olan duadır. Ondan başqasına edilən dualar qəbul olunmaz . Ağzına su gəlmək üçün iki ovcunu açan, lakin suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. Kafirlərin duası zəlalətdən başqa bir şey deyildir!

13|15|Göylərdə və yerdə kim varsa, kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər!

13|16|De: “Göylərin və yerin Rəbbi kimdir?” de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi özünüzə dost edirsiniz?!” De: “Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?! Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir”

13|17|Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. Sel, üstünə çıxan bir köpünü alıb apardı. Bəzək şeyləri və ya əşya düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!

13|18|Rəbbinin dəvətini qəbul edənləri ən gözəl nemət gözləyir. Rəbbinin dəvətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə, üstəlik bir qədərinə də malik olsaydılar, onu fidyə verərdilər. Onları çox pis bir haqq-hesab gözləyir. Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!

13|19|Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!

13|20|O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar.

13|21|O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və pis haqq-hesabdan qorxurlar.

13|22|Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar – məhz onları axirət yurdu - |23|Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan daxil olub: |24|“Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu nə gözəldir!” –deyəcəklər.

13|25|Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd gözləyir.

13|26|Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı  axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir 

13|27|Kafir olanlar: “Məgər Rəbbindən ona bir ayət endirilməli deyildimi?” –deyirlər. De: “Allah istədiyini sapdırır. Tövbə edən şəxsi isə Öz hidayətinə qovuşdurur”.

13|28|O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!

13|29|İman gətirib yaxşı işlər görənlərin xoş halına! Gözəl bir sığınacaq!

13|30|Beləcə, ondan öncə gəlib keçmiş ümmətlərdə olduğu kimi, səni də, sənə vəhyetdiyimizi, onlara oxuman üçün bir ümmətin içinə gönderdik. Onlar, Rəhmanı inkar edirlər. De ki: “O mənim Rəbbimdir. Mən Ona təvəkkül etdim və Ondan başqa İlah yoxdur. Və tövbəm, dönüşüm Onadır.”

13|31|Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar. Bütün işlər yalnız Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi? Kafirlərə gəldikdə Allahın vədi yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud yurdlarının yanında dayanıb duracaqdır. Həqiqətən, Allah Öz vədinə xilaf çıxmaz!

13|32|Səndən əvvəl gəlib-gedən rəsullara da istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Mənim onları cəzalandırmağım necə idi!

13|33|Hər bir kəsin nə qazandığına nəzarət edən Allah bunu bacarmayan bütlər kimidirmi?! Allaha şəriklər qoşdular. De: “Bunlara bir ad verin görək! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub deyirsiniz? Xeyr, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı kimsəyə doğru yolu göstərən olmaz.

13|34|Onlar dünyada əzaba düçar olacaqlar. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qurtaran olmaz.

13|35|Allahdan qorxub pis əməllərdən çəkinənlərə vəd edilən Cənnətin vəsfi belədir: altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!

13|36|Kitab verdiklərimiz sənə nazil etdiyimizə sevinirlər. Elə firqələr də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən Ona dəvət edirəm və mənim axır dönüşüm də yalnız Onadır!”

13|37|Beləliklə, Biz onu ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə gələn elmdən sonra nəfslərinin istəklərinə uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz!

13|38|Biz səndə əvvəl də Rəsullar göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir rəsul heç bir möcüzə gətirə bilməz. Hər dövrün bir kitabı var.

13|39|Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar Kitabın əsli Onun yanındadır.

13|40|Onlara vəd etdiyimizin bir qismini sənə göstərsək də və ya səni öldürsək də Sənin vəzifən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!

13|41|Məgər onlar Bizim yer üzünə gəlib onu tərəflərindən əskiltdiyimizi görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. Tezliklə haqq-hesab çəkəndir!

13|42|Onlardan əvvəlkilər də tələ qururdular. Bütün hiylələrin cəzasını ancaq Allah verəcəkdir. Hər kəsin nə qazandığını bilir. Kafirlər axirət yurdunun kimin olacağını biləcəklər!

13|43|Kafirlər: “Sən peyğəmbər deyilsən!” –deyirlər. belə cavab ver: “Mənimlə sizin aranızda Allahın və kitabı bilənlərin şahid olması yetər!”

14. İbrahim

14|1|Əlif, Lam, Ra! elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura – yenilməz qüvvət sahibi, tərifə layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik.

14|2|Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına!

14|3|O kəslər ki, dünyanı axirətdən üstün tutur, Allah yolundan döndərir və o yolu əyri hala salmaq istəyirlər. Onlar azıb uzaq düşmüşlər.

14|4|Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində göndərdik ki, ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar, istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

14|5|Biz Musaya: “Tayfanın zülmətdən nura çıxart və Allahın günlərini xatırlat. Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!” deyib, onu möcüzələrimizlə göndərdik.

14|6|Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi: “Allahın sizə bəxş etdiyi neməti yadınıza salın, çünki O sizi Firon əhlinin əlindən qurtardı. Onlar sizə dəhşətli əzab verir, oğullarınızı öldürüb, qadınlarınızı diri saxlayırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan vardır!

14|7|Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən şiddətlidir!”

14|8|Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, Çünki Allah möhtac deyildir tərifə layiqdir!”

14|9|Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” –demişdilər.

14|10|Peyğəmbərləri də belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz açıq-aşkar bir dəlil gətirin!”

14|11|Peyğəmbərləri onlara cavab verərək demişdilər: “biz də sizin kimi adi bir insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Möminlər yalnız Allaha təvəkkül etsinlər!

14|12|Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!

14|13|Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik! |14|Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu, məqamımdan və əzabımdan qorxanlara aiddir!”

14|15|Kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi isə ziyana uğradı.

14|16|Hələ qarşıda Cəhənnəm vardır. İrinli-qanlı sudan içirdiləcəkdir!

14|17|O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, lakin ölməz. Hələ bunun ardınca dəhşətli bir əzab gələcəkdir!

14|18|Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı gülə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur azıb uzaqlaşmaq!

14|19|Məgər Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər istəsə, sizi yox edib yerinizə başqa bir məxluq gətirər.

14|20|Bu Allah üçün heç də çətin deyildir!

14|21|Hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?” Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz. Bizim üçün heç bir sığınacaq yoxdur!

14|22|İş bitdikdə Şeytan belə deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!

14|23|İman gətirib yaxşı işlər görənlər isə altından çaylar axan cənnətlərə daxil ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada bir-birinə günaydınlıq verməsi: “Salam!” olacaqdır!

14|24|Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir.

14|25|O Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar!

14|26|Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.

14|27|Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalımları sapdırar. Allah istədiyini edər!

14|28|Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?

14|29|Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!

14|30|Onlar Allah yolundan döndərmək üçün Ona şəriklər qoşdular. Belə de: “Hələ ki, əylənib kef çəkin. Axırda məskəniniz atəş olacaqdır!”

14|31|İman gətirən bəndələrimə de: “Namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı gün gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləsinlər.

14|32|Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizə tabe və çayları sizə ram edən Allahdır!

14|33|Seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.

14|34|Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur.

14|35|Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! |36|Ey Rəbbim! Onlar, həqiqətən, çox insanı azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, Sən bağışlayansan, rəhm edənsən! |37|Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisin Sənin Beytülhəramının yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Onlara meyvələrindən ruzi ver ki, şükür edə bilsinlər! |38|Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz! |39|İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir! |40|Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur! |41|Ey Rəbbim! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla!”

14|42|Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! Onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar;

14|43|Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur.

14|44|İnsanları onlara əzab gələcəyi günlə xəbərdar et. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər və rəsullara tabe olarıq!” deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?!

14|45|Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün məsəllər də çəkdik.

14|46|Hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir!

14|47|Allahın Rəsullada verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!

14|48|Elə bir gündür ki, Yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və onlar bir olan, qalib olan Allahın hüzurunda duracaqlar!

14|49|O gün günahkarları qandallanmış  görəcəksən!

14|50|Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!

14|51|Allah hər kəsə etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!

14|52|Bu insanlar üçün elə bir moizədir ki, onunla həm xəbərdar olsunlar, həm də, Allahın tək bir İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!

15. Hicr

15|1|Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.

15|2|Kafirlər, yəqin ki, müsəlman olmalarını istərdilər!

15|3|Qoy hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra biləcəklər!

15|4|Biz heç bir məmləkəti əcəli gəlib çatmamış məhv etmədik.

15|5|Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.

15|6|Belə dedilər: “Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən! |7|Əgər sən doğru danışanlardansansa, mələkləri bizə gətirsənə!”

15|8|“Biz mələkləri yalnız haqq olaraq endiririk. O zaman onlara heç bir möhlət verilməz! |9|Şübhəsiz ki, Zikri Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!”

15|10|Biz səndən əvvəl də ümmətlərə göndərmişdik.

15|11|Onlara elə bir Rəsul gəlmədi ki, ona istehza etməsinlər!

15|12|Biz onu günahkarların ürəklərinə belə yeridirik!

15|13|Özlərindən əvvəlkilərin başlarına gələnlər göz qabağında olduğu halda, onlar ona inanmazlar.

15|14|Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar yenə də: |15|“Gözümüz bağlanmış, biz sehrlənmişik” -deyərlər.

15|16|Biz səmada bürclər yaratdıq, onlara baxanlar üçün bəzədik.

15|17|Onları hər bir məlun Şeytandan qoruduq.

15|18|Lakin kim xəlvəti qulaq assa, onu odlu bir axan daş təqib edər.

15|19|Biz yer üzünü döşədik, orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən müəyyən ölçüdə yetişdirdik.

15|20|Sizdən və sizin ruzi vermədiklərinizdən ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq.

15|21|Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən qədər endiririk.

15|22|Biz yüklənmiş külək göndərdik, göydən su endirib sizə su verdik. Yoxsa onu yığıb saxlayan siz deyilsiniz!

15|23|Həqiqətən, dirildən də, öldürən də Bizik, varis olan da Biz.

15|24|Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da!

15|25|Həqiqətən, Rəbbin onları bir yerə yığacaq. O, hikmət sahibidir, biləndir!

15|26|Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq!

15|27|Can tayfası daha öncə tüstüsüz oddan xəlq etmişdik.

15|28|Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş qara palçıqdan bəşər yaradacağam! |29|Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”

15|30|Bundan sonra mələklərin hamısı ona səcdə etdilər.

15|31|Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.

15|32|“Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”

15|33|Dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın bəşərə səcdə etmək mənə yaraşmaz!”

15|34|Buyurdu: “Oradan çıx. Sən məlunsan! |35|Sən qiyamət gününə qədər lənətlənmişsən!”

15|36|Dedi: “Ey Rəbbim! İnsanların diriləcəkləri günə qədər mənə möhlət ver!”

15|37|Buyurdu: “Sən möhlət verilənlərdənsən”

15|38|Ancaq məlum vaxtın gününə qədər!

15|39|Dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! |40|Yalnız Sənin sadiq bəndələrindən başqa!”

15|41|Buyurdu: “Bu mənə yönəldilmiş yoldur! |42|Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz! |43|Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir! |44|Yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər. |45|Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar. |46|Ora sağ-salamat və əmin olaraq daxil olun!”

15|47|Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.

15|48|Onlara orada heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər.

15|49|Qullarıma xəbər ver ki, Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm!

15|50|Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!

15|51|Həm də onlara İbrahimin qonaqlarından xəbər ver!

15|52|O zaman ki, onlar onun hüzuruna daxil olub: “Salam!” –dedilər. “Biz, həqiqətən, sizdən qorxuruq!” –dedi.

15|53|Onlar: “Qorxma, biz səni çox bilikli bir oğulla müjdələyirik!” –deyə cavab verdilər.

15|54|“Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?” –deyə soruşdu.

15|55|“Biz sənə doğru xəbərlə müjdə veririk. Ümidini üzənlərdən olma!” –dedilər

15|56|Dedi: “Azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!”

15|57|“Ey elçilər! işiniz nədir?” –dedi.

15|58|Belə cavab verdilər: “Biz günahkar bir tayfaya göndərilmişik.

15|59|Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısın xilas edəcəyik!

15|60|Ancaq zövcəsi istisna olmaqla! Qət etdik ki, o, əzaba uğrayanlardan olacaqdır!”

15|61|Elçilər Lutun yanına gələndə

15|62|Dedi: “Siz yad adamlarsınız!”

15|63|Belə cavab verdilər: “Xeyr, biz sənə onların şübhə etdikləri şeyi gətirmişik! |64|Biz sənə doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq! |65|Gecənin bir vaxtı ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın. Sizə əmr olunan yerə gedin!”

15|66|Və ona vəhy etdik ki, səhər çağı onların kökü kəsilmiş olacaq.

15|67|Şəhər əhli bir-birini muştuluqlayıb gəldi.

15|68|Dedi: “Bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin! |69|Allahdan qorxun və məni xar etməyin!”

15|70|Onlar: “Məgər biz sənə adamları qadağan etmədikmi?” –deyə soruşdular.

15|71|Dedi: “Bunlar mənim qızlarımdır. Əgər edəcəksinizsə!”

15|72|Canına and olsun ki, onlar məstlikləri içində sərgərdan vəziyyətdə durub qaldılar.

15|73|Şəfəq doğanda o dəhşətli səs onları bürüdü.

15|74|Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq.

15|75|Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!

15|76|Həqiqətən, o yolun üstündə hələ də durmaqdadır!

15|77|Bunda möminlər üçün, sözsüz ki, bir ibrət vardır!

15|78|Şübhəsiz ki, Əykə əhli də zalım idi.

15|79|Onlardan da intiqam aldıq. Hər iki şəhər açıq-aşkar göz qabağındadır.

15|80|Həqiqətən, Hicr əhalisi də Rəsulları yalançı adlandırmışdılar.

15|81|Biz onlara möcüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər.

15|82|Onlar salamat qurtarmaq üçün dağları yonub evlər qurudular.

15|83|Səhər çağı dəhşətli səs onları bürüdü.

15|84|Gördükləri tədbirlər onlara heç bir fayda vermədi.

15|85|Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. O saat mütləq gələcəkdir. Sən yaxşıca üz döndər.

15|86|Həqiqətən, Rəbbin yaradandır, biləndir!

15|87|Biz sənə təkrarlanan yeddi ayəni və əzamətli Quranı verdik.

15|88|Bəzi zümrələrinə verdiyimizə rəğbət gözü ilə baxma, onlardan ötrü kədərlənmə möminləri qanadın altına al

15|89|Və de: “Mən, həqiqətən açıq-aşkar xəbərdarlıq edənəm!”

15|90|Eynilə bölənlərə endirdiyimiz kimi!

15|91|O kəslər ki, Quranı hissələrə böldülər!

15|92|Rəbbinə and olsun ki, Biz onların hamısın sorğu-suala çəkəcəyik -|93| etdikləri əməllər barəsində.

15|94|Sənə əmr olunanı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!

15|95|Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik.

15|96|O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar mütləq biləcəklər!

15|97|Doğrusu, Biz onların sözlərindən sənin ürəyinin qısıldığını bilirik!

15|98|Sən isə Rəbbini tərifləyib şükür et, səcdə edənlərlə birlikdə ol!

15|99|Və sənə yəqin gələnədək Rəbbinə ibadət et!

16. Nəhl

16|1|Allahın əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik istəməyin. Allah, Ona şərik qoşulan bütlərdən pak və ucadır.

16|2|Öz əmri ilə mələkləri ruh ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları xəbərdar edib bildirin: “Məndən başqa heç bir İlah yoxdur. Məndən çəkinin!”

16|3|Göyləri və yeri haqq olaraq yaratmışdır, Ona şərik qoşulan bütlərdən ucadır!

16|4|Allah insanı nütfədən xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi.

16|5|Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz.

16|6|Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız.

16|7|Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!

16|8|Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı. Hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır.

16|9|Doğru yolu göstərmək Allaha aiddir. Ondan kəc olan yol da vardır. Əgər istəsəydi, sizin hamınızı doğru yola salardı.

16|10|Göydən su endirən Odur. İçmə sularınız Ondandır. Hayvanlarınızı otardığınız botkilər də Ondandır.

16|11|Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda ayət (dəlil) vardır!

16|12|O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ayət (dəlil) vardır!

16|13|Yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Zikr edənlər üçün, sözsüz ki, bunda da ayət (dəlil) vardır!

16|14|Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Onun lütfünü aramanız və şükür etməyiniz üçündür!

16|15|Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı;

16|16|Əlamətlər də yollarını ulduzlar vasitəsilə taparlar.

16|17|Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?!

16|18|Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

16|19|Allah sizin nəyi gizli saxladığınızı və nəyi aşkar etdiyinizi bilir!

16|20|Allahdan qeyri ibadət etdikləri heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri yaradılmışlar.

16|21|Onlar ölüdürlər, diri deyillər və nə vaxt diriləcəklərini də bilməzlər.

16|22|Sizin İlah bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə inkar edər. Onlar özlərinə sığışdırmazlar.

16|23|Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!

16|24|“Rəbbiniz nə nazil etmişdir?” –deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” –deyə cavab verərlər ki,

16|25|Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları necə də pisdir!

16|26|Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi.

16|27|Sonra qiyamət günü onları rüsvay edəcək və: “Barələrində çənə-boğaz olduğunuz şəriklərim haradadır?” –deyə soruşacaqdır. Elm verilmiş kimsələr isə: “Bu gün kafirlər rəzalətə və əzaba düçar olacaqlar!” –deyəcəklər.

16|28|Mələklər özlərinə zülm edənlərin canlarını aldıqda onlar təslim olub: “Biz heç bir pislik etmirdik!” –deyəcək “Xeyr, Allah sizin nələr etdiyinizi çox yaxşı bilir! |29|Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına. Təkəbbürlülərin məskəni necə də pisdir!”

16|30|Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir? –deyə soruşduqda isə onlar: “Xeyir” –deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri gözləyir. Axirət yurdu isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!

16|31|Onlar altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!

16|32|O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz əməllərə görə Cənnətə daxil olun!” –deyərlər.

16|33|O kafirlər yalnız mələklərin onların yanına gəlməsini, yaxud sənin Rəbbinin əmrinin gəlib çatmasınımı gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm edirdilər.

16|34|Onlara öz əməllərinin cəzası artıq yetişdi. İstehza etdikləri onları yaxaladı.

16|35|Müşriklər dedilər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz heç bir şeyi haram etməzdik”. Onlardan əvvəlkilər də belə etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir.

16|36|Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! –deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur. Yer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu!

16|37|Sən onların doğru yola gəlməsini həddindən artıq istəsən də. Çünki Allah yoldan çıxartdıqlarını doğru yola salmaz. Onlara kömək edənlər də olmaz!

16|38|Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” –deyə Allaha möhkəm and içdilər. Xeyr! doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti bilməz!

16|39|ixtilafda olduqları məsələləri izah etsin və inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər.

16|40|Biz hər hansı bir şeyi istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar.

16|41|Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər!

16|42|dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir!

16|43|Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!

16|44|Biz onları açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!

16|45|Pis hiylələr quranlar Allahın onları yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?!

16|46|Və ya gəzib dolaşarkən əzabın onları yaxalamasından Axı onlar aciz edə bilməzlər.

16|47|Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına?! Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!

16|48|Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!

16|49|Göylərdə və yerdə olan canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!

16|50|Onlar öz üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!

16|51|Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!”

16|52|Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?

16|53|Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!

16|54|Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur.

16|55|Onlar bunu özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün edirlər. Hələ ki kef çəkib ləzzət alın sonra biləcəksiniz!

16|56|Onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual ediləcəksiniz!

16|57|Onlar Allaha qızlar isnad edirlər. Allaha pakdır, müqəddəsdir. Özlərinə gəldikdə isə istədiklərini aid edirdilər.

16|58|Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar.

16|59|Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən, onu zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər!

16|60|Ən pis sifət axirətə inanmayanlara, ən yüksək sifət isə Allaha məxsusdur. Allah yenilməz qüvvət  sahibi, hikmət sahibidir!

16|61|Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.

16|62|Özlərinin bəyənmədiklərini Allaha isnad edərlər. Dilləri də: “Onları ən gözəl aqibət gözləyir!” -deyə yalan söylər. Şübhəsiz ki, onları Cəhənnəm gözləyir. Onlar tərk olunacaqlar.

16|63|Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlara öz əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur. Onlar şiddətli əzaba düçar olacaqlar!

16|64|Biz Kitabı sənə yalnız ixtilafda olduqları məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!

16|65|Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən sonra dirildər. Qulaq asanlar üçün bunda bir ibrət vardır.

16|66|Şübhəsiz ki, davarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər.

16|67|Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab və gözəl ruzi düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.

16|68|Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və qurduqları çardaqlarda özünə evlər tik;

16|69|Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!

16|70|Allah sizi yaratmışdır, sonra da öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil çağına çatdırılar ki, bildiyi hər şeyi unudar. Həqiqətən, Allah biləndir, qadirdir!

16|71|Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar tabeçiliyində olanları öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. İndi onlar Allahın nemətlərini inkarmı edirlər?

16|72|Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak nemətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?

16|73|Allahı qoyub göylərdən və yerdən onlara verəcək heç bir ruzisi olmayan və buna gücləri də çatmayanlara ibadət edirlər.

16|74|Allaha bənzətməyin. Allah bilir, siz isə bilmirsiniz!

16|75|Allah belə bir məsəl çəkdi: “Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar sərf edən birisi ilə eyni ola bilərmi?! Həmd yalnız Allaha məxsusdur, lakin əksəriyyəti bilməz!

16|76|Allah iki nəfər barəsində yenə belə bir məsəl buyurdu: Biri dilsizdir, heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən bir kimsə kimi ola bilərmi?!

16|77|Göylərin və yerin qeybini bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!

16|78|Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz!

16|79|Məgər yerlə göy arasında ram olmuş quşları görmürlər?! Onları yalnız Allah saxlayır. Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!

16|80|Allah evlərinizi sizə məskən etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman sizin üçün yüngül olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyası və mal verdi.

16|81|Allah yaratdığı şeylərdən sizin üçün kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar, sizi istidən saxlayacaq köynəklər, qoruyacaq zirehli geyimlər düzəltdi. Allah nemətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz!

16|82|Yenə də üz döndərsələr! Çünki sənin vəzifən ancaq açıq-aşkar təbliğ etməkdir!

16|83|Onlar Allahın nemətini bilir, lakin sonra onu danırlar. Onların əksəriyyəti kafirdir.

16|84|Qiyamət günü hər ümmətdən bir şahid gətirəcəyik. Kafirlərə izin verilməyəcək, heç üzr diləmələri də istənilməyəcəkdir!

16|85|Zalımlar əzabı görüncə, lakin yüngülləşdirilməyəcək, onlara bir an belə möhlət də verilməyəcəkdir!

16|86|Müşriklər şəriklərini gördükdə: “Ey Rəbbimiz! Bunlar bizim Səndən savayı ibadət etdiyimiz şəriklərimizdir!” –deyəcəklər. Onlara: “Siz əsl yalançısınız!” –deyə cavab verəcəklər.

16|87|O gün Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri də aradan çıxacaqlar!

16|88|Törətdikləri fitnə-fəsada görə Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq!

16|89|Qiyamət günü hər ümmətə özlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Biz, hərşeyi bəyan eden, hidayətə qovuşduran və rəhmət olan Kitabı, müsəlmanlara müjdə olaraq nazil etdik!

16|90|Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!

16|91|Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən, Allah nə etdiyinizi bilir!

16|92|Möhkəm əyirdiyi ipliyi sonradan qıran qadın kimi olmayın. Siz bir ümmət digərindən çox olduğu üçün aranızdakı andları yalana çevirirsiniz. Allah bununla yalnız sizi sınayır. O, qiyamət günü ixtilafda olduğunuz məsələləri sizə izah edəcəkdir!

16|93|Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!

16|94|Aralarınızdakı andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız möhkəm olduğu ikən sürüşər və Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizi dəhşətli bir əzab gözləyir!

16|95|Allahla bağladığınız əhdi ucuz satmayın. Allah yanında olan sizin üçün daha yaxşıdır. Kaş biləydiniz!

16|96|Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir. Dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq!

16|97|Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.

16|98|Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın!

16|99|Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!

16|100|Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!

16|101|Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə – Allah nə nazil etdiyini Özü daha yaxşı bilir – “Sən ancaq bir iftiraçısan” –deyərlər. Xeyr! Onların əksəriyyəti bilməz!

16|102|De: “Ruhülqüds onu sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!”

16|103|Biz: “Ona bir insan öyrədir!” –dediklərini də bilirik. Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu isə açıq-aşkar ərəb dilidir!

16|104|Allahın ayələrinə inanmayanları, sözsüz ki, Allah doğru yola salmaz. Onları şiddətli bir əzab gözləyir!

16|105|Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!

16|106|Qəlbi imanla sabit olduğu halda məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə.  Lakin qəlbən küfrə razı olanlara Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!

16|107|Bu ona görədir ki, onlar dünyanı axirətdən üstün tutarlar. Allah kafirləri doğru yola salmaz!

16|108|Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafildirlər!

16|109|Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır!

16|110|Fitnəyə məruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib səbr edənləri isə bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, rəhm edəndir!

16|111|O gün hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi verilər və onlara heç bir haqsızlıq edilməz!

16|112|Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı.

16|113|Onlara özlərindən bir rəsul gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə də əzab onları zülm edərkən yaxaladı.

16|114|Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!

16|115|Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən kəsilmiş heyvanı haram buyurmuşdur. Başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardam yeməyə məcbur olan şəxsə. Çünki Allah bağışlayandır, rəhm edəndir!

16|116|Diliniz yalana vərdiş etdiyi üçün: “Bu halaldır, o haramdır!” –deməyin, çünki Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar!

16|117|Az bir mənfəət vardır, onları şiddətli bir əzab gözləyir!

16|118|Yəhudilərə haram etdiyimiz şeyləri daha əvvəl sənə xəbər vermişdik. Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm edirdilər.

16|119|Sonra Rəbbin cahillikləri üzündən pis iş görən ondan sonra tövbə edib özlərini islah edən kimsələri. Həqiqətən, Rəbbin sonra bağışlayandır, rəhm edəndir!

16|120|Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı.

16|121|O, nemətlərinə şükür edən idi. onu seçmiş və düz yola yönəltmişdi.

16|122|Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də salehlərdəndir!

16|123|Sonra sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” –deyə vəhy etdik.

16|124|Şənbə günü ancaq onun barəsində ixtilafda olanlara vacib edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir.

16|125|İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!

16|126|Cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.

16|127|Səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir. Onlardan ötrü kədərlənmə və qurdurları hiylələrə görə də ürəyini qısma!

16|128|Həqiqətən, Allah, təqva sahibi olub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!

17. İsra

Mərhəmətli Rəhmli Allahın Adı ilə

17|1|Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidülhəramdan ətrafını mübarək etdiyimiz Məscidüləqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, eşidəndir, görəndir!

17|2|Biz Musaya kitab verdik və: “Məndən başqa heç bir vəkil tutmayın” –deyə, onu İsrail oğullarına bir rəhbər təyin etdik.

17|3|Ey Nuhla birlikdə mindirib apardığımız kəslərin nəsli! Həqiqətən, o çox şükür edən bir bəndə idi!

17|4|Biz İsrail oğullarına kitabda: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq edəcəksiniz!” –deyə bildirdik.

17|5|Onlardan birincisinin vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik. Onlar evlərinizin arasında gəzib dolaşırdılar. Bu vəd artıq yerinə yetirildi.

17|6|Sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi daha çox etdik.

17|7|Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın vaxtı gəldikdə üzünüzü qara etmək, məscidə birinci dəfə girdikləri kimi girmək və ələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün üstünüzə göndərdik.

17|8|Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz qayıtsanız, Biz də qayıdarıq. Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.

17|9|Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!

17|10|Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab hazırlamışıq!

17|11|İnsan xeyir-dua etdiyi kimi, bəd dua da edər. İnsan tələskəndir.

17|12|Biz gecə və gündüzü iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı bilməyiniz üçün gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi müfəssəl izah etdik.

17|13|Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü açıq kitab kimi qarşısına qoyarıq.

17|14|“Oxu, kitabını. Bu gün sən haqq-hesab çəkməyə özün-özünə kifayətsən!”

17|15|Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. Biz, rəsul göndərməmiş əzab vermərik!

17|16|Biz bir məmləkəti məhv etmək istədikdə onun naz-nemət içində yaşayan başçılarına əmr edərik. Lakin onlar pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik.

17|17|Biz Nuhdan sonra neçə-neçə ümmətləri məhv etdik. Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi kifayət edər.

17|18|Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə ona Cəhənnəmi məskən edərik. O, qınanmış, qovulmuş bir vəziyyətdə daxil olar!

17|19|Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar.

17|20|Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti qadağan deyildir.

17|21|Bir gör onların birini digərindən necə üstün tutduq? Axirətdə isə daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır!

17|22|Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən!

17|23|Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!

17|24|Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” –de.

17|25|Rəbbiniz ürəklərinizdə olanları ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!

17|26|Qohum-əqrabaya da, miskinə də, müsafirə də haqqını ver. Eyni zamanda sağa-sola da səpələmə!

17|27|Həqiqətən, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!

17|28|Əgər Rəbbindən dilədiyin bir mərhəməti gözləmək məqsədilə onlardan üz çevirməli olsan heç olmasa, onlara xoş bir söz de!

17|29|Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!

17|30|Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, görəndir!

17|31|Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!

17|32|Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!

17|33|Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə bir ixtiyar verdik. Lakin o da qətl etməkdə ifrata varmasın Çünki ona artıq kömək olunmuşdur.

17|34|Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-büluğa çatana qədər yaxın düşməyin.  Əhdə vəfa edin. Çünki əhd barəsində cavabdehdir.

17|35|Ölçəndə ölçüdə düz olun, düzgün tərəzi ilə çəkin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!

17|36|Bilmədiyin bir şeyin ardınca getmə Çünki qulaq, göz və ürək bunların hamısı sorğu-sual olunacaqdır.

17|37|Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də yüksəlib dağlara çata bilərsən

17|38|Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən, pis şeylərdir.

17|39|Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!

17|40|Məgər Rəbbiniz oğlanları sizin üçün seçib, özü üçün mələklərdən qızlarımı götürdü?! Həqiqətən, böyük-böyük danışırsınız!

17|41|İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Quranda izah etdik. Lakin onların yalnız nifrətini artırdı.

17|42|De: “Əgər Allahla yanaşı, dedikləri kimi, tanrılar olsa idi, onlar ərş sahibinə bir yol axtarardılar”.

17|43|Allah onların dediklərindən çox uca və çox yüksəkdir!

17|44|Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız. Həqiqətən, həlimdir, bağışlayandır!

17|45|Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik |46|Anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq. Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər.

17|47|Onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalımların öz aralarında gizli-gizli danışıb: “Siz ancaq ovsunlanmış bir adama uyursunuz!” –dediklərini də bilirik.

17|48|Bir gör səni kimlərə bənzətdilər! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər!

17|49|Onlar: “Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?” –deyirlər.

17|50|De: “Daş olun, yaxud dəmir! |51|Və ya ürəyinizdə böyük bir məxluq bilin!” Onlar deyəcəklər: “O halda bizi kim qaytaracaqdır?” De: “İlk dəfə sizi yoxdan yaradan!” Onlar sənə başlarını bulayıb: “Bu nə vaxt olacaqdır?” –deyə soruşacaqlar. De: “Bəlkə də, bu yaxın zamanda!”

17|52|O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, çox az qaldınız!

17|53|Bəndələrimə de: “Gözəl sözlər söyləsinlər” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!

17|54|Rəbbiniz sizi daha yaxşı tanıyar. İstəsə, sizə rəhm edər, istəsə, əzab verər. Biz səni onlara vəkil gözdərməmişik.

17|55|Rəbbin göylərdə və yerdə olanları çox gözəl tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik.

17|56|De: “Başqa tanrı güman etdiklərinizi çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə qadir deyillər!”

17|57|Onların tapındıqları tanrıların özlərindən hər hansı biri daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!

17|58|Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!

17|59|Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi bir dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.

17|60|Yadına sal ki, bir zaman sənə: “Rəbbin insanları ehtiva etmişdir” –demişdik. Sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!

17|61|Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” –deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” –demişdi.

17|62|Həmçinin: “Bir de görək nə üçün onu məndən üstün tutdun? Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram”.

17|63|Buyurdu: “Çıx get! Onlardan hər kəs sənə uysa, cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza!

17|64|Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver. Şeytan yalnız yalan vəd verər! |65|Doğrusu, Mənim bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması kifayət edər!”

17|66|Sizin üçün nemətindən özünüzə ruzi axtarmaq məqsədilə dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir! Həqiqətən, Rəbbiniz sizə qarşı rəhmlidir!

17|67|Sizə dənizdə bir çətinlik üz verdiyi zaman qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda üz döndərirsiniz. İnsan nankordur!

17|68|Məgər quruda sizi yerə batırmayacağına, yaxud başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz.

17|69|Yoxsa bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam alacaq bir kəs də tapa bilməzsiniz.

17|70|Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda mindirib sahib etdik, özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.

17|71|Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar. Onlara tük qədər haqsızlıq edilməz.

17|72|Bu dünyada kor olan axirətdə də kor olar və yoldan daha çox azar!

17|73|Qeyri bir şeyi yalandan Bizə istinad edəsən deyə, səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar.

17|74|Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın!

17|75|Sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən.

17|76|Səni oradan çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə fitnəyə salsınlar. Əgər onlar belə etsəydilər, səndən sonra yalnız az bir müddət qala bilərdilər.

17|77|Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq olaraq. Sən Bizim qayda-qanunumuzda heç bir dəyişiklik tapa bilməzsən!

17|78|Günortadan gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur.

17|79|Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama göndərsin!

17|80|De: “Ey Rəbbim! Məni daxil edəcəyin yerə xoşluqla daxil et, məni çıxaracağın yerdən də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!”

17|81|De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!”

17|82|Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların ancaq ziyanını artırır.

17|83|İnsana bir nemət verdiyimiz zaman üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar!

17|84|De: “Hərə öz qabiliyyətinə görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!”

17|85|Səndən ruh haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. Sizə yalnız cüzi bir bilik verilmişdir!”

17|86|Əgər istəsəydik, sənə vəhy etdiyimizi çıxardıb aparardıq. Sonra Bizə qarşı özün üçün bir müdafiəçi də tapa bilməzdin.

17|87|Lakin Rəbbinin yalnız sənə qarşı bir mərhəmətidir. Həqiqətən, Onun sənə olan neməti böyükdür!

17|88|De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.

17|89|Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı.

17|90|Belə dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. |91|Yaxud arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; |92|Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri açıq-aşkar qarşımıza gətirməyincə; |93|Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” De: “Rəbbim pakdır, müqəddəsdir! Mən isə yalnız peyğəmbər olan bir insanam!”

17|94|İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: “Allah bir insanımı peyğəmbər göndərdi?” –demələridir.

17|95|De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!”

17|96|De: “Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!”

17|97|Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların alovunu artıracağıq!

17|98|Bu, ayələrimizi inkar etdiklərinə və: “Sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?” –dediklərinə görə onların cəzasıdır.

17|99|Məgər onlar göyləri və yeri yaradan Allahın onlar kimisini yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar ancaq öz küfrlərində israr edib dururlar.

17|100|De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə də xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. İnsan xəsisdir!

17|101|Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş: Onların yanına gəldikdə, Firon ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan” -demişdi.

17|102|Ona: “Sən bunları məhz göylərin və yerin Rəbbi tərədindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm!” –deyə cavab vermişdi.

17|103|Onları torpağından qovub çıxartmaq istədi. Biz isə onu və onunla birlikdə olanların hamısını qərq etdik.

17|104|Və bundan sonra İsrail oğullarına dedik: “Siz ərazisində sakin olun. Axirət vədəsi gəlib çatdıqda sizin hamınızı gətirəcəyik!”

17|105|Biz haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və xəbərdarlıq edən sifəti ilə göndərdik.

17|106|İnsanlara aramla oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədriclə, nazil etdik.

17|107|De: “İstər inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr yanlarında oxunduğu zaman üzüstə səcdəyə qapanar.

17|108|Və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin əmri mütləq yerinə yetəcəkdir!” –deyərlər.

17|109|Onlar üzüstə səcdəyə qapanıb ağlayar, onların itaətini daha da artırar.

17|110|De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz, çünki ən gözəl adlar yalnız Ona məxsusdur. Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun arasında orta bir yol tut! |111|Və de: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün heç bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!” Və Allahı uca tut!

18. Kahf

18|1|Həmd olsun O Allaha ki, Kitabı heç bir əyriliyə yol vermədən Öz bəndəsinə nazil etdi!

18|2|Öz dərgahından gələcək şiddətli bir əzabla xəbərdar etmək, yaxşı əməllər edən möminlərə isə gözəl mükafata nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün olaraq endirdi.

18|3|Onlar orada əbədi qalacaqlar!

18|4|O, həm də: “Allah Özünə övlad götürdü!” –deyənləri xəbərdar etməyin üçün nazil etdi.

18|5|Bu barədə nə onların özlərinin, nə də atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. Onlar ancaq yalan deyirlər!

18|6|Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!

18|7|Biz yer üzündə olanları onun üçün bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.

18|8|Biz yer üzündə olan hər şeyi məhv edib qupquru bir torpağa döndərərik.

18|9|Yoxsa əshabi-kəhfin və Rəqimin ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən?

18|10|Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!” –demişdilər.

18|11|Biz onları mağarada illərlə yuxuya verdik.

18|12|Sonra iki tayfadan hansının onların qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.

18|13|Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini artırmışdıq.

18|14|Onlar durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, danışmaqda həddi aşmış olarıq!” –dedikləri zaman onların ürəklərinə qüvvət vermişdik.

18|15|Bizim bu camaat Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım kim ola bilər?!

18|16|“Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın”.

18|17|Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kimsəyə isə əsla doğru yolu göstərən bir dost tapa bilməzsən!

18|18|Onlar yuxuda ikən sən onları oyaq sanardın. Biz onları sağa-sola çevirirdik. Onlar iti də iki əlini astanasına uzadıb yatmışdı. Əgər sən onları görsəydin, yəqin ki, dönüb qaçar, dəhşət səni bürüyərdi.

18|19|Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: “Nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” –deyə cavab verdilər. Onlardan belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi gətirsin. O, çox ehtiyatlı olsun və sizin barənizdə heç kəsə bir xəbər verməsin!

18|20|Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz nicat tapa bilməzsiniz!”

18|21|Onların halı ilə beləcə tanış etdik ki, Allahın vədinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman öz aralarında onların işi  barəsində mübahisə edirlər. Dedilər: “Onların üstündə bir bina tikin. Rəbbi daha yaxşı bilir!” Onların haqqındakı mübahisədə qalib gələnlər isə: “Onların üstündə bir məscid tikəcəyik!” –dedilər.

18|22|Sanki qaranlıq yerə daş ataraq: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” - deyəcəklər. Bəziləri: “Onlar beşdir, altıncısı köpəkləridir!” –deyəcəklər. Digərləri isə: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” –söyləyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. Bunu bilən çox azdır!” Barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et və heç birindən onlar haqqında bir şey soruşma!

18|23|Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” –demə!

18|24|Ancaq: “İnşallah deyəcəyəm!” –de. unutduğun zaman Rəbbinin yada salıb: “Ola bilsin ki, Rəbbim məni bundan haqqa daha yaxın olan bir yola yönəltsin” –de.

18|25|Onlar mağarada üç yüz doqquz il qaldılar.

18|26|De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi öz hökmünə şərik etməz!”

18|27|Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. Başqa heç bir sığınacaq tapa bilməzsən!

18|28|Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!

18|29|Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın. Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o necə də pis məskəndir!

18|30|İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz yaxşı işlər görənlərin mükafatını zay etmərik!

18|31|Onları altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o necə də gözəl məkandır!

18|32|Onlara iki adamı misal gətir. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə əhatə etdik və aralarında əkin saldıq.

18|33|O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq.

18|34|Başqa sərvəti də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona dedi: “Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!”

18|35|O özünə zülm edərək bağına girib dedi: “nə vaxtsa yox olacağını güman etmirəm. |36|Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!”

18|37|Onunla söhbət edən yoldaşı isə belə dedi: “Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allahı inkarmı edirsən? |38|Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! |39|Bağına girdiyin zaman barı: “Maşallah, qüvvət yalnız Allaha məxsusdur!” –deyəydin! Əgər məni özündən daha az mal-dövlət və övlad sahibi görürsənsə, |40|Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar bir yer olsun! |41|Yaxud suyu çəkilib getsin və bir də onu əsla axtarıb tapa bilməyəsən!”

18|42|Beləliklə, onun meyvəsi tələf edildi. Qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” –deyirdi.

18|43|Allahdan başqa ona yardım edə biləcək kəslər yox idi və o da kömək edə biləcək bir halda deyildi.

18|44|Belə bir vəziyyətdə kömək göstərmək, ancaq, haqq olan Allaha məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən xeyirlisi Odur.

18|45|Bu dünyanı misal çək: göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp olar. Allah hər şeyə qadirdir!

18|46|Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid eyibarilə daha xeyirlidir!

18|47|O gün dağları hərəkətə gətirəcəyik. yeri düzdüz görəcəksən, bir yerə toplayacaq, onların heç birini qoymayacağıq.

18|48|Onlar Rəbbinin hüzuruna cərgə-cərgə gətiriləcəklər. “Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi gəldiniz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz vədi yerinə yetirməyəcəyik!”

18|49|Əməl dəftəri qarşısına qoyulacaq. Günahkarların orada olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar etdikləri bütün əməllərin hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!

18|50|Xatırla ki, bir zaman mələklərə “Adəmə səcdə edin!” –demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!

18|51|Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən çıxardanları Özümə köməkçi də tutmadım!

18|52|O gün belə buyuracaq: “iddia etdiyiniz şəriklərimi çağırın! Öz tanrılarını çağıracaq, lakin onlar heç bir cavab verməyəcəklər. Biz onların arasında bir cəhənnəm dərəsi bərqərar edərik!

18|53|Günahkarlar atəşi görüncə ona düşəcəklərini yəqin edəcək və oradan baş götürüb qaçmağa bir yer tapa bilməyəcəklər.

18|54|Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə ən çox mübahisə edəndir.

18|55|İnsanlara doğru yol göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə və Rəbbindən bağışlanmalarını diləməyə mane olan şey yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri baxa-baxa əzabın gəlib onlara yetişməsini gözləməlidirlər.

18|56|Biz peyğəmbərləri yalnız müjdə verənlər və xəbərdar edənlər olaraq göndərdik. Kafirlər isə batil ilə haqqı yalana çıxartmaq məqsədilə mübahisə aparırlar. Onlar Mənim ayələrimi və xəbərdar olunduqları əzabı məsxərəyə qoyurlar.

18|57|Rəbbinin ayələri özünə xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə etdiyi günahları unudan adamdan daha zalım kim ola bilər?! Onu anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik. Sən onları doğru yola dəvət etsən belə, onlar əsla haqq yola gəlməzlər.

18|58|Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər onları günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını sürətləndirərdi. Lakin onların vaxtı vardır onlar əsla bir yer tapa bilməzlər!

18|59|O məmləkətlərin əhalisini zülm etdikləri zaman məhv etdik. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.

18|60|Yadına sal ki, bir zaman Musa öz gənc dostuna belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca geri dönməyəcəyəm!”

18|61|Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda balığı unutmuşdular, balıq isə dənizdə bir yarğana tərəf üz tutmuşdu.

18|62|Onlar keçib getdikləri zaman gənc dostuna dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!”

18|63|O isə: “Görürsənmi, biz qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. Əcaib bir şəkildə dənizə yollanmışdır!” –deyə cavab verdi.

18|64|“Elə istədiyimiz də budur!” –dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri qayıtdılar.

18|65|Öz dərgahımızdan mərhəmət əta etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimizdən birini tapdılar.

18|66|Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”

18|67|Belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan əsla dözə bilməzsən.

18|68|Axı sən bilmədiyin bir şeyə necə dözə bilərsən?

18|69|Dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!”

18|70|“Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” –dedi.

18|71|Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman onu deşdi. Dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, böyük bir şey etdin”.

18|72|Belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda əsla dözə bilməzsən?”

18|73|Dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə çətinliyə salma!”

18|74|Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda dərhal onu öldürdü. Dedi: “pak bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin”.

18|75|Yenə belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə birlikdə olanda əsla dözə bilməzsən?

18|76|Dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. sən artıq mənim tərəfimdən üzrlüsən”.

18|77|Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək istəmədi. Onlar orada yıxılmaq üzrə olan bir divar gördülər. Onu düzəltdi. Dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd alardın...”

18|78|Dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. dözə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm! |79|Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi. |80|Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi.  Buna görə də biz ata-anasını da azğınlığa və küfrə sürükləməsindən qorxduq. |81|Və Rəbbinin onun əvəzində onlara daha təmiz və daha mərhəmətli olan başqa bir övlad verməsini istədik. |82|Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh idi. Rəbbin onların həddi-büluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz-özümdən etmədim. Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu budur!”

18|83|Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə bir hekayət söyləyəcəyəm!”

18|84|Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik.

18|85|O, yola çıxdı.

18|86|Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. O, çeşmənin yanında bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara əzab da verə bilərsən, onlarla yaxşı rəftar da edə bilərsən!”

18|87|O belə cavab verdi: “Zülm edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. Ona görünməmiş bir əzab verəcəkdir! |88|İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!”

18|89|Sonra o, başqa bir yola tərəf üz tutub getdi.

18|90|Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona qarşı heç bir sipər yaratmamışdıq.

18|91|Belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik.

18|92|Daha sonra o başqa bir yola üz tutub getdi.

18|93|Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan bir tayfa gördü.

18|94|Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc–Məcuc bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?”

18|95|O dedi: “Rəbbimin mənə verdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim! |96|Mənə dəmir parçaları gətirin!” O iki dağın arasını bərabərləşdirən kimi: “üfürün!” –dedi. Od halına salınca: “Mənə ərimiş mis gətirin, onun üstünə tökün!” dedi.

18|97|Artıq nə aşa bildilər, nə də onu dəlib keçə bildilər.

18|98|O dedi: “Bu Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır!”

18|99|O gün onları buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar. Sur çalınan kimi onların hamısını bir yerə cəm edərik.

18|100|O gün Biz Cəhənnəmi kafirlərə əyanən göstərərik.

18|101|O kəslər ki, gözləri Məni anmaqdan qapalı idi və eşitməyə də qadir deyildilər.

18|102|Kafirlər Məni qoyub qullarımı özlərinə dost edəcəklərinimi güman edirlər? Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq!

18|103|De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?”

18|104|O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini zənn edirdilər.

18|105|Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz onlar üçün bir daş-tərəzi qurmayacağıq!

18|106|Küfr etdiklərinə, ayələrimi və Rəsullarımı məsxərəyə qoyduqlarına görə budur onların cəzası – Cəhənnəm!

18|107|İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!

18|108|Onlar orada əbədi qalıb oradan ayrılmaq istəməyəcəklər!

18|109|De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!”

18|110|De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin İlahınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”

19. Məryəm

19|1|Kaf, Ha, Ya, Eyn, Sad!

19|2|Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!

19|3|Rəbbinə gizlicə dua edib yalvardığı zaman

19|4|Belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. |5|Mən özümdən sonra gələn qohum-əqrabamdan qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et ki, |6|O həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o riza qazanmış olsun!”

19|7|“Ey Zəkəriyya! Sənə bir oğulla müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!”

19|8|Dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş ikən mənim necə oğlum ola bilər?”

19|9|dediyin kimidir, lakin Rəbbin buyurdu ki: “bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən yaratmışdım!”

19|10|Dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et!” Buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!”

19|11|Sonra mehrabdan öz camaatının qabağına çıxıb onlara belə işarə etdi: “Səhər-axşam təqdis edib şəninə təriflər deyin!”

19|12|“Ey Yəhya! Kitabdan bərk yapış. Biz uşaq ikən ona hikmət verdik.

19|13|Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi.

19|14|ata-anasına qarşı da olduqca itaətkar idi: zalım, asi deyildi.

19|15|Ona doğulduğu gün də, öləcəyi gün də diriləcəyi gün də salam olsun!

19|16|Kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfində bir yerə çəkilmişdi.

19|17|Və ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu yanına göndərdik. Ona kamil bir insan qiyafəsində göründü.

19|18|Dedi: “Mən səndən Rəhmana pənah aparıram. Əgər müttəqisənsə!”

19|19|“Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin elçisiyəm!” –dedi.

19|20|Dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!”

19|21|Dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”

19|22|Artıq hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi.

19|23|Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!”

19|24|Dərhal alt tərəfindən ona belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün altından bir irmaq axıtdı.

19|25|Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş tökülsün!

19|26|ye-iç, gözün aydın olsun. Əgər bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”

19|27|Uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! |28|Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!”

19|29|Ona işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışacaq?” –dedilər.

19|30|Dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də nəbi etdi. |31|O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. |32|O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, asi eləmədi! |33|Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!”

19|34|Bu, şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında haqq sözdür!

19|35|Allaha övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” deyər, o da dərhal olar.

19|36|“Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!”

19|37|Firqələr öz aralarında anlaşılmazlığa düşdülər. Vay o böyük günü görəcək kafirlərin halına!

19|38|Onlar Bizim hüzurumuza gələcəkləri gün elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər.

19|39|Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə xəbərdar et!

19|40|Yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. Onlar Bizim hüzurumuza qaytarılacaqlar.

19|41|Kitabda İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğru danışan kimsə – bir nəbi idi.

19|42|O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? |43|Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! |44|Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana çox asi olmuşdur! |45|Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə Şeytana yoldaş olasan!”

19|46|Dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!”

19|47|Belə cavab verdi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır. |48|Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım.”

19|49|və onların Allahdan başqa tapındıqları bütləri tərk edib getdiyi zaman Biz ona İshaqla, Yəqubu bəxş etdik və onların hər ikisini Nəbi etdik.

19|50|Öz mərhəmətimizdən ehsan buyurub təriflərini dillər əzbəri etdik.

19|51|Kitabda Musanı da yad et! Həqiqətən o, çox səmimi idi. O bir rəsul, bir nəbi idi.

19|52|Biz Turun sağ tərəfindən çağırdıq və gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.

19|53|Və öz mərhəmətimizdən qardaşı Harunu da bir Nəbi olaraq ona bəxş etdik.

19|54|Kitabda İsmaili də yada sal! O öz vədinə sadiq və bir Rəsul, bir Nəbi idi.

19|55|O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı.

19|56|Kitabda İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə – bir Nəbi idi.

19|57|Biz onu yüksək bir məqama qaldırdıq.

19|58|Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi Nəbilərdəndir. Onlar, Rəhmanın ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.

19|59|Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar Fəyy dərəsinə düşəcəklər.

19|60|Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm görmədən Cənnətə daxil olacaqlar –

19|61|Rəhmanın Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir.

19|62|Onlar orada boş söhbətlər deyil, ancaq: “Salam!” eşidərlər. Ruziləri də səhər-axşam oradadır.

19|63|Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik.

19|64|“Biz yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. Rəbbin unudan deyildir”.

19|65|O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç Ona bənzərini görmüsənmi?

19|66|İnsan: “Mən öldükdən sonra dirimi çıxardılacağam?” –deyə soruşur.

19|67|Məgər insan ilk öncə onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?

19|68|Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.

19|69|Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq.

19|70|Sonra Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik.

19|71|Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin buyurduğu vacib bir hökmdür.

19|72|Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!

19|73|Ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən: “Bu iki tayfadan hansının məqamı daha yaxşı, hansının məclisi daha gözəldir?” –deyə soruşarlar.

19|74|Halbuki Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca daha üstün idilər.

19|75|De: “kim zəlalət içindədirsə, qoy Rəhman ona uzun müddət möhlət versin”. Nəhayət, vəd olunduqları ya əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.

19|76|Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!

19|77|Ayələrimizi inkar edib: “mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” –deyən adamı gördünmü?

19|78|Görəsən, o, qeybə vaqif olmuş, yoxsa Rəhmandan söz almışdır?!

19|79|Xeyr, onun dediklərini yazacaq, əzabını artırdıqca artıracağıq.

19|80|Onun dediyi şeylər Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir.

19|81|Onlar üçün şəfaət diləsinlər deyə, Allahdan başqa tanrılar qəbul etdilər.

19|82|Xeyr, onların ibadətini danacaq və onlara düşmən olacaqlar.

19|83|Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?

19|84|Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq.

19|85|O gün Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər kimi cəm edərik.

19|86|Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.

19|87|Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları şəfaət etməyə qadir olmazlar.

19|88|“Rəhman özünə övlad götürmüşdür!” –dedilər.

19|89|Siz, doğrudan da, olduqca pis bir şey etdiniz!

19|90|Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!-

19|91|Rəhmana övlad isnad etdiklərinə görə!

19|92|Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz.

19|93|Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.

19|94|And olsun ki, onları hesablamış və təkrar-təkrar saymışdır.

19|95|Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək.

19|96|Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq.

19|97|Biz sənin dilinlə asan etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə müjdə verəsən və inadkar bir camaatı xəbərdar edəsən.

19|98|Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi?

20. Ta Ha

20|1|Ta, Ha!

20|2|Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!

20|3|Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq.

20|4|O, yeri və uca göyləri yaradandan nazil olmuşdur.

20|5|Rəhman ərşi yaradıb hökmü altına almışdır.

20|6|Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa Onundur.

20|7|Sən səsini ucaltsanda. Çünki Allah sirri də, sirdən daha gizli olanı da bilir.

20|8|Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar yalnız Ona məxsusdur!

20|9|Musanın hekayəti sənə gəlib çatdımı?

20|10|O zaman bir od görüb ailəsinə belə demişdi: “Siz durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir köz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!”

20|11|Odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa! |12|Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan! |13|Mən səni seçdim. Vəhy olunanı dinlə! |14|Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir İllah yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! |15|O saat mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini alsın. |16|Ehtiyatlı ol ki, danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan! |17|Ya Musa! Sağ əlindəki nədir?”

20|18|Dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!”

20|19|Buyurdu: “Ya Musa! Onu at!”

20|20|Atan kimi o, dərhal bir ilan olub sürətlə sürünməyə başladı.

20|21|Buyurdu: “Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq! |22|Əlini qoltuğunun altına qoy ki, əlin başqa bir möcüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın. |23|Və Biz də sənə ən böyük möcüzələrimizdən göstərək. |24|Fironun yanına get! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır”.

20|25|Dedi: “Ey Rəbbim! köksümü açıb genişlət; |26|İşimi yüngülləşdir; |27|Dilimdəki düyünü aç ki, |28|Sözümü yaxşı anlasınlar! |29|Və mənə öz ailəmdən bir vəzir ver – |30|Qardaşım Harunu! |31|Onunla arxamı möhkəmləndir. |32|Onu işimə ortaq et ki, |33|Səni çox təqdis edib şəninə təriflər deyək. |34|Və Səni çox zikr edək. |35|Sən, şübhəsiz ki, Bizi görürsən!”

20|36|Buyurdu: “Dilədiyin sənə verildi, ya Musa! |37|Sənə bir dəfə nemət bəxş etmişdik |38|Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman.”

20|39|“Bir sandığa qoyub çaya at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi onu götürsün”. Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə bir sevgi yaratdım.

20|40|O zaman bacın gedib deyirdi: “Sizə ona baxa biləcək birisini göstərimmi?” Gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri vurub öldürdün. Sonra Biz səni o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik. İllərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş vaxta gəlib çatdın, Ya Musa! |41|Və Mən səni Özümə seçdim! |42|Sən və qardaşın ayələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. |43|Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır. |44|Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”

20|45|Onlar: “Ey Rəbbimiz! bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından qorxuruq!” –dedilər.

20|46|Buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, eşidirəm və görürəm! |47|Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin iki Rəsuluyuq. İsrail oğullarını bizimlə göndər və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun! |48|Bizə vəhy olundu ki, yalan hesab edənləri və üz döndərənləri əzab gözləyir!”

20|49|“Elədə Rəbbiniz kimdir, ya Musa?” –deyə soruşdu.

20|50|Belə cavab verdi: “Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”

20|51|Soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?”

20|52|Belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim xəta etməz və unutmaz!”

20|53|O ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən su endirmişdir. Biz o su ilə növbənöv bitkilərdən cütlər yetişdirmişik.

20|54|Yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda ağıl sahibləri üçün əlamətlər vardır!

20|55|Sizi də ondan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq.

20|56|Biz, ayələrimizin hamısını ona göstərdik. Lakin onları yalan sayıb qəbul etmədi.

20|57|Dedi: “Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağa gəlmisən? |58|Elədə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt təyin et. Nə biz, nə də sən vədimizə xilaf çıxmayaq. Bu əlverişli bir yerdə olsun!”

20|59|Dedi: “Sizə verilən vədə sizin bayram gününüz və camaatın toplaşacağı günorta vaxtıdır!”

20|60|Firon dönüb getdi, nəhayət, bütün hiylə vasitələrini yığıb gəldi.

20|61|Musa onlara dedi: “Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan naümid olar”.

20|62|Onlar öz aralarında öz işləri barədə mübahisə edir və xəlvətcə pıçıldaşırdılar.

20|63|Onlar dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu yox etmək istəyirlər. |64|Ona görə də bütün hiylə vasitələrinizi toplayın, sonra da səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır!”

20|65|Onlar dedilər: “Ya Musa! Ya sən tulla, ya da biz birinci tullayaq!

20|66|O dedi: “Xeyr, siz tullayın!” Onların sehri üzündən birdən elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib sürünür.

20|67|Musanın canına qorxu düşdü.

20|68|Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən!

20|69|Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”

20|70|Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” – deyib səcdəyə qapandılar.

20|71|O dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, əslində sizə sehr öyrədən böyüyünüzdür. Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”

20|72|Dedilər: “Biz heç vaxt səni bizə gələn bu açıq möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən! |73|Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə görə bağışlasın Allah daha xeyirli və daha baqidir!”

20|74|Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm gözləyir. O, orada nə ölər, nə də yaşayar.

20|75|Kim yaxşı əməllər etmiş bir mömin kimi olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir – |76|Əbədi qalacaqları, altından çaylar axan Ədn cənnətləri. Bu, pak olanların mükafatıdır.

20|77|And olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, onlar üçün dənizdə quru bir yol aç. Sizə yetişməsindən qorxma, əndişəyə düşmə!”

20|78|Firon öz ordusu ilə onları təqib etdi, daniz də onları çulğayıb qərq etdi, özü də necə!

20|79|Firon öz tayfasını yoldan çıxartdı və doğru yola aparmadı.

20|80|Ey israil oğulları! Sizi düşməninizdən xilas etdik. Sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə qüdrət halvası və bildirçin endirdik!

20|81|Sizə verdiyimiz ruzilərin təmizindən yeyin, lakin bunda həddi aşmayın, yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt olar.

20|82|Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!

20|83|“Ya Musa! Səni öz camaatından ayırıb tələsdirən nə idi?”

20|84|Belə cavab verdi: “Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan deyə, hüzuruna tələsdim!”

20|85|“Səndən sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı ”, - deyə buyurdu.

20|86|Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey ümmətim! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Yoxsa uzun bir müddət keçdi? Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”

20|87|Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz tayfasının zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları atdıq. Samiri də bizim kimi atdı”.

20|88|Onlara böyürən bir buzov heykəli çıxartdı. dedilər: “Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur”.

20|89|Buzovun onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?!

20|90|Harun isə bundan əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”

20|91|Onlar: “Musa qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!” –deyə cavab vermişdilər.

20|92|Dedi: “Ya Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, |93|arxamca gəlmədin? Əmrimə asimi oldun?”

20|94|Belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” –deyəcəyindən qorxdum.

20|95|“Ey Samiri! Sənin məqsədin nə idi?” –deyə soruşdu.

20|96|Belə cavab verdi: “Mən görmədiklərini gördüm. Mən o Rəsulun ləpirindən bir ovuc torpaq götürdüm və onu atdım. Beləcə, öz nəfsim məni bu işə sövq etdi”.

20|97|Dedi: “Çıx get burdan. Həyatın boyu: “Bir kəs mənə toxunmasın!” – deməli olacaqsan. Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə gözləyir. İndi tapınıb durduğun tanrına bax. Biz onu yandıracaq, sonra da dənizə atacağıq! |98|Sizin tanriniz ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!”

20|99|Keçmişin xəbərlərinin bir qismini sənə belə nəql edirik. Sənə Öz dərgahımızdan Quran da vermişik!

20|100|Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü ağır bir günaha yüklənəcəkdir.

20|101|Belələri altında əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir!

20|102|Surun çalınacağı və günahkarları gözləri göm-göy göyərmiş halda məhşərə gətirəcəyimiz gün

20|103|Onlar öz aralarında pıçıldaşıb bir-birinə: “Cəmi on gün qaldınız!” deyəcəklər.

20|104|Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların ən ağıllısı: “Cəmisi bir gün qaldınız!” – deyəcək.

20|105|Səndən dağlar haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq;

20|106|Dümdüz bir yer edəcək;

20|107|Və sən orada heç bir eniş-yoxuş görməyəcəksən!”

20|108|O gün insanlar heç bir başqa tərəfə meyl etmədən carçının ardınca gedəcəklər. Rəhmanın qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!

20|109|O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!

20|110|Onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Onu əhatə edib qavraya bilməz!

20|111|Üzlər əzəli, əbədi olan Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə yüklənən ziyana düşüb mətləbinə yetişməz.

20|112|Mömin olub yaxşı işlər görən kəs isə nə zülmə məruz qalmaqdan, nə də əskilməsindən qorxar!

20|113|Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud ibrət alsınlar!

20|114|Həqiqi hökmdar olan Allah ucadır! Həm də sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Mənim elmimi artır!” –de.

20|115|Doğrusu, bundan əvvəl Adəmə də tövsiyə etmişdik. Lakin o unutdu və Biz onda əzm görmədik.

20|116|Bir zaman mələklərə: “Adəmə səcdə edin!” –deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, boyun qaçırtdı.

20|117|Biz də belə dedik: “Ey Adəm! Bu sənin də, övrətinin də düşmənidir. Sizi Cənnətdən çıxartmasın, yoxsa məşəqqətə düşüb bədbəxt olarsan! |118|Həqiqətən, sən orada acmaq nədir, çılpaq olmaq nədir bilməzsən! |119|Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!”

20|120|Şeytan ona vəsvəsə edib belə dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?”

20|121|Ondan yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi.

20|122|Sonra Rəbbi onu seçdi, tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.

20|123|Belə buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız oradan enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə yolunu azar, nə də bədbəxt olar! |124|Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”

20|125|O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən görürdüm!”

20|126|Buyurar: “Elədir, amma sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan!”

20|127|Biz həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir!

20|128|Məgər bəlli olmadımı ki, Biz onlardan əvvəl məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!

20|129|Əgər Rəbbindən öncə bir söz və müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, onlara da verilməsi lazım gələrdi.

20|130|Dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de, gecənin bir vədəsində və günorta radələrində də Rəbbini öyüb təqdis et ki, razı olasan!

20|131|Bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha baqidir!

20|132|Əhlinə namaz qılmağı əmr et, özün də ona səbirlə davam et. Biz səndən ruzi istəmirik, sənə ruzi verən Bizik. Aqibət təqva sahiblərinindir!

20|133|Dedilər: “Nə üçün o Rəbbindən bizə bir möcüzə gətirmir?” Məgər onlara əvvəlki kitablarda olanların bəyanı gəlmədimi?!

20|134|Əgər Biz onları bundan əvvəl əzabla məhv etsəydik, mütləq belə deyəcəkdilər: “Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə tabe olaydıq?!”

20|135|De: “Hamı gözləməkdədir, siz də gözləyin. Doğru yol sahiblərinin kimlər olduğunu və kimin haqq yolu tapdığını biləcəksiniz!”

21. Ənbiya

21|1|İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər.

21|2|Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;

21|3|Qəlbləri qəflət içində olaraq. Zalımlar öz aralarında gizli pıçıldaşıb: “Bu sizin kimi ancaq adi bir insandır. Gözünüz görə-görə sehrəmi uyursunuz?” –dedilər.

21|4|Belə dedi: “Rəbbim göydə və yerdə hər sözü bilir. O, eşidəndir, biləndir!”

21|5|Onlar belə dedilər: “Xeyr, qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. Qoy əvvəlkilərə göndərilən kimi bizə bir ayət (möcüzə) gətirsin!”

21|6|Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?

21|7|Ancaq kişilər göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!

21|8|Biz onları yeməz-içməz bir bədən yaratmadıq. Onlar əbədi də deyillər.

21|9|Sonra onlara verdiyimiz vədi yerinə yetirdik. Və istədiyimiz kəslərə nicat verdik, həddi aşanları isə məhv etdik.

21|10|Həqiqətən, sizə elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. Məgər dərk etmirsinizmi?

21|11|Biz zalım olan neçə-neçə məmləkəti məhv etdik və onlardan sonra başqa bir qövm yaratdıq.

21|12|Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa üz qoydular.

21|13|“Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, sorğu-sual ediləcəksiniz!

21|14|Onlar: “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq” -dedilər.

21|15|Biz onları ot kimi biçənəcən elə bu sözləri deyib dururdular.

21|16|Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq.

21|17|Əgər Biz əyləncə etmək istəsəydik, onu mütləq Öz dərgahımızdan edərdik. Lakin Biz etmədik.

21|18|Xeyr, Biz batili haqqla rədd edərik və o da onu yox edər. O yox olub getmişdir. isnad etdiyiniz sifətlərə görə vay halınıza!

21|19|Göylərdə və yerdə olan məxluqat Onundur. Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və yorulmaq bilməzlər.

21|20|Onlar gecə-gündüz, yorulub-usanmadan təqdis edib şəninə təriflər deyərlər.

21|21|Yoxsa yerdən tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər?

21|22|Əgər Allahdan başqa tanrılar olsa idi, onların ikisi də fəsada uğrayardı. Ərşin sahibi olan Allah aid etdikləri sifətlərdən tamamilə uzaqdır!

21|23|Gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar isə sorğu-sual ediləcəklər.

21|24|Yoxsa Ondan başqa tanrılar qəbul etdilər? De: “dəlilinizi gətirin. Bu mənimlə onların Kitabı, bu da məndən əvvəlkilərin kitabı! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də üz döndərər!”

21|25|Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” –deyə vəhy etməyək.

21|26|“Rəhman övlad götürdü!” –dedilər. O, pakdır, müqəddəsdir! Xeyr, möhtərəm qullardır.

21|27|Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.

21|28|Onların öndəkilərini də, arxalarındakını da bilir. Onlar yalnız razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.

21|29|Heç kəs: “Mən Ondan başqa bir tanrıyam!” –desə, onu Cəhənnəmlə cəzalandırarıq. Biz zalımlara belə cəza veririk.

21|30|Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?

21|31|Yer onları silkələməsin deyə, orada möhkəm dağlar yaratdıq; onlar rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik.

21|32|Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki ayələrimizdən üz döndərdilər.

21|33|Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri bir göydə üzür.

21|34|Səndən əvvəl də heç bir bəşərə əbədiyyat vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!

21|35|Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!

21|36|Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq: “Sizin tanrılarınıza tənə edən bumudur?” –deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini inkar edirlər.

21|37|İnsan tələsən yaradılmışdır. Ayələrimi sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!

21|38|Onlar: “Əgər siz doğru danışırsınızsa, bu vədin nə vaxt olacağını bildirin!” –deyirlər.

21|39|Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək olunmayacağı vaxtı biləydilər!

21|40|Xeyr, onları gözlənilmədən yaxalayar və şaşırdar. Onu əsla geri qaytara bilməzlər və onlara möhlət də verilməz!

21|41|Səndən əvvəl də Rəsullara istehza edilmişdi. İstehza edənləri məsxərəyə qoyduqları şeyin özü məhv etdi.

21|42|De: “Sizi gecə və gündüz Rəhmandan kim qurtara bilər?” Amma onlar Rəbbinin öyüd-nəsihətindən üz döndərdilər.

21|43|Yoxsa onların Bizdən başqa onlardan dəf edə biləcək tanrıları vardır?! Onlar heç özlərinə belə yardım etməyə qadir olmaz, Bizdən də qoruna bilməzlər.

21|44|Doğrusu, Biz bununla və atalarına ömürləri uzanıncaya qədər gün-güzəran verdik. Məgər Bizim torpağına girib onu hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?!

21|45|De: “Mən sizi ancaq vəhy ilə xəbərdar edirəm”. Karlar xəbərdar olunduqları zaman çağırışı eşitməzlər!

21|46|Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq” –deyəcəklər.

21|47|Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.

21|48|Biz Musa və Haruna Furqanı bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.

21|49|O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən qorxar və qiyamətdən lərzəyə gələrlər.

21|50|Bu nazil etdiyimiz mübarək bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?

21|51|Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu bilirdik.

21|52|Atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” –dediyi zaman.

21|53|Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” –deyə cavab vermişdilər.

21|54|“And olsun ki, siz də, atalarınız da açıq-aşkar azmısınız!” –demişdi.

21|55|Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən?” –deyə soruşduqda

21|56|Belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm! |57|Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!”

21|58|Parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər.

21|59|Dedilər: “Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!”

21|60|“İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” –dedilər.

21|61|“Bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qabağına gətirin!” –dedilər.

21|62|“Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?”  -deyə soruşdular.

21|63|“Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” –deyə cavab verdi.

21|64|Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalımlarsınız”, -dedilər.

21|65|Sonra yenə də öz küfrlərinə qayıdaraq: “Axı sən bilirsən ki, bunlar danışmırlar!” –dedilər.

21|66|Dedi: “Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? |67|Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, anlamırsınız?”

21|68|Belə dedilər: “Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!”

21|69|Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!” –deyə buyurduq.

21|70|Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq.

21|71|Biz onu da, Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurduq.

21|72|Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik.

21|73|Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.

21|74|Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər.

21|75|Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi.

21|76|Nuhu da! O daha öncə yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən qurtarmışdıq!

21|77|Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını qərq etdik.

21|78|Davudu və Süleymanı da! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik.

21|79|Biz onu dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm verdik. Biz dağları və quşları Davudla birlikdə təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları Biz etmişdik.

21|80|Biz sizi vuruşda qorumaq üçün zireh sənətini öyrətdik. Artıq şükür edərmisiniz?

21|81|Əmrilə bərəkət verdiyimiz yerə doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!

21|82|Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri də onun ixtiyarına verdik. Biz onların üstündə göz olurduq.

21|83|Əyyubu da! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhmlilərin rəhmlisisən!”

21|84|Biz duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq. Dərgahımızdan bir rəhmət və ibadət edənlərə ibrət dərsi olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik.

21|85|İsmaili, İdrisi və Zülkifli də! Onların hər biri səbr edən kimsələrdən idi.

21|86|Biz onları mərhəmətimizə qovuşduqduq. Onlar, doğrudan da, saleh bəndələrdən idilər.

21|87|Zün-Nunu da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: “Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam”,-deyib dua etmişdi.

21|88|Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!

21|89|Zəkəriyyanı daa! Bir vaxt o: “Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan!” –deyə yalvarıb Rəbbinə dua etmişdi.

21|90|Biz duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər.

21|91|İsmətini qoruyanı da! Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu aləmlərə bir möcüzə etdik.

21|92|Həqiqətən, bu tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!

21|93|Amma öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.

21|94|Hər kim mömin ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır Şübhəsiz ki, Biz onun üçün yazırıq.

21|95|Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin qayıtması mümkün deyildir haramdır.

21|96|Nəhayət, Yəcuc-Məcüc açılıb onlar hər tərəfdən sürətlə axışdıqları zaman;

21|97|Doğru vəd yaxınlaşdıqda kafir olanların gözləri dərhal bərəlib: “Vay halımıza! Biz bundan qafil idik. Xeyr, biz zalım olmuşuq!” –deyərlər.

21|98|Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız. Siz ora varid olacaqsınız!

21|99|Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar.

21|100|Onları orada inilti gözləyir. Onlar orada eşitməzlər.

21|101|Öncədən özlərinə ən gözəl nemət yazılmış kəslər – məhz onlar ondan uzaqlaşdırılmış olacaqlar.

21|102|Onlar uğultusunu eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi içində əbədi qalacaqlar.

21|103|Onları ən böyük qorxu məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” –deyəcəklər.

21|104|Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın. İlk dəfə yaratdığımız kimi qaytarıb əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik.

21|105|Biz Zikirdən sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.

21|106|Həqiqətən, bunda da ibadət edən bir ümmətdən ötrü moizə vardır.

21|107|Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.

21|108|De ki, mənə, həqiqətən, belə vəhy olunur: “Sizin İlahınız ancaq bir olan Allahdır. Bundan sonra itaət etməyə boyun qoyacaqsınızmı?”

21|109|Əgər onlar üz döndərsələr, de: “Sizə olduğu kimi bildirdim. Sizə vəd olunan şeyin yaxınmı, uzaqmı olduğunu bilmirəm. |110|Şübhəsiz ki, aşkar deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir! |111|Mən bilmirəm, bəlkə də, təxirə salınması sizi imtahana çəkmək və bir müddət sizə gün-güzəran vermək üçündür”.

21|112|Dedi: “Ey Rəbbim! ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!”

22. Hacc

22|1|Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gününün zəlzələsi dəhşətli şeydir!

22|2|Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!

22|3|Allah haqqında heç bir şey bilmədən mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır.

22|4|Haqqında əzəldən belə yazılmışdır: hər kəs onunla dostluq etsə, onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər.

22|5|Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa. Həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə. Kiminiz vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar. Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər.

22|6|Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!

22|7|Bu o saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!

22|8|İnsanlar içində eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri və nurani kitabı olmadan Allah barəsində mübahisə edər.

22|9|O, boynunu əyərək Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!

22|10|“Bu, öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!”

22|11|İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, arxayın olar. Yox, əgər ona bir bəla üz versə, çöhrəsi dəyişər. Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!

22|12|O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur!

22|13|Özü də zərəri xeyirindən daha çox olana ibadət edər. O nə pis köməkçi, necə də pis yoldaşdır!

22|14|Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edər. Allah istədiyini edər.

22|15|Hər kim Allahın dünyada və axirətdə ona kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə bir ip uzatsın, sonra da kəssin və görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi aradan qaldıra bilərmi?

22|16|Biz beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah dilədiyini doğru yola müvəffəq edər.

22|17|Həqiqətən Allah, iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir!

22|18|Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən, Allah dilədiyini edər!

22|19|Rəbbi barəsində mübahisə aparan bu iki zümrə düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir.

22|20|O su ilə qarınlarında olanlar və dəriləri əridiləcəkdir.

22|21|Hələ onlar üçün dəmir toppuzlar da vardır.

22|22|Oradan – qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və: “Dadın atəşin əzabını!”.

22|23|Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə bəzənəcəklər orada libasları da ipəkdən olacaqdır!

22|24|Onlar təmiz sözə müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola yönəldilmişlər.

22|25|Kafir olub Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!

22|26|Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə!”

22|27|İnsanları həccə çağır ki, onlar sənin yanına piyada və hər uzaq yoldan yollanan hər çür arıq dəvələr üstündə gəlsinlər.

22|28|Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi heyvanların üstündə Onun adını çəksinlər. Onlardan özünüz də yeyin, biçarə yoxsullara da yedirdin!

22|29|Sonra həcc əməllərini yerinə yetirsinlər, nəzirlərini versinlər və qədim evi təvaf etsinlər!

22|30|Budur. Və hər kəs Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin -

22|31|Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.

22|32|Budur. Və hər kəs Allahın mərasiminə hörmət etsə, bu, şübhəsiz ki, qəlblərin təqvasındadır.

22|33|Sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların gətirilib kəsiləcəyi yer qədim ev istiqamətindədir.

22|34|Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi heyvanların üstündə Allahın adını çəksinlər. Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver!

22|35|O kəslər ki, Allahın adı çəkiləndə qəlbləri titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən sərf edərlər.

22|36|Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən etdik. Sizin üçün bu qurbanlarda xeyir vardır. Artıq onları ayaq üstə durduqları halda kəsərkən üstlərində Allahın adını çəkin. Onlar böyrü üstə düşən zaman özünüz də yeyin, əl açmayana və dilənçiyə də yedirdin. Onları sizə belə ram etdik ki, bəlkə, şükr edəsiniz!

22|37|Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Allah sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasınız deyə, bunları sizə belə ram etdi. Ehsan edənlərə müjdə ver!

22|38|Şübhəsiz ki, Allah iman gətirən kəslərdən dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!

22|39|Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!

22|40|O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” -dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!

22|41|O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir.

22|42|(Ya Rəsulum!) Əgər (bu müşriklər) səni təkzib edərlərsə (ürəyini qısma). Səndən əvvəl Nuh, Ad və Səmud tayfası da (peyğəmbərlərini) təkzib etmişdi.

22|43|İbrahim tayfası da, Lut qövmü də, |44|Mədyən əhli də. Musa da yalançı sayılmışdı. Kafirlərə möhlət verdim, sonra onları yaxaladım. Mənim onları inkar etməyim necə oldu!

22|45|Neçə-neçə məmləkəti zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu. Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı.

22|46|Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər kor olar.

22|47|Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın min ili kimidir!

22|48|Neçə-neçə məmləkətə zülm etdikləri halda möhlət verdim, sonra onları yaxaladım. Axır dönüş ancaq Mənədir!

22|49|De: “Ey insanlar! Mən sizi yalnız açıq-aşkar xəbərdar edənəm”!

22|50|İman gətirib yaxşı işlər görənləri bağışlanma və tükənməz ruzi gözləyir!

22|51|Ayələrimizdən ötrü səy göstərib aciz etmək istəyənlərə gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər!

22|52|Biz səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, o, arzu etdikdə Şeytan onun arzusuna bir xələl qatmasın! Lakin Allah Şeytanın vəsvəsini batil edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah biləndir, hikmət sahibidir!

22|53|Şeytanın vəsvəsəsini qəlblərində mərəz və ürəkləri qatı olanlar üçün bır sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar haqqdan uzaq bir nifaq içindədirlər.

22|54|Və elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!

22|55|Kafir olanlar isə qiyamət günü qəflətən başlarının üstünü alanadək, yaxud heç bir xeyri olmayan bir günün əzabı onlara gəlib yetişənədək şəkk-şübhədə olmaqda davam edəcəklər.

22|56|O gün hökm yalnız Allahındır. Onların arasında hökm edəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim cənnətlərində olacaqlar!

22|57|Kafir olanlar, ayələrimizi yalan hesab edənlər isə rüsvayedici bir əzaba düçar olacaqlar!

22|58|Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır!

22|59|Onları razı qalacaqları bir yerə daxil edəcəkdir. Həqiqətən, Allah biləndir, həlimdir!

22|60|Budur. Və hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də təcavüzə məruz qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır!

22|61|Bu belədir. Necə ki, Allah gecəni gündüzə, güzdüzü də gecəyə qatar. Allah eşidəndir, görəndir!

22|62|Bu belədir. Çünki Allah haqq, Ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür!

22|63|Məgər Allahın göydən yağmur endirdiyini və yer üzünün yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah lütfkardır, xəbərdardır.

22|64|Göylərdə və yerdə nə varsa, Hamısı Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, şükürə, tərifə layiqdir!

22|65|Məgər Allahın yerdə olanları, dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!

22|66|Sizi dirildən, sonra öldürəcək, daha sonra yenə dirildəcək məhz Odur.

22|67|Biz hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə bu işdə səninlə mübahisə etməsinlər. Sən onları öz Rəbbinə dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan.

22|68|Əgər səninlə mübahisə etsələr, belə cavab ver: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir! |69|İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda öz hökmünü verəcəkdir!”

22|70|Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa bilir? Həqiqətən, bu, bir kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır!

22|71|Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, heç bir dəlil nazil etməmişdir. Və ona dair heç bir biliyi də yoxdur. Zalımlara heç bir yardım edən olmaz!

22|72|Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman kafir olanların çöhrəsində bir ikrah sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. De: “Sizə bundan daha pisini xəbər verimmi? – Cəhənnəm! Allah onu kafirlərə vəd etmişdir. O nə pis məskəndir!”

22|73|Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!

22|74|Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

22|75|Allah mələklərdən də rəsul seçər, insanlardan da. Həqiqətən, Allah eşidəndir, görəndir!

22|76|Onların önlərindəkini də, arxalarındakını da bilir. Bütün işlər Allaha qayıdar!

22|77|Ey iman gətirənlər! rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! 

22|78|Allah yolunda layiqincə cihad edin. O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. Sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!

23.

23|1|Həqiqətən, möminlər nicat tapmışlar!

23|2|O kəslər ki, namazlarında müti olub boyun əyərlər!

23|3|O kəslər ki, lağlağıdan üz döndərərlər;

23|4|O kəslər ki, zakat verərlər;

23|5|O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar;

23|6|Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar qınanmazlar.

23|7|Bundan artığını isyəyənlər həddi aşanlardır.

23|8|O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar;

23|9|Namazlarına riayət edərlər;

23|10|Onlardır varis olanlar –

23|11|Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!

23|12|Biz, həqiqətən, insanı tərtəmiz palçıqdan yaratdıq.

23|13|Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik.

23|14|Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur!

23|15|Sonra siz mütləq öləcəksiniz!

23|16|Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!

23|17|And olsun ki, Biz sizin üstünüzdə yeddi yol yaratdıq. Biz məxluqatdan da xəbərsiz deyilik.

23|18|Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə saxladıq. Biz, sözsüz ki, onu aparmağa da qadirik!

23|19|Sonra sizin üçün onunla xurma və üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz.

23|20|Sina dağından çıxan bir ağac da, o, yeyənlər üçün zeytun və yağ bitirər.

23|21|Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. Həm də onlardan yeyirsiniz!

23|22|Həm onların, həm də gəmilərin üstündə daşınırsınız.

23|23|Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir İlahınız yoxdur. Məgər qorxmursunuz?”

23|24|Qövmünün kafir başçıları dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. |25|Bu adamda, sadəcə olaraq, bir dəlilik var. Hələ bir müddət gözləyin!”

23|26|Belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etməklərinə qarşı mənə kömək et!”

23|27|Biz belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir. Zülm edənlər barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olacaqlar.

23|28|Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” –de.

23|29|Həmçinin belə de: “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!”

23|30|Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz imtahana çəkirik!

23|31|Onlardan sonra başqa bir nəsil yaratdıq.

23|32|Onlara özlərindən bir rəasul göndərdik. “Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?”

23|33|Tayfasının kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan - əşrafı dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. |34|Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. |35|O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir? |36|Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq! |37|Bizim həyatımız yalnız bu dünyadadır. Ölür, dirilirik. Biz dirildiləcək deyilik! |38|Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!”

23|39|Belə dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”

23|40|Buyurdu: “Bir azdan peşman olacaqlar!”

23|41|Həqiqətən, qorxunc bir səs onları bürüdü. Biz onları saman çöpünə döndərdik. Zalım tayfa məhv olsun!

23|42|Onlardan sonra başqa-başqa nəsillər yaratdıq.

23|43|Heç bir ümmət öz əcəlini nə qabaqlayar, nə də yubada bilər!

23|44|Sonra bir-birinin ardınca Rəsullar göndərdik. Hər ümmətə öz Rəsulu gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv olsun!

23|45|Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir dəlillə göndərdik, |46|Fironun və onun əyan-əşrafının yanına. Onlar təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar.

23|47|Dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?”

23|48|Beləliklə, onları yalançı saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular.

23|49|Həqiqətən, Biz Musaya kitabı verdik ki, bəlkə, doğru yola yönəlsinlər!

23|50|Məryəm oğlunu və anasını bir möcüzə etdik. Onları abad və axar sulu uca bir yerdə yerləşdirdik.

23|51|“Ey Rəsullar! Təmiz nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm! |52|Bu tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən qorxun!”

23|53|Amma öz dinini aralarında parçalayıb firqə-firqə oldular. Hər firqə öz dininə sevinir.

23|54|Sən onları bir müddət öz şaşqınlıqları içində burax!

23|55|Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla

23|56|Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar!

23|57|Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər;

23|58|Rəbbinin ayələrinə inanlar;

23|59|Rəbbinə şərik qoşmayanlar;

23|60|Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını verənlər –

23|61|Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.

23|62|Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara zülm olunmaz.

23|63|Lakin qəlbləri bundan xəbərsizdir. Onların bundan başqa ayrı işləri də vardır ki, elə onları edib durarlar.

23|64|Nəhayət, onların naz-nemət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman fəryad edib imdad diləyərlər.

23|65|“Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz!”

23|66|Ayələrimiz sizə oxunduğu zaman arxa çevirirdiniz.

23|67|Özünüzə sığışdırmayıb gecələr toplanaraq ağzınıza gələni deyirdin.

23|68|Məgər kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?

23|69|Yoxsa öz Rəsullarını tanımadılar və buna görə onu inkar edirlər?

23|70|Yaxud: “Onda divanəlik var?” –dedilər. Xeyr, Onlara haqqlagəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır.

23|71|Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedərdi. Xeyr, Biz onlar üçün Zikr gətirdik, onlar isə Zikirlərindən üz döndərirlər.

23|72|Yoxsa sən onlardan bir muzd istəyirsən? Rəbbinin əcri daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!

23|73|Əslində sən onları doğru yola dəvət edirsən!

23|74|Axirətə inanmayanlar isə doğru yoldan sapanlardır!

23|75|Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə də azğınlıqlarında davam edərlər.

23|76|Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, yalvarıb-yaxarmadılar.

23|77|Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.

23|78|Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz.

23|79|Sizləri yer üzündə yaradıb törədən Odur. Siz Onun hüzuruna cəm ediləcəksiniz.

23|80|Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər dərk etmirsiniz?

23|81|Xeyr, onlar da əvvəlkilərin dedikləri kimi dedilər.

23|82|Belə demişdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də dirildiləcəyik?”

23|83|Həqiqətən, bizə də, atalarımıza da öncə bu vəd olunmuşdu. Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir.

23|84|De: “Əgər bilirsinizsə, bu yer və yer üzündə olanlar kimindir?”

23|85|Onlar mütləq: “Allahındlr!” –deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə düşünmürsünüz?”

23|86|De: “Yeddi göyün Rəbbi, o əzəmətli ərşin Rəbbi kimdir?”

23|87|Mütləq: “Allahındır!” –deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə qorxmursunuz?”

23|88|De: “Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?”

23|89|Onlar mütləq: “Allahındır!” –deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə nə cür döndərilirsiniz?

23|90|Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar!

23|91|Allah heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, və onların bir qismi digərinə üstün olmağa çalışardı. Allah müşriklərin aid etdikləri sifətlərdən tamamilə kənardır!

23|92|O, qeybi də, aşkarı da bilir. Allah Ona qoşduğu şəriklərdən çox ucadır!

23|93|De: “Ey Rəbbim! Əgər vəd etdiyin əzabı mənə göstərəcəksənsə, |94|Onda məni zalım tayfanın içində qoyma, ey Rəbbim!”

23|95|Biz onlara vəd etdiyimizi sənə göstərməyə, əlbəttə, qadirik!

23|96|Sən pisliyi yaxşılıqla dəf et! Biz aid etdikləri sifətləri daha yaxşı bilirik!

23|97|Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! |98|Onların yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!”

23|99|Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri qaytar!

23|100|Bəlkə, zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə vardır.

23|101|Sur çalınacağı gün artıq aralarında nə qohumluq olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar.

23|102|Məhz tərəziləri ağır gələnlər nicat taparlar.

23|103|Tərəziləri yüngül gələnlər isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.

23|104|Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar.

23|105|“Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirsiniz!”

23|106|Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! |107|Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də qayıtsaq, şübhəsiz ki, zalım olarıq”.

23|108|Buyurar: “Orada zəlil vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! ”

23|109|Çünki bəndələrimdən bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” –deyirdilər.

23|110|Siz isə onları məsxərəyə qoyurdunuz. Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz onlara gülürdünüz.

23|111|Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır!”

23|112|Belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?”

23|113|Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!” –deyə cavab verəcəklər.

23|114|Allah buyuracaq: “Əgər bilirsinizsə, siz çox az qaldınız!

23|115|Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”

23|116|Həqiqi hökmdar olan Allah ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim olan ərşin Rəbbidir!

23|117|Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!

23|118|De: “Ey Rəbbim bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!

24. Nur

24|1|Bu, nazil edib vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız!

24|2|Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun.

24|3|Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu, möminlərə haram edilmişdir.

24|4|İsmətli qadınla zina isnad edib, sonra dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, əsl fasiqlərdir.

24|5|Bundan sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah bağışlayandır, rəhmlidir!

24|6|Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə şəhadət verməlidir.

24|7|Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”

24|8|Qadının da ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.

24|9|Beşinci dəfə: “Əgər doğru danışanlardandırsa, Allah ona lənət eləsin!”

24|10|Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı?

24|11|Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə çox böyük bir əzab gözləyir!

24|12|Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” –deməli deyildilərmi?

24|13|Nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!

24|14|Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.

24|15|O zaman ki, siz yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül bir şey sanırdınız. Halbuki bu Allah yanında çox böyük günahdır!

24|16|Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Aman! Bu, çox böyük bir böhtandır!” –deməli deyildinizmi?

24|17|Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz.

24|18|Və Allah sizin üçün ayələrini izah edir. Allah biləndir, hikmət sahibidir!

24|19|Möminlər arasında pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. ancaq Allah bilir, siz bilməzsiniz!

24|20|Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı?

24|21|Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, çirkin, pis işlər görməyi əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt pak olmazdı. Lakin Allah dilədiyini pak edər. Allah eşidəndir, biləndir!

24|22|Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Əfv edib, vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!

24|23|Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları çox böyük bir əzab gözləyir.

24|24|Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.

24|25|O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın açıq-aşkar bir haqq olduğunu biləcəklər!

24|26|Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar onların dediklərindən uzaqdırlar. Onları bağışlanma və tükənməz ruzi gözləyir!

24|27|Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb anlayasınız.

24|28|Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə “Geri dönün!” –deyilsə, geri dönün. Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə etdiklərinizi biləndir!

24|29|İçərisində əşyanız olan qeyri-məskun evlərə daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkar etdiklərinizi də, gizli saxladıqlarınızı da bilir!

24|30|Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!

24|31|Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!

24|32|Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah genişdir, biləndir!

24|33|Evlənməyə qüvvəsi çatmayanlar Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub saxlasınlar. Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir görürsünüzsə - mükatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin. Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları məcbur edərsə, onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah bağışlayar, rəhm edər.

24|34|Həqiqətən, Biz sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.

24|35|Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!

24|36|Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib şəninə tə’riflər deyərlər.

24|37|O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar.

24|38|Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını versin, onlara olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.

24|39|Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir.

24|40|Yaxud zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.

24|41|Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!

24|42|Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!

24|43|Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər.

24|44|Allah gecəni gündüzə çevirər. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.

24|45|Allah hər heyvanı bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!

24|46|Həqiqətən, Biz açıq-aydın ayələr nazil etdik. Allah dilədiyini doğru yola yönəldər.

24|47|“Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!” –deyər, bundan sonra isə onlardan bir dəstə üz çevirər. Belələri mömin deyillər.

24|48|Aralarında hökm etmək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər.

24|49|Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər.

24|50|Onların qəlblərində mərəzmi var? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar!

24|51|Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” –deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!

24|52|Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır.

24|53|Onlara əmr etdiyin zaman mütləq çıxacaqları haqda Allaha çox möhkəm and içdilər. Onlara de: “and içməyin, itaətiniz məlumdur. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!”

24|54|De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. Əgər üz döndərsəniz, onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız açıq-aşkar təbliğ etməkdir.

24|55|Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əzəv edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!

24|56|Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!

24|57|Kafirlərin yer üzündə aciz edə biləcəyini güman etməyin. Onların məskəni Cəhənnəmdir. O, necə də pis sığınacaqdır!

24|58|Ey iman gətirənlər! Sahib olduqlarınız, həddi-büluğa çatmayanlar bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. Bu üç vaxt sizin üçün xəlvət vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına girib-çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah biləndir, hikmət sahibidir!

24|59|Sizdən olan uşaqlar da həddi-büluğa çatanda özlərindən əvvəlkilər kimi izin istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah biləndir, hikmət sahibidir!

24|60|Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinətlərini göstərmədən üst paltarını çıxarmasında günah yoxdur. Bununla belə, çəkinmələri onlar üçün daha yaxşıdır. Allah eşidəndir, biləndir!

24|61|Kora, çolağa, xəstəyə günah yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!

24|62|Həqiqətən, möminlər ancaq Allaha və Onu Rəsuluna iman gətirən, ümumi bir iş üçün Rəsulla bir yerdə olduqda ondan izin almamış bir yerə getməyən kimsələrdir. Səndən izin istəyənlər - məhz belələri Allaha və Onun Rəsuluna inananlardır. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan özün istədiyinə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

24|63|Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! Həqiqətən, Allah sizlərdən xəlvət sovuşub aradan çıxanları bilir. Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!

24|64|Bilin və agah olun ki, göylərdə və yerdə nə varsa, Allahındır. O, həqiqətən, sizin nə əməl sahibi olduğunuzu bilir. Allah Onun hüzuruna qaytarılacaqları gün onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi biləndir!

25. Furqan

25|1|Aləmləri xəbərdar etmək üçün Quranı Öz bəndəsinə nazil edən Allah nə qədər uludur!

25|2|O Allah ki, göylərin və yerin hökmü Onundur. O heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir.

25|3|Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları özlərinə tanrılar qəbul etdilər.

25|4|Kafir olanlar: “Bu onun uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa kömək etmişdir!” –deyərək zülmə və böhtana yuvarlandılar.

25|5|Onlar həmçinin: “Bu, qədimlərin əfsanələridir. O onları yazdırtmışdır; səhər-axşam özünə oxunur”, -dedilər.

25|6|De: “Onu göylərin və yerin sirrini bilən nazil etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!”

25|7|Dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilməli deyilmi?

25|8|Yaxud ona bir xəzinə endirməli və ya ondan yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar dedilər: “Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz!”

25|9|Bir gör sənin barəndə necə məsəllər çəkdilər! Artıq azdılar və bir daha yol tapa bilməzlər!

25|10|Əgər istəsə, sənə ondan daha yaxşısını – altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən Allah nə qədər uludur!

25|11|Lakin onlar o saatı da yalan saydılar. Biz də o saatı yalan hesab edənlər üçün şiddətli bir atəş hazırladıq.

25|12|O onları uzaqdan görüncə onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.

25|13|Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər.

25|14|“Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!”

25|15|Onlara de: “Bu yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq vəd edilən Xüld cənnəti?”

25|16|Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbindən istənilən bir vəddir.

25|17|və onların Allahdan qeyri ibadət etdiklərini məhşərə toplayacağı gün belə buyuracaqdır: “Mənim bu bəndələrimi siz çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?”

25|18|Deyəcəklər: “Sən paksan, müqəddəssən! Səni qoyub başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər nemət verdin ki, hətta xatırlamağı belə unutdular və məhvə məhkum edilmiş bir tayfa oldular!”

25|19|“Dediklərinizi təkzib etdilər. Artıq nə əzabı sovuşdurar, nə də bir kömək edə bilərsiniz. Sizdən zülm edənlərə şiddətli bir əzab daddıracağıq”.

25|20|Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək dözə biləcəksinizmi? Sənin Rəbbin görəndir!

25|21|Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bizə mələklər endirilməli, yaxud biz Rəbbimizi görməli idik!” –dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlaşıb həddi çox aşdılar.

25|22|Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara heç bir müjdə olmaz. “haramdır!” –deyərlər.

25|23|Onların etdikləri hər hansı bir əməli Biz qəsdən dağınıq zərrələrə döndərərik!

25|24|O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl olacaqdır!

25|25|Göyün buludla parçalanacağı, mələklərin bölük-bölük endiriləcəyi gün - |26|O gün həqiqi hökmranlıq ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır.

25|27|O gün zalım əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə doğru bir yol turardım;

25|28|Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;

25|29|And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan o sapdırdı. Şeytan insanı yalqız buraxar.

25|30|Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” –deyəcək.

25|31|Eləcə də hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!

25|32|Kafirlər: “Quran ona bütöv endirilməli idi!” –dedilər. Sənin ürəyinə səbat vermək üçün Biz onu ayə-ayə nazil etdik.

25|33|Sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənə doğrusunu və izahatca daha yaxşısını gətirməyək.

25|34|Onlar Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir.

25|35|Həqiqətən, Biz Musaya kitab verdik və qardaşı Harunu da ona vəzir etdik |36|Və dedik: “Ayələrimizi yalan hesab etmiş bir tayfanın yanına gedin!” Sonra Biz onları büsbütün məhv etdik.

25|37|Biz Nuh qövmünü də peyğəmbərlərimizi təkzib etdikləri vaxt suda boğduq və onları insanlar üçün bir ibrət dərsi etdik. Biz zalımlar üçün də şiddətli bir əzab hazırlamışıq.

25|38|Biz Adı da, Səmudu da, Rəss əhlini də, həmçinin onların arasında olan bir çox nəsilləri də.

25|39|Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, onları yerli-dibli yox etdik.

25|40|Fəlakət yağışı yağmış şəhərə gəlib çatmışdılar. Məgər onu görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar.

25|41|Onlar səni gördükdə ancaq məsxərəyə qoyur: “Allahın peyğəmbər göndərdiyi şəxs budurmu? |42|Əgər biz səbir göstərməsəydik, az qala bizi tanrılarımıza tapınmaqdan sapdırmışdı”. Onlar əzabı gördükdə haqq yoldan kimin daha çox azdığını biləcəklər.

25|43|Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili sənmi olacaqsan?

25|44|Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti eşidəcək və ya fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar.

25|45|Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi bir əlamət etdik.

25|46|Sonra onu yavaş-yavaş Özümüzə tərəf çəkdik.

25|47|Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də həyat yaradan Odur.

25|48|Küləkləri rəhməti önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki, |49|Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox insanları sirab edək!

25|50|And olsun ki, yada salsınlar deyə, Biz onların arasında paylaşdırdıq. Bununla belə, insanların əksəriyyəti nankorluqdan başqa bir şey etmədi.

25|51|Əgər istəsəydik, hər məmləkətə bir xəbəedarlıq edən göndərərdik.

25|52|Kafirlərə itaət etmə və onlara qarşı böyük bir cihad et!

25|53|Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında maneə və keçilməz sədd qoyan Odur!

25|54|İnsanları sudan yaradan, onları əsl qohum və sonradan qohum edən Odur. Rəbbin qadirdir!

25|55|Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilənlərə ibadət edirlər. Kafir özünün haqq olan Rəbbinə arxa çevirər.

25|56|Biz səni yalnız müjdə verən və xəbərdarlıq edən olaraq göndərdik.

25|57|De: “Mən sizdən buna görə heç bir muzd istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm.

25|58|Ölməz, həmişə diri olana bel bağla və Onu həmd-səna ilə təqdis et. Öz bəndələrinin günahlarından xəbərdar olması kifayət edər.

25|59|O, göyləri, yeri və onların arasındakıları altı günə xəlq edən, sonra ərşi yaradıb ona hakim olan Rəhmandır. Bunu bir biləndən xəbər al!

25|60|Onlara: “Rəhmana səcdə edin!” –deyildiyi zaman, onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” –deyə cavab verərlər. Bu onların nifrətini daha da artırar.

25|61|Səmada bürclər yaradan, orada bir çıraq və nurlu ay vücuda gətirən nə qədər uludur!

25|62|Yada salmaq və şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!

25|63|Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər.

25|64|Onlar gecəni Rəbbi üçün səcdə və qiyam içində keçirərlər.

25|65|Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! |66|Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!”

25|67|Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.

25|68|Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər.

25|69|Qiyamət günü onun əzabı qat-qat olar və içində zəlil olub əbədi qalar.

25|70|Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!

25|71|Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə dönər.

25|72|O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər;

25|73|O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz;

25|74|Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam et! –deyərlər.

25|75|Məhz belələri səbr etdiklərinə görə cənnət guşəsi ilə mükafatlandırılacaq, orada ehtiramla, salamla qarşılanacaqlar.

25|76|Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!

25|77|De: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz təkzib etdiniz. Buna görə də yaxanızdan əl çəkməyəcəkdir!”

26. Şüara

26|1|Ta, Sin, Mim!

26|2|Bunlar açıq-aydın Kitabın ayələridir.

26|3|İman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?!

26|4|Əgər istəsək, göydən onlara bir ayə göndərərik, onlar da ona boyun əyib durarlar.

26|5|Onlara Rəhmandan elə bir öyüd-nəsihət gəlməz ki, ondan üz döndərməsinlər.

26|6|Onlar yalan hesab etdilər. Onların istehza etdiklərinin xəbərləri gəlib onlara çatacaqdır.

26|7|Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl yetişdirdiyimizi görmürlərmi?

26|8|Şübhəsiz ki, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.

26|9|Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|10|Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o zalım tayfanın yanına – |11|Firon tayfasının yanına məgər qorxmurlar?”

26|12|Dedi: “Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram! |13|Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da ver! |14|Onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram”.

26|15|Buyurdu: “Xeyr! Hər ikiniz möcüzələrinizlə gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə eşidəcəyik!” 

26|16|Fironun yanına gedib belə deyin: “Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik! |17|İsrail oğullarını bizimlə birlikdə göndər!”

26|18|Dedi: “Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? |19|Axırda elədiyini də elədin. Sən nankorun birisən!”

26|20|Dedi: “Mən onu edərkən cahillərdən idim. |21|Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi. |22|Boynuma minnət qoyduğun bu nemət də İsrail oğullarını qul etdiyinə görədir.”

26|23|Firon dedi: “Aləmlərin Rəbbi nədir?”

26|24|“Əgər yəqin inanacaqsınızsa, O, göylərin, yerin və onlar arasında olanların Rəbbidir!” –deyə cavab verdi.

26|25|Ətrafındakılara: “Eşitdinizmi?” –dedi.

26|26|Dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”

26|27|“Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” –dedi.

26|28|Dedi: “Əgər düşünə bilirsinizsə, O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!”

26|29|“Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” –dedi.

26|30|Dedi: “Əgər sənə açıq-aşkar bir şey gətirsəm necə?”

26|31|“Əgər doğru deyirsənsə, di onu gətir!” –dedi.

26|32|Əsasını atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.

26|33|Sonra əlini çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü.

26|34|Ətrafındakılara dedi: “Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır! |35|O öz sehri ilə sizi yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz?”

26|36|Onlar dedilər: “Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar göndər ki, |37|Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər!”

26|38|Nəhayət, sehrbazlar məlum bir günün müəyyən vaxtında yığıldılar.

26|39|Deyildi: “Siz də yığılırsınızmı? |40|Əgər sehrbazlar üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!”

26|41|Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər biz qalib gəlsək, yəqin ki, bizə bir muzd veriləcək, elə deyilmi?”

26|42|Dedi: “Bəli! Və üstəlik siz yaxın adamlar olacaqsınız!”

26|43|Musa onlara dedi: “nə atacaqsınız, atın!”

26|44|Onlar iplərini və əsalarını yerə atıb: “Fironun şan-şövkətinə and olsun ki, biz üstün gələcəyik!” –dedilər.

26|45|Bundan sonra Musa da əsasını atdı. Dərhal onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.

26|46|Sehrbazlar səcdəyə qapandılar.

26|47|Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə! |48|Musanın və Harunun Rəbbinə!”

26|49|Dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. Sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!”

26|50|Dedilər: “Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf dönəcəyik! |51|Biz ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!”

26|52|Musaya belə vəhy etdik: “Qullarımla birlikdə gecə yola çıx. Siz, şübhəsiz ki, təqib ediləcəksiniz!”

26|53|Firon şəhərlərə yığanlar göndərdi.

26|54|“Şübhəsiz ki, bunlar kiçik bir tayfadır! |55|Onlar bizi qəzəbləndirmişlər. |56|Biz isə qüvvətli bir camaatıq!”

26|57|Nəhayət, Biz onları bağlardan və bulaqlardan çıxartdıq.

26|58|Xəzinələrdən və gözəl yerdən kənar etdik.

26|59|Beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.

26|60|Günəş doğduqda onların arxasınca düşdülər.

26|61|İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalandıq!”

26|62|Dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”

26|63|Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” O dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu.

26|64|O biriləri də ora yaxınlaşdırdıq.

26|65|Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

26|66|O biriləri isə suya qərq etdik.

26|67|Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

26|68|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|69|Onlara İbrahimin hekayətini söylə!

26|70|O zaman ki, o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?”

26|71|Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” –deyə cavab vermişdilər.

26|72|Demişdi: “Onları çağırdığınız zaman sizi eşidirlərmi? |73|Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?”

26|74|Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!” –deyə cavab vermişdilər.

26|75|Demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?- |76|Sizin və ulu babalarınızın? |77|Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. |78|Məni yaradan və məni doğru yola yönəldən Odur! |79|Məni yedirdən də, içirdən də Odur! |80|Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. |81|Məni öldürəcək, sonra dirildəcək Odur. |82|Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! |83|Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərlə qovuşdur! |84|Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! |85|Məni Nəim cənnətlərinin varislərindən et! |86|Atamı bağışla! Şübhəsiz ki, o, azanlardan oldu! |87|Dirildəcəyi gün məni zəlil etmə! |88|O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! |89|Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!”

26|90|Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.

26|91|Cəhənnəm də azğınlara göstərilər.

26|92|Və onlara belə deyərlər: “İbadət etdikləriniz haradadır? |93|Allahdan başqa. Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?”

26|94|Onlar və azğınlar oraya atılarlar!

26|95|İblisin bütün əsgərləri də.

26|96|Onlar orada çənə-boğaz olub deyərlər:

26|97|“Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! |98|Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq. |99|Bizi yalnız günahkarlar azdırdı. |100|İndi artıq nə şəfaət edən kimsələrimiz, |101|Nə də bir mehriban dostumuz var! |102|Kaş bir də dönə biləydik; möminlərdən olardıq!”

26|103|Həqiqətən, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|104|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|105|Nuh tayfası peyğəmbərləri təkzib etdi.

26|106|O zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz? |107|Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! |108|Artıq Allahdan qorxun və mənə itaət edin! |109|Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |110|Artıq Allahdan qorxun və mənə itaət edin!”

26|111|Onlar: “Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” –dedilər.

26|112|Dedi: “Mən onların nə etdiklərini bilmirəm! |113|Əgər başa düşürsünüzsə, onların haqq-hesabı yalnız Rəbbimə aiddir! |114|Və mən iman gətirənləri qovan da deyiləm! |115|Mən yalnız açıq-aşkar xəbərdarlıq edənəm!”

26|116|Onlar dedilər: “Ey Nuh! Əgər əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”

26|117|Dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi. |118|Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar!”

26|119|Buna görə də Biz onu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.

26|120|Sonra geridə qalanları boğduq!

26|121|Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|122|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! 

26|123|Ad tayfası da göndərilənləri təkzib etdi.

26|124|O zaman ki, qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz? |125|Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir Rəsulam! |126|Allahdan qorxun və mənə itaət edin! |127|Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |128|Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? |129|Sanki əbədi qalacaqsınız deyə su hövzələri tikirsiniz! |130|Və yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! |131|Artıq Allahdan qorxun və mənə itaət edin! |132|Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! |133|Sizə heyvanat, oğul-uşaq, |134|Bağlar və çeşmələr verdi! |135|Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”

26|136|Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir. |137|Bu əvvəlkilərin adətindən başqa bir şey deyildir! |138|Və biz əzaba da düçar olmayacağıq!”

26|139|Onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|140|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|141|Səmud tayfası da göndərilənləri təkzib etdi.

26|142|O vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz? |143|Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! |144|Artıq Allahdan qorxun və mənə itaət edin! |145|Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |146|Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? |147|Bağlar və çeşmələr içində, |148|Əkinlər və lətif çiçəkli xurmalıqlar içində? |149|Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? |150|Artıq Allahdan qorxun və mənə itaət edin! |151|Həddi aşanların əmrinə tabe olmayın! |152|O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər!”

26|153|Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmışlardansan! |154|Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa, bizə bir möcüzə gətir!”

26|155|Dedi: “Bu, dişi bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! |156|Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar!”

26|157|Amma onlar tutub kəsdilər, sonra da peşman oldular.

26|158|Artıq əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|159|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|160|Lut tayfası da Göndərilənləri təkzib etdi.

26|161|O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? |162|Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir Rəsulam! |163|Artıq Allahdan qarşı təqva sahibi olun və mənə itaət edin! |164|Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |165|Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? |166|Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!”

26|167|Onlar dedilər: “Ey Lut! Əgər son qoymasan, mütləq qovulacaqsan!”

26|168|Dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm! |169|Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü işdən qurtar!”

26|170|Artıq Lutu və bütün ailəsini xilas etdik.

26|171|Ancaq geridə qalan bir qadın istisna olmaqla!

26|172|Sonra da o biriləri məhv edib kökünü kəsdik.

26|173|Onların üstünə bir yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman yağışdır!

26|174|Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|175|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|176|Əykə əhli də Göndərilənləri təkzib etdi.

26|177|O zaman ki, Şüeyb onlara dedi: “Məgər qorxmursunuz? |178|Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir Rəsulam! |179|Artıq Allaha qarşı təqva sahibi olun və mənə itaət edin! |180|Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |181|Ölçüdə düz olun, əskildənlərdən olmayın! |182|Düz tərəzi ilə çəkin! |183|İnsanların haqqını azaltmayın! Yer üzündə fitnə-fəsad törətməyin! |184|Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradana qarşı təqva sahibi olun!”

26|185|Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmışlardansan! |186|Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən! |187|Əgər, doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir!”

26|188|Dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!”

26|189|Nəhayət, onu təkzib etdilər və buna görə də buludlu günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.

26|190|Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

26|191|Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!

26|192|Şübhəsiz ki, bu aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!

26|193|Onu Cəbrail endirdi:

26|194|Xəbərdarlıq edən olasan deyə, sənin qəlbinə;

26|195|Özü də açıq-aydın ərəb dilinə.

26|196|Həqiqətən, o, əvvəlkilərin kitablarından mövcuddur.

26|197|Məgər İsrail övladı alimlərinin bilmələri onlar üçün bir dəlil deyilmi?

26|198|Əgər onu ərəb olmayanlardan birinə nazil etsəydik;

26|199|Və o onlara oxusaydı, ona iman gətirməzdilər.

26|200|Biz günahkarların qəlbinə belə salarıq.

26|201|Onlar şiddətli əzabı görməyənədək inanmazlar.

26|202|Onlara qəflətən, özləri də hiss etmədən gələr.

26|203|O zaman onlar deyərlər: “Əcaba, bizə möhlət veriləcəkmi?”

26|204|İndi əzabımızın tezmi gəlməsini istəyirlər?

26|205|Görürsənmi, əgər Biz onlara illərcə nemət versək,

26|206|Sonra vəd olunduqları onlara yetişsə,

26|207|Onlara verilmiş olan nemətlər onlardan dəf edə bilməz.

26|208|Biz heç bir məmləkəti ora Xəbərdarlıq edən göndərmədən məhv etmədik!

26|209|Öyüd-nəsihət vermək üçün. Biz zalım deyilik!

26|210|Əsla şeytanlar endirmədi.

26|211|Bu onlara layiq deyildir. Onlar heç bacara da bilməzlər!

26|212|Axı onlara qadağan edilmişdir.

26|213|Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!

26|214|Və ən yaxın qohumlarını xəbərdar et!

26|215|Sənə tabe olan möminləri qanadın altına al!

26|216|Əgər sənə qarşı çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!”

26|217|Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibidə təvəkkül et!

26|218|O Allah ki, səni namaza duranda da görür,

26|219|Səcdə edənlər içində dolananda da.

26|220|Həqiqətən, eşidən, bilən Odur!

26|221|Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

26|222|Onlar hər bir yalançıya, günahkara nazil olarlar.

26|223|Eşitdikləri sözləri onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır!

26|224|Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!

26|225|Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar?

26|226|Və onlar etmədikləri şeyləri deyirlər!

26|227|Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!

27. Nəml

Mərhəmətli Rəhmli Allahın Adı İlə.

27|1|Ta, Sin! Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir!

27|2|Möminlərə rəhbər və müjdədir.

27|3|O kəslər ki, namaz qılır, zəkat verir və axirətə möhkəm inanırlar.

27|4|Həqiqətən, axirətə inanmayanların əməllərini özlərinə yaxşı göstərdik. Onlar şaşqın bir vəziyyətdədirlər.

27|5|Onları çox pis əzab gözləyir, axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!

27|6|Həqiqətən, Quran sənə hikmət sahibi olan, bilən Allah tərəfindən təlqin olunur.

27|7|Bir zaman Musa ailəsinə demişdi: “Mən bir od gördüm, mən də gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız”.

27|8|Musa yanına çatdıqda belə bir nida gəldi: “Alovun yanında olan və ətrafında olanlar mübarək kimsələrdir. Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir!

27|9|Ya Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm!

27|10|Əsanı at! O, ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. “Ya Musa, qorxma! Rəsullar Mənim hüzurumda qorxmazlar. |11|Yalnız zülm eləyən. Lakin sonra tövbə ilə pisliyi yaxşılığa çevirən kəs bağışlayanam, rəhm edənəm! |12|Əlini qoynuna qoy ki, Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq çıxsın. Həqiqətən, onlar fasiq bir camaatdır!”

27|13|Möcüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: “Bu, açıq-aydın bir sehrdir!” –dedilər.

27|14|Həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!

27|15|Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”

27|16|Süleyman Davuda vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”

27|17|Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb gedirdilər.

27|18|Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi basıb əzməsinlər!”

27|19|Bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”

27|20|Sonra quşları yoxlayıb dedi: “Hüdhüdü niyə görmürəm? Yoxsa o burada yoxdur? |21|And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm. Yaxud da o aşkar bir dəlil gətirsin!”

27|22|Bir azdan gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. |23|Mən onlara padşahlıq edən bir qadın gördüm. Ona, hər şey verrilmişdir. Onun çox böyük bir taxtı vardır. |24|Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər. |25|Göylərdə və yerdə pünhan olanı aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə. |26|O böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir tanrı yoxdur!”

27|27|Dedi: “Baxaq görək doğru deyirsən, yoxsa yalançısan! |28|Mənim bu məktubumu aparıb onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!” 

27|29|Dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi.

27|30|O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim” lədir.

27|31|”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti olaraq gəlin!”.

27|32|Dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən deyiləm!”

27|33|Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik.. Hökm sənindir. Nə əmr edəcəyinə özün bax!”

27|34|Dedi: Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil edərlər. Onlar məhz belə hərəkət edərlər.

27|35|Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!.

27|36|Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma siz öz hədiyyələrinizlə sevinirsiniz. |37|Durma, onların yanına qayıt! And olsun ki, gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!”

27|38|Dedi: “Ey əyanlar! Onlar müti vəziyətdə yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”

27|39|Cinlərdən olan bir ifrit dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”

27|40|Kitabdan bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Onu yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!”

27|41|Dedi: “Taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya yox?!”

27|42|Gəldikdə ona: “Taxtın bu cürdürmü?” –deyildi. O da: “Sanki odur!” –deyə cavab verdi. “Bizə ondan daha öncə elm verilmiş və biz müti olmuşuq!”

27|43|Ona Allahdan başqasına ibadət etməyi qadağan etdi. Çünki o, kafir bir tayfadan idi.

27|44|Ona belə deyildi: “Saraya daxil ol!” (Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraxıldığı üçün Bəlqis)sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı. O: “Bu büllurdan tikilmiş bir saraydır!” –dedi. Dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!”

27|45|Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi göndərdik. Onlar bir-biri ilə çəkişən iki firqəyə ayrıldılar.

27|46|Dedi: “Ey qövmüm! Siz nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?”

27|47|Onlar dedilər: “Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. Dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, imtahan olunursunuz.

27|48|Şəhərdə doqquz kişi var idi ki, yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər.

27|49|Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə hücum edib öldürəcək, sonra da onun qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, doğru danışırıq!”

27|50|Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən hiylələrinin cəzasını verdik.

27|51|Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların özlərini də, tayfalarını da büsbütün yox etdik.

27|52|Bu, zülmləri üzündən onların bomboş qalmış evləridir. Həqiqətən, bunda anlayıb bilən bir qövm üçün ibrət vardır!

27|53|İman gətirib qorxanları isə xilas etdik!

27|54|Lutu da. O zaman öz tayfasına demişdi: “Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? |55|Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!”

27|56|Tayfasının cavabı yalnız: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən insanlardır!” –deməkləri olmuşdu.

27|57|Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətini qalanlardan olmasını təqdir etdik.

27|58|Onların üstünə bir yağış yağdırdıq. qorxudulanların yağışı nə yaman imiş!

27|59|De: “Həmd olsun Allaha! Salam olsun seçdiyi bəndələrinə! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqları?!

27|60|Yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. Siz ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin bərabər tutan bir tayfadırlar!

27|61|Yoxsa yeri məskən yaradıb ortasında çaylar axıdan, üzərində möhkəm durmuş dağlar bərqərar edən və iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin əksəriyyəti bilmirlər!

27|62|Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?

27|63|Yaxud qurunun və suyun zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhməti önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah Ona şərik qoşduqlarından ucadır!

27|64|Yaxud öncə yaradan sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”

27|65|De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər! |66|Xeyr, onların elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordurlar!”

27|67|Kafirlər dedilər: “Məgər bizlər və atalarımız torpaq olduqdan sonra çıxardılacağıq? |68|Həqiqətən, bu bizə vəd olunduğu kimi, öncə atalarımıza da. Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir!”

27|69|De: “Yer üzünü gəzib-dolaşın, günahkarların axırının necə olduğuna bir baxın!”

27|70|Onlardan ötrü kədərlənmə və qurduqlarına görə də ürəyini qısma!

27|71|Onlar: Əgər doğru danışırsınızsa, bu vəd nə vaxt yerinə yetəcəkdir?” –deyə soruşarlar.

27|72|De: “Tez-tələsik istədiyiniz bir hissəsi, bəlkə də, artıq sizə gəlib çatmaq üzərədir!”

27|73|Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz.

27|74|Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin aşkar etdikləri hər şeyi bilir.

27|75|Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda olmasın!

27|76|Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir.

27|77|Və şübhəsiz ki, o möminlərə bir hidayət və mərhəmətdir.

27|78|Həqiqətən, sənin Rəbbin onların arasında Öz hökmünü verəcəkdir. O, qalib olandır, biləndir!

27|79|Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən.

27|80|Şübhəsiz ki, sən nə ölülərə başa sala bilər, nə də dönüb gedən karlara çağırışı eşitdirə bilərsən!

27|81|Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar.

27|82|Onlara deyilən söz yerinə yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardarıq ki, onlarla danışıb: “İnsanlar ayələrimizə inanmırdılar!” –deyər.

27|83|O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar sürüklənərlər.

27|84|Onlar gəlib çatdıqda buyurar: “Ayələrimizi anlamadığınız halda, onları yalanmı hesab edirdiniz? Yaxud siz nə edirdiniz?”

27|85|Etdikləri zülm üzündən onlara deyilən söz yerinə yetər. Onlar heç danışa da bilməzlər!

27|86|Məgər gecəni onların istirahəti üçün yaratdığımızı, gündüzü isə işıqlı etdiyimizi görmürlərmi? İman gətirən bir tayfa üçün bunda əlamətlər vardır.

27|87|Sur çalınacağı gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müti vəziyyətdə gələr.

27|88|Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz əməllərdən xəbərdardır!

27|89|Hər kəs yaxşı əməllə gəlsə, onu müqabilində daha yaxşı bir mükafat gözləyir. Belələri o gün dəhşətli qorxudan da əmin olarlar.

27|90|Pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar. “Bu, yalnız əməllərinizin cəzasıdır!”

27|91|“Mənə ancaq bu şəhərin Rəbbinə ibadət etmək əmr olumuşdur. Elə bir şəhər ki, onu müqəddəs tutmuşdur. Hər şey yalnız Onundur. Mənə müsəlman olmaq əmr edilmişdir! |92|Və mənə Quran oxumaq!” Hər kəs doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, de: “Mən yalnız xəbərdarlıq edənlərdənəm!”

27|93|Və de: “Həmd olsun Allaha! O Öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”

28.Qəsəs

28|1|Ta, Sin, Mim!

28|2|Bu, açıq-aydın Kitabın ayələridir!

28|3|Biz inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən olduğu kimi söyləyəcəyik.

28|4|Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi!

28|5|Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.

28|6|Və onları yer üzündə yerləşdirib möhkəmləndirək, Firona, Hamana və ordularına onların qorxub çəkindikləri şeyi göstərək.

28|7|Biz Musanın anasına: “Onu əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!” –deyə bildirdik.

28|8|Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı götürüb gəldilər. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.

28|9|Fironun qadını dedi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz. Onu öldürməyin. Ola bilsin ki, bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar bilmirdilər.

28|10|Musanın anasının ürəyi bomboş olmuşdu. Əgər inananlardan olsun deyə, ürəyinə səbir əta etməsəydik, az qala onu büruzə verəcəkdi.

28|11|O, Bacısına: “Onun dalınca get!” –dedi. O da hiss etmədən uzaqdan-uzağa gördü.

28|12|Bundan qabaq Biz ona süd analarını qadağan etmişdik. Belə dedi: “Sizin üçün o uşağa süd verməyi təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq bir ailəni sizə nişan verimmi?”

28|13|Beləliklə, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, anasına qaytardıq. Lakin onların əksəriyyəti bilməz!

28|14|Yetkinləşib kamilləşəndə ona hikmət və elm verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

28|15|Şəhərə əhalisi xəbərsizkən girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından, digəri isə düşmənlərindən idi. Adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, azdırandır!”

28|16|Dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” Bağışladı. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!

28|17|Dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemət haqqı mən əsla günahkarlara arxa olamayacağam!”

28|18|Beləliklə, qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. Dünən ondan imdad diləyən kəs fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: “Sən, doğrudan da, açıq-aşkar bir azğınsan!”

28|19|Onların hər ikisinin düşməni yaxalamaq istədikdə dedi: “Ya Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq edənlərdən olmaq istəmirsən!”

28|20|Şəhərin kənarından bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!”

28|21|Qorxu içində göz qoya-qoya oradan çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” –dedi.

28|22|O, Mədyən tərəfə yönəldiyi zaman dedi: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”

28|23|Mədyən kənarındakı bir quyuya çatanda onun başında bir dəstə adam və onlardan başqa geri çəkən iki qadın görüb dedi: “Sizə nə olub?” Onlar: “Çobanlar sulayıb getməmiş biz su vermirik. Atamız da ixtiyar bir qocadır”, -deyə cavab verdilər.

28|24|Onlar üçün suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”

28|25|Sonra biri utana-utana yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” Yanına gəldikdə başına gələnləri ona söylədi. O kişi dedi: “Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”

28|26|Biri dedi: “Atacan! Onu muzdla tut, çünki bu güclü, etibarlı adam muzdla tutduqlarının ən yaxşısıdır!”

28|27|Dedi: “Səkkik il mənə xidmət etmək şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən. Mən sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh kəslərdən olduğumu görəcəksən!”

28|28|Dedi: “Bu mənimlə sənin aranda. Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. Allah da dediyimizə şahiddir!”

28|29|Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: “Siz durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız!”

28|30|Odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm! |31|Əsanı at!” O əsanın ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. “Ya Musa! Bəri gəl, qorxma! Sən əmin-amanlıq içindəsən! |32|Əlini qoynuna qoy ki, əlin eyibsiz-qüsursuz, ağappaq çıxsın. Əlini özünə tərəf çək ki, vahimə çəkilib getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki möcüzədir. Onlar, həqiqətən, fasiq bir tayfadırlar!”

28|33|Dedi: “Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər. |34|Qardaşım Harunun dili mənimkindən daha bəlağətlidir. Onu da mənimlə dediklərimi təsdiqləyəcək bir köməkçi göndər. Onların məni yalançı hesab edəcəklərindən qorxuram!”

28|35|Buyurdu: “Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. Siz də, sizə tabe olanlar da mütləq qalib gələcəksiniz!”

28|36|Musa açıq-aşkar ayələrimizlə yanına gəldikdə onlar: “Bu uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik!” –dedilər.

28|37|Musa dedi: “Rəbbim Öz dərgahından kimin hidayətlə gəldiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalımlar nicat tapmazlar!

28|38|Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!”

28|39|və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmaycaqlar!

28|40|Buna görə də onu və əsgərlərini tutub dənizə atdıq. Bir gör zalımların axırı necə oldu!

28|41|Biz onları cəhənnəm oduna çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir kömək edilməyəcəkdir!

28|42|Bu dünyada onlara lənət damğası vurduq, qiyamət günü isə onlar çirkin kimsələr olacaqlar.

28|43|Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara bir nur, doğru yolu göstərən rəhbər və rəhmət olaraq Musaya Kitab verdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər.

28|44|Biz Musaya vəhy etdiyimiz zaman sən qərb tərəfində deyildin. Sən şahid olanlardan da deyildin! 

28|45|Lakin Biz neçə-neçə nəsillər yaratdıq. Onlar uzun ömür sürdülər. Sən ayələrimizi onlara oxuyarkən Mədyən əhli arasında deyildin. Ancaq göndərən Bizik.

28|46|Və Biz xitab etdiyimiz zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdarlıq edən gəlməmiş bir tayfanı xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq. Bəlkə, öyüd-nəsihət qəbul etsinlər!

28|47|Öz əlləri ilə etdikləri əməlləri üzündən onlara bir müsibət üz verincə: “Ey Rəbbimiz! Barı, bizə bir Rəsul göndərəydin ki, biz də Sənin ayələrinə uyub möminlərdən olaydıq!” –deməsəydilər, səni onlara göndərməzdik.

28|48|Dərgahımızdan onlara haqq gəldikdə onlar: “Musaya verilən nə üçün eynilə ona da verilmədi?” –dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: “İki sehr bir-birilə köməkləşdi və biz hər birini inkar etdik!” –deməmişdilərmi?

28|49|De: “Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!”

28|50|Əgər sənə cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil olmayınca öz nəfsinə uyandan haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!

28|51|Həqiqətən, Biz sözü onlar üçün bir-birinin ardınca izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər.

28|52|Əvvəl kitab vermiş olduğumuz kəslər ona inanırlar.

28|53|Onlara oxunduğu zaman: “Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən haqdır. Biz ondan əvvəl də müsəlman idik!” –deyirlər.

28|54Səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən sərf edərlər.

28|55|Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” –deyirlər.

28|56|Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir!

28|57|Dedilər: “Əgər biz səninlə bilikdə haqq yolu tutub getsək, yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin daşınıb gətirildiyi, qorxusuz-xətərsiz bir yerdə sakin etmədikmi? Lakin onların əksəriyyəti bilməz!

28|58|Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan yurdlarıdır. Onlara Biz varis olduq.

28|59|Sənin Rəbbin onların ana şəhərinə ayələrimizi oxuyan bir Rəsul göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!

28|60|Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər ağıla gəlməzsiniz?!

28|61|Məgər verdiyimiz gözəl bir vədə qovuşan kimsə, fani dünya malı bəxş etdiyimiz, sonra da qiyamət günü gətiriləcək kimsə ilə eyni ola bilərmi?!

28|62|Həmin gün onlara xitab edib belə buyuracaqdır: “Mənim şəriklərim olduqlarını iddia etdikləriniz haradadırlar?!

28|63|Haqlarında hökm vacib olanlar deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz nə cür azmışdıqsa, onları da elə azdırdıq. Biz onlardan uzaqlaşıb Sənə tərəf gəldik. Əslində onlar bizə ibadət etmirdilər.

28|64|Belə deyiləcək: “Şəriklərinizi çağırın!” ortaqlarını çağıracaq, lakin onlar cavab verməyəcəklər. Onlar mütləq əzabı görəcəklər. Əgər onlar doğru yola gəlmiş olsaydılar.

28|65|Həmin gün onlara xitab edib belə buyuracaqdır: “Mürsəllərə nə cavab verdiniz?”

28|66|O gün xəbərlər onlardan gizli qalacaqdır. Onlar bir-birindən hal-əhval belə tuta bilməyəcəklər.

28|67|Tövbə edərək iman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, onların nicat tapmaları mümkündür.

28|68|Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və Ona şərik qoşduqlarından ucadır!

28|69|Sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin də aşkar etdiyi hər şeyi bilir.

28|70|Odur Allah. Ondan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!

28|71|De: “Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər eşitmirsinizmi?”

28|72|De: “Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər görmürsünüzmü?”

28|73|Öz mərhəmətindən dolayı sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz, Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, şükür edəsiniz!

28|74|O gün müraciət edib belə buyuracaqdır: “Şəriklərim olduqlarını iddia etdikləriniz haradadırlar?”

28|75|Hər ümmətdən bir şahid çıxardacaq və: “tutarlı dəlilinizi gətirin!” –deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər. Uydurub düzəltdikləri isə qeyb olacaqlar!

28|76|Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “Sevinmə. Şübhəsiz ki, Allah sevinənləri sevməz! |77|Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”

28|78|Dedi: “Bu mənə yalnız məndə olan elm sayəsində verilmişdir". Məgər o Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar.

28|79|Faxir libas geyib öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt sahibidir!”

28|80|Elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar!”

28|81|Nəhayət, onu sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi.

28|82|Dünən onun yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!”

28|83|Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. Aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!

28|84|Hər kəs yaxşı əməllə gəlsə, ona bundan daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər!

28|85|Quranı sənə vacib buyuran qayıdacağın yerə səni yenə də qaytaracaqdır. De: “Rəbbim hidayətlə gələni də, haqq yoldan açıq-aşkar azanı da yaxşı tanıyır!”

28|86|Sən Quranın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi. Buna görə də heç vaxt kafirlərə arxa olma!

28|87|Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, səni çəkindirə bilməsinlər. Rəbbinə dəvət et və əsla müşriklərdən olma!

28|88|Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız!

29. Ənkəbut

29|1|Əlif, Lam, Mim!

29|2|İnsanlar yalnız: “İman gətirdik!” –demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?

29|3|Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar!

29|4|Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!

29|5|Hər kəs Allahla qarşılaşacağına ümid edirsə, Allahın müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah eşidəndir, biləndir!

29|6|Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir.

29|7|İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik.

29|8|Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Əgər bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız Mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!

29|9|İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik!

29|10|Adamlar arasında elələri də vardır ki, “Biz Allaha iman gətirdik!” –deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən bir zəfər gəlsə, mütləq: “Biz də sizinləyik!” –deyərlər. Məgər Allah məxluqatın ürəklərində olanları bilmirmi?!

29|11|Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır!

29|12|Kafir olanlar iman gətirənlərə dedilər: “Bizim yolumuza tabe olun. Günahlarınızı öz boynumuza götürərik”. Halbuki onların heç bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!

29|13|Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!

29|14|Biz Nuhu öz tayfasına göndərdik. Nuh onların arasında min ildən əlli əskik qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.

29|15|Biz onu və onunla birlikdə gəmidə olanları qurtardıq və bunu aləmlərə bir ibrət etdik.

29|16|İbrahimi də! Bir zaman o öz tayfasına belə demişdi: “Allaha ibadət edin və Ona qarşı təqva sahibi olun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?! |17|Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz Onun hüzuruna qaytarılacaqsınız!”

29|18|Əgər təkzib etsəniz, sizdən əvvəlki ümmətlər də təkzib etmişdilər. Rəsulların vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir!

29|19|Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onu yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır!

29|20|De: “Yer üzünü gəzib məxluqatı nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir! |21|İstədiyinə əzab verər, istədiyini də bağışlayar. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız! |22|Siz nə yerdə, nə də göydə aciz buraxa bilməzsiniz! Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!”

29|23|Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.

29|24|Tayfasının cavabı: “Onu öldürün, yaxud da yandırın!” –deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!

29|25|Dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!”

29|26|Bunda sonra Lut iman gətirdi. Dedi: “Mən Rəbbimin əmr etdiyi yerə hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”

29|27|Biz ona İshaqı və Yəqubu bəxş etdik, Peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq salehlərdən olacaqdır!

29|28|Lutu da! Bir zaman o öz qövmünə demişdi: “Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? |29|Həqiqətən siz kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin iş görürsünüz?” Tayfasının cavabı ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” –deməkdən ibarət oldu.

29|30|“Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” –dedi.

29|31|Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdırlar” -dedilər.

29|32|Dedi: “Orada Lut da var!” Onlar: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O, qalanlardan olacaq!” –deyə cavab verdilər.

29|33|Elçilərimiz Lutun yanına gəldikdə onlara görə kədərləndi və ürəyi qısıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O, qalanlardan olacaq! |34|Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik!”

29|35|Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq.

29|36|Mədyənə də qardaşları Şüeybi. O, dedi: “Ey qövmüm! Allaha ibadət edin! Qiyamət gününə inanın! Yer üzündə fitnə-fəsad törətməyin!”

29|37|Amma onu təkzib etdilər. Buna görə də onları bir sarsıntı bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar.

29|38|Biz Adı və Səmudu da məhv etdik. Məskənlərindən sizə bəllidir. Şeytan əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı.

29|39|Biz Qarunu da, Fironu da, Hamanı da (məhv etdik). Musa onların yanına açıq-aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə təkəbbürlük etdilər və sovuşa bilmədilər!

29|40|Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə qızmar daş yağdırdıq, kimini dəhşətli səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.

29|41|Allahdan başqa özlərinə dost qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!

29|42|Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

29|43|Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar.

29|44|Allah göyləri və yeri haqq olara yaratdmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır!

29|45|Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir!

29|46|Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”

29|47|Kitabı da sənə belə nazil etdik. Kitab verdiyimiz şəxslər ona inanırlar. Bunlardan da, inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!

29|48|Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şəkk-şübhəyə düşərdilər.

29|49|Xeyr, bu elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız zalımlar inkar edərlər.

29|50|“Bəs nə üçün Rəbbindən ona ayələr nazil olmadı?” –dedilər. De: “Ayələr ancaq Allah qatındadır. Mən isə sadəcə olaraq açıq-aşkar xəbərdarlıq edənəm!”

29|51|Məgər oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət vardır!

29|52|De: “Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!”

29|53|Səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.

29|54|Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm kafirləri qaplayacaqdır!

29|55|O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. Onlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” –deyə buyuracaqdır.

29|56|Ey iman gətirən bəndələrim! Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!

29|57|Hər bir kəs ölümü dadacaqdır. Sonra da hüzurumuza qaytarılacaqsınız!

29|58|İman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnət guşələrində sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. Saleh əməl edənlərin mükafatı necə də gözəldir!

29|59|O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar!

29|60|Ruzisini daşıya bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, eşidəndir, biləndir.

29|61|Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” –deyə soruşsan, onlar mütləq: “Allah!” –deyə cavab verəcəklər. Elə isə onlar niyə döndərilirlər?

29|62|Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi biləndir!

29|63|Həqiqətən, əgər sən: “Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” –deyə soruşsan, onlar mütləq: “Allahdır!” –deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti dərindən düşünməz!

29|64|Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər!

29|65|Gəmiyə mindikləri zaman dini yalnız Ona məxsus edərək Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də şərik qoşarlar.

29|66|Onlara verdiyimiz neməti inkar etsinlər və kef çəkib zövq alsınlar deyə. Onlar mütləq biləcəklər!

29|67|Məgər ətraflarındakı adamlar qamarlanıb götürüldüyü halda, onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar?

29|68|Allaha qarşı yalan uydurub düzəldən, özünə haqq gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur?

29|69|Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!

30. Rum

Mərhəmətli, Rəhmli Allahın Adı ilə…

30|1|Əlif, Lam, Mim!

30|2|Rumlular məğlub oldular.

30|3|Ən yaxın bir yerdə. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər.

30|4|Bir neçə ilin içində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;

30|5|Allahın köməyi ilə. İstədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

30|6|Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bilməzlər!

30|7|Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.

30|8|Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.

30|9|Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli idilər. Onlar torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox abad etmişdilər. Rəsullarl onlara açıq-aşkar dəlillər gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.

30|10|Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!

30|11|Allah məxluqatı əvvəlcə yaradır, sonra yenidən dirildir. Sonra da siz Onun hüzuruna qaytarılacaqsınız.

30|12|Qiyamət qopacağı gün günahkarlar mat-məətəl qalacaqlar.

30|13|Şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.

30|14|Qiyamət qopacağı gün – məhz o gün ayrılacaqlar.

30|15|İman gətirib yaxşı işlər görənlər cənnət bağçalarının birində sevinc içində qalacaqlar.

30|16|Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını inkar edənlər isə əzab verilmək üçün hazırlanacaqlar.

30|17|Elə isə axşam-səhər Allahı təqdis edib şəninə təriflər deyin!

30|18|Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da, gündüz də Onu təqdis edib şəninə təriflər deyin!

30|19|Ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də belə çıxardılacaqsınız.

30|20|Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.

30|21|Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!

30|22|Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır!

30|23|Gecə və gündüz yatıb dincəlməyiniz, nemətindən ruzi axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, eşidənlər üçün bunda ibrətlər vardır!

30|24|Sizə həm qorxu, həm də ümid verən ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır.

30|25|Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə çağıran kimi dərhal yerdən çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.

30|26|Göylərdə və yerdə kim varsa, Onundur. Hamısı Ona boyun əyər!

30|27|Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da yenidən dirildəcək Odur. Bu Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

30|28|Sizə özünüzdən bir məsəl çəkər. Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaq olan, özünüzdən çəkindiyiniz kimi, o kölələrdən də çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri ağılla düşünən bir qövm üçün belə ətraflı izah edirik.

30|29|Lakin zülm edənlər nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın yoldan çıxartdıqlarını doğru yola kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!

30|30|Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz.

30|31|Tövbə edərək Ona tərəf dönün. Ona qarşı təqvalı olun, namaz qılın və müşriklərdən olmayın!

30|32|O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular. Hər bir firqə öz dininə sevinər.

30|33|İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər. Sonra Öz mərhəmətindən onlara daddıran kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar.

30|34|Bizim onlara verdiyimiz nemətləri inkar etsinlər deyə əylənib kefə baxın. mütləq biləcəksiniz!

30|35|Yoxsa Biz şərik qoşmaqlarını söyləyən bir dəlil göndərdik?!

30|36|İnsanlara bir mərhəmət daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olarlar.

30|37|Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini və azaltdığını görmürlərmi?! Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!

30|38|Yaxın qohuma, yoxsula müsafirə haqqını ver. Allah rizasını diləyənlər üçün bu daha xeyirlidir. Nicat tapanlar məhz onlardır!

30|39|Xalqın mal-dövləti hesabına artması üçün sələmlə verdiyiniz malın Allah yanında heç bir bərəkəti olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə isə belə deyildir. Bunu edənlər qat-qat artıranlardır!

30|40|Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə biləni varmı? Pakdır, müqəddəsdir. Ona şərik qoşduqlarından ucadır!

30|41|İnsanların öz əlləri ilə etdikləri üzündən quruda və suda fəsad əmələ gələr ki, Allah onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar qayıtsınlar.

30|42|De: “Yer üzünü gəzib-dolaşın və əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi. |43|Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl üzünü düzgün dinə çevir. O gün insanlar bölük-bölük olarlar.

30|44|Küfr edənin küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün rahat mənzillər hazırlamış olarlar ki, |45 iman gətirib saleh əməl edənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, kafirləri sevməz!

30|46|Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə Öz mərhəmətindən daddırması, əmri ilə gəmilərin üzməsi, nemətindən ruzi axtarmanız Onun qüdrət əlamətlərindəndir. Bəlkə, şükür edəsiniz!

30|47|Biz səndən əvvəl də onların tayfalarına Rəsullar göndərmişdik. Onlara açıq-aşkar dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə kömək etmək Bizə vacibdir!

30|48|Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.

30|49|Hərçənd ki üstlərinə endirilməzdən əvvəl ümidlərini üzmüşdülər.

30|50|Sən Allahın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O hər şeyə qadirdir!

30|51|Əgər Biz bir yel əsdirsək və saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankor olmağa başlayarlar.

30|52|Şübhəsiz ki, sən çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!

30|53|Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar!

30|54|Sizi zəif bir şeydən yaradan, gücsüzlükdən sonra qüvvətli edən, qüvvətli olduqdan sonra edən Allahdır. O, istədiyini yaradır. O,  biləndir, qadirdir!

30|55|Qiyamət qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar belə döndərilirdilər.

30|56|Elm və iman sahibləri isə belə deyərlər: “Siz Allahın Kitabında olan qiyamət gününə qədər qaldınız. Bu, qiyamət günüdür, lakin siz bilmirdiniz!”

30|57|O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri də istənilməz!

30|58|Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik. Həqiqətən, sən onlara hər hansı bir möcüzə gətirsən belə, onlar mütləq: “Siz yalançısınız!” –deyəcəklər.

30|59|Allah bilməyənlərin qəlblərini belə möhürləyər!

30|60|Sən, səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Qoy qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər.

31. Loğman

Mərhəmətli, Rəhmli, Allahın Adı ilə…

31|1|Əlif, Lam, Mim!

31|2|Bu hikmətli Kitabın ayələridir.

31|3|Yaxşı əməllər edənlərə bir hidayət və rəhmətdir.

31|4|O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.

31|5|Onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır!

31|6|İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.

31|7|Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq varmış kimi təkəbbürlə arxasını çevirər. Sən də ona şiddətli bir əzabla müjdə ver!

31|8|İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.

31|9|Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, yenilməz qüvvət, hikmət sahibidir!

31|10|Allah gördüyünüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl bitkilər yetişdirdik.

31|11|Bu Allahın yaratdıqlarıdır. İndi siz də Mənə başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar açıq-aşkar əyri yoldadırlar.

31|12|Biz Loğmana hikmət verdik: “Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, Tərifəlayiqdir”.

31|13|Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!”

31|14|Biz insana ata-anasına tövsiyə etdik. Anası onu çox zəif bir halda daşımışdı. Kəsilməsi isə iki il ərzində olur. “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! |15|Əgər bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Dünya işlərində onlarla gözəl keçin. Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra Mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm!”

31|16|Dedi: “Oğlum, bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah lətifdir, xəbərdardır! |17|Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu vacib əməllərdəndir! |18|Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! |19|Yerişində müvazinət gözlə və səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”

31|20|Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani kitabı olmadan Allah barəsində mübahisə edər.

31|21|Onlara: “Allahın nazil etdiyinə tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!” –deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə?

31|22|Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır!

31|23|Kim küfr etsə, onun küfrü səni kədərləndirməsin. Onlar Bizim hüzurumuza qayıdacaqlar. Biz də onlara nələr etdiklərini xəbər verəcəyik. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!

31|24|Biz onlara bir qədər gün-güzəran verəcək, sonra da ağır bir əzaba düçar edəcəyik!

31|25|Həqiqətən, əgər sən: “Göyləri və yeri kim yaratmışdır?” –deyə soruşsan, onlar mütləq: “Allah!” –deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti bilməz!

31|26|Göylərdə və yerdə nə varsa, Allahındır. Allah möhtac deyildir və şükrə layiqdir!

31|27|Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq olsaydı, yenə də Allahın sözləri tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!

31|28|Sizi yaratmaq və diriltmək ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah eşidəndir, görəndir!

31|29|Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, günəşi və ayı ram etdiyini görmürsənmi? Onların hər biri müəyyən müddətədək dövr edər. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!

31|30|Bu ona görədir ki, Allah haqq, Ondan qeyri ibadət etdikləri isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür!

31|31|Sizə öz qüdrət əlamətlərindən bəzisini göstərsin deyə, gəmilərin dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda səbr, çox şükür edən hər kəs üçün ibrətlər vardır!

31|32|Ətrafına kölgə salan uca dağlar kimi dalğalar bürüdüyü zaman onlar dini Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bəziləri orta mövqe tutar. Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!

31|33|Ey insanlar! Rəbbinizə qarşı təqvalı olun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib tovlamasın!

31|34|Həqiqətən, o saatı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!

32. Səcdə

Mərhəmətli, Rəhmli, Allahın Adı ilə…

32|1|Əlif, Lam, Mim!

32|2|Kitabın aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur!

32|3|Yoxsa: “Onu özündən uydurmuşdur!” –deyirlər. Xeyr, o səndən əvvəl xəbərdarlıq edən göndərilməmiş bir qövmü xəbərdar etməyin üçün Rəbbindən olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!

32|4|Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?

32|5|O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr.

32|6|O, qeybi də, aşkarı da biləndir, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

32|7|O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı.

32|8|Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi.

32|9|Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz!

32|10|Dedilər: “Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını inkar edən kəslərdir!

32|11|De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”

32|12|Kaş günahları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Ey Rəbbimiz! gördük, eşitdik. İndi bizi qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” –deyəndə görəydin!

32|13|Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq. Lakin Mən: “Cəhənnəmi mütləq bütün cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm!

32|14|“Bu günə yetişəcəyinizi unutduğunuza görə indi dadın! Biz də sizi unutduq. Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!”

32|15|Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.

32|16|Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər.

32|17|Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!

32|18|Məgər mömin kimsə ilə fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!

32|19|İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları Məva cənnətləri gözləyir.

32|20|Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” –deyiləcəkdir.

32|21|Biz ən böyük əzabdan əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, qayıdalar!

32|22|Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!

32|23|Biz Musaya kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən bir rəhbər etmişdik.

32|24|Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik.

32|25|Həqiqətən, sənin Rəbbin onların arasında qiyamət günü ixtilafda olduqları məsələlər barədə hökm verəcəkdir!

32|26|Məgər onlar indi yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etdiyimizi görmürlərmi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər qulaq asmayacaqlar?

32|27|Məgər görmürlərmi ki, Biz quru yerə su göndərib onunla heyvanlarının və özlərinin yedikləri əkinlər yetişdiririk? Məgər görmürlər?

32|28|Onlar: “Əgər doğru danışanlardansınızsa, bu fəth nə vaxt olacaqdır?  -deyə soruşarlar.

32|29|De: “Fəth günü kafirlərlə imanı heç bir fayda verməz və onlara möhlət də verilməz!”

32|30|Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər!

33. Əhzab

Mərhəmətli, Rəhmli, Allahın Adı ilə…

33|1|Ya Nəbi! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

33|2|Rəbbindən sənə vəhy olunana tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!

33|3|Allaha təvəkkül et. Allahın vəkil olması kifayət edər!

33|4|Allah bir adamın sinəsinəndə iki ürək yaratmamışdır. Allah nə zihar etdiyiniz zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. Bunlar sizin dediyiniz boş sözlərdir. Allah doğru deyir və doğru yola gətirir!

33|5|Onları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür. Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah bağışlayandır, rəhm edəndir!

33|6|Nəbi möminlərə onların özlərindən daha yaxındır. Onun övrətləri analarıdır. Qohumlar Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma dostlarınıza bir yaxşılıq edə bilərsiniz. Bu kitabda yazılmışdır.

33|7|Xatırla ki, Biz bir zaman Nəbilərdən əhd almışdıq: “Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq ki, |8|Doğru danışanlardan doğruluqlarını xəbər alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!”

33|9|Ey iman gətirənlər! ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü.

33|10|O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən hücum etmiş və gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz.

33|11|Məhz onda möminlər imtahana çəkilmiş və möhkəm sarsılmışdılar.

33|12|O zaman münafiqlər və qəlblərində mərəz olanlar: “Allah və Onun Rəsulu bizə yalan vəd etmişdir.” –deyirdilər.

33|13|O zaman onlardan bir tayfa: “Ey Yəsrib əhli. Sizin üçün duracaq bir yer yoxdur, qayıdın!” –demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır” –deyə Nəbidən izin istəyirdi. Həqiqətdə evləri açıq deyildi. Onlar ancaq qaçmaq istəyirdilər.

33|14|Əgər hər tərəfindən üstlərinə yüyürülüb onlardan fitnə törətmək istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda azacıq da olsa yubanmazdılar.

33|15|Halbuki bundan əvvəl bir daha üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində mütləq sorğu-sual olunacaqdır!

33|16|De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. Ancaq az bir müddət dolanıb-keçinərsiniz.”

33|17|De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.

33|18|Şübhəsiz ki, Allah içərinizdən mane olanları da, qardaşlarına: “Bizə tərəf gəlin!” –deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr, |19|sizdən əsirgəyərlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca qənimətdə xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır!

33|20|Dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də qayıdıb gələcəyi təqdirdə onlar çöldə bədəvilər arasında olmaq istərdilər ki, sizə dair xəbərləri soruşub öyrənsinlər. Əgər aranızda olsaydılar, çox az döyüşərdilər.

33|21|Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!

33|22|Möminlər ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Rəsulunun bizə olan vədidir. Allah və Rəsulu düz buyurmuşlar!” Bu onların yalnız imanını və itaətini artırdı.

33|23|Möminlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də gözləyir. Onlar əsla dəyişməzlər ki, |24|Allah doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

33|25|Allah kafirləri qəzəbli olduqları halda geri oturtdu. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

33|26|Allah kitab əhlindən onlara kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi. Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız.

33|27|Sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir!

33|28|Ya Nəbi! zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və gözəl bir tərzdə boşayım! |29|Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır. |30|Siz ey Nəbi zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır! |31|Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün tükənməz ruzi hazırlamışıq. |32|Siz ey Nəbinin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz qadınların heç biri kimi deyilsiniz. Buna görə də yumşaq danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər. Gözəl danışın! |33|Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz etmək istər! |34|Allahın evlərinizdə oxunan ayələrini və hikməti xatırlayın. Allah lütfkardır, xəbərdardır!”

33|35|Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır!

33|36|Allah və Rəsulu bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha və Onun Rəsuluna asi olan kəs, şübhəsiz ki, açıq-aydın azmışdır!

33|37|Xatırla ki, bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyi şəxsə: “Zövzəni saxla, Allahdan qorx!” –deyir, Allahın aşkar etdiyi şeyi ürəyində gizli saxlayır və adamlardan qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik olmasın! Allahın hökmü mütləq yerinə yetər!

33|38|Allahın Nəbiyə vacib buyurduğu bir şeydə ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmişlər barəsində də Allahın qayda-qanunu belədir. Allahın əmri əzəli hökmdür!

33|39|Onlar ki, Allahın hökmlərini təbliğ edər, Ondan çəkinər və Allahdan baçqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir.

33|40|Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və Nəbilərin sonuncusudur. Allah hər şeyi biləndir!

33|41|Ey iman gətirənlər! Allahı çox zikr edin!

33|42|Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin!

33|43|Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. Allah möminlərə rəhm edəndir!

33|44|Ona qovuşacaqlarını gün xeyir-duaları “salam” dır! Onlar üçün çox qiymətli mükafat hazırlamışdır.

33|45|Ya Nəbi! Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdarlıq edən kimi göndərdik!

33|46|Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!

33|47|Möminlərə Allah tərəfindən böyük bir mükafat bəxş ediləcəyi ilə müjdə ver!

33|48|Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə əhəmiyyət vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər.

33|49|Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. Belə olduqda onlara bir şey verib gözəl tərzdə sərbəst buraxın!

33|50|Ya Nəbi! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Nəbi onunla evlənmək istədiyi təqdirdə özünü Nəbiyə bağışlayan hər hansı bir mömin qadını – digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr barəsində nə hökm etdiyimizi, əlbəttə, bilirik. Sənə bir çətinlik olmasın deyə. Allah bağışlayandır, rəhm edəndir!

33|51|Onlardan istədiyini təxirə salar, istədiyini də öz yanına ala bilərsən. ayırdığın övrətlərindən də istədiyini öz yanına qaytarmaqdan sənə heç bir günah gəlməz. Onların gözlərinin aydın olması, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün ən münasib olanı budur. Allah qəlblərinizdə olanları bilir. Allah biləndir, həlimdir!

33|52|Bundan sonra sənə qadınlar halal olmaz. Bunları, gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!

33|53|Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və yedikdən sonra söhbətə qapılmayıb dağılın. Bu, Peyğəmbərə əziyyət verir, amma o sizdən utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!

33|54|Əgər bir şeyi açıq bildirsəniz, yaxud onu gizli saxlasanız, Allah hər şeyi biləndir!

33|55|Onlara ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları, sahib olduqları kölə və cariyələr barədə heç bir günah yoxdur. Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir!

33|56|Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!

33|57|Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır!

33|58|Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!

33|59|Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!

33|60|Əgər münafiqlər, qəlblərində mərəz olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.

33|61|Məlunlar kimi, harada ələ keçsələr, mütləq tutulub öldürülərlər.

33|62|Allahın öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!

33|63|Camaat səndən o saat barədə soruşar. De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat yaxındır.

33|64|Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır.

33|65|Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcəklər.

33|66|Üzləri odda çevrildiyi gün onlar: “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” –deyəcəklər.

33|67|Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. |68|Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lənətə düçar elə!”

33|69|Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah onların dediklərindən təmizə çıxartdı. O, Allah yanında çox hörmətli idi.

33|70|Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!

33|71|Əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar.

33|72|Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir.

33|73|Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə. Allah bağışlayandır, rəhm edəndir!

34. Səba

34|1|Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, xəbərdardır!

34|2|Yerə daxil olanı da, çıxanı da, göydən enəni də, qalxanı da O bilir. O, rəhm edəndir, bağışlayandır!

34|3|İnkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir!” –dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!”

34|4|iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onları bağışlanma və tükənməz ruzi gözləyir!

34|5|Ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə şiddətli, iyrənc bir əzaba düçar olacaqlar.

34|6|Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yolunu göstərdiyini görürlər.

34|7|Kafirlər dedilər: “Sizə siz parça-parça olub dağılandan sonra yenidən yaradılacağınızı xəbər verən bir adam göstərəkmi? |8|Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?” Xeyr, axirətə inanmayanlar özləri əzab içində, uzaq bir zəlalət içindədirlər.

34|9|Məgər onlar başlarının üstündəki göyü və ayaqlarının altındakı yeri görmürlərmi? Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib dönən hər bir bəndə üçün ibrət vardır!

34|10|Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: “Siz ey dağlar, siz ey quşlar! Onunla birlikdə Allahı təqdis edib şəninə təriflə deyin!” –deyə buyurduq və dəmiri onun yumşaltdıq.

34|11|“Geniş, uzun zirehlər düzəlt, toxuduğun zaman ölçüyə riayət et! Və yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!”

34|12|Süleymana da küləyi ram etdik. O səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq.

34|13|Onun üçün nə istəsə - məbədlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! şükranlıqla itaət edin! Bəndələrimdən şükür edəni azdır!

34|14|Sonra ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara ancaq əsasını yeyən bir ağac qurdu xəbər verdi. O, yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar.

34|15|Səba yurdunda bir nişanə var idi. Sağdan və soldan iki bağça var idi. “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl bir diyar, bağışlayan bir Rəbbdir!”

34|16|Lakin onlar üz döndərdilər, Biz də üstlərinə Ərim selini göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik.

34|17|Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?

34|18|Onların yurdu ilə bərəkət verdiyimiz məmləkətlət arasında bir-birinə bitişik qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdıq. “Gecələri-gündüzləri orada arxayın gəzib-dolanın!”

34|19|Lakin onlar: “Ey Rəbbimiz! Səfərlərimizin arasını uzaq et!” –dedilər və öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. Həqiqətən, bunda səbir, çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!

34|20|İblisin onlar haqqındakı zənni düz çıxdı. Bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu.

34|21|Əslində onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün. Sənin Rəbbin hər şeyi hifz edəndir!

34|22|De: “Allahdan başqa tanrı zənn etdiklərinizi çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda bir şərikliyi var, nə də onlardan bir köməkçisi var!

34|23|Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz. Nəhayət, ürəklərindən o qorxu çıxınca onlar: “Rəbbiniz nə buyurdu?” –deyə soruşar, o biriləri də: “Haqqı! O, ucadır, böyükdür!” –deyə cavab verərlər.

34|24|De: “Göylərdə və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə doğru yolda olan, yaxud açıq-aydın azan bizik, yoxsa siz?”

34|25|De: “Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq!

34|26|De: “Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən bilən ancaq Odur!”

34|27|De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr. Yenilməz qüvvət, hikmət sahibi ancaq O Allahdır!”

34|28|Biz səni bütün insanlara müjdə verən, xəbərdar edən olaraq göndərdik. Lakin insanların əksəriyyəti bilməz!

34|29|Onlar: “Əgər doğru danışırsınızsa, bu vəd nə vaxt yerinə yetəcəkdir?” –deyə soruşarlar.

34|30|Belə de: “Sizə vəd olunmuş bir gün vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!”

34|31|kafir olanlar dedilər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanırıq!” Kaş sən o zalımları Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları və acizlərin özlərini yuxarı tutanlara: “Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq!” –dedikləri zaman görəydin.

34|32|Özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: “Əcaba, sizə doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz özünüz günahkar idiniz”

34|33|Acizlər özlərini yuxarı tutanlara deyərlər: “Xeyr bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq etdikləri əməllərin cəzasını çəkərlər.

34|34|Biz hər hansı bir məmləkətə xəbərdarlıq edən göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri inkar edirik!” –dedilər.

34|35|Onlar: “Bizim mal-dövlətimiz və övladımız daha çoxdur və bizə əzab da verilməyəcəkdir” –dedilər.

34|36|De: “Rəbbim istədiyinin ruzisini artırar və azaldar. Lakin insanların əksəriyyəti bilməz!”

34|37|Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarından əmin-amanlıq içində yaşayacaqlar.

34|38|Aciz buraxacaqlarını sanaraq ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə gətirilib əzaba düçar ediləcəklər.

34|39|De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, azaldar. Nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”

34|40|O gün onları bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: “Bunlar sizəmi ibadət edirdilər?”

34|41|“Sən paksan, müqəddəssən. Bizin ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti onlara iman gətirmişdi”, -deyə cavab verəcəklər.

34|42|Bu gün bir-birinizə nə bir xeyir nə də bir zərər verə bilərsiniz. Zalımlara da: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” – deyəcəyik.

34|43|Ayələrimiz onlara açıq-aşkar olaraq oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!” deyər, “Bu, uydurma yalandan başqa bir şey deyildir!” söyləyərlər. Kafir olanlara haqq gəldikdə onun barəsində: “Bu yalnız açıq-aşkar bir sehrdir!” –deyərlər.

34|44|Halbuki Biz onlara oxuyacaqları bir kitab verməmiş və səndən əvvəl də özlərinə xəbərdarlıq edən göndərməmişdik.

34|45|Onlardan əvvəlkilər də təkzib etmişdilər. Bunlar onlara verdiklərimizin onda birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. Mənim inkar etməyim necə oldu!

34|46|De: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə iki-iki, bir-bir durun, sonra da bir dərindən düşünün, sizin yoldaşınızda heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla sizi xəbərdar edəndir!”

34|47|De: “Mən sizdən heç bir muzd istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!”

34|48|De: “Rəbbim haqqı nazil edər. O, qeybi ən yaxşı biləndir!”

34|49|De: “Haqq gəldi. Batil bir də nə gözə görünər, nə də geri qayıdar!”

34|50|De: “Əgər mən azsam, bunun zərəri ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi sayəsindədir. Həqiqətən, O, eşidəndir, yaxındır.

34|51|Sən onları bir qorxduqları zaman görəydin! Artıq qaçıb can qurtarmağa heç bir imkan yox, özləri də yaxın bir yerdə yaxalanmışlar.

34|52|Onlar: “Ona inandıq!” –deyirlər. Amma uzaq bir yerdən əlləri necə çata bilər?!

34|53|Halbuki onlar bundan əvvəl onu inkar etmişdilər və uzaq bir yerdən qeybə atırdılar.

34|54|Artıq onlarla istədikləri şey arasında əngəl törədilmişdir. Daha öncə özlərinə bənzər kəslər barəsində də belə edilmişdir. Çünki onlar da dərin bir şəkk içində idilər.

35. Fatir

35|1|Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri elçi edən Allaha həmd olsun! Məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!

35|2|Allahın insanlara əta etdiyi mərhəmətə heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

35|3|Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə döndərilirsiniz?

35|4|Əgər səni təkzib etsələr, Səndən əvvəl də Rəsullar təkzib olunmuşdu. Bütün işlər ancaq Allaha qayıdacaqdır!

35|5|Ey insanlar! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan da sizi tovlayıb yoldan çıxartmasın!

35|6|Həqiqətən, Şeytan sizin düşməninizdir, onu düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.

35|7|Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı işlər görənləri isə bağışlanma və böyük bir mükafat gözləyir!

35|8|Pis əməli özünə yaxşı göstərilib onu yaxşı görən Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar. Artıq onlara görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini biləndir!

35|9|Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz quru bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. Diriltmək də belədir!

35|10|Hər kəs izzət-qüdrət istəsə, bütün izzət-qüdrət ancaq Allaha məxsusdur. Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar. Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.

35|11|Allah sizi torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.

35|12|İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat, digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət yeyir, taxdığınız bəzəklər çıxardırsınız. Onun lütfündən ruzi diləyib axtarmağınız üçün gəmilərin də orada yara-yara üzdüyünü görürsən. Bəlkə, şükür edəsiniz.

35|13|Gecəni gündüzə, güzdüzü də gecəyə qatar. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən müddətədək dövr edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər.

35|14|Əgər siz onları çağırsanız, onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin şərik qoşduğunuzu danacaqlar. Heç kəs sənə hər şeydən xəbərdar olan kimi xəbər verə bilməz!

35|15|Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir. O, şükrə layiqdir!

35|16|Əgər istəsə, sizi yox edib başqa bir məxluq gətirər.

35|17|Bu, Allah üçün çətin deyildir!

35|18|Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün çağırsa və yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. Sən ancaq Rəbbindən görmədikləri halda qorxanları və namaz qılanları qorxudub xəbərdar edirsən. Her kəs təmizlənsə, özü üçün təmizlənmiş olar. Axır dönüş ancaq Allahadır!

35|19|Kor ilə görən eyni olmaz.

35|20|Zülmətlə nur da!

35|21|Kölgə ilə isti.

35|22|Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən!

35|23|Sən ancaq xəbərdarlıq edənsən!

35|24|Doğrudan da, Biz səni haqla müjdə verən və xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən xəbərdarlıq edən gəlib-getməsin!

35|25|Əgər onlar səni yalançı saysalar. Onlardan əvvəlkilər də yalançı hesab etmişdilər. Halbuki Rəsulları onlara açıq-aşkar dəlillər, səhifələr və nurani kitab gətirmişdilər.

35|26|Sonra Mən o küfr edənləri yaxaladım. Mənim onları inkar etməyim necə oldu!

35|27|Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli – ağ, qırmızı, tünd qara yollar peyda etdik.

35|28|İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır!

35|29|Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət umarlar ki, |30| onlara mükafatlarını versin və Öz lütfündən onlara artırsın! Həqiqətən, bağışlayandır, qədirbiləndir!

35|31|Kitabdan Sənə vəhy etdiyimiz, onların əllərindəkini təsdiq edici olaraq haqqdır. Şübhəsiz ki, Allah bəndələrindən xəbərdardır, görəndir.

35|32|Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük lütfdür!

35|33|Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.

35|34|Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!  |35|Elə bir Rəbb ki, Öz lütfü ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət toxunacaqdır!”

35|36|Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!

35|37|Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki edirik!” “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə xəbərdarlıq edən də, gəlmişdi. Dadın! Zalımların imdadına çatan olmaz!”

35|38|Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. O, ürəklərdə olanları da biləndir!

35|39|Sizi yer üzünün varisləri edən Odur. Küfr edənin küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrü onların ancaq ziyanını artırar!

35|40|De: “Mənə bir göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar bir-birinə ancaq yalan vəd verirlər.

35|41|Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, həlimdir, bağışlayandır!

35|42|Özlərinə xəbərdarlıq edən gələcəyi təqdirdə hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara xəbərdarlıq edən gəldikdə bu ancaq onların nifrətini artırdı.

35|43|Yer üzündə təkəbbür göstərmələri və pis əməlləri ucbatından idi. Pis əməl ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti üzrə əvvəlkilərin düçar olduqları müsibətlərimi gözləyirlər? Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!

35|44|Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O biləndir, qadirdir!

35|45|Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfəri belə qoymazdı. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda. Çünki Allah öz bəndələrini görəndir!

36. Ya, Sin

Mərhəmətli, Rəhmli, Allahın adı ilə.

36|1|Ya, Sin!

36|2|Hikmətlə dolu Qurana and olsun ki,

36|3|Sən, həqiqətən, göndərilən Rəsullardansan!

36|4|Düz yoldasan!

36|5|Bu Quran yenilməz qüvvət sahibi, mərhəmətli olan tərəfindən nazil edilmişdir ki, |6|ataları xəbərdar edilməmiş və qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!

36|7|And olsun ki, onların əksəriyyəti barəsində o söz gerçək olmuşdur, çünki onlar iman gətirməzlər.

36|8|Biz onların boyunlarına dəmir həlqələr keçirtmişik. Onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir.

36|9|Biz onların önlərinə və arxalarına sədd çəkib bağlamışıq. Buna görə də görmürlər.

36|10|Sən onlara xəbərdarlıq etsən də, etməsən də, onlar çün birdir: “iman gətirməzlər!“

36|11|Sən ancaq Qurana tabe olub, Rəhmandan görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə bağışlanacağı və çox gözəl bir mükafata nail olacağı ilə müjdə ver!

36|12|Həqiqətən, ölüləri dirildən, onların nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda təsbit etmişik.

36|13|Sən onlara o şəhər əhlini misal çək! O zaman ki, onlara elçilər gəlmişdi.

36|14|O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik!”

36|15|“Siz də bizim kimi ancaq adi bir insansınız. Rəhman heç bir şey nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!” –dedilər.

36|16|Dedilər: “Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər olduğumuzu bilir. |17|Bizim vəzifəmiz yalnız açıq-aşkar təbliğ etməkdir!”

36|18|Dedilər: “Biz sizdə bir nəhslik gördük. Həqiqətən, əgər əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”.

36|19|Dedilər: “Sizin nəhsliyiniz öz ucbatınızdandır. Məgər sizə öyüd-nəsihət verildikdə! Xeyr, siz həddi aşan bir camaatsınız!”

36|20|Şəhərin ən ucqar tərəfindən bir kişi çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun! |21|Sizdən heç bir muzd istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin! |22|Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də Onun hüzuruna qaytarılacaqsınız! |23|Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. |24|Belə olacağı təqdirdə mən açıq-aşkar azmış olaram. |25|Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin!”

36|26|Ona: “Cənnətə daxil ol! –deyildi. Dedi: “Kaş qövmüm biləydi ki, |27|Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”

36|28|Ondan sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

36|29|Ancaq dəhşətli bir səs oldu. Dərhal məhv olub getdilər.

36|30|Vay bu bəndələrin halına! Onlara elə bir Rəsul gəlməz ki, ona istehza etməsinlər!

36|31|Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi?

36|32|Hamı, hamı Bizim hüzurumuza gətiriləcəkdir!

36|33|Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər.

36|34|Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, |35|Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Hələ də şükür etməzlər?

36|36|Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pakdır, müqəddəsdir!

36|37|Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar.

36|38|Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allahın təqdiridir.

36|39|Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar.

36|40|Nə günəş aya çatar, nə də gecə gündüzü ötə bilər. hər biri, bir göydə üzər.

36|41|Övladlarını dolu gəmiyə mindirməyimiz də onlar üçün bir dəlildir.

36|42|Onlar üçün bunun kimi minik vasitələri də yaratdıq.

36|43|Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar.

36|44|Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər dolanıb keçinmələri üçün.

36|45|Onlara: “Önünüzdə və arxanızda olandan qorxun ki, bəlkə, rəhm olunasınız!” –deyildikdə.

36|46|Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!

36|47|Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!” –deyildiyi zaman, kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!” –deyərlər. Siz sadəcə olaraq açıq-aşkar azmısınız.

36|48|Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd nə vaxt yerinə yetəcək?” –deyərlər.

36|49|Onlar bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli səsə bənddirlər.

36|50|Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!

36|51|Sur çalınan kimi qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar.

36|52|Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? “Bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Rəsullar doğru deyirlərmiş!”

36|53|Yalnız bir dəhşətli səs qopan kimi onlar hamısı qarşımızda hazır duracaqlar.

36|54|Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!

36|55|Cənnət əhli bu gün keflə məşğuldur.

36|56|Onlar və zövcələri kölgəliklərdə taxtlara söykənmişlər.

36|57|Orada onlar üçün meyvə və istədikləri hər şey vardır.

36|58|Rəhmli Rəbbdən “salam” deyiləcəkdir.

36|59|“Ey günahkarlar! Bu gün ayrılın!”

36|60|Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir |61|Və Mənə ibadət edin, doğru yol budur?!

36|62|Həqiqətən, içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

36|63|Bu sizə vəd olunan Cəhənnəmdir!

36|64|Kafir olduğunuza görə bu gün girin ora, yanın!

36|65|Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.

36|66|Əgər istəsəydik, gözlərini büsbütün kor edərdik və onda onlar yolda bir-birini ötməyə çalışardılar. Amma necə görə bilərdilər?

36|67|Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər.

36|68|Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq. Məgər dərk etməzlərmi?

36|69|Biz ona şer öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq zikr və açıq-aşkar Qurandır ki, |70|Onunla diri olanları xəbərdar etmək və o deyilən söz kafirlər barəsində gerçək olsun.

36|71|Məgər Bizim Öz əllərimizlə onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!

36|72|Bunları onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də.

36|73|Onların mənfəətləri və içəcəkləri də var. Hələ də şükür etməzlərmi?

36|74|Bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar qəbul etdilər.

36|75|Onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün hazır əsgərlərdir.

36|76|Onların sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.

36|77|Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə açıq bir düşmən kəsilərək, |78|Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” –deyə, hələ Bizə bir məsəl də çəkdi.

36|79|De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! |80|O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.

36|81|Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə! Yaradan, bilən Odur!

36|82|Bir şeyi istədiyi zaman buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar.

36|83|Hər şeyin hökmü əlində olan pakdır, müqəddəsdir. Siz də Onun hüzuruna qaytarılacaqsınız!

37. Səff-Səff Duranlar

Mərhəmətli, Rəhmli, Allahın Adı ilə…

37|1|And olsun səf-səf duranlara;

37|2|Qovduqca qovanlara

37|3|Və Zikr edərək oxuyanlara!

37|4|Həqiqətən, sizin Allahınız birdir!

37|5|O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi Odur.

37|6|Biz ən yaxın olan göy üzünü ulduzlarla bəzədik.

37|7|İtaətdən çıxmış hər bir şeytandan qoruduq.

37|8|Onlar ali bəzmə qulaq asa bilməz və hər tərəfdən qovulub atılar.

37|9|Kənar edilərlər. Onları daimi bir əzab göyləyir!

37|10|Ancaq çırpışdıran olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz təqib edər.

37|11|İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı? Axı Biz onları yapışqan bir palçıqdan yaratdıq.

37|12|Bəli, sən onlara təəcüblənirsən, onlar isə istehza edirlər.

37|13|Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.

37|14|Bir möcüzə gördükdə isə ona istehza edərlər.

37|15|Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir. |16|Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?! |17|Eləcə də əvvəlki atalarımız?!”

37|18|De: “Bəli, özü də zəlil olaraq”.

37|19|O yalnız dəhşətli bir səsdən ibarətdir. Onlar dərhal baxacaqlar.

37|20|Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab günüdür!”

37|21|“Bu yalan hesab etdiyiniz ayırd etmə günüdür!”

37|22|“Yığın bir yerə zülm edənləri, onların həmtaylarını və ibadət etdiklərini - |23|Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin! |24|Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”

37|25|“Sizə nə olub ki, bir-birinizə kömək edə bilmirsiniz?”

37|26|Bəli, onlar bu gün təslim olmuşlar!

37|27|Onların bir qismi digəri ilə çənə-boğaz olmağa başlayacaq.

37|28|Deyəcəklər: “Siz bizim yanımıza and-amanla gəlirdiniz.”

37|29|Deyəcəklər: “Xeyr, siz inanmırdınız. |30|Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz azğın bir qövm idiniz. |31|Buna görə də Rəbbimizin sözü bizim barəmizdə gerçəkləşdi. Biz mütləq dadacağıq! |32|Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!”

37|33|O gün hamısı əzaba şərik olacaqlar.

37|34|Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.

37|35|Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur!” –deyildiyi zaman təkəbbür göstərirdilər. |36|Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” –deyirdilər.

37|37|Xeyr, O, haqla gəldi və göndərilmiş Rəsulları təsdiq etdi.

37|38|Siz şiddətli əzabı mütləq dadacaqsınız!

37|39|Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.

37|40|Allahın müxlis bəndələri isə müstəsnadırlar.

37|41|Məhz onlar üçün məlum bir ruzi vardır.

37|42|Növbənöv meyvələr vardır. Onlar hörmətə nail olacaqlar – |43|Nəim cənnətlərində.

37|44|Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.

37|45|Onlar üçün məin dolu piyalələr dolandırılacaqdır.

37|46|Ağappaq, özü də içənlərə ləzzət verən.

37|47|Onun içində ağlı başdan çıxaran heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.

37|48|Onların yanında gözəl, baxışları dikilmiş zövcələr olacaqdır.

37|49|Onlar, sanki örtülü yumurtadırlar.

37|50|Onlar bir-biri ilə sorğu-suala başlayacaqlar.

37|51|Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi.

37|52|O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki, |53|Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra sorğu-sual olunacağıq?”

37|54|Deyəcək: “Siz bilirsinizmi?”

37|55|O özü baxıb onu Cəhənnəmin ortasında görəcək

37|56|Və deyəcəkdir: “Allaha and olsun ki, sən az qala məni məhv edəcəkdin! |57|Əgər Rəbbimin lütfü olmasaydı, mən də gətirilənlərdən olardım! |58|Biz artıq ölməyəcəyik, elə deyilmi? |59|ilk ölümümüz istisna olmaqla! Biz, əzab da görməyəcəyik!”

37|60|Həqiqətən, bu, böyük qurtuluşdur!

37|61|Qoy çalışanlar bunun üçün çalışsınlar!

37|62|Qonaq olmağa bu yaxşıdır, yoxsa zəqqum ağacı?

37|63|Biz onu zalımlar üçün bir bəla etdik.

37|64|O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən çıxar.

37|65|Onun meyvəsi şeytanların başı kimidir.

37|66|Onlar ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.

37|67|Sonra onlar üçün qaynar su ilə qatışmış irin vardır.

37|68|Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!

37|69|Çünki onlar atalarını azmış gördülər.

37|70|Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər.

37|71|Həqiqətən, onlardan əvvəlkilərin əksəriyyəti azmışdı.

37|72|And olsun ki, Biz onlara xəbərdarlıq edənlər göndərmişdik.

37|73|Bir gör o xəbərdar olunanların axırı necə oldu!

37|74|Yalnız Allahın sadiq bəndələrindən başqa!

37|75|Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!

37|76|Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq.

37|77|Məhz onun nəslini baqi etdik.

37|78|Sonralar gələnlər içərisində onun üçün qoyduq.

37|79|“Bütün aləmlər içərisində Nuha salam olsun!”

37|80|Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

37|81|Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!

37|82|Sonra başqalarını suda boğduq.

37|83|Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi.

37|84|O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.

37|85|Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz? |86|Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz? |87|Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”

37|88|Ulduzlara bir nəzər saldı.

37|89|Və dedi: “Mən xəstəyəm!”

37|90|Ondan üz çevirib getdilər.

37|91|Xəlvətcə onların tanrılarının yanına gedib dedi: “Məgər yeməyəcəksiniz? |92|Sizə nə olub ki, danışmırsınız?”

37|93|Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.

37|94|Yüyürə-yüyürə onun yanına gəldi.

37|95|Dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? |96|Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”

37|97|Onlar dedilər: “Bunun üçün bir bina tikin, özünü də oda atın!”

37|98|Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil bir vəziyyətə saldıq.

37|99|Dedi: “Mən Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!”

37|100|Dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan bəxş et!”

37|101|Biz də ona həlim xasiyyətli bir oğlan uşağı ilə müjdə verdik.

37|102|O, yüyürüb qaçmaq çağına çatdıqda dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”

37|103|Onların hər ikisi təslim olduğu və üzüstə yerə yıxdığı zaman

37|104|Biz ona belə xitab etdik: “Ya İbrahim! |105|Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

37|106|Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.

37|107|Biz ona böyük bir qurbanlıq əvəz verdik.

37|108|Sonradan gələnlər arasında onun üçün qoyduq.

37|109|“İbrahimə salam olsun!”

37|110|Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

37|111|Şübhəsiz ki, O, Bizim, mömin bəndələrimizdən idi!

37|112|Ona salehlərdən olan İshaqın Nəbi olacağı ilə müjdə verdik.

37|113|Biz ona İshaqa bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!

37|114|Biz Musa və Haruna da nemət bəxş etdik.

37|115|Onların hər ikisini böyük fəlakətdən qurtardıq.

37|116|Onlara yardım etdik və onlar qalib gəldilər.

37|117|Onların hər ikisinə açıq-aydın o kitabı verdik.

37|118|Onların hər ikisini doğru yola müvəffəq etdik.

37|119|Sonradan gələnlər içərisində onların hər ikisi üçün qoyduq.

37|120|“Musaya və Haruna salam olsun!”

37|121|Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

37|122|Şübhəsiz ki, onların hər ikisi Bizim mö’min bəndələrimizdən idi.

37|123|Həqiqətən, İlyas da göndərilənlərdəndir!

37|124|Bir zaman o öz tayfasına belə demişdi: “Məgər Allahdan qorxmursunuz? |125|Məgər siz yaradanların ən yaxşısını qoyub Bələ ibadət edirsiniz? |126|Həm sizin Rəbbiniz, həm də əvvəlki atalarınızın Rəbbi olan Allahımı?”

37|127|Lakin onlar onu təkzib etdilər, buna görə də gətiriləcəklər.

37|128|Yalnız Allahın müxlis bəndələrindən başqa!

37|129|Sonradan gələnlər arasında onun üçün qoyduq.

37|130|“İlyasinə salam olsun!”

37|131|Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

37|132|Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!

37|133|Həqiqətən, Lut da göndərilənlərdəndir!

37|134|Yadına sal ki, Biz o vaxt onu və bütün ailəsini xilas etdik.

37|135|Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan başqa!

37|136|Sonra isə başqalarını yox etdik.

37|137|Siz səhər vaxtı onların yurdundan keçirsiniz;

37|138|Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?

37|139|Həqiqətən, Yunis də göndərilənlərdəndir!

37|140|Yadına sal ki, bir zaman o, dolu bir gəmiyə qaçmışdı.

37|141|Püşk atmış və məğlub edilənlərdən olmuşdu.

37|142|Özünü qınayarkən balıq onu udmuşdu.

37|143|Əgər o, çox təqdis edənlərdən olmasaydı, |144|Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.

37|145|Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə atdıq.

37|146|Və üstündə iri yarpaqlı bir ağac bitirdik.

37|147|Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.

37|148|Nəhayət, onlar ona iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək gün-güzəran verdik.

37|149|Soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?”

37|150|Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da şahid olublar?!

37|151|Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:

37|152|“Allah övlad törətmişdir”. Onlar, həqiqətən, yalançıdırlar!

37|153|Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur?!

37|154|Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?

37|155|Heç düşünürsünüz?!

37|156|Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!

37|157|Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!

37|158|Onunla cinlər arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların gətiriləcəyini bilirlər.

37|159|Allah Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır!

37|160|Allahın müslis bəndələri isə istisnadır.

37|161|Nə siz, nə də ibadət etdikləriniz

37|162|Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz;

37|163|Yalnız Cəhənnəmə girəcək kimsədən başqa!

37|164|“Bizdən elə birisi yoxdur ki, onun müəyyən bir yeri olmasın!

37|165|Həqiqətən, biz səf-səf dururuq.

37|166|Və təqdis edib şəninə təriflər deyirik.

37|167|Təkidlə belə deyirdilər:

37|168|“Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi, |169|Biz də mütləq Allahın müxlis bəndələri olardıq!”

37|170|Amma onu inkar etdilər. Onlar mütləq biləcəklər.

37|171|And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi:

37|172|“Onlar mütləq qalib gələcəklər. |173|Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!”

37|174|Sən bir müddət onlardan üz çevir!

37|175|Və onlara bax! Onlar mütləq görəcəklər!

37|176|Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər?

37|177|Onlara yetişdikdə qorxudulanların sabahı necə də pis olacaq!

37|178|Sən onlardan bir müddət üz çevir!

37|179|Və onlara bax! Onlar mütləq görəcəklər!

37|180|Sənin Rəbbin – yenilməz qüvvət sahibi olan Rəbbin Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!

37|181|Peyğəmbərlərə salam olsun!

37|182|Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

38. Sad

Mərhəmətli, Rəhmli Allahın Adı ilə…

38|1|Sad! öyüd-nəsihətlə dolu Qurana and olsun!

38|2|Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər.

38|3|Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq qaçıb can qurtarmaq vaxtı deyildi.

38|4|Onlar öz içərilərindən özlərinə xəbərdarlıq edənin gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır! |5|Əcaba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.

38|6|Onların əyanları çıxıb gedərək belə dedilər: “Gedin öz tanrılarınıza möhkəm olun. İstənilən şey budur. |7|Biz bunu sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır. |8|Məgər Quran aramızdan onamı nazil olmuşdur?!”. Doğrusu, onlar Mənim Qur’anım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar!

38|9|Yoxsa Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət xəzinələri onlara məxsusdur?!

38|10|Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?! Elə isə qoy iplərdən yapışıb qalxsınlar!

38|11|Onlar burada müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.

38|12|Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət sahibi Firon da, təkzib etmişdi.

38|13|Eləcə də Səmud, Lut qövmü, Əykə əhli – bu firqələrin

38|14|Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım vacib oldu.

38|15|Bunlar yalnız bir dəhşətli səsə bənddirlər. O, bir an belə gecikməz!

38|16|Onlar: “Ey Rəbbimiz! Tez ol, bizim payımızı haqq-hesab günü gəlməmişdən əvvəl ver!” –dedilər.

38|17|Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi.

38|18|Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə təqdis edib şəninə təriflər deyərdilər.

38|19|Biz quşları da toplu halda, hamısı ona tərəf yönəlməkdə idi.

38|20|Biz onun mülkünü möhkəmləndirmiş, ona hikmət və düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik.

38|21|Sənə dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar Davuda məxsus məbədə divardan aşıb gəlmişdilər.

38|22|Onlar Davudun yanına gəlikdə onlardan qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama və bizə doğru yolu göstər!”

38|23|“Bu mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır. Belə bir vəziyyətdə: “Onu mənə ver!” –dedi və mübahisədə məni məğlub etdi”.

38|24|dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da çox azdırlar!” Davud Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.

38|25|Biz bunu ona bağışladıq. Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır.

38|26|Ya Davud! Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!

38|27|Biz göyü, yeri və onların arasında olanları boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!

38|28|Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!

38|29|Sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar!

38|30|Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi.

38|31|Axşamüstü ona cins, çapar atlar göstərildiyi zaman |32|O, dedi: “Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, qeyb olub gizləndi.”

38|33|“Onları mənə qaytarın!” Onların qıçlarını və boyunlarını sığallamağa başladı.

38|34|And olsun ki, Biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə bir cəsəd atdıq. Sonra o qayıtdı.

38|35|Dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan sahibisən!

38|36|Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.

38|37|Şeytanlardan olan hər bir bənnanı və qəvvası, |38|Eləcə də başqalarını zəncirlənmiş halda 

38|39|“Bu Bizim ehsanımızdır, ver, yaxud vermə! O, saysız-hesabsızdır”.

38|40|Həqiqətən, O, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır.

38|41|Bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”

38|42|“Ayağınla vur! Bu, yuyunacaq və içiləcək sərin!”

38|43|Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də bağışladıq.

38|44|“Əlinə bir dəstə götür və onunla vur. Andını pozma. Biz onu səbr edən gördük. Nə gözəl bəndə! O, sığınan bir kimsə idi.

38|45|Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et!

38|46|Biz yurdu anmaq xislətini onlara məxsus elədik.

38|47|Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!

38|48|İsmaili, əl-Yəsəi və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!

38|49|Bu, yada salmaqdır. Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri gözləyir!

38|50|Qapıları onlar üçün açılmış Ədn cənnətləri!

38|51|Onlar orada söykənib cürbəcür meyvələr və içkilər istəyəcəklər.

38|52|Onların yanında gözlərini dikmiş həmyaşıdlar olacaqdır.

38|53|Haqq-hesab günü üçün vəd olunduğunuz bunlardır.

38|54|Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.

38|55|Bu belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri -

38|56|Cəhənnəm. Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!

38|57|Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!

38|58|Ona bənzər daha başqa-başqa vardır.

38|59|“Bu sizinlə birlikdə daxil olan dəstədir. “Onlar rahatlıq üzü görməsinlər! Onlar Cəhənnəmə daxil olanlardır!”

38|60|Belə deyəcəklər: “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! Bunu bizim üçün siz hazırladınız. Bir baxın necə də pis məskəndir!

38|61|Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!”

38|62|Deyəcəklər: “pis adamlar saydığımız kəsləri niyə burda görmürük? |63|Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar gözə dəymirlər?!”

38|64|Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi bir həqiqətdir!

38|65|De: “Mən yalnız xəbərdarlıq edənəm. Bir olan, qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur! |66|O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.”

38|67|De: “O çox böyük xəbərdir! |68|Siz isə ondan üz döndərirsiniz! |69|Mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi. |70|Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur”.

38|71|Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. |72|Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin!”

38|73|Buna görə də mələklərin hamısı birlikdə səcdə etdi;

38|74|Yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.

38|75|Buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”

38|76|Dedi: “Mən ondan daha yaxşıyam. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”

38|77|Buyurdu: “Çıx ordan. Sən qovulmuşun birisən! |78|Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!”

38|79|Dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”

38|80|Buyurdu: “Sən möhlət verilənlərdənsən, |81|Vaxtı məlum olan günə qədər!”

38|82|Dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam; |83|Yalnız Sənin sadiq bəndələrindən başqa!” 

38|84|Buyurdu, “Həqiqətən, doğru deyirəm,|85|And olsun ki, Mən Cəhənnəmi səninlə və sənə uyanların hamısı ilə dolduracağam!”

38|86|De: “Mən buna görə sizdən heç bir əcr istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! |87|Bu aləmlərə ancaq bir öyüd-nəsihətdir! |88|Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq biləcəksiniz!”

39. Zumər

Mərhəmətli Rəhmli Allahın Adı ilə

39|1|Kitabın nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!

39|2|Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et!

39|3|Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!

39|4|Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçərdi. O, pakdır, müqəddəsdir! O, bir olan, qəhr edən Allahdır!

39|5|Göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən bir müddətədək hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır!

39|6|Allah sizi tək bir nəfərdən xəlq etdi. Sonra onun özündən həmtayını yaratdı. O, heyvanlardan səkkiz cift əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə döndərilirsiniz?

39|7|Əgər küfr etsəniz. Çünki Allah sizə əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə nə etdiklərinizi xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!

39|8|İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və Allah yolundan çıxartmaq üçün Ona şəriklər qoşar. De: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”

39|9|Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən?! De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! yalnız ağıl sahibləri ibrət alar!”

39|10|De: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə yaxşılıq vardır. Allahın yeri genişdir. Yalnız səbr edənlərə saysız-hesabsız mükafat veriləcəkdir!”

39|11|De: “Mənə dini məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur! |12|Mənə ilk müsəlman olmaq buyurulmuşdur!”

39|13|De: “Əgər Rəbbimə asi olsam.., doğrusu, böyük günün əzabından qorxuram!”

39|14|De: “Mən Allaha dinimi yalnız Ona məxsus edərək tapınıram! |15|Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!”

39|16|Onların üstlərində və altlarında oddan sipər vardır. Allah Öz bəndələrini bununla qorxudur. Ey bəndələrim! Məndən qorxun!

39|17|Tağuta ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. Bəndələrimə müjdə ver!

39|18|O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!

39|19|Məgər sən haqqında əzab sözü vacib olmuş kimsəni?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?!

39|20|Lakin Rəbbindən qorxanları bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!

39|21|Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o quruyar, sən onu saralmış görərsən. Sonra da onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!

39|22|Məgər Allahın köksünü islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?! Elə isə vay qəlbləri Allahın zikrinə qarşı sərt olanların halına! Onlar açıq-aydın azmışlar.

39|23|Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!

39|24|Məgər qiyamət günü şiddətli əzabdan üzü ilə qorunan?! Zalımlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” –deyilər.

39|25|Onlardan əvvəlkilər də təkzib etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.

39|26|Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər!

39|27|Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər!

39|28|Biz nöqsansız-qüsursuz ərəbcə bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər.

39|29|Allah bir məsəl çəkir: “Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var. Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd ancaq Allaha məxsusdur, lakin onların əksəriyyəti bilməz!

39|30|Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!

39|31|Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.

39|32|Allaha qarşı yalan uydurub söyləyən, özünə gələn həqiqəti təkzib edən kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?!

39|33|Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir.

39|34|Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur!

39|35|Allah onların etdikləri ən pis işlərin üstünü örtəcək və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır.

39|36|Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.

39|37|Allahın doğru yola saldığı kimsəni də heç kəs yoldan çıxarda bilməz. Məgər Allah yenilməz qüvvət sahibi, intiqam sahibi deyilmi?!

39|38|Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” –deyə soruşsan, mütləq: “Allah!” –deyə cavab verəcəklər. De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!”

39|39|De: “Ey qövmüm! Siz özünüzə uyğun tərzdə işinizi görün, mən də özümə münasib şəkildə işimi görəcəyəm. Siz mütləq biləcəksiniz ki, |40|Rüsvayçı əzab kimə gələcək, kim həmişəlik əzaba düçar olacaqdır!”

39|41|Biz Kitabı insanlar üçün sənə haqq olaraq nazil etdik. Kim doğru yolda olsa, özü üçün olar. Kim çıxsa, zərəri özünə yetişər. Sən onlara vəkil deyilsən!

39|42|Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar. Digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün əlamətlər vardır!

39|43|Yoxsa onlar Allahdan qeyrilərini şəfaətçi etdilər? De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda?!”

39|44|De: “Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü Onun əlindədir. Sonra siz Onun hüzuruna qaytarılacaqsınız!”

39|45|Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər.

39|46|De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları barəsində Sən hökm edəcəksən!”

39|47|Yer üzündə nə varsa, hamısı, üstəlik bir o qədər də kafirlərin olmuş olsaydı, mütləq onun qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər. Və Allahdan onlara güman etmədikləri görünəcəkdir.

39|48|Onlara etdikləri pis əməllərin cəzası görünəcək və istehza etdikləri onları saracaqdır!

39|49|İnsana bir zərər toxunduğu zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: “Bu mənə yalnız biliyimə görə verilmişdir!” –deyər. Xeyr, bu bir imtahandır, lakin onların əksəriyyəti bilməz!

39|50|Şübhəsiz ki, bu sözü onlardan əvvəlkilər də demişdilər. Lakin qazandıqları onlara heç bir fayda vermədi.

39|51|Onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların zülm edənləri də qazandıqları günahların cəzasına düçar olacaqlar. Onlar aciz buraxan deyillər.

39|52|Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!

39|53|De: “Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! |54|Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! |55|Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə tabe olun!”

39|56|Bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən istehza edirdim!” –deməsin.

39|57|Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” –söyləməsin.

39|58|Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” –deməsin!

39|59|“Xeyr, Mənim ayələrim sənə gəlmişdi, amma sən onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun!”

39|60|Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?!

39|61|Allah müttəqilərə imanlarına görə nicat verər. Onlara pislik toxunmaz və onlar qəm-qüssə də görməzlər.

39|62|Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!

39|63|Göylərin və yerin açarları Onun əlindədir. Allahın ayələrini inkar edənlər –məhz onlar ziyana uğrayanlardır!

39|64|De: “Ey cahillər! mənə Allahdan başqasınamı ibadət etməyi əmr edirsiniz?”

39|65|Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! |66|Xeyr, yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”

39|67|Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!

39|68|Sur çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb müntəzir olacaqlar!

39|69|Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək, onlar arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!

39|70|Hər kəs öz əməlinin cəzası veriləcəkdir! Allah onların nə etdiklərini ən yaxşı biləndir!

39|71|Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən Rəsullar gəlməmişdi?” Onlar isə: “Bəli, lakin əzab sözü kafirlər barəsində vacib oldu!” –deyə cavab verəcəklər.

39|72|Belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına orada əbədi qalmaq üçün!” Təkəbbür göstərənlərin məskəni necə də pisdir!

39|73|Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və gözətçiləri: “Salam əleykum! Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” –deyəcəklər.

39|74|Onlar isə: “Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Əməllər edənlərin mükafatı necə də gözəldir!” –deyəcəklər.

39|75|Mələkləri də ərşi əhatə edərək Rəbbini həmd-səna ilə təqdis edən görəcəksən. Onların arasında ədalətlə hökm olunacaq və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” –deyiləcəkdir!

40. Mumin

40|1|Ha, Mim!

40|2|Kitabın nazil edilməsi yenilməz qüvvət sahibi olan, bilən Allahdandır-

40|3|Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır!

40|4|Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın!

40|5|Onlardan əvvəl Nuh qövmü, sonrakı firqələr də təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. Mənim cəzam necə oldu!

40|6|Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü belə gerçəkləşdi!

40|7|Ərşi daşıyanlar və onun ətrafında olanlar öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru! |8|Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənətlərinə daxil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət, hikmət sahibisən! |9|Onları pisliklərdən qoru. O gün pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük qurtuluş budur!”

40|10|Küfr edənlərə belə müraciət ediləcəkdir: “Allahın nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyükdür. Çünki siz imana dəvət olunduğunuz zaman öz küfrünüzdə davam edib dururdunuz!”

40|11|Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. İndi çıxmağa bir yol varmıdır?”

40|12|“Bu ona görədir ki, yalnız Allah çağırıldığı zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır!”

40|13|Sizə ayələrini göstərən, göydən ruzi endirən məhz Odur. Ancaq dönən kimsə ibrət alar!

40|14|Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək ibadət edin!

40|15|Dərəcələri yüksəldən, ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, görüş günü ilə xəbərdar etsin!

40|16|Elə bir gün ki, onlar çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. “Bu gün hökm kimindir?” “Bir olan, qalib olan Allahındır!”

40|17|Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm ola bilməz. Allah tez haqq-hesab çəkəndir!

40|18|Onları ürəklərin ağıza gələcəyi yaxın günlə xəbərdar et. Zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar!

40|19|Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir!

40|20|Allah ədalətlə hökm edər. Ondan başqa ibadət etdikləri isə heç bir şey hökm edə bilməzlər. Həqiqətən, Allah eşidəndir, görəndir!

40|21|Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan qoruyan bir kimsə tapılmadı.

40|22|Bu ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın möcüzələr gətirmiş, onlar isə inkar etmişdilər. Buna görə də Allah onları məhv etdi. Həqiqətən, Allah qüvvətlidir, cəzası şiddətlidir!

40|23|Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik.

40|24|Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” –dedilər.

40|25|Onların yanına dərgahımızdan haqq ilə gəldikdə onlar: “Onunla birlikdə iman gətirənlərin oğlanlarını öldürün, qadınlarını isə diri saxlayın!” –dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.

40|26|Firon dedi: “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.

40|27|Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!”

40|28|Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: “Məgər siz bir adamı: “Rəbbim Allahdır!” –deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir; yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz. |29|Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!” Firon dedi: “Mən sizə ancaq münasib gördüyüm rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm!”

40|30|O mömin adam dedi: “Ey qövmüm! Mən sizə firqələrə gəlmiş olan bir günün gəlməsindən qorxuram! |31|Nuh, Ad, Səmud qövmünün və onlardan sonra gələnlərin cəzası kimi bir cəza verilməsindən. Allah Öz bəndələrinə əsla zülm etmək istəməz! |32|Ey qövmüm! Mən sizə üz verəcək vaveyla günündən qorxuram! |33|Üz çevirib qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!”

40|34|And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, vəfat etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” –dediniz. Allah həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!

40|35|O kəslər ki, özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalımin ürəyini belə möhürləyər!

40|36|Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim – |37|Göylərin yollarına və Musanın Allahını görüm. Doğrusu, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə yaxşı göstərildi. O, yoldan çıxarıldı. Fironun hiyləsi ancaq boşa çıxdı.

40|38|O mömin adam dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım! |39|Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, axirət isə əbədi yurddur! |40|Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar! |41|Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata dəvət etdiyim halda, siz məni Cəhənnəmə dəvət edirsiniz!  |42|Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha çağırıram! |43|Şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırmaq qabiliyyəti yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. Həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər! |44|Sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!”

40|45|Beləliklə, Allah onu onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab sardı.

40|46|Onlar səhər-axşam odda yandırılarlar. Qiyamət qopduğu gün isə: “Firon əhlini ən şiddətli əzaba salın!”

40|47|O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi siz cəhənnəm odunun bir hissəsini bizdən dəf edə bilərsinizmi?!”

40|48|Təkəbbür göstərənlər deyəcəklər: “Biz hamımız oradayıq. Allah artıq Öz bəndələri arasında hökmünü vermişdir!”

40|49|Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”

40|50|Deyəcəklər: “Məgər sizə öz Rəsullarınız açıq-aşkar dəlillər gətirməmişdilər?” Onlar: “Bəli!” –deyə cavab verəcəklər. “Elə isə özünüz dua edin!” –deyəcəklər. Kafirlərin duası isə boş şeydir.

40|51|Şübhəsiz ki, Biz öz Rəsullarımıza və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik!

40|52|Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. Onları lənət və axirət yurdunun pis əzabı gözləyir.

40|53|And olsun ki, Biz Musaya doğru yolu göstərən rəhbər verdik və İsrail oğullarını kitaba varis etdik!

40|54|Ağıl sahiblərinə hidayət və öyüd-nəsihət olsun deyə!

40|55|Səbr et. Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!

40|56|Şübhəsiz ki, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür vardır. Onlar heç vaxt Ona çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, eşidəndir, görəndir!

40|57|Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu bilməz!

40|58|Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz!

40|59|O, saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz!

40|60|Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!

40|61|Sizin dincəlməyiniz üçün gecəni və gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu şükür etməz!

40|62|Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxudur! Siz necə döndərilirsiniz?

40|63|Yalnız Allahın ayələrini inkar edənlər belə döndərilərlər!

40|64|Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!

40|65|Əbədi olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. Dini yalnız Ona məxsus edərək ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

40|66|De: “Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman sizin Allahdan qeyri tapındıqlarınıza ibadət etmək mənə qadağan olunmuş, ancaq aləmlərin Rəbbinə təslim olmaq buyurulmuşdur!”

40|67|Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl öldürülənlər də var. Müəyyən bir vaxta yetişəsiniz və bəlkə, düşünüb anlayasınız deyə edilir.

40|68|Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda ona ancaq: “Ol!” –deyər, o da dərhal olar.

40|69|Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də döndərilirlər!

40|70|Kitabı və peyğəmbərlərimizə göndərdiklərimizi yalan hesab edənlər mütləq biləcəklər!

40|71|O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər

40|72|Cəhənnəmə tərəf, sonra odda yandırılacaqlar, |73|Sonra da onlara belə deyiləcəkdir: “Haradadır şərik qoşub ibadət etdikləriniz |74|Allahdan qeyri?!” Deyəcəklər: “Onlar bizdən qeyb oldular. Xeyr, biz əslində öncə heç nəyə ibadət etmirdik!” Allah kafirləri belə azdırar!

40|75|“Bu sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir! |76|Girin cəhənnəmin qapılarına orada əbədi qalmaq üçün!” Təkəbbürlülərin sığınacağı necə də pisdir!

40|77|Səbr et. Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin bir qismini sənə göstərəcək, ya da səni Öz dərgahımıza aparacağıq. Onlar Bizim hüzurumuza qaytarılıb gətiriləcəklər!

40|78|Biz səndən əvvəl də Rəsullar göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir Rəsul Allahın izni olmadan bir ayə gətirə bilməz. Allahın əmri gəldikdə ədalətlə hökm olunar. Yalan danışanlar elə oradaca ziyana uğrayarlar.

40|79|Sizin üçün minməyə heyvanlar yaradan Allahdır. Onlardan yedikləriniz də var.

40|80|Sizin üçün onlardan daha neçə-neçə mənfəətlər vardır. Ürəyinizdən keçən bir arzuya onları minməklə yetişirsiniz. Onların üstündə, gəmilərdə daşınırsınız.

40|81|O isə Öz ayələrini göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz?!

40|82|Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları onlara bir fayda vermədi.

40|83|Rəsulları onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara isə məsxərəyə qoyduqları əzab yetişdi.

40|84|Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, qoşduğumuz şərikləri isə inkar etdik!”

40|85|Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş adətinə müvafiq olaraq heç bir fayda vermədi. Kafirlər elə oradaca ziyana uğradılar.

41. Fussillət

41|1|Ha, Mim!

41|2|Mərhəmətli, Rəhmli tərəfindən nazil edilmişdir.

41|3|Ərəbcə Quran olaraq bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır.

41|4|Həm müjdə verəndir və həm də xəbərdar edən. Onların əksəriyyəti üz döndərib dinləməz.

41|5|Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən əməl et, biz də əməl etməkdəyik!”

41|6|De: “Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına! |7|O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar! |8|İman gətirib yaxşı işlər görənləri tükənməz ruzi gözləyir!”

41|9|De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir! |10|O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. |11|Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək vücuda gəldik!” –deyə cavab verdilər. |12|Allah onları yeddi göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü qəndillərlə bəzədik və hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allahın təqdiridir!”

41|13|Əgər üz döndərsələr, de: “Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla xəbərdar edirəm!”

41|14|Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: “Yalnız Allaha ibadət edin” –deyən Rəsullar gəldiyi zaman onlar: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq!” –deyə cavab vermişdilər.

41|15|Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.

41|16|Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə üstlərinə vıyıltı ilə əsən bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də olunmayacaqdır.

41|17|Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.

41|18|İman gətirib təqva sahibi olanları isə xilas etdik.

41|19|Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar saxlanacaqlar.

41|20|Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.

41|21|Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şəhadət verirsiniz?” –deyəcəklər. Belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!”

41|22|Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz.

41|23|Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz!

41|24|İndi dözsələr də, onların məskəni Cəhənnəmdir. Onlar riza diləsələr də, onların diləyi qəbul olunmaz.

41|25|Biz onlara önlərindəkini və arxalarındakını özlərinə gözəl göstərən dostlar caladıq. Özlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlərlə birlikdə o söz onlar barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan çəkənlər oldular!

41|26|Kafir olanlar: “Bu Quranı dinləməyin, o oxunduqda səs-küy salın ki, bəlkə, qalib gələsiniz!” –dedilər.

41|27|Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik!

41|28|Budur Allahın düşmənlərinin cəzası – Cəhənnəm! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır!

41|29|Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!”

41|30|Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da düz olan kəslərə mələklər nazil olub: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! |31|Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. |32|Bağışlayandan, rəhm edəndən ruzi olaraq!”

41|33|Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” –deyən kəsdən daha gözəl danışan kim ola bilər?!

41|34|Yaxşılıqla pislik eyni ola bilməz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!

41|35|Bu yalnız səbir edənlərə verilir və yalnız böyük qismət sahiblərinə əta olunur!

41|36|Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!

41|37|Gecə və gündüz, günəş və ay Onun əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə!

41|38|Əgər təkəbbür göstərsələr. Çünki Sənin Rəbbinin dərgahında olanlar gecə-gündüz usanmadan Onu təqdis edib şəninə təriflər deyərlər.

41|39|Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar. Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir!

41|40|Ayələrimizi inkar edənlər. Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O nə etdiyinizi görəndir.

41|41|Özlərinə Zikr gəldiyi zaman onu yalan hesab edənlər. O, şübhəsiz ki, çox dəyərli bir kitabdır.

41|42|Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir.

41|43|Sənə ancaq, səndən əvvəlkilərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin həm bağışlayandır, həm də şiddətli cəza verəndir!

41|44|Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik: “Məgər onun ayələri müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? Özgə dildə, ərəbmidir?!” –deyərdilər. De: “O, iman gətirənlərə hidayətdir və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq vardır. O, onları kor etmişdir. Onlar uzaq bir yerdən çağırılırlar.

41|45|Biz Musaya da kitab vermişdik və onun barəsində də ixtilaf düşmüşdü. Əgər sənin Rəbbinin öncə buyurduğu bir söz olmasaydı, dərhal işləri bitmiş olardı. Həqiqətən, barəsində çox dərin bir şəkk içindədirlər!

41|46|Yaxşı iş görənin xeyiri özünə, pislik edənin də zərəri özünə olar. Sənin Rəbbin bəndələrə zülm edən deyildir!

41|47|O saatı bilmək yalnız Ona aiddir. O bilmədən heç bir meyvə qabığından çıxmaz, heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Onlara: “Şəriklərim haradadır? –deyəcəyi gün, Onlar: “Biz Sənə ərz etdik ki, aramızda heç bir şahid yoxdur!” –deyə cavab verəcəklər.

41|48|Öncə ibadət etdikləri onlardan qeyb olacaq və onlar özləri üçün qaçıb can qurtarmağa bir yer olmadığını yəqin edəcəklər.

41|49|İnsan yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir pislik üz versə, ümüdsizliyə qapılıb məyus olar.

41|50|Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək, mütləq: “Bu elə mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Doğrudan da, əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl nemət gözləyir!” –deyər. Biz kafir olanlara nə etdiklərini mütləq xəbər verəcək və sözsüz ki, onlara şiddətli bir əzab daddıracağıq.

41|51|İnsana nemət bəxş etdiyimiz zaman üz döndərər, uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə uzun-uzadı dua edər.

41|52|De: “Bir söyləyin görək, əgər Allah dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, uzaq bir nifaq içində olan kəsdən daha çox azmış kim ola bilər?!

41|53|Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!

41|54|Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir!

42. Şura

42|1|Ha, Mim!

42|2|Eyn, Sin, Qaf!

42|3|Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir!

42|4|Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur!

42|5|Göylər az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, Rəhm edəndir!

42|6|Allahdan başqasını dost tutanlar üzərində, Allah Özü nəzarətçidir. Sən onlara zamin deyilsən!

42|7|Şəhərlərin anasını və onun ətrafındakıları, barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günü ilə xəbərdar edəsən deyə, sənə ərəbcə Quran nazil etdik.  Onların bir qismi cənnətdə, bir qismi isə alovlu oddadır.

42|8|Əgər Allah diləsəydi, onların hamısını vahid bir ümmət edərdi. Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir dostu olar, nə də bir imdada yetəni!

42|9|Yoxsa onlar özlərinə Allahdan başqa hamilər götürdülər. İxtiyar sahibi ancaq Odur. Ölüləri O dirildir. Hər şeyə O qadirdir!

42|10|Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram!

42|11|Göyləri və yeri yoxdan yaradan sizin üçün özünüzdən zövcələr, heyvanlardan da ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, eşidəndir, görəndir!

42|12|Göylərin və yerin açarları Onun əlindədir. O, istədiyinin ruzisini bol, qıt edər. O, hər şeyi biləndir!

42|13|Allah: “Dini doğru-dürüst tutun, onda ayrılığa düşməyin!” –deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!

42|14|Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı ədavət üzündən ayrılığa düşdülər. Əgər müəyyən bir vaxtadək öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Onlardan sonra kitaba varis olanlar da onun barəsində dərin bir şəkk içindədirlər.

42|15|Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi səbatlı ol. Onların nəfslərindən gələn istəklərə uyma və de: “Mən Allahın nazil etdiyi kitaba inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!”

42|16|Allahın dəvəti qəbul olunduqdan sonra Onun barəsində mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar qəzəbə və şiddətli əzaba düçar olacaqlar!

42|17|Kitabı və mizan-tərəzini haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də, o saat yaxındır!

42|18|Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnanlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, o saat barəsində mübahisə edənlər azıb çox uzaq düşmüşlər.

42|19|Allah Öz bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir!

42|20|Biz axirət qazancını istəyənin, qazancını artırar, dünya mənfəti istəyənə də, ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.

42|21|Yoxsa Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni edən şərikləri vardır. Əgər qəti söz olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı. Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!

42|22|Zalımları qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət!

42|23|Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. De: “Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir!

42|24|Yoxsa onlar: “Allaha qarşı yalan uydurdu!” –deyirlər. Əgər Allah istəsə, sənin qəlbini möhürləyər. Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.

42|25|Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir.

42|26|İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz nemətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!

42|27|Əgər Allah bəndələrinə bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi qədər ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, görəndir!

42|28|Ümidsizliyə qapılandan sonra, yağmur göndərən, nemətini açıb paylayan Odur. İxtiyar sahibi Odur. Tərifə layiq olan da Odur.

42|29|Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!

42|30|Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah çoxunu əfv edər.

42|31|Siz yer üzündə aciz buraxa bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız olar, nə də bir imdada yetəniniz!

42|32|Dənizdə dağlar kimi üzən də Onun əlamətlərindəndir.

42|33|Əgər istəsə, küləyi saxlayar, onlar da üzündə durub qalarlar. Həqiqətən, bunda çox səbr edən, çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!

42|34|Yaxud onları qazandıqlarına görə məhv edər və bir çoxunu bağışlayar!

42|35|Bizim ayələrimiz barəsində mübahisə edənlər bilsinlər ki, onlar üçün qaçıb can qurtarmağa heç bir yer yoxudur!

42|36|Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər;

42|37|O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən çəkinər, qəzəbləndikləri zaman bağışlayarlar;

42|38|O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən sərf edərlər.

42|39|Və o kəslər üçün ki, onlar zülmə məruz qaldıqda intiqam alarlar.

42|40|Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs bağışlasa və barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!

42|41|Zülmə məruz qaldıqdan sonra əvəzini çıxanlara heç bir cəza verilməz.

42|42|Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!

42|43|Əlbəttə, hər kəs səbr edib bağışlasa, çox bəyənilən əməllərdəndir!

42|44|Allahın yoldan çıxartdığı kimsəyə Özündən başqa yol göstərən olmaz. Sən zalımları əzabı gördükləri zaman: “Geri dönməyə bir yol varmıdır?” –deyən görəcəksən.

42|45|Ona gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Həqiqətən, ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır!” Bilin ki, zalımlar daimi əzab içində olacaqlar.

42|46|Onlara Allahdan başqa yardım edəcək dostlar tapılmayacaqdır. Allahın zəlalətə saldığı kimsə üçün heç bir yol olmaz!

42|47|Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün gəlməmişdən əvvəl Rəbbinizin dəvətini qəbul edin! O gün sizin üçün heç bir sığınacaq tapılmaz və inkar etməyə də heç bir imkan olmaz!

42|48|Əgər üz döndərsələr. Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət daddırsaq, ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, insan, həqiqətən, nankordur!

42|49|Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.

42|50|Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz edir. O biləndir, qadirdir!

42|51|Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allahın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir!

42|52|Sənə də beləcə əmrimizdən olan bir ruh göndərdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən düz yola yönəldirsən.

42|53|O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa Onundur. Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!

43. Zuhruf

43|1|Ha, Mim!

43|2|Açıq-aydın Kitaba and olsun ki,

43|3|Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik.

43|4|Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, çox hikmətlidir.

43|5|Siz həddi aşan bir qövmsünüz deyə, Zikri sizə təbliğ etməkdən vaz keçməliyikmi?!

43|6|Biz sizdən əvvəlkilərə də neçə-neçə Nəbilər göndərmişdik.

43|7|Onlara elə bir Nəbi gəlməzdi ki, ona istehza etməsinlər!

43|8|Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər nəql olunub keçmişdir.

43|9|Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?” –deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, bilən yaratmışdır!” –deyə cavab verəcəklər.

43|10|O Allah ki, yeri sizin üçün beşik etdi və doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı.

43|11|O Allah ki, göydən bir qədər su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də belə çıxardılacaqsınız!

43|12|Və O Allah ki, ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı.

43|13|Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! Bizim onlara gücümüz çatmazdı. |14|Həqiqətən, biz Rəbbimizin hüzuruna qayıdacağıq!”

43|15|Amma Ona Öz bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan açıq-aşkar naşükürdür!

43|16|Yoxsa O, yaratdıqlarından qızları Özünə övlad götürüb oğlanları sizə məxsus etdi?!

43|17|Onlardan birinə Rəhmana isnad etdikləri ilə müjdə versən, qəzəbdən boğularaq üzləri qapqara qaralar.

43|18|Onlar bərbəzək içində böyüdülüb, mübahisə zamanı bir dəlil gətirə bilməyən qızlarını Allaha övlad isnad edirlər?

43|19|Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti yazılacaq və sorğu-sual olunacaqlar!

43|20|Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!” Onların heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.

43|21|Yoxsa onlara bundan əvvəl bir kitab vermişik və onlar ona istinad edirlər?!

43|22|Xeyr. Onlar: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getdik!” –deyirlər.

43|23|Biz səndən əvvəl hər hansı bir məmləkətə xəbərdarlıq edən göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!” –dedilər.

43|24|Belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri inkar edirik!” –deyə cavab verdilər.

43|25|Buna görə də Biz onlardan intiqam aldıq. Bir gör yalançı sayanların axırı necə oldu!

43|26|Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən tamamilə uzağam; |27|Yalnız məni yoxdan yaradan başqa! Şübhəsiz ki, O, məni doğru yola müvəffəq edəcəkdir!”

43|28|Onu öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, qayıdalar!

43|29|Xeyr, Mən onlara da, atalarına da özlərinə haqq və bəyan edən bir Rəsul gələnədək gün-güzəran verdim!

43|30|Onlara haqq gəldikdə: “Bu sehrdir, biz onu inkar edirik!” –dedilər.

43|31|Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən olan böyük bir adama nazil edilməli deyildimi?”

43|32|Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır!

43|33|Əgər insanların bir tək ümmət olmaq ehtimalı olmasaydı, Rəhmanı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik.

43|34|Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları.

43|35|Və qızıl bəzəklər. Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündür!

43|36|Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun yaxın dostu olar.

43|37|Onlar, doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!

43|38|Nəhayət, o, hüzurumuza gəldikdə belə deyər: “Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!”

43|39|Bu gün sizə heç bir fayda verməz. Siz birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız!

43|40|Məgər sən karlara eşitdirə bilərsən?! Yaxud korları, haqq yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!

43|41|Əgər Biz səni götürüb aparsaq, onlardan mütləq intiqam alacağıq!

43|42|Yaxud onlara vəd etdiyimizi göstərəcəyik. Həqiqətən, Biz onlara qadirik!

43|43|Buna görə də sən özünə vəhy olunandan yapış. Həqiqətən, sən düz yoldasan!

43|44|Şübhəsiz ki, o sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz mütləq sorğu-sual olunacaqsınız!

43|45|Səndən əvvəl göndərdiyimiz Rəsullardan soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”

43|46|Biz Musanı Öz ayələrimizlə Firon və onun əyan-əşrafının yanına göndərmişdik. O demişdi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”

43|47|Ayələrimizi onlara gətirər-gətirməz onlar ayələrimizə lağ edib gülmüşdülər.

43|48|Onlara bir-birindən böyük olan möcüzələr göstərdik, onları əzabla yaxaladıq ki, bəlkə, qayıdalar!

43|49|Onlar dedilər: “Ey sehrbaz! səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et. Biz mütləq doğru yola gələcəyik!”

43|50|Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.

43|51|Firon öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?! |52|Yaxud mən az qala aydın deyə bilməyən bir zavallı kimsədən daha yaxşı deyiləmmi?! |53|Onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməli deyildimi?!”

43|54|Beləliklə, öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər!

43|55|Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını qərq etdik.

43|56|Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.

43|57|Məryəm oğlu misal çəkilincə sənin qövmün sevincdən güldü.

43|58|Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa O?!” Onlar bunu sənə yalnız mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər!

43|59|O, ancaq nemət verdiyimiz və İsrail oğullarına örnək etdiyimiz bir bəndədir.

43|60|Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq.

43|61|Şübhəsiz ki, O, qiyamət saatı üçün bir əlamətdir. Ona şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!

43|62|Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir!

43|63|İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! |64|Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!”

43|65|Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü. Acı bir günün əzabından vay o zülm edənlərin halına!

43|66|Onlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan başqa bir şeymi gözləyirlər?!

43|67|Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!

43|68|“Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz! |69|O bəndələr ki, ayələrimizə iman gətirib təslim olmuşlar. |70|Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!”

43|71|Onlar üçün qızıl teştlər və qədəhlər içində dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!

43|72|Bu sizin etdiyiniz əməllər müqabilində varis olduğunuz Cənnətdir!

43|73|Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!

43|74|Günahkarlar isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar.

43|75|Onlardan yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!

43|76|Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər.

43|77|Onlar müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün!” O isə: “Siz qalacaqsınız!” – deyə cavab verəcəkdir!

43|78|“Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı”.

43|79|Yoxsa onlar düzgün iş görmüşdülər?! Elə isə Biz də düzgün iş görürük!

43|80|Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz yazırlar!

43|81|De: “Əgər Rəhmanın bir övladı olsa, ibadət edənlərin birincisi mən olaram! |82|Göylərin və yerin Rəbbi, ərşin Rəbbi Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!”

43|83|Qoy onlar vəd olunduqları günə qovuşana qədər qurşanaraq oynayıb əylənsinlər!

43|84|Göydə də Tanrı, yerdə də Tanrı Odur. O, hikmət sahibidir, biləndir!

43|85|Göylərin və yerin, onların arasındakı hər şeyin ixtiyarı əlində olan nə qədər ucadır! O saatı bilmək Ona məxsusdur. Siz Onun hüzuruna qaytarılıb gətiriləcəksiniz!

43|86|Ondan qeyri ibadət etdikləri şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər müstəsnadır. Onlar bilirlər.

43|87|And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər! Elə isə necə döndərilirlər?

43|88|Onun: “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!” – deməsi də!

43|89|Onlardan üz çevir və “Salam!” de. Onlar mütləq biləcəklər!

44. Duxan

44|1|Ha, Mim!

44|2|Açıq-aydın Kitaba and olsun ki, |3|Biz onu mübarək bir gecədə nazil etdik. Biz xəbərdarlıq edənlərik!

44|4|Hər bir hikmətli iş o gecə hökm olunur – |5|Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, Biz göndəririk – |6|Sənin Rəbbindən bir mərhəmət olaraq. Şübhəsiz ki, O eşidəndir, biləndir!

44|7|O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Əgər tam yəqinliklə inanırsınızsa!

44|8|Ondan başqa heç bir Tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir.

44|9|Lakin onlar şəkk içində qalıb oyun oynayırlar.

44|10|Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə!

44|11|İnsanları saracaqdır. Bu, şiddətli bir əzabdır!

44|12|“Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar. Biz, həqiqətən iman gətirəcəyik!”

44|13|Onlar hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir Rəsul gəldi.

44|14|Onlar isə ondan üz çevirib belə dedilər: “öyrədilmiş bir divanədir!”

44|15|Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə qayıdacaqsınız!

44|16|Onları lap möhkəm yaxalayacağımız gün, şübhəsiz ki, Biz intiqam alacağıq!

44|17|And olsun ki, Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkmişdik. Onlara möhtərəm bir Rəsul gəlmişdi.

44|18|“Allahın bəndələrini mənə verin. Həqiqətən, mən sizin üçün mötəbər bir Rəsulam! |19|Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə açıq-aşkar bir dəlil gətirmişəm!”

44|20|“Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram! |21|Əgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun!”

44|22|Sonra Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”

44|23|“Bəndələrimi götürüb gecə ikən onlarla yola çıx. Siz təqib olunacaqsınız! |24|Dənizi də açıq burax! Onlar suya qərq olacaq əsgərlərdir!”

44|25|Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;

44|26|Neçə-neçə əkinlər, gözəl yerlər.

44|27|Və zövq aldıqları neçə-neçə nemətlər.

44|28|Beləcə və ona başqalarını varis etdik!

44|29|Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara imkan da verilmədi!

44|30|İsrail oğularını isə o alçaldıcı əzabdan qurtardıq, |31|Firondan. Həqiqətən, o, təkəbbür göstərən, həddi aşanlardan idi!

44|32|And olsun ki, Biz onları Özümüz bilə-bilə aləmlərdən üstün tutduq.

44|33|Onlara hər biri açıq-aşkar bir imtahan olan ayələr verdik.

44|34|Bunlar mütləq deyəcəklər:

44|35|“Bu elə bizim ilk ölümümüzdür ki var. Biz bir daha dirildiləcək deyilik! |36|Əgər doğru deyirsinizsə, atalarımızı gətirin görək!”

44|37|Bunlar yaxşıdır, yoxsa Tübbə qövmü, yaxud onlardan əvvəlkilər?! Günah işlədikləri üçün Biz onları məhv etdik.

44|38|Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq!

44|39|Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların əksəriyyəti bilməz!

44|40|Şübhəsiz ki, ayırd etmə günü onların hamısının vaxtıdır!

44|41|O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz!

44|42|Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz qüvvət, mərhəmət sahibidir!

44|43|Həqiqətən, zəqqum ağacı |44|Günahkar kimsənin yeməyidir!

44|45|O, ərinmiş mis kimi qarınlarda qaynar; |46|Qaynar su qaynayan kimi!

44|47|“Onu tutub Cəhənnəmin tən ortasına sürüyün! |48|Sonra başına əzab olaraq qaynar su tökün! |49|“Bir dad görək! Sən ki, çox qüvvətli, möhtərəm bir şəxs idin!”

44|50|Bu, şəkk etdiyiniz!

44|51|Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə - |52|Bağçalarda və bulaqlar başında olacaqlar!

44|53|Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.

44|54|Belədir. Hələ onları iri gözlü hurilərlə evləndirəcəyik.

44|55|Onlar orada arxayın olaraq hər meyvədən istəyəcəklər.

44|56|Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar! Onları cəhənnəm əzabından qorumuşdur - |57|Sənin Rəbbindən bir lütf olaraq. Bu, böyük qurtuluşdur!

44|58|Biz onu ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul edələr!

44|59|Sən gözlə. Şübhəsiz ki, onlar da gözləyirlər!

45. Casiyə

45|1|Ha, Mim!

45|2|Kitabın nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi tərəfindəndir.

45|3|Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır!

45|4|Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inanlar üçün əlamətlər vardır.

45|5|Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır.

45|6|Bunlar Allahın ayələridir. Biz onları sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə inanmadıqdan sonra hansı kəlama inanırlar?

45|7|Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!

45|8|O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi təkəbbür göstərərək israr edib durur. Beləsinə şiddətli bir əzabla müjdə ver!

45|9|O, ayələrimizdən bir şey öyrənib bildiyi zaman onu lağa qoyur. Məhz belələri alçaldıcı bir əzaba düçar olacaqlar!

45|10|Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları dünya malı, nə də Allahdan başqa dost tutduqları onlara bir fayda verəcəkdir. Onlar böyük bir əzaba düçar olacaqlar!

45|11|Bu bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri çox şiddətli, ağrılı-acılı bir əzab gözləyir.

45|12|Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz!

45|13|Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!

45|14|İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını versin deyə, Allahın günlərindən qorxmayanları bağışlasınlar!

45|15|Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız.

45|16|And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət və peyğəmbərlik əta etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərə üstün etmişdik.

45|17|Onlara din işində açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!

45|18|Sonra səni də dində şəriət sahibi etdik. Sən ona tabe ol və bilməyənlərin nəfslərindən gələn istəklərə uyma!

45|19|Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi səndən dəf edə bilməzlər. Zalımlar bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!

45|20|Bu insanlar üçün bəsirət gözü, tam yəqinliklə inanan bir qövm üçün də hidayət və mərhəmətdir!

45|21|Yoxsa dünyada pis əməllər edənlər onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər!

45|22|Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir.

45|23|Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?

45|24|Belə deyirlər: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik; bizi öldürən ancaq dəhrdir”. Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar!

45|25|Ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı gətirin görək!” –deməkdən başqa bir şey deyildir.

45|26|De: “Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qiyamət günü bir yerə yığacaqdır. Ona heç bir şəkk-şübhə yoxdur, lakin insanların çoxu bilməz!”

45|27|Göylərin və yerin hökmü ancaq Allahın əlindədir. Qiyamət qopacağı gün – məhz o gün batil danışanlar ziyana uğrayacaqlar!

45|28|Hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz dəftərinə tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir! |29|Bu Bizim kitabımızdır. O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri yazdırmışıq!”

45|30|İman gətirib yaxşı əməl edənlərə gəldikdə, Rəbbi onları Öz mərhəmətinə qovuşduracaqdır. Bu, açıq-aşkar qurtuluşdur!

45|31|Kafir olanlara isə: “Məgər ayələrim sizə oxunmurdumu?! Amma siz təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!

45|32|“Allahın vədi haqdır və o saata heç bir şəkk-şübhə yoxdur!” –deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn olduğu qənaətindəyik. Biz əmin deyilik!” –deyə cavab verdiniz.

45|33|Pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri onları saracaqdır!

45|34|Deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin məskəniniz Cəhənnəmdir. Sizə kömək edənlər də olmayacaqdır! |35|Bu ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!” Bu gün onlar çıxarılmayacaq və onlardan heç bir üzrxahlıq qəbul olunmaycaqdır!

45|36|Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!

45|37|Göylərdə və yerdə böyüklük Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

46. Əhqaf

Mərhəmətli Rəhimli Allahın Adı ilə…

46|1|Ha, Mim!

46|2|Kitabın nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!

46|3|Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratdıq. Kafirlər qorxudulduqları şeylərdən üz döndərdilər.

46|4|De: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə nə yaratmışlar?! Yoxsa onların göylərdə bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl bir kitab, yaxud elmdən qalan bir şey gətirin!”

46|5|Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox azmış kim ola bilər?! Halbuki bunlar onların ibadətindən xəbərsizdirlər!

46|6|İnsanlar məhşərə toplanacaqları zaman bunlar onlara düşmən olacaq və onların ibadətini inkar edəcəklər.

46|7|Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda kafirlər özlərinə gələn barəsində: “Bu, aşkar bir sehrdir!” –deyirlər.

46|8|Yoxsa onlar: “onu uydurmuşdur!” –deyirlər. De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan qurtara bilməzsiniz. O sizin barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!”

46|9|De: “Mən Rəsulların birincisi deyiləm. Mənimlə və sizinlə nə edəcəyini bilmirəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq açıq-aşkar xəbərdarlıq edənəm!”

46|10|De: “Bir deyin görək, əgər Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun özü kimisi ilə şəhadət verib iman gətirsə və siz təkəbbür göstərsəniz? Allah zalımları doğru yola müvəffəq etməz!”

46|11|Kafir olanlar iman gətirənlər barəsində deyirlər: “Əgər yaxşı bir şey olsaydı, bu işdə bizdən qabağa düşə bilməzdilər iman gətirərdik”. Onlar doğru yola gəlmədikləri üçün: “Bu, köhnə yalandır!” –deyəcəklər.

46|12|Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan kitabı var idi. Bu ərəb dilində təsdiq edən, zalımları qorxutmaq və yaxşı əməl sahiblərinə müjdə vermək üçün olan bir Kitabdır!

46|13|Şübhəsiz: “Rəbbimiz Allahdır!” –deyənlərin, sonra da möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!

46|14|Belələri cənnətlikdirlər, onlar etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!

46|15|Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla daşınma və kəsilmə müddəti otuz aydır. Nəhayət, kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!”

46|16|Belələri yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir!

46|17|Ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz mənə çıxarılacağımımı vəd edirsiniz?!” –deyən kimsəyə, Allahdan mədəd diləyərək: “Vay halına! inan, Allahın vədi haqdır!” –deyərlər. O isə: “Bu qədimlərin əfsanələrindən başqa bir şey deyildir!” –deyə cavab verər.

46|18|Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır!

46|19|Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla haqsızlıq edilməz.

46|20|Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün: “Siz dünyada həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!”

46|21|Ad qövmünün qardaşını da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da xəbərdarlıq edən gəlib-getmiş Əhqafda olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”

46|22|Onlar: “Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!” –deyə cavab vermişdilər.

46|23|Demişdi: “Ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!”

46|24|Onu vadilərinə tərəf üz tutub gələn bir bulud gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” –dedilər. “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!”

46|25|“O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!” Onlar səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq!

46|26|And olsun ki, Biz onlara verdiyimiz imkanı sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları istehza etdikləri sardı.

46|27|And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik. Bəlkə, qayıdalar deyə, ayələri onlara cürbəcür şəkildə bəyan etdik.

46|28|Bəs nə üçün Allahı qoyub yaxınlaşmaq məqsədilə tanrı qəbul etdikləri onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb qeyb oldular. Bu, onların öz yalanları və öz uydurmalarıdır.

46|29|Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda: “Qulaq asın!” –dedilər və qurtardıqdan sonra xəbərdarlıq edən sifətilə öz qövmlərinin yanına qayıtdılar.

46|30|Onlar dedilər: “Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik! |31|Ey qövmümüz! Allahın carçısını qəbul edin və ona iman gətirin. Allah günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər! |32|Allahın carçısını qəbul etməyən yer üzündə qaçıb canını Ondan qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar azmışlar!”

46|33|Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!

46|34|Kafirlər cəhənnəm oduna göstəriləcəkləri gün: “Məgər bu doğru deyilmi?!” Onlar: “Bəli, Rəbbimizə and olsun!” –deyə cavab verəcəklər. Buyuracaqdır: “Elə isə küfr etdiyinizə görə dadın əzabı!”

46|35|Peyğəmbərlərdən əzm sahibləri olanların səbr etdiyi kimi, sən də səbr et. Tez gəlməsini istəmə. Onlar vəd olunduqlarını görəcəkləri gün gündüzün ancaq bir saatı qədər qaldıqlarını sanacaqlar. Bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?!

47. Muhəmməd

47|1|Kafir olanların və Allah yolundan döndərənlərin əməllərini puç edəcəkdir.

47|2|İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə inanların isə günahlarının üstünü örtəcək, onların əhvalını düzəldəcəkdir.

47|3|Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!

47|4|Kafirlərlə qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə, kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya məccani, ya da fidyə müqabilində azad edin! Budur! Əgər Allah istəsəydi, onlardan intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.

47|5|Onları doğru yola müvəffəq edəcək, onların əhvalını düzəldəcəkdir.

47|6|Və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.

47|7|Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər.

47|8|Kafirlərə gəldikdə isə - hamısı məhv olsun – onların əməllərini puça çıxardar!

47|9|Bu ona görədir ki, Allahın nazil etdiyini bəyənmədilər, onların əməllərini puç etdi.

47|10|Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etdi. Kafirləri də buna bənzərləri gözləyir!

47|11|Ona görə ki, Allah iman gətirənlərin dostudur. Kafirlərin isə dostu yoxdur!

47|12|Allah iman gətirib yaxşı əməllər edənləri altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə səfa sürər, heyvan kimi yeyib-içərlər. Cəhənnəm odu onların məskəni olacaqdır!

47|13|Səni çıxartdığı şəhərdən daha qüvvətli neçə-neçə şəhərlər var idi ki, Biz onları məhv etdik və özlərinə bir kömək edən də tapılmadı!

47|14|Məgər Rəbbindən bir dəlili olan kimsə, pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.

47|15|Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!

47|16|Onların içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən: “Bu saat nə dedi?!” –deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!

47|17|Doğru yolu tapanlara gəldikdə isə, onların doğruluğunu daha da artırar və onlara təqvalarının mükafatını verər!

47|18|Onlar ancaq o saatın qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Onlara gəlib yetişdiyi zaman ibrət almaları onlara nə fayda verər?!

47|19|Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. Həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir!

47|20|Möminlər: “Kaş bir surə nazil olaydı!” –deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş bildirildi, qəlblərində mərəz olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı - |21|İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!

47|22|Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi?!

47|23|Onlar Allahın lənət etdiyi kar və gözlərini kor etdiyi kimsələrdir!

47|24|Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?

47|25|Doğru yol özlərinə bəlli olduqdan sonra dönənlərə Şeytan xoş göstərdi və onları tovlayıb yoldan azdırdı.

47|26|Bu onların Allahın nazil etdiyini bəyənməyənlərə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!” – demələrinə görədir. Allah onların sirlərini bilir!

47|27|Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?

47|28|Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları və xoş gedən şeyi bəyənmədiklərinə görədir. Elə buna görə də onların əməllərini puç etdi.

47|29|Yoxsa qəlblərində mərəz olanlar elə güman etdilər ki, Allah onların kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!

47|30|Əgər Biz istəsəydik, onları mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın. Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir!

47|31|And olsun ki, Biz içərinizdəki mücahidləri və səbr edənləri ayırd edib bilmək üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri də yoxlayacağıq.

47|32|Şübhəsiz ki, kafirlər, Allah yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Onların bütün əməllərini puç edəcəkdir!

47|33|Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinizi puça çıxartmayın!

47|34|Kafir olanları, Allah yolundan döndərənləri, sonra da kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır!

47|35|Buna görə də zəiflik göstərməyin və üstün gəldiyiniz zaman sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş buraxmaz!

47|36|Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. O sizdən mal-dövlətinizi istəməz.

47|37|Əgər Allah sizdən Onun hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da kin-küdurətinizi zahirə çıxardar.

47|38|Budur, siz Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə yoxsulsunuz. Əgər üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər!

48.

48|1|Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!

48|2|Allah sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!

48|3|Allah sənə yenilməz qələbə verəcəkdir!

48|4|Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən Odur. Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah biləndir, hikmət sahibidir!

48|5|Allah mömin kişiləri və qadınları əbədi qalacaqları, altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarının üstünü örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur!

48|6|Allah Onun barəsində bədgüman olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir. Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!

48|7|Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

48|8|Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və xəbərdarlıq edən olaraq göndərdik.

48|9|Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və səhər-axşam təqdis edib şəninə təriflər deyəsiniz!

48|10|Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, ona böyük mükafat verər!

48|11|Geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı. Bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!

48|12|Yoxsa siz elə güman edirdiniz ki, Rəsul və möminlər bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz pis fikrə düşmüşdünüz. Və siz məhvə düçar edilmiş bir qövm oldunuz!

48|13|Hər kəs Allaha və Onun Rəsuluna iman gətirməsə, Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!

48|14|Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhm edəndir!

48|15|Siz qənimət əldə etmək üçün getdiyiniz zaman getməyənlər deyəcəklər: “Qoyun biz də sizin arxanızca gələk!” Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur” Onlar deyəcəklər: “Xeyr, siz bizə paxıllıq edirsiniz”. Xeyr, onlar özləri çox az qanan kimsələrdir!

48|16|Geri qalan bədəvi ərəblərə de: “Siz çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi üz çevirsəniz, sizə ağrılı-acılı bir əzab verər”.

48|17|Kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim Allaha və Rəsuluna itaət etsə, onu altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə, onu şiddətli bir əzaba düçar edər!

48|18|And olsun ki, ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. Onların ürəklərində olanı bildi, onlara arxayınlıq göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı.

48|19|Həm də ələ keçirəcəkləri çoxlu qənimətlərə. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

48|20|Allah sizə çox-çox qənimətlər vəd buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu isə sizə tezliklə verdi. Möminlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, insanların sizə qarşı uzanmış əllərini kəsdi.

48|21|Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də. Allah onları ehtiva etmişdir. Allah hər şeyə qadirdir!

48|22|Əgər o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.

48|23|Allahın əvvəldən qoyduğu qayda-qanun belədir. Sən Allahın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən!

48|24|Sizi onlara qalib etdikdən sonra Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir!

48|25|Küfr edənlər də, sizin Məscidülhərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə gedib çatmağa qoymayanlar da məhz onlardır. Əgər tanımadığınız mömin kişi və qadınları bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı. Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə. Əgər onlar bir-birindən seçilib ayrılmış olsaydılar, Biz onlardan kafir olanları şiddətli bir əzaba düçar edərdik!

48|26|Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları zaman Allah Rəsuluna və möminlərə öz dərgahından arxayınlıq göndərmiş və onlara təqva gəlməsini xas etmişdi. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir!

48|27|And olsun ki, Allah-təala Öz Rəsulunun röyasının çin olduğunu təsdiq etdi. Siz, inşallah, əmin-amanlıqla, başınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidülhərama daxil olacaqsınız. Sizin bilmədiklərinizi bilir. O bundan əlavə tezliklə bir qələbə də bəxş edəcəkdir.

48|28|Onu bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər!

48|29|Muhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. Kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət və böyük mükafat vəd buyurmuşdur!

49.

49|1|Ey iman gətirənlər! Allahdan və Rəsulundan önə keçməyin. Allaha qarşı təqva sahibi olun. Həqiqətən, Allah eşidəndir, biləndir!

49|2|Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.

49|3|Həqiqətən, Allahın Rəsulu yanında astadan danışanlar o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir!

49|4|Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!

49|5|Əgər onlar sən qarşılarına çıxancaya qədər səbr etsəydilər, onlar üçün, əlbəttə, daha yaxşı olardı. Allah bağışlayandır, rəhm edəndir!

49|6|Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!

49|7|Bilin ki, aranızda Allahın Rəsulu vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır!

49|8|Bu isə Allah dərgahından olan lütf və nemət sayəsindədir. Allah biləndir, hikmət sahibidir!

49|9|Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun. Qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!

49|10|Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız!

49|11|Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə. Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır!

49|12|Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allaha qarşı təqvalı olun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir!

49|13|Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allaha qarşı ən çox təqvalı olanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır.

49|14|Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz iman gətirmədiniz! Ancaq: “Biz təslim olduq!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır. Əgər Allaha və Rəsuluna itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

49|15|Möminlər yalnız Allaha və Rəsuluna iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır!

49|16|De: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə və yerdə nə varsa, bilir. Allah hər şeyi biləndir!

49|17|Onlar Təslim olduqlarına görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!”

49|18|Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Allah sizin nə etdiklərinizi görəndir!

50.

50|1|Qaf! Şanlı Qurana and olsun!

50|2|Bəli! Özlərindən bir xəbərdarıq edən gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:” Bu əcaba bir şeydir! |3|Məgər biz ölüb torpaq olduqdan sonra? Bu, uzaq bir qayıdışdır!”

50|4|Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini bilirik. Dərgahımızda hifz edən bir Kitab vardır!

50|5|Lakin onlara haqq gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq içindədirlər.

50|6|Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!

50|7|Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən yetişdirdiyimizi görmürlərmi?!

50|8|Dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.

50|9|Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik.

50|10|Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları – |11|Bəndələrə ruzi olsun deyə! Biz onunla ölü bir məmləkəti cana gətirdik. Çıxmaq da belədir!

50|12|Onlardan əvvəl Nuh tayfası, Rəss əhli, Səmud təkzib etmişdi.

50|13|Ad, Firon, Lut qardaşları;

50|14|Əykə əhli və Tübbə qövmü – bunların hamısı Rəsulları təkzib etdi və Mənim də onlara vəd etdiyim gerçəkləşdi.

50|15|Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! Onlar yeni yaradılış barəsində şəkk-şübhə içindədirlər!

50|16|And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!

50|17|Xatırla ki, sağında və solunda təsbit edən iki mələk oturmuşdur!

50|18|Dediyi hər sözü onun yanında hazır durub gözləyən vardır!

50|19|Ölüm, həqiqətən, gələcəkdir. Bu sənin qorxub qaçdığın şeydir!

50|20|Sur çalınacaqdır. Bu vəd olunmuş gündür!

50|21|Hər bir kəs bir sürüyən və bir də şahidlə gələcəkdir.

50|22|“Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!”

50|23|Yoldaşı deyəcəkdir: “Bu yanımdakı hazırdır!”

50|24|“Atın Cəhənnəmə hər bir inadcıl kafiri; |25|Xeyrə mane olanı, həddi aşanı, şəkk edəni! |26|O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!”

50|27|Yoldaşı deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!”

50|28|Buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə bu əzabı bildirmişdim. |29|Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə zülm edən deyiləm!”

50|30|O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir.

50|31|Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.

50|32|“Bu, vəd olunduğunuz. O, hər bir qayıdan, qoruyan; |33|Rəhmandan görmədən qorxan və haqqa dönmüş qəlblə gələn bəndə üçündür! |34|Ora sağlıqla daxil olun. Bu, əbədiyyət günüdür!”

50|35|Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur!

50|36|Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. “Görəsən, can qurtarmağa bir yer varmı?” ölkə-ölkə gəzib dolaşmışdılar.

50|37|Şübhəsiz ki, bunda qəlb sahibi, yaxud hazır olub qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!

50|38|And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.

50|39|Artıq onların dediklərinə səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de!

50|40|Gecənin bir vaxtında və səcdələrdən sonra da!

50|41|Carçının yaxın bir yerdən, car çəkəcəyi gün dinlə!

50|42|O gün dəhşətli səsi doğrudan-doğruya eşidəcəklər. O gün çıxma günüdür!

50|43|Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. dönüş də Bizim hüzurumuzadır!

50|44|O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sürətlə. O bizim üçün asan olan həşrdir.

50|45|Biz onların nə dediklərini çox gözəl bilirik. Sən onlara zor edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!

51.

51|1|Sovurub-dağıdan küləklərə;

51|2|Yağış yüklü buludlara;

51|3|Asanlıqla üzüb gedən gəmilərə;

51|4|Və ruzi bölən mələklərə and olsun ki,

51|5|Sizə vəd olunan həqiqətdir.

51|6|Haqq-hesab da labüddür!

51|7|Yolları olan göyə and olsun ki, |8|Sizin sözləriniz müxtəlifdir>

51|9|Ondan, zatında dönüklük olan kimsə dönər!

51|10|Məhv olsun yalançılar!

51|11|O kəslər ki, cəhalət girdabına düşüb qafil olmuşlar!

51|12|Onlar haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.

51|13|O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.

51|14|“Dadın əzabınızı! Bu sizin tez-tələsik gəlməsini istədiyiniz şeydir!”

51|15|Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;

51|16|Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.

51|17|Onlar gecələr az yatırdılar.

51|18|Səhərlər isə bağışlanmalarını diləyirdilər.

51|19|Mallarında da dilənçinin və yoxsulun haqqı var idi.

51|20|Yerdə tam yəqinliklə inananlar üçün əlamətlər vardır.

51|21|Sizin özünüz də əlamətlər vardır. Məgər görmürsünüz?

51|22|Göydə də ruzinin və vəd olunduğunuz şey vardır!

51|23|Göyün və yerin Rəbbinə and olsun ki, bu sizin danışığınız kimi həqiqətdir.

51|24|İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı?

51|25|Onlar yanına gəlib salam verdikdə salamı alıb: “Bunlar tanımadığım kimsələrdir!” –dedi.

51|26|O, ailəsinin yanına getdi və bir buzov gətirdi.

51|27|Onu qabaqlarına qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi.

51|28|Onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.

51|29|Zövcəsi çağır-bağır salıb üzünə çırparaq dedi: “Mən qoca, qısır bir qarıyam!”

51|30|Onlar: “Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, biləndir!” – dedilər.

51|31|Dedi: “Ey elçilər! Sizin işiniz nədir?”

51|32|Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik. |33|Onların başına gildən daşlar yağdırmaq üçün. |34|Həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!”

51|35|Nəhayət, orada olan möminləri çıxartdıq.

51|36|Lakin orada bir evdən başqa müsəlman tapmadıq.

51|37|Və orada şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq.

51|38|Musanın hekayətində də. O zaman Biz onu Fironun yanına açıq-aşkar bir dəlillə göndərmişdik.

51|39|O, bütün əyanları ilə birlikdə imandan, üz döndərib: “Bu sehrbazdır, yaxud da dəlidir!” – demişdi.

51|40|Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü.

51|41|Adın başına gələnlərdə də. O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən bir külək göndərmişdik.

51|42|O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə döndərirdi.

51|43|Səmudun başına gələnlərdə də. O zaman onlara: “Hələ bir müddət kef çəkib ləzzət alın!” – deyilmişdi.

51|44|Onlar öz Rəbbinin əmrinə təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu.

51|45|Onların nə qalxmağa gücləri çatmış, nə də kömək istəyə bilmişdilər.

51|46|Daha əvvəl Nuh qövmünü. Çünki onlar fasiqlər idilər.

51|47|Biz göyü qüdrətimizlə yaratdıq və Biz qadirik.

51|48|Yeri də Biz döşədik. Döşəyənlər necə də gözəldir!

51|49|Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!

51|50|“Allaha tərəf qaçın! Mən sizi Ondan açıq-aşkar xəbərdarlıq edənəm! |51|Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan açıq-aşkar xəbərdar edənəm!”

51|52|Eləcə də, onlardan əvvəlkilər özlərinə bir Rəsul gələr-gəlməz ona sehrbaz, divanə dedilər.

51|53|Görəsən, onlar bunu bir-birinə vəsiyyətmi etmişlər?! Xeyr, onlar azğın bir qövmdürlər!

51|54|Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən.

51|55|Sən öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.

51|56|Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!

51|57|Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm!

51|58|Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!

51|59|Həqiqət, zülm edənlərin yoldaşlarının qisməti kimi bir qisməti vardır! Qoy onlar Məni tələsdirməsinlər!

51|60|Vəd olunduqları gündən dolayı vay kafirlərin halına!

52.

52|1|And olsun Tur dağına; 

52|2|And olsun yazılmış kitaba - |3|Açıq dəri üzərində;

52|4|And olsun Beytülməmura;

52|5|And olsun yüksək tavana |6|Və dolub daşan dənizə ki, |7|Rəbbinin əzabı mütləq vaqe olacaqdır!

52|8|Onu heç kəs dəf edə bilməz!

52|9|O gün göy hərəkətə gəlib fırlanacaq, |10|Dağlar yerindən qopub oynayacaqdır.

52|11|O gün vay yalançı hesab edənlərin halına!

52|12|O kəslər ki, yalana qurşanıb qəflət içində oynayarlar.

52|13|O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.

52|14|“Bu sizin yalan hesab etdiyiniz cəhənnəm odudur! |15|Bu da sehrdir, yoxsa görmürsünüz? |16|Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”

52|17|Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və nemətlər içində olacaqlar.

52|18|Rəbbinin onlara əta etdiyi nemətlərdən zövq alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.

52|19|“Etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için; |20|Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri gözlü hurilərlə evləndirəcəyik.

52|21|İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!

52|22|Onları istədikləri meyvə və ətlə təmin edəcəyik.

52|23|Onlar orada bir-birinə qədəh ötürəcəklər. Onda nə lağlağılıq, nə də günaha təhrik vardır.

52|24|Onların ətrafında özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.

52|25|Onlar bir-birindən hal-əhval tutmağa başlayacaqlar.

52|26|Və belə deyəcəklər: “Biz bundan əvvəl ailəmiz içində olarkən qorxardıq. |27|Artıq Allah bizə mərhəmət buyurub bizi cəhənnəm əzabından qorudu. |28|Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir!”

52|29|Elə isə öyüd-nəsihət ver. Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də divanə!

52|30|Yoxsa onlar: “Şairdir. Biz onun başına gələcək müsibəti gözləyirik!” – deyirlər.

52|31|De: “Gözləyin, mən də sizinlə birlikdə gözlələyənlərdənəm!”

52|32|Yoxsa onların puç ağılları bunu onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.

52|33|Yoxsa onlar: “Onu özündən uydurdun!” - deyirlər. Xeyr, onlar iman gətirmirlər.

52|34|Əgər doğru deyirlərsə, qoy onlar bunun kimi bir kəlam gətirsinlər!

52|35|Yoxsa onlar heç bir şeydən yarandılar?! Yaxud onlar yaradanlardır?!

52|36|Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar ürəkdən inanmırlar!

52|37|Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud onlar hakimdirlər?!

52|38|Yoxsa onların üstünə çıxıb dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!

52|39|Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?!

52|40|Yoxsa sən onlardan bir ücrət istəyirsən və onlar ağır borc yükü altındadırlar?!

52|41|Yoxsa onlar qeybi bilir və yazırlar?!

52|42|Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!

52|43|Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!

52|44|Əgər onlar göyün bir parçasının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər.

52|45|Elə isə sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!

52|46|O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir və onlara heç bir kömək olunmayacaqdır.

52|47|Şübhəsiz ki, zalımları hələ bundan başqa da əzab gözləyir. Lakin onların əksəriyyəti bilməz!

52|48|Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan. Qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!

52|49|Gecənin bir vaxtında nə ulduzlar batandan sonra da Allahı təqdis edib şəninə təriflər de!

53. Nəcm

53|1|Batmaqda olan ulduza and olsun ki, |2|Sizin yoldaşınız nə haqq yoldan sapmış, nə də azmışdır!

53|3|O, kefi istəyəni danışmır.

53|4|Bu, ancaq nazil olan bir vəhydir.

53|5|Onu çox qüvvətli olan öyrətdi.

53|6|O qüvvət sahibi göründü.

53|7|O ən uca üfüqdə idi.

53|8|Sonra yaxınlaşdı və aşağı endi.

53|9|İki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.

53|10|Sonra bəndəsinə vəhy buyurduğunu vəhy etdi.

53|11|Qəlb gördüyünü yalan saymadı.

53|12|Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?

53|13|And olsun ki, başqa bir dəfə də görmüşdü;

53|14|Sidrətül-müntəhanın yanında.

53|15|Məva cənnəti onun yanındadır.

53|16|O zaman Sidrəni nələr bürümüşdü, nələr!

53|17|Göz nə yayındı, nə də uzağa getdi.

53|18|And olsun ki, öz Rəbbininən böyük qüdrət nişanələrindən bir qismini gördü.

53|19|Bir deyin görək Lat və Uzza nəyə qadirdilər?!

53|20|Digər üçüncü olan Mənat da həmçinin?!

53|21|Məgər oğlanlar sizin, qızlar Onundurmu?!

53|22|Elə isə bu ədalətsiz bölgüdür!

53|23|Onlar sizin atalarınızın qoyduqları adlardan başqa heç bir şey deyildir! Allah onlara dair heç bir dəlil endirməmişdir. Onlar yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər gəlmişdir.

53|24|Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?!

53|25|Axirətdə, dünya da ancaq Allahındır!

53|26|Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə izin verdikdən sonra.

53|27|Həqiqətən, axirətə inanmayanlar mələklərə qadın adları verirlər.

53|28|Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!

53|29|Artıq Bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!

53|30|Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, doğru yolda olanı da ən gözəl tanıyandır!

53|31|Göylərdə və yerdə nə varsa, Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!

53|32|Kiçik günahlar istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!

53|33|İndi gördünmü dönəni, |34|Bir az verib xəsislik göstərəni?

53|35|Məgər o, qeybi bilirmi ki, görsün?!

53|36|Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi?!

53|37|Və çox vəfalı olan İbrahimin

53|38|“Heç bir günahkar başqasının günahına yüklənməz! |39|İnsana ancaq öz zəhməti qalar! |40|Şübhəsiz ki, onun zəhməti görünəcəkdir! |41|Sonra da ona tam əvəzi veriləcəkdir!”

53|42|Həqiqətən, axır dönüş sənin Rəbbinədir!

53|43|Güldürən də, ağladan da Odur!

53|44|Öldürən də, dirildən də Odur!

53|45|İki cifti erkək və dişi olaraq yaradan Odur – |46|nütfədən axıb tökülərkən.

53|47|Yenidən diriltmək də Ona aiddir!

53|48|Dövlətli də edən, kasıb da edən Odur!

53|49|Şiranın da Rəbbi Odur!

53|50|Əvvəlki Adı O məhv etdi.

53|51|Səmudu da həmçinin! Və buraxmadı.

53|52|Daha əvvəl Nuh qövmünü, çünki onlar daha zalım, daha azğın kimsələr idi.

53|53|Mötəfikənin də altını üstünə O çevirdi.

53|54|Onları nələr sardı, nələr!

53|55|Sən öz Rəbbinin hansı nemətlərinə şəkk edirsən?!

53|56|Bu da əvvəlki xəbərdarlıq edənlər kimi, xəbərdarlıq edəndir.!

53|57|Yaxınlaşan yaxınlaşdı.

53|58|Onu Allahdan başqa heç kəs dəf edə bilməz!

53|59|İndi siz bu kəlama təəccübmü edirsiniz?

53|60|Həm də gülürsünüz, heç ağlamırsınız!

53|61|Siz oynayır-əylənirsiniz.

53|62|Gəlin Allaha səcdə edin, ibadət edin!

54.

54|1|O saat yaxınlaşdı və ay parçalandı.

54|2|Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib: “davam edən bir sehrdir!” – deyərlər.

54|3|Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır!

54|4|And olsun ki, onlara çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

54|5|Olduqca böyük hikmətdir. Lakin qorxutmalar heç bir fayda verməz!

54|6|Artıq sən onlardan üz çevir. Carçının onları olduqca pis bir şeyə çağıracağı günədək!

54|7|Onlar gözlərini zəlilanə aşağı tikib səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

54|8|Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.

54|9|Bunlardan əvvəl Nuh qövmü təkzib etmiş və bəndəmizi yalançı sayıb: “divanədir!” – demişdilər. Ona qadağan edilmişdi.

54|10|Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də intiqam al!” – dedi.

54|11|Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq.

54|12|Yeri yarıb bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən edilmiş bir iş üçün bir-birinə qovuşdu.

54|13|Biz Nuhu taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.

54|14|İnkar edilmiş kimsəyə mükafat olaraq verilən gözümüzün qabağında üzüb gedirdi.

54|15|And olsun ki, Biz onu ibrət üçün saxladıq. Amma heç bir ibrət alan varmı?!

54|16|Bir Mənim əzabım və qorxutmağım necə oldu!

54|17|And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!

54|18|Ad təkzib etmişdi. Mənim əzabım və qorxutmağım necə oldu!

54|19|Biz uzun sürən nəhs bir gündə onların üstünə uğultulu bir külək göndərdik.

54|20|O, adamları kökündən qopmuş xurma kötükləri kimi qopardıb atırdı.

54|21|Mənim əzabım və qorxutmağım necə oldu!

54|22|And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!

54|23|Səmud təhdidləri yalan saymışdı.

54|24|Onlar demişdilər: “Məgər biz özümüzdən olan bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq! |25|Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”

54|26|“Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər! |27|Biz onları imtahana çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və döz! |28|Və onlara suyun onlar arasında bölüşdürüldüyünü xəbər ver! Hərə öz növbəsində hazır olsun!”

54|29|Nəhayət, onlar öz yoldaşlarını çağırdılar. O da tutub kəsdi.

54|30|Mənim əzabım və qorxutmağım necə oldu!

54|31|Biz onlara bircə dəhşətli səs göndərdik, dərhal ağıl düzəldənin istifadə etdiyi quru ota döndülər.

54|32|And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!

54|33|Lut qövmü də təhdidləri yalan saymışdı.

54|34|Biz də onların üstünə daş yağdıran yel göndərdik, yalnız Lutun ailəsini səhər çağı xilas etdik;

54|35|Dərgahımızdan bir lütf olaraq! Biz şükür edəni belə mükafatlandırırıq!

54|36|And olsun ki, onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə şübhə edib inanmamışdılar.

54|37|Cəlalıma and olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!”

54|38|And olsun ki, səhər tezdən onları əbədi bir əzab yaxaladı.

54|39|“İndi əzabımı və təhdidlərimi dadın!”

54|40|And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!

54|41|And olsun ki, Bizim təhdidlərimiz Firon əhlinə də gəlib çatmışdı.

54|42|Onlar ayələrimizin hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.

54|43|Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa kitablarda sizin üçün bəraət vardır?!

54|44|Yoxsa onlar: “Biz intiqam ala biləcək bir zümrəyik!” – deyirlər?

54|45|Bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!

54|46|Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır.

54|47|Şübhəsiz ki, günahkarlar haqq yoldan azmışlar və cəhənnəm odu içərisində olacaqlar.

54|48|O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək: “Duyun Cəhənnəmin təmasını!”

54|49|Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq.

54|50|Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər!

54|51|And olsun ki, Biz sizin kimiləri məhv etmişik. Amma heç bir ibrət alan varmı?!

54|52|Onların etdiyi hər şey dəftərlərdədir!

54|53|Hər bir kiçik və böyük yazılmışdır!

54|54|Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında, |55|haqq məclisində, qadir hökmdarın hüzurunda olacaqlar!

55.

55|1|Rəhman!

55|2|Quranı öyrətdi.

55|3|İnsanı yaratdı.

55|4|Ona danışmağı öyrətdi.

55|5|Günəş və ay müəyyən bir ölçü ilə.

55|6|Otlar da, ağaclar da səcdə edər!

55|7|Göyü. O ucaltdı, tərəzini O qoydu!

55|8|Ona görə ki, çəkidə hədi aşmayasınız.

55|9|Tərəzini düz tutun, çəkini əskiltməyin!

55|10|Yeri də məxluqat üçün O döşədi.

55|11|Orada növbənöv meyvələr və tumurcuqlu xurma ağacları;

55|12|Saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər vardır.

55|13|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|14|İnsanı saxsı kimi quru palçıqdan O yaratdı.

55|15|Cannı da tüstüsüz oddan O xəlq etdi.

55|16|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|17|İki məşriqin və iki məğribin Rəbbi Odur.

55|18|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|19|İki dənizi O qovuşdurdu.

55|20|Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar.

55|21|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|22|Onlardan inci və mərcan çıxar.

55|23|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|24|Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.

55|25|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|26|Üzündə olan hər kəs fanidir.

55|27|Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.

55|28|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|29|Göylərdə və yerdə kim varsa, Ondan diləyər. O hər gün bir işdədir.

55|30|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|31|Ey ağır yük altında olanlar! Sizinlə də məşğul olacağıq.

55|32|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|33|Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq qüvvətlə çıxa bilərsiniz!

55|34|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|35|Sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz.

55|36|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|37|Göy ayrılıb dəri kimi qıpqırmızı olduğu zaman?!

55|38|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|39|O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır!

55|40|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|41|Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar.

55|42|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|43|“Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!”

55|44|Onlar onunla qaynar su arasında dolanıb duracaqlar.

55|45|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|46|Şübhəsiz ki, Rəbbinin məqamından qorxanları iki cənnət gözləyir!

55|47|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|48|Qollu-budaqlıdır.

55|49|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|50|Orada iki axar bulaq vardır.

55|51|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|52|Orada hər meyvədən iki növ vardır.

55|53|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|54|Onlar orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır.

55|55|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|56|Orada gözlərini dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins toxunmamış qadınlar vardır.

55|57|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|58|Onlar, sanki yaqut və mərcandırlar.

55|59|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|60|Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!

55|61|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|62|Onlardan başqa daha iki cənnət vardır.

55|63|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|64|Yamyaşıldır.

55|65|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|66|Orada fəvvarə verib qaynayan iki bulaq vardır.

55|67|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|68|Orada növbənöv meyvələr, xurma və nar vardır.

55|69|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|70|Orada xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır.

55|71|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|72|Çadırlarda gözlərini dikmiş hurilər vardır.

55|73|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|74|Onlara əvvəl heç bir ins-cins toxunmamışdır.

55|75|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|76|Onlar yaşıl balışlara və gözəl naxışlı xalılara söykənmiş olacaqlar.

55|77|Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

55|78|Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır!

56.

56|1|Qiyamət vaqe olacağı vaxt

56|2|Onun vaqe olmasını heç kəs təkzib edə bilməz!

56|3|O alçaldacaq, ucaldacaqdır.

56|4|Yer hərəkətə gəlib şiddətlə titrədiyi, |5|Dağlar parça-parça olub ovxalandığı |6|Və toz kimi səpələndiyi zaman |7|Siz üç zümrəyə ayrılacaqsınız:

56|8|Sağ tərəf sahibləri. Kimdir o sağ tərəf sahibləri?

56|9|Sol tərəf sahibləri. Kimdir o sol tərəf sahibləri?

56|10|Və öndə olanlar. Onlar öndədirlər!

56|11|Onlar yaxınlaşdırılmış kimsələrdir.

56|12|Onlar Nəim cənnətlərində olacaqlar.

56|13|Çoxu əvvəlkilərdən, |14|Bir azı da axırıncılardandır.

56|15|Bəzənmiş taxtlar üstündə qərar tutacaq, |16|Onlara söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.

56|17|Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;

56|18|Məin dolu piyalələr, kuzələr və qədəhlərlə.

56|19|Ondan başları ağrımaz və keflənməzlər.

56|20|Bəyənib seçdikləri meyvələr |21|Və istədikləri hər cür quş əti ilə.

56|22|İri gözlü, qəşəng hurilər də vardır.

56|23|Sanki sədəf içində gizlənmiş incidirlər.

56|24|Onlar etdikləri əməllər müqabilində nail olacaqlar.

56|25|Onlar orada nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.

56|26|Eşitdikləri söz ancaq “salam” olacaqdır.

56|27|Sağ tərəf sahibləri! Kimdir o sağ tərəf sahibləri?

56|28|Tikansız sidr ağacları, |29|Salxım-salxım sallanmış möüz ağacları altında;

56|30|Çəkilməyən kölgəliklərdə;

56|31|Axar su kənarında;

56|32|Bol meyvələr – |33|Tükənməz və qadağan edilməyən içində |34|Və hündür döşəklər üstündə olacaqlar!

56|35|Şübhəsiz ki, Biz onları başqa cür yaradacağıq!

56|36|Onları bakirə qızlar, |37|Ərlərini sevən, həmyaşıdlar edəcəyik.

56|38|Sağ tərəf sahibləri üçündür onlar!

56|39|Bir çoxu əvvəlkilərdən, |40|Bir çoxu da axırıncılardandır.

56|41|Sol tərəf sahibləri! Kimdir o sol tərəf sahibləri?

56|42|Səmum yeli və qaynar su içində, |43|Qapqara duman kölgəsində olacaqlar!

56|44|Nə sərin, nə də xoşagələndir.

56|45|Onlar bundan əvvəl naz-nemət içində idilər.

56|46|Özləri də böyük günah içində israr edib dururdular.

56|47|Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?! |48|Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”

56|49|De: “əvvəlkilər də, sonrakılar da, |50|Məlum bir günün müəyyən bir vaxtında mütləq cəm ediləcəklər.”

56|51|Sonra, siz ey yoldan azanlar, dananlar!

56|52|Şübhəsiz ki, zəqqum ağacından yeyəcəksiniz, |53|Qarınlarınızı onunla dolduracaqsınız.

56|54|Üstündən də qaynar su içəcəksiniz.

56|55|Özü də onu susuzluq xəstəliyinə tutulmuş kimi içəcəksiniz.

56|56|Bu onların haqq-hesab günündəki ziyafətidir.

56|57|Biz sizi yaratdıq. Məgər təsdiq etməzmisiniz?

56|58|Bəs axıtdığınız nütfəyə nə deyirsiniz?

56|59|Ondan yaradan sizsiniz, yoxsa Biz?!

56|60|Sizin aranızda ölümü əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz deyilik, |61|yerinizə sizin kimiləri gətirməkdən və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!

56|62|And olsun ki, siz ilk yaradılış bilirsiniz. Elə isə heç düşünmürsünüz?!

56|63|Bəs əkdiyinizə nə deyirsiniz?

56|64|Onu bitirən sizsiniz, yoxsa Biz?!

56|65|Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:

56|66|“Biz ziyana uğramış, |67|Bəlkə, məhrum olmuş kimsələrik!” (deyərdiniz).

56|68|Bəs içdiyiniz suya nə deyirsiniz?

56|69|Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!

56|70|Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükür etmirsiniz?

56|71|Bəs yandırdığınız oda nə deyirsiniz?

56|72|Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?

56|73|Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.

56|74|Belə olduqda sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!

56|75|Ulduzların mənzillərinə and olsun ki –

56|76|Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz –

56|77|Bu çox qiymətli Qurandır.

56|78|Qorunub saxlanılan bir Kitabdadır.

56|79|Ona yalnız pak olanlar toxuna bilər!

56|80|Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

56|81|İndi siz bu kəlamı yalan sayırsınız?

56|82|Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?

56|83|Boğaza yetişdiyi zaman

56|84|Siz baxıb durursunuz.

56|85|Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz!

56|86|Əgər sizdən haqq-hesab çəkilməyəcəksə, |87|Və əgər doğru deyirsinizsə, bəlkə, geri qaytarasınız?!

56|88|Amma əgər yaxın olanlardandırsa, |89|rəhmət, gözəl ruzi və Nəim cənnəti gözləyir!

56|90|Əgər o, sağ tərəf sahiblərindəndirsə, |91|“Sağ tərəf sahiblərindən sənə salam olsun!”

56|92|Əgər yalan sayanlardan və yoldan azanlardandırsa, |93|qaynar su ziyafəti veriləcək |94|Və özü də Cəhənnəmə atılacaqdır.

56|95|Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!

56|96|Elə isə sən ulu olan Rəbbinin adını təsbih et!

57.

57|1|Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

57|2|Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!

57|3|Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!

57|4|Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!

57|5|Göylərin və yerin hökmü Onun əlindədir. İşlər ancaq Allaha tərəf qaytarılacaqdır!

57|6|Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!

57|7|Allaha və Rəsuluna iman gətirin. Sizi varis etdiyi maldan xərcləyin. Sizdən iman gətirib sərf edənləri böyük bir mükafat gözləyir!

57|8|Rəsul sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl sizdən əhd almışdı. Əgər iman gətirəcəksinizsə, |9|Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz bəndəsinə açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!

57|10|Sizə nə olub ki, Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası ancaq Allahındır. Sizlərdən fəthdən əvvəl sərf edənlər və vuruşanlar eyni deyillər. Onlar fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!

57|11|Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir!

57|12|O gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən. “Bu gün sizin müjdəniz altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur!

57|13|O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” – deyəcəklər. Belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın!” onların arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.

57|14|Səsləyib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?!” Belə cavab verəcəklər: “Bəli. Lakin siz özünüzü fitnəyə saldınız, siz gözləyirdiniz və şəkk edirdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar aldatdı. Sizi Allah barəsində o tovlayan tovladı! |15|Bu gün artıq nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!”

57|16|İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlarla uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir!

57|17|Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin!

57|18|Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün qat-qat artırılacaqdır. Onları həm də cox qiymətli bir mükafat gözləyir!

57|19|Allaha və Rəsuluna iman gətirənlər – məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər və şəhidlərdir. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.

57|20|Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir.

57|21|Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun Rəsuluna iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür. Allah çox böyük lütf sahibidir!

57|22|Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!

57|23|Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz!

57|24|O kəslər ki, həm özləri xəsislik edər, həm də xalqa xəsis olmağı əmr edərlər. Kim üz döndərsə. Həqiqətən, Allah ehtiyacsızdır, şükrə layiqdir!

57|25|And olsun ki, Biz Rəsullarımızı açıq-aşkar dəlillərlə göndərdik. Biz onlara birlikdə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad etdik ki, Allah, görmədən Ona və Rəsullarına kömək göstərənləri bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

57|26|And olsun ki, Biz Nuhu və İbrahimi göndərdik, Nəbiliyi və kitabı onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə fasiqlərdir!

57|27|Sonra onların ardınca Rəsullarımızı yolladıq. Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik icad etdilər. Biz onu onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.

57|28|Ey iman gətirənlər! Allaha  qarşı təqvalı olun və Onun Rəsuluna iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!

57|29|Kitab əhli bilsin ki, onlar Allahın lütfünə heç bir vəchlə mane ola bilməzlər. Şübhəsiz ki, lütf Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah çox böyük lütf sahibidir!

58.

58|1|Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah eşidəndir, görəndir!

58|2|Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.

58|3|Qadınları ilə zihar edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır!

58|4|Kim tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Rəsuluuna iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir. Kafirləri şiddətli bir əzab gözləyir!

58|5|Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!

58|6|Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah sayıb yazmış, onlar isə unutmuşlar. Allah hər bir şeyə şahiddir!

58|7|Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, yenə də onların yanındadır. Sonra qiyamət günü onlara etdikləri əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir!

58|8|Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Rəsulun əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır və ürəklərində: “bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir!

58|9|Ey iman gətirənlər! Bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik və Rəsulum əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq barədə danışın və hüzuruna toplanacağınız Allaha qarşı təqva sahibi olun!

58|10|Şübhəsiz ki, məxfi danışma iman gətirənləri məyus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!

58|11|Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildiyi zaman yer verin ki, Allah da sizə geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!

58|12|Ey iman gətirənlər! Rəsulla məxfi danışacağınız zaman bu danışıqdan əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli, daka pakdır. Əgər bir şey tapmasanız. Çünki Allah bağışlayandır, rəhm edəndir!

58|13|Məgər siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz etmədiniz və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!

58|14|Məgər onların Allahın qəzəbləndiyi bir tayfanı özlərinə dost tutduqlarını görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.

58|15|Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir!

58|16|Onlar andlarını özlərinə sipər etdilər və Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir.

58|17|Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.

58|18|Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Allaha da and içəcək və bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar!

58|19|Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır!

58|20|Allahın və Onun Rəsulunun əleyhinə çıxanlar ən zəlil kimsələr içərisində olacaqlar!

58|21|Allah: “And olsun ki, Mən və Rəsullarım qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

58|22|Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Rəsulu əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh vermişdir. Onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb səadətə qovuşanlardır.

59.

59|1|Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

59|2|Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz yurdundan çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan qoruyacağını zənn edirdilər. Amma Allah onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! ibrət alın!

59|3|Əgər Allah onlara sürgün olunmağı hökm etməsəydi, onları dünyada mütləq əzaba düçar edərdi. Axirətdə isə onları cəhənnəm əzabı gözləyir!

59|4|Bu onların Allaha və Onun Rəsuluna asi olmalarına görədir. Kim Allaha asi olsa, Allahın cəzası çox şiddətlidir!

59|5|Hər hansı bir xurma ağacını kəsməyiniz, yaxud onu kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Və bu fasiqləri rüsvay etməsi üçündür.

59|6|Allahın onların mallarından Öz Rəsuluna verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz Rəsullarını istədiyi kimsələr üzərində hakim edər. Allah hər şeyə qadirdir!

59|7|Allah Öz Rəsuluna məmləkətlərin əhalisindən verdiyi qənimət Allaha, Rəsula, qohum-əqrabaya, yetimlərə, yoxsullara və müsafirə məxsusdur. Bu ona görədir ki, içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın. Rəsul sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allaha qarşı təqva sahibi olun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.

59|8|Yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Rəsuluna kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar doğru olan kimsələrdir!

59|9|Onlardan əvvəl yurd salmış və iman gətirirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!

59|10|Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”

59|11|Məgər kitab əhlindən kafir olan qardaşlarına: “Əgər çıxarılsanız, biz də sizinlə birlikdə mütləq çıxacaq, sizin əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!” – deyən münafiqləri görmədinmi? Allah onların xalis yalançı olduğuna şahiddir!

59|12|And olsun ki, əgər onlar yurdlarından çıxarılsalar, onlarla birlikdə çıxmazlar. Əgər onlarla vuruşsalar, onlara kömək etməzlər. Yox, əgər onlara yardım etmiş olsalar, arxa çevirib qaçar, sonra da onlara heç bir kömək olunmaz!

59|13|Onların ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu isə onların anlamaz bir qövm olduqlarına görədir.

59|14|Onlar hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə, yaxud divar arxasında olarkən döyüşərlər. Onların öz aralarındakı vuruşmaları isə çox güclüdür. Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır.

59|15|Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış kimsələrə bənzəyirlər. Onları şiddətli bir əzab gözləyir.

59|16|Şeytana bənzəyir. O, insana: “Kafir ol!” – deyər. Kafir olan kimi: “Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyər.

59|17|Onların hər ikisinin aqibəti cəhənnəm odu içində həmişəlik qalmaqdır. Zalımların cəzası budur!

59|18|Ey iman gətirənlər! Allaha qarşı təqva sahibi olun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allaha qarşı təqvalı olun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!

59|19|Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir!

59|20|Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb səadətə qovuşanlardır!

59|21|Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.

59|22|O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O Rəhmlidir, Mərhəmətlidir!

59|23|O Özündən başqa heç bir Tanrı olmayan, ixtiyar sahibi, müqəddəs olan, salamatlıq, əmin-amanlıq bəxş edən, göz-qulaq olub qoruyan, yenilməz qüdrət sahibi, məcbur etməyə qadir olan, böyük olan Allahdır. Allah Ona qoşduqlarından ucadır.

59|24|O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

60.

60|1|Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Rəsulu və sizi çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa. Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!

60|2|Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.

60|3|Nə qohum-əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!

60|4|İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan qurtara bilmərəm!” – deməsi istisnadır. “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır. |5|Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”

60|6|And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim üz döndərsə. Allah möhtac deyildir; O, tərifə layiqdir!

60|7|Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr arasında dostluq yaratsın. Allah qadirdir. Allah bağışlayandır, rəhm edəndir!

60|8|Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!

60|9|Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!

60|10|Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar onlara, nə də onlar bunlara halaldır. Onların xərclədiklərini özlərinə qaytarıb verin. Bunların mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. Verdiyiniz mehri istəyin. Sərf etdikləri mehri istəsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm edər. Allah biləndir, hikmət sahibidir!

60|11|Əgər zövcələrinizdən biri sizdən qaçıb kafirlərə qoşulsa və siz də qənimət əldə etsəniz, zövcələri getmiş kimsələrə onların sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!

60|12|Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

60|13|Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən ümidlərini üzdükləri kimi, onlar da axirətdən ümidlərini üzmüşlər!

61.

61|1|Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

61|2|Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?

61|3|Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.

61|4|Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!

61|5|Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş Rəsulu olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?” Onlar üz döndərdi. Allah fasiqləri doğru yola yönəltməz!

61|6|Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir Rəsulla müjdə verən Allahın Rəsuluyam!” Sonra onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.

61|7|İslama dəvət olunduğu halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!

61|8|Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır.

61|9|Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət və haqq dinlə göndərən Odur!

61|10|Ey iman gətirənlər! Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?

61|11|Allaha və Onun Rəsuluna iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

61|12|O, sizin günahlarınızı bağışlayar və sizi altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur!

61|13|Sevdiyiniz başqa bir şey də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver!

61|14|Ey iman gətirənlər! Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.

62.

62|1|Göylərdə və yerdə nə varsa, mülkün hökmdarı, müqəddəs, yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!

62|2|Ümmi ərəblərə özlərindən Rəsul göndərən Odur. Əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara ayələrini oxuyar, onları təmizləyər, onlara Kitabı və hikməti öyrədər.

62|3|Ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da  öyrədər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

62|4|Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir. Allah çox böyük mərhəmət sahibidir!

62|5|Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzərlər. Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım qövmü doğru yola yönəltməz!

62|6|De: “Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, doğru deyirsinizsə, onda ölüm diləyin!”

62|7|Halbuki onlar öz əlləri ilə etdikləri əməllərə görə heç vaxt diləməzlər. Allah zalımları çox gözəl tanıyandır!

62|8|De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!

62|9|Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

62|10|Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız!

62|11|Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!”

63.

63|1|Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Rəsulu olduğuna şəhadət veririk!” – deyirlər. Allah sənin Onun həqiqi Rəsul olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.

63|2|Onlar andlarını özlərində sipər edib Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!

63|3|Bunun səbəbi odur ki, onlar iman gətirdilər, sonra isə kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.

63|4|Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki söykədilmiş dirəklərdir. Onlar hər bir qışqırığın öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!

63|5|Onlara: “Gəlin Allahın Rəsulu sizin bağışlanmağınızı diləsin!” –deyildiyi zaman başlarını bulayar və sən onların təkəbbürlə üz çevirdiklərini görərsən.

63|6|Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!

63|7|Onlar: “Allahın Rəsulu yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər anlamazlar.

63|8|Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən güclülər ən zəifləri, əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki şərəf-şan da, yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin münafiqlər bilməzlər!

63|9|Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə, belələri əsl ziyana uğrayanlardır.

63|10|Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!” – deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.

63|11|Və Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!

64.

64|1|Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!

64|2|Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!

64|3|O, göyləri və yeri haqq-ədalətlə xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. Axır dönüş də Onun hüzurunadır!

64|4|O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!

64|5|Məgər sizdən əvvəl kafir olanların xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördükləri işlərin cəzasını dünyada daddılar. Onları şiddətli bir əzab gözləyir!

64|6|Çünki Rəsulları onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: “Məgər bizi doğu yola bir insanmı salacaqdır?!” – deyərək inkar edir və üz döndərirlər. Allahın ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, şükrə layiqdir!

64|7|Kafir olanlar əsla dirildilməyəcəklərini iddia edirlər. De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da etdiyiniz əməllər sizə xəbər veriləcəkdir.” Bu, Allah üçün çox asandır!

64|8|Elə isə Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura iman gətirin! Allah etdiyimiz əməllərdən agahdır!

64|9|Allahın sizi toplanmış gününə cəm edəcəyi gün – məhz o gün qarşılıqlı aldanma günüdür! Kim Allaha iman gətirib yaxşı əməllər etsə, onun günahlarının üstünü örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur!

64|10|Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!

64|11|Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, onun qəlbini haqqa doğru yönəldər. Allah hər şeyi biləndir!

64|12|Allaha itaət edin, Onun Rəsuluna itaət edin; hər kəs üz döndərsə, Rəsulumuzun öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir!

64|13|Allahdan başqa heç bir Tanrı yoxdur. Buna görə də möminlər ancaq Allaha təvəkkül etsinlər!

64|14|Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin! Amma onları əfv etsəniz, keçsəniz və bağışlasanız. Çünki Allah bağışlayandır, rəhm edəndir!

64|15|Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah dərgahındadır!

64|16|Allaha bacardığınız qədər təqva sahibi olun. qulaq asın; itaət edin və xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!

64|17|Əgər Allaha gözəl bir borc versəniz, sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!

64|18|Gizlini də, aşkarı da biləndir, yenilməz qüdrət sahibi, hikmət sahibidir!

65.

65|1|Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allaha qarşı təqva sahibi olun. Onları – açıq-aşkar bir pis iş etməyənə qədər – yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir. Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin.

65|2|Bunların gözləmə müddəti başa çatdıqda onları yaxşılıqla yola salın. İçərinizdən iki ədalətli şahid tutun. Allah üçün şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allaha qarşı təqvalı olsa, Allah ona bir çıxış yolu əta edər.

65|3|Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir.

65|4|Heyzdən kəsilmiş qadınlarınız barədə şübhə etsəniz, onların və həmçinin hələ heyz görməmiş olanların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allaha qarşı təqvalı olsa, Allah onun işini asan edər.

65|5|Bu, Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allaha qarşı təqvalı olsa, Allah onun üstünü örtər və mükafatını artırar.

65|6|Onları imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. Sıxışdırmaq məqsədilə onlara zərər verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda yaxşılıqla sazişə gəlin. Əgər çətinliyə düşsəniz, onu başqa bir qadın əmizdirə bilər.

65|7|Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq əta edər.

65|8|Neçə-neçə məmləkət öz Rəbbinin və Onun Rəsulunun əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik.

65|9|Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu.

65|10|Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allaha qarşı təqva sahibi olun! Allah sizin üçün Zikri nazil etmiş, |11|Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura çıxartmaq üçün Allahın açıq-aşkar ayələrini sizə oxuyan bir Rəsul göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, onu əbədi qalacaqları, altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!

65|12|Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə, əmri onların arasında nazil olar.

66.

66|1|Ya Peyğəmbər! Zövcələrinin razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi niyə özünə haram edirsən? Allah bağışlayandır, rəhm edəndir!

66|2|Həqiqətən, Allah andlarınızı geri götürməyi vacib etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O biləndir, hikmət sahibidir!

66|3|Bir zaman Peyğəmbər öz zövcələrindən birinə gizli bir söz demişdi. Bu sözü xəbər verdikdə və Allah bunu ona əyan etdikdə bunun bir qismini bildirmiş, bir qismini bildirməkdən isə vaz keçmişdi. Əhvalatı bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” – deyə soruşmuş, o da: “Bunu mənə bilən, agah olan xəbər verdi!” – deyə cavab vermişdi.

66|4|Əgər ikiniz də Allaha tövbə etsəniz. Çünki qəlbləriniz meyl etdi. Əgər ona qarşı bir-birinizə kömək etsəniz, onun mövlası Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da mələklərdir.

66|5|Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!

66|6|Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir.

66|7|“Ey kafir olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”

66|8|Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”

66|9|Ya Peyğəmbər! Kafirlərə qarşı, münafiqlərə qarşı vuruş. Onlarla sərt rəftar et. Onların məskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdır!

66|10|Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: “Girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.

66|11|Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi.

66|12|Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu.

67.

67|1|Hökm əlində olan Allah nə qədər ucadır. O, hər şeyə qadirdir!

67|2|Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır.

67|3|Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?!

67|4|Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!

67|5|And olsun ki, Biz dünya səmasını qəndillərlə bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.

67|6|Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!

67|7|Onlar qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər!

67|8|O, qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora atıldıqca onun gözətçiləri onlardan: “Məgər sizə xəbərdarlıq edən gəlməmişdimi?” – deyə soruşacaqlar.

67|9|Onlar deyəcəklər: “Bəli, bizə xəbərdarlıq edən gəlmişdi.” Amma biz yalançı sayıb demişdik: “Allah heç bir şey nazil etməmişdir. Siz sadəcə olaraq çox azmısınız!”

67|10|Onlar: “Əgər biz qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!” – deyəcək, |11|Və beləcə öz günahlarını etiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!

67|12|Rəbbindən görmədən qorxanları isə bağışlanma və böyük bir mükafat gözləyir!

67|13|İstər sözünüzü gizli saxlayın, istər açıq deyin. Ürəklərdə olanları biləndir!

67|14|Məgər yaradan bilməzmi?! O, incəliyinə qədər biləndir, xəbərdardır!

67|15|Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin, ruzisindən yeyin. Axır dönüş də Onadır!

67|16|Göydə olanın yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?!

67|17|Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz.

67|18|Onlardan əvvəlkilər də təkzib etmişdilər. Mənim onları cəzalandırmağım necə oldu.

67|19|Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!

67|20|Yaxud bu əsgərləriniz kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!

67|21|Əgər Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar dikbaşlıqdan və nifrət etməkdən əl çəkmirlər.

67|22|Elə isə üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən?!

67|23|De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükür edirsiniz!”

67|24|De: “Sizi yer üzünə yayıb səpələyən Odur. Onun hüzuruna toplanacaqsınız!”

67|25|Onlar deyirlər: “Əgər doğru danışanlardansınızsa,ə bu vəd nə vaxt yerinə yetəcəkdir?”

67|26|De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq açıq-aşkar xəbərdarlıq edənəm!”

67|27|Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək və onlara: “Sizin istədiyiniz əzab budur!” – deyiləcəkdir.

67|28|De: “Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan kim qurtara bilər?!”

67|29|De: “O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin açıq-aydın azmış olduğunu biləcəksiniz!”

67|30|De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib getsə, kim sizə axar su gətirə bilər?!”

68.

68|1|Nun! And olsun qələmə və yazdıqlarına ki, |2|Sən Rəbbinin neməti sayəsində divanə deyisən!

68|3|Və həqiqətən, səni minnətsiz mükafat gözləyir!

68|4|Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!

68|5|Sən də görəcəksən, onlar da görəcəklər, |6|Hansınızın divanə olduğunu!

68|7|Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!

68|8|Elə isə yalan sayanlara itaət etmə!

68|9|İstərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər!

68|10|İtaət etmə hər and içənə, alçağa;

68|11|Qeybət edənə, söz gəzdirənə;

68|12|Xeyrə mane olana, həddi aşana, günaha batana;

68|13|Daş ürəkliyə, əsli-nəsəbi bilinməyən haramzadaya - |14|O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!

68|15|Ayələrimiz ona oxunduğu zaman o: “qədimlərin əfsanələridir!” – dedi.

68|16|Biz onun burnuna damğa basacağıq!

68|17|Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da imtahana çəkdik. O vaxt səhər açılanda mütləq dərəcəklərinə and içmişdilər. |18|Və heç bir istisna yeri də qoymamışdılar.

68|19|Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi. |20|Və o qapqara qaraldı.

68|21|Onlar səhər qalxıb bir-birini belə səslədilər: |22|“Əgər yığacaqsınızsa, bağınıza tez gedin!”

68|23|Nəhayət, yola düşdülər, bir-birinə xəlvətcə belə deyirdilər: |24|“Bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”

68|25|Onlar bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər.

68|26|Bu vəziyyətdə gördükdə dedilər: “Yəqin ki, azmışıq! |27|Xeyr, biz məhrum olmuşuq!”

68|28|Onların ən ağıllısıə dedi: “Məgər mən sizə həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!”

68|29|Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər.

68|30|Onlar bir-birini danlamağa başladılar.

68|31|Və dedilər: “Vay halımıza! Biz azğınlıq edirdik. |32|Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən diləyirik!”

68|33|Əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!

68|34|Həqiqətən, Allaha qarşı təqval olub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!

68|35|Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!

68|36|Sizə nə olub, necə mühakimə yürüdürsünüz?

68|37|Yoxsa bir kitabınız vardır ki, orada oxuyursunuz?!

68|38|Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!

68|39|Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?!

68|40|Onlardan soruş ki, hansı biri buna zamindir?

68|41|Yoxsa onların şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!

68|42|İş çətinləşəcəyi və səcdəyə dəvət olunacaqları gün onlar qadir olmayacaqlar.

68|43|Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar sağlam olduqları ikən səcdəyə dəvət olunurdular.

68|44|Artıq bu kəlamı yalan sayanları Mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik.

68|45|Onlara möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir.

68|46|Yoxsa sən onlardan ücrət istəyirsən və onlar ağır borc yükü altında qalıblar?!

68|47|Yoxsa qeyb yanlarındadır və onlar yazırlar?!

68|48|Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi kimi olma. O zaman o, qəm-kədər içində boğularaq dua etmişdi.

68|49|Əgər Rəbbindən ona bir mərhəmət yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə atılacaqdı.

68|50|Amma Rəbbi onu seçdi və salehlərdən etdi.

68|51|Həqiqətən, kafirlər Zikri eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: “O divanədir!” – deyirlər.

68|52|Halbuki bu aləmlərə ancaq bir öyüd-nəsihətdir!

69.

69|1|Haqq olan qiyamət!

69|2|Nədir qiyamət?!

69|3|Nə bilirsən ki, nədir qiyamət?!

69|4|Səmud da, Ad da o qiyaməti yalan saymışdılar!

69|5|Səmud hədsiz dərəcədə dəhşətli səslə həlak edildi.

69|6|Ad isə uğultulu, çox şiddətli bir küləklə tar-mar oldu.

69|7|Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.

69|8|İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!

69|9|Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli də günah törətmişdilər.

69|10|Onlar Rəbbinin Rəsuluna asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.

69|11|Həqiqətən, hər tərəfi su basdığı zaman sizi gəmiyə Biz daşıdıq.

69|12|Ona görə ki, bunu sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu eşidib yadda saxlasın!

69|13|Sur bircə dəfə üfürüləcəyi;

69|14|Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman - |15|Məhz o gün qiyamət qopacaqdır!

69|16|Və süst düşüb parçalanacaqdır!

69|17|Mələklər də onun ətrafında olacaq və həmin gün sənin Rəbbinin ərşini onların üstündə səkkiz mələk daşıyacaqdır!

69|18|O gün siz gətiriləcəksiniz. Sizin heç bir sirriniz gizli qalmayacaqdır!

69|19|Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun! |20|Mən öz hesabıma yetişəcəyimə inanmışdım!”

69|21|Bundan belə o, xoş güzəran içində, |22|Yüksək bir Cənətdə olacaqdır.

69|23|Meyvələri çox yaxındadır.

69|24|“Keçmiş günlərdə etdiyiniz əməllər müqabilində yeyin-için!”

69|25|Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi! |26|Hesabımın nə olduğunu bilməyəydim! |27|Kaş o qəti olaydı! |28|Mal-dövlətim mənə heç bir fayda vermədi. |29|Mülküm də məhv olub getdi!”

69|30| “Onu tutub qandallayın! |31|Sonra da Cəhənnəmə atın! |32|Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! |33|Çünki o, böyük olan Allaha inanmırdı. |34|O yoxsulu yedirtməyə rəğbət oyatmırdı. |35|Bu gün bax burda onun yaxın bir dostu yoxdur. |36|İrindən başqa bir yeməyi də yoxdur. |37|Onu ancaq günahkarlar yeyər!”

69|38|And içirəm gördüklərinizə, |39|Və görmədiklərinizə ki, |40|Bu çox möhtərəm bir elçinin sözüdür!

69|41|O, şair sözü deyildir! Nə az inanırsınız!

69|42|O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!

69|43|O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

69|44|Əgər o özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, |45|Biz ondan mütləq şiddətli intiqam alardıq!

69|46|Sonra onun şah damarını qopardardıq!

69|47|Və heç biriniz də ondan dəf edə bilməzdiniz.

69|48|Şübhəsiz ki, bu müttəqilərə bir öyüd-nəsihətdir.

69|49|İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.

69|50|Şübhəsiz ki, bu kafirlər üçün bir peşmançılıqdır.

69|51|Doğrudan da, bu gerçək bir həqiqətdir.

69|52|Elə isə sən ulu olan Rəbbinin adını təsbih et!

70.

70|1|Biri vaqe olacaq əzab barədə soruşdu.

70|2|Kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!

70|3|Dərəcələr sahibi olan Allahdandır!

70|4|Mələklər və ruh Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar.

70|5|Mətanətlə səbr et!

70|6|Şübhəsiz ki, onlar onu uzaq görürlər.

70|7|Biz isə onu yaxın görürük.

70|8|O gün göy göyərmiş mis kimi olacaq;

70|9|Dağlar da didilmiş yun kimi olacaqdır.

70|10|Və dost dostu arayıb axtarmayacaqdır.

70|11|Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını;

70|12|Övrətini və qardaşını;

70|13|Ona sığınacaq verən əşirətini;

70|14|Və yer üzündə olanların hamısını – təki özünü qurtarsın!

70|15|Xeyr. Həqiqətən, o alovlu atəşdir.

70|16|Başın dərisini sıyırıb çıxardır.

70|17|Çağırır çıxanı, üz döndərəni |18|Və yığıb saxlayanı!

70|19|Həqiqətən, insan çox həris yaradılmışdır!

70|20|Ona bir pislik üz verdikdə fəryad qoparar.

70|21|Ona bir xeyir nəsib olduqda isə xəsis olar.

70|22|Namaz qılanlar istisnadır!

70|23|O kəslər ki, daim namaz qılarlar;

70|24|O kəslər ki, onların mallarında müəyyən bir haqq vardır - |25|Dilənən və məhrum olan kimsə üçün;

70|26|O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;

70|27|O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;

70|28|Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz;

70|29|O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar;

70|30|Övrətləri və cariyələri istisna olmaqla. Əsla qınanmazlar;

70|31|Bundan artığını istəyənlər isə həddi aşanlardır;

70|32|O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;

70|33|O kəslər ki, düzgün şəhadət verərlər

70|34|Və o kəslər ki, namazlarını hifz edərlər- |35|Məhz onlar cənnətlərdə ehtiram olunacaq kimsələrdir!

70|36|Kafirlərə nə olub ki, sənə tərəf tələsirlər?

70|37|Sağdan və soldan dəstə-dəstə gəlirlər?

70|38|Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?

70|39|Xeyr! Biz onları özlərinin bildiyi şeydən yaratdıq!

70|40|Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.

70|41|Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə və heç kəs Bizim qarşımıza keçə bilməz!

70|42|Elə isə qoy onlar vəd olunduqları günə qovuşanadək dalsınlar və oynayıb-əylənsinlər!

70|43|O gün onlar bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar.

70|44|Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür!

71.

71|1|Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları xəbərdar et!” – deyə öz tayfasına göndərdik.

71|2|O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi açıq-aşkar xəbərdar edənəm! |3|Allaha ibadət edin, Ona qarşı təqvalı olun və mənə də itaət edin! |4|O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək möhlət verər. Allahın müəyyən etdiyi əcəl gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!”

71|5|O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! |6|Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. |7|Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qularlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. |8|Sonra mən onları uca səslə dəvət etdim. |9|Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”.

71|10|Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! |11|O sizə göydən bol yağış göndərər; |12|O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar! |13|Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? |14|Halbuki O sizi cürbəcür xəlq etdi. |15|Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?! |16|Orada ayı bir nur, günəşi də bir çıraq etdi. |17|Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. |18|Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır. |19|Allah yeri sizin üçün xalı etdi ki, |20|Onun geniş yollarında gəzəsiniz!”

71|21|Nuh dedi: “Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə tabe oldular. |22|Çox böyük bir hiylə qurdular. |23|Və dedilər: «Öz tanrılarınızı tərk etməyin, Bəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!» |24|Onlar çoxlarını yoldan çıxartdılar. Sən də ancaq onların zəlalətini artır!”

71|25|Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan qurtaracaq köməkçilər də tapa bilmədilər!

71|26|Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! |27|Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər. |28|Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını artır!”

72.

72|1|De: “Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: “Biz çox qəribə bir Quran eşitdik. |2|O, haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. |3|Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq! |4|Doğrusu, bizim səfehimiz Allah barəsində tamamilə yalan söyləyirmiş. |5|Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz. |6|Həqiqətən, bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü artırırdılar  |7|Onlar da siz təkin elə güman edirdilər ki, Allah heç kəsi diriltməyəcəkdir. |8|Biz göyə qalxmaq istədik, amma onun güclü gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.  |9|Biz qulaq asmaq üçün bəzi yerlərində otururduq. Lakin indi kim qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər. |10|Biz bilmirik ki, yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir. |11|Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə ayrılmışıq. |12|Biz anladıq ki, yerdə də olsaq, qaçsaq, Allahdan canımızı qurtara bilmərik. |13|Doğrusu, biz hidayət yolunu göstərəni dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar. |14|Şübhəsiz ki, aramızda müsəlmanlar da var, çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. |15|Çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar”

72|16|Əgər onlar o yolda doğru olsaydılar, Biz onlara bol yağış verərdik ki, |17|Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, onu məşəqqətli bir əzaba düçar edər.

72|18|Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!

72|19|Allahın bəndəsi Ona ibadət etmək üçün qalxdıqda az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər.

72|20|De: “Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!”

72|21|De: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!”

72|22|De: “Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm! |23|Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa. Allah və Onun Rəsuluna asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!”

72|24|Onlar təhdid olunduqlarını gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.

72|25|De: “Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm! |26|Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; |27|Bəyənib seçdiyi Rəsullardan başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar ki, |28|Öz Rəbbinin göndərdiklərini təbliğ etdiyini bilsin. Onlarda olanların hamısını ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır!”

73.

73|1|Ey örtünüb bürünən!

73|2|Gecəni – az bir hissəsi istisna olmaqla – Qalx!

73|3|Yarısına qədər, yaxud bir qədər ondan az; |4|Və ya bir qədər ondan çox! Həm də aramla Quran oxu!

73|5|Həqiqətən, Biz sənə ağır bir kəlam vəhy edəcəyik.

73|6|Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək daha münasibdir!

73|7|Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır.

73|8|Rəbbinin adını zikr et və Ona tərəf yönəl.

73|9|O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. Ancaq Onu vəkil et!

73|10|Onların sənə deyəcəklərinə səbr et. Onlardan gözəl tərzdə ayrıl!

73|11|Yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət ver!

73|12|Dərgahımızda qandallar və Cəhənnəm; |13|Boğaza tıxanıb qalan yemək və şiddətli əzab vardır!

73|14|O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yumşaq qum təpəsinə dönəcəkdir.

73|15|Həqiqətən, Biz - Firona Rəsul göndərdiyimiz kimi – sizə də şahidlik edəcək Rəsul göndərdik.

73|16|Firon o Rəsula asi oldu və Biz də onu şiddətli əzabla yaxaladıq.

73|17|Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız?!

73|18|Göy parçalanaraq, vədi yerinə yetəcəkdir.

73|19|Həqiqətən, bu öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar!

73|20|Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini oyanırsan.  Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!

74.

Mərhəmtli Rəhmli Allahın Adı ilə…

74|1|Ey bürünüb sarınan!

74|2|Qalx xəbərdarlıq et!

74|3|Öz Rəbbini uca tut!

74|4|Libasını təmizlə!

74|5|Pis şeylərdən uzaqlaş!

74|6|Çox bilib başa qalxma!

74|7|Rəbbinin yolunda səbr et!

74|8|Elə ki, sur çalındı, |9|O gün çox ağır bir gün olacaqdır;

74|10|Kafirlər üçün asan olmayacaqdır!

74|11|əMəni Öz yaratdığım kimsə ilə tək burax!

74|12|Mən ona bollu mal-dövlət əta etdim;

74|13|Yanında hazır duran oğullar;

74|14|Ona artıqlaması ilə müyəssər etdim.

74|15Sonra yenə də artırmağımı istəyir.

74|16|Xeyr. Çünki o, ayələrimizə qarşı inadkar oldu.

74|17|Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!

74|18|O, fikirləşdi və ölçdü-biçdi.

74|19|Ölüm olsun ona! Necə ölçdü-biçdi?!

74|20|Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!

74|21|Sonra baxdı.

74|22|Sonra üz-gözünü turşutdu, qaşqabağını tökdü.

74|23|Sonra da üz çevirdi, təkəbbür göstərdi.

74|24|Və dedi: “Bu öyrənilən sehrdən başqa bir şey deyildir! |25|Bu yalnız bəşər sözüdür!”

74|26|Biz onu Səqərə atacağıq.

74|27|Sən nə bilirsən ki, nədir Səqər!

74|28|O qoymaz və buraxmaz!

74|29|İnsanı yandırıb-yaxar!

74|30|Onun üstündə on doqquz vardır.

74|31|Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və möminlərin şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün etdik. Allah istədiyi kimsəni belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu insanlar üçün ancaq bir öyüd-nəsihətdir!

74|32|Xeyr! And olsun aya; |33|Dönüb-qayıdan gecəyə |34|Və sökülməkdə olan dan yerinə ki, |35|Böyük bəlalardan biridir!

74|36|Qorxudur insanları - |37|Sizdən irəli düşmək, yaxud geri qalmaq istəyənləri!

74|38|Hər kəs öz əməlinin girovudur!

74|39|Sağ tərəf sahibləriş istisna olmaqla!

74|40|Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; |41|Günahkarlar barəsində:

74|42|“Sizi Səqərə salan nədir?”

74|43|Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; |44|Yoxsulu da yedirtməzdik; |45|Batilə dalanlarla birlikdə biz də dalardıq; |46|Haqq-hesab gününü yalan sayardıq. |47|Ölüm bizi haqlayana qədər”.

74|48|Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!

74|49|Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər.

74|50|Onlar sanki vəhşi eşşəklərdir.

74|51|Aslandan hürküb qaçarlar!

74|52|Xeyr, onların hər biri özünə nazil olmuş səhifələr verilməsini istəyər.

74|53|Xeyr, daha doğrusu, onlar axirətdən qorxmazlar!

74|54|Xeyr, bu bir öyüd-nəsihətdir!

74|55|İstəyənlər ondan öyüd alar.

74|56|Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur!

75.

75|1|And içirəm qiyamət gününə;

75|2|And içirəm özünü qınayan nəfsə!

75|3|Məgər insan elə güman edir ki, onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!

75|4|Bəli, Biz onun barmaqlarını da düzəltməyə qadirik!

75|5|Lakin insan önündəkini danmaq istəyər.

75|6|Və: “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.

75|7|Göz bərələcəyi;

75|8|Ay tutulacağı;

75|9|Günəşlə ay birləşəcəyi zaman -

75|10|Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.

75|11|Xeyr, heç bir sığınacaq olmayacaqdır!

75|12|O gün duracaq yer ancaq Rəbbinin hüzurudur!

75|13|O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir!

75|14|Doğrusu, insan özü-özünə şahiddir!

75|15|O, hər cür üzrxahlıq etsə də!

75|16|Onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə!

75|17|Çünki onu cəm etmək, oxutmaq Bizə aiddir.

75|18|Biz onu oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.

75|19|Sonra onu bəyan etmək də Bizə aiddir!

75|20|Xeyr, xeyr! Siz tez keçib gedəni sevirsiniz.

75|21|Axirəti isə tərk edirsiniz.

75|22|O gün neçə-neçə üzlər sevinib güləcək,

75|23|Öz Rəbbinə baxacaqdır!

75|24|O gün neçə-neçə üzlər tutulub qaralacaq,

75|25|Bel sümüklərinin qırılacağını anlayacaqdır!

75|26|Xeyr, boğaza gəlib yetişəcəyi,

75|27|“Kim xilas edə bilər?” – deyiləcəyi,

75|28|ayrılıq dəminin gəlib çatdığını anlayacağı,

75|29|Və qıçı-qıçına dolaşacağı zaman,

75|30|Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır!

75|31|Beləliklə, o nə təsdiq etdi, nə də namaz qıldı.

75|32|Amma yalan saydı, üz döndərdi.

75|33|Sonra da özünü darta-darta ailəsinin yanına getdi.

75|34|Vay sənin halına, vay!

75|35|Yenə də vay sənin halına, vay!

75|36|Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?!

75|37|Məgər o tökülən bir qətrə nütfə deyildimi?!

75|38|Sonra laxtalanmış qan oldu və onu yaradıb surət verdi.

75|39|Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift yaratdı.

75|40|Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!

76.

76|1|İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır!

76|2|Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.

76|3|Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor.

76|4|Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.

76|5|Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış qədəhdən içəcəklər.

76|6|O elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu asanlıqla axıdacaqlar.

76|7|Onlar elə kimsələrdirlər ki, verdikləri sözü yerinə yetirər və dəhşətli bürüyəcək gündən qoxarlar.

76|8|Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.

76|9|“Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. |10|Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!”

76|11|Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir.

76|12|Və onları etdikləri səbr müqabilində Cənnətlə və ipəklə mükafatlandıracaqdır.

76|13|Onlar orada taxtlara söykənəcək, orada nə günəş, nə də sərt soyuq görəcəklər.

76|14|Kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır.

76|15|Onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar.

76|16|Gümüşdən olan elə billur ki, onları münasib ölçüdə etmişlər.

76|17|Orada onlara zəncəfil qatılmış badə də içirdiləcəkdir.

76|18|Orada bir çeşmədir ki, Səlsəbil adlanır.

76|19|Onların dövrəsində həmişəcavan oğlanlar olacaqdır. Onları gördükdə, sanki səpilmiş inci olduqlarını zənn edərsən.

76|20|Hara baxsan, nemət və böyük bir mülk görərsən.

76|21|Əyinlərində taftadan və atlazdan yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.

76|22|“Bu sizin mükafatınızdır. Zəhmətiniz məqbuldur!”

76|23|Həqiqətən, Biz Quranı sənə tədriclə nazil etdik.

76|24|Elə isə Rəbbinin hökmünə səbr et və onlardan günahkar və nankor olana boyun əymə!

76|25|Səhər-axşam Rəbbinin adını zikr et!

76|26|Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de!

76|27|Həqiqətən, bunlar tez keçib gedəni sevər, ağır günə dal çevirərlər.

76|28|Onları yaradan da, güclü-qüvvətli edən də Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.

76|29|Həqiqətən, bu bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar.

76|30|Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!

76|31|İstədiyi kimsəni Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, onlar üçün şiddətli bir əzab hazırlamışdır!

77.

77|1|And olsun ard-arda göndərilənlərə;

77|2|And olsun şiddətlə əsənlərə.

77|3|And olsun yayanlara;

77|4|And olsun ayıranlara;

77|5|And olsun vəhyi çatdıranlara-

77|6|üzr diləmək və ya xəbərdar etmək üçün ki, |7|Sizə vəd edilən mütləq vaqe olacaqdır!

77|8|Ulduzlar sönəcəyi;

77|9|Göy yarılacağı;

77|10|Dağlar parça-parça olub dağılacağı;

77|11|Rəsullara möhlət veriləcəyi zaman,

77|12|“hansı günə qədər möhlət verilmişdir?”

77|13| “ayırd ediləcəyi günə qədər!”

77|14|Nə bilirsən ki, nədir o ayırd etmə günü?!

77|15|O gün vay halına yalan sayanların!

77|16|Məgər Biz əvvəlkiləri məhv etmədikmi?!

77|17|Sonra axırda gələnləri də onlara qatacağıq.

77|18|Biz günahkarlarla belə rəftar edirik.

77|19|O gün vay halına yalan sayanların!

77|20|Məgər sizi bir qətrə zəif sudan yaratmadıqmı?!

77|21|Biz onu möhkəm bir yerdə saxladıq, |22|Müəyyən bir vaxta qədər.

77|23|Biz qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!

77|24|O gün vay halına yalan sayanların!

77|25|Məgər Biz yeri məskən etmədikmi

77|26|Həm dirilərə, həm də ölülərə?!

77|27|Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.

77|28|O gün vay halına yalan sayanların!

77|29|“Girin yalan hesab etdiyiniz içinə! |30|Girin üç qola ayrılmış kölgəsinə!”

77|31|O nə kölgəlik olar, nə də alovdan qoruyar.

77|32|O bir saray boyda qığılcımlar saçar.

77|33|O, sanki sarı dəvə sürükləridir.

77|34|O gün vay halına yalan sayanların!

77|35|Bu elə bir gündür ki, danışa bilməzlər.

77|36|Onlara üzr istəməyə izin də verilməz.

77|37|O gün vay halına yalan sayanların!

77|38|Bu sizi də, əvvəlkiləri də bir yerə topladığımız ayırd etmə günüdür!

77|39|Bir hiyləniz varsa, Mənə qarşı qurun görək!

77|40|O gün vay halına yalan sayanların!

77|41|Həqiqətən, müttəqilər kölgəliklərdə və çeşmələr başında, |42|İstədikləri meyvə içində olacaqlar!

77|43|“etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için! |44|Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”

77|45|O gün vay halına yalan sayanların!

77|46|Yeyin və bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız!

77|47|O gün vay halına yalan sayanların!

77|48|Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!

77|49|O gün vay halına yalan sayanların!

77|50|Ona da inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!

78.

78|1|Bir-birindən nə haqqında soruşurlar?

78|2|Böyük bir xəbər haqqında!

78|3|Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.

78|4|Xeyr, onlar mütləq biləcəklər!

78|5|Bir də xeyr, onlar mütləq biləcəklər!

78|6|Məgər Biz yeri döşək etmədikmi?!

78|7|Dağları da dirək?!

78|8|Biz sizləri cüt-cüt yaratdıq.

78|9|Yuxunuzu da istirahət etdik.

78|10|Biz gecəni örtük etdik.

78|11|Gündüzü isə dolanışlıq vaxtı etdik.

78|12|Üstünüzdə yeddi möhkəm qurduq.

78|13|Sizin üçün çox parlaq bir çıraq yaratdıq.

78|14|Buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, |15|Onunla dən və bitki yetişdirək, |16|Eləcə də sarmaşan bağlar.

78|17|Həqiqətən, ayırd etmə günü bir vaxtdır!

78|18|Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz.

78|19|Göy qapı-qapı açılacaqdır.

78|20|Dağlar yerindən qopardılıb ilğıma dönəcəkdir.

78|21|Həqiqətən, Cəhənnəm pusqudur!

78|22|O, azğınların məskənidir.

78|23|Onlar orada sonsuz müddət qalacaqlar.

78|24|Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar;

78|25|Qaynar sudan və irindən başqa!- |26|uyğun cəza olaraq.

78|27|Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər.

78|28|Ayələrimizi də elə hey təkzib edirdilər.

78|29|Biz hər şeyi sayıb yazmışıq.

78|30|İndi dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!

78|31|Həqiqətən, müttəqilərin nicat yeri, |32|Bağçalar və üzüm bağları, |33|Sinələri yenicə qabarmış həmyaşıd qızlar. |34|Dolu qədəhlər gözləyir!

78|35|Onlar orada nə boş söz, nə də yalan eşidəcəklər.

78|36|Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -

78|37|Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən. Onlar Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!

78|38|Ruhun və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!

78|39|Bu, haqq olan gündür. Kim dilərsə, Rəbbinə tərəf qayıdan bir yol tutar!

78|40|Həqiqətən, Biz sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan öz əlləri ilə etdiyi əməlləri görəcək, kafir isə: “Kaş torpaq olaydım!” – deyəcəkdir.

79.

79|1|And olsun zorla alanlara;

79|2|And olsun rahatlıqla alanlara;

79|3|And olsun sürətlə üzənlərə;

79|4|And olsun ötdükcə ötənlərə;

79|5|And olsun işə əncam çəkənlərə!

79|6|O gün sarsılan sarsılacaq, |7|Onun ardınca bir sarsıntı da olacaqdır!

79|8|O gün ürəklər qorxub titrəyəcək, |9|Gözləri zəlilcəsinə yerə dikiləcəkdir.

79|10|Deyirlər: “Doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! |11|Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!”

79|12|Onlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür.”

79|13|Doğrudan da, o ancaq tək bir dəhşətli səsdir!

79|14|Onlar dərhal dümdüz bir yerdə olacaqlar!

79|15|Musanın hekayəti sənə gəlib çatdımı?

79|16|O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:

79|17|“Fironun yanına get. Çünki o, çox azmışdır.”

79|18|Və de: “təmizlənmək istəyirsənmi? |19|Səni Rəbbinə tərəf gətirimmi ki, qorxasan?”

79|20|və ona ən böyük möcüzəni göstərdi.

79|21|Lakin təkzib edib asi oldu.

79|22|Sonra geri dönüb tələsdi.

79|23|Və toplayıb belə xitab etdi:

79|24|“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”

79|25|Allah da onu axirət və dünya əzabına giriftar etdi.

79|26|Şübhəsiz ki, bunda qorxan kimsələr üçün ibrət dərsi vardır.

79|27|Sizi yaratmaq çətindir, yoxsa göyü ki, onu yaratdı;

79|28|Qübbəsini ucaltdı, düzəldib nizama saldı;

79|29|Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!

79|30|Bundan sonra da yeri döşəyib düzəltdi.

79|31|Ondan suyunu və otlağını çıxartdı.

79|32|Dağları yerləşdirdi.

79|33|Sizin və heyvanlarınızın istifadəsi üçündür.

79|34|O böyük bəla gələndə, |35|O gün insan nələr etdiyini yadına salacaqdır.

79|36|Cəhənnəm də hər görənə görünəcəkdir.

79|37|Kim azğınlıq etmişsə, |38|Dünyanı üstün tutmuşsa, |39|Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!

79|40|Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini qadağan etmişsə, |41|Həqiqətən, onun yurdu Cənnətdir!

79|42|Səndən o saatın nə vaxt gələcəyi barəsində soruşarlar.

79|43|Sən onu nə bilirsən?!

79|44|Onu sonuna qədər bilmək ancaq sənin Rəbbinə məxsusdur.

79|45|Sən ancaq ondan xəbərdar edib çəkindirənsən!

79|46|Onu gördükləri gün yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!

80.

80|1|Qaşqabağını töküb üzünü çevirdi.

80|2|Yanına korun gəlməsindən dolayı.

80|3|Nə bilirsən, bəlkə də, o təmizlənəcəkdir!

80|4|Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!

80|5|Ehtiyac hiss etməyənə gəldikdə, |6|Sən üzünü ona tərəf çevirirsən.

80|7|Onun təmizlənməsindən sənə nə?!

80|8|Yüyürə-yüyürə sənin yanına gələn |9|Və qorxan kimsəyə gəldikdə isə, |10|Sən ondan üz çevirirsən!

80|11|Xeyr! Həqiqətən, bu bir öyüd-nəsihətdir.

80|12|Kim istəsə, ondan öyüd alar.

80|13|Çox möhtərəm səhifələrdə - |14|yüksək, tərtəmiz səhifələrdədir.

80|15|Elçi mələklərin əlləri ilə.

80|16|Çox möhtərəm, çox mütidirlər.

80|17|Ölsün insan! O nə nankordur!

80|18|Onu hansı şeydən yaratdı?

80|19|Nütfədən yaratdı, ona biçim verdi.

80|20|Sonra onun üçün yolunu asanlaşdırdı.

80|21|Sonra onu öldürüb qəbrə qoydu.

80|22|Sonra da istədiyi vaxt onu dirildəcəkdir.

80|23|Xeyr, ona buyurduğunu hələ yerinə yetirməmişdir.

80|24|İnsan hələ bir yeməyinə baxsın!

80|25|Həqiqətən, Biz yağışı bol yağdırdıq.

80|26|Sonra yeri gözəl yaratdıq, |27|Belə ki, orada dən göyərtdik; |28|Üzüm və yonca; |29|Zeytun və xurma; |30|sarmaşan bağçalar; |31|meyvələr və ot yetişdirdik.

80|32|Sizin və heyvanlarınızın istifadəsi üçündür!

80|33|Nəhayət, qulaqları kar edən gələndə;

80|34|O gün insan qaçacaq öz qardaşından;

80|35|Anasından, atasından;

80|36|Zövcəsindən və oğullarından!

80|37|O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır!

80|38|O gün bir çox üzlər parlayacaq, |39|Güləcək, sevinəcəkdir.

80|40|O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, |41|Onları zülmət bürüyəcəkdir.

80|42|Onlar kafirlər, pozğunlardır!

81.

81|1|Günəş sarınıb büküləcəyi zaman;

81|2|Ulduzlar səpələnəcəyi zaman;

81|3|Dağlar yerindən qopardılacağı zaman;

81|4|Boğaz dəvələr başlı-başına buraxılacağı zaman;

81|5|Vəhşi heyvanlar bir yerə toplanacağı zaman;

81|6|Dənizlər od tutub yanacağı zaman;

81|7|Ruhlar qovuşacağı zaman;

81|8|Diri-diri torpağa gömülən körpə qızdan: |9|“Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman;

81|10|Əməl dəftərləri açılacağı zaman;

81|11|Göy qopardılacağı zaman;

81|12|Cəhənnəm alovlandırılacağı zaman; |13|Və Cənnət yaxınlaşdırılacağı zaman;

81|14|Hər kəs nə hazır etdiyini biləcəkdir!

81|15|And içirəm yanıb sönən ulduzlara;

81|16|Seyr edib gizlənən səyyarələrə;

81|17|Qaralmaqda olan gecəyə |18|Və sökülməkdə olan dan yerinə ki, |19|Bu çox möhtərəm olan bir elçinin gətirdiyi kəlamdır.

81|20|Çox qüvvətlidir; ərşin sahibi yanında çox hörmətlidir.

81|21|İtaət ediləndir, həm də etibarlı müvəkkildir.

81|22|Həqiqətən, sizin dostunuz divanə deyildir!

81|23|And olsun ki, onu açıq üfüqdə gördü.

81|24|O, qeyb barəsində xəsis deyildir.

81|25|O da məlun Şeytanın sözü deyildir.

81|26|Elə isə hara gedirsiniz?

81|27|O, aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.

81|28|Eləcə də sizdən doğru-düz olmaq istəyənlər üçün.

81|29|Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!

82.

82|1|Göy parçalanacağı zaman;

82|2|Ulduzlar dağılıb səpələnəcəyi zaman;

82|3|Dənizlər qarışacağı zaman;

82|4|Qəbirlər çevriləcəyi zaman;

82|5|Hər kəs nə etdiyini və nə qoyub getdiyini biləcəkdir!

82|6|Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir?

82|7|O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı.

82|8|Sənə Özü istədiyi surətdə biçim verdi.

82|9|Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!

82|10|Sizin üstünüzdə gözətçi mələklər - |11|yazan və çox hörmətli olan mələklər vardır.

82|12|Onlar sizin nə etdiklərinizi bilirlər.

82|13|Həqiqətən, yaxşı əməl və itaət sahibləri Cənnətdə qərar tutacaqlar.

82|14|Pis əməl sahibləri isə Cəhənnəmdə olacaqlar.

82|15|Onlar ora haqq-hesab günü daxil olacaqlar.

82|16|Onlar əsla oradan çıxan deyillər!

82|17|Sən nə bilirsənki, haqq-hesab günü nədir?!

82|18|Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?!

82|19|O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!

83.

83|1|Vay halına çəkidə və ölçüdə aldadanların!

83|2|O kəslər ki, özləri insanlardan aldıqları zaman onu tam ölçüb alar, |3|Onlar üçün ölçdükdə və ya çəkdikdə isə əskildərlər.

83|4|Məgər onlar diriləcəklərini düşünmürlərmi?!

83|5|Özü də dəhşətli bir gündə?!

83|6|O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar!

83|7|Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların əməl dəftəri Siccindədir!

83|8|Sən nə bilirsən ki, Siccin nədir?!

83|9|O, yazılı bir kitabdır!

83|10|O gün vay halına yalan sayanların!

83|11|O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.

83|12|Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.

83|13|Ayələrimiz ona oxunduğu zaman: “Qədimlərin əfsanələridir” – deyər.

83|14|Xeyr. Əslində onların qəlblərini qazandıqları qaplamışdır.

83|15|Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!

83|16|Sonra Cəhənnəmə varid qalacaqlar.

83|17|Sonra da onlara: “Bu sizin yalan saydığınız!”- deyiləcəkdir.

83|18|Xeyr! Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri İlliyyundadır!

83|19|Sən nə bilirsən ki, İlliyyun nədir?!

83|20|O, yazılı bir kitabdır.

83|21|Onu ancaq yaxın olan mələklər görə bilər!

83|22|Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar.

83|23|Onlar taxtlar üstündə tamaşa edəcəklər.

83|24|Sən onların üzlərində cənnət sevinci görəcəksən!

83|25|Onlara möhürlü şərab içirdiləcəkdir.

83|26|Onun möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!

83|27|Ona təsnim qatılmışdır.

83|28|O elə bir çeşmədir ki, ondan yalnız yaxın olanlar içər.

83|29|Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə gülürdülər.

83|30|Yanlarından keçərkən bir-birinə qaş-göz edirdilər.

83|31|Ailələrinin yanına qayıtdıqda isə kefləri kök qayıdırdılar.

83|32|Onlar gördükdə: “Doğrusu, bunlar azanlardır!” – deyirdilər.

83|33|Halbuki onlara nəzarətçi göndərilməmişdir.

83|34|Bu gün isə möminlər kafirlərə güləcəklər.

83|35|Onlar taxtlar üstündə baxacaqlar.

83|36|Kafirlər öz əməllərinin cəzasını aldılarmı?!

84.

84|1|Göy yarılacağı, |2|Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib itaət edəcəyi zaman;

84|3|Yer uzanıb dümdüz olacağı;

84|4|Qoynunda olanları bayıra atıb boşaldacağı; |5|Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib itaət edəcəyi zaman!

84|6|Ey insan! Sən Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!

84|7|Kimin əməl dəftəri sağ əlinə verilmişsə, |8|Onun yüngül haqq-hesab çəkiləcək |9|Və o, ailəsinin yanına sevinclə qayıdacaqdır!

84|10|Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə, |11|O: “Ay öldüm!” – deyə şivən qopardacaq, |12|Və Cəhənnəmə vasil olacaqdır!

84|13|O, öz ailəsi arasında sevinc içində idi. |14|Və elə zənn edirdi ki, qayıtmayacaqdır.

84|15|Xeyr! Həqiqətən, Rəbbi onu görürdü.

84|16|And içirəm şəfəqə, |17|Gecəyə və qoynuna aldıqlarına, |18|Bədirlənməkdə olan aya ki, |19|Siz haldan-hala düşəcəksiniz!

84|20|Onlara nə olub ki, iman gətirmirlər?

84|21|Özlərinə Quran oxunduqda səcdə etmirlər?

84|22|Əksinə, kafir olanlar təkzib edirlər.

84|23|Halbuki Allah onların gizlətdiklərini ən gözəl biləndir!

84|24|Onlara şiddətli bir əzabla müjdə ver!

84|25|İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları minnətsiz mükafat gözləyir!

85.

85|1|And olsun bürclər sahibi olan göyə;

85|2|And olsun vəd olunmuş günə;

85|3|And olsun şəhadət verənə və şəhadət verilənə ki, |4|xəndək sahibləri qətl edildilər.

85|5|O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.

85|6|O zaman onlar kənarında oturub, |7|möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.

85|8|Onlardan yalnız yenilməz qüvvət sahibi, şükrə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.

85|9|O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!

85|10|Şübhəsiz ki, mömin kişi və qadınları bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.

85|11|İman gətirib yaxşı əməllər edən kimsələri isə altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur!

85|12|Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!

85|13|Həqiqətən, yoxdan var edən və təkrar dirildən Odur!

85|14|Çox bağışlayan, çox sevən də Odur.

85|15|Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!

85|16|O, istədiyini edəndir.

85|17|Orduların xəbəri gəlib sənə çatdımı?-

85|18|Firon və Səmud?

85|19|Xeyr, kafir olanlar elə hey təkzib etməkdədirlər.

85|20|Onların bütün ixtiyarı Allahın əlindədir!

85|21|Xeyr, o şanlı-şərəfli Qurandır!

85|22|O, lövhi-məhfuzdadır!

86.

86|1|And olsun göyə və gecə gələnə!

86|2|Sən nə bilirsən ki, gecə gələn nədir?!

86|3|Parlaq ulduzdur!

86|4|Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi olmasın!

86|5|Elə isə insan nədən yaradıldığına bir baxsın!

86|6|O, axıb tökülən bir sudan yaradılmışdır.

86|7|Bel sümüyündən, köks sümüyündən çıxar!

86|8|Həqiqətən, insanı yenidən diriltməyə qadirdir! -

86|9|Bütün sirlərin aşkar olacağı o qiyamət günü;

86|10|İnsanın nə bir qüvəsi, nə də bir köməkçisi olar!

86|11|And olsun yağış sahibi olan göyə;

86|12|And olsun yarılan yerə ki, |13|Bu ayırd edən kəlamdır!

86|14|O, oyun-oyuncaq deyildir!

86|15|Həqiqətən, hiylə qurdular.

86|16|Mən də onlara cəza verirəm.

86|17|Elə isə kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!

87.

87|1|Ən uca olan Rəbbinin adını pak tutub şəninə təriflər de!

87|2|O Rəbbin ki, xəlq etdi və nizama saldı.

87|3|O Rəbbin ki, əzəldən müəyyən etdi və yol göstərdi.

87|4|O Rəbbin ki, otlar çıxartdı.

87|5|Sonra da onu qara çör-çöpə döndərdi.

87|6|Biz sənə oxudacağıq və sən unutmayacaqsan;

87|7|Yalnız Allahın dilədiyindən başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!

87|8|Biz sənə ən asan olanı müyəssər edərik.

87|9|Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver!

87|10|Qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!

87|11|Bədbəxt isə ondan qaçacaqdır.

87|12|Ən böyük oda girəcəkdir.

87|13|Orada nə öləcək, nə də yaşayacaqdır!

87|14|Təmizlənən kimsə isə nicat tapacaqdır.

87|15|O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!

87|16|Lakin siz dünyanı üstün tutursunuz!

87|17|Halbuki axirət daha xeyirli və daha baqidir.

87|18|Həqiqətən, bu deyilənlər əvvəlki kitablarda mövcuddur - |19|İbrahimin və Musanın kitablarında!

88.

88|1|Bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?

88|2|Bir çox üzlər zəlil görkəm alacaq;

88|3|Zəhmət çəkib yorulacaq;

88|4|Yanar oda girəcəkdir; |5|Və onlara qaynar bulaqdan içirdiləcəkdir.

88|6|Onların yeməyi zəridən başqa bir şey olmayacaqdır.

88|7|Nə qüvvət verər, nə də aclıqdan qurtarar.

88|8|Bir çox üzlər sevinəcək;

88|9|Zəhmətindən razı qalacaq;

88|10|Yüksək Cənətdə olacaq, |11|Və orada heç bir boş söz eşitməyəcəkdir.

88|12|Orada axar bulaq;

88|13|Orada uca taxtlar;

88|14|Piyalələr;

88|15|Bir-birinin yanına düzülmüş balışlar |16|Və döşənmiş xalılar vardır!

88|17|Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?

88|18|Göyə necə ucaldılmışdır?

88|19|Dağlara necə dikəldilmişdir?

88|20|Və yerə necə döşədilmişdir?

88|21|Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!

88|22|Sən onların üzərində hakim deyilsən!

88|23|Lakin kim üz döndərib inkar etsə

88|24|Allah onu ən böyük əzaba düçar edər!

88|25|Şübhəsiz ki, onların axır dönüşü Bizədir!

88|26|Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!

89.

89|1|And olsun dan yerinə;

89|2|And olsun on gecəyə;

89|3|And olsun cütə və təkə;

89|4|And olsun keçib getməkdə olan gecəyə!

89|5|Məgər bunlarda ağıl sahibi üçün and yoxmudur?!

89|6|Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada?!

89|7|Sütunlar sahibi İrəmə?!

89|8|Məmləkətlər arasında onun kimisi yaradılmamışdı.

89|9|Vadidə qayaları olan Səmuda?!

89|10|Eləcə də saysız-hesabsız ordular sahibi Firona?!

89|11|O kəslər ki, məmləkətlərdə tüğyan edir, |12|Oralarda çoxlu fitnə-fəsad törədirlər.

89|13|Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.

89|14|Şübhəsiz ki, Rəbbin baxıb görür.

89|15|İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.

89|16|Amma nə zaman onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı!” – söyləyər.

89|17|Xeyr! Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz.

89|18|Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.

89|19|Mirası varmadan yeyirsiniz.

89|20|Mal-dövləti isə lap çox sevirsiniz.

89|21|Xeyr! Yer dağılıb parça-parça olacağı;

89|22|Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı |23|Və Cəhənnəmin gətiriləcəyi gün – məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!

89|24|O: “Kaş ki, mən əvvəlcədən həyatım üçün edəydim!” – deyəcəkdir.

89|25|O gün etdiyi əzabı heç kəs edə bilməz!

89|26|Heç kəs Onun kimi zəncirləyə bilməz!

89|27|“Ey xatircəm olan kəs! |28|Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! |29|Bəndələrimin zümrəsinə daxil ol! |30|Cənnətimə varid ol!”

90.

90|1|And içirəm bu şəhərə - |2|Sənin yaşadığın şəhərə;

90|3|And içirəm ataya və onun övladına ki, |4|Biz insanı məşəqqətdə yaratdıq!

90|5|Məgər insan heç kəsin ona gücü çatmayacağını zənn edir?

90|6|Və: “Mən xeyli mal-dövlət sərf etmişəm!” – deyir?

90|7|Məgər o heç kəsin onu görmədiyini güman edir?!

90|8|Məgər Biz ona iki göz vermədikmi?!

90|9|Eləcə də bir dil və qoşa dodaq?!

90|10|Biz ona iki yol göstərmədikmi?!

90|11|Lakin o, əqəbəni keçə bilmədi.

90|12|Sən nə bilirsən ki, əqəbə nədir?!

90|13|Bir kölə azad etməkdir;

90|14|Yaxud aclıq günü yemək verməkdir - |15|Qohumluq əlaqəsi çatan bir yetimə. |16|Və ya torpağa sərilmiş bir miskinə!

90|17|Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!

90|18|Onlar sağ tərəf sahibləridir!

90|19|Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir!

90|20|Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir!

91.

91|1|And olsun günəşə və onun işığına;

91|2|And olsun ardınca çıxan aya;

91|3|And olsun onu parlaq edən gündüzə;

91|4|And olsun onu örtən gecəyə;

91|5|And olsun göyə və onu yaradana;

91|6|And olsun yerə və onu döşəyənə;

91|7|And olsun nəfsə və onu yaradana;

91|8|Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, |9|Nəfsini təmizləyən mütləq nicat tapacaqdır!

91|10|Onu batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.

91|11|Səmud azğınlığı üzündən təkzib etmişdi.

91|12|Onların ən rəzili qalxdığı zaman |13|Sonra Allah Rəsulu onlara dedi: “Bu, Allahın dəvəsidir və onu sulayın.”

91|14|Lakin onlar yalançı saydılar və onu tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.

91|15|Bu işin aqibətindən qorxmaz!

92.

92|1|And olsun bürüməkdə olan gecəyə;

92|2|And olsun işıqlanmaqda olan gündüzə;

92|3|And olsun kişini və qadını yaradana ki, |4|Sizin zəhmətiniz cürbəcürdür!

92|5|Kim versə, təqvalı olsa, |6|Və ən gözəl sözü təsdiq etsə, |7|Biz ona ən asan olanı müyəssər edəcəyik!

92|8|Amma kim xəsislik etsə, möhtac olmadığını sansa, |9|Və ən gözəl sözü yalan saysa, |10|Biz ona ən çətin olanı müyəssər edəcəyik!

92|11|Düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.

92|12|Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir!

92|13|Axirət də Bizim, dünya da Bizimdir!

92|14|Mən sizi alovlanan bir atəşlə xəbərdarlıq etdim.

92|15|Ora ancaq azğın daxil olar.

92|16|O kimsə ki, yalan sayar, üz döndərər!

92|17|Allaha qarşı təqva sahibi olub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar.

92|18|O kimsə ki, malını verib təmizlənər, |19|O şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi verilsin.

92|20|O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

92|21|And olsun ki, o razı olacaqdır!

93.

93|1|And olsun səhərə;

93|2|And olsun sakitləşməkdə olan gecəyə ki, |3|Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu.

93|4|Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!

93|5|Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı qalacaqsan!

93|6|Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

93|7|Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!

93|8|Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!

93|9|Elə isə yetimə zülm etmə!

93|10|Dilənçini də qovma! |11|Və Rəbbinin sənə olan nemətindən söhbət aç!

94.

94|1|Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?!

94|2|Ağır yükünü səndən götürmədikmi?!

94|3|Sənin belini bükürdü.

94|4|Sənin ad-sanını ucaltmadıqmı?!

94|5|Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!

94|6|Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!

94|7|Elə ki azad oldun, qalx!

94|8|Və ancaq Rəbbinə yalvar!

95.

95|1|And olsun əncirə və zeytuna;

95|2|And olsun Tur dağına;

95|3|And olsun bu təhlükəsiz şəhərə ki, |4|Biz insanı ən gözəl biçimdə yaratdıq!

95|5|Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!

95|6|Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz mükafat gözləyir.

95|7|Sonra səni dini yalan saymağa vadar edən nədir?!

95|8|Məgər Allah hakimlərin hakimi deyilmi?!

96.

96|1|Yoxdan yaradan Rəbbinin adı ilə oxu!

96|2|O, insanı laxtalanmış qandan yaratdı.

96|3|Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

96|4|O Rəbbin ki, qələmlə öyrətdi.

96|5|İnsana bilmədiklərini öyrətdi.

96|6|Xeyr, insan azğınlıq edər, |7|Özünün dövlətli olduğunu gördüyü üçün!

96|8|Axı sənin axır dönüşün Rəbbinədir!

96|9|Gördünmü o kimsəni ki, mane olur |10|Bir bəndəyə namaz qıldığı vaxt?

96|11|Bir de görək, əgər o doğru yoldadırsa, |12|Yaxud qorxmağı əmr edirsə?!

96|13|Bir de görək, yalan sayır və üz döndərirsə, |14|Məgər bilmir ki, Allah görür?!

96|15|Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - |16|Özü də yalançı, günahkar kəkilindən!

96|17|Qoy o özünün bütün tərəfdarlarını çağırsın!

96|18|Biz də zəbaniləri çağıracağıq!

96|19|Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və yaxınlaş!

97.

97|1|Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik!

97|2|Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!

97|3|Qədr gecəsi min aydan daha xeyirlidir!

97|4|O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.

97|5|O gecə dan yeri sökülənə kimi salamatlıqdır!

98.

98|1|Kitab əhlindən kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər ayrılan deyildilər.

98|2|Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş Rəsuldur.

98|3|O səhifələrdə doğru-dürüst hökmlər vardır.

98|4|Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil gəldikdən sonra ayrılığa düşdülər.

98|5|Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!

98|6|Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.

98|7|İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.

98|8|Onlardan öz Rəbbi yanındakı mükafatı altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu Rəbbindən qorxanlar üçündür!

99.

99|1|Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

99|2|Yer öz yükünü çıxardıb atacağı zaman;

99|3|İnsan: “Buna nə olub?” – deyəcəyi zaman - 4|Məhz o gün öz hekayətini söyləyəcəkdir - |5|Çünki ona sənin Rəbbin vəhy etmişdir!

99|6|O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə çıxacaqlar!

99|7|Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir.

99|8|Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir.

100.

100|1|And olsun tövşüyə-tövşüyə qaçan atlara;

100|2|And olsun qığılcım qoparan atlara;

100|3|And olsun sübh çağı hücum edən atlara;

100|4|And olsun o vaxt toz-duman qopardan atlara;

100|5|Sonra da onunla dəstəyə təpinən atlara ki, |6|İnsan öz Rəbbinə qarşı çox nankordur. |7|Və o özü də buna şahiddir.

100|8|Həqiqətən, insan var-dövlətə çox hərisdir!

100|9|Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxardılacağı; |10|Ürəklərdə olanlar faş ediləcəyi zaman

100|11|Həmin gün Rəbbi onları xəbərdar edəcəkdir!

101.

101|1|Ürəkləri dəhşətə salan qiyamət!

101|2|Nədir qiyamət?!

101|3|Sən nə bilirsən ki, nədir qiyamət?!

101|4|O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək;

101|5|Dağlar isə didilmiş yun kimi olacaqdır!

101|6|Tərəzisi ağır gələn kimsə, |7|xoş güzəran içində olacaq!

101|8|Tərəzisi yüngül gələn kimsənin isə, |9|Məskəni Haviyə olacaqdır!

101|10|Sən nə bilirsən ki, o nədir?!

101|11|O çox qızmar bir atəşdir!

102.

102|1|Çoxluq ilə öyünmək sizi o qədər şirnikləndirdi ki, |2|Hətta qəbirləri ziyarət etdiniz.

102|3|Xeyr! Siz mütləq biləcəksiniz!

102|4|Xeyr, xeyr! Siz mütləq biləcəksiniz!

102|5|Xeyr, əgər tam yəqinliklə bilsəydiniz!

102|6|Siz o Cəhənnəmi mütləq görəcəksiniz!

102|7|Bəli, siz onu mütləq öz gözünüzlə görəcəksiniz!

102|8|Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!

103.

103|1|And olsun axşam çağına ki, |2|İnsan ziyan içindədir?

103|3|Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!

104.

104|1|Qeybət edib tənə vuran hər kəsin vay halına!

104|2|O kimsə ki, mal yığıb onu dönə-dönə sayar.

104|3|Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.

104|4|Xeyr! O mütləq Hütəməyə atılacaqdır!

104|5|Sən nə bilirsən ki, Hütəmə nədir?!

104|6|O, Allahın yanar odudur.

104|7|Elə bir od ki, ürəkləri yandırıb-yaxar.

104|8|O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir.

104|9|Onlar hündür sütunlara bağlanmış olacaqlar!

105.

105|1|Məgər Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?!

105|2|Məgər onların hiyləsini boşa çıxartmadımı?!

105|3|Onların üstünə qatar-qatar quşlar göndərdi.

105|4|Onlara bişmiş gildən düzəlmiş daşlar atırdı.

105|5|Onlarıyeyilmiş əkin yarpağına döndərdi!

106.

106|1|Qüreyşin ülfəti xatirinə, |2|Onlara qış və yay səfərini müyəssər edilməsi xatirinə.

106|3|Bu evin Rəbbinə ibadət etsinlər!

106|4|O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan sonra əmin-amanlıq bəxş etdi.

107.

107|1|Dini yalan hesab edənigördünmü?

107|2|O elə adamdır ki, yetimi itələyib qovar;

107|3|Və yoxsulu yedirtməyə rəğbətləndirməz.

107|4|Vay halına o namaz qılanların ki, |5|Onlar öz namazlarından qafildirlər;

107|6|Onlar riyakarlıq edər, |7|Və zəkat verməyi qadağan edərlər.

108.

108|1|Həqiqətən, Biz sənə Kövsər bəxş etdik!

108|2|Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!

108|3|Sənin düşməninin özü sonsuzdur!

109.

109|1|De: “Ey kafirlər! |2|Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! |3|Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz! |4|Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! |5|Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! |6|Sizin öz dininiz var, mənim də öz dinim!”

110.

110|1|Allahın köməyi və zəfər gəldiyi zaman;

110|2|İnsanların dəstə-dəstə Allahın dininədaxil olduqlarını gördüyün zaman

110|3|Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

111.

111|1|Əbu Ləhəbin əlləri qurusun, qurudu da!

111|2|Ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı.

111|3|O, alovlu atəşə girəcəkdir.

111|4|Onun odun daşıyan övrəti də həmçinin!

111|5|Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır!

112.

112|1|De: “O Allah birdir; |2|Allah möhtac deyildir! |3|O, nə doğmuş, nə də doğulmuşdur! |4|Onun heç bir tayı-bərabəri də yoxdur!”

113.

113|1|De: “Pənah aparıram sübhün Rəbbinə! |2|Yaratdıqlarının şərindən; |3|Zülmətə bürünməkdə olan gecənin şərindən; |4|Düyünlərə üfürən qadınların şərindən; |5|Və bir də paxıllığı tutanda paxılın şərindən!”

114.

114|1|De: “Pənah aparıram insanların Rəbbinə; |2|İnsanların ixtiyar sahibinə; |3|İnsanların tanrısına; |4|Vəsvəsə verən, qaçıb gizlənən Şeytanın şərindən- |5|O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, |6|cinlərdən də olur, insanlardan da!”